Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-143/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: iddianın yolverilənliyi (mümkünlüyü), iddianın predmeti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “özgəsinin qanunsuz sahibliyindən pul vəsaitlərinin geri tələb edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4064/2023 nömrəli iş üzrə 07 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasi ya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-307/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilmiş, X2 98256 ABŞ dolları əsas kredit, 31496,64 ABŞ dolları faiz olmaqla, cəmi 129752,64 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsindəki 38B saylı evin 40 saylı mənzilinə və Niyazov Qüdrət Ziyatxan oğluna məxsus Bakı şəhəri Nərimanov rayonu X13 prospektindəki 120/23 saylı evin 18 saylı mənzilinə yönəldilməsi, mənzil boşaldılaraq açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 129752,64 AB Ş dolları "xxxx" ASC-nin hesabına ödənilməsi, qalan məbləğ İddiaçı və Niyazov Qüdrət Ziyatxan oğluna verilməsi, X2 91060 ABŞ dolları əsas kredit, 28717,49 ABŞ dolları faiz olmaqla, cəmi 119777,49 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin X3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsindəki 47A saylı evin 13 saylı mənzilinə yönəldilməsi, mənzil boşaldılaraq açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 119777,49 ABŞ dolları "xxxx" ASC-nin hesabına ödənilməsi, qalan məbləğin X3 verilməsi, X2 52788 ABŞ dolları əsas kredit, 15145,99 ABŞ dolları faiz olmaqla, cəmi 67933,99 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" ASC-yə ödənilməsi, X2 37000 ABŞ dolları əsas kredit, 10629,25 ABŞ dolları faiz olmaqla, cəmi 47629,25 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələb X8ma məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir cüt brilliant sırğaya (9 qram qızıl, 14 ədəd daş, 20 karat) yönəldilməsi, bir cüt sırğa açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 47629,25 ABŞ dolları "xxxx" ASC-nin hesabına ödənilməsi, qalan məbləğin X6 verilməsi, X2 37890 ABŞ dolları əsas kredit, 10682,58 ABŞ dolları faiz olmaqla, cəmi 48572,58 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələb X6 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç cərgə nişan üzüyə, bir ədəd sapfirlə sırğaya, bir ədəd tək qaş sırğaya, bir ədəd «Şahzadə» sırğaya, bir ədəd üzüyə mirvari ilə 4,5 karatlıq sırğaya və «zaponki»yə yönəldilməsi, qızıl-zinət əşyaları açıq hərrac yolu ilə satılm aqla əldə olunan vəsatin 48572,58 ABŞ dolları "xxxx" ASC-nin hesabına ödənilməsi, qalan məbləğin X6 verilsməsi, X2 46505 ABŞ dolları əsas kredit, 14716.03 ABŞ dolları faiz olmaqla, cəmi 61221,03 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələb X6 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş 31,1 qram çəkisi olan bir ədəd qolbağa, 5,86 krat brilliant sırğalara, bir ədəd «Ürək» kulonu, bir ədəd dörd qaşdan ibarət «Dorojka» sırğasına, bir ədəd beş qaşdan ibarət «Dorojka» üzüyə, bir ədəd «Slezka» üzük, mirvari kulon məmulatlarına, bir ədəd «Gül» manterovka brillianta, bir ədəd brilliant aqat kulona, bir cüt sapfir sırğaya mirvari ilə, bir ədəd qara mirvari dəstinə və bir ədəd onisdən brilliant dəstinə yönəldilməsi, qızıl-zinət əşyaları açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 61221,03 ABŞ dolları "xxxx" ASC-nin hesabına ödənilməsi, qalan məbləğin X6 verilməsi, X2 49475 ABŞ dolları əsas kredit, 14847,71 ABŞ dolları faiz olmaqla, cəmi 64322,71 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələb X6 məxsus olan "xxxx" ASCnin Səbail filialına saxlanca verilmiş bir ədəd 9,5 karat brilliant qolbağa, bir ədəd brilliant dəstinə, bir ədəd mirvari üzüyə, bir ədəd sapfirlə üzüyə, bir ədəd təkqaş üzüyə, bir ədəd 5,13 karat kulona, 3,04 karat boyunbağı və sırğalara, 4,96 karat kulon və sırğalara yönəldilməsi, qızıl-zinət əşyaları açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 64322,71 ABŞ dolları "xxxx" ASC-nin hesabına ödənilməsi, qalan məbləğin X6 verilməsi, X2 28823 ABŞ dolları əsas kredit, 7302,75 ABŞ dolları faiz ol maqla, cəmi 36125,75 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb X6 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç qaşlı «Gül» üzüyə 4,31 karat, bir ədəd çəhrayı qızılla brilliant üzüyə 3 karat, bir cüt sırğa firuzə ilə, bir ədəd «Ürək» brilliant üzüyə 3 karat, bir cüt «Oval» brilliant sırğalara 2 karat, Rusiya istehsalı asma sırğalara və bir cüt qara brilliantla «Banlik» sırğalara yönəldilməsi, qızıl- zinət əşyaları açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 36125,75 ABŞ dolları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, qalan məbləğin X6 verilməsi, X2 iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat və tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsinə dair bildirişlərin qeydə alınması ilə ba ğlı ödənilmiş 90 manat olmaqla 110 manat məbləğində vəsait tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qəot olunmuş, iddia qalan hissədə rədd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(005)-307/2012-ci il tarixli qətnaməsindən həmin iş üzrə cavabdehlər X7 və İddiaçı və digər cavabdehlər apellyasiya şikayəti vermişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-1543/2017 saylı qətnaməsi ilə tərəflərin verdiyi apellyasiya şikayətləri qismən təmin edilmiş, həmin qətnamə isə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-4781/2018 saylı qərarı ilə ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-38/2021 saylı qətnaməsi ilə qət edilmişdir ki, cavabdehlər X7, İddiaçı, Niyazov Qüdrət Ziyatxan oğlu və X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2012-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin cavabdeh X6 və digərlərinə qarşı kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia qismən təmin edilsin. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialı ilə X7 arasında bağlanmış, 632 saylı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 19425,78 ABŞ dolları borc, 55 saylı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 98256 ABŞ dolları, 1245 A saylı 13.11. 2007-ci il tarixli kredit müqaviləsi üzrə 39568,20 ABŞ dolları, 144 A saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzr ə 37000 ABŞ dolları borc X2 tutulub "xxxx" ASC-yə ödənilsin, tutma X6 məxsus və girov kimi "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir cüt brilyant sırğaya (9 qram qızıl, 14 ədəd daş, 20 karat) yönəldilsin; 319 A saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 37890 ABŞ dolları borc X2 tutulub "xxxx" ASC-yə ödənilsin, tutma X6 məxsus və girov kimi "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç cərgə nişan üzüyü, bir ədəd sapfirlə sırğaya, bir ədəd tək qaş sırğaya, bir ədəd “Şahzadə” sırğaya, bir ədəd üzüyə mirvari ilə 4,5 karatlıq sırğaya və "zaponki”yə yönəldilsin · 723 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 46505 ABŞ dolları borc X2 tutulub "xxxx" ASC-yə ödənilsin, tutma X6 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş 31,1 qr am çəkisi olan bir ədəd qolbağa, 5,86 karat brilyant sırğalara, bir ədəd “Ürək” kulonu, bir ədəd dörd qaşdan ibarət “Dorojka” sırğasına, bir ədəd beş qaşdan ibarət “Dorojka” üzüyə, bir ədəd “Slezka” üzük, mirvari kulon məmulatlarına, bir ədəd “Gül” manterovka brilyanta, bir ədəd brilyant aqat kulona, bir cüt sapfir sırğaya mirvari ilə, bir ədəd qara mirvari dəstinə və bir ədəd oniksdən brilyant dəstinə yönəldilsin; · 746 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 49475 ABŞ dolları borc X2 tutulub "xxxx" ASC-yə ödənilsin, tutma X6 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd 9,5 karat brilyant qolbağa, bir ədəd brilyant dəstinə, bir ədəd mirvari üzüyə, bir ədəd sapfirlə üzüyə, bir ədəd təkqaş üzüyə, bir ədəd 5,13 karat kulona, 3,04 karat boyunbağı və sır ğalara, 4,96 karat kulon və sırğalara yönəldilsin; 47 saylı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 22,436,84 ABŞ dolları borc X2 tutulub "xxxx" ASC-yə ödənilsin, tutma X6 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç qaşlı “Gül” üzüyə 4,31 karat, bir ədəd çəhrayı qızılla brilyant üzüyə 3 karat, bir cüt sırğaya firuzə ilə, bir ədəd “Ürək” brilyant üzüyə 3 karat, bir cüt “Oval” brilyant sırğalara 2 karat, Rusiya istehsalı asma sırğalara və bir cüt qara brilyantla “Bantik” sırğalara yönəldilsin. Qalan hissədə iddia tələbi rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(103)-38/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC və cavabdehlər X7, İddiaçı və digər cavabdehlər ayrı-ayrılıqda kassasiya şikayətləri vermişdi.
4. Azərbaycan Res publikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-298/2022 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-38/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin qanunsuz sahibliyində qalmış 312509 ABŞ dolları və 210636 manatın, həmçinin həmin məbləğlərin qanunsuz saxlanması müddəti üçün hesablanmış 457295 ABŞ dolları və 323730 manat faiz məbləğinin, cəmi 769804 ABŞ dollarının və 534366 manatın "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və X5 birgə nikahda olduğu dövrdə sonuncu tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı kreditlər götürülmüş, həmin kreditlərin təminatı olaraq müxtəlif əmlaklar, o cümlədən külli miqdar dəyəri olan qızıl-zinət əşyaları bankın saxlanc girovuna verilmişdir. İddiaçı tərəfindən X5 adına olan kreditlər üzrə banka müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə 182 qəbzlə cəmi 914973,68 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Kreditin qaytarılması ilə bağlı yaranmış mübahisə üzrə məhkəmə qərarları qəbul edilmiş, iş Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-298/2022 saylı qərarının qəbul edilməsi ilə yekunlaşmışdır. X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 44 saylı Notariat ofisi tərə findən verilmiş 30 avqust 2022-ci il tarixli, 538 nömrəli arayışa əsasən, mərhum X5 qanun üzrə birinci növbədə vərəsəsi -İddiaçı mirası xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. "xxxx" ASC ilə miras qoyan X7 arasında bağlanmış kredit müqavilələrinin təminatı olaraq Lalə Niyazova müxtəlif növdə ləl-cavahirat (qızıl-zinət) məmulatlarını girov qoymuş və iki ədəd mənzil ipoeka yüklü edilmişdir. Sonradan həmin müqavilələrin icrası ilə bağlı tərəflər arasında mübahisə yaranmış və Bank tərəfindən X6, İddiaçı və qeyrilərinə qarşı iddia qaldırılaraq kredit müqaviləsi üzrə məhkəmə iddia qaldırılmış və yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Lalə Niyazovanın borcları ilə bağlı İddiaçı tərəfindən "xxxx" ASC-yə 182 qəbzlə cəmi 914973,68 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Lakin Bank kredit tələbinə dair iddia üzrə məhkəmə işlərində göstərilən qəbzlərdən 110 ədədi barədə məlumat verməmiş, iddia tələbinin formalaşdırılmasında həmin qəbzlər üzrə ödənilmiş məbləğlər göstərilməmişdi. Ümumiyyətlə 110 ədəd ödəniş qəbzləri məhkəmə baxışı zamanı tədqiq edilməmiş, həmin məbləğlərin bank tərəfindən hansı istiqamətə yönəldilməsi araşdırılmamışdı. Bundan əlavə, mülki iş üzrə təyin edilmiş xx.xx.2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən də görünür ki, qeyd edilən qəbzlər ekspertizaya təqdim edilməmiş, ekspert rəyi yalnız Bankın təqdim etdiyi hesabdan çıxarışları (hansı ki, həmin çıxarışlar da 110 ədəd qəbzlə ödənilmiş məbləğləri nəzərə almamışdı) və qəbzləri əsas götürməklə rəy vermiş, məhkəmə qərarları da həmin ekspertiza rəyi əsas götürülməklə çıxarılmışdır. İddiaçı tərəfindən qeyd edilən110 ədəd qəbzlə ödənilmiş 312509 ABŞ dolları və 210636 manatın Bank tərəfindən hansı hesaba (hesablara) mədaxil edilməsi, hansı sənədlərdə nəzərə alması qeyri-müəyyən olaraq qalır. Göründüyü kimi, 110 ədəd mədaxil qəbzi üzrə alınmış vəsaitlərin bankda sadəcə “yoxa çıxması” mümkün deyil və həmin qəbzlərlə banka mədaxil edilmiş məbləğlər mədaxil qəbzi müştəriyə verildiyi andan bankın nəzarətinə keçir. Belə olan halda, 110 ədəd mədaxil qəbzi ilə banka ödənilmiş 312509 ABŞ dolları və 210636 manatın aqibətini sübut etmək vəzifəsi cavabdeh Bankın üzərinə düşür. Bank tərəfindən 110 ədəd mədaxil qəbzi ilə qəbul edilmiş 312509 ABŞ dolları və 210636 manatın ssuda hesabına mədaxil edilmədiyi aşkardır. Əks təqdirdə bankın iddiası ilə bağlı iddia tələbləri formalaşdırıla rkən həmin qəbzlərlə ödənilmiş məbləğlər nəzərə alınmış olardı. Lakin, yuxarıda da qeyd edildiyi kimi, bank ssuda hesabından çıxarışları təqdim edərkən həmin məbləğlər barədə hər hansı məlumat verilməmiş, borc və faiz məbləğləri hesablanarkən nəzərə alınmamışdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh bank tərəfindən müştəriyə açılmış hesaba (ssuda hesabına) pul vəsaitlərinin mədaxil edilməsinə dair müştərinin sərəncamını yerinə yetirməmiş, mədaxil edilmiş pul vəsaitlərini həmin hesaba salmamış, bununla da Mülki Məcəllənin 954.1-ci maddəsinin tələblərini pozmaqla yanaşı, müştərinin mülkiyyətini təşkiledən pul vəsaitlərini mənimsəmişdir. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı iddia üzrə iddia tələbinin əsası kimi çıxış edən 110 ədəd mədaxil qəbzləri Bankın əvvəlki mübahisə üzrə iddia t ələbi formalaşdırılarkən nəzərə alınmamış, işə məhkəmədə baxılan zaman məhkəmənin araşdırdığı və qiymət verdiyi faktlar sırasında olmamış, həmin iş üzrə məhkəmənin təyin etdiyi mühasibatlıq ekspertizasına da bu məlumatlar və sənədlər təqdim edilməmişdir. Qeyd edilən hal həm məhkəmə aktlarından, həm də ekspertiza rəyindən də aydın görünür. Belə ki, Bankın həmin iş üzrə iddiasına baxılan zaman alınmış ekspertiza rəyində tədqiq olunan cəmi 72 ədəd mədaxil qəbzləri ödənilmiş məbləğlərin hər biri ayrı-ayrılıqda, mədaxil qəbzlərinin tarixləri və hər bir qəbz üzrə ödənilmiş məbləğlər göstərilməklə cədvəl şəklində qeyd olunmuş, yalnız həmin 72 ədəd mədaxil qəbzləri nəzərə alınmaqla ekspert rəyi tərtib olunmuş, işə baxan məhkəmə də həmin rəy əsasında qətnamə qəbul etmişdir. Belə olan halda 110 ədəd mədaxil qəbzləri ilə cavabdehə verilmiş pul vəsaitlərinin ödənilməsi faktına dair sübutların Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin təsir dairəsinə düşmədiyi aşkardır. Yuxarıda qeyd edilən məhkəmə qərarları hazırkı iddia tələblərinin əsaslandığı faktlara münasibətdə preyudisial hesab edilə bilməz. İddia tələbləri iddia ərizəsinin İİ bölməsində də qeyd edildiyi kimi, mərhum X5 (həmçinin, sağlığında birgə nikah dövründə əldə edilmiş əmlak və hazırda yeganə vərəsəsi kimi İddiaçı) mülkiyyətini təşkil edən və hazırki iş üzrə cavabdeh Banka 110 ədəd qəbzlə ödənilmiş 312509 ABŞ dolları və 210636 manat hələ də Bankın qanunsuz sahibliyində saxlanqılmaqdadır. Həmin məbləğlərin Bank tərəfindən hansı hesaba (hesablara) mədaxil edilməsi, hansı sənədlərdə nəzərə alması qeyri-müəyyən olaraq qalm ışdır. Başqa sözlə, Bank həmin vəsaitlərdən hal-hazıra kimi qanunsuz istifadə etməkdədir. Qeyd edilən səbəbdən Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə uyğun olaraq, 587623 ABŞ dolları iddiaçıya qaytarılmalı, cavabdehin həmin pul vəsaitlərindən istifadə etdiyi bütün müddət üçün Mülki Məcəllənin 439.3 və 449.1-ci maddələrinə əsasən, Mərkəzi Bankın uçot faiz dərəcəsi (hazırda 8%-dir) üstəgəl 2 faiz bəndi nəzərə alınmaqla gecikdirilmiş müddət üçün illik 10% ödəməlidir. Hər bir qəbz üzrə ödənilmiş məbləğlərə ayrı-ayrılıqda ödəniş tarixi nəzərə alınmaqla hesablanmış faizlərin məbləği 457.295 ABŞ dolları və 323730 manat təşkil edir.
7. Cavabdeh "xxxx" ASC “iddia müddətinin tətbiq olunması”na dair ərizə təqdim edərək göstərmişdir ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. "xxxx" ASC ilə X7 arasında aşağıda qeyd edilən kredit müqavilələri imzalanmışdır. 1) 75000 ABŞ dolları verilməsinə dair 05 iyun 2007-ci il tarixli 632 saylı kredit müqaviləsi, 2) 150000 ABŞ dolları verilməsinə dair 07 noyabr 2007-ci il tarixli 55 saylı kredit müqaviləsi, 3) 55000 ABŞ dolları verilməsinə dair 13 noyabr 2007-ci il tarixli 1245 A saylı kredit müqaviləsi; 4) 90000 ABŞ dolları verilməsinə dair 26 fevral 2008-ci il tarixli 144 A saylı kredit müqaviləsi; 5) 50000 ABŞ dolları verilməsinə dair 29 mart 2008-ci il tarixli 319A saylı kredit müqaviləsi; 6) 70000 ABŞ dolları verilməsinə dair 24 iyul 2008-ci il tarixli 723 saylı kredit müqaviləsi; 7) 56600 ABŞ dolları verilməsinə dair 08 avqust 2008-ci il tarixli 746 saylı kredit müqaviləsi və 8) 27000 ABŞ dolları verilməsinə dair 20 may 2009-cu il tarixli 47 saylı kredit müqaviləsi. Müqavilələrin tarixlərinə baxılsa, görünür ki, müqavilələr 2007-2009-cu il tarixlərinə aiddir və iddiaçı hazırda məhz adları çəkilən kredit müqavilələri üzrə Banka olan borc məbləğlərinin düzgün hesablanmaması səbəbindən belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sözügedən müqavilələr üzrə 2007-2009-cu illər ərzində Banka aylıq olaraq ödənişlər edərkən artıq Bank tərəfindən onun həmin müqavilələr üzrə qalıq borc məbləğinin düzgün hesablanmadığını bilirdi və bilməli idi. Lakin, buna baxmayaraq iddiaçı sözügedən müqavilələrin bağlanmasından müvafiq olaraq 1 3-15 il keçdikdən sonra hazırda belə bir tələblə məhkəməyə müraciət etmiş və borc məbləğlərinin düzgün hesablanmadığını iddia etmişdir. Bu da iddiaçı tərəfindən iddia müddətinin kobud şəkildə pozulmasını söyləməyə əsas verir. Qeyd edildiyi kimi iddiaçı ilə Bank arasında müqavilələr 2007-2009-cu il tarix aralığına aiddir və iddiaçı həmin müqavilələr üzrə qeyd edilən aralıqlarda ödənişləri həyata keçirərkən artıq hüququnun pozulduğunu bilirdi və bilməli idi. İndi isə iddiaçının hüququnun pozulduğundan sözügedən tarixlərdə deyil, Bank tərəfindən ona bu müqavilələr üzrə borcun qaytarılmaması səbəbi ilə iddia qaldırması zamanı xəbərdar olduğunu fərz edilsin. İddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı "kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutu lması, tələblərin ipoteka və girov predmetlərinə yönəldilməsi, ipoteka və girov predmetiərinin açıq-hərracda satılması, mənzillərin boşaldılması və çəkilmiş məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixli qətnamə qəbul olunmuş və qətnamədə cavabdehlərin qeyd olunan müqavilələr üzrə Banka olan borcu öz təsdiqini tapmışdır. Bu da o deməkdir ki, Bankın iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin dəqiq tarixi bilinməsə belə, cavabdehlər ən azından sözügedən xx.xx.2012-ci il tarixli qətnamənin qəbul olunması zamanı Banka olan borclarının nəticə etibarilə hesablanmış olduğu barədə artıq məlumatlı olmuşlar. Artıq bu fakt da onu deməyə əsas verir ki, hazırki iş üzrə iddiaçı öz hüquqlarının pozulmas ı ilə bağlı ümumi iddia müddətinə əsasən xx.xx.2022-ci il tarixədək məhkəməyə müraciət etməli idi. Lakin, materiallarından da məhkəməyə məlum olduğu kimi iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu da iddiaçı tərəfindən iddia müddətinin kobud şəkildə pozulmasını söyləməyə əsas verir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-609/2023 saylı 27 mart 2023cü il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci, MPM-nin 82.3, 14.2, 76.1, 76.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 16.1ci bəndinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apel lyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləçinin 157.2 və 954-cü, Mülki Prosessual Məcəllənin 76, 81, 82.3 və 217-ci maddələrinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 21 noyabr 2005-ci il tarixdə 3201 saylı hüquqi akt kimi dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikasının Mərkəzi X11 tərəfindən 07 noyabr 2005-ci il tarixdə (protokol № 33) təsdiq edilmiş “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları"na istinadən qeyd edilmişdir ki, İddiaçı və X5 birgə nikahda olduğu dövrdə sonuncu tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçiril məsi ilə bağlı kreditlər götürülmüş, həmin kreditlərin təminatı olaraq müxtəlif əmlaklar, o cümlədən külli miqdar dəyəri olan qızıl-zinət əşyaları bankın saxlanc girovuna verilmişdir. İddiaçı tərəfindən X5 adına olan kreditlər üzrə banka müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə 182 qəbzlə cəmi 914 973,68 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Kreditin qaytarılması ilə bağlı yaranmış mübahisə üzrə məhkəmə qərarları qəbul edilmiş, Həmin mülki iş üzrə "xxxx" ASC-nin iddia tələbinə hazırkı iş üzrə iddiaçı tərəfindən 110 ədəd qəbzlə ödənilmiş 312509 ABŞ dolları və 210636 manatı yuxarıda qeyd edilən iddia üzrə məhkəmə baxışının predmeti olmamış, "xxxx" ASC-nin də iddia ərizəsində bu barədə heç bir açıqlama verilməmiş, həmin məbləğlərin Bank tərəfindən hansı hesaba (hesablara) mədaxil edilmə si, hansı sənədlərdə nəzərə alması qeyri-müəyyən olaraq qalır. Hazırkı iş üzrə iddianı təmin etməyən məhkəmə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etməklə kifayətlənmiş, həmin maddənin tətbiqi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarını və qərarda ifadə etdiyi hüquqi mövqeləri nəzərə almamışdır. Sübut etməyə ehtiyac yoxdur ki, mülkiyyət üzərində sərəncam verilməsi mütləq müəyyən hüquqi və faktiki nəticələrə (məsələn, borcun ödənilməsinə silinməklə, borclunun öhdəliyinin azalmasına və ya xitam verilməsinə, yaxud texniki səhv nəticəsinə başqa hesaba köçürülməsinə və s.) səbəb olmalı idi. Göründüyü kimi, iddiaçının mülkiyyətini təşkil edən 312509 ABŞ dolları və 210636 manat cavabdeh Banka veriləndən sonra, iddiaçının borcunun ödənilməsinə yönəlməmiş, Ban kda naməlum hesaba mədaxil edilməklə ötən bütün müddət ərzində bankın qanunsuz sahibliyində qalmaqdadır. Göründüyü kimi, 110 ədəd mədaxil qəbzi üzrə alınmış vəsaitlərin bankda sadəcə “yoxa çıxması” mümkün deyil və həmin qəbzlərlə banka mədaxil edilmiş məbləğlər mədaxil qəbzi müştəriyə verildiyi andan bankın nəzarətinə keçir. İş materiallarından da göründüyü kimi, iddiaçı özünün iddia tələblərini təsdiq edən 110 ədəd kassa-mədaxil qəbzlərinin əsillərini təqdim etmişdir və həmin qəbzlərin Mülki Prosessual Məcəllənin istinad edilən normasına görə “sübut” hesab edildiyi müzakirə mövzusu deyil. Digər tərəfdən, həmin sübutlar iddiaçının tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olduğu üçün məhkəmə tərəfindən qəbul edilməli və araşdırmalı olan sübutlara aiddir. Halbuki, Azərbaycan R espublikasının Ədliyyə Nazirliyində 21 noyabr 2005-ci il tarixdə 3201 saylı hüquqi akt kimi dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikasının Mərkəzi X11 tərəfindən 07 noyabr 2005-ci il tarixdə (protokol № 33) təsdiq edilmiş “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları"-nın 10.19 və 10.20-ci bəndlərinə əsasən, pul vəsaitlərinin Bank tərəfindən qəbul edilməsinə dair kassa-mədaxil qəbzləri verilmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 81- ci maddəsinin tələblərinə cavab verir. Belə olan halda, normativ hüquqi akta (hazırkı halda “Qaydalar’a) əsasən sübutetmə vasitəsi olan 110 ədəd kassa mədaxil qəbzlərinin iddiaçı tərəfindən təqdim edilməsi nəzərə alınmaqla, həmin pul vəsaitlərinin sonrakı müqəddəratı (cavabdehin bild irdiyinə görə, guya kredit hesabına silinməsi) barədə sübutları cavabdeh Bank təqdim etməli olsa da, belə sübut təqdim edə bilməmişdir. Halbuki, bunun əksini, yəni, həmin pulların kredit borcunun ödənilməsinə silinmədiyini və ümumiyyətlə, nə bankın iddia tələbinin formalaşdırılması ərizəsinin form təsdiq edən sübutlar (məhkəmə-mühasibatlıq ekspertizasının rəyi və həmin rəyə istinad etməklə çıxarılmış, qanuni qüvvədə olan məhkəmə qətnaməsi) iş materiallarında var. Belə olan halda məhkəmənin qətnamədə gəldiyi nəticənin tamamilə əsassız olduğu və iş materiallarında olan sübutlarla ziddiyyət təşkil etdiyi aşkardır. Birinci instansiya məhkəməsi iddianı rədd etmək üçün yeganə əsas kimi Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edərək qətnamədə belə əsaslandırma vermişdir ki: “..Göstə rilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən tələblər üzrə məhkəmə mübahisəsi olmuş, hazırki tələblər ilə bağlı yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022- ci il tarixli, 2(102)-298/2022 saylı Qərarı qəbul edilmişdir". Lakin birinci instansiya məhkəməsi belə “əsaslandırma” verərkən həmin normanın şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarının nəticə hissəsini və həmin qərardakı hüquqi mövqeyini nəzərə almamışdır. Halbuki, iddia ərizəsində də 110 ədəd mədaxil qəbzləri ilə cavabdehə verilmiş pul vəsaitlərinin ödənilməsi faktına dair sübutların hazırkı iş üzrə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin təsir dairəsinə düşmədiyinə dair kifayət qədər əsaslandırma verilmişdi. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının tələbinin əsası kimi istinad etdiyi 110 ədəd qəbzlə ödənilmiş məbləğlərin müqəddəratı əvvəlki (qanuni qüvvəyə minmiş qətnamə ilə yekunlaşmış mübahisə üzrə) məhkəmə baxışının predmeti olmamış, həmin qəbzlər araşdırılmamış, qiymətləndirilməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin iddianı rədd etmək üçün tətbiq etdiyi yeganə prosessual hüquq norması düzgün tətbiq edilmədiyi aşkardır. Hazırkı işdə məhkəmənin tətbiq etdiyi yeganə prosessual hüquq norması - Mülki Prosessual Məcəllənin 82.3- cü maddəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin maddənin şərhi ilə bağlı qəbul etdiyi qərara və hüquqi mövqeyinə zidd olmuşdur. başqa sözlə desək, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri pozulmuşdur və bu səbəbdən həmin qətnamə qanuni və əsaslı hesab edilə bilməz və həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə ləğv edilməlidir. Hazırkı işdə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan fakt - iddiaçının iddia tələblərinin əsası kimi onun cavabdeh Banka 110 ədəd qəbzlə ödədiyi 312509 ABŞ dolları və 210 636 manatının əvvəlki məhkəmə baxışının predmeti olmadığı, həmin qəbzlərlə ödənilmiş məbləğlərin əvvəlki işdə nə Bankın iddia tələblərinin formalaşdırılması, nə də həmin iş üzrə cavabdehdən (hazırkı iş üzrə iddiaçıdan) tutulmalı olan məbləğin müəyyə n edilməsi zamanı əsas götürülən ekspertiza tədqiqatının predmeti olmadığı aydınlaşdırılmamış, belə pozuntu öz növbəsində hazırkı iş üzrə əsassız və qanunsuz, prosessual normanın kobud surətdə pozulması ilə müşayiət olunan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4064/2023 nömrəli iş üzrə 07 avqust 2023-cü il tarixli qətnaməsi ilə (F.Talışinski (sədrliyi və məruzəsi ilə), hakimlər M.Məmmədov və A.İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-609/2023 saylı 27 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 269-321, 324, 425.1, 560 və 739-cu, Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 78, 80-82, 88, 1 06.2, 119, 217.4, 236-1, 385-390-cı maddələrinə istinad edərək göstərmişdir ki, hazırki iş üzrə iddiaçı bankın məhkəməyə müraciəti əsasında baxılmış əvvəlki iş üzrə araşdırma predmeti olmuş borc məbləğinin düzgün hesablanmadığını və 110 ədəd qəbzin nəzərə alınmadığını mübahisələndirir. İddia tərəfi qeyd edir ki, qeyd edilən qəbzlər digər iş üzrə bildirilsə də, araşdırma predmeti olmamışdır, cavabdeh tərəfindən vəzifəsinə rəğmən təqdim edilməmiş və özləri tərəfindən sonradan əldə edilmişdir. Diqqətə çatdırılmalıdır ki, qanunvericilik hər hansı bir iş üzrə araşdırma predmeti olmamış sübutları deyil, tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzliyini müəyyən edir. Hazırki iş üzrə dəlillər digər işin dəlilləri kimi (Azərbaycan Respublika sı Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-298/2022 saylı Qərarı) müzakirəyə təqdim edilmişdir. Qeyd edilən qəbzlər isə tərəflər arasında kredit münasibətlərindən irəli gələn və borcu müəyyən edən faktların araşdırma predmetinə aid olsa da, bu münasibətlərin (faktların) özü deyil, sübutedici ünsürlərindən biridir ki, bu ünsür digər iş (iddia və ona olan etiraz) üzrə sübutlara və sübutetmə vəzifəsinə aiddir. Digər iş üzrə tərəflərin sübutetmə vəzifələrinə aid qanuni qüvvəsini almış məhkəmələr tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə artıq qiymət verildiyindən (verilməli olduğundan), bu hüquq münasibətlərinə yenidən baxılması yalnız yeni açılmış hallar üzrə əlavə kassasiya qaydasında mümkündür. Əks halda bu hüquq və vəzifələrdən (dispozitiv imk andan və diskresion səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi qiymətləndirilə bilər.
14. Hazırki iş üzrə, araşdırmanın ilkin vəzifəsi və baxılmasına əsas isə bu qəbzlərin digər iş üzrə müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə aidiyyətinin müəyyən edilməsidir ki, bu halı hər iki tərəf təsdiq edir və mübahisələndirmir. Ona görə, işin araşdırılması üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsinə, o cümlədən ekspertizanın keçirilməsinə zərurət qalmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellya siya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edildiyini qeyd etməklə, həmçinin iddianın rədd edilməsi üçün əsas kimi prosessual normaya istinad etməklə kifayətlənmişdir. Halbuki, hazırkı işdə iddiaçının pul vəsaitlərinin “mülkiyyət” olduğu mübahisə mövzusu ola bilməz və Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbləri də nəzərə alınmaqla, iddiaçının həmin pul vəsaitləri üzərində dövlət tərəfindən tanınan və qorunan sahiblik, istifadə və sərəncam hüquqları var. Hazırkı işdə iddiaçının 110 qəbzlə "xxxx" ASC-yə verdiyi 312509 ABŞ dollarının və 210636 manatın sonrakı taleyi barədə həmin pulları qəbul edərək, hər ödənilən məbləğə dair kassa mədaxil orderi vermiş cavabdeh "xxxx" ASC heç bir izah verə bilməmişdir. Başqa sözlə, həmin pulların sonrak ı müqəddəratını bilməli olan və bu barədə müvafiq sübutları təqdim etməli olan Bank hazırkı iddiaya qarşı heç bir ağlabatan dəlil irəli sürə bilməmişdir. Halbuki, iş materiallarından da aydın görünür ki, ABB” ASC-nin iddiası ilə bağlı iddia tələbləri formalaşdırılarkən həmin qəbzlərlə (110 ədəd qəbzlə) ödənilmiş məbləğlər nəzərə alınmamış, hətta həmin iş üzrə cavabdeh qismində çıxış edən hazırkı iş üzrə iddiaçının Banka borcu qaldığını müəyyən ekspertiza da yalnız 72 ədəd qəbz üzrə hesablama aparmışdır (cəmi 182 ədəd qəbzdən, hazırkı işdə istinad edilən 110 qəbz nəzərə alınmadan). Göründüyü kimi, İddiaçının mülkiyyətini təşkil edən 312 509 ABŞ dolları və 210 636 manat cavabdeh Banka veriləndən sonra, iddiaçının borcunun ödənilməsinə yönəlməmiş, Bankda naməlum hesaba mədaxil edilməklə ötən bütün müddət ərzində bankın qanunsuz sahibliyində qalmaqdadır. Apellyasiya Məhkəməsinin tətbiq etməli olduğu, lakin tətbiq etmədiyi maddi hüquq normasının (Mülki Məcəllənin 954-cü maddəsinin) tələblərindən də göründüyü kimi, Bank müştəri tərəfindən ödənilən pul vəsaitlərini saxlanmaq öhdəliyi götürməklə yanaşı, həmin vəsaitlər üzərində əməliyyatları müştərinin sərəncamı ilə həyata keçirməlidir. Lakin yuxarıda da qeyd edildiyi kimi, iddiaçının cavabdeh Banka 110 ədəd qəbzlə ödədiyi 312509 ABŞ dolları və 210636 manatın sonrakı müqəddəratı barədə "xxxx" ASC məhkəməyə heç bir sübut və ya ağlabatan izah verə bilməmişdir. Göründüyü kimi, 110 ədəd mədaxil qəbzi üzrə alınmış vəsaitlərin bankda sadəcə “yoxa çıxması” mümkün deyil və həmin qəbzlərlə banka mədaxil edilmiş məbləğlər mədaxil qəbzi müştə riyə verildiyi andan bankın nəzarətinə keçir. Belə olan halda apellyasiya məhkəməsi, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilməli olan Mülki Məcəllənin 954-cü maddəsinin tətbiq edilmədiyinə, o cümlədən “Qaydaların” istinad edilən tələblərinin nəzərə alınmadığına hüquqi qiymət verməməklə, tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxmaq vəzifəsindən özünü kənarlaşdırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallar ında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
20. Maddə
60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan Haqlarının və X1 haqqında” Avropa Konvensiyası:
21. Maddə
6. Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə mü raciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
28. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə...
29. Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işi n, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.
30. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: -261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; -261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa...
31. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: -385.1.1. Ma ddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 417.1 və 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyy ət kəsb etmir.
36. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Kassasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməli, bu baxımdan iddiaçının kassasiya şikayəti qismən təmin olunmalıdır.
38. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə daxil olanadək qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-307/ 2012 nömrəli iş üzrə xx.xx.2012-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-38/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnamələri ilə "xxxx" ASC-nin cavabdehlər X7, İddiaçı və qeyrilərinə qarşı iddiası qismən təmin olunmuş, X2 bankdan aldığı kreditə görə borc məbləğinin tutulması və tutmamın girov qoyulmuş qızıl-zinət əşyalarına və ipoteka ilə yüklu edilmiş daşınmaz əmlaka yönəldilməsi qət edilmişdir. İddiaçı həmin işlər üzrə həm ipoteka qoyan, həm də kredit alan Lalə Niyazova ilə birgə mülkiyyətçi kimi cavabdeh qismində iştirak etmiş etmişdir. 39. "xxxx" ASC-nin X6 və qeyrilərinə qarşı kredit borcunun tutulması və sair tələbləri üzrə mülki işə baxılan zaman, o cümlədən kassasiya şikayətində Lalə Niyazovanın borcları ilə bağlı İddiaçı tərəfindən banka 182 qəbzlə cəmi 91497 3,68 ABŞ dolları məbləğində ödəniş edilməsi, lakin Bank tərəfindən həmin qəbzlərdən 110 ədədi üzrə ödənilmiş 563734 ABŞ dollarının nəzərə alınmaması Ümumiyyətlə 110 ədəd ödəniş qəbzləri məhkəmə baxışı zamanı tədqiq edilməmiş, həmin məbləğlərin bank tərəfindən hansı istiqamətə yönəldilməsinin araşdırılmaması barədə dəlillər irəli sürülmüş, həmin 110 ədəd ödəniş qəbzləri məhkəməyə təqdim olunmuş, hazırkı iş üzrə iddia tələblərinin əsası kimi irəli sürülmüş dəlillər əvvəlki iş üzrə iddia tələblərinə qarşı etirazın əsaslarından olmuşdur.
40. Hər iki iş üzrə tərəflər, iddianın predmeti və əsasları qismən üst-üstə düşmüş, işdə iştirak edən şəxslərin təkrarlandığı hər iki iş eyni kredit müqavilələri üzrə yaranan öhdəliklərin icrası ilə bağlı olmuşdur.
41. Nəzərə alınmalıdır ki, iddianın predmeti iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq olduğu üçün iddiaçının tələb etdiyi konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi və sairlə eyniləşdirilə bilməz. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir.
42. Həmçinin konkret işin hallarından asılı olaraq məhkəmə baxdığı bəzi tələblərə qiymət verərkən ayrıca iddia tələbi kimi ifa də edilməmiş, lakin iddianın əsasını təşkil edən məsələlər üzrə öz nəticələrini ifadə edə, hüquqi faktların mövcud olub-olmadığını müəyyən edə, hüquq və vəzifələri yaranmış və ya xitam olunmuş hesab edə bilər. Misal üçün borcun qaytarılması tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün tələbin əsasını təşkil edən etibarlı borc müqaviləsinin bağlanıb-bağlanmadığını, həmin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilib-verilmədiyini, öhdəliklərin hansı həcmdə yerinə yetirildiyini müəyyən etmək vəzifəsi daşıyır. Bu zaman tərəflər arasında bağlanmış müqavilənin etibarsız və ya əhəmiyyətsiz hesab edilməsi, öhdəliklərə xitam verilməsi üçün ayrıca iddia tələbinin irəli sürülməsi zəruri deyildir və həmin hala məhkə mə tərəfindən qiymət verilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Bu baxımdan iddianın predmeti iddia tələbi ilə tam məhdudlaşmır və irəli sürülmüş tələblə ehtiva olunan, həmin tələbə mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymət verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir.
43. Bu baxımdan əgər hər hansı məhkəmənin icraatında tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin icrasına dair mülki iş varsa iddia tələbinin həcmindən asılı olmayaraq tərəflər arasında etibarlı müqavilənin bağlanıb-bağlanmadığı və müqavilə üzrə öhdəliklərə xitam verilib-verilmədiyi, öhdəliklərin hansı həcmdə yerinə yetirildiyi barədə məsələlər həmin icraatın predmetinə daxil olduğundan bu iş üzrə cavabdehin iddiaya etirazlarını ayrıca məhkəmə icraatı qayda sında müstəqil tələb şəklində irəli sürməsi prosessual qənaət prinsipinə zidd olmaqla, MPM-in 259.0.4 və ya 261.0.2-ci maddələrinin tələbləri ilə bir araya sığmır.
44. Qeyd olunanlara baxmayaraq birinci instansiyası məhkəməsi MPM-in 259.0.4, 261.0.2, yaxud 169.3-cü maddələrinin mülki işə tətbiqi mümkünlüyünü tərəflərlə müzakirə etmədən, bununla bağlı heç bir araşdırma və hüquqi dəyərləndirmə aparmadan işə mahiyyəti üzrə baxmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 385.1.1ci maddəsinin tələbləri pozularaq həmin məhkəmə aktı dəyişdirilmədən saxlanılmışdır.
45. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4064/2023 nömrəli iş üzrə 07 avqust 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə icraata xitam veriləsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.