Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1415/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1303/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh1 ilə 13 yanvar 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan 1 noyabr 2021-ci il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdeh1 ilə İddiaçı münasibətləri pozulmuşdur. Uzun müddətdir ki, faktiki ayrı yaşayırlar, lakin nikahları pozulmamışdır. 2. 05 yanvar 2021-ci il tarixli, 74 nömrəli qaiməyə əsasən, İddiaçı, pərakəndə satış distribyutorluğundan 560 manat dəyərində 4 qapılı paltar dolabı almışdır. 3. 17 mart 2021-ci il tarixli köçürmə bildirişə əsasən, X1 Murad Şahin oğluna "xxxx" KB ASC-nin Şəki filialından 999.98 ABŞ dolları məbləğində pul göndərmişdir. 4. “Yeni Dövr” qiymətləndirmə mərkəzi tərəfindən verilmiş 08 avqust 2022-ci il tarixli qiymətləndirmə rəyinin surətinə əsasən, qızı-zinət əşyalarının orta bazar dəyəri 124527 manat, mebellərin dəyəri 44289 manat, çılçıraqların dəyəri 4377 manat, məişət əşyalarının dəyəri isə 4512 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 48.304 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin, 53.178 manat dəyərində mebel əşyalarının və ya onların dəyərinin, 19.350 manat dəyərində şəxsi istifadə etdiyi geyim əşyalarının və ya onların dəyərinin, Cavabdeh1 76.223 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin, 1700 manat məbləğində borcun və hər iki cavabdehdən müştərək qaydada ödənilmiş 408 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İşə məhkəmədə baxılarkən İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Cavabdeh2 48694 manat dəyərində qızıl-zinət əşyalarının və ya dəyərinin, 53633 manat dəyərində mebel əşyalarının və ya dəyərinin, 19350 manat dəyərində şəxsi geyim əşyalarının və ya dəyərinin, Cavabdeh1 76223 manat dəyərində qızıl-zinət əşyalarının və ya dəyərinin, 1700 manat məbləğində borcun, eyni zamanda hər iki cavabdehdən müştərək qayda ödənilmiş 487 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, ailə qurarkən ona cehiz olaraq verilmiş mebel dəsti və digər ev avadanlığı Cavabdeh2 (iddiaçının qaynatası) Şəki şəhərində yerləşən evində qalmışdır. Dəfələrlə tələb etsə də, onun cehiz əşyaların ı və ona toy hədiyyəsi olaraq alınmış qızıl-zinət əşyalarını könüllü qaytarmamışlar. Bu barədə mediasiya təşkilatına müraciət etsə də, hər iki cavabdeh mediasiya sessiyasında iştirak etməmişlər. Hazırda Cavabdeh2 qalan əmlakları yataq dəsti mebel (italiya istehsalı) dəyəri - 20.000 manat; stol və stullar (8 nəfərlik) (İtaliya istehsalı) dəyəri - 10.000 manat; divanlar və qonaq otağı dəstləri (İtaliya istehsalı) - dəyəri 8.000 manat; “LG” markalı palturyuyan maşın - dəyəri 800 manat; “LG” markalı soyuducu -dəyəri 1.200 manat; çarpayı, 2 ədəd tumba, yataq dəsti, pərdə və döşək - dəyəri 3.750 manat; şifoner - dəyəri 1.000 manat; “LG” markalı televizor - dəyəri 2.000 manat; “LG” markalı qabyuyan maşın - dəyəri 1000 manat; çılçıraq 4 ədəd (hər birinin dəyəri 800 manat) - cəmi 3.200 manat; çilçı raq 2 ədəd (hər birinin dəyəri 600 manat) - cəmi 1.200 manat; çılçıraq 1ədəd - dəyəri 500 manat olmaqla, cəmi 52650 manat dəyərində cehiz əşyalarından ibarətdir. Ona toy hədiyyəsi olaraq alınmış qızıl-zinət əşyaları da hazırda cavabdeh Şahin Cəlalovdadır. Belə ki, onlar toydan bir neçə ay sonra Şəki şəhərinə qayınatasıgilə getmişlər. Orada qayınanası ona demişdir ki, gəlin üçün alınmış qızıl-zinət əşyaları qayınanada qalmalıdır, bu adətdəndir. O, ilk öncə etiraz etmiş və əşyalarını verməmişdir. Sonradan Cavabdeh1 dəfələrlə israr etmiş və ona toy hədiyyəsi olaraq alınmış bütün qızıl-zinət əşyalarını və valideynlərinin ona aldıqları qızıl-zinət əşyalarını çıxararaq evdəki stolun üstünə qoymuşdur. Qayınatası Cavabdeh2 həmin əşyaları götürmüş və öz yataq otaqlarına aparmışdır. Bakı şəhərinə qayıtdıqdan sonra o, Cavabdeh1 dəfələrlə ona toy hədiyyəsi olaraq alınmış qızıl-zinət əşyalarının alınaraq qaytarılmasını xahiş etmiş, lakin Murad hər dəfə “hələlik ananın qızıllarından müvəqqəti istifadə et, növbəti dəfə Şəkiyə qayıdanda onları da götürərsən, səndən alan yoxdur, onlar da sənindir” deyərək ona cavab vermişdir. Cavabdeh2 tələb etdiyi qızıl-zinət əşyaları brilyant dəst (üzük, sırğa,klon və boyunbağı) 46 qram dəyəri 15.840 manat; sırğa brilyant 71 qram - dəyəri 7.810 manat; brilyant qaşlı qızıl üzük 12 qram - dəyəri 3.220 manat; boyunbağı, braslet qızıl mirvari 16 qram - dəyəri 3.930 manat; mirvari qaşlı qızıl boyunbağı 4,2 qram - dəyəri 924 manat; tək qaşlı brilyant sırğa 6,0 qram - dəyəri 1.780 manat; ağ qızıldan halqavari brilyant sırğa 24 qram - dəyəri 5.300 manat; “Emera ld” markalı rəngli sırğa - dəyəri 2.750 manat; brilyant qaşlı nişan üzüyü - dəyəri 970 manat; brilyant qaşlı üzük və sırğa - dəyəri 5.120 manat; qızıl boyunbağı və klon - dəyəri 660 manat olmaqla, cəmi 48.304 manat dəyərindədir. Bundan başqa Cavabdeh1 tələb etdiyi qızıl-zinət əşyaları şəbəkə braslet 41.0 qram - dəyəri 4.510 manat; ağ qızıldan üzük və sırğa 60,0 qram - dəyəri 6.600 manat; briliyant qaşlı sırğa - dəyəri 2.713 manat; tünd yaşıl qızıldan briliant sırğa 13 qram - dəyəri 3.600 manat; qızıl zəncirli saat 14 qram dəyəri 12,320 manat; briliyant dəst (üzük, sırğa) 10.0 qram - dəyəri 1.940 manat; sırğa, qolbağı və üzük brilyant qaşlı 44 qram - dəyəri 18.700 manat; brilyant qaşlı qızıl üzük, sırğa, boyunbağı və klon 18 qram - dəyəri 25.840 manat olmaqla cəmi 76.223 manat dəyərindədir. O, Cavabdeh1la Bakı şəhərində yaşadıqları dövrdə anasına məxsus qızılzinət əşyalarından istifadə edirdi. Cavabdeh1 müxtəlif bəhanələrlə evdə söz-söhbət yaradırdı, münasibətləri normal deyildi. O, atası evində yaşayırdı. Cavabdeh1 ona zəng edərək yaxın qohumunun toyuna gedəcəklərini bildirmiş və təcili evə gəlməyini xahiş etmişdir. O, toya getmək üçün anasına məxsus qızıl-zinət əşyalarını çantasına qoyaraq yaşadığı mənzilə getmişdir. Mənzilə daxil olarkən Muradın onu aldatdığını, toya getmək fikrinin olmadığını görmüşdür. Bu zaman Murad, onun çantasını əlindən alaraq bütün qızılzinət əşyalarını götürmüşdür. Bundan sonra Murad evdən çıxıb getmişdir və onlar bir daha görüşməmişlər. Bundan başqa 27 mart 2021-ci il tarixdə Cavabdeh1 öz oturum icazəsini artırmaq üçün Almaniya Federativ Respubli kasına gedərkən pulu yox idi. Murad ondan xahiş etmişdir ki, atasında borca pul alıb ona versin, qayıtdıqdan sonra borcunu qaytaracaqdır. O, atasından 1.000 ABŞ dolları alaraq ona vermişdir. Bu günədək həmin pul da ona qaytarılmamışdır. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı onun oğlu ilə ailə quran ərəfədə Murad Almaniyada yaşayırdı. Aralarında olan razılığa əsasən iddiaçı da gəlin köçdükdən bir müddət sonra Almaniyaya köçərək Muradla birlikdə yaşamalı idi. Ona görə də, iddiaçı tərəfindən tələb edilən cehiz əşyalarından yalnız hazırda ona məxsus evdə olan, iddiaçının gəlin köçdüyü otaqda "xxxx" MMC-dən alınan 1 ədəd 4 qapılı paltar dola bı, hansı ki, həmin dolabın dəyəri 560 manat təşkil edir, iddiaçının atasının sexində hazırlanan 1 ədəd çarpayı və 2 ədəd tumbadan ibarət yataq dəsti, pərdə və 1 ədəd çılçıraq mövcuddur. Bu əşyaların da qiyməti iddia tələbində olduqca yüksək göstərilsə də, o, həmin əmlakların dəyərini mübahisələndirmir, çünki sözügedən əşyalar hazırda da ona məxsus evdədir və iddiaçıya həmin əşyaları qaytarmağa hazırdır. İddiaçının təkidi ilə oğlu Almaniyadan işdən çıxaraq ölkəyə qayıtmış və iddiaçı ilə birlikdə Bakı şəhərində kirayədə yaşamışlar. Oğlu ilə birlikdə Bakıya köçərkən iddiaçı, qeyd edilən əmlaklardan başqa özünə məxsus bütün qızıl-zinət əşyalarını və paltarlarını özü ilə aparmışdır. Gəlin köçərkən iddiaçının hansı qızıl-zinət əşyalarının olması barədə onda heç bir məlumat yoxdur. Həmçinin, qey d etmişdir ki, iddiaçı Muradla birlikdə kirayədə yaşayan zaman Murad həmin evi tərk etmişdir. Yəni oğlu iddiaçını deyil, iddiaçı onun oğlunu evdən çıxarmışdır. Bundan başqa iddiaçının tələb etdiyi 1000 ABŞ dolları məbləğində borc pulu oğlu Murada iddiaçı deyil, məhz sonuncunun dostu Abid göndərmişdir. Ona görə də, iddianın yalnız qeyd etdiyi, onun evində olan mebel əşyalarına, çılçıraq və pərdəyə münasibətdə təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı cehiz əşyaları tələbinə dair iddiasını qəbul etmir. Belə ki, iddia tələbinin əsasında heç bir mötəbər dəlil dayanmır. Tələblər fantastik qiymətlərdən ibarət olmaqla yanaşı, həqiqəti əks etdirmir. Bütün bunla rı məhkəmə iclaslarında iddiaçının nümayəndəsinin ona verilən suallara qeyridəqiq izahlar verməsi, iddiaçının özünün məhkəmə iclaslarına gəlməməsi, qeyri-səmimi izahatı, nikahdan əvvəlki tarixləri əks etdirən fotoşəkillər, vatsap yazışmalarının ekran görüntüləri bir daha təsdiq edir. İddiaçının toy şəkillərinə nəzər yetirdikdə iddia ərizəsində sadalanan qızılların demək olar ki, əksəriyyətinin olmaması müəyyən edilir. Həmçinin tələb olunan qızılların, paltar, mebel və digər cehiz əşyalarının nə vaxt və hansı qiymətə alınmasına dair kassa-məxaric orderi də mövcud deyil. “Whatsapp” yazışmalarına da nəzər yetirdikdə aydın olur ki, sonuncu dəfə Cavabdeh1 iddiaçı ilə Şəkidən Bakıya qayıdarkən getdikləri maşında qızılların xanımın özü tərəfindən həmin maşının baqajına qoyulması, Muradın bundan x əbərsiz olması, iddiaçıya irad bildirməsi və daha sonra Şəki şəhərinə gəlməmələri, elə məhz qızılların iddiaçının özündə qalmasını təsdiq edir. Qızılların zorla iddiaçıdan alınması da, öz-özlüyündə aşkar iftiradır. Əgər belə hal olmuşdursa, hüquqlarının müdafiəsi yolunu bilən iddiaçı hər halda polis orqanına müraciət edərdi. İddiaçının mebel tələbi ilə bağlı da göstərdikləri əsassızdır. Əvvəla fərqli kataloqlardan götürülmüş, həmçinin müxtəlif evlərdə çəkilmiş fotoşəkillər heç də iddiaçının cavabdehlərə məxsus evə gəlin gələrkən gətirdiyi və orada qaldığı güman edilən əmlakları əks etdirmir. İddia ərizəsində göstərilməsə də, lakin Cavabdeh2 məxsus evdə iddiaçıya aid bəzi əmlaklar mövcuddur. Həmin əmlakların istənilən vaxt gəlib götürülməsinə etiraz olmamış, hətta məhkəmə iclaslarında da əm lakların götürülməsi təklif edilmişdir. Sözügedən götürülməsi təklif edilən əmlaklar "xxxx" MMC-dən alınan 4 qapılı paltar dolabı; iddiaçının atasına məxsus NNN Mebel sexində hazırlanan dəmir çarpayı və 2 ədəd tumba; 1 ədəd təxminən 60-70 manat dəyərində çılçıraq; 1 pəncərə üçün tikilən pərdədən ibarətdir. Qeyd edilənlərdən əlavə, iddiaçıya aid heç bir əmlak, cehiz, qızıl-zinət əşyaları və paltar cavabdehlərdə olmamış və hazırda da yoxdur. 10.Məhkəmə iddiaçının gəlin köçdüyü, Cavabdeh2 məxsus evə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, evdə, gəlin otağında 4 qapılı paltar dolabı, dəmir çarpayı və 2 ədəd tumba, 1 ədəd çılçıraq və 1 pəncərə üçün tikilən pərdə mövcuddur. İddia tələbində göstərilən digər mebel əşyaları, soyuducu, televizor və sair aşkar olunmamışdır. Belə ki, ev də televizor, soyuducu, paltar yuyan olsa da, iddia tələbində göstərilən marka ilə uyğun deyil. Mebel əşyaları da, iddia tələbində göstərilən mebellərlə uyğunluq təşkil etmir. Həmçinin yerli baxışda iştirak edən iddiaçının nümayəndəsi də evdə mövcud olan 4 qapılı paltar dolabı, dəmir çarpayı və 2 ədəd tumba, 1 ədəd çılçıraq və 1 pəncərə üçün tikilən pərdədən başqa tələb edilən digər əşyaların bu evdə olmadığını qeyd etmişdir.
11. Şəki Rayon Məhkəməsinin 2(075)-1085/2023 nömrəli iş üzrə 1 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddianın qismən təmin olunması, Cavabdeh2 onun evində qalmış dəyəri 560 manat olan 1 ədəd 4 qapılı dolab, dəyəri 1369 manat olan 1 ədəd çarpayı və 2 ədəd tumbadan ibarət yataq dəsti, pərdə və 1 ədəd 403 manat dəyərində çılçıraq naturada, olma dıqda həmin əşyaların dəyəri olan 2332 manat və 43.32 manat dövlət rüsumunun alınaraq, İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 443.68 manatının iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin iddia tələbinin Cavabdeh2 tələb edilən qızıl-zinət əşyaları, geyim əşyaları və mebellərlə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ona toy hədiyyəsi olaraq verilmiş və özünə məxsus olan qızıl zinət əşyalarının Cavabdeh2 evində qaldığını, yəni Cavabdeh1 anasına verdiyini qeyd etmişdir ki, bu hal iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarına olan “Whatsapp” yazışmalarından da görünür ki, iddiaçı qızılları və pulları çantasına qoyduğunu, çantanın isə taksi kimi başa düşülən maşında qaldığın ı qeyd etmiş, Cavabdeh1 isə iddiaçıya irad bildirərək bir də, bu tərz əşyaları özü ilə götürməməsini qeyd etmişdir. Bundan belə nəticə hasil olur ki, iddiaçının Cavabdeh2 tələb etdiyi qızıl-zinət əşyaları da cavabdehlərdə deyil, məhz İddiaçı özündə qalmışdır və iddiaçı gəlin köçdüyü evdən zorla və ya qəfil deyil, öz xoşu ilə çıxıb getmişdir. Bu hal bir daha təsdiq edir ki, iddiaçı gedərkən qızıl-zinət və geyim əşyalarını özü ilə aparmışdır.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd etdiyi mebel əşyalarının, həmçinin paltaryuyan, televizor, çılçıraqların həqiqətən mövcud olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bunun əksinə məhkəmə tərəfindən Cavabdeh2 evinə baxış keçirilərkən iddiaçının gəlin köçdüyü otaqda 1 ədəd "xxxx" MMC-dən alınm ış 4 qapılı dolabın, iddiaçının atasının mebel sexində hazırlandığı bildirilən çarpayı və 2 ədəd tumbanın, 1 ədəd çılçırağın və pərdənin mövcud olduğu müəyyən olunmuş və Cavabdeh2, həmin əşyaların qaytarılmasına heç bir maneə törətmədiyini bildirmişdir. Həmin əşyaların iddiaçıya məxsus olmasını baxışda iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 da təsdiq etmişdir. Eyni zamandan cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının Cavabdeh2 məxsus evə gəlin köçərkən çəkilmiş video görüntülərdən də müəyyən olunmuşdur ki, iddiaçının həqiqətən də məhkəmənin yerli baxışı zamanı müəyyən olunan əmlakları mövcud olmuş və hazırda da həmin otaqdadır. Cavabdeh isə qeyd edilən əmlakları iddiaçıya qaytarmağa etiraz etməmişdir.
14. Həmçinin birinci instansiya məhkəməsi iddia tələbinin digər Cavabdeh1 iddia çının anasına məxsus qızıl-zinət əşyalarının alınması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı həmin qızıl-zinət əşyalarının Cavabdeh1 tərəfindən onun əlindən alındığını iddia etsə də, buna dair məhkəməyə əsaslı sübut təqdim etməmişdir.
15. Həmçinin iddiaçı iddia tələbində Cavabdeh1 27 mart 2021-ci il tarixdə Almaniya Federativ Respublikasına gedərkən atasından pul alaraq 1000 ABŞ dolları məbləğində borc verdiyini iddia etmişdir. Məhkəmə iddia tələbini həmin hissədə də əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə bildirişindən müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçının qeyd etdiyi tarixdə deyil, 17 mart 2021-ci il tarixdə X5 tərəfindən 999.98 ABŞ dolları məbləğində pul göndərilmişdir. Məhkəmə iclası zamanı Cavabdeh2, pul göndərən həmin şəxsin Cavabdeh1 dostu olduğunu bildirmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş foto şəkillərdə müəyyən qızıl-zinət əşyalarının mövcudluğu əks olunsa da, məhz həmin qızılların cavabdehlərdə qalması, həmçinin tələb etdiyi digər mebel əşyalarının, cehiz əşyalarının və paltarların cavabdehlərdə qalmasını sübut etməmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 225.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti belə əsasl andırılmışdır ki, Cavabdeh2 iddiaçının bir sıra geyim əşyaları (xəz dəri gödəkçə- 8.000 manat; ayaqqabı-dəyəri 1.500 manat; şalvar dəyəri 150 manat; köynək-dəyəri 200 manat; çanta-dəyəri 500 manat; ayaqqabı-dəyəri 700 manat; idman şalvarı-dəyəri 200 manat; cins gödəkcə-dəyəri 700 manat; şalvar-dəyəri 300 manat; çanta qırmızı rəngli-dəyəri 400 manat; ağ köynək-dəyəri 200 manat; palvardəyəri 2.000 manat; gəlinlik paltarı-dəyəri 4.000 manat; gəlinlik çantası-dəyəri 3000 manat; gəlinlik ayaqqabısı-dəyəri 200 manat. cəmi: 19.350 manat) qalmışdır. Qeyd edilən geyimlər Şəkidə Cavabdeh2 evindədir.
20. Şikayətdə bildirilmişdir ki, iddiaçıya toy hədiyyəsi olaraq alınmış qızıl-zinət əşyaları və valideynlərinin ona illər boyu hədiyyə etdikləri qızıl-zinət əşyaları hazırda Cavabdeh2dir. Cavabdeh1 onun aşağıdakı qızıl-zinət əşyaları qalmışdır; şəbəkə braslet 41.0 qram, 750 əyarlı qızıl-dəyəri 4.510 manat; (şəkil 1) ağ qızıldan üzük və sırğa 60,0 qram, 750 əyarlı-dəyəri 6.600 manat; (şəkil 1) brilyant qaşlı sırğa D:2.28 ct, 10,15 qram, 750 əyarlı qızıl-dəyəri 2.713 manat; (şəkil 3) tünd yaşıl qızıldan brilyant sırğa 13 qr. D: 3,1 ct, 750 əyarlı-dəyəri 3.600 manat; (şəkil 4) qızıl zəncirli saat 14 qr.D:15,40 ct, 750 əyarlıdəyəri 12.320 manat; (şəkil 5) brilyant dəst (üzük, sırğa) 10.0 qram, D:1.20 ct, 750 əyarlı qızıl-dəyəri 1.940 manat; (şəkil 6) sırğa, qolbağı və üzük brilyant qaşlı 44 qram, D:15.40 ct, 750 əyarlı qızıl-dəyəri 18.700 manat; (şəkil 7) brilyant qaşlı qızıl üzük, sırğa, boyunbağı və klon 18 qram, D:83.7 ct, 750 əyarlı-dəyəri 25.840 manat (şəkil 8) borc aldığı pul: 1.700 m anat (1.000 ABŞ dolları) cəmi: 76. 223 manatdır. İddiaçı qeyd etmişdir ki, tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qeyd etdiyi dəlillər hər hansı sübutla təsdiq olunmur, tərəfindən tələb etdiyi əşyaların aparılması halları sübut edilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi həmin nəticəsini yalnız cavabdehin izahatı və “Whatsapp” yazışması ilə əsaslandırmışdır və nəticədə ədalətsiz qətnamə qəbul edilmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X3 ifadəsində bildirmişdir ki, qızı Nərminin cavabdehlə aralarında mübahisə olduğundan evə gəlmiş, ancaq evə qayıtdığı zaman həmin qızıl-zinət əşyalarını özü ilə birlikdə gətirmədiyini görmüşdür. Soruşduqda isə qızılların qaynatası Cavabdeh2 tərəfindən götürüldüyünü bildirmişdir. Bundan sonra qızının m üvəqqəti istifadə etməsi üçün özünə məxsus qızıl-zinət əşyalarını ona vermişdir.
22. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1303/2023 nömrəli mülki iş üzrə 7 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən Cavabdeh2 olan qızıl-zinət əşyalarına aid hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunması və brilyant dəst (üzük, sırğa,klon və boyunbağı) 46 qram dəyəri - 15.840 manat; sırğa brilyant 71 qram - dəyəri 7.810 manat; brilyant qaşlı qızıl üzük 12 qram - dəyəri 3.220 manat; boyunbağı, braslet qızıl mirvari 16 qram - dəyəri 3.930 manat; mirvari qaşlı qızıl boyunbağı 4,2 qram - dəyəri 924 manat; tək qaşlı brilyant sırğa 6,0 qram - dəyəri 1.780 manat; ağ qızıldan halqavari brilyant sırğa 24 qram - dəyəri 5.300 manat; “Emerald” markalı rəngli sırğa - dəyəri 2.750 manat; brilyant qaşlı nişan üzüyü - dəyəri 970 manat; brilyant qaşlı üzük və sırğa - dəyəri 5.120 manat; qızıl boyunbağı və klon - dəyəri 660 manat, qətnamə icra edilən zaman əşyalar naturada mövcud olmadıqda onların dəyəri Cavabdeh2 alınaraq İddiaçı verilməsi qət edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiyası məhkəməsi tərəfindən iddianın Cavabdeh2 tələb edilən qızıl-zinət əşyalarına aid hissəsinə düzgün hüquqi qiymət verilməmişdir. İddia ərizəsinə əlavə edilmiş siyahıda qeyd ed ilən iddiaçıya hədiyyə edilmiş qızıl-zinət əşyalarının mövcudluğunu iddiaçı tərəf sübut etmiş, eyni zamanda onların qiymətinə dair mütəxəssis rəyi təqdim etmişdir. Cavabdeh2 onların qiymətini mübahisələndirməmiş və əlavə olaraq həmin qızılların daha aşağı qiymətə olmasına dair sübutlar təqdim etməmişdir. Lakin Cavabdeh2 qızıl zinət əşyalarının iddiaçının özü tərəfindən aparıldığını bildirsə də, işin faktiki halları bunun əksini deyir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin bu hissə üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, Cavabdeh2 olan qızıl-zinət əşyalarına aid hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, həmin hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, tələb edilən cehiz əmlakların, geyim əşyalarının, qızıl-zinət əşyalarının cavabdehlərdə qalması, yoxsa iddiaçı tərəfindən aparılması ətrafında araşdırılma aparılmalıdır, iddia tələbi Cavabdeh2 olan qızıl-zinət əşyalarına aid hissədə isə təmin edilməlidir.
25. Kollegiya qeyd etmişdir ki, məhkəmə iclasında iştirak edən iddiaçı verilən suallara cavab olaraq izahatında bildirmişdir ki, yuxarıda qeyd edilən qızıl-zinət əşyalarının qayınanası Esmira Calalovadan yox, qayınatası Cavabdeh2 tələb etməyinin səbəbi, qızıl əşyasının olduğu çantanı stolun üzərinə boşaltdıqdan sonra həmin qızıl əşyalarının məhz qaynatası Cavabdeh2 tərəfindən götürülməsi ilə əsaslan dırılmışdır. Kollegiyanın iclasında iştirak edən Cavabdeh2 birinci instansiya məhkəməsində və kollegiyanın iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Daha sonra izahatını davam etdirərək bildirmişdir ki, iddiaçı ümumiyyətlə Şəki şəhərinə gəldiyi vaxt özlərinin hədiyyə etdiyi qızıl əşyalarından başqa qızıl-zinət əşyaları gətirməmişdir. Göründüyü kimi Cavabdeh2 ziddiyyətli izahat verməklə qeyri-səmimi olmuşdur. Fotoşəkildə iddiaçının üzərində daşıdığı qızıl-zinət əşyası isə onların iddiaçıya hədiyyə etdiyi qızıl-zinət əşyası yox, iddiaçının özü ilə Şəki şəhərinə gətirdiyi qızıl-zinət əşyasıdır. Ancaq həmin şəkillərin fotomontaj olduğunu bildirmişdir. Kollegiyanın qənaətinə görə həmin şəkillərin fotomontaj olma sı barədə cavabdehin etirazı əsassızdır. Belə ki, cavabdeh tərəf həmin fotoşəkillərin fotomantaj olması barədə hər hansı bir sübut növü təqdim etməmişdir.
26. Kollegiya bildirmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə rədd edərkən “Whatsapp” yazışmalarına istinad etməklə iddia tələbini rədd etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmır. Belə ki, iddiaçının iddia tələbindən və verdiyi izahatdan da görünür ki, o, qızılları təhvil verdikdən sonra üzərində anasına və özünə məxsus 3 adda qızıl əşyasının saxladığını qeyd etmişdir. Yəni həmin yazışma 3 adda qızıl əşyasına aid olmaqla Cavabdeh2 olan qızıl əşyası ilə bağlı olmamışdır. Bundan başqa kollegiyanın yuxarıda qeyd etdiyi hallar isə iddiaçıya məxsus qızıl-zinət əşyasının həqi əqtən də Cavabdeh2 tərəfindən götürülməsi qənaətinə gəlməyə əsas verir. Daha sonra kollegiya qeyd etməyi lazım bilmişdir ki, iddiaçı iddia tələbində və izahatında bildirmişdir ki, cavabdeh tərəf onun qızıl əşyalarını qaytarmadığından anasına məxsus qızıl-zinət əşyasından istifadə etmişdir.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 bu yazışmada Nərminin qızıllarının qaytarmayacağı barədə etirafı ona münasibətdə də iddianın təmin edilməli olması anlamına gəlmir. Belə ki, iddiaçının iddia tələbində Cavabdeh2 tələb etdiyi qızılzinət əşyalarının mövcud olması, qiymətləri və sayı məhz iddiaçının təqdim etdiyi fotoşəkillər və qiymətləndirmə rəyi ilə Cavabdeh2 tələb edilən qızıl-zinət əşyalarına uyğun gəlir.
28. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb, hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən digər hissələrdə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iddianın digər hissələrini düzgün olaraq təmin etməmişdir. Birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd etdiyi mebel əşyalarının, həmçinin paltaryuyan, televizor, çılçıraqların həqiqətən mövcud olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının Cavabdeh2 məxsus evə gəlin köçərkən çəkilmiş video görüntülərdən də müəyyən olunmuşdur ki, iddiaçının həqiqətən də məhkəmənin yerli baxışı zamanı müəyyən olunan əmlakları mövcud olmuş və hazırda da həmin otaqdadır. Cavabdeh isə qeyd edilən əmlakları iddiaçıya qaytarmağa etiraz etmir. Daha sonra birinci instansiya məhkəməsi iddia tələbinin digər Cavabdeh1 iddiaçının anasına məxsus qızılzinət əşyalarının alınması hissəsinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, həmin qızıl-zinət əşyalarının Cavabdeh1 tərəfindən onun əlindən alındığını iddia etsə də, buna dair məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Həmçinin iddiaçı iddia tələbində və apelyasiya şikayətində Cavabdeh1 27 mart 2021-ci il tarixdə Almaniya Federativ Respublikasına gedərkən atasından pul alaraq 1000 ABŞ dolları məbləğində borc verdiyini iddia etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddianı həmin hissədə əsassız hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edil miş köçürmə bildirişindən müəyyən olunur ki, Cavabdeh1 iddiaçının qeyd etdiyi tarixdə deyil, 17 mart 2021-ci il tarixdə X5 tərəfindən 999.98 ABŞ dolları məbləğində pul göndərilmişdir. Göründüyü kimi şikayətin dəlilləri digər hissələrdə əsassızdır.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2, 225.3-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və mülki işin ləğv edilən hissədə yenidən apellyasiya qaydasında baxılması üçün Ş əki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
31. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlərdən tələb edilən əmlaklar iddiaçının özünə məxsus olan və ona hədiyyə olaraq alınmış qızıl-zinət əşyalarıdır və nikaha daxil olarkən apardığı cehiz əşyalarıdır. Cavabdehlər hər hansı əsaslı səbəb göstərmədən və məhkəməyə etirazlarını əsaslandırdıqları halları təsdiq edən mötəbər sübutlar təqdim etmədən ona məxsus olan və toy hədiyyəsi kimi verilmiş əşyaları könüllü qaytarmaqdan imtina edirlər. Tərəfindən tələbini əsaslandırdığı bütün halları, onun cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu, tələb etdiyi əşyaların hal-hazırda cavabdehlərin sahibliyində olduğunu, cavabdehlərin həmin əşyaları sahiblik hüquqlarının qanunsuz olduğ unu təsdiq edən sübutlar məhkəməyə təqdim edilsə də, apellyasiya instansiyası məhkəməsi həmin halları qismən nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi ona nikaha girənədək məxsus olmuş və toy hədiyyəsi olaraq alınmış qızıl-zinət əşyalarının cavabdehlərdə qalmamalı olduğu barədə düzgün nəticəyə gəlsə də, ona məxsus olan geyim və cehiz əşyalarının Cavabdeh2 qalmasına və anasının müvəqqəti istifadə üçün ona verdiyi qızıl-zinət əşyalarının Cavabdeh1 qalmasına dair işdəki faktlara düzgün hüquqi qiymət verməmişdir. Mebellərin yerində olduğunu qeyd etməklə iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni sayılmışdır. İddia tələbinin həmin hissəsinin rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə məhkəmə tərəfindən müəyyən edilmiş sübutlar la təsdiq olunmur və iddiaçı tərəfindən təqdim edilmiş sübutlar tələbin əsaslı olduğunu təsdiq edir. Apellyasiya instansiyası məhkəməsi sübutları qismən hərtərəfli və obyektiv araşdırmamışdır, iddiaçı tərəfindən təqdim edilmiş sübutları qismən rədd etməsinin və cavabdehlərin təqdim etdiyi sübutların hansı səbəbə görə qismən mötəbər saymasının səbəblərini şərh etməmişdir.
32. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 225.2ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2, 34.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad edilərək əsaslandırılmışdır.
33. Cavabdeh2 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsi ni xahiş etmişdir.
34. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh2 tərəfindən iddiaçının iş üzrə təqdim etdiyi şəklin hansı şəraitdə, tarixdə və hansı formada əldə edilməsi ilə bağlı ekspertizanın həyata keçirilməsi və onların mötəbərliyi ilə bağlı əsaslı şübhələrin mövcud olması bildirilsə də hakim tərəfindən Cavabdeh2 sözlərinə ümumiyyətlə məhəl qoyulmamışdır. Belə ki, apellyasiya məhkəməsi sözügedən vəsatəti heç belə müzakirə etməmiş, əldə edilmə tarixi, mənbəyi forması bəlli olmayan saxta sübutlara əsaslanaraq qətnamə qəbul etmişdir. Hakimin qətnamə qəbul edərkən istinad etdiyi whatsapp yazışmaları ilə həqiqəti müəyyən etməsi tamamilə qanunsuzdur. Belə ki, təqdim edilən və cavabdehin sonradan bildiyi yazışmalarda qeyd edilən hallar ümumiyyətlə mövcud deyil və o formada yaz ışmaları kompüter bilikləri olan istənilən adam tərəfindən sonradan yaradıla bilər və sözü gedən məqamların araşdırılması zərurəti işin ədalətli həlli üçün çox mühümdür. Qızıl-zinət əşyalarının mövcudluğuna və Cavabdeh2 olmasına münasibətdə bildirilmişdir ki, iddiaçı tərəf bunu heç bir mötəbər sübutla isbat etməmişdir. Bundan əlavə qızıl-zinət əşyaları tutalım mövcud olsa belə bu o demək deyil ki, onlar cavabdehdədir. Təqdim edilmiş sübut kimi dəyərləndirilən şəkillərin isə harada, hansı tarixdə, kimin tərəfindən çəkilməsi bəlli deyildir. Sübutların mötəbərliyinin araşdırılması cavabdeh tərəfindən məhkəmədən xahiş edilsə də, vəsatət nəzərə alınmamışdı, cavabdeh tərəfindən prosesin gedişində qızıllar olmadan onların qiymətinin necə müəyyənləşdirildiyini soruşulduqda hakim tərəfindən bu əs as məqam diqqətə alınmamışdır.
35. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 47.2, 76.2, 76.3, 77.1, 418.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
39. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
40. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
41. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etm əyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətlənd irilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
52. Hər iki kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamas ına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətilərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1303/2023 nömrəli iş üzrə 7 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.