Məhkəmə qərarları › İş №2(102)-1411/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1411/2020

10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1411/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Həsənova, iş № 2(011)-4081/19) İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ip oteka predmetinə yönəldilməsi, onun açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi, vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilərək 29 dekabr 2013-cü il tarixli, 13011-1647/430616 saylı kredit müqaviləsi əsasında Cavabdeh 8.587 (səkkiz min beş yüz səksən yeddi) ABŞ dolları əsas borc, 470.11 (dörd yüz yetmiş dollar on bir sent) ABŞ dolları faiz borcu, 5 (beş) ABŞ dolları cərimə, cəmi 9.062,11 (doqquz min altmış iki dollar on bir sent) ABŞ dollarının ödəniş gününə qüvvədə olan məzənnə üzrə manatla və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manatın alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh məxsus olan və 29 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş 2013-cü il buraxılışlı, “Hyundai Elantra” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı, KMHDH41EBDU9990999 ban nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılması, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi qət edilmiş, iddia ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehdən tutulması tələbinə dair hissədə təmin olunmamışdır. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov, iş №2(103)-12660/ 19)apellyasiya şikayəti təmin edilməyərək Xətai Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8.587 ABŞ dolları əsas borc, 478.44 ABŞ dolları faiz borcu, 56.12 ABŞ dolları penya olmaqla, cəmi 9.121.56 ABŞ dollarının ödəniş gününə qüvvədə olan məzənnə üzrə manatla və dövlət rüsumuna görə ödənilmiş 30 manatın alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh məxsus olan və 29 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipot eka ilə yüklü edilmiş 2013-cü il buraxılışlı, “Hyundai Elantra” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı, KMHDH41EBDU9990999 ban nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılması, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi və iddia ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının t ələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçinidinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının iş üzrə 10 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən – tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalı, qətnamənin qalan hissəsi kassasiya şikayətinə münasibətdədəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə bağlanmış 29 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə 17% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 16635 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh ilə 13011-1647/430616 saylı 29 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan “Hyundai Elantra” minik markalı **-GM-** * dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Bank kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən kredit məbləğini Cavabdeh versə də, Cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və ona görə də Bank məhkəmədə hazırkı iş üzrə iddianı qaldırmışdır. Bankın tələbi iki hissədən ibarətdir: -kredit müqaviləsi üzrə borcun tutulması; -tutmanın ipoteka predmetinə yönəldilməsi (ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi). Birinci instansiya məhkəməsi iddia təl əbini təmin edərək Cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunu tutmuş və tutmanı Cavabdeh mülkiyyətində olan ipoteka predmetinə yönəltmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamış və gəldiyi nəticəni Mülki Məcəllənin 279, 296.1, 385.1, 442, 467, 739.1-ci və “İpoteka haqqında” Qanunun 34-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin Cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulması hissəsində gəldiyi nəticə ilə razılaşaraq məhkəmənin həmin hissədə gəldiyi nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi bu hissədə işin həqiqi hallarını düzgün müəyyən etmiş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq nor malarını düzgün tətbiq etmiş, hər hansı pozuntuya yol verməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddianın təmin olunması hissəsində gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, həmin hissədə apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, eləcə də işin müəyyən edilən hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də qətnamə həmin hissədə ləğv olunmalı və yeni apelyasiya baxışına qaytarılmalıdır. İşdən göründüyü kimi, Cavabdeh istər apelyasiya şikayətinin, istərsə də kassasiya şikayətinin əsas dəlilləri ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmaması barədədir. O, apelyasiya baxışı zamanı bununl a bağlı vəsatət vermiş olsa da, işə baxan məhkəmə heç bir əsaslandırma aparmadan vəsatəti rədd etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini qeyd olunan hissədə əsaslı sayır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisəni həll edərkən ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməməklə səhvə yol vermişdir. Ona görə də işə apelyasiya qaydasında yenidən baxılarkən işə baxan məhkəmə Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin tələbinə müvafiq olaraq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin olunması məsələsini müzakirə etməlidir. Həmin maddənin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün mə hkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza keçirə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda digər məsələlərlə yanaşı ipoteka predmetinin ilkin satış qiymətini də göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özlərinin sübut etməli olmalarına dair Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mövcudluğu zəruri sübutları müstəqil əldə etmək imkanı olmayan tərəfi Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinin tələbinə müvafiq olaraq sübutların tələb olunması ilə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı” iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1 -ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmar Çex Respublikasına qarşı” iş üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən – kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair hissədə ləğv olunmalı, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamənin qalan hissəsi, o cümlədən cavabdehdən 8.587 (səkkiz min beş yüz səksən yeddi) ABŞ dolları əsas borc, 470.11 (dörd yüz yetmiş dollar on bir sent) ABŞ dolları faiz borcu, 5 (beş) ABŞ dolları cərimə, cəmi 9.062,11 (doqquz min altmış iki dollar on bir sent) ABŞ dollarının (ödəniş gününə qüvvədə olan məzənnə üzrə manatla) alınıb iddiaçıya ödənilməsi hissəsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən baxan məhkəmə apellyasiya baxışının predmeti olacaq hissədə qeyd olunan pozu ntuları aradan qaldırmaqla işin həmin hissədə hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin bununla bağlı dəlillərini ətraflı araşdırmalı, tərəflərin məhkəmə iclasında iştiraklarını təmin etməli, işin həqiqi hallarının müəyyən edilməsi istiqamətində qanunla nəzərdə tutulan bütün tədbirləri görməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 10 oktyabr 2019-cu il tarixli, 2(103)-12660/19 saylı qətnaməsi qismən – kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair hissədə ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamənin qalan hissəsi, o cümlədən cavabdehdən 8.587 (səkkiz min beş yüz səksən yeddi) ABŞ dolları əsas borc, 470.11 (dörd yüz yetmiş do llar on bir sent) ABŞ dolları faiz borcu, 5 (beş) ABŞ dolları cərimə, cəmi 9.062,11 (doqquz min altmış iki dollar on bir sent) ABŞ dollarının (ödəniş gününə qüvvədə olan məzənnə üzrə manatla) alınıb iddiaçıya ödənilməsi hissəsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar