Məhkəmə qərarları › İş №2(102)-1425/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1425/2025

23.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1425/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-656/2025 nömrəli iş üzrə 13 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmək müqaviləsinin bağlanması ilə bağlı əm ək müqaviləsi bildirişinin surətindən məlum olur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh ASC-də mühafizə departamentində müddətli əmək müqaviləsi əsasında, 300 AZN əmək haqqı almaqla “mühafizəçi” vəzifəsində çalışmışdır.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)1780/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməmişdır.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)4256/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “ödənilməmiş son haqq-hesab” tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək, cavabdeh “GESCO" Açıq Səhmdar Cəmiyyətində işlədiyi müddətdə hər növbədə artıq işlədiyi iş saatına görə 1800 manat, gecə növbəsinə görə 480 manat, 12 ay müddətində əmək kitabçasını vermədiyi üçün 4560 manat xx.xx.2023-cü il tarixdə mediasiya ödədiyi 51 manat bir dəfə ikinci dəfə mediasiya ödədiyi 55 manat və yol xərci Bakı şəhərinə məhkəməyə getməyinin yol xərcləri 90 manat olmaqla cəmi 7036 manat, qeyd olunan məbləğin gecikdirilməsinə görə hər gün üçün 1 faiz pulun hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılması və Əmək müqaviləsindən kənar işə cəlb etdiyi üçün Cavabdeh ASC mühafizə şirkətinin 25000 (iyirmi beş min manat məbləğdə) cərimə edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Gəncə şəhər 2 saylı Peşə məktəbində gözətçi vəzifəsində işləmiş, işlədiyi dövrdə heç bir nizam intizam qaydalarını pozmamış, əksinə nümunəvi işçi olmuş, maddi məsul şəxs olmuşdur. 2 saylı peşə məktəbinin xx.xx.2022-ci il tarixdə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ümumi respublika üzrə gözətçi vakant yerləri ixtisara düşdüyünə görə onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və xx.xx.2022-cu il tarixdə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən sifariş verdiyi “GESCO" ASC ilə əmək müqaviləsi bağlayaraq mühafizəçi vəzifəsinə qəbul olunmuşdur. Xidmət etdiyi post Gəncə şəhəri 2 saylı peşə məktəbi olub və aylıq əmək haqqı da 300 manat miqdarında müəyyən edilib. Lakin Gəncə şəhərində yerləşən 6 dənə peşə məktəbin gözətçiləri – onun kimi ixtisara düşənlər onunla birlikdə 18 nəfərə xx.xx.2022-ci il tarixdə Ges co ASC-nin onlara verdiyi A4 də sənədlər siyahısında lazım olan sənədləri toplayıb Bakı Şəhər Nərimanov Cinar park biznes mərkəzində yerləşən Cavabdeh ASC mühafizə şirkətinə həmin sənədləri təqdim etmək göstərişini verdilər. xx.xx.2022 ci il tarixdə 6 nəfər gözətci 6 dənə peşə məktəbinin hərəsində 1 nəfər qalmaqla yerdə qalan onunla birlikdə 12 nəfər gözətçi Gəncə şəhərində gecə saat 12:00-da avtobusa minərək yola düşmüşlər. Bakı şəhərinə xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Nərimanov Cinar park biznes mərkəzində yerləşən Cavabdeh ASC mühafizə şirkətinə 12 nəfər daxil olaraq Gəncədən topladıqları sənədləri təqdim etmişlər. Cavabdeh ASC mühafizə şirkətinin Baş mühasibinə Şamil müəllimə və sənədlər imza etdirdi lakin işin mahiyyətini iş saatlarını onlara izah eləməmişdir. Gəncə Şəhərində cava bdeh şəxs var xx.xx.2022-ci il tarixdə gəlin iş saatını və iş qrafikin başa salacaq, “artıq siz bizim əməkdaşsız”, onlara uniforma, geyim, şalvar köynək, iş vəsiqəsi vermişdirlər. Həmin gündə - xx.xx.2022-ci il tarixdə Gəncəyə qayıtmışdırlar. xx.xx.2022-ci il tarixdə saat 09:00-da Gəncə şəhəri 2 saylı peşə məktəbində onunla birlikdə 3 nəfər Gesco ASC nin onlara təqdim etdiyi uniforma paltarı geynib tam xidmətə hazır vəziyyətdə Cavabdeh ASC-nin Gəncə şəhər üzrə cavabdeh şəxsini gözləmişlər ki, onlarla tanışlıq edib iş saatları və iş qrafikini onlarla tanış etsin. 10-15 dəqiqə sonra Cavabdeh ASC-nin mülki geyimdə nümayəndəsi gəlmiş, Gesco İMS-F 047 Layihənin ərazidə yerləşən obyektə nəzarət jurnalını, Gesco İMS-F 049 Təhvil Təslim jurnalını, Gesco Muhafizə işcilərinin iş cədvəlini, X3 form asını təqdim etmiş və iş saatının 12 saat həftədə 5 gün, bir ayın 20 gününü işə gəlməli olduğunu, hər gün 12 saatdan 1 nəfər təkcə posta durmalıdır hətta naharı da əlində qapnın girişində yeməlidirlər, 10 gün gündüz 12 saat 10 gün axşam 12 saat, əmək haqqı 294 azn, lakin ay 31 dən olarsa 21 smen işləyəcəklər. 12 saatdan əmək haqqı 308 azn. Onları işlə tanış edib getmişdir. Həmin tarixdənxx.xx.2022- ci il tarixdən xidmətə başlamışlar. xx.xx.2023-cü il tarixdə Gesco ASC-nin Gəncə Şəhəri üzrə lahiyə rəhbəri İsgəndərov Elşən qərəzli şəkildə əmək müqaviləsinin müddəti bitməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verdirib. Lakin xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC verdiyi uniforma paltarı əynində Gəncə 2 saylı peşə məktəbində posta xidmət apararkən ona telefonla növbə reysi zə ng edib demişdir ki, “sən işdən azadsan.” Cavabdeh ASC mühafizə şirkəti onunla xx.xx.2022-ci ildə əmək müqaviləsini bagladığına baxmayaraq, onu işə cəlb edib xx.xx.2022-ci il tarixdən və əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verməsinə baxmayaraq xx.xx.2023-cü il tarixə kimi işə cəlb edib. Qeyd olunan müqaviləyə xitam verilməsindən 12 aya yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh orqan onun əmək kitabçasını qaytarmayıb. Bundan ələvə bağlanmış əmək müqaviləsinin şərtlərinə, eyni zamanda da qanunvericiliyin tələbinə görə iş saatı 8 saatdan artıq olmamalı, eyni zamanda da gecə növbəsində olan işçilərə qısaldılmış iş rejimi tətbiq edilməli idi, lakin bunun əksinə olaraq cavabdeh orqan onu işlədiyi müddətdə hər növbədə 4 saat artıq işlədib. Belə ki, bir ayda 20 dəfə növbədə olmuş, bağlanmış müqavilə üzrə 6 ay işləmişdir. Cavabdeh onu hər ay 80 saat artıq işlədib və həmin artıq iş saatına görə də 1800 manat pul ödənilməlidir. Eyni zamanda da gecə növbəsinə görə ona əlavə 480 manat, 12 aydır əmək kitabçasını vermədiyi üçün 4560 manat, xx.xx.2023-cü il tarixdə Mediasiya ödədiyi 51 manat bir dəfə ikinci dəfə mediasiya ödədiyi 55 manat və yol xərci Bakı şəhərinə məhkəmiyə getməyinin yol xercləri 90 manat olmaqla cavabdeh orqan hazırda ona 7036 manat pul ödəməlidir.

6. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixdən bugünə qədər ona ödəmədikləri gecə növbəsinin və artıq iş saatlarının pulunu, cəmi 7036 AZN məbləğ və Əmək məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən ümumilikdə 32 min 717 AZN pulun öd ənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC məhkəmə icraatı dövründə ona xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yığılmış borcdan heç bir ödəniş etməmişdir. ASC-nin ona 7036 manat AZN əsas borcu qalmışdır. ASC ona xx.xx.2022-cu ildən bu günə qədər ödənilməli olan artıq iş saatlarının pulunu və gecə növbəsinin ödənişlərini bu günə qədər gecikdirdikləri üçün ƏM-nin 172-ci maddəsinin 5-ci bəndinə əsasən hər gecikdirilmiş gün üçün azı 1 faiz olmaqla 7036 manat edir. Yəni ki, 7036 AZN (gecikdirilmiş günlərin sayı bu günə qədər xx.xx.2022-ci ildən bəri 24 ay təşkil edir. (730 gün gecikmə günlərin sayı). Gecikmə günlərin sayı xx.xx.2022-cu ildən bəri bu günə qədər azalan rəqəmlər olduğu üçün (24:2=12) 12 ay nəzərdə tutulma lıdır. (365 gün). Ödənilməli olan gecə növbəsinin ödənişi və artıq iş saatlarının ödənişləri ortaq hesabları bu günə qədər 365 gün gecikdiyi üçün (7036 AZN əsas məbləğ) + hər gün 1 faizdən 70.36 AZN təşkil etdiyi üçün 25 min 681 AZN + əsas məbləğ=32 min 717 AZN təşkil edir. ASCnin ona ümumi 32 min 717 AZN qalmışdır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsi 11 aprel 2023-cü il tarixli qərar ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun – 11 aprel 2023-cü il qərarı ilə təsdiq edilmişdir ki, Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq Azərbaycan Respublikası Əmək məcəlləsinin 172cmaddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faiz məbləğində ödə nc verilməlidir. Müddəası əmək mübahisəsinin yarandığı halda da şamil edilir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq işçi hüququnun pozulduğunun aşkar edildiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Cavabdeh ASC ona ödənilməli olan gecə növbəsinin pulunu və ay ərzində 80 saat artıq iş saatlarının pullarını xx.xx.2022-ci ildən bu günə qədər ödəməyiblər. Əmək məcəlləsinin 165-ci maddəsinə əsasən iş vaxtından artıq görülən iş saatı vəzifə maaşından iki qat məbləğindən aşağı olmaqla hesablanmalıdır.

8. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, Cavabdeh ASC-nin yalan məlumat verdiklərinin aşkar olunmasını, yalan məlumat verdikləri üçün məsuliyyətə cəlb olunmasını, əmək müqaviləsindən kənar işə cəlb etdiklərinə və həmin müqavilədən kənar xx.xx.2023-cü il tarixdə 48,51 azn əmək haqqı son haqq-hesab vəsait iddiaçının bank hesabına köçürülməsinə dair xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

9. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, əmək münasibətləri üzrə mübahisələr tələbi (pul tələbi) üzrə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı hüququnun pozulduğunu aşkar etmiş və xx.xx.2024cü il tarixdə mediasiyaya müraciət etmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2569/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

11. Məhkəmənin mövqeyi belə olmuşdur ki, tərəflər arasında əvvəllər əmək münasibətlərinin olması, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi işin mübahisəsiz halıdır, tərəflərin heç biri bu faktı mübahisələndirmir. Onlar arasında 2023cü ilin əvvəllərindən başlayaraq məhkəmə mübahisələri olmuşdur. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə işə bərpa, xx.xx.2023-cü il tarixdə isə ödənilməmiş son haqqhesab tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Baki Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-1780/2023 saylı və xx.xx.2023-cü il tarixli e-2(005)-4256/2023 saylı qətnamələri ilə iddiaçı nın iddia tələbləri təmin edilməmişdir. Hazırda mübahisələndirilən hal iddiaçının iş vaxtından əlavə işlədiyi əvəzi ödənilməmiş artıq iş saatları, gecə növbəsi üzrə ödənilməli olan əmək haqqına əlavələrin ödənilməməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində ödəncin ödənilməsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, əmək münasibətləri üzrə mübahisələr tələbi (pul tələbi) üzrə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsin in “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı hüququnun pozulduğunu aşkar etmiş və xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmişdir. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəfləri n üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək qanunvericiliyinə əsasən, iddia müddətinin əvvəli işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır və bu müddət bir il nəzərdə tutulub. İddiaçı işlədiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ödənilməli olan artıq iş saatları və gecə növbəsi üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməsinin gecikdirilməsi səbəbindən hər gecikdirilmiş gün üçün hesablanmış məbləğin 1 faizi həcmində ödəncin tutulmasını tələb edir. İddiaçı ilkin olaraq əmək mübahisə sinin həll edilməsinə dair mediasiya prosesinin tətbiqi barədə xx.xx.2024cü il tarixdə mediasiyaya müraciət etmiş, mediasiya prosesi xx.xx.2024-cü ildə bitmiş, bununla əlaqədar ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə həmin tarixdə arayış tərtib edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Əmək qanunvericiliyinin tələbinə görə, aylıq əmək haqqı (o cümlədən iş vaxtından artıq vaxtda görülən və gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqı daxil olmaqla) işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Y əni, qanunda əmək haqqının hər ay üzrə ödənilməsinə dair qayda, ay tamam olduqda iş vaxtından artıq vaxtda görülən və gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqı almayan işçinin həmin dövr üzrə almalı olduğu əmək haqqına münasibətdə hüququnun pozulduğunu bilməsinə dəlalət edir (iddiaçı avqust ayında iyul ayı üzrə maaşı aldığı zaman ona artıq vaxtda görülən və gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqı verilmədiyindən – hüququnun pozulduğundan məlumatlı olur). Başqa sözlə, işçinin əmək haqqına əlavə tələbinə iddia müddəti vəsaitin ödənilmədiyi məlum olduğu vaxtdan hər ay üzrə ayrıca hesablanır. Bu cür vəziyyətdə əgər işçinin almadığı ödənclər varsa, onları bir il keçmədən tələb edərsə iddia müddəti ötürülmüş sayılmır (məsələn: iddiaçı 2022-ci ilin avqust ayında həmin ilin iyul ayı üzrə maaşı aldığı zaman əlavələrin ödənilmədiyini bildikdən 1 il ərzində - xx.xx.2023-cü il tarixədək bu barədə tələblə məhkəməyə müraciət edə bilərdi). Digər tərəfdən iddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixdə ona iş cədvəlinin verildiyini, iş saatlarının izah edildiyini (iş saatının 12 saat həftədə 5 gün olduğunu, bir ayın 20 gününü işə gəlməli olduğunu, hər gün 12 saatdan 1 nəfər təkcə posta durmalı olduğu, 10 gün gündüz 12 saat 10 gün axşam 12 saat, əmək haqqı 294 manat, lakin ay 31 dən olarsa 21 smen işləyəcək olmaları, 12 saatdan əmək haqqının 308 manat olacağı) bildirmişdir. Həmçinin iddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulduğunu bildirərək ona qarşı işə bərpa, son haqq hesab tələbləri ilə məhkəməyə müraciət etmiş, qeyd olunan iddia ərizələrində də gecə vaxtlarında və i ş saatlarından artıq işlədiyini bildirmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki bir ildən qabaqkı dövrün (xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək) ödənclərini tələb etdiyindən iddia müddətini ötürmüşdür.

12. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara əsasən, əmək qanunvericiliyinin normaları baxımından hazırki tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən və iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia müddəti tətbiq edilməklə iddiaçının hazırki iddia tələbi rədd edilməlid ir. Məhkəmə iddiaçının xüsusi qərardadın çıxarılması tələbi ilə əlaqədar qeyd edir ki, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə iddiaçının tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, hüquqi şəxs olan cavabdehin hərəkətlərində cinayət əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89, 95, 97.1, 99.1, 102.1, 154.1, 165.1, 166.1, 172.1, 172.5, 178.1, 296.3, 296.4, 296.7; Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarına; Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1, 35.2; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 124.2; “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddələrinə istinad la əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2569/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC mühafizə şirkəti onun rəsmi əmək haqqını ödəməyib və son haqq-hesabı düzgün verməyib, ona son haqq-hesab xx.xx.2023-cü il tarixdə 48.51 manat Xalq bank plastik əmək haqqı kartına köçürülmüşdür. Bildirir ki, o, İddiaçı oglu xx.xx.2022-ci il tarixdə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən sifariş verdiyi “GESCO" ASC ilə əmək müqaviləsi bağlayaraq mühafizəçi vəzifəsinə qəbul olunmuş və aylıq əmək haqqı da 300 manat miqdarı nda müəyyən edilib. xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddəti bitməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Qeyd olunan müqaviləyə xitam verilməsindən 12 aya yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh orqan onun əmək kitabçasını qaytarmayıb. Bundan əlavə onunla bağlanmış əmək müqaviləsinin şərtlərinə, eyni zamanda da qanunvericiliyin tələbinə görə onun iş saatı 8 saatdan artıq olmamalı, eyni zamanda da gecə növbəsində olan işçilərə qısaldılmış iş rejimi tətbiq edilməli idi, lakin bunun əksinə olaraq cavabdeh orqan onu işlədiyi müddətdə hər növbədə 4 saat artıq işlədib. Belə ki, bir ayda 20 dəfə o növbədə olur, bağlanmış müqavilə üzrə 6 ay işləmiş, cavabdeh onu hər ay 80 saat artıq işlədib və həmin artıq iş saatına görə də 1800 manat pul ödənilməlidir. Eyni zamanda da gecə növbəsinə görə ona əlavə 480 manat, 12 aydır əmək kitabçasını vermədiyi üçün 4560 manat.xx.xx.2023-cü il tarixdə mediasiya ödədiyi 51 manat bir dəfə, ikinci dəfə mediasiya ödədiyi 55 manat və yol xərci Bakı şəhərinə məhkəməyə getməyinin yol xərcləri 90 manat olmaqla cəmi 7036 manat olmaqla cavabdeh orqan hazırda ona Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən ümumilikdə 32 min 717 AZN pul ödəməlidir. Cavabdeh ASC ilə məhkəmə prosesləri 2023-cü il müddətindən bügünə qədər davam edir, ona görə də Cavabdeh ASC-nin Hakimnən tələb etdiyi 1 ildən artıq ötüb iddia müddəti iddiaçının iddiasını leğv edilsin deyərək öz xeyrinə qərar qəbul etməsini sui-istifadə edərək qanunsuz hesab edir. Məhkəmənin də qeyd etdiyi kimi məhkəmə işə bərpa tələbi sonra isə əmək haqqı tələbi d avamlı şəkildə davam edib və bu günə qədər də davam edir. Cavabdeh ASC mühafizə şirkəti onun rəsmi əmək haqqını ödəmiyib.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-656/2025 nömrəli iş üzrə 13 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (F.Talışinski (sədrliyi və məruzəsi ilə), hakimlər M.Məmmədov və A.İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında əvvəllər əmək münasibətləri olmuş, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, 2023-cü ilin əvvəllərindən başlayaraq məhkəmə mübahisələri olmuş, İddiaçı xx.xx.2023-cü il tarixdə işə bərpa, xx.xx.2023-cü il tarixdə isə ödənilməmiş son haqq-hesab tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məh kəməsinə müraciət etmiş, Baki Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-1780/2023 saylı və xx.xx.2023-cü il tarixli e-2(005)4256/2023 saylı qətnamələri ilə iddiaçının iddia tələbləri təmin edilməmişdir. Hazırda isə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmiş, iddiaçı hüququnun pozulduğunu aşkar etmiş və xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmiş, mediasiya prosesi xx.xx.2024-cü ildə bitmiş, bununla əlaqədar ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə həmin tarixdə arayış tərtib edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. işçinin əmək haqqına əlavə tələbinə iddia müddəti vəsaitin ödənilmədiyi məlum olduğu vaxtdan hər ay üzrə ayrıca hesablanır. Mülki Məcəllənin 372375-ci maddələrinin tələbləri və əmək qanunvericiliyinin normalarının qeyd edilən tələbləri baxımından hazırki tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən və iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia müddəti tətbiq edilməklə iddiaçının hazırki iddia tələbi rədd edilməsində məhkəmə qənaəti əsaslı olmuşdur.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 7, 35, Əmək Məcəlləsinin 9, 89.1, 89.2, 89.3, 95.1, 97.1, 99.1, 101.1, 102.1, 165.1, 154.1, 166.1, 166.2, 172.1, 172.3, 172.4, 172.5, 296. 1, 296.3, 296.4, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı işdən çıxarılsada bü günə qədər Cavabdeh ASC mühafizə şirkəti ona işdən azad olma əmrini və əmək kitabçasını verməyib, bu isə ümumiyyətlə, hüququnun pozulmasının aşkar edildiyi iddia müddətinin başlanmaması deməkdir. Bütün bu hallar apellyasiya instansiyasında tam şəkildə araşdırılmamış və məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

