Məhkəmə qərarları › İş №2(102)-3215/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3215/2025

06.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3215/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Azərbaycan Respublikası Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr özbaşına tikiliyə köçürülmə, yaşayış evindən istifadəyə maneçilik edilməsinə son qoyulması, yaşayış sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı c avabdehlər Cavabdeh1 və Cavabdeh2 (Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “özbaşına tikiliyə köçürülmə və sair” tələbinə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2941/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)74/2012 saylı, xx.xx.2012ci il tarixli qətnaməsi ilə X10 ilə Cavabdeh1 arasında xx.xx.1996-cı il tarixdə bağlanmış nikah pozulmuşdur.

2. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2049/2023 saylı, xx.xx.2023-cü il tarixli qər arı ilə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)8537/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının icrasında dönüş edilməsi, üçüncü şəxs İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 61A ünvanına qeydiyyatının bərpa edilməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikasi Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfati Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərüfati Birliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ərazi üzrə 18 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi məlumata əsasən onlarda yuxarıda qeyd olunan fərdi yaşayış evinə aid heç bir hüquq müəyyənedici sənəd yoxdur. Evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Fərdi evdə yalnız Cavabdeh2 xx.xx.2024-cü il tarixind ən qeydiyyatdadır;

4. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir;

5. Cavabdeh1, şahidlər X6, X2, X9, X5 və X1 imzaları ilə təsdiq edilmiş yazılı ərizənin surətindən görünür ki, Cavabdeh1 hal-hazırda qeydiyyatda olduğu 34 m2 tikili, həyətyanı sahəsi 25 m2 olan mənzilini xx.xx.2022-ci il tarixində 28000 manata satmağa razılaşıb və xx.xx.2022-ci il tarixində Cavabdeh2 200 manat beh alıb. Əgər razılaşmanı beh verən tərəf Cavabdeh2 pozarsa, verdiyi beh batır, yox, əgər beh alan Cavabdeh1 pozarsa, aldığı behi 2 misli olaraq, yəni 4000 manat geri qaytarır. 6. 18 saylı MKİS tərəfindən təsdiq edilmiş layihənin surətindən görünür ki, A.Qərib küçəsi, 61A saylı Cavabdeh2 y aşadığı evin eskizi təsdiq edilmişdir.

7. Məhkəmə tərəfindən 29 oktyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş yerli baxış protokolundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 2 mərtəbəlidir. 2-ci mərtəbə sonradan evin yeni sahibi tərəfindən inşa edilmişdir. 1-ci mərtəbə 2 otaqdan ibarətdir. Fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən otaqların birindən evin arxa tərəfindən yerləşən təxminən 35-40 kv.m-lik həyətə çıxış vardır. 2-ci mərtəbənin sahəsi təxminən 60 kv.m-dir. Əlavə olaraq baxış keçirilən zaman müəyyən olunmuşdur ki, hər iki mərtəbə də Cavabdeh2 tərəfindən tələbələrə kirayə verilmişdir.

8. Cavabdeh1, şahidlər X6, X2, X9, X5 və X1 imzaları ilə təsdiq edilmiş yazılı ərizənin surətinə əsasən, Cavabdeh1 hal-hazırda qeydiyya tda olduğu 34 m2 tikili, həyətyanı sahəsi 25 m2 olan mənzilini xx.xx.2022-ci il tarixində 28000 manata satmağa razılaşıb və xx.xx.2022-ci il tarixində Cavabdeh2 200 manat beh alıb. Əgər razılaşmanı beh verən tərəf Cavabdeh2 pozarsa, verdiyi beh batır, yox, əgər beh alan Cavabdeh1 pozarsa, aldığı behi 2 misli olaraq, yəni 4000 manat geri qaytarır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 61A ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etməsinə cavabdehlərin (Cavabdeh1 və digər şəxslərin) maneçilik edilməsinə son qoyulması, digər şəxslərin həmin yaşayış sahəsindən çıxarılmaları və həmin yaşayış evinə köçürülməsi, cavabdehlər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 61A ünvanında yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, hüquqi yardım üçün ödənilmiş 200 manat və ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 300 manat məbləğində pulun 1-ci Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Sonradan iddiaçı məhkəməyə ərizə verərək əsl olmayan cavabdeh X3 əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda Cavabdeh1 ilə 1994-cü ildə Saatlı rayonunun Xanlarkənd kəndində faktiki olaraq ailə qurmuşlar, lakin nikahı 1996-cı ildə rəsmiləşdirmişlər, ailə qurduqdan sonra 3-4 il müddətində həmin kənddə yaşamışlar. Bir müddət kənddə yaşadıqdan sonra Bakı şəhərinə köçmək qərarına gəlmişlər. Təxminən 1998-ci ilin yay aylarında Cavabdeh1 ilə birlikdə Bakı şəhərinə köçmüş, bir müddət kirayədə yaşadıqdan sonra ünvan 3 ünvanda olan 2 otaqlı özbaşına tikilini satın almışlar. Həmin evdə 6-7 il qeydiyyatsız yaşadıqdan sonra 2005-ci ildə məhkəmə qətnaməsinə əsasən həmin mənzilə qeydiyyata düşmüşlər. Uzun müddət (təxminən 13-14 il) həmin evdə birgə yaşamışlar, lakin ailə münasibətlərində problemləri olduğundan (uşaqlarının olmaması və onun özünün bəzi qeyri-etik hərəkətləri səbəbindən) 2012-ci ildə məhkəmə qaydasında boşanmışlar. Boşanmadan sonra 3-4 il müddətində (təxminən 2016-cı ilədək) cavabdehlə birlikdə həmin 2 otaqlı evdə, lakin ayrıayrı otaqlarda yaşamışlar, o, evin bir otağında yaşamış, keçmiş əri Raf iq isə qardaşı ilə birlikdə digər otaqda yaşamışdır. Onun bütün cehiz əşyaları da həmin otaqlarda olmuşdur. Hazırda keçmiş əri Rafiqin ona qarşı olan təzyiq və təhdidlərinə dözməyərək 2016-cı ildə yaşadığı həmin evdən çıxmağa məcbur olmuşdur. Təxminən bir il yaxın qohumlarının evlərində yaşamışdır. Lakin Rafiq ondan yenə də əl çəkməmiş, təhdidlərini davam etdirmiş və bu səbəbdən də ölkəni tərk etməyə məcbur olmuşdur. O, həmin yaşayış sahəsindən çıxmağa məcbur olanda cavabdehlə belə razılığa gəlmişdilər ki, əgər evləri yerləşən həmin ərazi sökülərsə, əldə olunan məbləği aralarında bərabər bölərlər və yaxud, əgər bazar qiymətinə uyğun onun razılığıyla satılarsa, yenə də əldə olunmuş pul vəsaitini yarı bölərlər. Lakin 2022-ci ilin sonlarında ona məlum olmuşdur ki, cavabdeh onun razılığı olmad an birgə nikah müddətində aldıqları həmin yaşayış evini bazar qiymətindən ucuz qiymətə satmışdır. Həmin evin bazar qiyməti təxminən 55-60 min manat civarında olsa da, cavabdeh həmin evi çox ucuz qiymətə satmış və pullarını da özü üçün almışdır. Həmin 2 otaqlı evin 2-ci mərtəbəsini (evin həyətyanı sahəsi ilə birlikdə) isə yeni sakinlər qanunsuz olaraq tikmişlər və hazırda həmin evdə kənar şəxslər yaşayırlar. 2-ci mərtəbəyə evin içindən pilləkənlə qalxmaq mümkündür. Hal-hazırda müvəqqəti olaraq Avstriya Respublikasında yaşayır və işləyir. Boşanmadan sonra ailə qurmamışdır, cehiz əşyaları isə hazırda mübahisəli ünvanda olan 2 otaqlı evində qalmışdır. Onun həmin yaşayış sahəsindən başqa yeri yoxdur. Hazırda Azərbaycan Respublikasına qayıtmaq istəyir və yeganə yaşayış yeri olan həmin evə köçmək istəyir. Lakin cavabdehlərin qanunsuz hərəkətləri və özbaşınalıqları nəticəsində yaşayış yerindən, yəni mənzilindən məhrum olunmuşdur. Azərbaycan Respublikasının vətəndaşı olaraq hüquqları kobud şəkildə pozulmuşdur. Əlavə olaraq cavabdeh Rafıq Bayramov onun yaşayış yeri üzrə olan həmin ünvandan qeydiyyatdan çıxarılması barədə Nərimanov Rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, onun iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8537/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilsə də, həmin qərardan verdiyi apellyasiya şikayəti təmin edilmiş, adı çəkilən qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2049/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmiş və iddia tələbi təmin edilməmişdir. Həmin qərar qanuni q üvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Hazırda həmin ünvana qeydiyyatı bərpa olunmalıdır. İddiaçı Cavabdeh1 həmin evin mülkiyyətçisi deyil, həmin yaşayış evi cavabdehlə onun istifadəsində olmuşdur. Eyni zamanda da 2-ci cavabdehin ailə üzvləri ilə birlikdə faktiki olaraq ona aid olan həmin evdən çıxmasını tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Qeyd etmişdir ki, mübahisəli yaşayış evindən istifadə etməsinə edilən maneçiliklərə son qoyulmalı və o, həmin yaşayış sahəsinə köçürülməlidir. 2-ci cavabdeh və digər şəxslər ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmalıdırlar. Eyni zamanda da həmin bir mərtəbəli yaşayış evinin üstündə cavabdehlər tərəfindən qanunsuz olaraq inşa edilən 2-ci mərtəbədə olan tikililər onların hesabına sökülməlidir.

12. Məhkəmə tərəfindən 29 oktyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş yerli baxış protokolundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 2 mərtəbəlidir. 2-ci mərtəbə sonradan evin yeni sahibi tərəfindən inşa edilmişdir. 1-ci mərtəbə 2 otaqdan ibarətdir. Fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən otaqların birindən evin arxa tərəfindən yerləşən təxminən 35-40 kv.m-lik həyətə çıxış vardır. 2-ci mərtəbənin sahəsi təxminən 60 kv.m-dir. Əlavə olaraq baxış keçirilən zaman müəyyən olunmuşdur ki, hər iki mərtəbə də Cavabdeh2 tərəfindən tələbələrə kirayə verilmişdir.

13. Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, iddiaçı ilə evləndikdən sonra, 1998-ci ildə Bakı şəhərinə gəlmişlər. X18 küçəsində yerləşən evdə kirayədə yaşamışlar. Daha sonra sözügedən evi almışlar. Evin sahəsini artırmamışdır, lakin təmir işləri etmişdir. Evlə bağlı heç bir sənəd yox idi, onu 2000-ci ildə 4500 manat ödəyərək almışdı. İddiaçı nikah pozulduqdan sonra da onunla eyni evdə yaşayıb. İddiaçı 2013-cü ildə evdən çıxmış, sonra kirayədə yaşamışdır. Qarşı tərəf bildirir ki, onun tərəfindən olan təhdidlərə görə evdən çıxıb. Lakin bu doğru məlumat deyil. İddiaçını qonşular qınadıqları üçün, yəni nikahlarının pozulmasına baxmayaraq bir evdə yaşadıqlarını qəbul etmədikləri üçün gedib. Qonşular ona irad bildirirdilər ki, “Ayrılmısan necə hələ də bir evdə yaşaya bilirsən?” Buna görə də iddiaçı evdən çıxmışdır. Bundan sonra tək qa lmaması üçün öz qardaşı və bacısının uşaqları yanına gəlmişlər,sonra ailə qurmuşdur. Eşitdiyinə görə 2015-ci ildən sonra xarici ölkəyə köçmüşdür. Həmin vaxtdan da orada yaşayır, hazırda da oradadır. Bu illər ərzində bir dəfə də olsa gəlib evə dəyməmişdir. Onu məhkəmə qaydasında mənzildən qeydiyyatdan çıxarmışdır. 2022-ci ildə həmin evi 28000 manata digər cavabdehə sataraq həmin evdən köçüb getmişdir. İddaçının evdən çıxıb getməyindən uzun müddət keçdiyindən iddia müddəti də ötürülmüşdür.

15. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, o, evi almaq üçün 2021-ci ilin aprel ayında beh vermişdir. Vasitəçi ilə birlikdə evə baxıb razılığa gəlmişlər. Evin qiymətini 30000 manata razılaşmışdılar. Sonra 2000 manat endirim edilmiş və evi 28000 manata almışdır. 2000 manat behi Cavabdeh1 yazılı şəkildə vermişdir. Həmin vaxt qardaşı, iş yoldaşı, vasitəçi şəxs və Rafiq bəy orada idi, o da onların yanında behi ödəmişdir. Sənədlə behi verdiyi təsdiqlənmiş, narazılıq olacağı təqdirdə isə ona 4000 manat ödəniləcəyi bildirilmişdi. Cavabdeh1 ona demişdi ki, həyat yoldaşını məhkəməyə verib, iş yekunlaşan zaman qeydiyyatdan çıxarılacaq. Özünün də qeydiyyatdan çıxacağını demişdi. Daha sonra o, işığı, suyu adına keçirmək üçün müvafiq orqana müraciət etmişdir. Həmin vaxt da bu işlərin həllinə görə Rafiq bəyə 1000 manat pul vermişdi. Rəna xanım 2021-ci ildə qeydiyyatdan çıxıb. Ev isə 2021-ci il sentyabr ayının sonunda ona təhvil verilmişdir. Daha sonra o, evə qeydiyyata düşmək üçün müraciət etmiş, lakin qeydiyyatla bağlı problem olduğu üçün qeydiyyata düşə bilməmişdir. Yenidən müraciət etdikdə məhkəmə qərarı ilə qeydiyyata düşmüşdür. Həmin ərazidə çox insan qeydiyyatsız yaşayır. O, evi bir qədər təmir etdirmişdir, lakin evə su axırdı. Buna görə evdən çıxıb kirayədə yaşamalı olmuşdur. Evi satmaq istəmiş, lakin çox ucuz qiymətə satılacağı üçün satmamışdır. Bunun üçün evin üzərində ikinci mərtəbə tikməyə qərar vermişdur. İcazə alınması məsələsi ilə bağlı bildirmişdir ki, icazə ilə bağlı heç bir problem olmayıb. Evin 2-ci mərtəbəsinin layihəsi JEK-də var və onun adınadır. 1-ci mərtəbənin də layihəsi onun adınadır. Cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-280/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim - Nərgiz Tağıyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Ba kı şəhər Nərimanov rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbi təmin edilməmişdir.

17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, Cavabdeh1 ilə 1996-cı ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikah dövründə ünvan 2 saylı ünvanda yerləşən 2 otaqlı özbaşına tikilini satın almışlar. Tərəflər arasındakı nikah xx.xx.2012-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuş, iddiaçı bir müddət mübahisələndirilən mənzildə yaşamış, 2017-ci ildən isə ölkədən getmişdir. Hazırda iddiaçı evin onun razılığı olmadan üçüncü şəxsə satılmasına əsaslanaraq, həmin yaşayış evinə köçürülməsini, digər şəxslərin çıxarılmasını, özbaşına tikilinin artırılmış hissəsinin cavabdehlərin hesabına sökülməsini xahiş edir.

18. İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirilən mənzilin tərəflərin birgə nikah dövründə alınması və nikah pozulduqdan sonra üçüncü şəxsə satılması işin mübahisələndirilməyən halıdır. Bu hal həm iş materialları, həm də tərəflərin izahatları ilə təsdiq olunur.

19. Hazırda araşdırılmalı olan məsələ mübahisələndirilən mənzili əldə edən üçüncü şəxsin həmin mənzil üzrə subyektiv hüququnun olub-olmamasıdır.

20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 61A ünvanında yerləşən fərdi yaşayış evində əvvəllər iddiaçı keçmiş əri ilə yaşamış olsa da, həmin əmlak üzrə mülkiyyət hüquqlarına sahib olmamışdırlar. İddiaçı mübahisələndirilən evə köçürülməsini xahi ş etsə də, məhkəmə tərəfindən onun mübahisəli fərdi yaşayış evinə sahiblik etməsi halı öz təsdiqini tapmamışdır. Müəyyən olunmuşdur ki, iddiaçı 2017-ci ildən ölkəni tərk etmiş, həmin dövrdən əmlaka faktiki olaraq sahiblik etməmiş, hazırda da xarici ölkədə yaşamağa davam edir. Bu hal tərəflərin izahatları ilə də bir daha təsdiq olunur. İddiaçının mübahisələndirilən evdə qeydiyyatda olması mövcud vəziyyəti dəyişdirmir.

21. Hazırkı mülki iş üzrə diqqətəlayiq hallardan biri mübahisələndirilən əmlakın tərəflərin birgə nikahı dövründə əldə edilməsidir ki, bu hal iddiaçı və cavabdeh tərəfindən də təsdiq edilir.

22. İddiaçı 10 ildən artıqdır ki, həmin evdə yaşamır. İddiaçı birgə nikah dövründə qeyd edilən mənzilin əldə edilməsini bildirməsinə və bu halın tərəflərin izahatları ilə də təsdiq olunmas ına baxmayaraq, məhkəmə bir daha vurğulayır ki, mübahisələndirilən fərdi yaşayış evi özbaşına tikili olduğundan, onunla bağlı nə iddiaçının, nə də onun keçmiş ərinin rəsmi mülkiyyət hüquqları olmamışdır. Belə olan təqdirdə isə əmlakın birgə nkah dövründə əldə edilən əmlak kimi nəzərdən keçirilərək ər və arvadın müvafiq hüquqlarının müəyyən edilməsi də qeyri-mümkündür.

23. İddiaçı tərəf torpaq sahəsinin və ya mübahisəli yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində cavabdehin və ya hər hansı şəxsin adına qeydə alınmasına dair heç bir sübut təqdim etməmişdir. Bu isə onu ehtiva edir ki, mübahisəli yaşayış sahəsi özbaşına inşa edilmə nəticəsində yaranmışdır və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair hər hansı bir hüququ əmələ gəlməmişdir. B elə ki, insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlər mənzil hesab edilə bilməz. Çünki mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.

24. Hazırkı işdə isə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olması, yəni heç bir hüquqmüəyyənedici sənədi olmaması və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmaması mübahisəsiz olaraq müəyyən edilir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Şirinovun şikayəti üzrə 30 noyabr 2018-ci il tarixli Qərarına əsasən, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı v ətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.... yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri).

26. Digər tərəfdən iş materialları ilə təsdiq olunur ki, mübahisələndirilən fərdi yaşayış evi iddiaçının keçmiş əri olan Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır və onun tərəfindən iddiaçının qeyd etdiyi tikinti-təmir işlərinin aparılm ası da fərdi yaşayış evinin hazırda onun istifadəsində olmasına dəlalət edir. Həmçinin məhkəmə tərəfindən yerli baxış keçirilərkən həmin evin Cavabdeh2 sahibliyində olduğu müəyyən edilmişdir. Evə 2 ilə yaxındır ki, Cavabdeh2 tərəfindən sahibliyin edilməsi, MKİS tərəfindən təsdiq edilmiş eskiz layihə ilə də təsdiq edilir. Lakin ev özbaşına tikili olduğundan cavabdeh tərəfindən alqı-satqını təsdiq edən sənəd, rəsmi yazılı, notarial qaydada hazırlanmış müqavilə məhkəməyə təqdim edilməmişdir.

27. Məhkəmə Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərar larında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ər izəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar).

28. İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır.

29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcə lləsinin 6.1.1, 152.2, 152.3, 162, 164, 180.1, 180.2, 225.1-ci maddələrinə, Ailə Məcəlləsinin 32.1, 32.2, 36.1, 36.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Şirinovun şikayəti üzrə 30 noyabr 2018-ci il tarixli, L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlarına, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. İddiaçının nümayəndəsi və vəkili apellya siya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, işin faktiki hallarının məhkəmənin gəldiyi nəticələrə uyğun olmaması ilə əlaqədar olaraq tam qanunsuz və əsassız hesab edir. Belə ki, iddia ərizəsində və məhkəmə iclasında da qeyd olunmuşdur ki, hazırda 1-ci cavabdeh olan Cavabdeh1 ilə 1994-cü ildə Saatlı rayonunun Xanlarkənd kəndində faktiki olaraq ailə qurmuşlar, lakin nikah 1996-cı ildə rəsmiləşdirmişdir. 1-ci cavabdehlə ailə qurduqdan sonra 3-4 il müddətində həmin kənddə yaşamışlar. Bir müddət kənddə yaşadıqdan sonra B akı şəhərinə köçmək qərarına gəliblər. Təxminən 1998-ci ilin yay aylarında 1-ci Cavabdeh1 ilə birlikdə Bakı şəhərinə köçərək, bir müddət kirayədə yaşadıqdan sonra ünvan 6 ünvanda olan 2 otaqlı özbaşına tikilini satın alıblar. Həmin evdə 6-7 il qeydiyyatsız yaşadıqdan sonra 2005-ci ildə məhkəmə qətnaməsinə əsasən həmin mənzilə qeydiyyata düşmüşlər. Uzun müddət (təxminən 13-14 il) həmin evdə birgə yaşamış, lakin ailə münasibətlərində problemləri olduğundan (uşaqlarının olmaması və cavabdehin bəzi qeyri-etik hərəkətləri səbəbindən) 2012-ci ildə məhkəmə qaydasında boşanmışlar. Boşanmadan sonra 3-4 il müddətində (təxminən 2016-cı ilədək) cavabdehlə birlikdə həmin 2 otaqlı evdə, lakin ayrı-ayrı otaqlarda yaşamışlar, iddiaçı evin bir otağında yaşamış, keçmiş əri Rafiq isə qardaşı ilə birlikdə dig ər otaqda yaşamışdır. İddiaçının bütün cehiz əşyaları da həmin otaqlarda olmuşdur. Hazırda 1-ci cavabdeh olan keçmiş əri Rafiqin ona qarşı olan təzyiq və təhdidlərinə dözməyərək 2016-cı ildə yaşadığı həmin evdən çıxmağa məcbur olmuşdur. Təxminən bir il yaxın qohumlarının evlərində yaşamışdır. Lakin cavabdeh Rafiq iddiaçıdan yenə də əl çəkməmiş, təhdidlərini davam etdirmiş və bu səbəbdən də ölkəni tərk etməyə məcbur olmuşdur. İddiaçı həmin yaşayış sahəsindən çıxmağa məcbur olanda cavabdehlə belə razılığa gəlmişdilər ki, əgər ev yerləşən həmin ərazi sökülərsə, əldə olunan məbləği aralarında bərabər böləcəklər və yaxud əgər bazar qiymətinə uyğun iddiaçının razılığı ilə satılarsa, yenə də əldə olunmuş pul vəsaitini yarıbayarı böləcəklər. Lakin 2022-ci ilin sonlarında iddiaçıya məlum olub ki, c avabdeh iddiaçının razılığı olmadan birgə nikah müddətində aldıqları həmin yaşayış evini bazar qiymətindən ucuz qiymətə satmışdır. Həmin evin bazar qiyməti təxminən 55-60 min manat civarında olsa da, cavabdeh həmin evi çox ucuz qiymətə satmış və pullarını da özü üçün almışdır. Həmin 2 otaqlı evin 2-ci mərtəbəsini (evin həyətyanı sahəsi ilə birlikdə) isə yeni sakinlər qanunsuz olaraq tikmişlər və hazırda həmin evdə kənar şəxslər yaşayırlar. 2-ci mərtəbəyə evin içindən pilləkənlə qalxmaq mümkündür. Bildirir ki, hal-hazırda müvəqqəti olaraq Avstriya Respublikasında yaşayır və xəstədir, müalicə alır, sağaldıqdan sonra Azərbaycana- Bakı şəhərinə qayıtmaq istəyir. Boşanmadan sonra ailə qurmamışdır, cehiz əşyaları isə hazırda mübahisəli ünvanda olan 2 otaqlı evində qalmışdır. Həmin yaşayış sahəsi ndən başqa yeri yoxdur. Hazırda Azərbaycan Respublikasına qayıtmaq istəyir və yeganə yaşayış yeri olan həmin evə köçmək istəyir. Lakin cavabdehlərin qanunsuz hərəkətləri və özbaşnalıqları nəticəsində yaşayış yerimdən, yəni mənzilindən məhrum olmuşdur. Azərbaycan Respublikasının vətəndaşı olaraq hüquqları kobud şəkildə pozulmuş olur. Əlavə olaraq 1ci Cavabdeh1 iddiaçının yaşayış yeri üzrə olan həmin ünvandan qeydiyyatdan çıxarılmağı barədə Nərimanov Rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, onun iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8537/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə təmin edilsə də, həmin Qərardan verdiyi apellyasiya şikayəti təmin edilmiş, adı çəkilən Qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2049/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Həmin Qərar qanuni qüvvəsini aldıqdan sonra icraya (icranın dönüşü qaydasında) yönəldilmişdir. Hal-hazırda həmin ünvana qeydiyyatı bərpa olunmaqdadır (məhkəmə aktlarının surətini birinci instansiya məhkəməsində təqdim etmişdir). Bildirir ki, iddiaçı Cavabdeh1 həmin evin mülkiyyətçisi deyil, həmin yaşayış evi cavabdehlə iddiaçının bərabər surətdə istifadəsində olmuşdur. Eyni zamanda da 2-ci cavabdehin Cavabdeh2 da ailə üzvləri ilə birlikdə faktiki olaraq iddiaçıya aid olan həmin evdən çıxmalıdırlar. Onun həmin ünvana qeydiyyatı tam qanunsuzdur. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində faktiki olaraq mülkiyyətində olan yaşayış evindən məhrum olmasını, ona xeyli miqdarda maddi və mənəvi ziyan də ydiyini bildirir. Bundan başqa, bu müddətdə 1-ci Cavabdeh1 qanunsuz hərəkətləri və özbaşnalıqları nəticəsində əsəbləri pozulmuş,əsəb sarsıntısı keçırmiş, mənəvi iztirablar çəkmişdir. Belə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib kücəsində yerləşən, 6 1Asaylı ünvanda olan bir mərtəbəli, 2 otaqlı yaşayış evindən istifadə etməyinə edilən maneçiliklərə son qoyulmalı və həmin yaşayış sahəsinə köçürülməlidir. 2-ci cavabdeh (X7) və digər şəxslər ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmalıdırlar. Eyni zamanda da həmin bir mərtəbəli yaşayış evinin üstündə cavabdehlər tərəfindən qanunsuz olaraq inşa edilən 2-ci mərtəbədə olan tikililər onların hesabına sökülməlidir. Məhkəmə iclasında dəfələrlə cavabdehlərdən istifadə hüququ (qeydiyyatda da həmin ev olan ünvandadır) olan mübahis əli yaşayış evinin (ünvan: ünvan 8 dair rəsmi icazənin olmasına dair sənədləri məhkəməyə təqdim etsin. Lakin cavabdehlər belə bir sübutu məhkəməyə təqdim etməmişlər. Halbuki, iddiaçının razılığı olmadan 2-ci Cavabdeh2 həmin özbaşına tikili olan ünvana qeydiyyata alınması tam qanunsuzdur və istifadə hüququ olan həmin evə dair onun heç bir subyektiv hüququ yoxdur. Məhkəmə işin qeyd olunan halına qərəzli olaraq göz yummuşdur.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2941/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

33. Apellyasiya məhkəməsi mövqeyini onun la əsaslandırmışdır ki, mübahisələndirilən mənzilin tərəflərin birgə nikah dövründə alınması və nikah pozulduqdan sonra üçüncü şəxsə satılması işin mübahisələndirilməyən halıdır. Bu hal həm iş materialları, həm də tərəflərin izahatları ilə təsdiq olunur.

34. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 61A ünvanında yerləşən fərdi yaşayış evində əvvəllər iddiaçı keçmiş əri ilə yaşamış olsa da, həmin əmlak üzrə mülkiyyət hüquqlarına sahib olmamışlar. İddiaçı mübahisələndirilən evə köçürülməsini xahiş etsə də, onun mübahisəli fərdi yaşayış evinə sahiblik etməsi halı öz təsdiqini tapmamışdır. Müəyyən olunmuşdur ki, iddiaçı 2017-ci ild ən ölkəni tərk etmiş, həmin dövrdən əmlaka faktiki olaraq sahiblik etməmiş, hazırda da xarici ölkədə, Avstriya dövlətində yaşamağa davam edir. Bu hal tərəflərin izahatları ilə də bir daha təsdiq olunur. İddiaçının mübahisələndirilən evdə qeydiyyatda olması belə mövcud vəziyyəti dəyişmir.

35. Kollegiya apellyasiya şikayətinin mübahisələndirilən əmlakın tərəflərin birgə nikahı dövründə əldə edilməsi ilə bağlı dəlilinə münasibətdə hesab etmişdir ki, iddiaçı 10 ildən artıqdır ki, həmin evdə yaşamır. İddiaçının mübahisələndirilən mənzilin birgə nikah dövründə əldə edilməsini bildirməsinə və bu halın tərəflərin izahatları ilə də təsdiq olunmasına baxmayaraq, birinci instansiya məhkəməsinin mübahisələndirilən fərdi yaşayış evinin özbaşına tikili olduğundan, onunla bağlı nə iddiaçının, nə də onun keçmiş ərinin rəsmi mülkiyyət hüquqlarının olmamasına dair gəldiyi nəticə düzgün olmuşdur. Belə olan təqdirdə isə əmlakın birgə nikah dövründə əldə edilən əmlak kimi nəzərdən keçirilərək ər və arvadın müvafiq hüquqlarının müəyyən edilməsi də qeyri-mümkündür.

36. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı tərəf torpaq sahəsinin və ya mübahisəli yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində cavabdehin və ya hər hansı şəxsin adına qeydə alınmasına dair heç bir sübut təqdim etməmişdir. Bu isə onu ehtiva edir ki, mübahisəli yaşayış sahəsi özbaşına inşa edilmə nəticəsində yaranmışdır və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair hər hansı bir hüququ əmələ gəlməmişdir. Belə ki, insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlər mə nzil hesab edilə bilməz. Çünki mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.

37. Göründüyü kimi, işin halları ilə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olması, yəni heç bir hüquqmüəyyənedici sənədi olmaması və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmaması mübahisəsiz olaraq müəyyən edilir.

38. Kollegiya qeyd etmişdir ki, iş materialları ilə təsdiq olunur ki, mübahisələndirilən fərdi yaşayış evi iddiaçının keçmiş əri olan Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır və onun tərəfindən iddiaçının qeyd etdiyi tikinti-təmir işlərinin aparılması da fərdi yaşayış evinin hazırda onun isti fadəsində olmasına dəlalət edir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən yerli baxış keçirilərkən həmin evin Cavabdeh2 sahibliyində olduğu müəyyən edilmişdir. Evə 2 ilə yaxındır ki, Cavabdeh2 tərəfindən sahibliyin edilməsi, MKİS tərəfindən təsdiq edilmiş eskiz layihə ilə də təsdiq edilir. Lakin ev özbaşına tikili olduğundan cavabdeh tərəfindən alqı-satqını təsdiq edən sənəd, rəsmi yazılı, notarial qaydada hazırlanmış müqavilə məhkəməyə təqdim edilməmişdir.

39. Hazırkı işin halları ilə mübahisəli tikiliyə iddiaçının hər hansı hüququ mövcud olmadığı müəyyən edildiyindən, fərdi yaşayış evi ilə bağlı tələblərin, özbaşına tikiliyə köçürülmə, ondan istifadə etməsinə cavabdehlər tərəfindən maneçilik edilməsinə son qoyulması, digər şəxslərin həmin yaşayış sahəsindən çıxarılmaları, cavabde hlər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 61A ünvanında yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi tələblərinin və ondan törəyən digər (hüquqi yardım üçün ödənilmiş 200 manat və ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 300 manat məbləğində pulun Cavabdeh1 onun xeyrinə tutulması) tələblərin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

40. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 162, 164.1, 164.2, 225.1, 180.1, 180.2-ci maddələrinə, Ailə Məcəlləsinin 32, 36.1, 36.3-ci maddələrinə, R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyas ının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. İddiaçı (vəkil - Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2941/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işdə olan və əlavə təq dim olunmuş sübutlar əsasında iddia tələbinin (İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 61A ünvanında yerləşən fərdi yaşayış evindən istifadə istifadə etməyinə cavabdehlərin (Cavabdeh1 və Cavabdeh2 (Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) maneçilik edilməsinə son qoyulması, cavabdehlərin və digər şəxslərin həmin yaşayış sahəsindən çıxarılmaları, iddiaçının həmin yaşayış evinə köçürülməsi, cavabdehlər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 61A ünvanında yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun, cəmi 300 ( üç yüz) manat məbləğində pulun 1-ci Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə) təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Rerspublikasının Mülki Məcəlləsinin 152.1 və 157.4-cü maddəsinin tələbləri məhkəmə tərfindən kobud şəkildə pozulmuşdur. Belə ki, faktiki olaraq istifadəsində olan yaşayış sahəsindən, yəni mənzilindən məhrum olunmuşdur. Gələcək mülkiyyətçi olaraq hüquqları kobud şəkildə pozulmuşdur.

43. Azərbaycan Rerspublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinin tələbləri cavabdeh tərəfindən də kobud şəkildə pozulmuşdur.Məhkəmə 2-ci cavabdehin özbaşına tikili olan ünvana qeydiyyata alınmasını onun həmin evə subyektiv hüququnun olması ilə əlaqləndirir.

44. Məhkəmə tərəfindən Konstitusiyamızın, Konvensiyanın maddələrinin tələbləri də kobud şəkildə pozulmuş, gələcək mülkiyyətçi kimi hüquqlqrı kobud şəkildə pozlmuşdur.

45. İddia tələbi tam qanuni və əsaslı olsa da, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

46. Məhkəmə kollegiyası tərəfimdən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İddia ərizəmdə qeyd olunan hallar məhkəmə kollegiyasının iclasında tam sübut olunsa da, iddiam qərəzli olaraq təmin etməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Lakin məhkəmə kollegiyası qanunun bu normasının tələblərinə əməl etməmiş, qanunsuz və əsassız oaln birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.

47. Hal-hazırda həmin ünvana qeydiyyatı bərpa olunmuşdur (məhkəmə aktlarının surətini birinci instansiya məhkəməsində təqdim etmişdir). Cavabdeh1 həmin evin mülkiyyətçisi deyil, həmin yaşayış evi cavabdehlə onun bərabər surətdə istifadəsində olmuşdur. Eyni zamanda da 2-ci Cavabdeh2 da ailə üzvləri ilə birlikdə faktiki olaraq ona aid olan həmin evdən çıxmalıdırlar. Onun həmin ünvana qeydiyyatı tam qanunsuzdur

48. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının MPM-in 77.1, 88, 217-ci maddələrin ə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

50. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

51. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

52. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

53. Maddə

162. Əşya ya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir.

54. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

55. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

56. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti no rmalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

57. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

58. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

59. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

60. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti n əticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

61. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbə blərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

62. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

63. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməlidir.

66. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiy ası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibə tini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

75. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

77. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2941/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar