Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1398/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, tikililərin boşaldılaraq təhvil verilməsi, 3 fazalı elektrik sayğacının bazarın istifadəsinə verilməsi, cavabdehlər tərəfindən yığılan və iddiaçıya çatmalı olan i carə haqqının alınması, artıq ödənilmiş pulun alınması, tikintinin rəsmiləşdirilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-371/2025 nömrəli, 6 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 16 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 10 may 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən birinci tərəf - Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının 234 saylı xx.xx.2006-cı il tarixli sərəncamı əsasında Cavabdeh1 adına icarəyə verilmiş Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintisinə 82x45=3690 kv.m torpaq sahəsini və üzərindəki ti kintinin 150.000 manata İddiaçı satılması barədə razılığa gələrək onun adına keçirilməsi məqsədilə əvvəlcədən həmin məbləği ondan bütünlüklə almışdır. Alıcı tərəfindən 150.000 manat məbləğində pul notariusun "xxxx" ASC-də olan depozit hesabı vasitəsilə satıcıya ödənilməsini, satıcı isə torpaq sahəsinin və üzərindəki tikintinin alqı-satqı müqaviləsi üçün lazımi sənədləri toplamağı, topladıqdan sonra AğdamAğcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintisinə 82x45=3690 kv.m torpaq sahəsini və üzərindəki tikintinin İddiaçı adına rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür.
2. Ağcabədi rayonu, Hindarx kəndində yerləşən 0,265 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmaqla Daşınmaz əmlakın dövlət reyestrində qeyd iyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X6 cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Filfilli kəndində yerləşən, xx.xx.2024-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,16 ha torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia ərizəsini işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirib qeyd olunan məbləği cavabdehə ödəsə də, müqavilə bağlanılan vaxtdan uzun müddət kecməsinə və dəfələrlə tələb etməsinə baxmayaraq Cavabdeh1 üzərinə düşən öhdəliyin heç birini yerinə yetirməmişdir. Cavabdeh bazarı tikintisi ilə birlikdə ona təhvil verməyə borclu olmasına baxmayaraq, bu günə kimi bazarı boşaldıb təhvil verməmişdir. Odur ki, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır və cavabdehlər dərhal mülkiyyətində olan torpaq sahəsi və bazardan çıxarılmaqla, torpaq sahəsi və bazar tikililəri birlikdə ona təhvil verilməlidir. İşin qeyd olunan halları qeyd olunan torpaq sahəsinin tam olaraq xüsusi mülkiyyətində olmasını təsdiq edən çıxarış, tərəflər arasında bağlanılmış və notariat qaydasında təsdiq olunmuş 10 may 2022-ci il tarixli müqavilə və Ağcabədi rayon Polis Şöbəsinin 21 yanvar 2024-cü il və 13 fevral 2024-cü il tarixli qərarları ilə təsdiqini tapır. Qeyd olunmalıdır ki, bazar Cavabdeh1 məxsus olmuş, lakin bazarın idarəçiliyi sonuncu nun qohumu, digər Cavabdeh2 həvalə olunmuşdur. Bazarı alan vaxt Cavabdeh2 ona demişdir ki, bazardan hər ay 1500 manat icarə pulu yığır. Hal-hazıra kimi 26 aydır ki, bazar ona məxsus olmasına baxmayaraq icarə pulunu Cavabdeh2 yığıb öz ehtiyaclarına xərcləmişdir, nəticədə öz əmlakından məhrum olmuşdur. Həmçinin, tərəflər alğı-satqı müqaviləsi bağlayarkən bazarın istifadəsində olan sayğac 3 fazalı elektrik sayğacı olmuşdur, amma hazırda məlum olmuşdur ki, cavabdeh həmin sayğacı dəyişib 0 fazalı elektrik sayğacı qoymuşdur ki, bu da onun mənafeyini pozur. Odur ki, 3 fazalı elektrik sayğacının bazarın istifadəsinə verilməsi cavabdehlər tərəfindən təmin olunmalıdır. Bundan başqa, cavabdehlər 26 aydır ki, bazar tikintisindən istifadəyə görə hər ay 1000-1200 manat olmaqla icarə haqqı yığıb özləri i stifadə edir, hansı ki, həmin pullar ona verilməli idi, çünki bazarı pul verib almış, yəni razılaşdırılmış məbləğdə pul Cavabdeh1 hesabına ödənilmişdir və bazar, həmçinin bazarın yerləşdiyi torpaq sahəsi ona məxsusdur. 26 ay ərzində hər ay 1000 manat olmaqla yığılan iddiaçıya çatmalı icarə haqqı cəmi 26000 manat təşkil edir və həmin pul cavabdehlərdən alınıb ona verilməlidir. Cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən görünür ki, Cavabdeh1 torpaq sahəsini və üzərindəki tikintini alğı-satqı müqaviləsi üçün lazımi sənədləri toplamağı, topladıqdan sonra Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarının tikintisinə 3690 kv.m. torpaq sahəsini və üzərindəki tikintinin onun adına rəsmiləşdirməyi öz öhd əsinə götürmüşdür. Lakin müqavilənin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehlər bu öhdəliyini də yerinə yetirməmişdir. Odur ki, cavabdehlər bu öhdəliyini də yerinə yetirməlidir. Bundan başqa, Cavabdeh1 Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintisinə ayrılmış 3690 kv.m, yəni 0,369 ha torpaq sahəsini iddiaçıya satılmasını öhdəsinə götürsə də və buna uyğun olaraq iddiaçıdan 150.000 (bir yüz əlli min) manat pul alsa da, sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsi 0,265 ha, yəni müqavilədə göstərildiyindən 0,104 ha az olmuşdur ki, bu isə müqavilə üzrə razılaşdırılmış torpaq sahəsinin ¼ hissəsindən də çoxdur. Odur ki, Cavabdeh1 iddiaçının ona ödəd iyi məbləğin torpaq sahəsinin az olan hissəsinə uyğun hissəsini, 20.000 manat pulu ona qaytarmalıdır.
5. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etməmişlər.
6. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1674/2024 nömrəli qətnaməsi ilə (hakim E.Quliyev ) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 daşınmaz əmlakın reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonu, Hindarx qəsəbəsi (kəndi) ərazisində yerləşən 0,265 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərindəki kənd təsərrüfatı məhsullarının satışı bazarı tikililəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, dövlət rüsumuna görə ödənil miş 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı torpaqdan çıxmasını və tikililərin boşaldılmasını cavabdehlərdən tələb etsə də, bu mümkün olmamışdır. Bununla da qanunsuz və əsasız olaraq iddiaçının mülkiyyətində olan, yəni 0,265 ha torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunmaqla, sonuncular mülkiyyətçinin mülkiyyət hüquqlarına qəsd etmiş və onun mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməsinə maneələr yaratmışdır. İddia tələbinin qanuni əsası kimi göstərilən maddi normalara əsasən iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz və əsassız olaraq istifadə etdiyi, daşınmaz əmlakın reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonu, Hindarx qəsəbəsi (kəndi) ərazisində yerləşən 0,265 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi üzərindəki kənd təsərrüfatı məhsullarının satışı bazarı tikililəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir. İddia tələbi qalan hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Belə ki, İddiaçı iddiasının qalan hissəsinin təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, iddiaçının göstərdiyi hallar sübutlarla təsdiqini tapmamışdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29- cu, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 48, 111-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə 139.1, 140, 146.2, 146.3, 152.1, 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır. Bununla da, işə iştirakı olmadan baxılmış və nəticədə tərəflər arasında bərabərlik və çəkişmə prinsipi pozulmuşdur. İddiaçı təqdim etdiyi bütün sənədlər saxtadır. Belə ki, iddiaçılardan Tofiq Xudiyev “cavabdehlər - Ağcabədi Hindarx qəsəbə bələdiyyəsinə, "X4" publik haquqi şəxsinin Beyləqan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasına, X7 va X2 qarşı Ağcabədi rayon Hindarx Bələdiyyəsinin sifarişi əsasında X5"publik hüquqi şəxsinin Beylaqan Ərazi Torpaq mūsabiqə və hərrac komissiyası tərəfindən təşkil edilmiş və 12 oktyabr 2023-cü il tarixdə keçirilmiş torpaq mūsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdeh X3 verilmiş torpaq hərrac və mūsabiqənin nəticələrinə dair NTM seriyalı, 004478 nõmrəli şəhadətnamənin, 25 oktyabr 2023-cü il tarixdə Ağcabədi rayon Hindarx bələdiyyəsi ilə X8 arasında bağlanmış AN-1 ******* nõmrəli alqı-satqı mūqaviləsinin, Azərbaycan Respublikası Əm lak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi və onunla Ağcabədi rayon Hindarx bələdiyyəsi arasında bağlanmış 08 fevral 2006-ci il tarixli icarə müqaviləsinin bağlanmış müddətinin uzadılmış hesab edilməsi" tələbi ilə Ağcabədi Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia tələbi təmin edilməsə də, Agcabədi rayon məhkəməsinin (hakim E.Quliyev) 17 may 2024-cũ il tarixli, 2(017)- 637/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Həmin işə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən baxılıb yekunlaşmamış, hazırkı işə baxıla bilməzdi. Bunda başqa o bildirmişdir ki, onların (Cavabdeh1 və Muxtarov Zülfü) həqiqətən həmin ərazidə yerləşən bazarı satmaq niyyətləri var idi. Alqı-satqını X9 şəxslə razılaşmışdılar. Bazar ın yerləşdiyi 3690 kv.m torpaq sahəsini tikilisi ilə birlikdə 500.000 (beş yüz min) manata razılaşmışdılar. Ancaq xx.xx.2022-ci ildə onlara cəmi 142.000 (bir yüz qırx iki min) manat verilmişdir. Qiyas Hacıyev onlara belə demişdir ki, qalan pulu da qısa vaxtda verəcək, lakin danışdıqları 500.000 manatı tam vermədiyindən, onlara verdiyi 142.000 manatı geri qaytarmaq istədiklərini dəfələrlə bildirsələr də, hətta bundan əvvəl onların qaldırdıqları iddiaya məhkəmədə baxılarkən bildirsələr də, Qiyas razı olmamış və hətta onlardan polis şöbəsinə şikayət etmişdir. Onları Ağcabədi Rayon Polis Şöbəsinin vasitəsilə qanunsuz olaraq təzyiqlər edib sıxmışdırlar ki, dəyər-dəyməzinə onların əmlaklarına sahib çıxsınlar. X14 alqı-satqı barədə danışmışdırlar, İddiaçı tanımamışdırlar. Onunla heç bir alqı-satq ı söhbətləri olmayıb. Birinci instansiya məhkəməsi onların məhkəmə iclasına çağırmaq əvəzinə, məlumat vermədən mülkiyyətlərindən məhrum edilməklərinə və əmlaklarından çıxarılmaqlarına nail olaraq qərəzli qətnamə qəbul etmişdir.
11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-371/2025 nömrəli, 6 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Əsədli (sədrlik edən və məruzəçi), A.N.Novruzova və T.X.Heydərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 daşınmaz əmlakın reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi ra yonu, Hindarx qəsəbəsi (kəndi) ərazisində yerləşən 0,265 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsi üzərindəki tikililərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılması, dövlət rüsumuna görə ödənilmiş 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə qismən təmin edərək maddi hüquq normalarının tələbləri baxımından əsaslandırsa da, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, prosessual pozuntuya yol verərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almayaraq məhkəmə iclasınd a cavabdehin iştirakını təmin etmədən iddianı qismən təmin etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
14. Apellyasiya instansiyası məhkəməsi apellyatorun apellyasiya şikayətinin ilk dəlili ondan ibarət olmuşdur ki, işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır. Bununla da, işə iştirakı olmadan baxılmış və nəticədə tərəflər arasında bərabərlik və çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə tərkibi şikayətin birinci instansiy a məhkəməsi tərəfindən cavabdehin işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmaması barədə dəlilini əsaslı hesab etmişdir. Belə ki, iş materiallarından görünür ki, mülki iş üzrə məhkəmə baxış iclası 24 oktyabr 2024-cü il tarixə saat 10:30-a təyin edilmiş, lakin bu barədə işdə iştirak edən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdır. Bu hal isə Azərbaycan Respubluikası Mülki Prosessual Məcəlləsinin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmuşdur.
15. Kollegiya qeyd etmişdir ki, İddiaçı öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehlərin mübahisələndirilən əmlak üzərində qanunla qorunan hər hansı əmlak hüquqları yoxdur. Cavabdeh hər hansı hüquqları olmadığı halda iddiaçıya məxsus torpaq sahəsindən və üzərindəki tikilidən istifadə edirlər.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz və əsassız olaraq istifadə etdiyi, daşınmaz əmlakın reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024 olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonu, Hindarx qəsəbəsi (kəndi) ərazisində yerləşən 0,265 ha torpaq sahəsindən çıxarılmalıdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir, mübahisə predmeti olan torpaq sahəsi üzərindəki tikililərin mövcudluğu tərəflər arasında mübahisələndirilmədiyindən iddia həmin hissədə əsaslıdır. Həmin torpaq sahəsi üzərindəki tikililər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılmalıdır.
18. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin yuxarıda qeyd edilən hissəsi ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şə xsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir.
19. Kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi daşınmaz əmlakın d övlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə tərkibi daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını cavabdehin bunu sübut etməsi ilə əlaqələndirmişdir. Məhz cavabdeh reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehləri n qanunsuz hərəkətləri ilə iddiaçının torpaq sahəsi üzərində qanunla qorunan mülkiyyət və onun üzərində yerləşən tikililərdə gözlənilən mülkiyyət hüququnu pozur, məhdudlaşdırmışdır. Halbuki, yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst, öz iradəsinə uyğun olaraq sahiblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilir. Eləcə də, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntunun davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Qanunvericiliyin yuxarıda q eyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, iddia tələbi cavabdehlərin torpaq sahəsindən və üzərində yerləşən tikililərdən çıxarılması hissəsində əsaslıdır. İddiaçının xüsusi mülkiyyətində olan əmlak üzərində cavabdehlərin hər hansı hüquqlara malik olmadığı halda, həmin torpaq sahəsindən istifadə etməsi iddiaçının istifadəsinə maneçilik yaradır. Ona görə də, cavabdehlərin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır.
21. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin digər hissələri ilə bağlı qeyd etmişdir ki, həmin tələblər apellyasiya baxışının predmeti olmadığından onlara hüquqi qiymət verilməsinə z ərurət yoxdur. Eyni zamanda yeni qətnamə qəbul edildiyindən iddia tələbi qalan hissədə təmin edilməməlidir.
22. Apellyator şikayətinin digər dəlilində qeyd etmişdir ki, iddiaçılardan Tofiq Xudiyev “cavabdehlər - Ağcabədi Hindarx qəsəbə bələdiyyəsinə,"X4" publik hüquqi şəxsinin Beyləqan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasına, X7 va X2 qarşı Ağcabədi rayon Hindarx Bələdiyyəsinin sifarişi əsasında X5" publik hüquqi şəxsinin Beylaqan Ərazi Torpaq mūsabiqə və hərrac komissiyası tərəfindən təşkil edilmiş və 12 oktyabr 2023-cü il tarixdə keçirilmiş torpaq mūsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdeh X3 verilmiş torpaq hərrac və mūsabiqənin nəticələrinə dair NTM seriyalı, 004478 nõmrəli şəhadətnamənin, 25 oktyabr 2023-cü il tarixdə Ağcabədi rayon Hindarx bələdiyyəsi ilə X8 arasında bağlanmış AN-1 ******* nõmrəli alqı-satqı mūqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi və onunla Ağcabədi rayon Hindarx bələdiyyəsi arasında bağlanmış 08 fevral 2006-ci il tarixli icarə müqaviləsinin bağlanmış müddətinin uzadılmış hesab edilməsi" tələbi ilə Ağcabədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin işə Şirvan Apelyasiya Məhkəməsi tərəfindən baxılıb yekunlaşmamış, hazırki işə baxıla bilməzdi.
23. Kollegiya qeyd etmişdir ki, şikayətin bu dəlili əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 254.1.4-cü maddəsinə əsasən konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya in zibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. İş materiallarında isə Tofiq Xudiyevin yuxarıda qeyd edilən iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməsinə dair hər hansı bir sübut aşkar edilməmişdir. Həmçinin apellyasiya mərhələsində cavabdehlərə məhkəməyə müraciət etmələrinə dair sübutlarının olub-olmaması təklif edilmiş, lakin hər hansı bir sübut təqdim edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianı qismən təmin edərək maddi hüquq normalarının tələbləri baxımından əsaslandırsa da, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, prosessual pozuntuya yol verərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almayaraq məhkəmə iclasında cavabdehin iştirakını təmin etmədən iddianı qismən təmin etmişdir.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 26, 29-cu, Mülki Məcəllənin 139, 140, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 157.4, 164.1, 165.1-ci, MPM-in 14.2, 76.1, 77.1, 217.2, 372 və 384-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti Mülk i Məcəllənin 139, 140-cı, MPM-in 88, 106, 218.3, 416, 417.0.3 və 418.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən sübutlar düzgün qiymətləndirilməmişdir ki, bununla da maddi və prossesual hüquq normaları pozulmuşdur. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İşə baxan məhkəmələr 0,265 ha torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarışın olmasını əsas tuturaq iddia tələbini təmin etmiş, lakin yerində baxış keçirməmişlər ki, həmin ərazi əslində 0,369 ha torpaq sahəsindən ibarətdir. Onlar ilkin alqı-satqı müqaviləsi bağlayarkən mağazaları deyil, mağazaların qarşısındakı ərazinin alqı-satqısını razılaşmışlar. İddiaçı tərəfin əlində olan çıxarış da 0,369 ha deyil, 0,265 ha torpq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd olmuşdur. Mağaza binaları üzərində mülkiyyət hüquqları qeydə alınmadan onların həmin mağazalardan da çıxarılması qanunsuz və əsassız olmuşdur. Məhkəmələr mübahisəli torpaq sahəsinin sərhədələrinin və koordinatlarının müəyyən edilməsi üçün, həmin ərazinin neçə hektar olması, həmin ərazidəki mağazaların mübahisəli ərazi ilə üst-üstə düşübdüşməməsi və s. əhəmiyyətəli məqamları aydnlaşdırmaq üçün iş üzrə ekspertiza təyin etmədən, həmçinin yerində baxış keçirmədən yanlış olaraq iddia tələbini təmin etmişlər. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası
29. Maddə
13. Azərbaycan Resp ublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutul an hallarda qeydə alınmalıdır.
32. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
35. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
36. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
37. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.
38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz ə mlakını geri tələb edə bilər.
39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məh kəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şika yətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsus ən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
52. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsi işin halları üzrə müəyyən etmişdir ki, İddiaçı öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehlərin mübahisələndirilən əmlak üzərində qanunla qorunan hər hansı əmlak hüquqları yoxdur. Cavabdeh hər hansı hüquqları olmadığı ha lda iddiaçıya məxsus torpaq sahəsindən və üzərindəki tikilidən istifadə edirlər.
53. Eyni zamanda apellyasiya instansiya məhkəməsi cavabdehin dəlillərinin hər birinə ayrılıqda qiymət vermişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
54. Cavabdeh kassasiya şikayətində əvvəllər irəli sürmədiyi dəlillərə istinad edir ki, bu dəlillərin hazırkı mərhələdə araşdırılması kassasiya icraatının mahiyyətinə uyğun gəlmir.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandı rılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
56. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə gö türmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-371/2025 nömrəli, 6 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.