Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1399/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maneələrin aradan qaldırılması 03.06.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2(106)295/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 3 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ağcabədi şəhər XDS -nin 1963-1965-ci illərə aid 66 saylı təsərrüfatbaşına kitabın 2171 saylı təsərrüfatında X adına 0,07 ha torpaq sahəsi olması barədə qeydiyyat vardır.
2. X xx.xx.2000-ci il, Cavabdeh1 Xqızı xx.xx.2002-ci il tarixdə Ağcabədi rayonunda ölmüşlər.
3. Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi 12-saylı ünvanda yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində ümumi mülkiyyət hüququ ilə X3, X6, Cavabdeh1 və X1 adlarına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın inventarlaşması və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin c avabdehlərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, atası X xx.xx.2000-ci ildə, anası Cavabdeh1 X xx.xx.2002-ci ildə vəfat etmişlər. Mərhum atası Ağcabədi şəhəri H.Aslanov küçəsində özünə məxsus torpaq sahəsində ev tikdirib həmin evdə yaşamışdır. Arxivdən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışı ilə müəyyən olunur ki, Ağcabədi şəhər XDS-nin 1963-1965-ci illərə aid 66 saylı təsərrüfatbaşına kitabın 2171 saylı təsərrüfatında atası X adına 0,07 ha torpaq sahəsi olması barədə qeydiyyat vardır. Həmin torpaq sahəsində atasından qalma ev vardır. Atasından qalmış ev və torpaq sahəsinə münasibətdə vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı onunla ailə tərkibində olan qardaşı X5 notariat ofisinə müraciət etmiş, yaşayış evinə və torpaq sahəsinə aid hüquq müəyyənedici sənədlər olmadığından, şəhadətnamə verilməsi mümkün olmamışdır. Həmçinin həmin torpaq sahəsində 2023-cü ildə 2 otaq, 1 zal və digər yardımçı otaqlardan ibarət ev tikmişdir. Atasının adına 0,07 ha torpaq sahəsinin qeydiyyatı olsa da, istifadədə olan torpaq sahəsi 0,13 ha təşkil edir. Yəni 0,06 ha torpaq sahəsi qeydiyyatda olduğundan artıqdır və bələdiyyə torpaqlarına aiddir. Lakin bələdiyyəyə aid 0,06 ha torpaq sahəsinin ümumi torpaq sahəsinin hansı hissəsində olması müəyyən olunmamışdır. Həmin torpağın sərhədlərinin müəyyən olunduqdan sonra satın almaq və mülkiyyətinə keçirmək istəyir. Bu məqsədlə müraciəti əsasında Ağcabədi bələdiyyəsinin əməkdaşları baxış keçir miş, lakin cavabdehlər ölçü işlərinin aparılmasına maneçilik törədərək mübahisə yaratmışlar. Ona görə də Ağcabədi şəhər XDS-nin 1963- 1965-ci illərə aid 66 saylı təsərrüfatbaşına kitabın 2171 saylı təsərrüfatında mərhum atası X adına 0,07 ha torpaq sahəsi, habelə həmin torpaq sahəsindən artıq 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində tikdirdiyi yaşayış evinin inventarlaşdırılması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, ailəsi ilə birlikdə mübahisəli ünvanda yaşayır. İdd iaçının tələb etdiyi torpaq sahəsinin 0,0768 ha hissəsinə artıq əri X2 adına rəsmiləşdirilmiş və çıxarış alınmışdır. Qaldı kı, ərazidə artıq torpaq sahəsi vardır. İlkin olaraq həmin torpaq sahəsi onlara təklif olunmalıdır. Əlavə torpaq sahəsində olan tikilinin isə iddiaçıya heç bir aidiyyəti yoxdur. Ona görə də iddianın təmin edilməməsini xahiş edir.
7. Məhkəmə iclasında Cavabdeh1 Cavabdeh2 izahatına uyğun izahat vermişdir.
8. Ağcabədi Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(017)-845/2024 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 12-də yerləşən 0,0768 ha torpaq sahəsindən əlavə olan torpaq sahəsində zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələrin aradan qaldı rılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, Ağcabədi şəhər XDS-nin 1963-1965-ci illərə aid 66 saylı təsərrüfatbaşına kitabın 2171 saylı təsərrüfatında X adına 0,07 ha torpaq sahəsi olması barədə qeydiyyat vardır. X xx.xx.2000-ci ildə və Cavabdeh1 X X xx.xx.2002-ci ildə Ağcabədi rayonunda ölmüşlər. Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 12-də 0,0768 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ümumi mülkiyyət hüququ ilə X3, X6, Cavabdeh1 və X1 mülkiyyətinə verilmişdir. Ölçmə işlərinin aparılması ilə əlaqədar İddiaçı müraciətinə baxılmış, Ağcabədi bələdiyyəsinin əməkdaşları tərəfindən Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində mübahisəli ünvanda yerləşən torpaq sahəsinə baxış keçir ilmiş, ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən imkan verilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 12-də yerləşən 0,0768 ha torpaq sahəsindən əlavə olan torpaq sahəsində zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələr aradan qaldırılmalı və həmin işlərin aparılmasına edilən müdaxilələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməlidir. İddia qalan hissədə qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 1391.1.5, 140, 152.1, 152.2, 152.3, 152.5, 158.1.2, 157.2, 157.4-cü maddələrinə, Torpaq Məcəlləsinin 68, 84-cü maddəsinin 3-cü bəndinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli qətnamə əsaslandırılmamış, işin faktiki hallarına uyğun olmayan, maddi və prosessual hüquq normalarnın pozulması ilə nəticələnən ədalətsiz və qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən iddiaçının hazırki iddia tələbini irəli sürə bilməyi üçün subyektiv hüququnun olub-olmaması araşdırılmamış, cavabdehlər tərəfindən verilmiş izahatlar təhrif edilmiş, nümayəndə olaraq onun izahatı ümumiyyətlə qətnamədə qeyd edilm əmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2(106)-295/2025 saylı qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Qasım Əliyev və Tale Kərimov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(017)-845/2024 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia rədd olunmuşdur.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsi zamanı mübahisələndirilən torpaq sahəsinin (təxminən 0.06) ona bu və ya digər formada aiddiyyətinin olmasını, həmçinin həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin onun tərəfindən tikilməsi ilə bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş və ya edə bilməmişdir. Buna görə də apellya siya şikayətinin dəlilləri əsaslıdır.
16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi, ev 12-də yerləşən 0,0768 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evi ümumi mülkiyyət hüququ ilə X3, X6, Cavabdeh1 və X1 mülkiyyətinə verilmişdir. Həmçinin həmin ünvanda vahid daş hasar ilə əhatə olunan ərazidə əlavə olaraq təxminən 0.06 hektar müvafiq mülkiyyət sənədi olmayan torpaq sahəsi mövcuddur. Tərəflərin izahatına əsasən həmin torpaq sahəsində tam təmir olunmayan, qapı-pəncərəsi və yaşayış üçün yararlı olmayan fərdi ev inşa edilmişdir. İddiaçı həmin evin onun tərəfindən inşa edildiyini bildirsə də bunu sübuta yetirə bilmir. Cavabdehlər isə həmin evin iddiaçı tərəfindən deyil, Tahir Əliyev tərəfindən inşa edildiyini bildirmişlər.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.1, 152.5, 152.6, 157.4, 560.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 111.1, 111.2ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının malik olduğu əmlaka sahib olmaq və ondan istifadə etmək hüququnu pozmuşdur. İşin mübahisəsiz halıdır ki, mübahi səli torpaq sahəsi və onun üzərində tikilmiş yaşayış evinin cavabdehlərə aidiyyəti yoxdur və qeyd olunanlar cavabdehlər tərəfindən də etiraf olunur. Lakin, məhkəmə qeyd olunanları nəzərə almadan əsassız olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, iddianı təmin etməmiş, işin həqiqi halını düzgün qiymətləndirməmiş, qanunsuz qətnamə çıxarmışdır. Nəticədə iddiaçı tikdirdiyi yaşayış evinə sahib olmaq və ondan istifadə etmək hüququndan məhrum olmuşdur.Mübahisəli əmlakın cavabdehlərə heç bir aidiyyəti yoxdur, əmlakla bağlı hər hansı iddialarının olmasını bildirmirlər və hazırkı iddia tələbi onların hər hansı mənafeyinə toxunmur. Belə olan halda, cavabdehlərin onlara məxsus olmayan torpaq sahəsində, onlarla hər hansı bağlılığı olmayan tikilmiş ev və torpaqla bağlı ölçmə işlərinə mane olmaları başa düşülən deyil və hazırkı iddia tələbini təmin etməməkdə məhkəmənin mövqeyi əsaslı olmamışdır. Məhkəmə işin mübahisəsiz həmin halını nəzərə almadan qanunsuz qətnamə çıxarmışdır.Məhkəmə cavabdehlərin apellyasiya şikayətini təmin etməkdə haqlı olmamışdır.Məhkəmə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamamış, və qiymətləndirməmişdir.Mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması işin mübahisəsiz halıdır, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin iddiaçı tərəfindən tikilməsi ilə bağlı isə işə birinci instansiyası məhkəməsində baxılarkən iddiaçı tərəf bununla bağlı vəsatətlə çıxış etsə də, məhkəmə buna lüzum görmədiyini bildirmiş, apellyasiya məhkəməsində isə məhkəmə sübut təqdim olunmasıyla bağlı şərait yaratmamış, işə cəldliklə baxıb yekunlaşdırmışdır. Məhkəmənin mövqeyi heç bir qanuna və ya əsasa və ümumiyyətlə hər hansı məntiqə də uyğun deyildir. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, əgər apellyasiya məhkəməsi üçüncü şəxs kimi işə cəlb olunmuş Ağcabədi Bələdiyyəsinin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatının səs yazısını tədqiq etsəydi, məlum olardı ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisi iddianı qəbul edir, iddianın təmin olunmasını xahiş edir. Mübahisəli torpaq sahəsini mülkiyyətçisi olduğu Ağcabədi Bələdiyyəsinin nümayəndəsi ölçməyə cəhd göstərmiş, lakin cavabdehlər buna əsassız olaraq imkan verməmişlər. Lakin məhkəmə işin qeyd olunan halını düzgün qiymətləndirməmiş, yalnız c avabdehlərin izahatlarına istinad etməklə onları əsas götürmüşdür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
22. Maddə 152.1.Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.5.Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 152.6.Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
25. Maddə 157.4.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlə rə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
27. Maddə 111.1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
28. Maddə 111.2.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməl idir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində bax ır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
40. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və pros essual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.
41. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Ağcabədi şəhər XDS-nin 19631965-ci illərə aid 66 saylı təsərrüfatbaşına kitabının 2171 saylı təsərrüfatında iddiaçının atası Əliyev Məmməd Məcid oğlunun adına 0,07 ha torpaq sahəsi qeydiyyata alınıb.
42. Həmçinin işin mübahisə olunmayan digər hallarına görə, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi, mülkiyyətdə olan 0,0768 ha torpaq sahəsində yerləşən, 1984-cü ildə tikilmiş, 4 otaqlı, ümumi sahəsi 158,4 kv.metr olan 12 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehlərin adlarına qeydə alınıb.
43. Hazırda iddiaçı, atası Məmməd Əliyevin 08 iyun 2000-ci il tarixdə, anası Cavabdeh1 isə 08 yanvar 2002-ci il tarixdə öldüklərini, atası Məmməd Əliyevin Ağcabədi şəhəri Həzi Aslanov küçəsində özünə məxsus torpaq sahəsində ev tikib orada yaşadığını, Ağcabədi şəhər XDS-nin 1963-1965-ci illərə aid 66 saylı təsərrüfatbaşına kitabın 2171 saylı təsərrüfatında onun adına 0,07 ha torpaq sahəsinin qeydiyyata alındığını, həmin torpaq sahəsində atası Məmməd Əliyevdən qalma evin olduğunu, həmin evə və torpaq sahəsinə şəhadətnamə verilməsi üçün qardaşı Mirqafar Əliyevlə birlikdə notariata müraciət etdiyini, lakin yaşayış evi və torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədlər olmadığı üçün notariusun şəhadətnamə verməkdən imtina etdiyini, həmin torpaq sahəsində həmçinin 2023-cü ildə 2 otaqlı, 1 zal və digər yardımçı tikilidən ibarət ev inşa etdiyini, həmin ərazidə faktiki olara q 0,13 ha torpaq sahəsinin olduğunu, orada olan 0,06 ha artıq torpaq sahəsinin bələdiyyəyə aid olduğunu, lakin torpaq sahəsinin ümumi torpaq sahəsinin hansı hissəsində yerləşməsinin müəyyən edilmədiyini, bu məqsədlə onun müraciətinə əsasən bələdiyyənin əməkdaşları tərəfindən ölçü işləri aparılarkən cavabdehlərin buna maneçilik törətdiklərini göstərib, mübahisəli 0,06 ha torpaq sahəsinin və onun üzərində inşa edilmiş evin inventarlaşdırılması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılan maneçiliklərin aradan qaldırılmasını və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsini iddia edir.
44. Cavabdehlər isə ailə üzvləri ilə birlikdə mübahisəli ünvanda yaşadıqlarını, iddiaçının tələb etdiyi torpaq sahəsinin 0,0768 ha hissəsinin X2 adına rəsmiləşdirilərək Çıxarış alındığını, ərazidə artıq torpaq sahəsinin olduğunu, lakin həmin torpaq sahəsinin ilkin olaraq onlara təklif edilmədiyini, həmin torpaq sahəsində olan tikilinin iddiaçıya heç bir aidiyyətinin olmadığını, həmin tikilinin 2013-cü ildə X8 tərəfindən inşa edildiyini göstərib, iddiaya etiraz etmişlər.
45. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, iddiaçının sözügedən 0,06 ha torpaq sahəsində yerləşən evin onun tərəfindən inşa edildiyini bildirsə də, bunu sübuta yetirə bilmədiyini, habelə həmin torpaq sahəsinin bu və ya digər formada ona aidiyyətinin olmasını, həmçinin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin onun tərəfindən inşa edilməsi ilə bağlı sübutları məhkəməyə təqdim etəməməsini göstərsə də, kassasiya in stansiyası məhkəməsi bununla razılaşmır.
46. Belə ki, iddia ərizəsindən, ona əlavə edilmiş sübutlardan, habelə apellyasiya və kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçının atası Məmməd Əliyevin adına Ağcabədi şəhər XDS-in 1963-1965-ci illərə aid 66 saylı təsərrüfatbaşına kitabın 2171 saylı təsərrüfatında 0,07 ha torpaq sahəsinin olması barədə qeydiyyat vardır.
47. Həmçinin, Ağcabədi bələdiyyəsinin 01 fevral 2023-cü il tarixli arayışından, habelə iddiaçının izahatından görünür ki, iddiaçı tərəfindən ünvan 3 ünvanda 2023-cü ildə 2 otaq, 1 zal və digər yardımçı otaqlardan ibarət fərdi yaşayış evi inşa edilib.
48. Eyni zamanda, həmin bələdiyyənin digər 14 fevral 2024-cü il tarixli arayışından görünür ki, bələdiyyənin əməkdaşları tərəfindən iddiaçının atası X məxsus olan həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, lakin cavabdehlər tərəfindən ərazidə ölçmə və sair işlərin aparılmasına maneçilik törədilib.
49. Göründüyü kimi, tərəflər arasındakı hazırkı mübahisə əslində ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində 2023-cü ildə inşa edilmiş 2 otaqlı, 1 zal və digər yardımçı tikilidən ibarət fərdi yaşayış evi ilə bağlı yaranıb.
50. Belə ki, iddiaçı, sözügedən torpaq sahəsini və fərdi yaşayış evini öz adına rəsmiləşdirmək istəyir, lakin cavabdehlər həmin torpaq sahəsində və fərdi yaşayış evində müvafiq inventarlaşdırma və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına maneçilik törədirlər.
51. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, iddiaçının atası X məxsus olmuş 0,07 ha torpaq sahəsinin dəqiq ünvanını, hazırkı statusu nu dəqiqləşdirmədən, bu barədə zəruri sübutları məhkəməyə təqdim etməyi iddiaçıya təklif etmədən və ya iş üzrə müvafiq ekspertiza keçirib həm iddiaçının atası X məxsus olmuş 0,07 ha torpaq sahəsinin, həm mübahisəli 0,06 ha torpaq sahəsinin, həm də cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan 0,0768 ha torpaq sahəsinin yerinə koordinatlarını müəyyən etmədən, mübahisəli 0,06 ha torpaq sahəsinin üzərində inşa edilmiş yarımçıq tikilinin iddiaçıya deyil, X məxsus olmasına dair cavabdehlərin iddiaya etirazlarının əsası kimi istinad etdikləri hallara dair heç bir araşdırma aparmadan, başqa sözlə cavabdehlərin həmin torpaq sahəsinə, onun üzərində olan yarımçıq tikiliyə aidiyyətlərini müəyyən etmədən, zərurət yarandığı halda X hazırkı mübahisəli məsələyə münasibətini öyrənmədən, yalnız cavabdehl ərin formal mülahizələrinə əsaslanaraq iddianı rədd edib. Halbuki, işdən və Ağcabədi bələdiyyəsinin işə əlavə edilmiş çoxsaylı arayışlarından, habelə iddiaçının izahatından görünür ki, mübahisəli 0,06 ha torpaq sahəsi bələdiyyəyə, onun üzərində yerləşən yarımçıq tikili isə iddiaçıya məxsusdur.
52. Apellyasiya instansiyası məhkəməsi, işdə iştirak edən şəxslərin, o cümlədən iddiaçının iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, habelə həm mübahisəli 0,06 ha torpaq sahəsinin, həm də onun üzərində inşa edilmiş yarımçıq tikilinin faktiki sahibini dəqiqləşdirmədən, habelə həmin tikilinin kimin vəsaiti hesabına inşa e dildiyini müəyyən etmədən, həqiqətə nail olmaq üçün işdə iştirak edən şəxslərin prosessual hüquqlarının həyata keçməsinə hər hansı kömək göstərmədən, iddianı rədd etməklə əslində cavabdehlərin həmin torpaq sahəsinə və onun üzərində inşa edilmiş yarımçıq tikiliyə faktiki yiyələnmələri üçün qanunsuz əsas yaradıb və bununla da MPM-in 14.1, 88, 106.1-cı maddələrinin, habelə Mülki Məcəllənin 159, 163.1, 164.1, 165.1-ci maddələrinin tələblərini pozub. Halbuki, sözügedən normaların mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün...işdə iştirak edən şəxslərin prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşdə işitirak edən şəx slərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirməlidir. Həmçinin sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin irədəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma isə qadağan edilmiş özbaşınalıq sayılır.
53. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunilik və əsaslılıq baxımından MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Halbuki, həmin normanın mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Eyni zamanda həmin Məcəllənin 418.1-ci maddəsində göstərilir ki, m addi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
55. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edərək hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırı lan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 yanvar 2025-cü il tarixli, 2(106)-295/2025 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.