Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1402/2025 05.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maneənin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mağazadan istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, mağazaya müdaxilənin cavabdehə qadağan edilməsi və mağazanın qapısının açılması tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 fevral 2025-ci il tarixli 2(106)-16/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kass asiya şikayəti üzrə mülki işə 5 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 14 dekabr 2010-cu il tarixli ərizəsinə əsasən Quliyeva X7 şəhəri, H.Hacıyev küçəsi, 24 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsindən İddiaçı tikinti aparmaq üçün sərəncam verilməsinə razılıq vermişdir.
2. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdeh 14 dekabr 2010-cu il tarixli razılıq ərizəsi əsasında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində, Cavabdeh həyətyanı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı ərizə ilə müraciət edərək 4 m x 4 m=16 kv metr ölçüdə ticarət mağazasının tikintisinə icazə ve rilməsini xahiş etmiş, yuxarıda qeyd olunan sərəncamla İddiaçı əldə etdiyi torpaq sahəsində 4 m x 4 m=16 kv metr ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir. 3. 15 dekabr 2010-cu il tarixli aktın surətindən görünür ki, Cavabdeh notariatda qeydiyyatdan keçmiş razılıq ərizəsi və İddiaçı 14 dekabr 2010-cu il tarixli müraciəti nəzərə alınaraq Ağcabədi şəhərinin H.Hacıyev küçəsində Cavabdeh həyətyanı sahəsində sahibkarlıqla məşğul olmaq məqsədi ilə İddiaçı 4 m x 4 m=16 kv metr ölçüdə ticarət mağazası tikintisinə torpaq sahəsi seçmək üçün naturada baxış keçirilmiş, bu məqsəd üçün yuxarıda göstərilən ünvanda layihə əsasında tikinti işləri aparılması komissiya tərəfindən məqsədə müvafiq hesab edilmişdir.
4. Cinayət işinin rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətin dən görünür ki, İddiaçı və Cavabdeh DİN-nin “102” xidmətinə etdikləri zəng əsasında HK-1/321 və 322 saylı material üzrə araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, yaşadığı evin həyətində 2011-ci ildə rəsmi icazə alaraq beş obyekt tikmişdir. Həmin obyektlərin birini 2011-ci ildə İddiaçı icarəyə vermişdir. Bir müddət sonra təcili pul borcu olduğu üçün Rizvandan kömək istəmişdir. Rizvan isə ona 20000 manat verə biləcəyini demiş, ancaq bir dəfəyə yox, hissə-hissə verəcəyini söyləmişdir. Onların razılaşmalarına əsasən Rizvan həmin verdiyi pula əsasən orada işləyəcək və icarə haqqı verməyəcəkdir. Bu isə 2022-ci ilin fevral ayına kimi olan müddəti əhatə etmişdir. xx.xx.2022-ci il tarixdə qızı Rahilə obyektə getmiş və Rizvandan çıxmasını tələb etmişdir. 5. 28 mart 2 011-ci il tarixli ərizənin surətindən görünür ki, Quliyeva X7 rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmiş, ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsində 20 x 4=80 kv metr ərazidə ticarət mağazası tikməyə sərəncam verilməsini xahiş etmişdir.
6. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 20 oktyabr 2011-ci il tarixli 211 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdeh ərizə ilə müraciət edərək şəhərin H.Hacıyev küçəsi 24 saylı ünvanda öz həyətyanı torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 20 m x 4 m=80 kv metr ölçüdə ticarət mağazasının tikintisinə icazə verilməsini xahiş etmiş, yuxarıda qeyd olunan sərəncamla X4 şəhərin H.Hacıyev küçəsində öz həyətyanı torpaq sahəsində 20 m x 4 m=80 kv metr ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir.
7. Ağcabədi rayon İcra Hakimiyyəti başçısı aparatı memarlıq və tikinti şöbəsinin 31 mart 2022-ci il tarixli 9/71 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti və Cavabdeh ərizəsinə əsasən 04 fevral 2011-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında İddiaçı şəhərin Hüsü Hacıyev küçəsində, 24 saylı ünvanda 4m x 4m=16 kv metr ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir. Yuxarıda qeyd olunan sərəncama əsasən İddiaçı ticarət mağazası inşa etdirərək istifadəyə verilmişdir. Sərəncam bu gündə qüvvədədir. Eyni zamanda 20 oktyabr 2011-ci il tarixdə şəhərin Hüsü Hacıyev küçəsi 24 saylı ünvanda Cavabdeh 20m x 4m = 80 kv metr ölçüdə ticarət mağazasının tikintisinə sərəncam verilmişdir. Hər iki sərəncam fərqli-fərqli sərəncamlardır və bu gündə qüvvədədi r. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı “mağazadan istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, mağazaya müdaxilənin cavabdehə qadağan edilməsi və mağazanın qapısının açılması” tələbinə dair iddia qaldıraraq, iddianın təmin olunmasını xahiş etmişdir.
9. İddia tələbini onunla əsaslandırmışdır ki, 14 dekabr 2010-cu il tarixdə Cavabdeh 26000 manat məbləğində pul ödəyərək mağaza tikmək məqsədilə ona məxsus həyətyanı torpaq sahəsindən 16 kv metr torpaq sahəsi almışdır. Bu barədə Cavabdeh da Ağcabədi rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmiş, 15 dekabr 2010-cu il tarixdə komissiya üzvləri torpaq sahəsinə baxış keçirmiş, torpaq sahəsində mağaza tikintisini məqsədə müvafiq hesab etmişdir. Ağcabədi rayon İcr a Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamı ilə ona əldə etdiyi torpaq sahəsində 4mx4m=16 kv metr ticarət mağazasının tikintisinə icazə verilmişdir. Bundan sonra 15000 manat məbləğində xərc çəkərək mağazanı tikmiş və həmin vaxtdan mağazada ticarətlə məşğul olmuşdur. Lakin bu ilin əvvəllərində, məhkəməyə müraciət etdiyi vaxtdan təxminən bir neçə gün qabaq cavabdeh və onun ailə üzvləri onun üzərinə hücum çəkərək mağazanı zorla əlindən almış və mağazanın qapısını kilidləyərək mağazadan sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Aralarında yaranmış mübahisə ilə bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılmış, mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması hüququ ona izah olunmuşdur. Bu səbəbdən də pozulmuş hüquqlarımın bərpası üçün məhkəmə yə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisəni məhkəmədən kənar qaydada həll etmək istəsə də bu mümkün olmamışdır.
10. Cavabdeh iddiaya etirazında göstərmişdir ki, mübahisəli mağazanın torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. Həmin torpaq sahəsində mağaza inşa etmək üçün 2011-ci ilin mart ayında Ağcabədi rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmiş, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 20 oktyabr 2011-ci il tarixli 211 nömrəli sərəncamı ilə torpaq sahəsində 20 m x 4 m = 80 kv metr ticarət mağazasının tikintisinə icazə verilmişdir. Mağazanı tikdikdən sonra ayrı-ayrı şəxslərə, o cümlədən 16 kv metr sahəni İddiaçı icarəyə vermişdir. Lakin aralarında icarə müqaviləsi bağlanmamışdır. İcarə üçün razılaşdıqları müddət başa çatmışdır. Hazırda İddiaçı onun tikilisi ndə işləməsinə razı deyil. Ona görə də Rizvanı mübahisəli sahədən çıxarmışdır. İddiaçıya heç bir vaxt onun torpaq sahəsində mağaza inşa etdirməyə icazə verməmişdir.
11. Ağcabədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(017)-492/2022 saylı qətnaməsi ilə, iddianın təmin edilməsi, Cavabdeh tərəfindən ünvan 2 ünvanında İddiaçı məxsus, sahəsi 16 kv metr olan mağazadan istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və mağazanın giriş-çıxış qapısının açılması, mağazaya müdaxilənin Cavabdeh qadağan edilməsi, cavabdehdən dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. (Hakim: Etibar Quliyev)
12. Məhkəmə müəyyən etmişdir ki, Quliyeva X7 şəhəri, H.Hacıyev küçəsi, 24 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsindən X8 tikinti aparmaq üç ün sərəncam verilməsinə razılıq vermişdir. Cavabdeh 14 dekabr 2010-cu il tarixli razılıq ərizəsi əsasında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində, Cavabdeh həyətyanı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı ərizə ilə müraciət edərək 4 m x 4 m=16 kv metr ölçüdə ticarət mağazasının tikintisinə icazə verilməsini xahiş etmiş, öncə qeyd olunan sərəncamla İddiaçı əldə etdiyi torpaq sahəsində 4 m x 4 m=16 kv metr ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir. Cavabdeh notariatda qeydiyyatdan keçmiş razılıq ərizəsi və İddiaçı 14 dekabr 2010-cu il tarixli müraciəti nəzərə alaraq Ağcabədi şəhərinin H.Hacıyev küçəsində Cavabdeh həyətyanı sahəsin sahibkarlıqla məşğul olmaq məqsədi ilə İddiaçı 4 m x 4 m=16 kv metr ölçüdə ticarət mağazası tikintisinə torpaq sahəsi seçmək üç ün naturada baxış keçirilmiş, bu məqsəd üçün yuxarıda göstərilən ünvanda layihə əsasında tikinti işləri aparılması komissiya tərəfindən məqsədəmüvafiq hesab edilmişdir. Quliyeva X7 rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmiş, ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsində 20 x 4=80 kv metr ərazidə mağaza tikməyə sərəncam verilməsini xahiş etmişdir. 20 oktyabr 2011-ci il tarixli 211 nömrəli sərəncamla X4 şəhər Hacıyev küçəsində öz həyətyanı torpaq sahəsində 20 m x 4 m=80 kv metr ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir. İddiaçı müraciəti və Cavabdeh ərizəsinə əsasən 04 fevral 2011-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında İddiaçı şəhərin Hüsü Hacıyev küçəsində, 24 saylı ünvanda 4m x 4m=16 kv metr ölçüdə ticarət mağazasın ın tikintisinə icazə verilmişdir. Yuxarıda qeyd olunan sərəncama əsasən İddiaçı ticarət mağazası inşa etdirərək istifadə etmişdir. Eyni zamanda 20 oktyabr 2011-ci il tarixdə şəhəri Hüsü Hacıyev küçəsi 24 saylı ünvanda Cavabdeh 20m x 4m = 80 kv metr ölçüdə ticarət mağazasının tikintisinə sərəncam verilmişdir. Hər iki sərəncam fərqli-fərqli sərəncamlardır və bu gündə qüvvədədir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasnın 13 və 29-cu, Mülki Məcəllənin 14.1, 139.1, 139-1.1.5, 140, 146.1, 146.2, 152.1, 152.2, 152.3. 152.5, 157.2, 157.4 və 158.1.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməs inin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Ağcabədi rayon İcra Hakimiyyətinin 16 saylı 04 fevral 2011-ci il tarixli sərəncamında, bu sərəncamın Cavabdeh Ağcabədi Notariat Kontorunda 7E-8823 reyestr nömrəsi ilə təsdiq edilmiş 14 dekabr 2010-cu il tarixli razılıq ərizəsi əsasında verildiyi qeyd edilmişdir. Birincisi, torpaq sahəsi ümumi birgə paylı mülkiyyət olduğundan üzərində sahiblik və ondan istifadə, həmçinin barəsində sərəncan vermək onun bütün mülkiyyətçilərinin razı laşması əsasında həyata keçirilir. Belə olan halda həmin torpaq sahəsi üzərində mağaza tikilməsinə təkbaşına icazə vermək hüququm olmamışdır. İkincisi o, Rizvana heç bir vaxt torpaq satmamışdır və qanunvericiliyə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Belə bir müqavilə isə olmamışdır və yoxdur. Üçüncüsü o, ümumiyyətlə nə notariatda, nə də ki, sərbəst qaydada belə bir razılıq ərizəsi yazmamışdır və imza etməmişdir.
16. İş materiallarında olan, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 3-16-16/2-10/2336 saylı, 10 dekabr 2024-cü il tarixli rəyində qeyd edilmişdir: 1-ci sual üzrə. İddiaçı tərəfindən Ağcabədi rayon İcra Hakimiyyəti başç ısının 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamına əsasən 4m x 4m=16 kv metr ölçüdə tikintisinə icazə verilmiş ünvan 3 ünvanda yerləşən ticarət mağazası tikilisinin mövcud olub-olmamasını həmin tikiliyə aid hüquqmüəyyənedici sənədin və eyni zamanda qeyd olunan ticarət mağazasının tikilisinin yerləşdiyi əraziyə aid yerquruluşu planının mülki işin içərisində olmadığına görə naturada təyin etmək mümkün olmadı. Ancaq İddiaçı tərəfindən iddia olunan 4m x 4m=16 kv metr ölçüdə olan tikilinin yerləşdiyi ərazi naturada müəyyən edildi və tərtib olunmuş ölçü planında qeyd olundu. 2-ci sual üzrə. Cavabdeh tərəfindən Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 20 oktyabr 2011-ci il tarixli 211 nömrəli sərəncamına əsasən 20m x 4m=80 kv metr ölçüdə tikintisinə icazə verilmiş ünvan 3 ünvanda yerləş ən ticarət mağazasına aid tikili mövcuddur. 3-cü sual üzrə. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş, İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən 4m x 4m=16 kv metr ölçüdə olan ticarət mağazası, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 20 oktyabr 2011-ci il tarixli 211 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş Cavabdeh məxsus Ağcabədi H.Hacıyev küçəsində N. Quliyevanın öz həyətyanı torpaq sahəsində yerləşən 20m x 4m=80 kv metr ölçüdə olan ticarət mağazasının tərkib hissəsinə daxil olmaqla sol tərəfdən 2-ci sırada yerləşir. (Tərtib olunmuş ölçü planında qeyd olunmuşdur) 4-cü sual üzrə. ünvan 3 ünvanda 20m x 4m=80 kv metr ölçüdə olan qeyri-yaşayış obyektində 5 ədəd ticarət obyekti mövcuddur.
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-16/2025 nömrəli mülki iş üzrə 03 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(017)492/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
18. Məhkəmə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini işin halları ilə əlaqəli formada qiymətləndirərək qeyd etmişdir ki, birinci insatansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.
19. Cavabdeh Quliyeva X7 şəhəri, H.Hacıyev küçəsi, 24 saylı ünvanda yerləşə n həyətyanı torpaq sahəsindən iddiaçı X8 tikinti aparmaq üçün sərəncam verilməsinə 14 dekabr 2010-cu il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsi əsasında razılıq vermiş, onun razılıq ərizəsi nəzərə alınmaqla Ağcabədi rayon İcra Hakimiyyəti başçısına sərəncamı ilə İddiaçı tikinti aparmaq icazəsi verilmiş, İddiaçı ticarət mağazası inşa etdirərək istifadə etmişdir. Tikintiyə icazə barədə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamı hal-hazırda da qüvvədədir, həmin sərəncamın ləğv olunması barədə Cavabdeh iddiası Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamış, bu qərardaddan Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti də təmin edilməmişdir. İddiaçının mağaza binasına sahibliyi qanuni əsaslarladı r.
20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 144.1, 324.1, 334.1, 337.1, 337.2, 337.3, 340.1, 340.2, 341.1, 341.2, 567, 568.1, 597.1 və 646.1-ci və MPM-nin 77.1, 14.2, 88, 217.4 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının 03 fevral 2025-ci il tarixli, 2(106)-16/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətində apelyasiya şikayıtinin dəlillərinə uyğun əsaslandıraraq, işə apelyasiya instansiyası məhkəməsində baxılarkən sübutlar düzgün qiymətləndirilməməsini, maddi və prossesual hüqu q normaları pozulmasını və nəticədə apellyasiya şikayətinin təmin edilməməsini göstərmişdir.
23. Cavabdeh öz mövqeyini Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə, «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə, «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyannaməsinin 18-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası MM-nin 139.1 və 140-ci maddələrinə istinad etmişdirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir.
26. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdiyinə görə, hazırkı kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasından ibarətdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası
27. Maddə 29 (hissə 1). Hər kəsin mülkiyyət hüququ vardır.
28. Maddə 29 (hissə 3). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
29. Maddə 29 (hissə 7) Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka ( əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
32. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər
33. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hər əkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
36. Maddə 159.1.2 Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbi q edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
45. İddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qə naəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsində inşa olunmuş 16 kv metrlik tikili iddiaçı X6 qanuni sahibliyində və istifadəsində olmuşdur, həmin tikili cavabdehin notarial qaydada təsdiqlənmiş 14 dekabr 2010-cu il tarixli razılıqı ərizəsi və Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli sərəncamı əsasında İddiaçı tərəfindən tikilmiş və onun istifadəsində olmuşdur. Qanuni və vicdanlı sahib olan iddiaçının tikilidən istifadəsinə Cavabdeh tərəfindən maneəçilik törədilməsi qanunsuz və əsassız olmuşdur.
46. İşdən görünür ki, İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, mağaza binasının tikintisi cavabdehdən 26000 manata sonuncunun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsindən 16 kv metr torpaq sahəsini satın almış, cavabdeh bu barədə 14 dekabr 2010-cu il tarixli notarial qaydada təsdiqlənmiş ərizə vermiş, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə barədə 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamına əsasən 15000 manat vəsait mərf etməklə 16 kv metr ölçüdə ticarət mağazası inşa etdirmişdir.
47. İddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi halları, yəni göstərdiyi cavabdehin tikinti aparılmasına razılıq barədə ərizəsi, rayon İcra hakmiyyəti başçısının tikintiyə razılığa dair sərəncamı və torpaq sahəsinin seçilməsi haqqında komssiyanın rəyini mağaza binasına iddiaçının sahibliyinin qanuni və əsaslı, cavabdehin hərəkətlərinin isə özbaşınalıq olması qənaətinə gələn, həmin sübutların iddianın təmi ni üçün kifayət hesab edən apellyasiya məhkəməsi cavabdeh ətərfindən təqdim olunmuş sübutlara ümumiyyətlə baxmamış, həmin sübutlara hüququi qiymət verməmişdir.
48. Belə ki, işdən görünür ki, mübahisənin predmeti olan mağaza binasının yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdehin və daha 5 nəfər ailə üzvünün adına dövlət qeydiyyatına alınmışdır, həmin sahədə iddiaçıya tikinti üçün razılıq barədə ərizə verdikdən sonra, yəni 28 mart 2011-ci il tarixdə cavabdeh yenidən ərizə ilə rayon İcra hakimiyyətinə müraciət edərək mülkiyyətində olan həyətyanı torpaq sahəsində 20 x 4=80 kv metr ərazidə ticarət mağazası tikməyə sərəncam verilməsini xahiş etmiş, rayon İcra hakimiyyətinin başçısının təşkil etdiyi komissiyanın Torpaq sahəsinin seçilməsi və tikintiiyə razılıq barədə 30 mart 2011-ci il tarixli Aktı, X10 Xidmətinin 18 may 2011-ci il tarixli rəyi, Rayon İcra hakimiyyətinin Memaplıq və Tikinti İşləri şöbəsinin rəyi və baş planı əsasında Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 211 nömrəli 20 oktyabr 2011-ci il tarixli sərəncamı ilə ünvan 5 ünvanda öz həyətyanı torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 20 m x 4 m=80 kv metr ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir.
49. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının 2011-ci ilin noyabr ayında tərtib edilmiş Aktından (c.1 v. 65-69) isə görünür ki, Cavabdeh tərəfindəni mülkiyyətində olan ünvan 5 ünvanda 16x5=80 kv metr ümumi sahədən ibarət birmərtəbəli mağaza binası inşa edilmişdir, həmin bina tikinti norma və qaydalarına uyğundur, istismara y ararlıdır.
50. İş üzrə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekpertizaların rəylərinə görə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş, İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən 4m x 4m=16 kv metr ölçüdə olan ticarət mağazası, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 20 oktyabr 2011-ci il tarixli 211 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş Cavabdeh məxsus Ağcabədi H.Hacıyev küçəsində N. Quliyevanın öz həyətyanı torpaq sahəsində yerləşən, hər biri 16 kv metr olan 5 ticarət obyekti 20m x 4m=80 kv metr ölçüdə olan, ticarət mağazasının tərkib hissəsinə daxil olmaqla sol tərəfdən 2-ci sırada yerləşir.
51. Göründüyü kimi İddiaçı iddia etdiyi tikili qanunla müəyyən edilmiş qaydada inşa edilmiş və müvafiq icra hakimiyyətinin təşkil etdiyi dövlət komissiyası tərəfindən cavabdehə məxsusluğu təsdiq edilmiş tikilinin tərkib hissəsi olmasına dair kifayət qədər sənədlərin olmasına və həmin sənədlər cavabbeh tərəfindən təqdim edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi məhkəmə bu sənədlərə hüquqi qiymət verməmiş, işin hallarınnı müəyyən olunması zamanı həmin səndəlri nəzərə almamasının əsaslandırmamış, bu da son nəticədə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.
52. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfl i araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının nömrəli mülki iş üzrə 2(106)16/2025 nömrəli iş üzrə 3 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.