Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2297/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-272/2025 nömrəli iş üzrə, 04 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AFŞARAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X11 arasında 21 yanvar 2016-cı il tarixdə ünvan 1 ünvanda yerləşən binanın 5-ci bloku, 10-cu mərtəbə, 120,69 kv.metr sahəsi olan, üç otaqlı, 319 saylı mənzilin 78.849 manata (1 kv.metri 650 manata) satılması haqqında müqavilə bağlanmışdır. Mənzili dəyəri Ayturan Əliyev tərəfindən "xxxx" MMC-nin kassasına ödənilmişdir.
2. Abşeron Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(012)-201/2023 saylı qətnaməsi ilə, iddiaçı X4 qanuni nümayəndəsi İddiaçı cavabdeh "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16, X12 və Cavabdeh qarşı «mənzilin təhvil verilməsi, mənzilə dair notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin və maliyyə arayışının onlara təhvil verilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilin "xxxx" MMC tərəfindən X6 təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə, yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
3. X11 3 sentyabr 2023-cü il tarixdə kəskin respirator çatışmazlığı səbəbindən ölmüşdür.
4. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli məktubdan müəyyən olunmuşdur ki, X3 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X4 xx.xx.2023-cü il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Eyni zamanda İddiaçı, X13 və X7 miras qoyanın vərəsələri olması barədə məlumat məktubu təqdim edilmişdir. 5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 19 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən binanın 5-ci bloku, 10-cu mərtəbə, 120,69 kv.metr sahəsi olan üç otaqlı, 319 saylı mənzilin 63.500 manata (1 kv.metri 526 manata) satılması haqqında müqavilə bağlanmışdır. Həmin mənzilin dəyəri Cavabdeh tərəfindən tam ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilində yaşayan Cavabdeh və onun üzvlərinin həmin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, əri Ayturan Əliyev 2002-ci ildən şizofreniya paranoid forma diaqnozlu xəstəlikdən əziyyət çəkmişdir. 3 sentyabr 2023-cü ildə ağ ciyər xəstəliyindən rəhmətə getmişdir. Nəsimi Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə Ayturan Əliyev fəaliyyət qabiliyyətsiz elan edildiyi zaman iddiaçı həyat yoldaşı olaraq onun qəyyumu təyin edilmişdir. Ayturan Əliyev 21 yanvar 2016-cı il tarixdə rəsmi müqavilə ilə "xxxx" MMC-nin ("xxxx" MMC-nin) Xırdalan şəhərində inşa etdiyi binadan 319 saylı, 3 otaqlı mənzili satın almışdır. 30 may 2017-ci il tarixli müqa viləyə əsasən şirkət sözügedən mənzili onların xəbəri olmadan X1. Şikətin rəhbəri Ələkbər Hüseynov şikayət edəcəkləri təqdirdə əri Ayturan Əliyevin ruhi xəstə olmağından istifadə edərək onu aldatmış, həmin mənzilin Ayturanın qardaşı Hürü Əliyev tərəfindən satıldığını və Ayturanın şikayət edəcəyi təqdirdə qardaşı Hürü Əliyevin məsuliyyətə cəlb olunacağını bildirmişdir. Daha sonra X18 Əliyevin psixi durumunun yerində olmamasından istifadə etmiş, onu təhdid edərək mənzilin onun razılığı ilə satıldığını bildirən saxta sənədə imza etdirmişdir. Belə ki, mübahisəli mənzilin satılması barədə danışıqlar Ayturan Əliyevin özü ilə yox, onun qardaşı və atası ilə aparılmış, mənzil Ayturan Əliyevin qardaşı Hürü Əliyevin borcunun müqabilində Ələkbər Hüseynova təklif olunmuşdur. Göründüyü kimi Ayturan Əl iyevin 30 may 2017-ci il tarixli qardaşı Hürü Əliyevin iştirakı ilə yazmış olduğu mübahisəli mənzilin satılmasına dair etiraz etməməsi barədə ərizə onun özünün sərbəst iradəsi ilə yazılmamışdır. X24 özünə məxsus mənzili satmaq niyyətində olmamış, sadəcə olaraq cavabdehlər Ayturan Əliyevin öz hərəkətlərinin mənasını dərk etməməsindən və özünü şüurlu şəkildə idarə etmək iqtidarında olmamasından istifadə edərək xeyrlərinə hazırlanmış sənədə qol çəkdirmişlər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmasına baxmayaraq, mübahisəli mənzil hələ də təhvil verilməmişdir. Hal-hazırda mənzilə Cavabdeh sahiblik edir. Bu müddət ərzində o mənzilin təmir işlərini həyata keçirmiş, mənzilə kommunal xətlər çəkdirmişdir.
8. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddi anı qəbul etməyək izahatında bildirmişdir ki, X4 qanuni nümayəndəsi İddiaçı iddiası üzrə apellyasiya məhkəməsinin qətnaməsinin elanından sonra isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişlər. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində uzun müddət istintaq aparılmışdır. 31 may 2024-cü il tarixdə istintaq yekunlaşdırılmışdır. İstintaq zamanı 2016-cı il tarixdə mənzilə dair iddiaçı tərəfə verilmiş sənədlərin saxta olması müəyyən edilmişdir. Buna görə də hazırda Ali Məhkəmənin plenumuna yeni aşkarlanmış halla bağlı müraciət etmişlər. Belə ki, istintaq zamanı müəyyən edilmişdir ki, İddiaçı qaynatası X9 2016-cı il tarixdə "xxxx" MMC-yə və onun rəhbərliyinə qarşı dələduzluq edərək hazırkı mübahisəli mənzili əldə etmişdir. Daha sonra mənzili satmışlar. Əlimurad Əliyev və Ayturan Əliyev gedən bu proseslərin içində olmuş və onlar özləri mənzilin dəyərinin tərəflərindən alındığını təsdiq etmişlər. Ümumiyyətlə iddiaçı tərəf mənzilin alınması ilə bağlı MMC-yə heç bir məbləğdə pul ödəməmişdir. İddiaçı mənzilin satılması ilə bağlı imtinasının olmadığını əsas gətirməklə məhkəmədə iddia qaldırılmış və məhkəmə aktları əldə edilmişdir. Mübahisəli mənzilin alınmasına dair yeganə olaraq vəsait ödəyən onlardır. Onlardan başqa heç kəs mənzilin alınmasına dair vəsait ödəməmişdir. Lakin buna baxmayaraq hazırda iddiaçı mənzildən çıxmalarına dair iddia irəli sürür. İddiaçının mənzillə bağlı hər hansı bir iddiası varsa, MMC-yə müraciət etməli və onlarla öz mübahisəsini həll etməlidir. Mənzilə dair məhkəmə mübahisələri başlanana qədər Ayuturan Əliyevi və İddiaçı tanımamışdır. Məhkəməyə dəvət olunduqdan sonra qeyd edilən şəxsləri tanımışdır. 15 il ərzində yığdığı vəsait hesabına qeyd olunan mənzili əldə etmişdir. Onun və ailəsinin yaşayacaq başqa bir mənzili yoxdur. Göründüyü kimi iddiaçının iddiası əsassızdır.
9. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddianın təmin edilməsi, Cavabdeh və onun ailə üzvləri Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilindən çıxarılması və həmin mənzil İddiaçı təhvil verilməsi, ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunur ki, mübahisə predmetini təşkil edən mənzil X6 məxsusdur və bu əmlak "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona təhvil verilməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, qeyd olunan qərar hazırkı mübahisə üçün preyudisial əhəmiyyətə malikdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli mənzil 19 dekabr 2021-ci il tarixli müqavilə ilə Cavabdeh satılmışdır, halbuki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X11 arasında bağlanan 21 yanvar 2016-cı il müqavilə hazırda qüvvədədir, müqavilə məhkəmə qaydasında ləğv olunmamış, əksinə həmin əqdin mötəbərliyi məhkəmə aktları ilə təsdiq olunmuşdur. Sözügedən mənzil artıq qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən X11 tərəfindən dəyəri ödənilməklə əldə olunan əmlak kimi qiymətləndirilmişdir. Bu səbəbdən də müba hisəli daşınmaz əmlak hazırda Cavabdeh mülkiyyətində (sahiblik və istifadəsində) ola bilməz və İddiaçı hazırkı tələbi əsaslıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5 və 157.2-ci madələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə öhdəliyinin olmasına baxmayaraq, bir mənzilin inşa edilib eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri-mümkündür. Belə bir vəziyyət yarandığı halda, mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bu zaman əşyaya sahiblənmə dedikdə, mahiyyət etibarilə hüquqi sənədləşmə deyil (belə ki, tərəflərin hər birinin sənədi mövcuddur), faktiki hərəkətlərlə gerçəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması qapı qoyması, açarını yalnız özündə saxlaması, təmir etməsi, həmin mənzildə yaşaması və onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir. Belə ki, sahiblik, faktiki vəziyyət old uğuna görə, onun varlığı nəticəsinə gəlmək üçün hüquqi sənədləşmə ilə yanaşı, şəxsin əşyanı real şəkildə öz təsirində saxlamasını göstərən hərəkətlər mövcud olmalıdır ki, bu hərəkətlər artıq Cavabdeh tərəfindən həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsilə mənzilin iddiaçıya təhvil verilməsini qət etməklə onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Məhkəmə nəzərə almamışdır ki, sözügedən mənzilin vicdanlı sahibi və alıcısı odur, hazırkı qətnamənin icrası zamanı mənzilin ondan alınması qanunun pozulmasına gətirib çıxaracaqdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1935/2023 nömrəli xx.xx.2023-cü il tarixli xüsusi qərardadı ilə cavabdeh "xxxx" MMC-nin səlahiyyətli şəxslərinin əməllərinin hüquqazidd xarakterli olub-olmamasının aydınlaşdırılm ası, varsa həmin əmələ hüquqi qiymət verilməsi üçün xüsusi qərardad Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ********** saylı cinayət işi üzrə ibtidai istintaq aparılmışdır. Azərbaycan Respublikası Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, istintaq zamanı müəyyən edilmişdir ki, X5 və onun qardaşı X2 Əlimurad Qədirqulu oğlu (Əliyev Ayturanın atası) tərəfindən barələrində əsassız şikayətlərin qarşısını almaq məqsədilə sonuncunun tələbi ilə 21 yanvar 2016 və 09 oktyabr 2016-cı il tarixdə mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışının məzmununa b ilə-bilə yalan, guya Abşeron rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 3 ünvanında yerləşən B (5-ci) girişi 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 120.69 m2 olan 319 nömrəli mənzilin özlərinə mənzil almaq üçün müraciət etməmiş X6 78.449 manat müqavilində satılması və qeyd edilən məbləğin həmin tarxdə sonuncu tərəfindən tam ödənilməsi barədə məlumatları daxil etməklə, həmin saxta sənədləri Əlimurad Əliyevə təqdim etmişlər. Beləliklə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 15 may 2024-cü il tarixli qərarı ilə X11 ilə "xxxx" MMC arasında bağlanmış 21 yanvar 2016-cı il tarixli, "xxxx"-88 MMC arasında bağlanmış 9 oktyabr 2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilə və ödəniş sənədlərinin saxtalaşdırı lması sübuta yetirilmişdir. İşi araşdıran birinci inistansiya məhkəməsi mübahisəli mənzilin 2021-ci ildə Cavabdeh tərəfindən tam qanuni əsaslarla əldə edilməsi hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə tərəfindən tərəflər arasında olan mübahisə üzrə sübut növündə əsas götürdüyü halları əsaslandırılmamış və hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətləri tam şəkildə araşdırmadığı üçün qətnamədə qeyd etdiyi nəticə işin halları ilə uyğun gəlməmişdir. Məhkəmə tərəfindən iddiaçının fəaliyyət qabiliyətinin olmadığı halda qeyd edilən alqı-satqı müqaviləsini hansı əsasla bağladığı məsələsi araşdırılmamışdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 aprel 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, idd iaçı iddia ərizəsində MPM-in 149.2.3-cü maddəsinə əsasən “digərlərinin mənzildən çıxarılması”nı xahiş etsə də, həmin şəxslərin kimliyinin (ad, soyad və ata adlarını) konkret göstərmədiyindən, Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qətnaməsinin qismən “ailə üzvlərinin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilindən çıxarılması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-272/2025 nömrəli, 4 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari - sədrlik edən və məruzəçi, Afiq Hüseynzadə və Ayaz Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, həmçinin Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qətnaməsinin “ailə üzvlərinin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilindən çıxarılması” hissəsində ləğv edilərək həmin hissədə iddia ərizəsinin baxılmamış saxlanmasını nəzərə alaraq, qətnamənin Cavabdeh aid hissəsində qeyd etmişdir ki, qüvvədə olan məhkəmə aktları ilə mübahisə predmetini təşkil edən mənzilin X6 məxsus olması öz təsdiqini tapmışdır.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildə qalması, iddiaçının mə nzil hüquqlarını məhdudlaşdırdığından və onu mənzil hüququndan doğan hüquqlarının həyata keçirməsini qarşısını aldığından, cavabdehin həmin mənzildən çıxarılmaqla mənzilin ona təhvil verilməsini tələb etməkdə iddiaçı haqlı olmuşdur. a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellaysiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktla r həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbayca n Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmı ş və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
35. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üz rə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olma sı MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci madd əsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu mad dələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-272/2025 nömrəli iş üzrə, 04 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.