Məhkəmə qərarları › İş №2(102)-3418/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3418/2025

20.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3418/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X6” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə, qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması” tələbinə dair ilk, habelə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh “X6” MMC-yə qarşı “mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, binanın dam örtüyünün əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi, mənzilin boşaldılması, müvəqqəti yaşayış sa həsinin ayrılması və kirayə haqqının ödənilməsi, mülkiyyətdə və qanuni istifadədə olan sahənin sökülməsinə görə kompensasiya, məhkəmə qərarının əsaslandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2025-ci il tarixli, 2(105)212/2025 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanda yerləşən 42 kv.m sahədən ibarət 4 nömrəli mənzil üzərində Cavabdeh1, həmin binanın 44,16 kv.m sahəd ən ibarət 7 nömrəli mənzil üzərində Cavabdeh2 və 58,9 kv.m sahədən ibarət 12 nömrəli mənzil üzərində Cavabdeh3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 05 fevral 2021-ci il tarixli, 25 nömrəli sərəncamına əsasən, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 10 ha sahədə Pilot layihə çərçivəsində “X6” Mənzil Tikinti Kooperativinə mövcud, istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərinin ümumi yaşayış sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının lahiyələndirilməsinə icazə verilmişdir.

3. Azərbaycan Respublikasının İqt isadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “X6” Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 07 aprel 2023-cü il tarixli icarə müqaviləsinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən 55800 kv.m torpaq sahəsi üçün illik icarə haqqı 127080 manat olmaqla, müqavilə üzrə illik 10590 manat ödəməklə “X6” Mənzil-Tikinti Kooperativinə (icarəçi) icarəyə verməyi, icarəçi də eyni zamanda göstərilən müddət ərzində həmin torpaq sahəsindən istifadə etməklə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 05 sentyabr 2024-cü il tarixli “tikinti işlərinin dayandırılması” barədə qərarına əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektin tikintisinə icazə yaxud məlumatlandırma icraatı ilə bağlı sənədlərin Agentliyə təqdim edilməsi təmin edilməlidir. Sifarişçi (podratçı) bu Qərarda qeyd olunan pozuntuları müəyyən olunan müddətdə aradan qaldırmalı və bu barədə Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyinə yazılı məlumat verməlidir.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 24 dekabr 2024-cü il tarixli məktubuna əsasən, Sumqayıt şəhəri, 4-cü məhəllə, ərazisində “X6” MTK tərəfindən tikinti-quraşdırma işlərinin aparılmasına icazə sənədi olmadığı üçün tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən 05 sentyabr 2024-cü il tarixli, 0802 saylı qərar verilmiş və işlər dayandırılmışdır. 24 deka br 2024-cü il tarixli, 13 nömrəli icazə sənədinə əsasən, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən “X6” MTK-ya Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 5,58 ha dövlət, 2,99 ha bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikintiyə icazə verilmişdir. 6. “X6” MTK-nın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə ünvanladığı 28 dekabr 2024-cü il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 05 sentyabr 2024-cü il tarixli Qərarı ilə Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında aparılan söküntü və torpaq işləri obyektin tikintisinə icazə sənədi olmaması səbəbindən dayandırılmışdır. Qərarda göstərilən pozuntunun aradan qaldırılması ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunmuş və 24 d ekabr 2024-cü il tarixdə obyektin tikintisinə dair 13 nömrəli icazə sənədi “X6” MTK-ya təqdim olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

7. İddiaçı “X6” MMC Cavabdeh1 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdehin Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçı tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzili n əvəzinə “X6” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 51 kv.metr olan 1 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən cavabdehə verilməsi, cavabdehin Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək iddiaçı tərəfindən cavabdehə hər ay cəmi 350 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 25 nömrəli, 05 fevral 2021-ci il tarixli sərəncamına əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində “Pilot” layihə çərçivəsində “X6” Mənzil Tikinti Kooperativinə mövcud istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərin ümumi sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasınm layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli sərəncamı ilə “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə “X6” MTK-ya icarə qaydasında 5,58 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq dövlət mülkiyyətində olan 5,58 ha torpaq sahəsinə və Bələdiyyə Mülkiyyətində olan 2,99 ha torpaq sahəsinə dair icarə müqa vilələri bağlanmışdır. Azərbaycan Respublikası FHN Tikintidə X2 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən verilmiş Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında xx.xx.2021-ci il tarixli texniki rəydə qeyd olunmuşdur ki, yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti norma və qaydalarına, şəhəri ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 25 nömrəli, 05 fevral 2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Sumqayıt şəhəri, 4cü məhəllə ünvanında yerləşən yaşayış binalarının sakinləri ilə fərdi qaydada söhbətlər aparılmış, xeyli sayda bina sakini ilə kompensasiya ödənilməsi və ya əvəzləşdirmə qaydasında mənzil verilməsi yolu il ə razılıqlar əldə olunmuşdur. Razılıq əldə olunan sakinlər qısa vaxt ərzində mənzillərini MTK-nın sərəncamına vermiş və mənzillər artıq sökülmüşdür. Lakin qeyd olunan ünvanda yerləşən 16/19 nömrəli binanın 4 nömrəli mənzilinin sahibi Cavabdeh1 “X6” MTK-nın bütün təkliflərindən imtina edərək mənzillərinin MTK-nın sərəncamına verilməsi müqabilində qat-qat yüksək məbləğlərdə pul vəsaitlərinin onlara ödənilməsini tələb edirlər. Məsələn, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yerləşən 4 nömrəli mənzilin mülkiyyətçisi olan Cavabdeh1 oğlu Nümayəndə MTK-nın rəhbərliyinə ərizə ünvanlayaraq paralimpiyaçı olmasını, idman ustası olmasını nəzərə alaraq ona ümumi sahəsi 42 kv.metr olan mənzilinə görə 250000 manat (mənzilinin 1 kv.metri üçün 5952 manat) tələb etmişdir. Həmin şəxsə tələb etdiyi vəsaitin real bazar qiymətlərinə uyğun olmaması və tələb olunan məbləğlərin ödənilməsinin mümkünsüzlüyü izah olunsa da, o, təkidlə tələb olunan məbləğlər ona ödənilmədiyi təqdirdə mənzili təhvil verməyəcəyini bildirmişdir. Bir sözlə həmin şəxslə hər hansı razılığa gəlinməsi mümkün olmamışdır. Nəzərə alınsa ki, ilkin mərhələdə 2 binanın tikintisi üçün nəzərdə tutulmuş müddət binanın özül işlərinə başlanmasından etibarən 24 ay nəzərdə tutulmuşdur və artıq söküləcək binalarda kifayət qədər mülkiyyətçi ilə razılıqlar əldə olunmuşdur. Qeyd olunan şəxslərin MTK ilə razılığa gəlməkdən imtina etməsi mənzillərini MTK-ya təhvil verən mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozur. Yuxarıda qeyd edilən sənədlərin qəbul edilməsində məqsəd sözügedən ərazidə yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılmasına xidmət edir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır.

9. İddiaçı Cavabdeh1 cavabdeh “X6” MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, həmin tələb üzrə iddiaçının mülkiyyət hüquqlarına cavabdeh tərəfindən edilmiş qanunsuz müdaxilələrə son qoyulması, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı evin əvvəlki vəziyyətə qaytarılması, sökülmüş dam örtüyünün bərpası və həmin binaya giriş-çıxışa yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən çəkilmiş hasarın sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, yaşadığı bina heç vaxt qəzalı vəziyyətdə olmamış, yalnız cavabdeh bu binada yaşayan bütün sakinlərlə razılaşmadan burada söküntü işlərinə başladıqdan sonra bina yaşayış üçün yararsız bir hala salınmışdır. Halbuki, bu binada onların da əmlakları vardır və cavabdehin onları mülkiyyətçi olaraq razı salmadan söküntü işlərinə başlaması onun və ailə üzvlərinin hüquqlarının pozulması deməkdir. Bundan başqa bütün şərtlərin cavabdeh tərəfindən onlara diktə edilməsi də müqavilə azadlığı prinsiplərinə ziddir, cavabdeh onun yeganə yaşayış yeri olan mənzilini sökür və əvəzində özünün tikdiyi binadan ona az bir artımla mənzil verir. Halbu ki, bu razılaşma yalnız qarşılıqlı qaydada ola bilər ki, onlar da onun tikdiyi binadan mənzil almağa razılıq verməmişlər. Kompensasiya məbləğinə gəldikdə isə mənzilin yerləşdiyi yer və mənzilin vəziyyəti, aparılmış əlavə artırmalar bir mənzildə yaşayan ailələrin sayı da nəzərə alınmaqla müəyyən bir kompensasiya məbləği təklif olunmuş, lakin cavabdeh bu təkililləri qəbul etməmiş və aralarında qarşılıqlı razılaşmanın əldə edilməməsinə baxmayaraq binada söküntü işləri aparmaqla həmin binanı və yaşadıqları otaqları qəzalı vəziyyətə gətirmiş və binanın dam örtüyü sökülmüşdür. Cavabdeh bu qanunsuz əməllərindən Sumqayıt şəhər İcra hakimiyyətinə şikayət etmiş və verilmiş rəsmi cavab məktubunda icra başçısının müavini bildirmişdir ki, binanın sökülməsi işləri yalnız evlərdə yaşayan sakinlərlə qanun la nəzərdə tutulan qaydada razılıq əldə edildiyi halda aparıla bilər. Lakin, belə bir razılığın onunla və ondan başqa bir çox sakinlərlə əldə edilməməsinə baxmayaraq cavabdeh söküntü işlərini aparmış və bu da onların öz evlərində rahatlıqlarını pozmuş, yaşadıqları binanın qəzalı və təhlükəli bir vəziyyətə düşməsinə səbəb olmuşdur. Əvvəlki vəziyyətlə hazırkı görünüş arasında olan fərq cavabdehin bu ərazidə törətdiyi qanunsuzluqlara sübutdur. Bu hərəkət nəinki mülkiyyət hüququna, bir vətəndaş olaraq onların və ailə üzvlərinin yaşayış hüququna müdaxilədir və bu müdaxiləyə son qoyularaq ev əvvəlki vəziyyətinə qaytarılmalı, dam örtüyü bərpa olunmalı və həmin binaya girişçıxışa qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır.

11. Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(060)-6690/ 2024 nömrəli qətnaməsi ilə (hakim G.Tağızadə) ilkin iddia təmin edilmiş, Cavabdeh1 ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzildən çıxarılmaqla, həmin mənzilin boşaldılması, iddiaçı “X6” Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzilin əvəzinə “X6” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 51 kv.metr olan 1 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən Cavabdeh1 verilməsi, Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mə nzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək iddiaçı “X6” Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh1 hər ay cəmi 350 manat məbləğində kirayə haqqının ödənilməsi, cavabdeh-iddiaçı Cavabdeh1 iddiaçı-cavabdeh “X6” Mənzil Tikinti Kooperativinə qarşı “mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, binanın dam örtüyünün əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması tələbi” barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun cavabdeh-iddiaçı Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 05 fevral 2021-ci il tarixli, 25 saylı sərəncamı ilə “X6” Mənzil-Tikinti Kooperativinə Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 5,58 hektar torpaq sahəsi ayrılmışdır. Həmin ərazidəki 16/19 saylı evin 4 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Hazırda iddiaçı 16/19 saylı binanın sökülməsi müqabilində həmin ərazidə tikiləcək binada mülkiyyətçilərə 10-20% artıq yaşayış sahəsi olan mənzillər təklif edir. İddia ərizəsinin məzmunundan və işin faktiki hallarından görünür ki, 4 saylı mənzilin mülkiyyətçisindən başqa binanın digər sakinləri iddiaçı şirkətlə razılaşmış və öz mənzillərini təhvil vermişlər. İddiaçı tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onun tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu ha llarına yol verilməmiş, cavabdehə mülkiyyətində olan əmlakın müqabilində 10-20% əlavə yaşayış sahəsi olan tam təmirli mənzil təklif edir. Bu isə, cavabdehə öz mülkiyyətində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılma kimi qəbul edilə və qiymətləndirilə bilməz. Sumqayıt Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı qüvvədə olduğundan həmin sərəncamın icra olunmasına yaranan maneələr aradan qaldırılmalıdır.

13. Cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi, ona məxsus yaşayış sahəsinin yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binasının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, şəhərin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanlar ın mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 05 fevral 2021-ci il tarixli, 25 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən mövcud yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “X6” MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi “X6” MTK-yə həvalə edilmişdir. 16/19 saylı binada yaşayan digər mülkiyyətçilərdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli sahə ilə əlaqədar, faktiki olaraq özünə məxsus olan ümumi yaşayış sahəsindən 10-20% artıq sahəsi olan təmirli yaşayış sahəsi təklif edən “X6” ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə cavabdehin öz əmlakına görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürməsində və sair hərəkətlərdə ifadə olunur. Cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir. Cavabdeh iddiaçı “X6” MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından MTK-ya ziyan vuran şəkildə suiistifadə edir. Belə ki, ona mülkiyyətində olan mənzilin yaşayış sahəsindən 10-20% əlavə yaşayış təklif olunur. Həmçinin kirayə haqqının ödənilməsi, Konstitusiya Məhkəməsinin qərarlarında bəhs olunan mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsaslardan biri kimi çıxış edir. Buna baxmayaraq o, ədalətli hesab oluna biləcək bu təkliflə razılaşmayaraq dah a çox yaşayış sahəsi tələb edir. b) İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat

14. İddiaçı “X6” MMC Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin MH seriyalı, ******* nömrəli, xx.xx.2006-cı il tarixli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh2 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçı “X6” MMC tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzilin əvəzinə “X6” MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən Cavabdeh2 ver ilməsi, Cavabdeh2 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “X6” MMC tərəfindən Cavabdeh2 hər ay cəmi 400 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

15. İddia əvvəlki iddia tələbindəki dəlillərə uyğun əsaslandırılmışdır.

16. İddiaçı Cavabdeh2 cavabdeh “X6” MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə və sonradan Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binada aparılan qanunsuz söküntü-tikinti işlərinin dayandırılması, həmin binada yerləşən Cavabdeh2 məxsus 7 №-li mənzilin cavabdehin hesabına mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətə gətirilməsi, o cümlədən 1 il 2 ay müddətinə ona dəyən maddi zərərin əvəzi olaraq 12000 manat (hər ay üçün 1000 manat) vurulmuş maddi ziyanın və 6000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınaraq Cavabdeh2 verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, həmin tələb üzrə iddiaçının Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 evdə 7 №-li mənzili vardır. Cavabdeh tərəfindən qanunsuz söküntü işləri həyata keçirilmişdir. “X6” MMC tərəfindən aparılan qanunsuz söküntü işləri nəticəsində həmin mənzili nə obyekt, nə də yaşayış üçün istifadə edə bilmir. Belə ki, “X6” MTK-nın əməkdaşları gələrək binanın sökülməli olduğunu, ayda 400 manat verməklə kirayədə yaşamalı olduğunu, binanın yerində yeni tikiləcək 15 mərtəbəli binada mənzilinin əvəzin ə mövcud sahəsindən 20 kv.m artıq olmaq şərti ilə yeni mənzil veriləcəyini bildiriblər. Baxmayaraq ki, onun mənzili Sumqayıt şəhərinin ən gözəl və bahalı küçəsində yerləşir. Hazırda cavabdeh çoxmənzilli yaşayış binasının qanunsuz olaraq bir hissəsini söküb, söküntü onun mənzilinin divarına çatıb. Qeyd edir ki, binanın sökülən hissəsinin yerində bünövrə qazmağa başlanılmışdır. Məhkəməyə təqdim edilmiş foto şəkillərdən də göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpağın bir hissəsi ovulub sürüşməyə məruz qalmışdır. İnsanların həyat və sağlamlığı üçün ciddi təhlükə vardır. Hər an qəza baş verməsi mümkündür. Binanın sol tərəfindəki qazıntı nəticəsində torpağın bir hissəsi ovulub sürüşməyə məruz qalmışdır və bunun nəticəsində 05 dekabr 2024-cü il tarixdə saat 07:00-09:00 radə lərində yaşayış olan binada güclü silkələnmə baş vermiş, binanın yarısı uçmuşdur. Hadisə ilə bağlı sakinlər tərəfindən müvafiq dövlət orqanlarına müraciət edilmişdir. Qeyd olunan ünvanda tikinti işlərinin aparılması barədə hər-hansı qərarın, həmin işlərin görülməsi üçün “X6” MTK-nın icazəsinin olub-olmamasının aydınlaşdırılması ilə bağlı araşdırma apararkən, MTK-nın qanunsuz əməlləri barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Verilən cavabda binanın sökülməsi işlərinin yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılığı alındıqdan sonra aparıla bilməsi bildirilmişdir.

18. Sumqayıt Şəhər Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(060)-751/2025 nömrəli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbi təmin edilərək, Cavabdeh2 MH seriyalı, ******* nömr əli, xx.xx.2006-cı il tarixli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh2 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı “X6” MMC tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzilin əvəzinə “X6” MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh2 verilməsi, Cavabdeh2 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “X6” MMC tərəfindən Cavabdeh2 hər ay cəmi 400 manat məbl əğində kirayə haqqının ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi həmin iş üzrə müəyyən etmişdir ki, cavabdehin istismar müddəti keçmiş, qəzalı mənzildə və evdə yaşamağa davam etməsi onun həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf fərdi yaşayış evlərini boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğ un təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, hazırkı iş üzrə iddia tələbinin bir hissəsini də məhz qeyd edilən hal təşkil edir. İddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 40-50% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MTK-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin ist ifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. İddiaçı ilə sözügedən ərazidə yaşayan sakinlər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı mülkiyyətçilərin mənzillərinin qanuni sahələrində 30-50% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında mənzil hazır olanadək kirayə haqqının ödənilməsi öhdəliyini götürmüş və buna müvafiq olaraq öhdəliklərini digər sakinlərə münasibətdə yerinə yetirmişdir.

20. Qarşılıqlı iddia üzrə iddiaçının cavabdeh “X6” MMC-nin hərəkətlərində cinayət tərkibi əlamətlərinin olması barədə xüsusi qərardad çıxarılmasına dair vəsatətinə qiymət verərək məh kəmə qeyd etmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş 29 noyabr 2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanının sakininin müraciəti əsasında toplanmış material üzrə “X6” MTK-nın əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş və ərizəçiyə irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. b) Üçüncü iş üzrə birinci instansiya məhkəməsində icraat

21. İddiaçı “X6” Mənzil-Tikinti Kooperativi Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh3 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçı “X6” Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzilin əvəzinə “X6” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən Cavabdeh3 verilməsi, Cavabdeh3 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “X6” Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh3 hər ay cəmi 400 manat məbləğind ə kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

22. Bu iddia da əvvəlki iddia ərizələrinin məzmununa oxşar əsaslandırılmışdır.

23. Daha sonradan, iddiaçının əsl iddiaçı ilə əvəz olunması barədə ərizə daxil olaraq bildirilmişdir ki, iş üzrə iddiaçı “X6” Mənzil Tikinti Kooperativi “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmiş, bu çevrilmə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 06 noyabr 2024-cü il tarixdə qeydiyyata alınmışdır. Bu səbəbdən MPM-in 54-cü maddəsinin tələbinə əsasən iddiaçını əsl iddiaçı ilə əvəz edərək, “X6” Məhdud Məsuliyyətli Cəmiyyətini əsl iddiaçı kimi qəbul edilməsi xahiş edilmişdir.

24. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin olunaraq, iddiaçı əsl iddiaçı “X6” Məhdud Məsu liyyətli Cəmiyyəti əvəz olmuşdur.

25. Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(060)-450/2025 nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbi təmin edilmiş, Cavabdeh3 ********** nömrəli, xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh3 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzilin əvəzinə “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, tə mirli 1 mənzilin iddiaçı tərəfindən Cavabdeh3 verilməsi, Cavabdeh3 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh3 hər ay cəmi 400 manat məbləğində kirayə haqqı ödənilməsi qət edilmişdir.

26. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin istismar müddəti keçmiş, qəzalı mənzildə və evdə yaşamağa davam etməsi onun həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf fərdi yaşayış evini boşaltdığı halda, əvvəl yaşadığı mənzilə uyğun təmirli mənzilin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, hazırkı iş üzrə iddia tələbinin bir hissəsini də məhz qeyd edilən hal təşkil edir. İddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadəsində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzilin qanuni sahəsindən 10-20% əlavə yaşayış sahəsi əlavə edilməklə ona həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzi llə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzilə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. İddiaçı ilə sözügedən ərazidə yaşayan sakinlər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı mülkiyyətçilərin mənzillərinin qanuni sahələrində 10-20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında mənzil hazır olanadək kirayə haqqının ödənilməsi öhdəliyini götürmüş və buna müvafiq olaraq öhdəliklərini digər sakinlərə münasibətdə yerinə yeti rmişdir.

27. Birinci instansiya məhkəmələri öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Mənzil Məcəlləsinin 3.1, 5.3, 10, 18-ci, Mülki Məcəllənin 5.3, 16.1, 152.1, 152.6, 560.1, 560.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(060)-6690/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Cavabdeh1 07 yanvar 2025-ci il tarixdə ölmüş, X4 cavabdehin prosessual hüquq varisi kimi işə cəlb edilmişdir.

30. Cavabdeh2 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(060)-751/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Həmçinin Cavabdeh3 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(060)-450/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2025-ci il tarixli, 2(105)-212/2025 nömrəli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikintitexniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2025-ci il tarixli rəyinə görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazi rliyinin Tikintidə X2 Agentliyinin 16 may 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yerləşən binanın bir hissəsinin sökülməsi ilə əlaqədar həmin bina qəzalı vəziyyətdə hesab olunur və sökülməyən hissə istismara yararsızdır. Sökülməyən hissədə olan mənzillərdə yaşayan sakinlərin həyat və sağlamlıqları üçün real təhlükə var.

34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2025-ci il tarixli, 2(105)-212/2025 nömrəli qətnaməsi ilə (hakim A.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və S.Qafari) apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(060)-6690/2024 nömrəli, 04 fevral 2025-ci il tarixli, 2(060)-751/2025 nömrəli və 31 yanvar 2025-ci il tarixli, 2(060)-450/2025 nömrəli qətnamələri mənzillərə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi və mənzillərin verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddianın qismən təmin edilməsi, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzilin əvəzinə “X6” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 88 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin və 20000 manat pulun; MH seriyalı, ******* nömrəli, xx.xx.2006-cı il tarixli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzilin əvəzinə “X6” MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin; ********** nömrəli, xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzilin əvəzinə “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən cavabdehlərə verilməsi, apellyasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi, qətnamələrin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

35. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququnun itirilməsinin növləri Mülki Məcəllənin 203-cü maddəsində nəzərdə tutulmuşdur ki, iddiaçının hazırkı iş üzrə tələbləri cavabdehlərin yaşadıqları binadakı mənzillərə mülkiyyət hüququnun itirilməsi ilə bağlı deyil, cavabdehlərin yaşadıqları binanın sökülərək yerində çoxmənzilli hündürmətəbəli binanın inşa edilməsi ilə əlaqədar, cavabdehlərin sökülən binada yerləşən mənzillərinin inşa edilən yeni binada sahələri artırılmış mənzillərlə əvəzləşdirilməsi olmuşdur.

36. Həmçinin, apellyasiya kollegiyasının iclasında iddiaçı Cavabdeh1 hüquqi varisi X3 münasibətdə iddia tələbinin həcmini artıraraq, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzilin əvəzinə “X6” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək sahəsi 88 kv.metr olan 2 otaqlı, 1 təmirli mənzil və 20000 manat pul verilməsi bar ədə qətnamə çıxarılmasını xahiş etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən qətnamələr mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi və mənzillərin verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalıdır.

37. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 05 fevral 2021-ci il tarixli, 25 nömrəli sərəncamına və yuxarıda istinad edilən digər hüquq müəyyənedici sənədlərə əsasən cavabdehlərin yaşadığı Sumqayıt şəhəri, 4-cü məhəllə, 16/19 saylı üç mərtəbəli binanın çox hissəsini sökmüş və sökülən hissədə yeni bina inşa etməkdədir. Həmin binanın bir hissəsi sökülməmişdən əvvəl verilmiş Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azkommunlayihə” KLİnin xx.x x.2021-ci il tarixli texniki rəyində binanın fiziki köhnəlməyə məruz qalması, əhəng daşından olan yükdaşıyan divarlarda keçici çat və aşınmaların yaranması, binalardakı kommunikasiya xətlərinin uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşməsi, əksər pilləkən qəfəsindəki metal tirlərin korroziyaya uğrayaraq möhkəmliyini itirməsi, ümumiyyətlə yaşayış binasının istismarının yol verilməz olması qeyd olunmuşdur ki, bina söküldükdən sonra isə məhkəmə kollegiyasının qərarı əsasında əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2025-ci il tarixli ekspert və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin 16 may 2025-ci il tarixli mütəxəssis rəyinə görə isə Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yerləşən binanın bir hissəsinin s ökülməsi ilə əlaqədar həmin binanın qəzalı vəziyyətdə olması və sökülməyən hissənin istismara yararsız olması, sökülməyən hissədə olan mənzillərdə yaşayan sakinlərin həyat və sağlamlıqları üçün real təhlükənin olması bildirilmişdir. Buna görə də, məhkəmə kollegiyası qəzalı binada yaşayan sakinlərin həyat və sağlamlığına dair təhlükə olması baxımından iddianın təmin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmişdir. Digər tərəfdən isə məhkəmə kollegiyası nəzərə almışdır ki, iddiaçının tələbləri həmçinin həmin binada yaşayan şəxslərin sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması tədbiri ilə əhatə olunmaqdadır.

38. Məhkəmə kollegiyası qətnamələrin ləğv edilərək iddianın təmin edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ni əsassız hesab edərək ilk öncə qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyər hesab olunur. Eyni zamanda bu hüquq mütləq hüquq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması və sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilməsi qeyd olunmuşdur ki, həmin norma geniş şəkildə təfsir edilməklə, hazırkı mübahisəyə də tətbiqi qanuni hesab olunur. Belə ki, ictimai maraqlar naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması mümkündür. Mülkiyyət hüququnun məhdudlaşdırı lmasının yolverilən sayılması üçün şəxsin əşyaya mülkiyyət hüququnun olması, bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin prinsiplərin mahiyyəti və məzmunu mülkiyyət hüququ ilə yanaşı digər əşya hüquqlarının elə tərzdə tarazlaşdırılmış və mütənasib müdafiəsini nəzərdə tutur ki, bu zaman ədalət prinsipinə uyğun olaraq nə mülkiyyətçinin nə də üçüncü şəxslərin hü quqları və qanuni mənafələrinə xələl gəlməsin.

39. Həmçinin, işdə olan sübutlarlarla və işin mübahisəsiz halı kimi müəyyən edilir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yaşayan sakinlərin çox hissəsi ilə razılaşma əldə edilmiş və həmin sakinlər öz mənzillərindən çıxmaqla, binanın həmin mənzillər olan hissəsi sökülmüş və onlar yeni binanın inşasını gözləməkdədirlər ki, cavabdehlərlə razılığın əldə olunmaması, əmlak hüquqlarından sui-istifadə etməklə, artıq sosial öhdəliklərə səbəb olan mülkiyyətlərinə görə qeyri-mütənasib kompensasiya tələb etmələri, bununla əlaqədar olaraq da söküntü və tikinti işlərinin uzanması çoxluqda olan və artıq ictimai marağa çevrilmiş digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olur. Nəzərə alınmalıdır ki, çoxmərtəbəli binada müəyyən intiz am çərçivəsində məskunlaşma və ümumi istifadə obyektləri müəyyənləşməklə birgəyaşayış formasında ictimai maraq formalaşır ki, hazırkı mübahisə də fərdi maraqlarla ictimai maraq arasındakı ədalət tarazlıq baxımından qiymətləndirilmişdir.

40. Apellyasiya kollegiyası göstərmişdir ki, qeyd olunan əsaslara görə cavabdehlərin mülkiyyət hüququnun məhdudlaşdırılması onların bu hüquqlarının ədalətli şəkildə tam olaraq kompensasiya edilməsini zəruri etməkdədir. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür.

41. Cavabdehlər əsasən iddiaçı tərəfindən mülkiyyət hüququnun məhdudlaşması ilə əlaqədar təklif edilən əvəzləşdirmə və kompensasiya məbləğləri ilə razılaşmayaraq, edilən təklifin ədalətli olmamasını iddia etmişlə r. Hərçənd ki, iddiaçı tərəfindən ünvan 1 ünvanda yerləşən 42 kv.m sahədən ibarət 4 nömrəli mənzilin əvəzinə Cavabdeh1 hüquqi varisi X1 88 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil və 20000 manat pulun, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yerləşən 44,16 kv.m sahədən ibarət 7 saylı mənzilin əvəzinə Cavabdeh2 71 kv.metr 2 otaqlı, təmirli 1 mənzil və Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 58,9 kv.m sahədən ibarət 12 saylı mənzilin əvəzinə Cavabdeh3 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil verilməsi, o cümlədən həmin mənzillər onlara təhvil verilənədək kirayə haqlarının verilməsi nəzərdə tutulur ki, bu da cavabdehlərin mülkiyyətində olan mənzilləri üzrə mülkiyyət hüquqlarının məhdudlaşdırılması müqabilində ədalətli kompensasiya hesab olunur. Buna görə də məhkəmə k ollegiyası cavabdehlərin apellyasiya şikayətlərini qeyd olunan hissələrdə əsassız hesab etmişdir.

42. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehlərdən Cavabdeh2 mülkiyyətçisi olduğu 16/19 saylı binanın birinci mərtəbəsində yerləşən mənzilinin qeyriyaşayış sahəsinə keçməsi, həmin sahədən sahibkarıq məqsədi ilə istifadə etməsi və müvafiq gəlirlər əldə etməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də qeyd olunan hissədə də apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

43. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Mülki Məcəllənin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.5, 152.6, 560.1, 560.2-ci, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Pr otokoluna 1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 217.4, 384.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

44. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, X4 birgə kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2025-ci il tarixli, 2(105)212/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddiaların təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəlləsinin 6.1, 21, 144-1, 147, 203.3, 203.5, 560, 770-1-ci, Mənzil Məcəlləsinin 28, 35.2, 35.4, 35.6, 109, 110, 112, 113.1-ci, Şəhərsalma və Tikinti M əcəlləsinin 74-cü, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokoluna 1 və 6-cı, Mülki Prosessual Məcəllənin 4.1, 13.7, 57, 155, 175, 217, 218.1, 254, 265.4, 386, 387.1-ci maddələri pozulmuşdur.

46. Belə ki, yerli icra hakimiyyəti və tikinti şirkəti qanunları kobud şəkildə pozaraq kassatorları mülkiyyətlərindən məhrum etmişdir. Apellyasiya məhkəməsi isə həmin pozuntuları görməsinə baxmayaraq, müvafiq maddi hüquq normalarını mübahisə üzrə əsas götürməmiş, nəticədə həmin şəxslərin Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüquqları pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi işlə tanış olarkən iddiaçı tərəfindən mülki qanunvericiliyin “müqavilə azadlığı” prinsipinin pozulduğunu, birinci instansiya məhkəməsi tərəfindən isə bu hüququn təmi n edilməməsini gördüyü halda, eyni pozuntuları təkrarlamış və qanuna zidd qərar qəbul etmişdir. Hazırda nə kassatorlarla, nə də bir çox sakinlə heç bir razılıq əldə edilməmişdir. Lakin yaranan mübahisə üzrə bütün şərtlər iddiaçı tərəfdən kassatorlar da daxil olmaqla bina sakinlərinə diktə edilmiş, nəticədə müqavilə azadlığı prinsipi pozulmuşdur. Yeganə mülkiyyətləri olan mənzil iddiaçı tərəfindən yararsız vəziyyətə salınmış və əvəzində tikiləcək 15 mərtəbəli binanın bilinməyən mərtəbəsində 2 otaqlı mənzilin əvəzinə az artımla 1 otaqlı mənzil təklif olunmuşdur. İddiaçı tərəfindən diktə edilmiş şərtlər birinci instansiya məhkəməsi tərəfindən əsaslı hesab edilmiş, apellyasiya məhkəməsi isə mülkiyyətin məhdudlaşdırılması barədə nəticəyə gələrkən bəzi sakinlərə münasibətdə 2 otağın qarşılığın da 1 otaqlı, 3 otaqlının qarşılığında 2 otaqlı, bəzilərinə münasibətdə eyni otaq saylı, bəzilərinə isə eyni otaq saylı mənzillə yanaşı əlavə olaraq həm də pul kompensasiyası verilməsini qət etmişdir. Eyni binada mənzili sökülən sakinə münasibətdə bu hallar nəzərə alındığı halda, digər sakinlər üçün onların nəzərə alınmaması həm ədalət, həm bərabərlik, həm də mütənasiblik baxımından məhkəmənin qərarının qanunsuz olduğunu bir daha sübut etmişdir. Binanın artıq tikinti şirkəti ilə razılaşan mülkiyyətçilərinə münasibətdə “müqavilə azadlığı” prinsipi tətbiq edilmişdir ki, bu da onlar arasında bağlanmış müqavilələrdə öz əksini tapmaqdadır. Hazırkı iş üzrə oxşar münasibətlər olmasına baxmayaraq kassatorlara fərqli qaydalar, yəni yalnız 15/20 % kv.m. artımla əmlak verilməsi diktə edilmişdir. Halbu ki digər sakinlərlə 50100% artımla və ya yüksək məbləğ verilməsi şərti ilə müqavilə bağlanmışdır. Məhkəmələr əmlakın mülkiyyətçidən məcburi alınmasını qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla deyil, öz mülahizələrinə əsasən həll etmişlər. Məhkəmələr mülkiyyət hüququnun məhdudlaşdırılması adı altında müdaxiləni “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirməyərək faktiki olaraq kassatorları mülkiyyətlərindən məhrum etmişdir. Daşınmaz əmlak üzərində istifadə hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməlidir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. İddiaçı bu barədə məhkəməyə sübut təqdim etməmiş, təqdim edə də bilməzdi. İcra Başçısının torpağın icarəyə verilməsinə dair Sərənca mı isə qanunsuz olduğuna görə kassatorlar tərəfindən mübahisələndirilmişdir. Bu səbəbdən mülki icraat qaydasında işin inzibati icraat üzrə yekun məhkəmə qərarı çıxarılana qədər dayandırılması xahiş olunmuşdur. Lakin məhkəmə vəsatəti təmin etməmişdir. Eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli sərəncamı ilə Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın altında yerləşən torpaq sahəsinin iddiaçıya verilməsinin qanuni olub-olmamasını dəqiqləşdirmək üçün üçüncü şəxs kimi Sumqayıt İcra Hakimiyyətini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin cəlb edilməsi barədə məhkəməyə vəsatət verilmişdir. Lakin məhkəmə qanunsuz qətnamə qəbul etməsi üçün həmin vəsatəti heç bir əsas göstərmədən təmin etməmişdir. Vəsatətlər hər iki instansiyada verilmişdir. Məhkəmə sadəcə iddiaçı tərəfindən təqdim edilən dövlət və bələdiyyə torpaqlarının iddiaçıya verilməsi barədə əsassız və qanunsuz “sübutlara” istinad edərək, qanunvericiliyin bununla bağlı dəqiq müəyyən edilmiş tələblərini, beləliklə də mülkiyyət, məhkəmə müdafiəsi kimi Konstitusion hüquqları kobud şəkildə pozmuşdur. İşin ədalətli həllinə səbəb olan bütün maddi və prosessual hüquq normaları pozulmuş, mülkiyyətçilərin hüquqlarının real bərpası təmin olunmamışdır.

47. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

48. Kassasiya şikayətlərinə etiraz verilməmişdir. Kassasiya baxı şının hədləri:

49. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktl arına təsir göstərə bilər.

50. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin kassatorun dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

51. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmə k və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdi r və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlan ılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

55. Belə ki, iddiaçı cavabdehlərin mülkiyyətlərində olan mənzillərin yerləşdiyi binanın Pilot layihə çərçivəsində, yerində çoxmərtəbəli yaşayış binasının inşa olunması məqsədi ilə sökülməli olmasını iddia etməklə, cavabdehlərin həmin mənzillərə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsini və tikiləcək binada onlara yeni təmirli mənzillərin verilməsini tələb edir.

56. Cavabdehlər isə iddiaçının bu hərəkətlərinin qanunsuz hesab etməklə, mülkiyyət hüquqlarının pozmasını bildirməklə yanaşı, həmçinin kompensasiya kimi təklif olunan mənzillərin ölüçləri ilə razı olmadıqlarını göstərmişlər.

57. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın 34-cü bəndində göstərilən məzmunda qərar qəbul edilmişdir.

58. Məhkəmə kollegiyası cavabdehlərin kassasiya şikayətinin dəlilləri üzrə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə mülkiyyət hüququnun təminatı mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yön ümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). 59. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əh əmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.

60. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq n ormalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 2 9 mart tarixli Qərar, § 93). 61. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etmə si ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

62. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehlərin mülkiyyət və istifadələrində olan mənzillərin yerləşdiyi binanın qəzalı vəziyyətdə olmaqla, mənzil fondunun yenilənməsi məqsədi ilə onun və ətrafda olan digər tikililərin sökülməsinə zərurət apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edildiyindən, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur.

63. Bununla belə, məhkəmə kollegiyası iddiaçının təklif etdiyi kompensasiya ilə bağlı cavabdehlərin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

64. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdehlərin etirazlarının əsaslarından biri onların mülkiyyətlərində olan mənzillərə görə kompensasiya olaraq təklif olunan mənzil sahələrinin, həmin ərazidə mülkiyyətləri olan başqa şəxslərə verilən sahələrdən az olması təşkil etmişdir.

65. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin bu dəlillərinin araşdırılması mübahisələndirilən qətnamədən müəyyən olunmur.

66. Əksinə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsindən müəyyən olunur ki, iddiaçı tərəfindən elə cavabdehlərin özlərinə ayrı-ayrılıqda təklif olunan mənzillərin sahələri ilə cavabdehlərin faktiki mülkiyyətlərində olan mənzillərin sahələrinə qeyri-proporsional sahələr təklif olunmuş, məhkəmə tərəfindən bu ayrıseçkiliyinin səbəbi və qeyri-mütənasibliyin əsasları müəyyən olunmamışdır.

67. Belə ki, qeyd olunduğu kimi, iddiaçı tərəfindən cavabdehlərdən Cavabdeh1 mülkiyyətində olan 42 kv.m sahədən ibarət mənzilə münasibətdə 88 kv.m sahəsi olan 2 otaqlı mənzilin və 20000 manat pul vəsaitinin, Cavabdeh2 mülkiyyətində olan 44,16 kv.m sahədən ibarət mənzilə münasibətdə 71 kv.m sahəsi olan 2 otaqlı mənzilin və Cavabdeh3 mülkiyyətində olan 58,9 kv.m sahədən ibarət mənzilə münasibətdə 71 kv.m sahəsi olan 2 otaqlı mənzilin verilməsi təklif olunmuş və apellyasiya instansiyası məhkəməsi həmin qaydada da iddianı təmin etmişdir.

68. Qeyd olunmalıdır ki, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qa nun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı).

69. Mülki hüquq sahəsində qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir ki, Mülki Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri ndə nəzərdə tutulmuş iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz bu məqsədə nail olunmasına xidmət edir.

70. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, işdə cavabdehlərə təklif edilən mənzillərin yerləşdiyi yeni tikilən evin planı və layihəsi olmadığından, həmin evdə təklif olunan sahələrdə olan mənzillərin mövcudluğunu müəyyən etmək mümkün deyildir.

71. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təklifində konkret mənzilə dair göstəricilərinin qeyd edilməməsi, mənzilin hansı ünvandakı binada, hansı mərtəbəsində yerləşməsinin dəqiq göstərilməməsi, qətnamənin nəticə hissəsində də cavabdehlərə ümumi sözlərlə 88 kv.m sahəsi olan 2 otaqlı və 71 kv.m. olan 2 ədəd 2 otaqlı qeyrimüəyyən mənzilin verilməsinin göstərilməsi qətnamənin icrası mərhələsində cavabdehlərə veriləc ək yeni mənzillərin iddiaçının mülahizəsinə görə müəyyən edilməsinə və sonuncuların hüquqlarının pozulmasına səbəb ola bilər.

72. Lakin, işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyətə malik olan bu halları araşdırmamış və hüquqi müəyyənlik prinsipini pozmaqla, icrası qeyri-mümkün olan qətnamə qəbul etmişdir.

73. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şü bhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

74. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 11 iyul 1997-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyəti olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

75. Həmçinin, həmin Qərarın 8 və 10-cu bəndlərində göstərilmişdir ki, qə tnamənin nəticə hissəsi qısa, dəqiq, şərtsiz məzmunda ifadə edilməklə, tərəflərin tələb və etirazlarına qəti cavab verməlidir. Əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasında dolaşıqlıq yaratmamaq və icranın mümkünlüyünü təmin etmək məqsədi ilə qət edilən şeylərin hər birinin ayrılıqda qiyməti və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, dəyərinin alınması da göstərilməlidir.

76. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təklif etdiyi kompensasiyanın cavabdehlərin pozulmuş mülkiyyət hüquqlarına mütənasibliyinə hüquqi qiymət vermədiyi üçün, apellyasiya instansiyası məhkəməsi qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

77. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

78. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən qətnamənin icrasının mümkünlüyünü təmin etmək məqsədi ilə iddiaçının tələbi üzrə cavabdehlərə hansı ünvanda yerləşən, hansı mərtəbədə, hansı girişdə, neçənci mərtəbədə, neçə otaqlı mənzilin təklif etməsi dəqiqləşdirilməli, mənzilin yerləşdiyi binanın yeri, layihəsi, mənzilin planı və s. bu kimi halları araşdırılmalı, cavabdehlərin hazırda mülkiyyətlərində olan mənzillərin şəraitlərinə (otaqların sayına, ümumi və faktiki sahəyə) mütənasibliyinə hüquqi qiymət verilməli, cavabdehin mülkiyyət hüquqlarının qorunması istiqamətində mübahisəli hüquq münasibətinə mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4, 372.2-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Əliyeva Həmayıl qızının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2025-ci il tarixli, 2(105)-212/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar