Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1411/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh (üçüncü şəxs X12 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X9 Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma, əmlakın mülkiyyətçilərin sahibliyinə verilməsi və yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1330/2023 nömrəli, 5 de kabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Yevlax rayonunun Qoyunbinəsi kəndində yerləşən 0,27 ha torpaq sahəsi və 63,9 kv metr sahəsi olan fərdi yaşayış evi X10 mülkiyyətində olmuşdur.
2. X14, 08 avqust 1955-ci il tarixdə X13 evlənmişdir və həmin nikahlarından beş övladları olmuşdur.
3. X14 30 iyun 2016-cı il tarixdə vəfat etmişdir və sağ qalmış vərəsələri: övladları İddiaçı3, X15, X12, X11 və İddiaçı1dır.
4. X12 atası X7 miras qalmış Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişdir və ona atasından miras qalmış torpaq sahəsinə, fərdi yaşayış evinə və Vaz 21213 minik markalı, ** GL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(107)-649/2022 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(039)-1096/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi; «Qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsi və “********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın” ləğv edilməsi; X10 Yevlax rayonu, Qoyunbinəsi kəndində 0,27 ha torpaq sahəsi və 63,90 kv metr fərdi yaşayış evindən payları bərabər hissədə bölünməklə vərəsələrin hər birinin payı 1/5 hissədə müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. 6. 12 aprel 2023-cü il tarixdən Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 0,27 ha torpaq sahəsində və 63,9 kv metr fərdi yaşayış evində İddiaçı1, İddiaçı2, İddiaçı3, X9 və X8 5/1 hissədə payı vardır. Həmin evdə hazırda Cavabdeh ailəsi ilə birlikdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə 12 aprel 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onların birgə mülkiyyətində olan Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 0,27 ha torpaq sahəsindən və 63,9 kv metr fərdi yaşayış evindən çıxarılması özlərinin həmin fərdi yaşayış evinə köçürülməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin iddiaçıların istifadə və sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçılar işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırılmışlar ki, mülkiyyətlərində olan yaşayış sahəsindən sərbəst qaydada istifadə edə bilmirlər. Belə ki, həmin ev iddiaçılara mərhum ataları X7 miras qalmışdır. Musa Kərimov 1994-cü ildə vəfat etmiş və həmin vaxtdan iddiaçılar Cavabdeh öz ailəsi ilə birlikdə mübahisəli yaşayış sahəsində yaşamasına icazə vermişlər. Lakin Cavabdeh həmin evdən təyinatı üzrə istifadə etməmiş, evin həyətində narkotik vasitələr əkibbecərmiş və buna görə Yevlax Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Cavabdehin anası Əfruz Səfərova notariat orqanına ərizə verməklə mübahisəli yaşayış evinin yeganə vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi almışdır. Bununla da onun məqsədi əmlakı tamamilə ələ keçirmək olmuşdur. Halbuki, iddiaçılar Cavabdeh özünə ev alana kimi mübahisəli yaşayış sahəsində müvəqqəti yaşayacağını düşündükləri üçün onun oraya köçüb yaşamasına icazə vermişlər. Hazırda iddiaçılar öz ata-baba yurdları olan yaşayış sahəsindən sərbəst şəkildə istifadə etmək, ora köçüb yaşamaq, ona faktiki sahibliyi həyata keçirmək və ya lazım olduqda ondan fayda götürmək niyyətindədirlər. Cavabdeh isə öz ailəsi ilə birlikdə həmin evdə yaşamaqla iddiaçıların öz mülkiyyət hüquqlarını həyata keçirməyə mane olur.
9. Cavabd eh məhkəmə iclasında verdiyi izahatında iddianı qismən qəbul edərək bildirmişdir ki, 2016-cı ildən həmin evdə yaşayır. Həmin evdə anasının da mülkiyyət hüququ var. Hazırda anası Əfruz Səfərova ilə birlikdə həmin evdə yaşayır. Ev pis gündə idi, xərc çəkib evi təmir etmişdir. İddiaçıların öz paylarından istifadə etməsinə etiraz etmir.
10. Məhkəmə iclasında maraqlı şəxs X8 nümayəndəsi bildirmişdir ki, Əfruz Səfərovanın da həmin evdə payı var. Hazırda da övladı Cavabdehla birlikdə Əfruz Səfərova həmin evdə yaşayır. Cavabdeh həmin evdə X8 razılığı ilə yaşayır.
11. Məhkəməyə təqdim edilmiş Yevlax ŞİHB-nın Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 iyul 2023-cü il tarixli 04 saylı arayışa əsasən, Cavabdeh ailəsi ilə birlikdə 2016-cı ildən Yevlax rayonu, Qoyunbinəsi kəndində yaşayır. Nümayəndə2 və X1 yaşamırlar.
12. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(039)-1886/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Əlizadə) iddia qismən təmin edilərək, 12 aprel 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyesrindən çıxarış əsasında iddiaçıların birgə mülkiyyətində olan Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 63,9 kv metr fərdi yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, evin mülkiyyətçilərindən bir olan X12 Cavabdeh anasıdır. Ev və torpaq sahəsi naturada bölünməmişdir. X5 ailə üzvü kimi həmin evdə yaşamaq hüququ vardır. X12 həmin evdə və torpaq sahəsində olan payı ndan istifadə etməsinə razılıq vermişdir. Ona görə də iddia cavabdehin ailə üzvləri ilə birlikdə evdən çıxarılması hissəsi təmin edilməməlidir.
14. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçıların evdə payı olduğundan, yəni mülkiyyətçi olduqlarından iddianın iddiaçıların həmin evə köçürülməsi hissəsi təmin edilməlidir. Eyni zamanda iddianın torpaq sahəsinin və fərdi yaşayış evinin iddiaçıların istifadə və sahibliyinə qaytarılması hissəsində məhkəmə qeyd etmişdir ki, iddianın iddiaçıların evə köçürülməsi hissəsi təmin edildiyindən, onlar həmin evə köçərək istifadə və sahiblik etmək imkanları olduğundan iddia bu hissəsində təmin edilməməlidir.
15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,152.5, 157.2, 157.4, 228.2, 228.5-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, cavabdehin ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 0,27 ha torpaq sahəsindən və 63,90 kv metr fərdi yaşayış evindən çıxarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad edərək Cavabdeh yaşayış sahəsindən istifadə hüququ olduğunu bildirməklə onun yaşayış sahəsindən çıxarılması üçün əsas olmadığını bildirmişdir. Lakin Cavabdeh öz ailə üzvləri ilə birlikdə mübahisəli yaşayış sahəsində yaşaması servitut münasibətləri olub və hal-hazırda servituta xitam verilməsi üçün əsaslar var. Belə ki, Cavabdeh özünün də məhkəmədə etiraf etdiyi kimi və iş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli hökmündən görünür ki, Cavabdeh həmin evdən təyinatı üzrə istifadə etməmiş, evin həyətində narkotik vasitələr əkib-becərmişdir. Bu da onun həmin mənzildən təyinatı üzrə istifadə etməməsi anlamına gəlmək üçün əsasdır. Bundan əlavə, servitut üçün verilmiş əsas da aradan qalxmışdır. Belə ki, həmin ev iddiaçılar tərəfindən Cavabdeh öz ailəsi ilə birlikdə yaşamağa icazə verilən zaman hazırki məhkəmə mübahisələri yox idi. Hal-hazırda isə iddiaçılar özləri həmin evdə yaş amaq istəyirlər. Belə olan halda isə Cavabdeh öz ailə üzvləri ilə birlikdə həmin evdə yaşaması üçün əsas aradan qalxmışdır.
18. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1330/2023 nömrəli, 5 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – G.Cavadova (sədrlik edən və məruzəçi), E.Hüseynov və V.Məlikov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, iddiaçılar və Əfruz Səfərovanın paylı mülkiyyətində olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi mülkiyyətçilər arasında naturada bölünməmişdir. İşin halı kimi həmçinin müəyyən edilir ki, Cavabdeh ailə üzvləri ilə birlikdə 2016-cı ildən mübahisəli evdə yaşayır və onun həmin evdə yaşamasına məhz evin paylı mülkiyyətçiləri olan iddiaçılar və maraqlı şəxs Əfruz Səfərova icazə vermişlər. Hazırda iddiaçılar cavabdehin ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmasını tələb etsələr də, maraqlı şəxs Əfruz Səfərova əvvəlki mövqeyini dəyişməmişdir, o, hazırda da övladı olan cavabdehin ailəsi ilə birgə həmin evdə yaşamasına razıdır.
20. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə” dair xx.xx.2016-cı il tarixli qərarına istinad edərək belə qənaətə gəlmişdir ki, Cavabdeh 2016-cı ildən mübahisəli evin paylı mülkiyyətçilərini n, o cümlədən etibarlı ailə əlaqələrində olan anası Əfruz Səfərovanın razılığı ilə sözügedən evə köçmüş və bu evdə daimi olaraq yaşamaqla özünün mənzil ehtiyacını məhz oradan qarşılamışdır. Hazırda da Cavabdeh mübahisəli yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmamışdır. Cavabdehin atasına məxsus evin olması da (əgər varsa) onun mübahisəli yaşayış sahəsindən istifadə etmək ehtiyacını qarşılamır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin mübahisəli evin həyətyanı torpaq sahəsində cinayət qanunu ilə qadağan edilən bitkiləri əkib-becərməsi və bu əmələ görə məhkum olunması halı cavabdehin mübahisəli yaşayış sahəsindən təyinatı üzrə istifadə etməməsi anlamına gəlməməli, habelə şəxsi yaşayış yerindən məhrum etməməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şika yətinin dəlilləri
21. İddiaçı1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmələr servitut üçün verilmiş əsasın aradan qalxdığını, həmin evin iddiaçılar tərəfindən Cavabdeh öz ailəsi ilə birlikdə yaşamağa icazə verilən zaman hazırki məhkəmə mübahisələri olmadığını, hazırda isə iddiaçıların özlərinin həmin evdə yaşamaq istədiyini nəzərə almamış, iddianı həmin hissədə rədd etmişlər. Apellyasiya məhkəməsi Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına istinad etsə də, düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə heç bir əsas olmadan Cavabdeh mənzil ehtiyacının aradan qalxmadığını əsas göstərməklə, h əmin evdən çıxarıla bilməyəcəyi qənaətinə gəlmişdir. Halbuki, yuxarıda göstərilən maddi hüquq normalarında şəxsin mənzil ehtiyacının ardan qalxmaması servitut münasibətlərinə xitam verildiyi təqdirdə onun evdən çıxarılmasını qadağan edən əsas kimi göstərilməmişdir. İş üzrə iddiaçılar birgə mülkiyyət hüququ əsasında onlara məxsus olan Yevlax rayonu, Qoyun binəsi kəndində 0,27 ha torpaq sahəsi və 63,9 kv metr fərdi yaşayış evindən sərbəst şəkildə istifadə edə bilmirlər. Belə ki, Cavabdeh öz ailəsi ilə birlikdə həmin yaşayış sahəsinə qanunsuz olaraq sahiblik edir. İddiaçılar isə həmin evə köçüb ondan sərbəst şəkildə istifadə etmək istəyirlər. Məhkəmələr isə həmin hissədə iddianı rədd etməklə Mülki Məcəllənin 157.2 və 157.4-cü maddəsinin tələbini pozmuşlar. b)
23. Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
26. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
27. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
28. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təs diqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
29. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə y ol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh və ailəsi mübahisəli mənzilə iddiaçılarla birgə mülkiyyətçi olan anasının razılığı ilə köçüb yaşayır. Anasının digər mülkiyyətçilərlə bərabər həmin yaşayış evindən və torpaq sahəsindən istifadə hüququ vardır, həmçinin o, ailə üzvü olan oğlunu bu yaşayış sahəsinə köçürə bilər.
39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instan siyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1330/2023 nömrəli mülki iş üzrə 5 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlan