Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3160/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması), mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb), ekspert və mütəxəssis rəylərinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs) qarşı qanunsuz olaraq zəbt edilmiş torpaqdan çıxarılma və vurulmuş mənəvi ziyana görə pul ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-64/2024 nömrəli, 7 may 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba rayonu, Digah kəndində yerləşən 0.7246 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış bu barədə daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarış verilmişdir.
2. Cavabdeh2 və X10 birgə mülkiyyətində olan, Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə verilmiş, Quba rayonun Digah kəndində yerləşən 0.204565 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2021-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi əsasında X2 bağışlamışdır. Qeyd olunan 0.204565 ha torpaq sahəsi üzərində X1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
3. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Quba rayonu, Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
4. D igah-Xucbala Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən bələdiyyənin mülkiyyətində olan, Quba rayonu, Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) 720 manata İddiaçı satılmışdır.
5. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Quba rayonu, Yuxarı Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Digah kəndi ərazisində yerləşən, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan 0,12 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, cavabdehlərin qanunsuz hərəkətləri ilə ona mənəvi əzab verdikləri üçün onların hər birindən 3000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona Quba rayonun Digah kəndi ərazisində ev tikmək üçün 0,12 ha torpaq sahəsi verilmişdir. Cavabdehlər onun torpaq sahəsini tikanlı məftillə hasarlayaraq, qanunsuz zəbt etmiş, onun öz torpağından istifadə etməsinə imkan verməmiş, ona mənəvi ziyan vurmuşlar. Bu barədə bələdiyyəyə müraciət etmiş, bələdiyyənin sədri, onun müavini və üç nəfər kənd sakininin iştirakı ilə xx.xx.2020-ci il tarixdə akt tərtib edilmişdir. Həmin aktda göstərilir ki, “bələdiyyənin mülkiyyətində olan həyətyanı tor paq sahəsində Digah kənd sakinləri Cavabdeh2 0,30 ha və X5 0,43 ha, eyni zamanda Quba şəhər sakini Cavabdeh1 0,72 ha torpağı qeyri-qanuni zəbt edərək, tikanlı məftillə hasarlamışlar”. Bundan əlavə, bələdiyyə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 100 saylı arayışda göstərilmişdir ki, “Digah kəndində torpaq islahatı zamanı özlərinə dövlət aktları ilə ayrılmış pay torpaq sahələrinin hüquqlarını bilə-bilə pozan, aşağıda adları qeyd olunan vətəndaşlar:
1. Quba rayonu, Digah kənd sakini Cavabdeh2 0,30 ha;
2. Quba şəhər sakini, bazar ətrafında yerləşən “Əfqan” marketin sahibi Cavabdeh1 0,72 ha;
3. Quba rayonu, Digah kənd sakini X5 0,43 ha bələdiyyə mülkiyyətində olan kəndaltı torpaq sahəsini xəbərdarlıq edilmələrinə əhəmiyyət vermədən zəbt edərək (dövlət aktları ilə özlərinə ayrılmış pay t orpaqlarından çox-çox kənara çıxmaqla), qanunsuz olaraq tikanlı məftillə hasarlamışlar”. Bələdiyyə cavabdehlərin bu hərəkətləri barəsində Quba Rayon Prokurorluğuna ərizə ilə müraciət etsə də, prokurorluq cavabdehləri qanunsuz hərəkətlərindən çəkindirə bilməmişdir. Çarəsiz qaldığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini qeyd etmişdir.
8. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 nümayəndəsi X7 və Cavabdeh2 iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişlər.
9. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühəndislik, torpaqşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus Quba rayonu, Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları plana alınaraq elektron baza və xəritə üzərində yerləşdirilmişdir (xəritə mütəxəssis rəyinə əlavə edilmişdir). İddiaçıya məxsus Quba rayonu, Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsi tam olaraq (0.12 ha) digər şəxs (və ya şəxslər) tərəfindən dəmir məftil ilə hasara alınmış sahənin daxilində yerləşir. İddiaçı və mübahisələndirilən torpaq sahəsinə baxış zamanı bələdiyyənin nümayəndəsi X6 ilə aparılan şifahi sorğuda iddiaçıya məxsus olan 0.12 ha torpaq sahəsinin 0.05 ha hissəsinin Cavabdeh2 tərəfindən, digər 0.07 ha hissəsinin isə digər Cavabdeh1 tərəfindən istifadə edildiyi bildirilmişdir. Yerində baxış zamanı sözü gedən 0.05 ha və 0.07 ha torpaq sahələrinin kim (və ya kimlər) tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır (xəritə mütəxəssis rəyinə əlavə edi lmişdir). Bu torpaq sahələrinin cavabdehlər tərəfindən təqdim edilən sənədlərdəki koordinatlar daxilində öz əksini tapmadığı müəyyən edilmişdir.
10. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/1947 nömrəli ekspert rəyinin nəticəsi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinin nəticəsi ilə eynilik təşkil etmişdir.
11. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəməmühəndislik, torpaqşünaslıq ekspertizası təyin edilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli arayışına əsasən mütəxəssis rəyinin verilməsi məqsədi ilə tərəflərin iştirakı ilə xx.xx.2021-ci il tarixdə saat 11:00-da mübahisə predmeti olan torpaq sahəsində olmuş və GPS aləti vasitəsi ilə torpaq sahəsinin faktiki istifadə vəziyyətinin və cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatları naturadan alınmışdır. Mübahisə predmeti olan torpaq sahəsinin naturadan alınan koordinatları kameral şəraitdə ƏMDX elektron baza xəritə və ortofoto üzərində dəqiqləşdirildikdən sonra məlum olmuşdur ki, vətəndaşların faktiki istifadə etdiyi torpaq sahələri ilə ƏMDX-nın elektron baza məlumatlarındakı xəritələr arasında kəskin fərq yaranmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-707/2021 nömrəli qərardadındakı sualların cavablandırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il 818№ Fərmanı ilə təsdiqlənmiş “torpaqların elektron kadastrı uçotu informasiya sistemi”nin yaradılması işləri yekunlaşdıqdan və kameral şəraitdə mütəxəssislərin istifadəsinə verildikdən sonra cavablandırılm ası mümkün olacağı qeyd edilmişdir.
12. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)-65/2022 nömrəli iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Quba rayonu, Digah kəndi ərazisində xüsusi mülkiyyət hüququ əsasında ona verilmiş 0,12 ha torpaq sahəsindən çıxarılmasını xahiş etsə də, mülki iş üzrə keçirilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi və həmin rəy əsasında Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1947 nömrəli ekspert rəyi ilə sözü gedən torpaq sahələrinin kim (və ya kimlər) tərəfindən is tifadə edildiyini müəyyən etmək mümkün olmamışdır.
14. Bundan başqa, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-707/2021 nömrəli qərardadındakı sualların cavablandırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il 818№ Fərmanı ilə təsdiqlənmiş “torpaqların elektron kadastrı uçotu informasiya sistemi”nin yaradılması işləri yekunlaşdıqdan və kameral şəraitdə mütəxəssislərin istifadəsinə verildikdən sonra cavablandırılması mümkün olacağı qeyd edilmişdir. Çünki mövcud ərazidə torpaqların faktik sərhədləri ilə vətəndaşların istifadə etdiyi ərazi arasında kəskin fərq yaranmışdır.
15. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsinin cavabde hlər tərəfindən zəbt edilməsi və istifadə olunması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, qeyd olunan ərazidə həmçinin, mülkiyyət hüququ əsasında cavabdehlərin torpaq sahələri olmuşdur. Elektron xəritə hazırlanmadan tərəflərin mülkiyyətində olan torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır.
16. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehin hərəkətlərindən ona dəymiş mənəvi ziyan ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 111-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitus iya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal-hazırda cavabdehlər tərəfindən qanunsuz istifadə olunan, mülkiyyətində olan 0,12 ha torpaq sahəsini xx.xx.2020-ci ildə bələdiyyədən notarial qaydada təsdiqlənmiş alğı-satqı müqaviləsinə əsasən almışdır. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə müəyyən edilərək ona göstərilmişdir. Lakin cavabdehlər ona məxsus torpaq sahəsini tikanlı məftillə hasarlayaraq zəbt etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin hakim ekspertizanın nəticəsini gözləmədən qətnamə qəbul etmiş, bununla da prosessual hüquq pozuntusuna yol vermişdir. Həmçinin məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə yerli baxış təyin edilmiş və onun iştirakı ilə keçirilmiş, lakin məhkəmə bunun da nəticəsini gözləmədən, araşdırma başa çatmamış tələm-tələsik yekun qərar qəbul etmişdir ki, bu da növbəti prosessual pozuntu olmuşdur. Məhkəmə DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin arayışına istinad edərək, iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Həmin arayışda qeyd edilmişdir ki, elektron xəritə hazırlanmadan tərəflərin mülkiyyətində olan torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar qeyd edilmi şdir ki, elə həmin orqan tərəfindən 2019-cu ildə sözügedən torpaq sahəsi ilə bağlı koordinatlar göstərilməklə yerseçmə aktı tərtib olunmuş, xx.xx.2020-ci il tarixli rəy verilmiş, ayrılan torpaq sahəsinin kadastr göstəriciləri müəyyən edilmiş, torpaq sahəsinin yerquruluşu planı tərtib olunmuş, daha sonra çıxarış və plan-ölçü sənədi verilmiş, amma həmin sənədlər əsasında torpaq sahəsinin sərhədlərini yerdə müəyyən etmək mümkün olmamışdır. Mübahisəli torpaq sahəsinə bitişik X3 da mülkiyyətində olan torpaq sahəsi hazırkı iş üzrə cavabdehlər tərəfindən zəbt olunmuşdur. Cavabdehlər özləri də torpaq sahəsinin onlar tərəfindən hasara alınmasını inkar etməmişlər, əksinə, hasara alınmış torpaq sahələrinin onlara məxsus olduğunu iddia etmişlər. İş materiallarında ona məxsus torpaq sahəsinin cavabdehl ər tərəfindən qanunsuz hasara alınaraq istifadə olunmasını təsdiq edən kifayət qədər sübutlar olduğu halda məhkəmə bunları nəzərə almamışdır. Mübahisənin predmeti olan torpaq sahəsinin onun qanuni mülkiyyətində olması, həmin torpaq sahəsinin özgənin faktiki sahibliyində olması və bu sahibliyin qanunsuz olması məhkəmə araşdırması zamanı təsdiqini tapsa da, məhkəmə işin hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir.
20. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında, Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilir ki, iddiaçıya Quba rayonu, Yuxarı Digah kəndindən verilmiş 0,12 ha torpaq sahəs inin, Cavabdeh2 Quba rayonu, Digah kəndindən verilmiş (hazırda X1 mülkiyyətində olan) 0,204565 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Cavabdeh1 Quba rayonu, Digah kəndindən verilmiş 0,7246 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada koordinatları mütəxəssis (DƏDKR PHŞ 5 saylı Xaşmaz Ərazi İdarəsinin) tərəfindən müəyyən edilmişdir. İddiaçıya məxsus (mülkiyyətinə verilmiş) torpaq sahəsi ilə cavabdehlərə məxsus (mülkiyyətlərinə verilmiş) torpaq sahələrinin üst-üstə düşmədiyi, iddiaçıya məxsus torpaq sahəsinin 0.0786 ha hissəsindən Cavabdeh1 tərəfindən, 0.0414 ha hissəsindən isə Cavabdeh2 tərəfindən istifadə olunması müəyyən edilmişdir.
21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-64/2024 nömrəli 7 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Mirbahəddin Hüseynov (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Zaur Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, Quba rayonu, Yuxarı Digah kəndində iddiaçının mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin Cavabdeh1 zəbt edib qanunsuz istifadə etdiyi 0,786 ha hissəsindən, digər Cavabdeh2 isə zəbt edib qanunsuz istifadə etdiyi qalan 0,414 ha hissəsindən çıxarılmaları, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə çəkilmiş məftil hasarın onların (cavabdehlərin) öz hesabına sökülməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməs i birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, torpaqla bağlı məhkəmə mübahisələrinin həllinin “torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi” işlərinin başa çatdırılmasından asılı edilməsi qanunsuz və yolverilməz olmuşdur.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən göründüyü kimi, iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinin 0,0414 ha hissəsini Cavabdeh2, 0,0786 ha hissəsini Cavabdeh1 məftillə hasarlayıb istifadə etməklə həmin torpaq sahəsini bütövlükdə zəbt etmişlər. Cavabdehlər isə mübahisəli hissə də daxil olmaqla məftillə hasarladıqları torpaq sahələrinin dövlət tərəfindən onların mülkiyyətinə verilmiş pay torpaql arı olduğunu iddia etmişlər. Halbuki, mütəxəssis və ekspert rəylərindən məlum olmuşdur ki, cavabdehlərə məxsus pay torpaqlarının koordinatları mübahisəli torpaq sahəsindən bir qədər aralıda yerləşən əraziyə düşür. Yəni, cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları mübahisəli torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməmişdir. Bu baxımdan cavabdehlərin mübahisəli torpaq sahəsinə sahiblik və ondan istifadə etmələrinin qanuni əsası olmamışdır. İddiaçının mülkiyyətinə aid torpaq sahəsi cavabdehlərin qanunsuz istifadəsində olduğundan həmin torpaq sahəsi onlardan alınıb iddiaçıya verilməlidir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, əslində Cavabdeh2 ona məxsus Quba rayonu, Digah kəndində yerləşən 0.204565 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini notarial qaydad a təsdiqlənmiş xx.xx.2021-ci il tarixli əmlakın bağışlanması müqaviləsinə əsasən X2 bağışlamışdır və həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına (mülkiyyəti kimi) qeydiyyata alınmışdır. Bu baxımdan hazırda Cavabdeh2 müvafiq ərazidə pay torpağı olmamışdır. Lakin Cavabdeh2 həm birinci instansiya, həm də apellyasiya məhkəməsində verdiyi izahatlarında bildirmişdir ki, mübahisəli torpaq sahəsini özü məftillə hasara almış və hal-hazırda da özü istifadə edir, orada əkin-biçin işləri aparmışdır. X4 bağışlasa da, sonuncu həmin torpaqdan istifadə etməmişdir. Oğlu olmadığından torpağını bacısı oğlu Cavanşirin adına keçirmişdir ki, gələcəkdə həmin torpaq Cavanşirə qalsın. Hələ ki, əmək qabiliyyətli olduğuna görə pay torpağında özü çalışır. Göründü yü kimi, mübahisəli torpaq sahəsini Cavanşir Məmmədov deyil, Cavabdeh2 zəbt etmişdir. Cavabdeh2 X4 bağışlayandan sonra da mübahisəli torpaq sahəsini qanunsuz olaraq öz istifadəsində saxlamış və oranı zəbt etməkdə davam etmişdir. Digər tərəfdən, Cavanşir Məmmədova bağışlanmış pay torpağı əslində Cavabdeh2 zəbt etdiyi torpaq sahəsinin hüdudlarından kənarda yerləşmişdir. Bu baxımdan zəbt olunmuş torpaq sahəsinin Cavanşir Məmmədova aidiyyəti olmamışdır. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə icraatının sonrakı gedişində Cavanşir Məmmədovu əsl cavabdeh kimi tanımağa, yaxud üçüncü şəxs kimi işə cəlb etməyə lüzum və əsas olmamış, Cavabdeh2 cavabdeh statusunda saxlanılması və iddiaya cavab verməli şəxslərdən biri hesab edilməsi işin faktiki halları baxımından əsaslı olmuşdur.
25. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçının mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin cavabdehlər tərəfindən əsassız olaraq zəbt edilməsi faktı işin müəyyən edilmiş halları ilə kifayət qədər sübut olunmuşdur. Belə vəziyyətdə iddiaçı ona məxsus torpaq sahəsindən cavabdehlərin çıxarılmasını məhkəmə yolu ilə tələb etməkdə haqlıdır. Ona görə də iddia cavabdehlərin zəbt etdikləri iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmaları tələbinə aid hissədə əsaslı olduğundan təmin edilməlidir.
26. İddianın cavabdehlərdən qanunsuz hərəkətləri ilə iddiaçıya vurduqları mənəvi ziyana görə pul tutulması tələbinə aid hissəsinə münasibətdə kollegiya hesab etmişdir ki, bu tələb yetərincə əsaslı olmamışdır. Konkret halda iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər məhkəməyə müraciətlə əlaqədar ola bilər ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddiaçının tələbi haqlı olduqda (təmin olunduqda) onun çəkdiyi məhkəmə xərcləri cavabdehin hesabına özünə qaytarılır. Bu yolla iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər kompensasiya olunur və onun ziyan çəkməsinin qarşısı alınır. Digər tərəfdən, iddiaçının zəbt olunmuş torpağı həyətyanı sahə olmuş və orada fərdi ev tikilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan həmin torpaq sahəsinin zəbt olunması ilə iddiaçının hər hansı gəlirdən (maddi faydadan) məhrum olması inandırıcı və qəbuledilən olmamışdır. Habelə, torpaq sahəsinin zəbt edilməsinin mülkiyyətçinin (iddiaçının) mənəvi ziyan çəkməsinə səbəb olma sı da mümkün görünməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddianın yetirilmiş mənəvi ziyana görə pul əvəzinin ödənilməsi tələbi ilə bağlı hissəsi təmin edilməməlidir.
27. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157, 178, 238-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
28. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
29. Şikayətlər onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə Cavabdeh1 mülkiyyət hüququ pozulmuş və onun torpaq sahəsi 0.7246 hektardan 0,6460 hektara qədər azalmış, digər Cavabdeh2 0.204565 ha torpaq sahəsi isə azalaraq 0,163165 ha qalmışdır. Məhkəmə ekspert qarşısında sual qoyarkən bu xüsusata fikir verməmiş, belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 guya 0.7246 ha-dan əlavə olaraq, 0.0786 ha torpaq sahəsini, Cavabdeh2 guya 0.204565 ha-dan əlavə olaraq, 0.0414 ha torpaq sahəsini də istifadə etmişlər.
30. Ümumiyyətlə Digah kəndinin torpaqları bələdiyyə tərəfindən iddiaçının atası Nümayəndə1 ilə birlikdə bütövlükdə sürüşdürülmüşdür ki, kənd təsərrüfatı torpaqlarının avtomagistral yolun kənarından iddiaçıya həyətyanı 0.12 ha torpaq sahəsi satı la bilsin. Bunun əksi mümkün deyildir və bu alğı-satqı cavabdehlərin torpaqları hesabına mümkündür. Elə buna görə də, ekspert rəyində qeyd etmişdir ki, tərəflərin torpaqları üstüstə düşməmişdir. Cavabdehlər özlərinə məxsus torpaq sahələrini 27 il istifadə etmələrinə baxmayaraq, iddiaçının xx.xx.2020-ci il tarixli reyestr çıxarışı cavabdehlərin torpaqları bahasına çıxarış əldə edilmişdir.
31. Apellyasiya məhkəməsi Xaçmaz Ərazi Reyestr Xidmətinə baza məlumatlarının məhkəməyə göndərilməsi barədə sorğu ünvanlamamış, mütəxəssisin qərəzli rəyinə istinad etməklə kifayətlənmişdir.
32. Cavabdeh2 özünə məxsus torpaq sahəsini xx.xx.2021-ci il tarixdə bacısı oğlu X2 bağışlamışdır. Məhkəmə əsas mülkiyyətçini cavabdeh qismində cəlb etməmiş və bununla da onun mülkiyyət hüququ tamamilə pozulmuşdur. Bu h al qətnamənin ləğvi üçün əsas və mühüm prosessual pozuntu olmuşdur.
33. Şikayət Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
35. Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
36. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilm əz.
37. Maddə
60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
39. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
40. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
41. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlak ını geri tələb edə bilər.
42. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
43. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
44. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dö vlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
45. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
46. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnı z tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətlərində qətnamə iddianın təmin olunmuş hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Av ropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
57. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razı laşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
58. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sqyır.
59. Cavabdehlərin özlərinə məxsus torpaq sahələrini 27 il istifadə etmələrinə baxmayaraq, iddiaçının xx.xx.2020-ci il tarixli çıxarışı cavabdehlərin torpaqları hesabına alması barədə dəlili qətnamənin ləğvinə əsas vermir. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsində müəyyən olunan reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsipi baxımından, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının qanuniliyi hazırkı icraatda mübahisələndirilə bilməz. Buna görə də, Mülki Məcəllənin 140-cı maddəsinin tələbl əri əsasında həmin reyestr qeydiyyatının həqiqiliyi qəbul olunur.
60. Cavabdeh2 torpaq sahəsini X2 bağışladığına görə iş üzrə sonucunun cavabdeh qismində cəlb edilməli olduğuna dair dəlili də qətnamənin ləğvinə əsas vermir. Çünki C.Məmmədov işə üçüncü şəxs qismində cəlb edilmişdir və Cavabdeh2 torpaq sahəsini üçüncü şəxsə bağışladığına baxmayaraq, oradan özünün istifadə etməyə davam etdiyini bildirir. Həmçinin açıq şəkildə mübahisəli torpaq sahəsindən özünün istifadə etdiyini bildirir.
61. Ekspert rəyinin əsassızlığı barədə kassatorların dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər apelyasiya instansiyası məhkəməsində iş üzrə əlavə və ya təkrar ekspertiza təyin olunması barədə vəsatət verməmişdir. Cavabdeh1 ümumiyyətlə apelyasiya instansiyası məhkəməsinin sonuncu məhkəmə iclasında iştirak etməmiş, digər Cavabdeh2 isə məhkəmə kollegiyasının iclasında ekspert rəyi ilə razılaşmadığını bildirməsinə baxmayaraq, bununla bağlı hər hansı sübut təqdim etməmiş, yuxarıda qeyd olunduğu kimi təkrar ekspertiza təyin olunmasını tələb etməmişdir.
62. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araş dırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
64. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-64/2024 nömrəli, 7 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.