Məhkəmə qərarları › İş №2(102)-3217/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3217/2024

01.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3217/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi, ekspert rəylərinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” barədə ilk, Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və ya pul tələbi” barə də qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-69/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayətinə 1 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu Qobu Bələdiyyə (bundan sonra – Bələdiyyə) Şurasının xx.xx.2007-ci il tarixli 16 nömrəli qərarına əsasən Bələdiyyənin bələdiyyə ehtiyat fondunun alğı-satqı predmeti olan torpaq sahəsindən alğı-satqı qaydasında İddiaçı fərdi mənzilin tikintisi məqsədilə 0.08 ha torpağın satılması barədə rayon Torpaq şöbəsi tərəfindən hazırlanmış sənədlərin alınması, Bələdiyyə ehtiyat fondundan alğı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzilin tikintisi məqsədilə 0.08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. 2. xx.xx.2007-ci il tarixli akta əsasən Bələdiyyənin nümayəndələri olan üzvləri xxx xxxBələdiyyənin 16 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən 0,08 ha torpaq sahəsini yerində ölçüb ayırmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş, daimi nişangahlar qoymuş və İddiaçı yerində təhvil vermişlər. Digər tərəfdən, Bələdiyyənin ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə layihələndirilməsi üçün 0,08 ha 211 nömrəli torpaq sahəsini vətəndaş İddiaçı cizgidə olduğu kimi qəbul etmişdir. 3. xx.xx.2018-ci il tarixli 7E-4345 nömrəli etibarnaməyə əsasən İddiaçı Cavabdeh 50 il müddətinə, Bələdiyyənin xx.xx.2007-ci il tarixli, 16 saylı qərarına əsasən, ünvan 1i ərazisində yerləşən ümumi sahəsi 0, 08 ha olan torpaq sahəsindən 0,02 ha torpaq sahəsinə dair ƏMDK yanında DƏDRX-in müvafiq ərazi idarəsində, İcra Hakimiyyətində, X8 Komitəsində, Notariat kontorlarında, bələdiyyələrdə və sair idarə, təşkilatlarda, banklarda nümayəndə olmağı, çıxarış, texniki pasport almağı, torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilə bağlamağı, imza etməyi, notariat kontorunda bütün əqdlər bağlamağı, imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. 4. “Elektron Notariat” X1 Çıxarışa əsasən Abşeron rayonu 2 saylı notariat ofisində etibar edən mülkiyyətçi İddiaçı tərəfindən etibar edilən Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli 7E-4345 reyestr nömrəli etibarnaməyə xx.xx.2021-ci i l tarixdə xitam verilmişdir.

5. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 745 nömrəli məktubuna əsasən Nümayəndə2 (İddiaçı anası) Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciət memarlıq və tikinti şöbəsində araşdırılmış, torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarına dair sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini, şəxsiyyəti təsdiq edən sənədin surətini və layihə sənədlərini RİH-nə təqdim etdikdən sonra müraciətə yenidən baxılacağı qeyd edilmişdir. Həmçinin, müraciətdə evin tikintisinə maddi köməklik edilməsini xahiş etmiş, Rayon İcra Hakimiyyətinin balansında bu məqsədlər üçün maliyyə vəsaiti olmadığından, yerli özünüidarəetmə orqanlarına müraciət etmək tövsiyə edilmişdir. 6. "xxxx" MMC memarlıq-planlaşdırma bölməsi tərəfindən verilmiş eskiz layihəyə ə sasən sifarişçi Cavabdeh ünvan 1 ünvanında tikintisi nəzərdə tutulmuş fərdi yaşayış evinin eskiz layihəsi tərtib olunmuşdur.

7. X16, X11, X12 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən Bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinin 0.02 ha sahəsində tikilmiş birmərtəbəli yaşayış evi İddiaçı tərəfindən tikilmişdir. 8. 00000009973049 nömrəli tədiyyə bildirişinə əsasən İddiaçı etibarnamə əsasında etibar edilən Cavabdeh Bələdiyyəyə əmlak vergisinə görə 11.1 manat, torpaq vergisinə görə 1 manat ödəniş etməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixinədək 6.05 manat, xx.xx.2022-ci il tarixinədək 6.05 manat, ümumilikdə ödəniləcək məbləğ olaraq 45.95 manat pul vəsaitinin ödənilməsi müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş m əhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra “iddiaçı” və ya “qarşılıqlı cavabdeh”) iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə Abşeron Rayon Məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh” və ya “qarşılıqlı iddiaçı”) və onun ailə üzvləri olan atası Nümayəndə1, həyat yoldaşı X6, qızları Fidan Piriyeva, İlahə Piriyevanın və digər şəxslərin ona məxsus olan ünvan 1i ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və üzərində yerləşən tək qat tikili olan mülkiyyətindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 X14 yaşamışdır. 2018-ci ildə iddiaçıya məxsus, üzərində tikili olan 0.02 ha torpaq sahəsini cavabdehə notarial qaydada etibarnamə ilə satmışd ır. İddiaçıya az məbləğdə pul verildikdə o, etirazını bildirərək etibarnaməni ləğv edəcəyini bildirmişdir. Cavabdeh qalan pulu 1 ay ərzində qaytaracağını vəd edərək onu razı salmış, lakin verdiyi vədə baxmayaraq, 2 ildən çoxdur ki, pulu verməmişdir. Nəticədə iddiaçı cavabdehə verdiyi etibarnaməni ləğv edərək, ona verdiyi pulu qaytaracağını bildirmiş və torpaqdan çıxmağı tələb etmişdir.

11. Cavabdeh borclu olduğu halda, iddiaçının barəsində polis əməkdaşlarına şikayət edib, haqqında şər-böhtan xarakterli ifadələr vermişdir. 2018-ci ildən hazırkı günə qədər cavabdeh iddiaçı və onun ailə üzvləri ilə normal münasibət qura bilməmiş və bu səbəbdən də, iddiaçının cavabdehə heç bir güvəni qalmamışdır. Buna görə də iddiaçı cavabdehin ona verdiyi 4700 manat pul məbləğini geri qaytarmaq şərti ilə mül kiyyətindən çıxmasını istəyir.

12. Həmçinin torpağın qiyməti 6600 manat, üzərində olan tikilinin isə qiyməti 6800 manat olmuşdur. Cavabdehin atası iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxacaqlarına dair vəd vermiş, lakin vədinə əməl etməmişdir. Mart ayının 2-si iddiaçının anası həmin ünvana gedərək bir daha mülkiyyətdən çıxmalarını xahiş etmiş, lakin cavabdeh onu hədələyərək bir daha bura gəlməmələrini bildirmişdir.

13. Cavabdeh torpaq sahəsi üzərində fərdi yaşayış evini tikib qurtardıqdan sonra 300 manat pul vəsaiti qarşılığında onun adına sənədləşdiriləcəyini qeyd etmiş, lakin bu, yalandır. Aralarında belə bir razılaşma olmamışdır. Razılaşma ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçıya olan borcunu tam şəkildə ödəməyənə qədər həmin torpaq sahəsində heç bir tikinti işi apara bi lməzdi. İddiaçı cavabdehin razılaşmanı pozaraq borcunu vermək istəmədiyini görüb etibarnaməni özlərinə xəbərdarlıq etdikdən sonra ləğv etmişdir. Borcun ödənilməsi üçün istənilən müddət 1 ay olub, lakin 3 il keçməsinə baxmayaraq, borc bu günə qədər ödənilməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə etibarnamənin ləğv olunmasından 2 ay sonra həmin torpaq sahəsindəki yarım tikilini sökərək yerində tək qat daşla bir az daha ucuz başa gələn 8.20x8.20 ölçüdə tikinti aparmışdır. Tikintini aparmazdan əvvəl Abşeron Rayon İcra Hakimiyyətinə məktubla yazılı müraciət etmiş, xx.xx.2021-ci il tarixdə evin dam örtüyünü vuraraq tikintini tam şəkildə tamamlamışdır. Evin damında bitmə tarixini yazaraq qeyd etmiş və foto şəklini çəkib saxlamışdır.

14. İddiaçı evi tikərkən kiməsə nəyisə sübut etmək fikrində olm amışdır. Qarşı tərəfin məhkəməyə təqdim etdiyi foto şəkillər isə planlı şəkildə çəkilmişdir. Belə ki, şəkillərə diqqətlə baxdıqda havanın qaralmasına yaxın çəkildiyini görmək olar.

15. Cavabdeh tikilinin inşası üçün 45000 manat pul vəsaiti xərcləndiyini qeyd etsə də, bu, yalandır. Cavabdeh kirayələrdə yaşayan bir insan olmuşdur. ünvan 2qəsəbəsi ərazilərində yer dəyişərək yaşamışdır. Buna səbəb kirayə pulunu ödəməməsi olmuşdur. Cavabdeh Qobu qəsəbəsində son kirayə qaldığı evdən çıxarıldıqdan sonra iddiaçının tikdiyi evə girmişdir. Evin tikintisinə 3300 ədəd kubik daş, 55 ədəd sement, 9 kub qum, 132 m 12 mm-lik armatur, pəncərə, qapı üstü üçün əlavə 40 m 14 mm-lik taxta, 11 ədəd 4 m-lik 5x15 millər üçün, 6 ədəd 6 m-lik, 5x15 tavan milləri üçün, 44 ədəd böyük və kiçik ölçüdə 5x10 dam örtüyü ü çün, dam örtüyü yaşılı parlaq “Profnasteli” markalı dəmir şifer bütün dəst hissələri ilə birlikdə olmaqla sərf olunmuşdur.

16. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 152, 157.2-ci, Torpaq Məcəlləsinin 84.1 və 111-ci maddələrinə istinad etmişdir.

17. Cavabdeh də qarşılıqlı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) verərək, onun 0.02 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyatına alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Abşeron Ərazi İdarəsinə həvalə edilməsi, əks təqdirdə, iddiaçının üzərinə ona vurduğu 49700 manat maddi zərər və 50000 manat mənəvi zərər olmaqla, ümumilikdə, 99700 manat pulun ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 1indəki 0.02 ha torpaq sahəsini iddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehdən 4700 manat pul vəsaiti alaraq, 50 illik etibarnamə əsasında satmışdır. Cavabdeh torpaq sahəsinin üzərində fərdi yaşayış evini tikdirib qurtardıqdan sonra iddiaçıya əlavə olaraq 300 manat pul vəsaiti verməklə 0.02 ha torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin öz adına sənədləşdirəcəyinə dair razılığa gəlmişdir. Etibarnamədə bütün səlahiyyətlər də cavabdehə verilmişdir. İddiaçının ona verdiyi səlahiyyətlər sübuta yetirmişdir ki, iddiaçı razılaşdıqları qaydada pulunu almış və 200 kv.m torpaq sahəsini cavabdehə satmışdır. Hətta iddiaçı həmin torpaq sahəsini başqasına satmaq səlahiyyətlərini də cavabdehə vermişdir.

19. İddiaçı həmin torpaq sahəsini 4000 manata satışa qoymuşdur. Cavabdehi həmin torpaq sahəsi və iddiaçı ilə Ramin adlı şəxs tanış etmişdir. İddiaçı cavabdehi görən kimi içərisində bir qədər kubik daşlar olan 4000 manata satışa qoyduğu torpaq sahəsini 5000 manata satacağını bildirmişdir. Cavabdeh razılaşmış, 4700 manat verərək tikdirəcəyi evlə birlikdə torpaq sahəsini onun adına sənədləşdirəndə qalıq 300 manatı da ödəməyə dair razılaşmışdır. Həmin vaxt Qobuda torpaq sahəsinin bir sotu 1200 manata satılırdı. İddiaçının torpaq sahəsi yola yaxın yerdə olduğu və həm də torpaq sahəsində kubik daşı olduğu üçün cavabdeh buna razılaşmışdır. xx.xx.2022-ci il tarixdə təqdim edilən fotoşəkillər də, tikintiyə dair layihə smeta sənədləri də sübu t edir ki, torpaq sahəsində tikinti olmamışdır. Layihə smeta sənədləri cavabdeh tərəfindən sifariş edilərək hazırlanmış, tikinti işləri də layihə smeta sənədlərinə uyğun aparılmışdır. İddiaçının iddia ərizəsində qeyd etdikləri düzgün olmamışdır. Fotoşəkillərdə də tikinti işlərinin başlandığı, kubik daşlar arasındakı sement məhlulunun qurumadığı, eyni zamanda, tikinti işləri aparılan zaman cavabdehin şəkli də aydın görünmüşdür. Tikinti işləri cavabdehin sifarişi əsasında hazırlanmış layihəyə uyğun olmuşdur. Fotoşəkillər də, layihə smeta sənədləri də sübut edir ki, tikinti işlərini şəxsən cavabdeh özü yerinə yetirmişdir. Onun iddiaçıya 300 manat borcu qalmışdır ki, razılaşdıqları kimi həmin 300 manatı da sənədləşmə zamanı ödəməli idi.

20. İddiaçının əsas niyyəti əvvəlcədən cavabdehi aldatmaq olmuşdur. Bu gün iddiaçı torpaq sahəsinin qaytarılmasını tələb edirsə, torpaq sahəsi cavabdehin çəkdiyi xərcləri ödədikdən sonra qaytarıla bilər.

21. Etibarnamə birtərəfli əqddir, amma iddiaçının etirafından sonra, yəni etibar edilmiş şəxsdən torpaq sahəsinin əvəzində 4700 manat pul vəsaitini alaraq, birtərəfli əqd əvəzli müqaviləyə çevrilmişdir. Artıq bu hadisədə tərəflər bir-biriləri ilə müqavilə razılığına gəlmişlər ki, pul vəsaiti alan iddiaçı torpaq sahəsinin pulunu alaraq söz və notarial qaydada razılıq vermişdir ki, həmin torpaq sahəsində cavabdeh fərdi yaşayış evi tikməlidir. Həmin razılığa əsasən cavabdeh iddiaçının verdiyi etibarnamədəki səlahiyyətlərə inanaraq, həmin torpaq sahəsində 45000 manat pul vəsaiti sərf edərək ailəsi üçün fərdi yaşayış evi tikdirmişdir. Cavabdehə bu iş də 49700 manat maddi zərər vurulmuşdur. Maddi zərərdən əlavə, iddiaçıya ailəsi və atası ilə birlikdə 4 il ərzində iddiaçı və iddiaçının anası tərəfindən 50000 manat mənəvi zərər də vurulmuşdur.

22. Birinci instansiya məhkəməsində iddiaçı iddia ərizəsini müdafiə, qarşılıqlı iddiaya etiraz edərək göstərmişdir ki, mübahisənin yaranma səbəbi cavabdehin ona olan borcunu ödəməmiş olması olmuşdur. Borc ödənilmiş olsa idi, məhkəməyə müraciət etməyəcəkdi. Cavabdeh də bilir ki, o, həmin torpaq sahəsini hansı şərtlər daxilində satmışdır. Üstəlik, o, torpaq sahəsini tikili ilə birlikdə satmış, çox güzəştlər etmişdir. Torpağın qiyməti 6600 manat olmuşdur, cavabdeh isə 4700 manat pul ödəmişdir. 1900 manat borcu olduğu halda, cavabdehin 300 manat borcunun qalması mümkün deyildir. Cavabdeh həmin pul vəsai tini isə etibarnamə veriləndən sonra vermişdir. 4700 manat pul verən zaman iddiaçı etirazını bildirmiş və razılaşdıqları məbləğin verilmədiyini qeyd etmişdir. Cavabdeh 1900 manat pul vəsaitini gətirdiyini qeyd etsə də, gətirdiyi zaman pulu iddiaçıya təqdim etməmişdir. İddiaçının cavabdehə mənəvi zərər vurması, eyni zamanda, cavabdehlə də hər hansı bir barışığın əldə edilməsi mümkün deyildir. Cavabdeh tərəfindən tələb olunan məbləğ həddən ziyadə şişirdilmişdir. Cavabdeh tikilinin inşa edilməsinə 45000 manat sərf etdiyini qeyd etsə də, həmin məbləğin nədən ibarət olduğunu bilməmişdir. İddiaçı torpağını sırf ehtiyac üzərindən satmışdır. Əslində, torpaq sahəsinin satışı 7000 manat olmaqla razılaşdırılmışdır. Cavabdehin atası xahiş etdiyindən 6600 manata satılması barədə razılıq əldə olunmuşd ur. Notariusa gedəndə həmin məbləğ ödənilməli idi, lakin notariusda ödəniş edilmədiyindən iddiaçı etibarnamənin verilməsinə etiraz etmək istəmişdir. Etibarnamə verilmədən öncə iddiaçıya 4000 manat verilmiş, 15 gün sonra isə 700 manat verilmişdir. Şərtə əsasən, iddiaçıya 1 ay müddətində ödəniş edilmiş olsa idi, ucuz qiymətə torpaq satılacaqdı. Verilməmiş olsaydı, cavabdeh həmin məbləği geri alacaqdı. 2018-ci ildə satılmış torpaq sahəsinin qalan 6600 manat pul vəsaitindən qalıq qalan 1900 manat pul vəsaitinin ödənilmədiyini görüb etibarnaməni ləğv etmiş və hazırkı mübahisə ortaya çıxmışdır. Torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi iddiaçı tərəfindən inşa edilmiş və bu barədə fotoşəkillər olmuşdur. Lakin evin hissə-hissə inşa edilməsini sübuta yetirən sənədləri mövcud deyildir və bu, m ümkün olmayan bir haldır. Cavabdeh ona 4700 manat pul vəsaiti versə də, onun hazırda, onun həmin pulu cavabdehə qaytarmamasının səbəbi olmuşdur. Belə ki, cavabdehin iddiaçının qardaşına 740 manat borcu olmuşdur. Cavabdehin onun qardaşına olan borcunu nəzərə alaraq, 4700 manat pul vəsaitindən 700 manatı qardaşına olan borc olmaqla çıxmış, qalıq qalan 4000 manat pul vəsaitini isə 700 manat və 3300 manat olmaqla 2 hissəyə qaytaracağını bildirmişdir.

23. Birinci instansiya məhkəməsində cavabdeh ilk iddia ərizəsinə etiraz, qarşılıqlı iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, o, özü usta kimi fəaliyyət göstərmiş, səhər saat 10:00-da evdən çıxaraq en tez saat 01:00-da evə gəlmişdir. Həmin evi o, inşa etdirmiş, ev ona məxsus olmuşdur. Həmin torpaq sahəsi onun xəbəri olmadan ondan əvvəl Şakir Qədirov adlı şəxsə satılmış, iddiaçı tərəf həmin şəxsi şərləmiş, hazırda isə cavabdeh özü də şər-böhtana məruz qalmışdır. Qeyd olunan yerdə hamam-tualet, dörd daş tikili inşa edilmişdir. Həmin yeri cavabdeh sökmüş, özü ev inşa etməyə başlamış, 2019-cu ildə inşa etməyə başladıqdan sonra 2021-ci ilin avqust ayında tikilinin damını və pəncərəsini düzəldib tikdiyi evdə yaşamağa başlamışdır.

24. Birinci instansiya məhkəməsində şahid X13 göstərmişdir ki, o, iddiaçını yaxından tanımasa da, usta kimi həmin məhəllədə çalışmışdır. Həmin məhəllədə ev inşa edən zaman iddiaçı onu görmüş, işini bəyənmişdir. O, daş ustası kimi fəaliyyət göstərmişdir. Keçən ilin avqust ayında iddiaçı üçün iki otaqlı ev olmaqla koridor, hamam-tualet, mətbəx inşa etmişdir. Üç daş yerdən tikmiş, tək qatlı olmaqla beton və h örgü işlərini o, həyata keçirmişdir. Cavabdehi isə görməmiş, onu və ailə üzvlərini tanımamışdır. Çox evlər inşa etdiyindən təxmini xatırlamışdır ki, evin ölçüsü 8x8, 8x20 ölçüsündə olmuşdur. Girişə daxil olanda solda mətbəx, irəlidə iki otaq olmuşdur. Onunla birlikdə fəhlə olan Torğul adlı şəxs də çalışmış və Toğrul hazırda Rusiya Federasiyasına getmişdir. 2021-ci ilin avqust ayında işə başlamış və 15-16 gün iş görmüşdür. O, tikilini inşa edən zaman başqa şəxsləri görməmiş və zəhmət haqqını da iddiaçıdan almışdır. Həmin ev məhəllədən aşağıya doğru hərəkət etdikdə ərzaq mağazasının yanında yerləşən evin yanında yerləşmişdir.

25. X2, X4, X11, X3, X12 tərəfindən imza edilməklə tərtib olunmuş, Abşeron Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi E.Məmmədov tərəfind ən təsdiq olunmuş ərizəyə əsasən məhəllə sakinləri və qonşular olaraq onlar iddiaçını tanıdıqlarını, şəkildə görülən yaşıl dam örtüklü, tək qat daşla tikilmiş evin iddiaçıya məxsus olduğunu və həmin evi iddiaçının tikərək ərsəyə gətirdiyini, dam örtüyünü örtdüyünü gördüklərini qeyd etmişlər.

26. Təqdim edilmiş fotoşəkillərə əsasən torpaq sahəsində bir daş üzərində fərdi yaşayış evinin inşasına başlanılmışdır.

27. Abşeron Rayon Məhkəməsinin 2(012)-2770/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia ərizələrinin qismən təmin edilməsi, cavabdehin ünvan 1ində yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsindən və 0.02 ha torpaq sahəsində inşa edilmiş tək qat tikilidən çıxarılması, iddiaçıdan cavabdehin xeyrinə 4700 manat pul vəsaitinin tutulması, ilkin və qarşılıqlı iddia ərizələrinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. (hakim Habil Əhmədov)

28. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1ində yerləşən 0.08 ha torpaq sahəsinin iddiaçıya Bələdiyyə tərəfindən xx.xx.2007-ci il tarixli 16 saylı Qərarı əsasında satılması qərara alınmış, eyni zamanda Bələdiyyə sədrinin, Abşeron rayon İcra Hakimiyyəti və Memarlıq Tikinti şöbəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətli nümayəndələri tərəfindən mübahisəli torpaq sahəsi yerində ölçülüb ayrılmaqla, daimi nişangahlar qoyulmaqla iddiaçıya təhvil verilmişdir.

29. Birinci instansiya məhkəməsi ünvan 1ndə yerləşən 0.08 ha torpaq sahəsinin hüquqi təyinatına qiymət verərək qeyd etmişdir ki, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla Qobu bələdiyyəsinin qərarı əsasında iddiaçıya satılmış və hazırda iddiaçının 0.08 ha torpaq sahəsində sahiblik və istifadə hüquqları olmaqla daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olmuş, başqa sözlə, iddiaçının torpaq sahəsinə “gözlənilən mülkiyyət hüququ” yaranmışdır.

30. Birinci instansiya məhkəməsi göstərmişdir ki, bələdiyyə mülkiyyətində olmuş ünvan 1ində yerləşən 0.08 ha torpaq sahəsinin bələdiyyə sənədi əsasında iddiaçıya satılması iddiaçının həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının yaranmasına səbəb olmuşdur ki, bu hal mülki işin mübahisələndirilməyən tərəfidir.

31. Abşeron rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2018-ci il tarixli ƏN-İ № 718072 saylı etibarnaməyə əsasən iddiaçı 50 il müddətinə həmin 0,08 ha olan torpaq sahəsindən 0,02 ha torpaq sahəsi üzərində səlahiyyətləri həyata keçirməyi cavabdehə etibar etmişdir. Beləliklə, həmin etibarnamə cavabdehin mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnu tanısa da, sərəncam vermə hüququnun yaranmasına əsas olmamışdır. 32. ünvan 1ndə yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha torpaq sahəsi cavabdehin sahibliyinə və istifadəsinə verilmiş olsa da, həmin etibarnaməyə iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bununla da, cavabdehə həmin torpaq sahəsinə dair verilmiş səlahiyyətlər etibarnamənin xitam verilməsi ilə ləğv olunmuşdur. Etibarnamənin ləğv olunmasına əsas səbəb tərəflər arasında şifahi qaydada bağlanmış torpağa dair alğı-satqı olmuşdur ki, ilk iddiaçı tərəfindən cavabdehə satılmış torpağın pulu cavabdeh tərəfindən tam ödənilməmiş b u isə etibarnamənin ləğvinə səbəb olmuşdur.

33. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, şahid ifadəsi əsasən ünvan 1 ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi iddiaçı tərəfindən inşa edilməklə həmin tikili iddiaçıya məxsus olmuşdur. Həmin tikilinin iddiaçıya məxsus olması şahid ifadəsi və qonşular tərəfindən tərtib edilmiş Akt əsasında öz təsdiqini tapmışdır.

34. Beləliklə, birinci instansiya məhkəməsinin mövqeyinə görə xx.xx.2018-ci il tarixli ƏN-İ 718072 saylı etibarnamə əsasında ünvan 1i ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsi cavabdehin sahiblik və istifadəsinə verilməklə, həmin etibarnamə xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən ləğv olunmuşdur. Sözügedən torpaq sahəsinə dair cavab dehin hər hansı bir hüququ olmaqla, iddiaçının isə gözlənilən mülkiyyət hüququ qorunub saxlanılmaqdadır. Bu səbəbdən də, ilkin iddia ərizəsi qismən təmin edilməklə, Cavabdeh iddiaçının sahiblik və istifadəsində olan ünvan 1ində yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsindən və həmin torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılmalı, ilkin iddia ərizəsi qalan hissədə təmin edilməməlidir.

35. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı ilkin iddia ərizəsində cavabdehin ailə üzvləri ilə birlikdə torpaq sahəsindən və tikilidən çıxarılmasını xahiş etsə də, həmin hallara dair mötəbər sübutunu məhkəməyə təqdim etməmiş, sözügedən şəxslərin həqiqətən də həmin ünvanda yaşamasını sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, ilkin iddia ərizəsi yalnız Cavabdeh münasibətdə təmi n edilməlidir.

36. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı isə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin cavabdehə etibarnamə əsasında satılması, nəticədə etibarnamənin ləğv olunması müəyyən edilməklə cavabdehin torpaq sahəsinə dair hər hansı bir hüququnun olmaması, inşa edilmiş fərdi yaşayış evinin isə iddiaçı tərəfindən tikilməsi təsdiq olunmuşdur. Bu səbəbdən də qarşılıqlı iddia ərizəsi sözügedən daşınmaz əmlaklara cavabdehin mülkiyyət hüququnun tanınması hissəsində əsaslı hesab edilib təmin edilə bilməz.

37. Eyni zamanda ünvan 1ndə yerləşən 0.02 ha torpaq sahəsinin 6600 manata satılması barədə razılaşma əldə olunsa da, cavabdeh tərəfindən 4700 manat ödəniş edilməsi, iddiaçı tərəfindən isə həmin məbləğdə pul vəsaitinin alınması tər əflərin izahatı ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də, sözügedən torpaq sahəsindən cavabdehin çıxarılması müəyyən olunduğundan, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 4700 manat pul vəsaiti də iddiaçı tərəfindən cavabdehə qaytarılmalıdır.

38. Qarşılıqlı iddia ərizəsində fərdi yaşayış evinin tikintisinə sərf olunmuş 45000 manat pul vəsaitinin tutulması tələb edilsə də, sübutetmə yükü daşıyan qarşılıqlı iddiaçı həmin hallara dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, qarşılıqlı iddia ərizəsi maddi ziyanın tutulmasına dair yalnız 4700 manat pul vəsaitinin tutulması hissəsində təmin edilmişdir ki, həmin məbləğdə ödənişin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi məhkəmə araşdırması zamanı tərəflərin izahatı əsasında öz təsdiqini tapmışdır.

39. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə isə göstərmişdir ki, bu hissə ilə bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından, qarşılıqlı iddia tələbi həmin hissədə rədd edilməlidir.

40. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139-1, 152, 157, 180, 362, 363, 365-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2, 4-cü, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

41. Cavabdeh (qarşılıqlı iddiaçı) apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın təmin, qarşılıqlı iddianın rəd d edilmiş hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

42. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Mülki Məcəllənin 366.2ci maddəsinin tələbini pozaraq, ona xəbər vermədən etibarnaməni ləğv etmiş, ona maddi və mənəvi ziyan vurmaq niyyəti ilə bilərəkdən öz hüququndan sui-istifadəyə yol verərək mülki hüquq pozuntusu törətmişdir. Yalnız cavabdehin tikdiyi evin başa çatmasından sonra iddiaçının qarşılıqlı əvəz alaraq verdiyi etibarnaməni gizli olaraq ləğv etməsi, cavabdehi öz əmlakından məhrum etməyə çalışması onun əvvəldən mövcud olan cinayət tərkibli niyyətini, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və əmlak hüquqlarını əldə etməsini sübut etmişdir ki, bu əməl də cinayət məcəlləsində dələduzluq cinayətini kimi qiymətləndirilmişdir. M ülki Məcəllənin 5.3 və 16.1 maddələrinin tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Hazırkı halda tərəflərin qarşılıqlı münasibətləri etibarnamə ilə yox, həmin etibarnamə ilə həyata keçirilmiş və cavabdeh tərəfindən təsdiq edilmiş faktiki alğı-satqı münasibətlərinə uyğun baxılmalı idi. Cavabdehin vəkili məhkəməyə mübahisəli evin bilavasitə tikintisində iştirak etmiş usta və fəhlələrin şahid qismində dindirilməsi və tikilmiş yaşayış evinə çəkilmiş xərcin miqdarını müəyyənləşdirmək üçün ekspertizanın təyin edilməsi barədə şifahi olaraq vəsatət vermiş, lakin məhkəmə bu vəsatəti təmin etməmişdir. Cavabdehin yeni tikilmiş yaşayış evinin onun tərəfindən və onun vəsaiti ilə tikilməsini sübut edən dəlillərinə - eskiz Layihə sənədlərinə, tikintinin müxtəlif mərhələlərini sübut edən fotoşəkillərə, id diaçı tərəfindən 4700 manat müqabilində ona 50 il müddətinə həmin torpaq sahəsindən istifadə və digər hüquqlar verən etibarnaməsinə, işin faktiki halları haqqında məhkəməyə şahid kimi ifadə verən cavabdehin nümayəndəsi Nümayəndə1 ifadəsinə məhkəmə hüquqi qiymət verməmiş, bu isə işin faktiki halları ilə ziddiyyət təşkil edən qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. İddiaçının cavabdehə xx.xx.2018-cil tarixində etibarnamə verdiyi zaman həmin torpaq sahəsində hər hansı tikili olub-olmadığı məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçı iddia etmişdir ki, torpağın qiyməti 6600 manat, orda olan tikilinin qiyməti 6800 manat olmuşdur, buna baxmayaraq, ümumi dəyəri 13400 manat təşkil edən daşınmaz əmlakı iddiaçı hansı səbəblə 6600 manata satmağa razılaşdırması məhkəmə tərəfindən araşdırılmamış dır. Məhkəmə qətnaməsində cavabdehin izahatı əsasında göstərilmiş iddiaçı və cavabdehi tanış edən Ramin adlı şəxsin kimliyi araşdırılmamış, həmin şəxsin məhkəməyə şahid qismində çağırılıb dindirilməsi təmin edilməmişdir. Hansı əsaslarla cavabdehin ünvan 1ində (mübahisəli ünvanda) fərdi yaşayış evinin eskiz layihəsi "xxxx" MMC tərəfindən tərtib edilmişdir, mövcud halda tikilmiş yaşayış evinin bu layihəyə uyğun olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə şahid X5 ifadəsinin doğru olub-olmamasına əhəmiyyət verməmiş, Toğrul adlı şəxsin həqiqətən də mövcud olub-olmaması, göstərilən müddətdə onun Azərbaycan Respublikasında olub-olmaması məsələsini araşdırmamış, eyni zamanda şahid X5 2021-ci ilin avqust ayında telefon operatorundakı qeydiyyat (geolokasiya) yerinin müəyyənləşdirilm əsi haqqında sorğu verməklə onun həqiqəti söyləməsinin müəyyən edərək işin faktiki hallarını müəyyən edə biləcəyi halda bunu etməmişdir. Məhkəmə öz təşəbbüsü ilə tikintinin tikilmə vaxtının müəyyənləşdirilməsi üzrə tikinti ekspertizasının keçirilməsini təmin etməmişdir. Digər tərəfdən məhkəmədə iddiaçı və yaşayış evini usta kimi tikdiyini bildirən X5 tikdiyi evin ölçülərini və evin daxili quruluşu haqqında verdiyi qeyri-müəyyən, təxmini cavablara hüquqi qiymət verilməmişdir. İddiaçı doğrudan da etibarnaməni ləğv edərək özü tikinti aparmışsa, hansı əsaslarla cavabdeh və onun ailəsi iddiaçının guya tikdiyi evdə bu günədək qalmaları məsələsini məhkəmə araşdırmamış və buna hüquqi qiymət verməmişdir. Həmçinin bu müddət ərzində cavabdeh və onun ailəsinin guya iddiaçının tikdiyi evdə qalmalarına görə iddiaçı öz mülkiyyətindən istifadə edə bilmədiyi halda iddiaçının hüquq mühafizə orqanlarına bu barədə müraciət edib-etmədiyi məsələsi məhkəmə tərəfindən araşdırılmamışdır. Mübahisəli torpaq sahəsində tikilmiş yaşayış evinin cavabdeh tərəfindən tikilməsinin sübut edən, üzərində tarix göstərilmiş və tikintinin müxtəlif mərhələlərinin göstərən foto-şəkilləri birinci instansiya məhkəməsində üzrlü səbəbdən bu sübutları təqdim etmək mümkün olmamışdır. Ona görə ki, bu fotolar cavabdehə məxsus olmayan telefonla çəkilmiş və başqa şəxsdə olmuşdur.

43. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.

44. Məhkəmə Ekspertizası Mərkəzinin 10/3321 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ünvan 1ində yerl əşən 0,02 h torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin inşa edilməsi üçün aparılmış tikinti-təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri (tikinti materialları və xidmət haqqı daxil olmaqla) təqribən 11620 manat məbləğindədir.

45. Cavabdeh vəsatət verərək, təkrar ekspertiza təyin edilməsini xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, müstəqil qiymətləndiricidən aldığı rəyə əsasən tikilinin qiyməti 33227 manatdır, ekspert rəyində bir çox işlər göstərilməyib.

46. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.

47. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin bünövrəsində görülm üş işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri (tikinti materialları və xidmət haqqı daxil olmaqla) təqribən 712 manat məbləğindədir. İnşa edilmiş evdə yarımçıq vəziyyətdə elektrik işlərinin görülüb və həmin işlərin orta bazar qiymətlərinə uyğun dəyəri (tikinti materialları və xidmət haqqı daxil olmaqla) təqribən 500 manatdır. Evin divarlarının 166,0 kv.m hissəsində suvaq işləri görülüb, həmin işlərin orta bazar qiymətlərinə uyğun dəyəri (tikinti materialları və xidmət haqqı daxil olmaqla) təqribən 998 manat məbləğindədir. Evin divarlarında fasad hissədən və daxildən hər hansı boya işləri aparılmayıb.

48. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-69/2024 nömrəli mülki iş üzrə 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci in stansiya məhkəməsinin qətnaməsi qismən, qarşılıqlı iddia tələbi üzrə maddi zərərin təmin edilməyən hissəsində qismən ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddia tələbinin qismən təmin olunması, İddiaçı maddi zərərin əvəzi olaraq 12618 manatın Cavabdeh xeyrinə tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Gülnar Cabbarova, Səyyad Qafari)

49. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin ilkin iddianın təmin edilməsinə dair, habelə qarşılıqlı iddianın mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyatına alınması, mənəvi zərərin tutulmasının rədd edilməsi və ilkin iddia ilə əlaqəli olan maddi zərərin əvəzi olaraq 4700 manat pulun tutulması hissədə gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşaraq, bu hissədə əlavə qiymətləndirmənin aparılmasına zərurət görməmiş, həmin hissədə apellyasiya şikayətinin dəlillərinin qarşılıqlı iddianın dəlilləri ilə eyni olduğunu və birinci instansiya məhkəməsi tərəfindən bu dəlillərə müfəssəl qiymət verildiyini bildirmişdir.

50. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qarşılıqlı iddia üzrə maddi zərərin əvəzinin tutulmaması hissəsində qismən əsaslı hesab edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi bu hissədə işin faktiki hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış, iş üzrə sübutlara düzgün hüquqi qiymət verməmiş və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticə yə gəlməmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən mübahisə predmeti olan torpaq sahəsində inşa edilmiş evin hansı yetərli sübutlar əsasında ilkin iddia üzrə iddiaçı tərəfindən inşa edilməsi nəticəsinə gəlinməsi aydın deyildir. Birinci instansiya məhkəməsinin istinad etdiyi şahid ifadəsi və qonşular tərəfindən tərtib edilmiş aktın əsaslı sübut növü olaraq qəbul edilməsi və yetərli sübut hesab edilməsi qanunvericiliyin tələblərinə uyğun deyil.

52. Apellyasiya baxışında iddiaçı bildirmişdir ki, onun tərəfindən inşa edilmiş tikili 3 daş üstə kürsülü, tək qat hörgülü olmuş, evin damı vurulmuşdur, otaqlararası divarlar olmamışdır, evin pəncərəsi, qapısı olmamış, evin təmiri olmamışdır, sonra da cavabdeh həmin evə zorla daxil ol araq, qapı-pəncərə qoymuş, hamam-ayaqyolu tikdirmiş və s. işlər görmüşdür.

53. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı qeyd olunan işlərin onun tərəfindən görüldüyünü bildirsə də, göstərdiklərini məhkəmədə sübuta yetirə bilməmişdir. İddiaçının istinad etdiyi sübutlar isə əsaslı şübhədən kənar, yetərli sübut olaraq qəbul edilə bilməz.

54. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin müəyyən edilmiş faktiki halları – iddiaçının həmin evdə bir sıra işlərin cavabdeh tərəfindən gördürülməsinə dair izahatında bildirdikləri, etibarnamə əsasında torpağın cavabdehə satılması və həmin vaxt yaşayış evinin olmaması (iddiaçı izahatında bildirmişdir ki, həmin vaxt daş kürsü olmuş, həmin tikinti də sonradan sökülmüşdür), sonuncunun orada yaşamaqla, kommunal xidmətlərə dair razılaşma, həmin evin inşa edilməsinə dair fotoşəkillərdə əks olunan tarix qeydi, yaşayış evinin 2019-cu il tarixdə çəkilmiş layihəsi – həmin tikilinin cavabdeh tərəfindən inşa edilməsi qənaətinə gəlməyə əsas verir.

55. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, ilkin iddia tələbindən göründüyü kimi iddiaçı ilk dəfə məhkəmədə torpaq sahəsindən çıxarılma ilə bağlı iddia qaldırmış, yaşayış evini mübahisələndirməmiş, ona məxsus yaşayış sahəsinin zəbt edilməsi ilə bağlı narahatlığını göstərməmiş, daha sonra tələbin dəqiqləşməsini vermişdir. Bu fakt özü də həmin tikilinin iddiaçıya məxsus olmasına əsaslı şübhə yaratmaqla, cavabdeh tərəfindən inşa edilməsi qənaətinə gəlməyə əsas verir.

56. Yaşayış evinin inşasına 11620 manat vəsait sərf olunması barədə məhkəmə tikinti-texni ki ekspertizasının xx.xx.2023-cü il tarixli rəyini mötəbər sübut kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, tikinti-texniki ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyil.

57. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi xx.xx.2024-cü il tarixli əlavə məhkəmə tikinti-texniki ekspertizanın rəyini də nəzərə alaraq 12618 manat məbləğində vurulmuş maddi zərərin əvəzinin tutulmasını əsaslı hesab etmişdir.

58. Apellyasiya instansiyası məhkəməsi qənaətinə görə, xx.xx.2024-cü il tarixli əlavə məhkəmə tikinti-texniki ekspertizanın rəyi ilə müəyyən edilmiş digər hallar xx.xx.2023-cü il tarixli ekspert rəyində nəzərə alındığından təkrar nəzərə alına bilməz.

59. Apellyasi ya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21, 152, 157, 180, 362, 363, 365-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 8-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

60. Qarşılıqlı iddiaçı (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

61. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC memarlıq-planlaşdırma bölməsi tərəfindən verilmiş eskiz layihədə tikintinin təxmini qiymətinin 33227 manat təşkil etdiyi təsdiq edilmişdir, lakin məhkəmə bunu qətnamədə göstərməmişdir. Məhkəmənin qərardadı ilə məhkəmə tikint i-texniki ekspertizası təyin edilmiş, lakin ekspertiza ilk dəfə tikintiyə sərf edilmiş vəsaitin miqdarını çox cüzi - 11620 manat göstərmişdir. Məhkəmənin əlavə ekspertiza təyin etməsi haqqında qərardadı ilə həmin ekspert öz hesabatına 998 manat əlavə düzəliş etmişdir. Ekspertin özü belə, qiymətləndirməni tam aparmadığını, əlavə ekspert rəyi ilə təsdiq etsə də və onun müəyyən etdiyi tikintiyə çəkilən ümumi xərcin 11620 manat, lakin tərəfin sifarişi ilə hazırlanan eskiz layihənin dəyərinin 33227 manat təşkil etməsi arasında 3 dəfəyə yaxın fərq olmasına məhkəmə əhəmiyyət verməmişdir. Məhkəmə üçün ekspert rəyinin qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamasına baxmayaraq, məhkəmə ekspert rəyini əsas götürərək, tikintiyə çəkilən xərcin 11620 manat olması ilə razılaşmış, lakin layihə smeta sənədlə ri üzrə tikintiyə tələb olunan 33227 manatı qəbul etməmiş və öz qətnaməsində bunu müvafiq qaydada əsaslandırmamışdır. Məhkəmə 2 vəsatətini (xx.xx.2023 və xx.xx.2024 tarixlərində verilib) təmin etməməklə cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, nəticədə 30000 manatdan artıq vəsaitə başa gələn fərdi yaşayış evinin 11620 manat, yəni rəsmi dəyərindən 3 dəfə az qiymətləndirilməsi nəticəsində cavabdehin mülkiyyət hüququnun pozuntusu ilə nəticələnən məhkəmə aktı qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində vəsatət verilmiş və xahiş edilmişdir ki, məhkəmənin qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasını aparan ekspert səthi ekspertiza apardığından və ekspertin özünün cəmi 2 illik iş təcrübəsi olduğundan (xx.xx.2023-cü il tarixli əlavə ekspertiza rəyində ekspert in 2021-ci ildən iş təcrübəsinin olduğu göstərilib) təkrar ekspertiza aparılsın və ekspertizanın aparılması başqa ekspertə tapşırılsın, lakin məhkəmə təkrar yox, əlavə ekspertiza təyin etmiş, yenə də həmin ekspert tərəfin vəsatətdə göstərilən 13 ədəd çatışmazlıqların heç birini qiymətləndirməmiş və yalnız əvvəlki rəyinə cüzi – 998 manat düzəliş etmişdir. Məhz bu faktın özü məhkəmənin bu ekspertin rəyinə tənqidi yanaşmasını tələb etdiyi halda məhkəmə bunu etməmişdir. Yenidən xx.xx.2024-cü ildə məhkəməyə vəsatət verilmiş və ekspertin nəzərə almadığı 13 bənd üzrə görülmüş işlərin qiymətləndirilməsinin aparılması üçün təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi və ekspertizanın aparılmasının başqa ekspertə həvalə edilməsi haqqında vəsatəti təmin edilməmişdir. Beləliklə, tikin ti zamanı ən azından 13 bənd üzrə görülmüş işlərin ekspert tərəfindən qiymətləndirilməməsinə görə 67,24 kv.m sahəli, 235,34 kub/m həcmli, dörd tərəfindən kubiklə hasar çəkilmiş, həyətində şambo və s. qurğular tikilmiş, işıq, qaz, su xətləri çəkilmiş, yaşayış evinin içərisində qızdırıcılar, elektrik naqilləri, kanalizasiya xətləri çəkilən bir fərdi yaşayış evinə cəmi 11620 manat xərc çəkilməsi haqqında ekspert rəyinin əsassızlığına görə təkrar məhkəmə ekspertizası keçirilməsi və ekspertizanın keçirilməsinin başqa ekspertə tapşırılması haqqında verilən 2 vəsatət (xx.xx.2023 və xx.xx.2024 tarixlərində) məhkəmə əsaslandırılmamışdır. tərəfindən təmin edilməmiş və bunun səbəbi də b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil ol muşdur.

63. İddiaçı etirazını onunla əsaslandırıb ki, ekspertiza rəyində göstərilən miqdarda ondan pul tutulması qanuni və əsaslıdır. Cavabdeh tikintiyə qarşılıqlı iddiasında göstərdiyi məbləğdə vəsait sərf etməsinə dair sübut təqdim etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döv riyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Maddə 365.1.3. Etibarnaməni vermiş şəxs tərəfindən etibarnamə ləğv edildikdə etibarnamənin qüvvəsinə xitam verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.0.1. Qanunla müə yyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalar ına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının həd ləri

64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

65. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərindən görünür ki, qətnamə qarşılıqlı iddianın evin tikintisinə çəkilmiş xərcin təmin edilməyən hissəsində mübahisələndirilib. Bu baxımdan, mə hkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.

66. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qarşılıqlı iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

69. Qarşılıqlı iddia tələbi həm də tikintiyə çəkilmiş xərcin tutulması barədə olub, birinci instansiya məhkəməsi tikilinin cavabdeh tərəfindən inşa edilməsinin sübuta yetməməsi əsası ilə qarşılıqlı iddianı həmin hissədə təmin etməmişdir.

70. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsini qətnaməsini qeyd edilən hissədə ləğv edərək, tikilinin cavabdeh tərəfindən inşa edilməsi nəticəsinə gəlmiş, tikiliyə sərf olunmuş xərcin məbləğini də ekspertiza rəyinə əsasən müəyyən etmişdir.

71. Mülki Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) s ayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

72. Hazırki işdə də iddiaçının əsassız varlanma halı müəyyən edilmiş və apellyasiya instansiyası məhkəməsi tikiliyə sərf edilmiş pulu iddiaçıdan tutaraq cavabdehə ödənilməsini qət etməklə düzgün nəticəyə gəlmişdir.

73. Tikiliyə sərf edilmiş vəsaitin məbləği isə ekspert rəyləri ilə müəyyən edilmişdir.

74. Bu baxımdan, mübahisələndirilən hissədə gəlinən nəticə düzgün olmuşdur.

75. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutla rı, o cümlədən ekspert rəylərini də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

76. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilini – vəsatət versə də, apellyasiya məhkəməsinin iş üzrə təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməməsi – əsassız sayır. Belə ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaql a, təkrar ekspertiza təyin edə bilər.

77. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

78. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

79. Bundan əlavə, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin təkrar ekspertiza barədə vəsatətini ayrıca qərardadla təmin etməmiş və gəldiyi nəticəni də təkrar ekspertiza üçün qanunla nəzərdə tutulmuş şərtlərin mövcud olmaması ilə əsaslandırmışdır.

80. Bununla yanaşı, məhkəmə kollegiy ası qeyd edir ki, məhkəmə qətnaməsinin icrasında tərəflərin bərabər vəziyyətinin təmin edilməsi, qətnamənin icrasına onların hər birinin eyni dərəcədə məsuliyətli olması nəzərə alınmaqla, ilk və qarşılıqlı iddia tələbinin təmin edilən hissələri eyni vaxtda icra edilməlidir.

81. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

82. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-69/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qət naməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. İlk və qarşılıqlı iddia tələblərinin təmin edilən hissələri eyni vaxtda icra edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar