Məhkəmə qərarları › İş №2(102)-3437/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3437/2025

16.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3437/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4012/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə bax an məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzili 59500 manata almışdır; 3. ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, giriş 37, M 2, m2) xx.xx.2024-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin azalması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X3 və digər şəxslərin əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, giriş 37, M2, m2) çıxarılması və mənzilin boşaldılaraq iddiaçının əməli istifadəsinə verilməsi, həmçinin 500 manat hüquqi yardımla bağlı çəkilən xərclərin və ödədiyi dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli, ********** dövlət qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzilin əvvəlki mülkiyyətçisi olan Cavabdeh4 tərəfindən xx.xx.2024-cü il tarixli, AN-1 №1286287 nömrəli alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyəri onun tərəfindən tam ödənilməklə mənzil ona satılmışdır. Lakin xx.xx.2024-cü il tarixindən bu günə kimi cavabdehlər Cavabdeh3, X5, X3 və digər şəxslər iddiaçının xüsusi mülkiyyətində olan mənzili boşaltmır və bununla da iddiaçının konstitusion hüquqlarını pozurlar. Onlara dəfələrlə bununla bağlı iradlarını bildirsə də, onlar buna məhəl qoymayaraq qanun pozuntusunu davam etdirirlər. Halbuki mənzil iddiaçının əməli istifadəsində olmuş olsaydı o, həmin mənzili aylıq kirayə verər və hər ay 450 manat qazanc əldə edə bilərdi. Cavabdehlərin ona qarşı etdikləri qanunsuzluqlar nəticəsində iddiaçı həm də əlavə qazancından məhrum olmuşdur. Eyni zamanda, iddiaçıya göstərilən hüquqi yardıma görə 500 manat xərci çıxmışdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3320/2025 saylı işi üzrə xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Hacıyeva Sahibə) idd ia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və digər şəxslər əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 5 saylı (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, giriş 37, M 2, m2) mənzilindən çıxarılmaları, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, giriş 37, M 2, m2) boşaldılaraq İddiaçı təhvil verilməsi, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırda mənzildə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və digər şəxslər yaşadığından iddiaçı m ülkiyyət hüququ üzrə ona məxsus olan əmlaka daxil ola bilmir.

8. Məhkəmə iddia tələbinin - Cavabdeh4 aid olan hissəsində münasibətdə qeyd etmişdir ki, iddia ona aid hissədə ona görə rədd edilməlidir. Belə ki, o, mənzilin keçmiş mülkiyyətçisi olmuş və mənzil satıldıqdan sonra da həmin ünvanda yaşamamışdır.

9. Məhkəmə iddia tələblərinin digər cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 münasibətdə qeyd etmişdir ki, onlar və digər şəxslər hazırda həmin mənzildə yaşamağa davam etməklə, iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Cavabdehlər iddiaçının mənzilində yaşamaqla onun mülkiyyətində olan əmlak üzərində hüququnun həyata keçirilməsi imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışlar. Belə ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 mübahisəli mənzilə dair hər hansı hüquqları mövcud olmamışdır.

10. İddia tələbinin “digər şəxslərin əşyaları ilə birlikdə çıxarılması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qətnamə icra edilən zamana kimi iddia tələbində qeyd edilən cavabdehlərdən başqa gələcəkdə də digər şəxslər qanuni əsas olmadan həmin ünvana köçürülə bilər. Halbuki qeyd edilən ünvan mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur.

11. İddia tələbinin - 500 manat hüquqi yardımla bağlı çəkilən xərclərin cavabdehlərin tutulmasına dair hissəsində tələb əsassızdır. Belə ki, iddiaçı tərəfindən ona hüquqi yardımın göstərilməsi ilə bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

12. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1, 6, 146, 152.1-152.4-cü maddələrinə istinad etmişdir. b) Apell yasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzil uzun illərdir onların sahibliyində və istifadəsindədir. Həmin mənzili 2006-cı il tarixində öz qohumları X1 əldə etmiş, 20 ilə yaxın müddətdir yaşadıqları evdə bütün kommunal xərcləri özləri ödəmiş, bu illər ərzində evi dəfələrlə təmir etmişlər. Bununla da mənzilin dəyərinin artmasına səbəb olmuşlar. Məhkəmə iş üzrə heç bir araşdırma aparmadan, onların prosessual hüquqları olan məhkəmədə iştirak etmək hüquqlarını qanunsuzca əllərindən alaraq öz mülahizəsinə uyğun olaraq nəticəyə gəlmişdir. O, məh kəmədən keçirilən cəmi bir iclası təxirə salmağını istəsə də, məhkəmə xahişini təmin etməmişdir. Məhkəmənin qeyd etdiyi iş materialları isə yalnız mənzilə dair iddiaçının adına verilmiş çıxarışdan ibarətdir. Lakin iddiaçının qeyd olunan mənzili hansı əsaslarla əldə etdiyi, onların hansı səbəblərə və hansı əsaslarla yaşamağını araşdırmamışdır. Ümumiyyətlə, məhkəmə cavabdehləri dinləməli olduğunu nəzərə almamışdır. İddiaçı faktiki olaraq halal zəhməti ilə əldə etdiyi evlərindən onları məhrum etməyə çalışır. Bundan başqa, hazırkı vəziyyətdə mübahisəli mənzilə onların istifadə hüquqlarının olması səbəbilə onların mənzildən çıxarılmağı yalnız kompensasiya verilməklə mümkün ola bilərdi. Nə məhkəmə, nə də iddiaçı bunu nəzərə almamışdır. Cavabdehlər iddiaçının tələbinə əsasən tək yaşayış sahələrin dən əsassız yerə məhrum ola bilməzlər. Bacısı - iş üzrə digər cavabdeh X8 məhkəməyə ərizə təqdim edərək, vəkil ilə müqavilə bağlayacağını və bu səbəblə iclasın təxirə salınmağını məhkəmədən xahiş etmişdir. Bunu məhkəmə özü də qətnaməsində qeyd etmiş olsa da, hakim hansısa maraqlardan irəli gələrək cəmi bir hazırlıq iclasına işi baxışa təyin etmiş və qərarını açıqlamışdır. Artıq vəkilə ödəniş də etmişdirlər, lakin iş üzrə qərar çıxdığından və məhkəmə ərizəni heçə saydığından zorla vəkildən ödənişlərini zərəri ilə geri almışlar.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4012/2025 nömrəli xx.xx.2025-ci il qətnaməsi ilə (hakimlər X4 - sədrlik edən və məruzəçi, X13 və X2) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl mışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməklə çıxarılmışdır.

17. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə diqqət yetirdikdə görünür ki, 20 ildən artıq müddətdə həmin mənzildə yaşadıqlarını, mənzildə kifayət qədər təmir işləri aparıdıqlarını, mənzilə dair istifadə hüquqlarını olduğu qeyd edilmişdir. Bununla bağlı bildirilməlidir ki, iş materialları ilə cavabdehin mübahisəli mənzilə dair heç bir əmlak hüquqları, o cümlədən istifadə hüququ müəyyən edilmədiyindən kompensasiya verilməklə mənzildən çıxarılmasına əsaslar yoxdur.

18. Apellyasiya şikayətinin digər arqumenti olan cavabdeh tərəfindən mənzildən təmir işlərinin aparılmasına münasibə tdə isə qeyd edilmişdir ki, bununla bağlı tələb təqdim edilməmişdir. Cavabdehin mənzildə apardıqları təmir işləri nəticəsində mənzildə aparılmış yaxşılaşdırmaların əvəzini ayrıca iddia tələbi ilə tələb etmək hüquqları vardır. Qeyd edilən dəlil istifadə hüququna əsas yaratmadığından və bu barədə tələb olmadığından mülki prosessual cəhətdən müzakirə predmeti ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh1 kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə istinad edərək cavabdehin iştirakı olmadan işə baxılmanı n mümkün olduğunu hesab etmişdir. Həmin maddənin tələbində isə göstərilib ki, məhkəmə baxışı xüsusilə cavabdehin müvafiq qaydada məlumatlandırıldığı və o gəlmədiyi halda cavabdehin iştirakı olmadan işə baxa bilər. Bu isə məhkəmənin çəkişmə prinsipinin təmin olunmasıdır. Nərminə Behbudova məhkəmədən işi cəmi bir dəfə təxirə salmağını xahiş etmiş, və vəkilinin işə qoşulacağını bildirsə də, məhkəmə xahişini təmin etməyərək onun həm hüquqlarını pozmuş, həmdə əsassız yerə maddi ziyana salmışdır. Çünki o, artıq vəkilə ödəniş etmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi işi araşdırarkən mübahisə predmeti barəsində Cavabdeh1 və ailə üzvlərinin əmlak hüquqlarını faktiki olaraq nəzərə almamışdır. Sübutlara düzgün və obyektiv hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəl illəri

22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək bildirişdir ki, cavabdehlər mənzildən istifadə hüququnu təsdiq edən heç bir sənəd təqdim etməmişlər. Əksinə, məhkəmə aktları onların hüquqsuz olduqlarını təsbit edib. Kassasiya instansiyasında faktların yenidən qiymətləndirilməsi yol verilməzdir. İşə apellyasiya instansiyasında açıq məhkəmə iclasında baxılıb, tərəflərin iştirak imkanı təmin olunub. Qarşı tərəfin iclaslarda sistemli iştirak etməməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

24. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sə rəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdehin mübahisənin obyekti olan mənzilə münasibətdə iddiaçıya qarşı irəli sürə biləcəyi hüququ aşkar edilməmişdir.

37. Müəyyən edilmişdir ki, iddiaçı dövlət reyestrində üzərində yüklülük olmayan həmin mənzili xx.xx.2024-cü il tarixli alqı-satqısı müqaviləsi ilə Cavabdeh4 almış, iddiaçının mülkiyyət hüququ xx.xx.2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

38. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

39. Odur ki, iddia olunan mənzildən istifadə hüququ dövlət reyestrində qeydə alınmadığı halda həmin hüquqlar mövcud olsa belə, daşınmaz əşyanı reyestrdəki məlumatlara əsasən yüksüz əldə etmiş yeni mülkiyyətçiyə qarşı irəli sürülə bilməz.

40. Çünki, həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

41. Belə olan halda cavabdehin iddiaçının mülkiyyətində ol an mənzildə yaşaması onun mülkiyyət hüququna qanunsuz müdaxilə təşkil edir.

42. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

43. Göstərilənləri nəzərə aldıqda məhkəmə tərkibi bu qənaətə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi qanuni və əsaslı olmuşdur.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları d üzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4012/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar