Məhkəmə qərarları › İş №2(102)-1415/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1415/2023

28.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1415/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: kassasiya şikayətinin müddətə görə geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı avtomobil tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-496/2022 nömrəli, 30 yanvar 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ** VJ *** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, ağ rəngli “Hyundai Accent” markalı minik avtomobilinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 17 fevral 2020-ci il tarixli, 2(044)-28/2020 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia tələbi təmin edilməmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. G əncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 16 fevral 2022-ci il tarixli, 2(104)-496/2022 nömrəli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmişdir.

5. Cavabdeh (Vəkil) qətnamədən kassasiya şikayəti vermişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(103)937/2022 nömrəli qərardadı ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər qaytarılmışdır.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarının 165-ci səhifəsində ol an poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən cavabdeh qətnaməni 1 iyun 2022-ci il tarixdə imza edərək rəsmi qaydada almışdır. Lakin cavabdeh həmin qətnamədən kassasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə, yəni 27 yanvar 2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Həmçinin, cavabdeh kassasiya şikayətinə buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət əlavə etməmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3 və 405.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilərək, qətnamədən verilmiş kassasiya şikayətinin icraata götürülməsi b arədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı əsassızdır. Belə ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olmuş, lakin həmin küçədə olan digər evlərlə yanaşı, bu ev də 2017-ci ildə icra hakimiyyəti tərəfindən sökülmüşdür. Cavabdeh 2017-ci ildən etibarən ölkə hüdudlarından kənarda olmuş, 2022-ci il 17 fevral tarixində Azərbaycana qayıtmış, Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi 149 ünvanında yaşamışdır. Lakin iş materiallarında onun ünvanı həmin küçədə yerləşən 151 saylı ev kimi qeyd olunmuş və qətnamə də həmin ünvana göndərilmişdir. Qeyd olunmalıdır ki, həmin ünvanda Məmmədovlar ailəsi yaşamaqdadır. Xəbərnaməyə cavabdeh tərəfindən imza edilməsi barədə də məhkəmə poçt xidmətinə sorğu göndərməkl ə və ya xətşünaslıq ekspertizası təyin etməklə imzanın kimə məxsus olduğunu müəyyən etmədən nəticəyə gəlmişdir. Qətnamə cavabdehə 3 dəfə yazılı müraciət etdikdən sonra 10 yanvar 2023-cü il tarixində verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçının vəkili və nümayəndəsi K.Məmmədova kassasiya şikayətinə etiraz edərək, cavabdehin dəlillərinin əsassız olduğunu, apelyasiya instansiyası məhkəməsini iş üzrə düzgün nəticəyə gəldiyini bildirmiş və kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

13. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

14. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

15. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlə rinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

16. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

17. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.

18. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

19. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhk əmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

20. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

21. Maddə 408.1. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

22. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

23. Maddə

409. Apellyasiya insta nsiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

24. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə gö ndərilməlidir.

28. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apelyasiya və kass asiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

29. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən olunmuş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

30. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir k i, qətnamənin surəti cavabdehə poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə çatdırılıb, lakin onun tərəfindən kassasiya şikayəti xx.xx.2023-cü ildə, yəni müddət ötürülməklə verilib.

31. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

32. Belə ki, MPM-nin 405.0.1-ci maddəsindən göründüyü kimi, kassasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

33. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikası MPM-nin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsini aktları rəsmi qaydada verilməlidir.

34. Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir (Bu qərarın 1419-cu paraqrafları).

35. Həmin Məcəllənin 135.5-ci maddəsində dey ilir ki, bu Məcəllənin 135.2-ci, 135.3cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

36. Göründüyü kimi qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və elektron qaydada verilmə qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır.

37. Bu qaydalar baxımından iş materialları öyrəniləndə görünür ki, iş üzrə birinci instansiya məhkəməsində icraat 2017-ci ilin noyabr ayında başlanmışdır. İddia ərizəsində cavabdehin qeydiyyat ünvanı kimi “ünvan 2rişləri də həmin ünvana göndərilmiş, lakin bildirişlər ünvanda yerləşən evin sökülməsi barədə qeyd aparılmaqla geri qaytarılmışdır. Beləliklə, iş üzrə heç bir bildiriş cavab dehə bilavasitə çatdırılmamış, məhkəmə iclaslarında cavabdeh iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə bildirməmişdir.

38. Apelyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə MPM-nin 147-ci maddəsinə uyğun olaraq məhkəmə bildirişini cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə icra hakimiyyəti orqanına göndərmiş, onun yerinin müəyyən edilmədiyi barədə məlumat daxil olduqdan sonra işə baxılıb qətnamə çıxarılmışdır.

39. Cavabdehə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti də xx.xx.2022-ci il tarixdə iddia ərizəsində göstərilən ünvana göndərilmiş, lakin poçt müəssisəsi tərəfindən zərfin üzərində “Köçüb”, “Bu ünvanda yaşamır” qeydləri aparılmaqla məhkəməyə qaytarılmışdır.

40. Bundan sonra məhkəmə iddiaçının vəkili ilə əlaqə saxlayaraq, cavabdehin Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi, ev 151 ünvanda yaşadığı barədə şifahi məlumat almış, məhkəmə iclas katibi tərəfindən bu barədə xx.xx.2022-ci ildə arayış tərtib olunmuşdur (səh 164).

41. Mülki işin 165-ci vərəqində olan xəbərnamədən görünür ki, cavabdehə qətnamənin surəti ünvan 3 ünvanda alınmışdır.

42. Lakin cavabdeh bildirir ki, qeydiyyatda olduğu ünvan 4 ünvanda olmuş yaşayış evi şəhərdə aparılan abadlaşdırma işləri ilə əlaqədar sökülmüşdür və həmin ünvanda yaşamır. Valideynləri ilə ünvan 5ə həmin küçədə olan 151 saylı evin onlara hər hansı bağlılığı yoxdur.

43. Məhkəmə kollegiyası hesab edir ki, bu halda qətnamənin cavabdehə rəsmi qaydada verildiyi barədə qəti-müəyyən nəticəyə gəlmək üçün kifayət qədər əsas yoxdur. Doğrudur ki, məhkəmə təcrübəsində məhkəmə aktından şikayət ver mə müddətlərinə qiymət verilərkən Avropa İnsan Hüquqları Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə Qərarına istinad olunur. Həmin qərarda Məhkəmə bildirmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”

44. Lakin hazırki işin halları, Avropa Məhkəməsini adı çəkilən qərarında istinad olunmuş hallara uyğun deyil, fərqlidir. Baxılan işdə Cavabdeh məhkəmədə icraatı özü başlatmamışdır.

45. Cavabdeh xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim olunmuş ərizələrində onun Gənc ə şəhəri, İsrafil Məmmədov küçəsi 149 ünvanda yaşadığını, qətnamənin surətinin ona təqdim olunmadığını bildirməsinə və buna görə də qətnamənin surətinin ona verilməsini tələb etməsinə baxmayaraq, kassasiya şikayətinin geri qaytarılması barədə qərardadında məhkəmə bu hallara qiymət verməmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı deyildir.

46. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 41 9-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-496/2022 nömrəli, 30 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar