Məhkəmə qərarları › İş №2(102)-1400/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1400/2021

01.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1400/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1528/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxx 2021-ci il tarixdə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən ona məxsus dəyəri 3000 manat olan 1 baş körpə balalı semental cinsli inəyin, hər birinin dəyəri 1500 manat olan il yarımlıq cöngənin və düyənin, dəyəri 1200 manat olan 1 baş dananın və ya onların dəyərinin, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manaat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, münasibətləri yaxşı olduğuna görə cavabdeh 2 baş inəyini puls uz saxlamağı öhdəsinə görürmüşdür. Belə ki, cavabdehin atası ilə razılaşıb cavabdehə 2015-ci ilin sentyabr ayında bir baş iribuynuzlu malı, 2016-cı ilin sentyabr ayında da yenidən bir baş iribuynuzlu malı saxlamaq üçün qardaşı İman Əhmədxanov vasitəsilə cavabdehin yaşadığı Quba rayonu, Qırız kəndinin yaylağına göndərmişdir. Cavabdehin atasına müəyyən işlərdə köməklik etdiyinə və onlara ehtiyacları olan məqamlarda borca pul verdiyinə görə ondan 3 baş inəyi saxlamağın əvəzində haqq istəməmişdir, əslində bu barədə heç bir söhbət olmamış, saxlamaq üçün haqq ödəmək barədə öhdəlik götürməmişdir. Bu ilin avqust ayında cavabdeh tərəfin onun qardaşı ilə qohumluq əlaqələri pozulduğu üçün cavabdeh iddiaçının qardaşına zəng edərək demişdir ki: “Gəl malları - bir körpə balalı inəyini və iki dananı apar.” Lakin sonradan cavabdeh malları verməkdən imtina etmiş və malları saxlamaq haqqı olaraq 750 manat pul istəmiş, pul verilmədiyi təqdirdə 1 baş dananı pulun əvəzində saxlayacağı, qalan malları verəcəyini bildirmişdir. Cavabdeh heç nəyə məhəl qoymayaraq malları verməkdən hər vasitə ilə boyun qaçırır. Həmin vaxtdan sonra mal-qaranın cavabdehdən geri qaytarılması üçün səy göstərsə də, bunun heç bir nəticəsi olmamışdır. Beləliklə, ona məxsus 1 baş körpə balalı sementel cins inəyi və iki baş il yarımlıq cöngəni və düyəni cavabdeh girov saxlamış, halhazırda həmin mallar onun qanunsuz sahibliyindədir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh izahat verərək göstərmişdir ki, iddiaçının onda bir baş yanı balalı inəyi və iki baş il yarımlıq cöngəsi qalıb, bir heyvanı isə itib. Həmin iki da nanın xərclərini götürmək məqsədi ilə birini 900 manata satıb. Hazırda iddiaçı ona 750 manat verərsə, yanı balalı heyvanı qaytarmağa razıdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba Dövlət X5 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəylində qeyd edilmişdir ki, iddiaçının izahatında qeyd edilən 5 baş qara malın ümumi dəyəri indiki bazar qiymətləri ilə cəmi 6250 (1500 + 600 +1550 +1350 +1250 =6250) manat ola bilər. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X1 göstərmişdir ki, 2015-ci ilin sentyabr ayında qardaşı olan iddiaçı bir baş iribuynuzlu malı, 2016-cı ilin sentyabr ayında da yenidən bir baş iribuynuzlu malı saxlamaq üçün onun vasitəsilə cavabdehin yaşadığı Quba rayonu Qırız kəndinin yaylağına göndərmişdir. Qardaşı cavabdehin atasına müəyyən iş lərdə köməklik etdiyinə görə onlar həmin mal-qaranın saxlanması üçün əvəzində heç nə istəməmişlər. Hər il danışığa əsasən inəyin balasını qardaşına gətirib veriblər. Sonradan münsibətlər korlanmış və cavabdeh əsassız olaraq inəklərin saxlanması üçün pul tələb edərək, inəkləri və balalarını verməkdən imtina etmişlər. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)266/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehdən dəyəri 2100 manat olan 1 baş körpə balalı “semental” cinsli inək, dəyəri 1500 manat olan il yarımlıq cöngə, dəyəri 1350 manat olan düyə və dəyəri 1200 manat olan 1 baş dana və ya onların dəyəri, iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat məbləğində pul vəsait inin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi işdə olan rəyi sübut kimi qəbul edərək iddianı qismən təmin etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 152.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1528/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətn aməsi qismən –cavabdehdən dəyəri 1200 manat olan 1 baş dana və ya onun dəyərinin alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmiş, qətnamə cavabdehdən dəyəri 2100 manat olan 1 baş körpə balalı “semental” cinsli inək, 1500 manat olan il yarımlıq cöngə və dəyəri 1350 manat olan düyə və ya onların dəyərinin alınıb iddiaçıya verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı «dəyəri 1200 manat olan 1 baş dana» tələbinə dair hissədə iddianın əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş və birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməklə səhvə yol vermiş və düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qalan hissəsində təmin etməklə düzgü n nəticəyə gəlmişdir. Cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilib, iddianın bütövlükdə rədd edilməsi barədə dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və həmin halları sübuta yetirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21, 1096.1, 1097.1, 192.1, 192.4-cü, MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin tam şəkildə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd etdiyi hissədə səhvə yol verərək qanunvericiliyin tələblərini pozmuş, hüququn tətbiq edilməsində düzgün nəticəyə gəlməmiş, tətbiq edilməli olan qanunu səhv və ya digər normativ hüquqi aktı tətbiq etməməklə qanunu səhv təfsir etmiş, prosessual hüquq normalarının tələbləini pozmuşdur. Apellyasiya məhkəməsi cavabdehin ziddiyyətli izahatlar verməsini nəzərə almamışdır. Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansi yası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri İddiaçının kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Cavabdehin kassasiya şikayətinə qarşı iddiaçının vəkili tərəfindən verilmiş etirazda cavabdehin kassasiya şikayətinin əsassız olması göstərilməklə onun təmin olunmaması xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili iddiaçının kassasiya şikayətinin dəlillərinə etiraz edərək cavabdehin kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhk əmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. İddiaçının vəkili məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılaraq iddiaçının kassasiya şikayətinin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iş üzrə iddiaçı və cavabdeh hər ikisi kassasiya şikayətləri verdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassatorlar şikayətlərində apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyini ümumi ifadələrlə qeyd etsələr də, bunun nədən ibarət olmasını əsaslandırmamışlar. Hər iki kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsin in qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1528/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar