Məhkəmə qərarları › İş №2(102)-1427/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1427/2024

20.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1427/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı iş üzrə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürə bilməyən üçüncü şəxs Cavabdeh2) QƏRARİ (Açar sözlər: maneələrin aradan qaldırılması, mənzilin boşaldılması və təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6044/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəməni n binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil "xxxx" MMC tərəfindən İddiaçı satılmışdır; 3. xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzilin dəyərini tam ödəmişdir; 4. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil Cavabdeh2 satılmışdır;

5. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil xx.xx.2017-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilmiş, həmin mənzil xx.xx.2019-cu il tarixdə yenidən Cavabdeh2 satılmışdır; 6. 28.01.2022-ci il tarixli arayışa əsasən, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzili almışdır və 2022-ci ilin yanvar ayından etibarən həmin mənzildə yaşayır. 7. xx.xx.2019-cu il tarixli təmir arayışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil Cavabdeh2 məxsusdur və təmirə buraxılır.

8. Elektron daşıyıcıda olan video görüntülərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerl əşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil Cavabdeh2 tərəfindən tam təmir olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 138,9 m² olan 34 saylı mənzilin istifadəsinə "xxxx" MMC tərəfindən yaradılmış məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı 23 noyabr 2017-ci il tarixli müqavilə əsasında Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olu nan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərətəbə, ümumi sahəsi 138.9 kv.m olan, 3 otaqdan ibarət olan 34 saylı mənzili əldə etmiş və mənzilin dəyərini isə tam ödəniş ödədiyinə görə isə maliyyə arayışı ilə təmin olunmuşdur. İddiaçı qeyd etdiyi mənzilə dair müqavilə və maliyyə arayışı almağına baxmayaraq mənzilin istifadəsinə görə əsassız maneələrə rast gəlməkdədir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3146/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim Günay Axundova) iddia təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 138,9 m² olan 34 saylı mənzilin istifadəsinə "xxxx" MMC tərəfindən yaradılmış məhdudiyyətlərin aradan qaldırılması qət edil mişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehlə yaşayış sahəsindən pay barədə müqavilə bağlamış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək şirkətə 125010 manat məbləğində ödəniş etmişdir. Buna baxmayaraq cavabdeh "xxxx" MMC öhdəliklərini pozaraq müqavilə ilə müəyyən edilmiş mənzili iddiaçıya təhvil verməmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. əgər öh dəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427.3-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Birinci instansiya məhkəməsində birləşdirilmiş iş üzrə icraat

15. İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı "mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

16. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil iddiaçıya pay kimi verilmişdir. Müqavilə üzrə iddiaçı tərəfindən hər kvadrat sahə üçün 900 manat olmaqla ümumilikdə 125010 manat pul ödənilmişdir, bu barədə maliyyə arayışı mövcuddur. Həmin mənzil sonradan "xxxx" MMC tərəfindən digər Cavabdeh2 satılmışdır. Mənzili birinci alan İddiaçı olduğundan Cavabdeh2 mənzildən çıxarılmalı və mənzil iddiaçıya təhvil verilməlidir.

17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1645/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsi (Fariz Əlizadə) ilə İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı "mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-3146/2021 saylı, 22 iyun 2021 tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmişdir. Halbuki, həmin maddi hüquq normaları mənzil tikinti kooperativləri və kooperativdəki payla bağlı hüquqi münasibətləri tənzimləyir. Hazırki işdə isə hər hansı bir pay haqqından kooperativdən söhbət getmir. Hazırki iş üzrə cavabdeh təşkilatın statusu məhdud məsuliyyətli cəmiyyətdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunvericilikdə müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, sözü gedən mənzil Cavabdeh2 Sərxan qızı i lə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 Sərxan qızının mülkiyyətinə verilmiş, həmin mənzilin dəyərini tam ödəyərək şirkətə 125 min manat məbləğində ödəniş etmiş, həmçinin həmin mənzili əsaslı təmir etdirərək uzun müddətdir orada yaşayır. Birinci instansiya məhkəməsi bu halı araşdırmamış, Cavabdeh2 işdə iştirak etməyə cəlb etmədən, onun mənafeyinə toxunan qiyabi qətnamə çıxarmışdır.

21. İddiaçı apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)1645/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin tam, hərtərəfli və obyektiv ar aşdırılması təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mülki iş materiallarına əlavə edilmiş sənədləri araşdırmamış, sənədləri təhrif etmiş və eyni zamanda iddianın təmin edilməmə səbəbinin hüquqi tövsifini göstərməmişdir. Belə ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(004)-3146/2021 nömrəli xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 138.9 m olan 34 saylı mənzilin istifadəsinə "xxxx" MMC tərəfindən yaradılmış məhdudiyyətlərin aradan qaldırılması qət edilmişdir. Sonradan "xxxx" MMC tərəfindən qiyabi qətnamənin ləğv edilməsi və işə mahiyyəti üzrə yenidən baxılması barədə ərizə ilə müraciəti Yasamal rayon məhkəməsinin 2(004)- 3146/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Məhkəmənin sözügedən qərardadından cavabdeh tərəfindən şikayətlə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına müraciət edilmiş olsa da belə apellyasiya instansiya məhkəməsinin 2(103)-4706/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(004)-3146/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qanuni qüvvəsini almış qətnamə Yasamal Rayon Məhkəməsinin 2(004)- 3146/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsi tərtib edilərək Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İc ra sənədi icra mərhələsində olduğu zaman icra məmuru və köməkçisi, tələbkar İddiaçı və vəkili ilə birgə mübahisəli mənzilə baxış keçirilmişdir. İcra məmurunun köməkçisi Pərvin müəllim mənzilin dəhlizinə mobil telefonu ilə video çəkilişlə daxil olmuşdur. Mənzilin orta təmir edildiyini, orada bir neçə əşya olduğunu və bu barədə icra şöbəsinə məlumat verildikdən sonra icranın təxirə salınması yerində qərara alınmış və bu barədə tərəflərin iştirakı ilə akt tərtib edilmişdir. Təxminən ay yarım sonra Yasamal rayon İcra şöbəsi tərəfindən Cavabdeh2 mobil telefonunu Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsindən əldə etdikdən sonra onun Yasamal rayon İcra şöbəsinə gəlməsi tələb edilmişdir. Cavabdeh2 Yasamal rayon İcra şöbəsinə gəlmiş və izahatında "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadıldığını bildirmişdir. Lakin sonradan mübahisəli mənzilə gedərək mənzilin giriş qapısını sındırıb, qapısını açıb, mənzilin kilidini dəyişmişdir. Baş vermiş bu hadisə ilə bağlı tərəfindən AR DİN-nin “102” Qaynar xəttinə müraciət edilmiş və DİN-nin Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin təhqiqatçısı Kamran müəllim hadisə barədə şikayət xarakterli ərizəni qəbul etmiş və hadisənin təhqiqatı aparılmışdır. Nəticə etibarı ilə təhqiqatın yekunu barədə məktub ona ünvanlanmış və tərəfindən hakimə təqdim edilmişdir ki, həmin şəxs barəsində qanunla müəyyən edilmiş tədbir görülmüş olsun. Bundan əlavə birinci instansiya məhkəməsində icraatda olan iddia tələbi ilə bağlı Cavabdeh2 tərəfindən "xxxx" MMC ilə ünvan 3 ünvanda inşa edilən yüksək mərtəbəli y aşayış binasının 1-ci girişinin, 8- ci mərtəbəsində, ümumi sahəsi 140.9 m², 3 (üç) otaqdan ibarət olan 34 saylı mənzilinin satın alınması ilə bağlı bağlanmış xx.xx.2018-cu il tarixli müqaviləyə və xx.xx.2018-ci il tarixli mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışına istinad edilmişdir. Məhkəmə tərəfindən sözügedən müqaviləni sübut kimi qəbul etməsi və həmin sübuta istinad edərək iddia ərizəsinin təmin edilməməsində səhv nəticəyə gəlmişdir. Belə ki, sözügedən müqavilə də "xxxx" MMC-nin direktoru X1 imzaladığı, lakin Cəmiyyətin möhürü ilə təsdiqlənmədiyi nəzərindən qaçmışdır. İddia ərizəsi "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış ünvan 3 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun, 8-ci mərtəbəsində, ümumi sahəsi 138.9 m², 3 (üç) otaqdan ibarət olan 34 saylı mənzili üçün 125010 (yüz iyirmi beş min on) manat məbləğində pay haqqının ödəməklə bağlı 23 noyabr 2017-ci il tarixli müqaviləyə istinad etməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılmaqdadır. Aparılmış istintaqla müəyyən edilmişdir ki, İddiaçı 23 noyabr 2017-ci il tarixdə "xxxx" MMC ilə müqavilə bağlayıb 125010 manat pul ödəməklə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33-də "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 8-ci mərtəbədə yerləşən 138.9 m ölçüdə, 3 otaqlı, 34 nömrəli m ənzili öz adına rəsmiləşdirmişdir. İş materiallarına əsasən həmin mənzil yenidən Cavabdeh2 satıldığı müəyyən edilmiş və istintaqın davam etdirilməsi nəticəsindən asılı olaraq təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət veriləcəyi barədə xx.xx.2023-cü il tarixli məktubla Yasamal Rayon Məhkəməsinin sorğusuna cavab olaraq ünvanlanmışdır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Bundan əlavə məhkəmənin qətnaməsində qeyd etdiyi kimi, guya ki, Cavabdeh2 mübahisəli mənzili digər cavabdeh "xxxx" MMC-nin xx.xx.20 19-cu il tarixli mənzilin təmirə buraxılmasına barədə arayışına əsasən mənzilin təmirinə 100 000 manat məbləğində xərc çəkildiyinə və iddiaçıya isə dəymiş zərərlə bağlı mülki iddiaçı qismində hüququndan istifadə edə bilməsi barədə izahı sadalanan maddi hüquq normalarının tələbinə zidd və işin halları ilə təkzib edilməkdədir. Belə ki, "xxxx" MMC-nin Cavabdeh2 adına yenidən müqavilə tərtib etməklə imzalaması, lakin cəmiyyətin möhürü ilə təsdiqləməməsi və eyni zamanda Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binası “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası NK-nin 16 sentyabr 2014 -cü il tarixli, 309 nömrəli Qərarında təsbit edilən sənədlərin mövcud olmadığı, bina istismara qəbul edilmədiyindən, cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli mənzilin təmirə buraxılmasına barədə arayışı qanunsuz olduğuna hüquqi qiymət verməmiş və həmin arayış əsasında digər Cavabdeh2 İddiaçı məxsus inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 8-ci mərtəbədə yerləşən 138.9 m² ölçüdə, 3 otaqlı, 34 nömrəli mənzilində aparmış olduğu təmirin dəyərini isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəlicinayət işi üzrə zərər çəkən şəxs qismində tanındıqdan sonra mülki iddia qaydasında təqsirləndirilən şəxsdən tələb etmək hüququnu özündə saxlamasını izah etməmişdir. Birinci instns iya məhkəməsi tərəfindən İddiaçı cavabdeh "xxxx" MMC və Cavabdeh2 qarşı “ünvan 3 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun, 8-ci mərtəbəsində, ümumi sahəsi 138.9 m², 3 (üç) otaqdan ibarət olan 34 saylı mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsinin hüquqi əsası Yasamal Rayon Məhkəməsinin 2(004)-1645/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsində əks olunmadığından qətnamə Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinin pozulması ilə qəbul edilmiş yəni, iddianın təmin edilməməsi üçün iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks edilmədiyindən, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nə ticəsi şərh edilmədiyindən, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadığından ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməsinə zəmin yaratmışdır.

23. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6044/2023 saylı, 1 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Azad İmanov (sədrlik edən), Məmməd Məmmədov, Fuad Talışinski) İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı “mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi” tələbinə dair 2(103)-6044/2023 nömrəli mülki iş əsas iş olmaqla bir icraatda baxılması üçün-İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının icraatında olan 2(103)-5261/2023 nömrəli mülki işlə birləşdirilmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6044/2023 nömrəli mülki iş üzrə 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-3146/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş,Yasamal Rayon Məhkəməsinin 2(004)-1645/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməmişdir.

25. Müstəqil tələb irəli sürə bilməyən üçüncü şəxs Cavabdeh2 apellyasi ya şikayətinə münasibətdə apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzilə dair Cavabdeh2 vicdanlı əldə edən olduğundan və iddiaçı tərəfindən sonuncunun vicdanlı alıcı olmaması sübuta yetirilmədiyindən, həmin mənzilə "xxxx" MMC tərəfindən yaradılmış məhdudiyyətlərin iddiaçının xeyrinə aradan qaldırılması istisna olunur.

26. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları baxımından mübahisə predmeti olan mənzilə dair Cavabdeh2 hüquqları tanındığından və hazırıkı iddia tələbi digər tələbdən asılı olduğundan, birinci instansiya məhkəməsini n qətnaməsi ləğv edilməli və İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməməlidir.

27. İddiaçı apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, istənilən bir tələb barəsində iddia qaldırıldıqda məhkəmənin üzərinə düşən ən əsas və vacib vəzifə həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Pozulmuş hüquqların bərpasını təmin etmək vəzifəsini daşıyan məhkəmə bunu tərəflərin həmin tələbə dair hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil sürətdə müəyyən etmək səlahiyyətinə malikdir. Hüququn pozulub-pozulmaması da qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu nöqteyi-nəzərdən müqaviləyə istinad edilərək, hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, həmin müq avilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsinə zərurət yaranır. Belə ki, müqaviləyə istinad edilərək, irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır və tələbin əsaslandığı müqavilənin etibarsız olması, həmin müqavilə üzrə tələb hüququnun yaranmadığını göstərir. Hazırki vəziyyətdə də bu barədə tələb olmadığı halda belə, müqavilə üzrə tələb hüququnun yaranıb-yaranmamasını, yəni müqavilənin etibarlı olub-olmamasını müəyyən etmək üçün onun etibarlı olub-olmamasına hüquqi qiymət verilməlidir. Başqa sözlə, müqavilənin etibarlı olub-olmaması məsələsinə bu barədə tələbin olub-olmamasından asılı olmayaraq hüquqi qiymət verilməlidir.

28. Kollegiya qeyd etmişdir ki, İddiaçı və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayo nu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzili əldə etmələrinin hüquqi əsası sadə yazılı müqavilələrdir. Deməli, hər ikisi sadə yazılı müqavilə olmaqla ikisi də bərabər hüquqi qüvvəyə malikdir, müqavilələrin bağlanması tarixləri istisna olmaqla birinin digərindən hər hansı üstün mövqeyi yoxdur. Lakin, sözügedən mənzil ilk öncə İddiaçı satılmış olsa da, vicdanlı alıcı Cavabdeh2 tərəfindən sözügedən mənzilə xərc qoyulmuş, mənzil tam təmir etdirilmişdir. İddiaçı apellyasiya şikayətində qeyd edilən halı mübahisələndirmiş olsa da, işin halları ilə mənzilin Cavabdeh2 tərəfindən əsaslı təmir etdirilməsi sübut olunur. Həmçinin qeyd olunan xüsusatları xx.xx.2023-cü il tarixdə keçirilmiş birinci instansiya məhkəməsində də İddiaçı tərəfindən etiraf edilmişdir. Deməli, göstərilən xüsusat mülki işin mübahisəsiz halıdır. Apellyasiya icraatı zamanı İddiaçı sözügedən mənzildə Cavabdeh2 hazırda faktiki yaşamadığını bildirmişdir. Həmçinin, İddiaçı iddia tələbi üzrə müdafiəsinin əsasını sözügedən mənzili ilk öncə onun alması, sonradan isə Cavabdeh2 satılmasıdır. Bundan əlavə, binanı tikmiş hüquqi şəxs olan digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi də, birinci instansiya məhkəməsində vermiş olduğu izahatında sözügedən mənzilin Cavabdeh2 məxsus olması, sonuncunun həmin mənzildə bir neçə ildir yaşamasını bildirmişdir. İddiaçı sözügedən mənzilə dair hüquq müəyyənedici sənədləri olsa da, məhkəmə mübahisə üzrə faktiki vəziyyəti nəzərə almalı, münasibətləri qəlizləşdirmədən ədalətli və ağlabatan formada mübahisəni həll etməlidir.

29. Məhkəmə kollegiyası bildirmişdir ki, sözügedən mənzil ilk öncə iddiaçıya satılsa da, Cavabdeh2 həmin mənzildən çıxarılması nəticəsində mənzilin təmirinə xərclənmiş vəsaitinin kompensasiyası münasibətlərini çətinləşdirərək tərəflər arasındakı üç tərəfli (İddiaçı - T.S.Fətullayev - "xxxx" MMC) münasibətlərin həllinə töhvə verməyəcək, məhkəmə qətnaməsinin icrasının mümkünsüz etməklə mübahisəni həll etmək əvəzinə daha da çıxılmaz duruma salacaq və mülki hüquq münasibətlərinin subyekti kimi Cavabdeh2 mənzilə vicdanlı olaraq tam sahiblənməsi xüsusatını diqqətə almayacaqdır. Hüquqi baxımdan İddiaçı xx.xx.2017- ci il tarixli etibarlı müqaviləsi mövcuddur. Sözügedən müqavilənin etibarsızlığı xüsusatı sübutetmə yükünün cav abdehlərin üzərində olmasına baxmayaraq sübuta yetirilməmişdir. Eyni zamanda mənzilin özəlləşdirilməsi zamanı müvafiq dövlət orqanları tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən olunmamış və Cavabdeh2 vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəf də sözügedən mənzilə münasibətdə Cavabdeh2 vicdanlı alıcı olmamasını sübuta yetirilə bilməmişdir.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 425.1, 427.3, 442, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri d) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (Vəkil4) kassasiya şikayət i verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir və əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsinin mövqeyinə əsasən, Cavabdeh2 münasibətdə onun mənzillə bağlı hüquqlarının həyata keçirilməsinin hüquqi təminatı artıq tükənmişdir. Amma bu belə deyil. Qanunvericilik cinayət mühakimə icraatında zərər çəkmiş şəxsin qanunla qorunan pozulmuş hüquqlarının müdafiəsi mexanizmini və həmin mexanizmin imperativ xarakterli olduğunu təsbit etmişdir. Məlum olmayan səbəbdən İddiaçı mənzilin ilk alıcısı və potensial mülkiyyətçisi olaraq təqdim etdiyi sübutla ra əhəmiyyət vermədən Cavabdeh2 adına ayrı-ayrı vaxtlarda "xxxx" MMC tərəfindən tərtib edilmiş müqavilələri mötəbər sübut kimi qəbul etməsi iddiaçının Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüquqlarının pozulması və məhkəmə müdafiəsinin təmin edilməməsinə rəvac vermişdir ki, bu da, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası tərəfindən işə düzgün hüquqi qiymət verilməsinə zəmin yaratmışdır.

33. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 24, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385.2, 560.1, 560.3-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülk i Məcəlləsi

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

38. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavil ələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

39. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

40. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. A zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir.

47. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mübahisəli mənzilə dair İddiaçıla 2017-ci ildə müqavil ə bağlansa da, həmin yaşayış sahəsi 2019-cu ildə bağlanmış müqavilə əsasında Cavabdeh2 sahibliyinə verildiyinə və sonuncu tərəfindən təmir edildiyinə görə yaşayış sahəsi üzərində onun üstün hüquqları əmələ gəlmişdir. Belə olan halda, İddiaçı iddia tələblərinin təmin olunması üçün qanuni əsaslar mövcud deyil.

50. Belə ki, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvv əl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (§ 39-40).

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

52. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən hallar ın əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiya sı Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6044/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar