Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1409/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zəbt olunmuş torpaq sahəsindən çıxarma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu, Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma və maddi zərərin alınması tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1031/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qayda sında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) adına tam mülkiyyət ilə qeydə alınmışdır.
2. Cavabdeh (bundan sonra – cavabdeh) qonşu torpaq sahəsindən istifadə edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 4 hektar torpaq sahəsinin zəbt etdiyi 0.60 hektar hissəsindən cavabdehin çıxarılması və 5000 manat məbləğində vurulmuş maddi zərərin alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsasl andırmışdır ki, xüsusi mülkiyyətində olan torpaq sahəsinin 0,60 hektar hissəsini cavabdeh 9 ildən çoxdur ki, zəbt edərək istifadə etməklə ona 5000 manat məbləğində zərər vurmuşdur. Dəfələrlə tələb etməsinə baxmayaraq, o, zəbt etdiyi sahədən çıxmamışdır.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 13 aprel 2023-cü il tarixli müşayiət məktubu ilə birinci instansiya məhkəməsinə göndərdiyi mütəxəssis rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları müəyyən edilmiş, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,63 ha hissəsinin naturada cavabdeh tərəfindən istifadə olunduğu qeyd edilmişdir. İddiaçıya məxsus cavabdeh tərəfindən naturada istifadə edilən torpaq sahəsinin döngə nöqtələri, koordinatları və sahəsi rəyə əl avə edilmiş yerquruluşu planında göstərilmişdir.
6. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(039)-237/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kamil Əliyev), iddia qismən təmin edilmiş, cavabdehin iddiaçının mülkiyyətində olan Yevlax rayonu Rüstəmli kəndində yerləşən torpaq sahəsinin 0.63 hektar hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin 0.63 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. İddia tələbi həmin hissədə əsaslıdır və cavabdeh iddiaçın mülkiyyətində olan Yevlax rayonu Rüstəmli kəndində ye rləşən torpaq sahəsinin həmin - 0.63 ha hissəsindən çıxarılmalıdır.
8. İddianın maddi ziyanla bağlı hissəsi ilə əlaqədar isə məhkəmə hesab etmişdir ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən, həmin hissədə iddia təmin edilməməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 14.2, 50.1, 50.3, 54.1, 76, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını tam araşdırmamış, maddi hüqu q normalarının tələblərini pozmuş, izahatlarını və dəlillərini qətnamədə tam əks etdirməmişdir. Torpaq sahələri aidiyyəti ekspertlər tərəfindən yoxlanılmamışdır. İddiaçının torpaq sahəsinin zəbt etməmişdir. Aidiyyəti ekspertiza keçirildiyi təqdirdə, tərəflərin torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyi, onun torpaq sahəsi ilə bərabər iddiaçının da torpaq sahəsinin kimdə olduğu aydınlaşdırıla bilərdi. Məhkəməyə məktub göndərən orqan ekspert deyildir. Çünki qərar qəbul edərkən ekspertin bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması ona xəbərdar edilir. Bütün bunlar məhkəmə tərəfindən edilməli idi.
12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1031/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakiml ər X1 (sədrlik edən və məruzəçi), X2 və X3) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehin iddiaçının mülkiyyətində olan Yevlax rayonu Rüstəmli kəndində yerləşən torpaq sahəsinin 0.03 hektar hissəsindən çıxarılması hissəsində ləğv edilmiş, həmin hissə qətnamədən xaric edilmiş, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə müəyyən etmişdir ki, mütəxəssis və ekspertiza rəyləri ilə iddiaçıya məxsus torpaq sahəsinin 0,63 hektarının cavabdeh tərəfindən istifadə edilməsi müəyyən edilmiş, birinci instansiya məhkəməsi isə buna dair əlavə iddia tələbinin olmamasına baxmayaraq, mütəxəssis rəyinə istinad edərək, cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilmiş 0,63 hektar hissəsindən çıxarılmasını qət etmişdir. Halbuki, iddiaçı cavabdehin mülkiyyətində olan torpaq sahəsinin zəbt etdiyi 0.60 hektar hissəsindən çıxarılmasını xahiş etmişdir. MPM-in 218.3-cü maddəsinin tələbindən də göründüyü kimi hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
14. Məhkəmə cavabdehin apellyasiya şikayətinin ekspertiza ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya baxışı zamanı mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Mərkəzin verdiyi xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə də, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0.63 hektar hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Məhkəmə hesab etmişdir ki, rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir.
15. Məhkəmə apellyasiya şikayətinin cavabdehin izahatlarının və dəlillərinin qətnamədə tam əksini tapmadığı barədə dəlilini də əsaslı hesab etməmiş və qeyd etmişdir ki, işdə olan 17 yanvar 2023-cü il və 15 may 2023-cü il tarixli məhkəmə iclas protokollarından cavabdehin izahatının birinci instansiya məhkəməsinin qətnaməsindəki izahatı ilə eyni məzmunlu olması, cavabdeh tərəfindən izahatındakı fikirlərin təhrifi ilə bağlı birinci instansiya məhkəməsinə məhkəmə iclas protokollarına dair hər hansı bir qeydin verilməsi halı müəyyən edilməmişdir. İş materiallarından, həmçinin cavabdehin izahatından əlavə birinci instansiya məhkəməsinə iddia tələbinə münasibətinə dair digər hər hansı mövqe bildirməsi halı aşkar edilmir.
16. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 152, 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 82, 84, 111-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
30. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
32. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
33. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşy aya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
35. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
36. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
37. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hər əkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Torpaq Məcəlləsi
38. Maddə
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.
39. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
40. Maddə 111, (1 və 2-ci hissələr) Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllə
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
47. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materi allarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini cavabdeh kassasiya şikayəti əsasında iddianın təmin olunmuş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə əsaslandırılmış qiymət verilmişdir.
52. İş üzrə verilmiş rəylərlə tərəflərin torpaq sahələrinin sənəd üzrə üst-üstə düşüb düşmədiyinin aydınlaşdırılmadığı barədə cavabdehin dəlili də əsassızdır. Çünki işə baxılarkən cavabdeh tərəfindən istifadəsində olan torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim olunmamışdır.
53. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1031/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.