Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1403/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: qəzalı bina, digər yaşayış sahəsi verilməklə mənzildən çıxarma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6644/2023 nömrəli iş üzrə 14 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şi kayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Baxılan işin halları, birinci instansiya məhkəməsində icraat, apellyasiya və kassasiya instansiyası məhkəməsindəki əvvəlki icraat, həmin icraatlar üzrə tələblərin və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırması hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3068/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qərarında ətraflı qeyd olunmuşdur (bax: i.v. 174-186, İ cild; link:https://emehkeme.gov.az/signed/ShowEdoc?guid=6b2c15b010ef4003b4624d4f5205 33ef.edoc Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
1. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6644/ 2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-620/2023 saylı, 18 yanvar 2023 cü il tarixli qətnaməsi dəyişdirilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – iddiaçı və ya MMC) tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 42.4 kv.m-dən ibarət olan (iddiaçı tərəfin iddia ərizəsinə əsasən 52.4 kv.m. olan) mənzilin əvəzinə yeni tikiləcək binada 99 kv.m ölçüdə, 3 otaqlı təmirli mənzilin Cavabdeh (bundan sonra - cavabdeh) təhvil verilməsi hissəsində dəyişdirilməklə, cavabdehə təklif edilən mənzilin ünvanı Ağa Neymətulla küçəsi 34 ünvanında inşa edilən yaşayış kompleksinin 3 saylı binasının 11-ci mərtəbəsində yerləşən 5 saylı mənzil olması müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
2. Apellyasiya instansiyası məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi bina qəzalı, istismara yararsız vəziyyətdədir. Həmin ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyri-yaşayış tikililərinin) sökülərək, yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən iddiaçının istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunverici liyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuşdur. Mübahisəli yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması işin mübahisəsiz halıdır. "xxxx" MMC həmin binaların sakinlərinin əksəriyyəti ilə onların köçürülməsi, sökülmüş tikililərin mülkiyyətçilərinə tikiləcək yeni binada mənzillə təmin edilmələri barədə razılığa gəlsə də, yalnız hazırkı cavabdehlə razılıq əldə edə bilməmiş, mübahisə də məhz bu səbəbdən yaranmışdır.
3. Məhkəmə tərəfindən yerində müayinə zamanı müəyyən edilmişdir ki, bina qəzalı vəziyyətdədir. Bina ilə üzbəüz dayandıqda MMC-yə məxsus binaların tikilməsi müşahi də olunur. Binanın xaricindən və daxilindən müşahidə etdikdə söküntü işlərinin aparıldığı müəyyən edilmişdir. Binada ümumiyyətlə yaşayış yoxdur, binanın bəzi pilləkənlərində pilləkən qəfəsləri mövcud deyil. Binanın arxa tərəfindən də müşahidə etdikdə qəzalı vəziyyətdə olduğu görünür.
4. İddiaçı apellyasiya instansiyası məhkəməsinin iclasında irəli sürdüyü təkliflə, yəni, ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 42.4 kv.m-dən ibarət olan (iddiaçı tərəfin iddia ərizəsinə əsasən 52.4 kv.m. olan) mənzilin əvəzinə yeni tikiləcək binada 99 kv.m ölçüdə, 3 otaqlı təmirli mənzillə cavabdeh tərəf razılaşmasa da, məhkəmə həmin təklifi kifayət qədər ədalətli və ağlabatan saymış və qeyd etmidir ki, onun icrasının dərhal həyata keçirilməsinə sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MMC tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yaradır. İdiaçının təklfi cavabdehin öz mülkiyyətində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. İddiaçı tərəfindən cavabdehə söküləcək binadakı mənzilinin əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzil təklif olunur. Eyni zamanda iddiaçı cavabdeh tərəfindən mənzil MMC-yə təhvil verildiyi gündən başlayaraq, yeni yaşayış sahəsi ilə təmin olunan günədək hər ay 400 manat məbləğində kirayə haqqı təklif edir.
5. Məhkəmə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müxtəlif işlə r üzrə gəldiyi hüquqi mövqelərdən irəli gələrək diqqətə çatdırmışdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir.
6. Qeyd olunanlarla yanaşı, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun araşdırma apararaq, müəyyən etmişdir ki, MMC tərəfindən cavabdehə mənzilin əvəzinə təklif edilmiş, ümumi sahəsi 99 kv.m olan 3 otaqlı təmir edilmiş yeni mənzil həmin ünvanda, yəni Ağa Neymətulla küçəsi 34 ünvanında inşa edilən yaşayış kompleksinin 3 saylı binasının 11-ci mərtəbəsind ə yerləşən 5 saylı mənzilidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 560.1, 560.2-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 17.1, 17.2, 17.3, 17.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
9. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhk əməsi qətnamə çıxararkən, cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ev 34-də yerləşən 9 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını nəzərə almadığına görə cavabdehin və ailəsinin mənzildən çıxarılmalarına dair əsassız və qərəzli qətnamə qəbul etməklə onları yaşadıqları mənzildən qanunsuz məhrum etmişdir.
10. Məhkəmə qətnamə çıxararkən, cavabdehin iradə ifadəsinin əleyhinə olaraq, ailəsi ilə birlikdə yaşadığı mənzildən məcburən çıxarılaraq, həmin mənzilin MMC-yə təhvil verilməsini qət edərkən, mənzil barədə onun dövlət tərəfindən tanınan və qorunan sərəncam vermək üzrə hüququnu kobud şəkildə pozmuşdur.
11. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da m ülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Lakin məhkəmə, cavabdehin mülkiyyət hüququnu müdafiə etmək əvəzinə, əsassız qətnaməsi ilə onu pozmuşdur. Məhkəmə qətnamə çıxararkan, cavabdehin uzun illər ərzində qanuni əsaslarla köçüb yaşadığı mənzilin dağıdılmasına hüquqi qiymət vermədiyinə görə əsassız və qərəzli qətnamə qəbul etmişdir.
12. Cavabdehin MMC ilə müqavilə bağlamaqdan imtina etməsi, məhkəmə tərəfindən isə əqdin bağlanmasına məcbur edilməsi, gələcəkdə həmin əqd bağlansa belə onun etibarsızlığına gətirib çıxaracaq. Belə ki, mübahisələndirən şəxsin iradə ifadəsini digər t ərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin bağlanması ilə bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Beləliklə, iddiaçının əqdin bağlanmasına cavabdehin mülkiyyətində olan mənzili dağıtması ilə məcbur etməsi, məhkəmə tərəfindən nəzərə alınmadığına görə onun hüquqları kobud şəkildə pozulm uşdur.
13. Məhkəmə iddiaçının cavabdehə təcili surətdə müqavilə bağlanmazsa və o, oradan çıxıb mənzili təhvil verməzsə, onun yaşadığı evi sökəcəkləri ilə hədələmələrinə, sonradan isə həmin mənzili həqiqətən də tamamilə dağıdaraq və hədə-qorxularını həyata keçirdiklərinə də heç bir hüquqi qiymət verməmişdir. Halbuki Məhkəmə, MMC tərəfindən söküntü işləri aparılan əraziyə yerində baxış keçirəndə cavabdehə məxsus mənzilin dağıdılmasının şahidi olsa da, nə yerli baxış protokolunda, nə də ki, qətnamədə ümumiyyətlə həmin faktı qeyd etməmişdir və onunla bağlı heç bir mövqe bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
15. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktik i hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
16. Hazırkı icraat üzrə apellyasiya instansiya məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qa ydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
19. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərin in zəruriliyi əsaslı deyildir.
22. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
23. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
31. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişlərini yerinə yetirmişdir.
32. Məhkəmə kollegiyası nəzərə alır ki, kassasiya instansiya məhkəməsinin işə baxmış əvvəlki tərkibinin mövqeyi ondan ibarət olmuşdur ki, işə baxan məhkəmələr cavabdehin qəzalı vəziyyətdə olan binadakı mənzilinin iddiaçı tərəfindən sökülərək on a əvəzində iddiaçının inşa edəcəyi binada 99 kv.m ölçüdə, 3 otaqlı təmirli mənzilin təhvil verilməsi barədə nəticəyə gələrkən düzgün hüquqi mövqe sərgiləməmişlər. Belə ki, bu qəbildən olan işlərə baxılan zaman mənzili söküləcək olan vətəndaşa veriləcək mənzilin məlumatları dəqiq müəyyən edilməli, mənzilin rekvizitləri və digər fərdiləşdirici əlamətləri məhkəmənin yekun qərarında öz əksini tapmalıdır. İddiaçının təklifində konkret mənzilə dair göstəricilərinin qeyd edilməməsi, mənzilin hansı ünvandakı binada yerləşməsinin dəqiq göstərilməməsi, qətnamənin nəticə hissəsində də cavabdehə 99 kv.m sahəsi olan qeyri-müəyyən mənzilin verilməsinin göstərilməsi qətnamənin icrası mərhələsində cavabdehə veriləcək yeni mənzilin iddiaçının mülahizəsinə görə müəyyən edilməsinə və sonuncunun hüquqlarının pozulmasına səbəb ola bilər. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyətə malik olan bu halları araşdırmamış və hüquqi müəyyənlik prinsipini pozmaqla, icrası qeyri-mümkün olan qətnamə qəbul etmişdir.
33. Göründüyü kimi kassasiya instansiyası məhkəməsinin yeganə göstərişi iddiaçıya mülkiyyətində olan mənzilin sökülməsi qarşılığında veriləcək mənzilin məlumatlarının dəqiq müəyyən edilməsi, mənzilin rekvizitləri və digər fərdiləşdirici əlamətlərin məhkəmənin yekun qərarında öz əksini tapması ilə bağlı olmuşdur.
34. Əvvəlki məhkəmə tərkibi tərəfindən ümumiyyətlə iddianın təmin olunması zamanı məhkəmələrin maddi və prosessual hüquq normalarının pozulması halı müəyyən edilməmiş, iddianın təmin olunmasına mane olan hər hansı hüquq i hallara istinad edilməmişdir.
35. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, hazırkı icraat üzrə cavabdehin kassasiya şikayətinin iddianın ümumiyyətlə əsassız olması barədə dəlilləri kassasiya baxışının predmetindən kənardır və artıq hüquqi qiymət verilmiş həmin məsələlərə yenidən qiymət verilməsi mümkün deyildir.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6644/2023 nömrəli iş üzrə 14 dekabr 2023 -cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.