Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1419/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsində istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən məcburi çıxarılma, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Başıxova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsində istifadə hüququna xitam ver ilməsi və yaşayış sahəsindən məcburi çıxarılma” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-432/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri X15 İcraiyyə Komitəsinin qərarına əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 9, 51 saylı mənzil xx.xx.1970-ci il tarixdə 089745 nömrəli order əsasında Şamxalov Siracəddin Oruc oğlunun istifadəsinə verilmişdir.
2. Şamxalov Siracəddin Oruc oğlu xx.xx.1998-ci il tarixli etibarnamə ilə on a məxsus əmlaka dair sərəncam vemək və s. səlahiyyətləri 3 illik müddətə Cavabdeh1 etibar etmişdir. Şamxalov Siracəddin Oruc oğlu xx.xx.1998-ci il tarixli digər etibarnamə ilə ona məxsus mənzilin özəlləşdirilməsi, onun adına qeydiyyat vəsiqəsinin alınması səlahiyyətlərini 3 illik müddətə Cavabdeh1 etibar etmişdir.
3. Şamxalov Siracəddin Oruc oğlunun ailə üzvləri İddiaçı, X7 və X1 mənzilin satılmasına etiraz etmədiklərinə dair notarial qaydada təsdiq edilmiş yazılı razılıq vermişlər.
4. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində istifadədə olan 0.102045 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 4-cü mərtəbəsində 32.2 kv.m ümumi, 17.7 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 51 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Şamxalov Siracəddin Oruc oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Şamxalov Siracəddin Oruc oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmiş, xx.xx.2019-cu il tarixində qeyd olunan mənzilə dair mülkiyyət huququ onun vərəsəsi İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən mənzil sahəsindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və mənzil sahəsindən çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda olan mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzil sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən, daşınmaz əmlakın dövlət reyestrində **********56-05101- 093008 reyestr nömrəsi ilə qeydə alınmışdır. Mənzil sahəsi üzərində mülkiyyət hüququ vərəsəlik hüququ əsasında yaranmışdır. Belə ki, Bakı şəhəri X15 İcrayyə Komitəsi tərəfindən Bakı şəhəri Priqorodnaya küçəsi 29, 2945-ci kvartal,ev 9, mənzil 51, 6-cı blok, 4-cü mərtəbədə yerləşən 17, 06 kv. metr, 1 otaqlı mənzilin ilk iddia üzrə iddiaçının atası Şamxalov Siracəddin Oruc oğluna verilməsinə dair xx.xx.1970-ci il tarixdə 089745 nömrəli order verilmişdir. Həmin tarixdən mənzil sahəsi ilk iddia üzrə iddiaçının atasına və onun ailə üzvlərinə məxsus olmuşdur. xx.xx.2019-cu il tarixdə Şamxalov S iracəddin Oruc oğlu vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı digər vərəsələrin razılıq əsasında mənzil sahəsinə mülkiyyət hüququnu qeydiyyata aldırmışdır. O, 1973-cü il tarixdən həmin mənzildə qeydiyyata alınmışdır. İndi də özünə məxsus olan mənzil sahəsində qeydiyyatdadır. Faktiki olaraq mənzil sahəsində cavabdehlər 1996-ci ildən yaşayırlar. 1996-cı ildə Şamxalov Siracəddin Oruc oğlu evi Cavabdeh1 kirayə verdi. Evdə Cavabdeh1 ailə üzvləri ilə yaşayarkən atası ona bildirmişdir ki, yaşayış sahəsini satır. Atasının məqsədi Keşlədə olan həyətdə ev tikmək idi. Həmin vaxt Cavabdeh1 ilə aralarında danışıqlar oldu ki, mənzil sahəsini Cavabdeh1 satsın. Mənzil sahəsini almaq məqsədi ilə cavabdeh Şamxalov Siracəddin Oruc oğluna beh pul vermişdi. O da mənzil sahəsinə dair cavabdehə etibarnamə vermişdir. Şamxalov Siracəddin Oruc oğlu mənzil sahəsini Cavabdeh1 satması üçün üzərinə götürdüyü və alıcının tələb etdiyi bütün şərtləri yerinə yetirdi. Mənzil sahəsinin alqı-satqısını tamamlamaq və rəsmiləşdirmək üçün cavabdehin mənzil sahəsinin dəyərini ödəməsi qalmışdır. Cavabdeh1 mənzil sahəsinə köçdükdən sonra müxtəlif bəhanələr gətirərək mənzil sahəsinin dəyərinin ödənilməsini yubadırdı. Cavabdeh tərəfindən mənzil sahəsinin dəyəri ödənilmədiyindən aralarında alqısatqı müqaviləsi bağlanmadı. Şamxalov Siracəddin Oruc oğlu cavabdehdən mənzil sahəsini boşaltmağı tələb etdikdə Cavabdeh1 ona bildirmişdir ki, məcburi köçkünləri torpaqları işğaldan azad olunanadək heç kim yaşadıqları yerdən çıxara bilməyəcək. Cavabdeh1 və ailə üzvləri məcburi köçkün olduğundan Şamxalov Siracəddin Oruc oğlu torpaqların işğaldan azad olunmasını gözləmişdir. Artıq torpaqlar işğaldan azad olunduğu üçün iddiaçı cavabdehə xəbərdarlıq etdi ki, mənzil sahəsini boşaltsın. Cavabdeh1 mənzil sahəsini boşaltmayacağını, mənzil sahəsini ona Şamxalov Siracəddin Oruc oğlunun verdiyini bildirmişdir.
8. Eyni zamanda iddiaçı Cavabdeh1 Kazim oğlu cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanda yerləşən mənzil sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ailəsi ilə birlikdə 1993cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüş və Bakı şəhərinə gəlmişdir. Həmin vaxtdan ünvan 1 ünvanda yerləşən mənzildə kirayə qalmışdırlar. 1997-ci ildə mənzilin sahibi Şamxalov Siracəddin Oruc oğlu ilə mənzili n alqı-satqısı barədə razılığa gəlmişdirlər. Mənzilin dəyərini 3.200 manata razılaşmışdılar. Evin sahibi onlara 3 illik baş etibarnamə vermişdir. Həmin məbləğdən onlar 2.200 manatı Şamxalov Siracəddin Oruc oğluna ödəmişdirlər. Razılaşmışdırlar ki, evi adlarına rəsmiləşdirdikdən sonra qalan 1.000 manatı da ödəyəcəklər. Həmin vaxtdan mənzilin bütün xərclərini o və ailə üzvləri ödəyirlər. O vaxt mənzildə qeydiyyatda olan İddiaçı və X7 notarial qaydada mənzilin satılmasına etiraz etmədiklərinə dair ərizə vermişdirlər. Həmin vaxt evin sahibi mənzil növbəsində idi və bildirmişdir ki, ev alan kimi bu mənzili alıcıların adına rəsmiləşdirəcəkdir. 2023-cü ilin sentyabr ayında onlar dövlətdən ev aldılar. İddiaçı onlara öz öhdəliklərini xatırlatdı, lakin onlar gözləməyi bildirdilər. Daha sonra isə ond an əlavə ödəniş tələb etdilər və mənzili adına keçirtməkdən imtina etdilər. 1997-ci ildə 3.200 manata ondan da yaxşı ev almaq olardı. Lakin iddiaçı və ailə üzvləri sözügedən evdə xeyli vaxt yaşadıqlarına görə qeyd edilən mənzili seçdilər. Hal-hazırda da orada ailəsi ilə birlikdə yaşayırlar.
10. İddiaçı nümayəndəsi və vəkili iddiaya qarşı etiraz verərək qeyd etmişdir ki, iddiaçının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə tələb irəli sürdüyü ünvan 1 ünvanda olan mənzil sahəsi 1993-1997-ci illərdə dövlət mülkiyyətində olduğundan Şamxalov Siracəddin Oruc oğlunun mənzil sahəsini satmaq hüququ olmamışdır. Cavabdeh1 ilə Şamxalov Siracəddin Oruc oğlu arasında yaranmış münasibətlər xx.xx.1983-cü il tarixli Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə həll edilməlidir. Həmin dövrd ə qüvvədə olmuş Mənzil Məcəlləsinə görə Azərbaycan vətəndaşları icarə müqaviləsinin şərtləri ilə dövlət və ya digər ictimai orqanların mülkiyyətində olan mənzillərdən istifadə hüququnu əldə etmək hüququna malikdirlər (10 və 28-ci maddələr). Cavabdeh Şamxalov X2 ailə üzvü kimi 1973-cü il tarixdə həmin mənzilə qeydiyyata alınmışdır. Şamxalov Siracəddin Oruc oğlu 1996-cı ildə mənzil sahəsini Cavabdeh1 kirayə vermişdir. İddiaçı X6 iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında mənzil sahəsinin 3.200 manata alqı-satqısına dair razılığa gəlmələrini, mənzil sahəsi üçün 2.200 manat pulun Şamxalov Siracəddin Oruc oğluna ödənildiyini, 1.000 manat pulu ödəmədiklərini göstərmişdir. İddiaçının mənzil sahəsinin 3.200 manata alqı-satqısına dair razılığa gəlmələri və mənzil sahəsi üçün 2.200 man at pulu Şamxalov Siracəddin Oruc oğluna ödəmələri barədə bildirdikləri həqiqət olmasa da, iddiaçı mənzil sahəsinin alqı-satqı müqaviləsinin bağlanması üçün dəyərini tam ödəmədiyini etiraf etmişdir. Şamxalov Siracəddin Oruc oğlu ona məxsus olan əmlaklarla və həmin mənzil sahəsinə dair Cavabdeh1 verdiyi xx.xx.1998-ci il tarixli etibarnamələr üç il müddətinə verilmişdir. Əvvəlki Mülki Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Mülki Məcəllənin 73-cü maddəsinin hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddətin (iddia müddətinin) üç il müəyyən edilmişdir. Mənzil sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırkı iddia tələbi üzrə iddiaçının cavabdeh İddiaçı qarşı mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə tələb irəli sürməsinə subyektiv hüququ yoxdur. Həmçinin, cavabdeh İddiaçı qarşısında hər hansı hüquqi məsuliyyət və yaxud hər hansı bir öhdəlik daşımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə görə etibarnaməni vermiş fiziki şəxsin ölməsi ilə etibarnamənin qüvvəsinə xitam verilir.
11. Bundan başqa, cavabdeh İddiaçı nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddətinin keçməsi nəzərə alınmaqla qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin xx.xx.2024- cü il tarixli məktubu ilə müəyyən olunur ki, Ağdam şəhərindən məcburi köçkünlər Cavabdeh1, X6, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 9, 51 saylı mənzildə müvəqqəti məskunlaşmış, heç biri məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır.
13. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(011)1564/2024 nömrəli qərardadı ilə Cavabdeh1 Kazim oğlunun cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanda yerləşən mənzil sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki işin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsində istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən məcburi çıxarılma tələbinə dair mülki işə birləşdirilməsi qərara alınmışdır (hakim A.N.Həsənova).
14. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli e-2(011)1489/2024 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir (hakim Ə.R.Abbasova).
15. Məhkəmə belə qənaətə gəlmişdir ki, xx.xx.1982-ci il tarixli 979-X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mənzil Məcəlləsi”nin müvafiq maddəsinə əsasən X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Kazim oğlunun ünvan 1 ünvanda yerləşən mənzil sahəsindən istifadə hüququ yaranmışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, qeyd edilən şəxslərin mənzildən istifadə hüququna yalnız müvafiq məbləğdə kompensasiya ödənilməklə xitam verilə bilər. Lakin ilkin iddia üzrə iddia çı bununla bağlı hər hansı təklif irəli sürməmişdir. Belə olan halda, İddiaçı cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı ünvan 1 ünvanda yerləşən mənzil sahəsindən istifadə hüququna xitam verilməklə mənzildə çıxarılmalarına dair iddiası əsassız hesab edilərək rədd edilməlidir.
16. Məhkəmə birləşdirilmiş iş üzrə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı bağlanmasını iddia etdiyi əqdi qismən icra etmiş olsa belə, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin digər tərəfin təqsiri ucbatından baş verdiyi, digər tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayındığı halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı istinad etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəf dən həmin dövrdə sözügedən yaşayış sahəsi Şamxalov Siracəddin Oruc oğlunun mülkiyyətində olmamışdır və mülkiyyəti hüququ olmayan mənzil sahəsinə dair sərəncam vermək (vəsiyyət etmək, satmaq, bağışlamaq) hüququ olmamışdır. Göstərilənlərlə yanaşı əqdin yazılı formada tərtib edilməsinə dair tələbə də riayət edilməmişdir ki, bu hal son nəticədə əqdin mühüm şərtəri ilə bağlı tərəflərin iradə ifadəsini müəyyən etməyə imkan vermir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçı Cavabdeh1 İddiaçı qarşı Cavabdeh1 Kazim oğlu ilə İddiaçı ilə ünvan 1 ünvanda yerləşən mənzil sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir.
17. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddia eyni zamanda iddia müddəti tətbiq edilməklə də rəd d edilməlidir. Belə ki, Cavabdeh1 ilə Şamxalov Siracəddin Oruc oğlu arasında ünvan 1 ünvanda olan mənzilinin satılması ilə bağlı razılaşma 1997-ci ildə əldə edilmiş, lakin hər hansı formada rəsmiləşdirilməmişdir. Hazırki iddia üzrə iddia müddətinin axımı mübahisəli mənzilin satılması ilə bağlı razılaşmanın əldə edildiyi vaxtdan hesablanmalıdır. Həmin vaxtdan da qarşılıqlı iddia üzrə iddiaçının mənzilə dair alqı-satqı müqaviləsinin qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsini tələb etmək hüququ yaranmışdır. Yəni, müddətin axımı 1997-ci il tarixdən hesablanmalı olduğu halda, iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə xx.xx.2023-cü il tarixində, yəni üç illik iddia müddətini ötürməklə müraciət etmişdir. Bununla da, iddiaçı tələbi üzrə qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi də rədd edilməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan SSR-in 1964-cü il tarixli 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 43, 73, 78-ci maddələrinə, 8 iyul 1982-ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51, 54-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.01, 152.1, 152.3, 152.5, 228.2, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixl i qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, mülki mübahisəyə məhkəmə baxışı zamanı araşdırılmış sübutların ziddinə olaraq qətnamədə cavabdehlərin 1993-cü ildən Bakı şəhərində yerləşən sözügedən mənzildə məskunlaşdıqları qeyd olunmuşdur. Mülki işə məhkəmə baxışı zamanı Cavabdeh1 və X6 izahatlarında mənzil sahəsinin 1996cı ildə onlara icarəyə verildiy ini, 1998-ci ilə qədər hər ay üçün 50 ABŞ dolları icarə haqqı ödədiklərini bildirmişlər. Cavabdehlər Cavabdeh1 və X3 məhkəmədə verdikləri izahatları hakim tərəfindən qətnamədə təhrif olunmuşdur. Məhkəmə cavabdehlərin 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmələri və Bakı şəhərində yerləşən sözügedən mənzildə həmin tarixdən məskunlaşdıqlarını, cavabdehlərin həmin evə görə ödəniş etməklə Şamxalov Siracəddin Oruc oğlu və onun ailə üzvlərinin razılığı ilə sözügedən mübahisəli mənzilə köçmələrini və həmin vaxtdan etibarən mənzildə yaşadıqlarını nəzərə alaraq X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Kazim oğlunun ünvan 1 ünvanda yerləşən mənzil sahəsindən istifadə hüququnun yaranması nəticəsinə gəlmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1998-ci il tarixli etibarnamə ilə sübuta yetiril mişdir ki, Şamxalov X5 Zöhrab Kazım oğluna iki ədəd etibarnamə vermişdir. Etibarnamənin biri ilə Şamxalov Siracəddin özünə məxsus olan əmlakların alınması, satılması, bağışlanması, hədiyyə edilməsi, dəyişdirilməsi, ona çatası pul məbləğinin alınması və sairə məsələlərin həlli ilə onu təmsil etməyi Cavabdeh1 etibar etmişdir. Etibarnamə üç il müddətinə verilmişdir. Digər etibarnamə ilə Cavabdeh1 ona məxsus olan (Bakı şəhəri,Xətai rayonu, Cavanşir küçəsi, ev 9, mənzil 51) mənzili özəlləşdirilməyə təqdim etməyi, Bakı Texniki İnventarlaşdırma (BTİ) İdarəsinə təqdim etməyi və qəbul etməyi, onun adına qeydiyyat vəsiqəsi almağını etibar etmişdir. Etibarnamə üç il müddətinə verilmişdir. Mənzil sahəsi Şamxalov Siracəddin Oruc oğluna Bakı şəhr X15 İcrayyə Komitəsi tərəfindən xx.xx.1970ci ildə 089745 nömrəli orderlə verilmiş, həmin tarixdən Şamxalov Siracəddin Oruc oğluna və onun ailə üzvlərinə məxsus olmuşdur. ünvan 1 ünvanda olan mənzil sahəsi Şamxalov Siracəddin Oruc oğlunun mülkiyyətində olmamışdır və mülkiyyəti hüququ olmayan mənzil sahəsinə dair sərəncam vermək (vəsiyyət etmək, satmaq, bağışlamaq) hüququ olmamışdır. Mülki mübahisəyə dair məhkəmənin qətnaməsi ilə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Məhkəmənin qətnaməsi ilə İddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda olan 1 otaqlı mənzilə iradəsinə uyğun olaraq sahib olmaq, mənzildən istifadə etmək hüququ, əmlakdan istifadə etmək hüququ olmayan cavabdehlərdən asılı vəziyyətə salınmış, əmlak hüququ olmayan şəxslərə kompensasiya ödəməklə mənzil sahəsinə hüquqlarını bərpa etmək imkanının olması qeyd olunmuşdur. İdd iaçı ilə cavabdehlər arasında ünvan 1 ünvanda olan mənzil sahəsinə dair hər hansı bir müqavilə bağlanmamışdır. Mülki işə məhkəmə baxışı zamanı həm iddiaçı Z. Şamxalov tərəfindən, həm də cavabdehlər X6 və Cavabdeh1 tərəfindən cavabdehlərin iddiaçıya məxsus yaşayış sahəsinə icarə əsasında köçmələri, 1996-cı ildən 1998-ci ilin əvvəlinədək olan müddətdə mənzil sahəsi üçün icarə haqqı ödədikləri təsdiq olunmuşdur. Həmçinin, hər iki tərəf 17 yanvar 1998-ci il tarixdə yaşayış sahəsinin alqı-satqısına dair Cavabdeh1 S.Şamxalov tərəfindən etibarnamə verildikdən sonra mənzil sahəsi üçün əvvəlcədən razılaşdıqları icarə haqqının ödənilmədiyini təsdiq etmişlər. Cavabdehlər X6 və Cavabdeh1 mənzil sahəsinin alqı-satqısı üçün cavabdehin atası Siracəddin Şamxalova 2.200 manat ödədiklərini, 1.000 manat pulu isə alqı-satqı müqaviləsi bağlandıqdan sonra ödəyəcəklərinə dair razılığa gəldiklərini bildirmişlər. Cavabdehlər X6 və Cavabdeh1 qeyd olunan əsasla mənzil sahəsini almaları iş materiallarına əlavə olunmuş etibarnamələrlə təkzib olunur. Həmçinin, cavabdehlər X6 və Cavabdeh1 mənzil sahəsinin alqı-satqısı üçün razılaşdırılmış pulun 1.000 manat məbləğində hissəsini ödəmədiklərini təsdiq etmişlər. Məhkəmə tərəfindən əsassız və qanunsuz olaraq Mülki Məcəllənin 228.2-ci maddəsi mübahisəyə tətbiq edilmişdir. Cavabdehlərin mənzil sahəsinə istifadə, sahiblik və mülkiyyət hüququna dair sənəd formasında heç bir sübut da təqdim olunmamışdır. Məhkəmə tərəfindən mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınmasına dair sənədlər tədqiq olunmamış və sübut kimi qiymətləndirilməmişdir.
21. Cavabdeh1 qətna mədən apellyasiya şikayəti verərək qətnamənin onun iddiasının rədd olunması hissəsində ləğv edilməsini və iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, evin sahibləri mənzil növbəsində olduqlarından Misirxanovlara bildirmişlər ki, onlar növbə ilə mənzil aldıqdan sonra bu mənzil Misirxanovların adına rəsmiləşdiriləcək. Son vaxtlar məlum oldu ki, mənzilin sahibi Şamxalov Siracəddin Oruc oğlu xx.xx.2019-cu ildə vəfat etmişdir. 2023-cü ilin sentyabr ayında Şamxalovlar dövlətdən mənzil aldılar. Misirxanovlar tərəfindən onlara öz öhdəlikləri xatırladılıb. Lakin hər dəfə mənzilin onların adına keçirilməsini tələb etsələr də, onlar gözləməyi bildirirdilər. Daha sonra isə Misirxanovlardan əlavə ödəniş tələb edib lər və hazırda həmin mənzili Misirxanovların adına keçirməkdən imtina edirlər. Bu isə onların hüquqlarını kobud surətdə pozur. Qətnamə qarşılıqlı iddianın rədd olunması hissəsində tamamilə əsassızdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən “Azərbaycan SSR mülki Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR-nin xx.xx.1964-cü il tarixli qanunu ilə təsdiq edilmiş Mülki Məcəl lənin 43-cü maddəsinə qətnamədə istinad edilməsinə baxmayaraq, həmin maddə məhkəmə tərəfindən düzgün tövsif edilməmiş, həmin vaxt tərəflər arasındakı hüquqi münasibətə düzgün qiymət verilməmişdir. Misirxanovların həmin mənzilə köçməsi Şamxalov Siracəddin və onun ailə üzvlərinin razılığı ilə həyata keçirilmiş və hətta ailə üzvləri həmin mənzilin satılmasına etiraz etmədiklərini notarial qaydada rəsmi bildirmi şlər. Hətta ilkin İddiaçı da mənzilə dair ödəniş olduğunu etiraf etmişdir. Təəssüf ki, məhkəmə tərəfindən göstərilən bu maddənin tələbinə əməl olunmamışdır. Məhkəmə faktlara deyil, öz subyektiv fikirlərinə istinad etmiş və sonda tərəflər arasındakı münasibətlərə uyğun olmayan bir qətnamə qəbul etmişdir. Tərəflər arasındakı münasibətlər 1997-ci ildə yaranmasına baxmayaraq, məhkəmə tərəfindən həmin vaxt qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən Misirxanovların 1997-ci ildən həmin mənzilə sahiblik etməsinə əsas olmuş hallar və iş üçün böyük əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmamış və qanunauyğun əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmə tərəfindən işin nəticəsi üçün əs as əhəmiyyət kəsb edən hallar (Misirxanovları həmin mənzildə məcburi köçkün kimi deyil, əvvəlcə kirayəşin kimi yaşamaları, daha sonra Cavabdeh1 adına həmin mənzilə dair baş etibarnamə verilməsi, mənzil sahibinin övladlarının həmin mənzilin satılmasına etiraz etmədikləri barədə notarial formada razılıq vermələri) aydınlaşdırılmamışdır. Həmçinin Şamxalovlar tərəfindən hansı əsasla Misirxanovlara həmin mənzildə uzun müddət yaşamasına razılıq verməsi araşdırılmamışdır.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-432/2024 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-1489/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ö dənilmiş dövlət rüsumunun məbləği İddiaçı özünə aid edilmişdir (hakimlər X13 (sədrlik edən və məruzəçi), X14 və X8 ibarət tərkibdə).
24. Məhkəmə kollegiyası birləşdirilmiş iş üzrə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanunazidd əməl olmadıqda məhkəmə əqdi icra etmiş tərəfin tələbi ilə onu bağlanmış hesab etməyə haqlıdır. Hazırki iş üzrə Şamxalov Siracəddin Oruc oğlu tərəfindən mənzilin Cavabdeh1 adına özgəninkiləşdirilməsindən boyun qaçırması halları müəyyən edilmir. Əksinə, işdə olan etibarnamələrə əsasən həmin vaxt qüvvədə olan “Azərbaycan Respublikasında m ənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən Cavabdeh1 3 il müddətində mənzili ilkin olaraq Şamxalov Siracəddin Oruc oğlunun adına özəlləşdirə, daha sonra isə mülkiyyətçinin səlahiyyətli nümayəndəsi olaraq mənzili öz yaxın qohumlarının birinin adına özgəninkiləşdirə bilərdi. Şamxalov Siracəddin Oruc oğlunun ailə üzvləri də mənzilin satılmasına etiraz etmədiklərinə dair notarial qaydada təsdiq edilmiş yazılı razılıqlarını da Cavabdeh1 təqdim etmişlər. Həmin müddətdən sonra isə vəfat etdiyi xx.xx.2019-cu il tarixinədək Şamxalov Siracəddin Oruc oğluna müraciət olunması, onun mənzilin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən mənzil növbəsində olması əsası ilə boyun qaçırması, 2023-cü ildə Şamxalovlar ailəsinə dövlət tərəfindən mənzili n verilməsi barədə də sübutlar məhkəməyə təqdim edilməmişdir. İşdə olan sənədlərə əsasən müəyyən edilir ki, Şamxalov Siracəddin Oruc oğlu artıq xx.xx.2007-ci il tarixdə mənzili öz adına özəlləşdirmişdir.
25. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini də ötürmüşdür və bu hal da onun iddiasının rədd edilməsi üçün əsasdır. Belə ki, o, mənzilə dair Şamxalov Siracəddin Oruc oğlunun mülkiyyət hüququ dövlət reyestrində qeydə alındığı vaxtdan alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini tələb etməli, imtina aldığı təqdirdə isə məhkəməyə qeyd olunan müddət ərzində müraciət edə bilərdi.
26. Məhkəmə ilk iddiaya münasibətdə qeyd etmişdir ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 54- cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Hazırki iş üzrə Cavabdeh1 və onun ailə üzvlərinin mübahisəli mənzilə köçməsi də Siracəddin Şamxalovun və onun mənzildə qeydiyyatda olan ailə üzvləri İddiaçı və Natiq Şamxalovun razılığı ilə həyata keçirilmişdir.
27. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Beləliklə, Cavabdeh1 və onun ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən mənzil sahəsindən istifadə hüququ yaranmış, mənzilə dair kirayə münasibətləri bitdikdən sonra onların mənzildə yaşamaqlarına xx.xx.2019-cu il tarixinədək Şamxalov Siracəddin Oruc oğlu və onun ailə üzvləri etiraz etməmişdir.
28. Mülki qanunvericiliyin tələblərinə əsasən mənzilə mülkiyyət hüququ Şamxalov Siracəddin Oruc oğlunun vərəsəsi İddiaçı keçməsi cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi üçün əsas olmadığından işin hallarını nəzərə alaraq məhkəmə cavabdehlərin mənzildən istifadə hüququna yalnız müvafiq məbləğdə kompensasiya ödənilməklə xitam verilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
29. Məhkəmə kollegiyası iddiaçının cavabdehlərin məcburi köçkün olduqları üçün mənzildən çıxarıla bilməmələri dəlilini əsaslı hesab etməyərək qeyd etmişd ir ki, Şamxalov Siracəddin Oruc oğlu mənzili cavabdehlərə kirayə verərkən onların məcburi köçkün olduqlarını bilirdi və belə risk olduğu təqdirdə mənzili kirayə verməkdən də imtina edə bilərdi.
30. Hazırkı iş üzrə Şamxalov Siracəddin Oruc oğlu tərəfindən mənzilin Cavabdeh1 adına özgəninkiləşdirilməsindən boyun qaçırması halları müəyyən edilmir. Əksinə, işdə olan etibarnamələrə əsasən həmin vaxt qüvvədə olan “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən Cavabdeh1 3 il müddətində mənzili ilkin olaraq Şamxalov Siracəddin Oruc oğlunun adına özəlləşdirə, daha sonra isə mülkiyyətçinin səlahiyyətli nümayəndəsi olaraq mənzili öz yaxın qohumlarının birinin adına özgəninkiləşdirə bilərdi. Şamxalov Siracəddin Oruc oğlun un ailə üzvləri də mənzilin satılmasına etiraz etmədiklərinə dair notarial qaydada təsdiq edilmiş yazılı razılıqlarını da Cavabdeh1 təqdim etmişlər.
31. Həmin müddətdən sonra isə vəfat etdiyi xx.xx.2019-cu il tarixinədək Şamxalov Siracəddin Oruc oğluna müraciət olunması, onun mənzilin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən mənzil növbəsində olması əsası ilə boyun qaçırması, 2023-cü ildə Şamxalovlar ailəsinə dövlət tərəfindən mənzilin verilməsi barədə də sübutlar məhkəməyə təqdim edilməmişdir. İşdə olan sənədlərə əsasən müəyyən edilir ki, Şamxalov Siracəddin Oruc oğlu artıq xx.xx.2007-ci il tarixdə mənzili öz adına özəlləşdirmişdir.
32. Bundan başqa, Cavabdeh1 mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini də ötürmüşdür ki, bu hal da onun iddiasının rədd edilməsi ü çün əsasdır. Belə ki, o, mənzilə dair Şamxalov Siracəddin Oruc oğlunun mülkiyyət hüququ dövlət reyestrində qeydə alındığı vaxtdan alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini tələb etməli, imtina aldığı təqdirdə isə məhkəməyə qeyd olunan müddət ərzində müraciət edə bilərdi.
33. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43, 73, 77, 78, 230-cu; Azərbaycan SSR Mənzil Məcəlləsinin (xx.xx.1982-ci il tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 48, 54-cü; Mülki Məcəlləsinin 228.2, 228.4-cü; “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 4, 9-cü; R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi nin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınınxx.xx.2025-ci il tarixli 2(103)-432/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda olan mənzil mülkiyyət hüq uqu ilə ona məxsusdur. Cavabdehlər X3, Cavabdeh1 Kazim oğlunun, Cavabdeh2, Cavabdeh3 yaşayış sahəsindən istifadə, sahiblik hüquqları qanuni əsaslarla mövcud olmamışdır. Əmlaka mülkiyyət hüququ ilə sahiblik edən İddiaçı cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin mənzil sahəsindən çıxarılmasına dair tələbinin qanunla müəyyən olunmuş hüquqi əsası olduğundan məhkəmə tərəfindən maddi hüquq normalarının tələbləri pozulmaqla qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, cavabdehlər mənzil sahəsindən qanuni əsaslarla istifadə etməmişlər. Cavabdehlər iddiaçının ailə üzvü olmamışlar.
36. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-432/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin X9 apellyasiya şikayətinin təmin olunmaması hissəsində tamamilə ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməsini, Cavabdeh1 iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası “Azərbaycan SSR Mülki Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR-nin 11 sentyabr 1964-cü il tarixli qanunu ilə təsdiq edilmiş Mülki Məcəllənin 43-cü maddəsinə qətnamədə istinad etməsinə baxmayaraq, həmin maddə məhkəmə tərəfindən düzgün tövsif edilməmiş, həmin vaxt tərəflər arasındakı hüquqi münasibətə düzgün qiymət verilməmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Cavabdeh1 tərəfindən təqdim olunan sənədlərə düzgün qiymət verilməmişdir. Məhkəmə ancaq İddiaçı mənafeyini müdafiə etmişdi r və faktiki olaraq onun lehinə qətnamə qəbul edilmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 39. 13 maddənin İ. hissəsi-Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 40. 71-ci maddənin İİ. hissəsi- İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsi
41. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərən cam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
42. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
43. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi
44. Maddə
43. Əqdlərin notarial təsdiqi yalnız qanunda g östərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına əməl edilməməsi (bu Məcəllənin 44cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanunazidd əməl olmadıqda məhkəmə əqdi icra etmiş tərəfin tələbi ilə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur.
45. Maddə
73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və ictimai təşkilatların kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir.
46. Maddə
77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və münsiflər məhkəməsi tərəfindən tətbiq olunur.
47. Maddə
78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.
48. Maddə
230. Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Azərbaycan SSR-nın Mənzil Məcəlləsi (xx.xx.1982-ci il tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan)
49. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlar a malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
50. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı s ahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
51. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1 Kassasiya instansiyası məh kəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərə findən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı və cavabdeh tərəfindən onların iddia tələblərinin təmin olunmayan hissələrində mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Kollegiya Cavabdeh1 iddia tələbinin rədd edildiyi hissədə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə tam razılaşır və həmin hissədə kassasiya şikayətində istinad edilmiş maddi və prosessual pozuntulara yol verildiyi müəyyən edilmir.
57. İddiaçı iddia tələbi ilə bağlı hissədə isə kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tətbiq etdiyi maddi hüquq normalarının dispozisiya şərtlərinə müvafiq tam araşdırma aparmamışdır.
58. İşin mübahisəsiz halıdır ki, ünvan 1 ünvanda yerləşən mənzil hazırda İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəlləsi mülkiyyət hüququnun dövlət tərəfindən müdafiəsinə təminat verir və mülkiyyət hüququnun məhdudlaşdırılması yalnız qanun və ya mülkiyyətçinin özünün bağladığı müqavilə ilə nəzərdə tutulmuş hallarda baş verir.
59. Eyni zamanda işin mübahisəsiz halıdır ki, iddiaçıya məxsus mənzil hazırda cavabdehlərin sahibliyində və istifadəsindədir. İddiaçı öz mülkiyyətindən istifadə etmək imkanından məhrum olduğundan hüquqlarının bərpası üçün MM-nin 157.2-ci maddəsinə əsasən vindikasiya iddiası qaldırmışdır. Bu n orma əsasında mülkiyyətçinin iddiasının təmin edilməsi üçün əmlaka faktiki sahiblik edən şəxsin sahibliyinin qanunsuz olduğu müəyyən edilməlidir.
60. Hazırkı halda işə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabdehlər xx.xx.2000-ci il tarixədək iddiaçının atasının və ailə üzvlərinin razılığı ilə mənzilə köçərək yaşamışlar. Cavabdeh1 öz iddia ərizəsində qeyd etmişdir ki, mənzil əvvəl onlara kirayəyə verilsə də, iddiaçının atası ilə aralarında mənzilin onlara satılması ilə bağlı şifahi razılaşma əldə edilmişdir. Cavabdeh1 iddia tələbinə hüquqi qiymət verilərkən məhkəmə onun həmin mənzilə mülkiyyət hüququnun yaranması və tanınması üçün qanuni əsasların olmadığına dair düzgün nəticəyə gəlmişlər.
61. Apellyasiya instansiyası məhkəməsi ilk iddia üzrə cavabdehlərin mə nzilə istifadə hüququ olduğuna və bu hüquqa xitam verilməsi üçün əsas olmadığına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, məhkəmələr bu nəticəyə gələrkən xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinə istinad etmişlər.
62. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olub-olmadığına hüquqi qiymət verərkən tətbiq edilməli olan maddi hüquq normasını düzgün seçsə də, nəzərə almamışdır ki, icarədarın ailə üzvü olmayan, lakin onun və ailə üzvlərinin razılığı ilə mənzilə köçürülmüş şəxslərin həmin mənzilə ailə üzvünün malik olduğu hüquqları əldə etməsi üçün həmin Mənzil Məcəllənin 53 və 54-cü maddələrindəki şərtlərin mövcudluğu birgə yoxlanılmalıdır.
63. Məcəllənin 53-cü maddəsində qeyd edilirdi ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri və onunla birlikdə yaşayıb ümumi təsərrüfat aparan digər şəxslər icarədarla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər. Yəni dövlət mənzil fonduna aid olmuş mənzillərə istifadə hüququnun yaranması üçün qanunda icarədarın həm ailə üzvünün və ailə üzvü olmayan digər şəxslərin onunla birlikdə yaşayaraq birgə təsərrüfat aparması şərti müəyyən edilmişdir. Məsələn, icarədarla ayrı yaşayan ailə üzvünün onun icarəsində olan mənzilə hər hansı hüququ yarana bilməzdi. O cümlədən, icarədarın özünün mənzildə yaşamadığı müddətdə mənzilə köçürülmüş, ailə üzvü olmayan başqa şəxslərin, hətta bu köçürülmə icarədarın razılığı ilə baş versə belə onunla birgə təsərrüfat aparmaqla bağlı qanunun şərti yerinə yet irilmədiyindən mənzilə istifadə hüququ əldə etməsi istisna olunur.
64. Hazırkı halda, işə baxmış məhkəmələr tərəfindən cavabdehlərin ünvan 1 ünvanda yerləşən mənzil özəlləşdirilənədək icarədar olmuş Şamxalov Siracəddin Oruc oğlu (2019-cu ildə vəfat etmiş) ilə bir mənzildə yaşayaraq onunla birgə təsərrüfat aparıbaparmadıqları araşdırılmamış, bu hala hüquqi qiymət verilməmişdir.
65. Buna görə də, kollegiya hesab edir ki, mübahisəyə maddi hüquq normalarının tələblərinə müvafiq şəkildə hüquqi qiymət verilmədiyindən mübahisələndirilən qətnamə qismən ləğv edilərək İddiaçı apellyasiya şikayəti əsasında işə yenidən baxılmalı, məhkəmə tərəfindən ilk iddia üzrə iddia tələbinə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələbləri nəzərə alınmaqla yenidən hüquq i qiymət verilməlidir.
66. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)-432/2025 nömrəli qətnaməsi İddiaçı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır.
67. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas ının 13 yanvar 2025-ci il tarixli, 2(103)-432/2025 nömrəli qətnaməsi qismən-İddiaçı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.