24. Maddə 9. e) Əmək müqaviləsi üzrə işçinin - iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək- kimi əsas hüquqları vardır;

25. Maddə 89.

1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.89.2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.

26. Maddə 89.3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

27. Maddə 95.

1. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

2. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.

3. İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin bu Məcəllə ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər.

28. Maddə 97.1. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.

29. Maddə 99.1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

30. Maddə 101.

1. İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir: a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onları n nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün; c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda; ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda; d) əvəz edən işçinin işdə olmaması ilə əlaqəda r işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

2. İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur.

31. Maddə 102.1 İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

2. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.

32. Maddə 165.

1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əmə yin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

33. Maddə 154.

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

34. Maddə 166.1. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.

35. Maddə 166.2. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir.

36. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on a ltı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

37. Maddə 172.3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

38. Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

39. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərd ə tutulan qaydada həll edilir.

40. Maddə 178.1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

41. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

42. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etib arən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

43. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

44. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, k assasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

48. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual normaların pozuntusuna yol verilmədiyindən şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

49. Apellyasiya instansiya məhkəməsi gəldiyi həmin nəticəni hazırkı qərarın 21-22-ci paraqraflarında qeyd olunan şəkildə əsaslandırmışdır.

50. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan dəlilləri tək rar araşdırmağa lüzum yoxdur.

51. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verildiyindən məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

52. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı halların sübut edilmədiyi müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin d əlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

53. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüq uqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhk əməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir

56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-656/2025 nömrəli iş üzrə 13 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar