Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-141/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi) iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası El m və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi) işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3709/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Baxılan işin halları, birinci instansiya məhkəməsində icraat, apellyasiya instansiyası məhkəməsində birinci icraat, kassasiya instansiyası məhkəməsində birinci icraat, həmin icraatlar üzrə tələblərin və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırılması hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-839/2023 nömrəli, 29 mar t 2023-cü il tarixli qərarında ətraflı qeyd olunmuşdur (bax: i.v. 87-95, İİ cild; link: https://emehkeme.gov.az/signed/ShowEdoc?guid=c2502bd 822a44a3687d81c69abc8784c.edoc Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
1. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-3709/2023 nömrəli mülki iş üzrə 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdiyev və Xəyal Sarıyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)1740/2022 nömrəli mülki iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsi, Azərb aycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – cavabdeh və ya Nazirlik) 18 yanvar 2022-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi, Nazirlik tərəfindən iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir.
2. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri baxımından işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda, mübahisələndirilən əmrdə ümumi olaraq “əmək müqaviləsi üzrə ö hdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyi” göstərilmiş, konkret olaraq hansı öhdəliyi və funksiyanı yerinə yetirmədiyi qeyd olunmamış, yəni əmr qeyd olunan normanın tələbləri baxımından əsaslandırılmamışdır.
3. Məhkəmə qeyd etmişdir ki, əmr Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tələbləri baxımından da (iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və s.) əsaslandırılmamışdır.
4. İddiaçı barəsində toplanmış materiallar işəgötürən tərəfindən prokurorluq orqanına göndərilsə də, iş materiallarında olan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubunda daxil olmuş materiallar üzrə araşdırma aparıldığ ı və cinayət tərkibli əməllərin törədilməsi faktlarının təsdiq olunmadığı qeyd edilmişdir. Həmçinin orta məktəbin fəaliyyətində aşkar edilmiş pozuntuların törədilməsinə imkan yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə Nazirliyə təqdimat göndərilmişdir. Belə olan halda, aşkar edilən digər pozuntuların iddiaçı barəsində ən ağır inzibati tənbehin seçilməsinə əsas verməsi baxımından da əmr əsaslandırılmamış və məhkəmə araşdırması zamanı bu xüsusatla bağlı cavabdeh tərəfindən hər hansı bir mövqe irəli sürülməmiş, sübut təqdim olunmamışdır.
5. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Hazırkı iş materialları nda olan F-300 nömrəli, 7 dekabr 2021-ci il tarixli əmrlə müəyyən olunmuşdur ki, mübahisələndirilən tənbeh tədbirinin verilməsi üçün əsas Bakı şəhəri üzrə Təhsil İdarəsinin 16 noyabr 2021-ci il tarixli, 24-00-988 qeydiyyat nömrəli birgə xidməti məruzəsi olmuşdur. Deməli, əmək və ya icra intizamının pozulmasının aşkar edildiyi gün 16 noyabr 2021-ci il tarixi olmaqla, hazırkı tənbeh tədbirinin verildiyi 18 yanvar 2022-ci il tarixdə Əmək Məcəlləsinin 187-ci maddəsində müəyyən olunmuş 1 aylıq müddət ötürülmüşdür. İşçiyə 7 dekabr 2021-ci il tarixdə tənbeh tədbirinin verilib, daha sonra bu tənbehin ləğv edilməsi müddətin keçməsi faktını dəyişdirməmişdir.
6. Məhkəmə, həmçinin nəzərə almışdır ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bə ndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Hazırkı iş materiallarından isə bu imperativ tələbə də əməl olunması müəyyən edilməmişdir.
7. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 3, 10, 43, 57, 68, 70, 71, 72, 80, 186, 187, 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verildiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə edildiyinə, əmək müqaviləsi üzrə öhdəliklər və vəzifə funksiyaları yerinə yetirilmədiyinə görə ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş izahatlardan və aktlardan görünür ki, iddiaçı fəaliyyəti zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, əsassız olaraq pedaqoji kollektivdən müxtəlif adlarla pul yığılmasını tələb etmiş, öz öhdəliklərini və vəzifə funksiyalarını qanunvericiliyin tələbinə uyğun olaraq yerinə yetirməmiş və bu əsasla da işdən azad olunmuşdur. Lakin, məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, iddiaçı barəsində prokurorluq orqanları tərəfindən cinayət işi başlanılmadığı üçün (işçi tərəfindən qeyd edilən pozuntuların törədilməsinə baxmayaraq) o nunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə hüquqi əsas olmamışdır.
10. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, habelə vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməmiş, müvafiq iş yerində əmək və icra intizamının normal ahəngini pozmuş, əmək kollektivi arasında münaqişələrin yaranmasına şərait yaratmış, habelə korrupsiya əməllərinə yol verməklə işəgötürənin qanunla qorunan mənafelərinə ciddi formada ziyan vurmuşdur. Lakin, işə baxan məhkəmə işin bu hallarına heç bir əhəmiyyət verməmişdir.
11. İşəgötürən Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən, iddiaçı ilə bağlı əmək müqaviləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam veril məsi barədə Həmkarlar Təşkilatına təqdimat vermiş və təşkilat təqdimatda qeyd edilənlərlə razılaşaraq müsbət qərar vermişdir. Həmkarlar Təşkilatının razılığı nəzərə alınaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, əmr verilərkən işəgötürən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuşdur. Lakin iş materiallarına əlavə edilmiş, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 69 nömrəli protokolundan çıxarışa məhkəmə əhəmiyyət verməmiş və nəticədə formal əsaslarla qətnaməni ləğv etmişdir.
12. İddiaçının fəaliyyətində aşkar olunan pozuntular xx.xx.2021-ci il tarixdə aşkar edilmiş və bunun nəticəsi olaraq, onun intizam məsuliyyətinə cəlb edilməsi barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021-ci il tarixli, F-300 saylı əmri imzalanmışdır. Əmrdən göründüyü kimi, iddiaçının intizam məsuliyyətinə cəlbetmə müddəti pozulmamışdır. Eyni zamanda Nazirlik iddiaçının fəaliyyətində yol verdiyi pozuntuların ciddiliyini nəzərə alaraq və ona verilən cəzanın analoji olmadığına əsaslanaraq, nəzarət qaydasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin iddiaçı ilə bağlı əmrini ləğv etmiş və əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli, K-50 saylı əmr vermişdir. Əmrin nəzarət qaydasında araşdırılması və bununla bağlı yekun qərarın verilməsi müddəti Əmək Məcəlləsini 187-ci maddəsinin 2-ci bəndinin pozulması kimi qəbul edilə bilməz.
13. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verilməmiş, formal dəlillərlə kifayətlənərək, iddianı təmin etmişdir.
14. Kassator şikayətini Əmək Məcəlləsinin 10, 70, 71, 80, 187-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 76, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
16. Maddə 68 (1). Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
17. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.
18. Maddə 71 (2). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində n əzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
19. Maddə 71 (3). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
20. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozunt uları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
21. Maddə 80 (1). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
22. Maddə 80 (2). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hal lardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
23. Maddə 186 (1). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
24. Maddə 186 (2). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
25. Maddə 187 (2). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
26. Maddə 300 (1). Əgər, işəgötürən əmək müqa viləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddind ə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahi sələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə b axmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir.
36. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3709/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.