Məhkəmə qərarları › İş №2(102)-1398/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1398/2021

22.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1398/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa və əmək haqqı tələbi 22.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1, vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxxxx nömrəli iş üzrə 27 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 aprel 2021-ci il tarixdə Ali Məhk əmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1981-ci ildə X zavodunda işə qəbul olunmuş müxtəlif vəzifələrdə işləmiş, xxxx.2010-cu ildə Hava təchizatı və estakada təsərrüfatı sexinə növbə rəisi, xxx.2019-cu il tarixdə Azot-Oksigen və estakada təsərrüfatı sahəsinə 12-ci dərəcəli növbə rəisi vəzifəsinə keçirilmişdir

2. X üzrə xx saylı,xxx.2019-cu il tarixli əmrə əsasən əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə icra etmədiyinə görə xx saylı Azot-oksigen və estakada təsərrüfatı sahəsinin növbə rəisi İddiaçı ilə bağlanmış 03 avqust 2010-cu il tarixli, xxxx nömrəli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir

3. X Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xxxx.20 19-cu il tarixli qərarına əsasən rəhbərliyin xx saylı Azot-oksigen və estakada təsərrüfatı sahəsinin növbə rəisi İddiaçı və həmin sahənin maşinisti S işdən azad olunmaları barədə müraciəti ilə əlaqədar HİK Rəyasət Heyəti hər iki işçinin uzun müddət eyni istehsalatda işləməsini, ailələrinin ağır sosial və maddi vəziyyətlərini nəzərə alaraq onları işdə saxlanılmaqla digər aşağı vəzifəyə keçirilmələri barədə intizam tənbehi tədbirinin görülməsini məqsədəuyğun hesab etmişdir. Rəhbərlik tərəfindən təklif olunan mövcud vakansiya iş yerlərindən qəti surətdə imtina edilərsə, həmin halda onların işdən azad olunmalarına razılıq verilmişdir.

4. İş üzrə keçirilmiş məhkəmə mühəndis texniki ekspertizasının 17 yanvar 2020-ci il tarixli rəyinə əsasən 27.06.2019-cu il tarixdə X qəza vəziyyətinin yaranmasın a səbəb, zavodun xx saylı Azot-oksigen və estakada təsərrüfatı sahəsinin xx xidmət sahəsindən “Etilen” istehsalatına verilən NÖC və A hava xəttində təzyiqin, M-2/3 hava kompressorunun 2-ci pilləsinin çıxış fləns birləşməsində hava buraxılışı olduğundan aşağı düşməsi və xx saylı Azot-Oksigen və estakada təsərrüfatı sahəsi üzrə qəzaların ləğvi planı”na, eləcə də 1 №-li “Etilen istehsalatının xx saylı Azot oksigen və estakada təsərrüfatı sahəsinin xxx xidmət sahəsinin M-2 mövqeli ÜK-13 5/8 markalı kompressoruna dair xidməti təlimatı”na uyğun olaraq ehtiyat hava tutumlarından istifadə edərək təzyiqin qaldırılmaması olmuşdur. Ekspertizaya təqdim olunmuş “27.06.2019-cu il tarixdə saat 09:55-də “Etilen-Polietilen” zavodunun xx saylı Azot-oksigen və estakada təsərrüfatı sahəsinin J-57 xidmət sahəs indən “Etilen” istehsalatına verilən NÖC və A hava xəttində təzyiqin düşməsi nəticəsində zavodun qəza vəziyyətində dayanması hadisəsinin araşdırılması aktı”na görə NÖC və A cihazları havasının kəsilməsi və ya sərfin kəskin azalması zamanı ehtiyat hava xətti açılmalı və kompressorlar saxlanılmalıdır. Həmin aktda göstərildiyi kimi, hava xəttində təzyiqin 4,0 atm-ə düşdükdən sonra NÖC və A mühafizəsinin işə düşməsi nəzərdə tutulmuşdur. X qəza hadisəsinin baş vermə şəraitini, “Etilen istehsalatının Azot-oksigen və estakada təsərrüfatı sahəsinin növbə rəisinin (12d) vəzifə təlimatı”nda, xxx saylı Azot oksigen və estakada təsərrüfatı sahəsi üzrə qəzaların ləğvi planı”nda və 1 №-li “ Etilen istehsalatının xxx saylı Azot oksigen və estakada təsərrüfatı sahəsinin J-57 xidmət sahəsinin M-2 mövqeli ÜK-13 5/8 markalı kompressoruna dair xidməti təlimatda göstərilmiş tələbləri nəzərə aldıqda, 27.06.2019-cu il tarixdə X NÖC havasının kəsilməsi ilə yaranan qəza zamanı növbə rəisi İddiaçı vəzifə funksiyalarına aid olan tədbirlər yerinə yetirildiyinə, yəni baş vermiş qəza barədə sahə rəisinə məlumat verildiyinə, xidmət sahəsindəki M-2/1 kompressoru işə qoşulduğuna, M2/3 hava kompressoru isə saxlanıldığına və ehtiyat havanın açılması üçün cəhdlər göstərildiyinə görə, onun tərəfindən xx saylı Azot-oksigen və estakada təsərrüfatı sahəsi üzrə qəzaların ləğvi planı”nın və 1 №-li “Etilen istehsalatının xx saylı Azot oksigen vəestakada təsərrüfatı sahəsinin J-57 xidmət sahəsinin M-2 mövqeli ÜK-135/8 markalı kompressoruna dair xidməti təlimat”ın tələbləri yerinə yetirilmişdir. İş üzrə qəbul edilmi ş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddia verərək, cavabdeh xxxx.2019-cu il tarixli, xxx nömrəli əmrinin ləğv olunması, onun əvvəlki iş yerinə-“X Azot-oksigen və estakada təsərrüfatı sahəsində 12-ci dərəcəli növbə rəisi vəzifəsinə bərpa olunması və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1981-ci ildə X zavodunda işə qəbul olunmuş, 1991-ci ilin noyabr ayının1-də EP-300 zavodu texniki hava istehsalı və sexlərin su ilə təchizatı (J59, J-79, J-66-28a) sexinə 4-cü dərəcəli maşinist, 2006-cı ilin iyun ayının 28-də zavodun xx saylı enerji təchizatı və boru kəmərləri sexində 10-cu dərəcəli növbə ustası, 2010-cu ildə Hava təchizatı və estakada təsərrüfatı sexinə növbə rəisi vəzifəsinə keçirilmişdir Sonradan ştat cədvəlinə edilmiş dəyişikliklərlə əlaqədar olaraq Azot-Oksigen və estakada təsərrüfatı sexi sahə adlandırılmış və o, həmin sahədə 12-ci dərəcəli növbə rəisi vəzifəsinə keçirilmişdir. 11.07.2019-cu ildə o, qanunsuz və əsassız əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmrdə işdən azad olunmağının əsası kimi əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə icra etmədiyi göstərilmişdir. Əmrdə göstərilənlər tamamilə qanunsuz və əsassızdır. Belə ki, 27.06.2019-cu il tarixdə saat 07:00-dan 19:00dək işlədiyi vaxt saat 09 ra dələrində sahə rəisi Sahib Vəliyev ona M İİİ kompressorunda ikinci pillənin çıxış xəttinin fləns birləşməsində hava buraxılışı olduğu üçün М2 İ kompressorunu işə qoşması və М2 İİİ kompressorunu təmirə saxlanması barədə məlumat vermişdir. Sahə rəisinin göstərişi ilə М2 İ kompressorunu işə qoşmaq üçün hazırlamışlar. O, yağ nasoslarını yoxlamış, N2 İ yağ nasosunu işə qoşmuş, İİİ dərəcəli maşinist S 1-ci mərtəbədən kompressorun su xəttini açmışdır. Saat 09:30-da növbə heyəti sahə rəisinin sərəncamı ilə sahə rəisinin müavini M 1-ci mərtəbəyə М2 İ kompressorunun qoşulması, М2 İİİ kompressorunun saxlanması və zavodun ehtiyat qapısından çıxarkən S İİİ dərəcəli maşinist, ehtiyat havaya baxan S “sən M müəllimin yanına get” deyərək onu öz işindən kənarlaşdırmışdır. Saat 09:30-da М2 İ kompressorunu sa hə rəisinin göstərişi ilə dispetçerə məlumat verib işə qoşmuşlar. Saat 09:55-də də sahə rəisinin göstərişi ilə М2 İ kompressorunu sistemə qoşmuşlar. Kompressor normal iş rejiminə keçmişdir. O, saat 10:05-də М2 İİİ kompressorunu saxlamaq üçün S kompressorun qarşısına gəlmişlər. Bu vaxt kompressor öz-özündən su çatışmamazlığından dayanmışdır. S müəllim ona “onsuz da saxlayacaqdıq, yükünü al saxla” demiş və idarəetmə otağından çıxmışdır. O, idarəetmə otağında 16 saylı sahədən müvəqqəti işləməyə gələn N ilə qalmışdır. O, kompressorun yükünü ala-ala Ndan havanın təzyiqini soruşmuş, N 5,5 atmosfer olduğunu və təzyiqin aşağı düşdüyünü demişdir. O, tez birinci mərtəbəyə getmiş, М2 İİİ kompressorunun yanından M yavaş-yavaş gəldiyini görmüşdür. М2 İ kompressoru havanı çox istehsal etdiyindən açıq ol duğunu nəzərə alıb atmosferə açıq olan siyirtməni bağlamışdır. Bu vaxt M ona yaxınlaşaraq bağlamamasını, özü açdığını, klapanın işləmədiyini demişdir. O, təzyiqin vurub klapanı açacağını bildirərək güclü hava səsi gələn yerə getmişdir. Orada El aparatının tam açıq olduğunu görmüş və bağlamışdır. O, yuxarıda atmosferə açılan siyirtməni bağlayanda М2 1 kompressorunun üstündə monometrdə 5,6 təzyiq göstərdiyini görmüşdür. O, aşağı düşdükdən sonra M siyirtməni açmışdır, halbuki M ehtiyat havanı açdıqdan sonra siyirtməni açmalı idi. M əlinin 2 metr yaxınlığında olan ehtiyat havanı açmaması və zavodu ehtiyat hava ilə təmin etməməsi nəticəsində hadisə baş vermişdir. Həmçinin hadisə baş verən zaman M yanında 2 nəfər işçisi olmuş, buna baxmayaraq M onu klapanın işləməməsi barədə xəbərdar etməmişdi r. Halbuki bu işlərə nəzarət etmək üçün sahə rəisi M göstəriş verilmişdir. Hadisə baş verən günü işdə olduğu müddət ərzində sahə rəisinin vermiş olduğu bütün göstərişlərə əməl etmişdir. Buna baxmayaraq, baş verən hadisə ilə bağlı onu günahkar bilib işdən azad etmişlər. Halbuki o, 40 ilə yaxın zavodda işləmiş və heç bir xətaya yol verməmişdir. Bundan sonra qanunsuz işdən çıxarılmağı barədə X ərizə ilə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. O, tək qadın olaraq hazırda yataqxanada çətin vəziyyətdə yaşayır, 2 il sonra pensiyaya çıxmalıdır.

7. Sumqayıt rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 fevral 2020-ci il tarixli 2(060)-181/2020 nömrəli qətnaməsi ilə (hakim A.Süleymanova) İddiaçı cavabdeh qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh xxxx.2019-cu il tarixli, xxx nömrəli əmrinin ləğv olunması üçün əsasların olmamışdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70cı, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1730/2020 nömrəli iş üzrə 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) İddiaçı apellyasiya ş ikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(060)-181/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsinə dair iddiası təmin edilmiş, X üzrə xxx saylı, xxxx2019- cu il tarixli əmrin İddiaçı aid hissəsi ləğv edilərək, İddiaçı X Azot-Oksigen və estakada təsərrüfatı sahəsinə 12-ci dərəcəli növbə rəisi vəzifəsinə bərpa edilməsi, xxxx2019-cu il tarixdən başlayaraq məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı zavodda qəza vəziyyəti yaranarkən vəzifə funksiyalarına aid olan tədbirlər yerinə yetirmiş və bu na görə də onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsinin əsasları pozulmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 15. kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icr aatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.

17. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araş dırma aparmır və onlara qiymət vermir.

19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansi ya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi

26. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.(maddə 68) Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

22. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. (maddə 42.2)

23. Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər (maddə 70.”Ç”) Mülki Prossesual Məcəllə

24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

25. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

26. Məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

27. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

28. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

29. Ka ssasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxxxx nömrəli iş üzrə 27 avqust 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar