Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1415/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri İsmayıllı Rayon Məhkəməsinin 06.12.2021-ci il tarixli 2(037)-1101/2021 nömrəli qərardadından Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12000 manat borc pulun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12030 manat məbləğində p ulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 23.11.2021-ci il tarixdə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, hazırki işin məhkəməyə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 2(037)-1101/2021 nömrəli, 06.12.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “12000 manat borc pul” tələbinə dair 2(037)-1101/2021 saylı mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsinə dair Cavabdeh vəsatəti təmin edilməmişdir. Qeyd edilən qərardaddan narazı qalan Cavabdeh və vəkili Vəkil məhkəməyə şikayət təqdim edərək, İsmayıllı Rayon Məhkəməsinin 06.12.2021-ci il tarixli 2(037)-1101/2021 nömrəli qər ardadının ləğv edilərək mülki işin aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında iddiaçının cavabdehə 12000 manat borc verməsi, cavabdehin isə həmin borcun bir hissəsi olan 6000 manatını 2020-ci ilin oktyabr ayında, digər 6000 manat hissəsini isə həmin ilin noyabr ayında ödəyəcəyinə söz verməsi barədə qəbz olsa da, cavabdehin həmin qəbzin məzmunundan xəbəri olmamış, belə ki, həmin qəbz Polis Şöbəsində olarkən digər bir şəxsin diqtəsi ilə yazılmışdır. Yəni cavabdeh şəxs psixoloji təyziq nəticəsində əslində mövcud olmayan bir faktı etiraf etməyə məcbur qalmışdır və həmin qəbzdə olan bütün məlumatlar cavabdehin iradəsinə zidd olaraq yazılmışdır. İşin faktiki halları iddiaçı ilə cavabd ehin şərikli halda taxıl əkini üzrə yaranan problemlərdən ibarətdir. Belə ki iddiaçı taxıl əkmiş, lakin ziyan etmişdir. İddiaçı həmin ziyanı heç bir əsas olmadan cavabdehdən tələb edir. Cavabdeh şikayətində qeyd edir ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən sahibkar kimi 9 saylı Ərazi Vergilər Dairəsində qeydiyyata alınmışdır. (VÖEN **********). Cavabdeh da hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən sahibkar kimi 10 saylı Ərazi Vergilər Dairəsində qeydiyyata alınmışdır (VÖEN **********). Əslində, onların arasındakı mübahisə şərikli taxıl əkinindən, yəni iqtisadi münasibətlərdən doğan mübahisədir. Buna görə də İsmayıllı Rayon Məhkəməsinin 06.12.2021-ci il tarixli 2(037)1101/2021 nömrəli qərardadı ləğv olunmalı və mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. İsmayıllı Rayon Məhkəməsinin (2(037)-1101/2021 nömrəli, 24.12.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. - 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. - 403-1.7-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarını araşdıraraq məhkəmə tərkibi hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli 2(005)-3360/2020 nömrəli qərardadı dəyişiklik edilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin pr edmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarı n hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İşdən göründüyü kimi, tərəflər hər ikisi sahibkar olsalar da, mübahisə İddiaçı fiziki şəxs Cavabdeh verdiyi borcun qaytarılması bar ədədir. Bu borcun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yarandığı iş materialları ilə müəyyən edilmir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia predmetini təşkil edən yeganə tələb iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən bu mübahisə kommersiya məhkəməsinə aid deyil. Odur ki, İsmayıllı Məhkəməsinin 06.12.2021-ci il tarixli 2(037)-1101/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayəti təmin olunmamalıdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25 və 26-cı və 403-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri İsmayıllı Məhkəməsinin 06.12.2021-ci il tarixli 2(037)-1101/2021 nömrəli qərardadı dəyişd irilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1415/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1415/2022
02.02.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver