Məhkəmə qərarları › İş №2(102)-1431/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1431/2020

04.03.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1431/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-7530/2018, hakim K.B.Əsədov) İddiaçı cavabdehlər Cavabdeh2 Dursu n qızına, Cavabdeh1 və Bakı şəhəri 38 saylı notariat kontoruna qarşı iddiası təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilinə dair iddiaçının adından Cavabdeh1 arasında bağlanmış xx xxx 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına aparılmış qeydiyyatın və dövlət reyestrindən çıxarışın, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzilinə dair X4 ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018-ci il tarixİi bağışlama müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına aparılmış qeydiyyatın və dövlət reyestrindən çıxarışın, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzilinə dair X4 ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018-ci il t arixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına aparılmış qeydiyyatın və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, göstərilən mənzillərin əvvəlki hüquqi vəziyyətinə qaytarılması qət edilmişdir Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1525/2019, hakimlər E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev) Cavabdeh2 Dursun qızının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 Dursun qızına, Cavabdeh1 və Bakı şəhəri 38 saylı notariat kontoruna qarşı bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasını n xx xxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-4510/2019, hakimlər Ə.Ə.Əliyev, A.K.Kalbalıyev, V.Ə.İbayev) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-11641/2019, hakimlər T.S.Səmədov, İ.S,Şirinov, E.C.Kazımov) Cavabdeh2 Dursun qızının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 Dursun qızına, Cavabdeh1 və Bakı şəhəri 38 saylı notariat kontoruna qarşı bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin etibars ız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ilə Cavabdeh2 Dursun qızı xx xxxxxx 2005-ci il tarixdə rəsmi qeydiyyatdan keçməklə nikah bağlamışlar. xx xxxxxx 2006-cı il tarixli bağışlama müqaviləsinə əsasən Səfərov Rafiq Yusif oğlu Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilini oğlu İddiaçı bağışlamışdır. Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzili xx xxxxxxxx 2013-cü il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzili xx xxxxxxx 2013-cü il tarixdə Cavabdeh2 Dursun qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Səfərov X5 Respublikası Tbilisi şəhər notariusu tərəfindən təsdiq edilmiş xx xxxxxx 2014cü il tarixli etibarnamə ilə harada yerləşməsindən asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını idarə etməyi və həmin əmlaklar üzərində sərəncam verməyi Cavabdeh2 Dursun qızına etibar etmişdir. Həmin etibarnamə əsasında xx xxx 2018-ci il tarixdə Cavabdeh2 Dursun qızı Bakı şəhəri Ə.Əlizadə küçəsi 42/9 saylı evin 68 saylı mənzilini, Bakı şəhəri Parlament prospekti 6 saylı evin 14 saylı mənzilini və Bakı şəhəri Azadlıq prospekti 189 saylı evin 26 saylı mənzilini oğlu Cavabdeh1 bağışlamışdır. xx xxxx 2018-ci il tarixdə İddiaçı müraciət əsasında xx xxxxxx 2014-cü il tarixli etibarnamə ləğv edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə İddiaçı həmin bağışlama müqa vilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya məhkəməsi bağışlama müqavilələri bağlanmamışdan 4 il əvvəl iddiaçının xəstəliyi ilə bağlı Gürcüstan Respublikasının Tbilisi şəhərində olarkən keçmiş həyat yoldaşı Cavabdeh2 adına rəsmiləşdirilmiş ümumi xarakterli etibarnaməni əsas tutaraq həmin etibarnamə əsasında iddiaçıdan gizli şəkildə həyata keçirilmiş mənzil bağışlama müqavilələrini bilavasitə iddiaçının niyyəti və iradə ifadəsi əsasında bağlanmış hesab etmişdir. Apellyasiya məhkəməsində sübutların araşdırılması zamanı Zemfira Vəkilovanın mübahisələndirilən müqavilələr bağlanmamışdan 3 il 6 ay əvvəl etibarnamənin hansı zərurətdən verilməsinə, iddiaçının müqavilələri bağlanan zaman hansı səbəbdən şəxsən iştirak etməməsinə, o cümlədən Zemfira Vəkilovanın müqavilə bağlanan vaxt iddiaçının İranda olması barədə izahatı, iddiaçının isə həmin vaxt Bakı şəhərində olması barədə izahatı ilə ziddiyyət təşkil etməsinə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabde hin nümayəndəsi və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə birinci instansiya m əhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsinə dair qətnaməsi iddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, kassasiya instansiya məhkəməsi həmin qətnaməni ləğv edərək işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul etmiş, hazırda iddiaçı həmin qətnaməni kassasiya qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş üzrə kassasiya instansiyası məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, apellyasi ya instansiyasi məhkəməsinin qətnaməsinin məzmunundan göründüyü kimi işə baxan məhkəmə kollegiyası bağışlama müqavilələrinin iddiaçının iradəsi əsasında bağlanması barədə gəldiyi nəticəni iş üzrə araşdırılmış sübutlarla deyil ehtimallarla əsaslandırmış, iddia tələbinə dair Cavabdeh2 etirazlarına münasibətdə hər hansı bir araşdırma aparmamış və onun dəlillərinə, eyni zamanda Cavabdeh2 iddiaçı ilə ailə münasibətləri pozulduqdan dərhal sonra 3 il 6 ay əvvəl verilmiş etibarnamədən sui-istifadə etməklə onun iradə ifadəsinə zidd olaraq əqdləri bağlaması barədə iddiaçının dəlillərinə hüquqi qiymət verməmişdir. Beləliklə, işin göstərilən halları onu təsbit edir ki, mübahisələndirilən əqdlərin iddiaçının iradə ifadəsinə uyğun bağlanmasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla ağlabatan mühakiməyə söykənmir. İşə yenidən baxan apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi xx xxx 2018-ci il tarixli bağışlama müqavilələrinin lazımi subyektlərin arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir. İddiaçının arvadı Cavabdeh2 bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi hüdudsuz müddətə etibar etmiş, Cavabdeh2 ona verilən səlahiyyətlər çərçivəsində müvafiq müqavilələri bağlamış, müqavilələr bağlanan zaman sözügedən etibarnamə qüvvədə olmuşdur. Həmçinin bağışlama müqavilələrinin bu npv əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Əksinə, iddiaçı iza hatlarında doğma oğlu olmadığını bildirdiyi oğlunun ehtiyaclarını təmin etidyini və bundan sonra da edəcəyini göstərməklə mübahisləndirdiyi əqdlərin hər bir halda özünün iradəsinə uyğun olduğunu dolayı şəkildə etiraf etmişdir. Həmçinin, həmin müqavilələr bağlanan ərəfədə, yəni xx xxx 2018-ci il tarixdə onun, oğlu Cavabdeh1 xaricdə təhsil alması ilə əlaqədar müqavilə bağladığı və müqavilənin əsasında ödənişlər etdiyi müəyyən edilmişdir. Bütün bunlar isə, onların ata-oğul kimi çox yaxşı münasibətlərdə olduqlarını göstərməklə yanaşı, onun hər bir halda mənzillər üzərində sərəncam vermək niyyətinin olduğu mənasına gəlir. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 xx xxxxxx 2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar, eyni zamanda iddiaçı cavabdehin 2001-ci ildə doğulmuş uşağı Raminə təkrar verilmiş xx xxxxxx 2012-ci il tarixli doğum haqqında şəhadətnamədə onun atası kimi qeyd edilmişdir. xx xxxxxx 2006-cı il tarixli bağışlama müqaviləsi əsasında iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilini əldə etmiş, bundan əlavə xx xxxxxxxx 2013-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzili, xx xxxxxxx 2013-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzili Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx xxxxxx 2014-cü il tarixdəiddiaçı Cavabdeh2 Gürcüstan Respublikası Tbi lisi şəhər notariusu tərəfindən təsdiq edilmiş etibarnamə verərək, sonuncuya harada yerləşməsindən asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını idarə etməyi və həmin əmlaklar üzərində sərəncam verməyi etibar etmişdir. Həmin etibarnamə əsasında xx xxx 2018-ci il tarixdə Cavabdeh2 yuxarıda qeyd edilən hər üç mənzili oğlu və hazırki iş üzrə digər cavabdeh olan Cavabdeh1 bağışlamışdır. İddiaçı hazırda həmin müqavilələrin və onların hüquqi nəticələrinnin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsininə əqdlərin anlayışı və növlərini müəyyən edən 324-cü maddəsinin tələblərinə görə, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtəfəli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmçinin həmin maddədə gös tərilmişdir ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337-ci maddəsi ilə isə əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri göstərilmişdir. Həmin maddənin tələblərinə görə,bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Deməli, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən əsas xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən ən əsası tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Tərəflərin yalnız məqsədli şəkildə özləri üçün hüquq və vəzifələr yaratmaq niyyəti ilə əldə etdikləri razılaşmalar hüquqi qüvvəyə malik olur. Müqavilə bağlanarkən tərəflərin birinin sərbəst və könüllü iradə ifadəsinin təzahür etməməsi həmin əqdin etibalılığını istisna etməklə, həmn tərəfin tələbi əsasında əq din etibarsız hesab edilməsi üçün əsasdır. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının etibarlılığını mübahisələndirdiyi xx xxx 2018-ci il tarixli əqdlər, onun adından Cavabdeh2 xx xxxxxx 2014-cü il tarixdə verilmiş etibarnamə əsasında bağlanmışdır. Apellyasiya məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqd lər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Sadalanan normaların məzmunundan göründüyü kimi, etibarnamə əsasında hərəkət edən şəxs, yəni təmsilçi təmsil etdiyi şəxsin mənafeyinin üstünlüyü prinsipini əsas götürməklə hərəkət etməlidir, bunun əksi isə yaranmış hüquqi nət icənin etibarlılığını istisna edir. İddiaçının etibarlılığını mübahisələndirdiyi əqdlər birinin tam mülkiyyətində olduğu, digər ikisinin isə cavabdehlə bərabər birgə nikah dövründə əldə edilmiş və sonuncunun adına rəsmiləşdirilməklə birgə mülkiiyətdə olan, 3 mənzilin əvəzsiz qaydada özgəninkiləşdirilməsinə dair bağışlama müqavilələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin bağışlama müqaviləsinin məzmununu müəyyən edən 666-cı maddəsinin tələblərinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin normanın və yuxarıda sadalanan əqdin etibarlılığının əsaslarını müəyyən normaların məzmunundan göründüyü kimi, bağışlama müqaviləsinin etibarlı əqd sayılması üçün müqavilə tərəflərin və ya onların adından çıxış edən nümayəndələrin buna səlahiyyətli olması, müqavilənin tərəflərin iradə ifadələri əsasında bağlanması,yəni tərəflərin arzuladıqları nəticə ilə bağlanan əqddən yaranacaq hüquqi nəticənin üst-üstə düşməsi, hədiyyə verənin həqiqətən də əmlakını bağışlamaq, hədiyyə alanın da heç bir qeyd-şərtsiz qəbul etmək barədə könüllü iradə ifadəsi olması zəruridir. Hər iki tərəfin izahatları və işin halları ilə müəyyən edilir ki, iddiaçının cavabdeh Zemfira Vəkilovaya etibarnamə verdiyi vaxt, yəni xx xxxxxx 2014-cü il tarixdə tərəflər normal ailə münasibətlərində olmuşlar. İddiaçı cavabdehlə ailə münasibətlərinin 2018-ci ilin may ayında tamamilə kəsildiyini və xx xxxx 2018-ci il tarixdə nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etdiyini bildirir. Cavabdeh2 da polis orqanlarına verdiyi izahatında 02 ilə yaxın müddətdir ki, cavabdehlə ayrıldığını bildirmişdir. (i.v.184) Deməli, etibarnamənin tərəflərin ailə münasibətlərinin normal olduğu vaxt verilməsi, həmin münasibətlər normal davam etdiyi illər ərzində etibarnamə əsasında heç bir əqd bağlanmaması və tərəflər arasında ailə münasibətlərinə son qoyulması ərəfəsində həmin etibarnamə əsasında bağışlama müqavilələrinin bağlanması mübahisəsiz qaydada təsdiq edilir. İşin qeyd edilən halları ağlabatan mühakimə əsasında iddiaçının ona bir inin tam, digər iksinin isə birgə mülkiyyət hüququ ilə məxsus olan mənzilləri boşandığı arvadının oğlu olan, özünün də atası kimi qeyd edilən Cavabdeh1 bağışlamaq barədə könüllü iradə ifadəsinin olması barədə nəticəyə gəlməyə imkan vermir. Digər tərəfdən, iddiaçı həmin müqavilələr barədə məlumat əldə etdikdən sonra notariat orqanına müraciət edərək həmin etibarnaməni ləğv etdirmişdir. Cavabdeh2 polis orqanlarına verdiyi yuxarıda qeyd edilən izahatından da məlum olur ki, mübahisələndirilən mənzillərdən biri kirayə verilmiş və aylıq kirayə pulunu iddiaçı almışdır. Cavabdeh2 iddiaçının həmin hərəkətindən şikayət edərək həmin məbləğləri oğlunun təhsili üçün xərclədiyini bildirmişdir. İddiaçının həmin mənzilin kirayəsindən əldə edilən məbləği özü tələb etməsi bir daha təsdiq edir ki, iddiaçının göstərilən mənzillərı Cavabdeh1 xeyrinə əvəzsiz qaydada özgəninkiləşdirmək niyyəti olmamışdır. Eyni zamanda cavabdeh apellyasiya şikayətində iddiaçının həmin əqdlərin bağlanmasından məlumatlı olmasını, həmin vaxt onun evdə olmasını bildirsə də, sonradan apellyasiya məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli iclasında iddiaçının İranda olduğundan bağışlama müqavilələrini şəxsən bağlamadığı barədə ziddiyyətli izahatlar vermişdir. Cavabdehin həmin izahatları iddiaçının həmin müqavilələr barədə məlumatı olmasını özüözlüyündə istisna edir. İddiaçının Cavabdeh1la münasibətlərinin yaxşı olması, onun təhsil xərclərinin qarşılaması və bundan sonra da ehtiyaclarını təmin etməyə hazır olması barədə izahatına gəldikdə isə, qeyd edilənlər iddiaçının bağışlama müqavilələrini bağlamağa iradə ifadəsin in olması barədə nəticəyə gəlməyə əsas vermir, çünki bir şəxsin xərclərinin qarşılanması ona mənzillər bağışlaması barədə öhdəlik götürməsini də ehtiva etmir və həmin hərəkətlər arasında ümumiyyətlə hər hansı məntiqi əlaqə yoxdur. Apellyasiya məhkəməsi işin sadalanan hallarına əqdlərin etibarsızlığı əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından ümumiyyətlə düzgün hüquqi qiymət verməmiş, mübahisələndirilən bağışlama müqavilələrinin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olduğu, müqavilələri bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğunun isə sübuta yetirilmədiyi barədə əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217. 3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsa sən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar