Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4010/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpasından imtina barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 noyabr 2025-ci il tarixli, 2(105)-971/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma və mənzilin təhvil verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ona məxsus əşyaların Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 16 saylı binada yerləşən 26 nömrəli mənzildən çıxarılması və 16/26 nömrəli mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2159/2025 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia təmin edilərək, Cavabde h ona məxsus əşyaları ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 16 saylı binada yerləşən 26 nömrəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2159/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-971/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2159/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Cavabdeh vəkili və nümayəndəsi Vəkil Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-971/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə vermişdir.
6. Ərizədə qeyd olunur ki, Sadıqov X2 Qarabağ müharibəsi iştirakçısı olmaqla qazidir. Müharibədən əvvəl Zəngilan rayonunda yaşamışdır və halhazırda məcburi köçkündür. Müharibədə aldığı xəsarətlər ilə bağlı böyrək çatışmazlığı və xroniki sistit (interstisial sistit) xəstəliklərindən əziyyət çəkir, səhhəti ilə əlaqədar olaraq mütəmadi olaraq müalicə alır və bu səbəblərdən nə Abşeron Rayon Məhkəməsində, nə də ki, Sumqayıt Apellyasiya Məhkəməsində mülki iş üzrə icraatda iştirak etməmişdir və faktiki olaraq işin g edişatından yəni, məhkəmə iclaslarından və yekun qərarlardan məlumatsız olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsini rəsmi olaraq xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət edərək almışdır və xx.xx.2025-ci il tarixdə kassasiya şikayəti vermişdir. 2025-ci ilin oktyabr ayına qədər yataq vəziyyətində olmuş və səhhətində ciddi ağrılar olması səbəbindən həmin ərəfələrdə kassasiya şikayəti vermək və vəkilə müraciət etmək iqtidarında olmamışdır və bu halı təsdiq edən sənədləri elektron kabinetə əlavə etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Fuad Məmmədov (sədrlik edən, məruzəçi), Səyyad Qafari və Almaz Süleymanova) 26 noyabr 2025-ci il tarixli, 2(105)-971/2025 nömrəli qərardadı ilə həmin məhkəmənin 2(105)-971/2025 nömrəli, xx.xx.2025-ci il t arixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-971/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi Cavabdeh elektron kabinetinə apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2025ci il tarixdə yerləşdirilmiş, lakin Cavabdeh kassasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermiş, qanunvericilikdə kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş iki ay müddətində verməmişdir.
9. Kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü hesab edilməsi barədə cavabdeh tərəfin dəlillərinə münas ibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
10. Məhkəmə kollegiyası cavabdeh tərəfin təqdim etdiyi sənədləri kassasiya şikayətinin vaxtında verilməməsi üçün üzrlü hal hesab etməmiş və həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən onun xəstəxanada stasionar qaydada müalicə alması, bu səbəbdən şikayətin verilməsinin və ya bununla əlaqədar digər şəxsə tapşırığın verilməsinin mümkünsüzlüyü halı həmin sənədlərlə təsdiqini tapmır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 2(105)-971/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi AR MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə əsasən xx.xx.2025-ci il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə rəsmi qaydada çatdırılmışdır.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müddətinin bərpa olunması barədə tələbin prosessual-hüquqi əsasını təşkil edən AR MPM-in 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddətin üzürlü səbəblərə görə buraxılmasını təsdiq edəcək mötəbər sübutlar olmadığından, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-971/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizə təmin edilməməli, kassasiya şikay əti geri qaytarılmalıdır.
13. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR MPM-in 10-1.3, 130.1, 133.1, 135.6, 405.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak etməməsi məhkəmə araşdırmasının bir tərəfli istiqamətdə aparılmasına səbəb olmuşdur və real həqiqətlər məhkəməyə bildirilməmiş və iddiaç ı qanun pozuntularına yol vermişdir. Hər bir şəxsin məhkəmədə iştirakı, onun məhkəmədə dinlənilməsi hüququ olduğu üçün cavabdeh də bu hüquqlarını həyata keçirmək arzusundadır. Cavabdeh maddi durumumun aşağı olması, ən əsası xəsətliyinin kəskinləşməsi səbəbindən iradəsindən asılı olmayaraq prosessual müddəti buraxmışdır və arzu edir ki, məhkəmə onun bu səhvini üzrlü hesab etsin. Apellyasiya instansiyası məhkəməsi ötürülmüş prosessual müddətin üzrlü hallarını nəzərə almamaqla vətəndaşın maddi hüquq normalarını pozmuşdur və vətəndaşın öz hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək hüququndan məhrum etmişdir. xx.xx.2025-ci il tarixli qərardadda məhkəmə qeyd edir ki, “Ərizəyə əlavə olunmuş Sumqayıt Tibb Mərkəzi PHŞnin arayışında Cavabdeh xx.xx.2025-ci il tarixdə müayinə olunması və di aqnoz “Xroniki sistis (interstistal sistit)” qeyd olunmuşdur. Həmçinin ərizəyə əlavə olunmuş eyni tarixli resept blankında Cavabdeh Məhərrəm oğluna müxtəlif adda dərman vasitələrinin yazılması qeyd olunur. Məhkəmə kollegiyası cavabdeh tərəfin təqdim etdiyi sənədləri kassasiya şikayətinin vaxtında verilməməsi üçün üzrlü hal hesab etmir və həmçinin qeyd edir ki, cavabdeh tərəfindən onun xəstəxanada stasionar qaydada müalicə alması, bu səbəbdən şikayətin verilməsinin və ya bununla əlaqədar digər şəxsə tapşırığın verilməsinin mümkünsüzlüyü halı həmin sənədlərlə təsdiqini tapmır.” Cavabdeh böyrək çatışmazlığı və xroniki sistis xəstəliyindən əziyyət çəkir, bu xəstəliklər kəskin ağrılarla müşahidə olunur ki, intensiv müalicə tələb edir. Məhkəməyə təqdim etdiyim reseptdən də görünür ki, ağrılar səbəbindən vətəndaş öz təbii ehtiyacların müstəqil şəkildə ödəyə bilmədiyindən daimi katetrdan istifadə edir. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq kimi qəbul edilməsə də şəxsin bu halında prosessual müddətin ötürülməsinin üzrlü hesab olunmaması birbaşa həmin hüquqların realizə olunmasına maneədir. Sumqayıt Apellyasiya Məhkəməsi Cavabdeh yataq xəstəsi olmasını üzrlü hal hesab etməmişdir və qərardadda dolayısı ilə onu əsaslandırmışdır ki, şəxsin yataq xəstəsi olması kifayət deyil mütləqki, xəstəxanada yatmalıdır. Halbuki, şəxsin özünün hüquqi savadının olmaması, ümumiyyətlə evdən çıxarılması barədə mülki iş üzrə cavabdeh olmasından xəbəri olmamışdır. Lakin bununla belə qanunu bilməmək məsuliyyətdən azad etmir prinsipini qəbul edərək pprosessual müddətin ötürülməsini qəbul edir və həm in müddətin ötürlməsini üzürlü hal kimi qəbul olunmasını xahiş edir və müddətin hansı səbəbdən ötürülməsini də əsaslandırır. Qəribə bir məqamdır ki, Yaşat Fondu onun evdə müalicə almasını və dərman xərclərini qarşıladığı təqdirdə, məhkəmə həmin xəstənin evdən çıxarılmasını təmin edir. Məhkəmə iclaslarında Cavabdeh iştirak etməmişdir. Məhz xəstəliyi ucbatından o təyin olunmuş iclasların heç birində iştirak edə bilməmişdir. Yəni cavabdeh qismində onsuzda şəxs öz hüquqlarını realizə edə bilməyib. Müddətin bərpasına dair ərizəsində isə şəxs sadəcə məhkəmədə dinlənilmək üçün ona şans verilməsini xahiş etmişdir. Bu diskression səlahiyyətli halda Sumqayıt Apellyasiya Məhkəməsinin prosessual müddətin üzürlü ötürülmüş kimi qəbul etməsi heç kimin hüquqlarını pozmuş olmur, əksinə aldadılmış, hüquqlar ı pozulmuş,pulu qanunsuz olaraq mənimsənilmiş ağır xəstə olan bir məcburi köçkünün məhkəmədə dinlənilməsi üçün son şansını həyata keçirməkdən məhrum etmiş olur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin tə qdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
22. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikay ətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
24. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
25. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
26. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
27. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
28. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 30. 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qə rardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu, “X1 şikayəti ilə əlaqədar” qəbul etdiyi 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarl arın sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidi r.
36. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
37. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Sum qayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-971/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi Cavabdeh elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, lakin o, kassasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermiş və bununla da kassasiya şikayətinin verilməsi üçün qanunvercilikdə nəzərdə tutulmuş iki aylıq prosessual müddəti ötürmüşdür.
39. Apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü hesab edilməsi barədə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan prosessual müddətin bərpası barədə ərizəsinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və v əzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
40. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin təqdim etdiyi sənədləri kassasiya şikayətinin vaxtında verilməməsi üçün üzrlü hal hesab etməməklə qeyd etmişdir ki, cavabdeh tərəfindən onun xəstəxanada stasionar qaydada müalicə alması, bu səbəbdən şikayətin verilməsinin və ya bununla əlaqədar digər şəxsə tapşırığın verilməsinin mümkünsüzlüyü halı həmin sənədlərlə təsdiqini tapmır. Belə ki, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-971/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi AR MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə əsasən xx.xx.2025-ci il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə rəsmi qaydada çatdırılmışdır.
41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, prosessual müddətin bərpa olunması barədə ərizənin hüquqi əsasını təşkil edən AR MPM-in 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddətin üzürlü səbəblərə görə buraxılmasını təsdiq edəcək mötəbər sübutlar olmadığından, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-971/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməməli, kassasiya şikayəti geri qaytarılmalıdır.
42. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, mülki prosessual normalarının tətbiqində səhvə yol verməmiş və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 noyabr 2025-ci il tarixli, 2(105)-971/202 5 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.