Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5717/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 Dursun qızının nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7530/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 Dursun qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 Dursun qızı, Cavabdeh1, Bakı şəhəri 38 saylı Notariat Kontoru və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı mənzil bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 Dursun qızı ilə xx.xx.2005-ci ildə rəsmi nikah bağlayıb ailə qurmuş və nikahları akt qeydləri kitabında xx xxxxxx 2005-ci il tarixdə 132 nömrə ilə qeyd edilmişdir. Həmin nikahdan xx.xx.2001-ci il təvəllüdlü Ramin adlı bir övladları vardır. Birgə nikah dövründə yalnız İddiaçı işləyərək ailəni saxlamış, Cavabdeh2 Dursun qızı isə ev işləri ilə məşğul olmuşdur. Birgə nikah dövründə o, 2006-cı ildə bağışlama yolu ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilini, 2013-cü ildə cavabdehin adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzilini və həmin ildə cavabdehin adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzilini əldə etmişdir. 2014-cü ildə səhhətində problemlər yarandığına görə bir müddət fasilələrlə Gürcüstan Respublikasında yaşamışdır. Həmin müddət ərzində ailənin saxlanılması üçün zəruri olan pul vəsaitini onun pensiya kartından çıxarmaq üçün arvadı Cavabdeh2 Dursun qızının adına xx xxxxxx 2014-cü il tarixdə Tbilisi şəhərinin notariusu Nino Şoiaşvilinin notariat bürosunda etibarnamə vermişdir ki, zərurət yarandıqca həmin etibarnamə vasitəsilə Bakı şəhərində onun pensiyasını alsın. Bu qayda ilə Cavabdeh2 Dursun qızı bir neçə dəfə onun pensiyasını almışdır. Bir müddət sonra səhhəti bərpa olunduğuna görə Bakıya ailəsinin yanına qayıtmışdır. Geri qayıtdıqdan az müddət sonra arvadından verdiyi etibarnaməni geri istəmiş, lakin, sonuncu onun geri qayıtdığına görə həmin etibarnaməni cırıb atdığını bildirmişdir. Artıq pensiyada olduğu və əvvəlki qaydada qazanc gətirə bilmədiyinə görə arvadının onunla münasibətləri gərginləşmiş, bu zəmində aralarında mütəmadi olaraq münaqişə olmuş, 2018-ci ilin may ayında isə münasibətləri tamamilə pozulmuşdur. Bu səbəbdən boşanmaq qərarına gəlmiş, 2018-ci ilin may ayının sonlarına yaxın arvadından nikah şəhadətnaməsini və s. sənədləri istəmiş, xx xxxx 2018-ci il tarixdə isə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Bütün bunların müqabilində cavabdehin narahat olmadığını və özünü tam arxayın apardığını görüb verdiyi etibarnamədən sui-istifadə etməsindən şübhələnmişdir. Odur ki, növbəti gün DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində işləyən tanışı ilə əlaqə saxlayaraq qeyd olunan mənzillərin hüquqi vəziyyəti ilə maraqlandıqdan sonra ona məlum olmuşdur ki, onun Bakı şəhərində olmasına baxmayaraq arvadı onun iradə ifadəsi olmadan etibarnamədən sui istifadə etməklə, bir günün içində, yəni xx.xx.2018-ci ildə oğlu Səfərov Ramiz Rövşən oğluna bağışlamışdır. Göstərilənlərə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilinə dair İddiaçı adından Cavabdeh1 arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/116 nömrə ilə qeyd edlmiş xx xxx 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın; Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzilinə dair Cavabdeh2 Dursun qızı ilə Cavabdeh1 arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/114 nömrə ilə qeyd edlmiş xx xxx 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın; Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzilinə dair Cavabdeh2 Dursun qızı ilə Cavabdeh1 arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/115 nömrə ilə qeyd edlmiş xx xxx 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və göstərilən mənzillərin əvvəlki hüquqi vəziyyətə qaytarılması barədə çıxarılması məhkəmədən xahiş edimişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7530/2018 saylı xx xxxxxxx 2018ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 Dursun qızı, Cavabdeh1, Bakı şəhəri 38 saylı Notariat Kontoru və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı mənzil bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilinə dair İddiaçı adından Cavabdeh1 arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/116 nömrə ilə qeyd edlmiş xx xxx 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzilinə dair Cavabdeh2 Dursun qızı ilə Cavabdeh1 arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/114 nömrə ilə qeyd edlmiş xx xxx 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzilinə dair Cavabdeh2 Dursun qızı ilə Cavabdeh1 arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/115 nömrə ilə qeyd edlmiş xx xxx 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, göstərilən mənzillərin əvvəlki hüquqi vəziyyətə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pulun Cavabdeh2 Dursun qızından İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı iddiasının əsasları kimi istinad etdiyi halları qanunvericiliyin tələblərinə uyğun qaydada sübut etmədiyi halda, məhkəmə obyektiv həqiqətə nail olmaq üçün sübutların araşdırlmasını və qiymətləndirilməsini prosessual qanunvericiliyin tələblərinə əsasən həyata keçirməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir; belə ki, iddiaçı, mübahisələndirilən bağışlama müqavilələrinin bağlanmasında istifadə edilmiş xx xxxxxx 2014-cü il tarixli etibarnamənin məzmunundan tam xəbərdar olduğunu, öz iradəsinə əsasən etibarnaməni imzaladığını, oğlu 2018-ci ildə orta məktəbi bitirərkən mənzillərdən birini sataraq onun gələcəyi üçün xərcləmək barədə danışıb razılaşdığını təsdiq etmişdir. Bu mənada bağışlama müqavilələrinin iddiaçının deyil, sadəcə onun istəyini ifadə etməsi barədə iddiaçının və məhkəmənin mülahizələri tamamilə əsassızdır. Əksinə, iddiaçı ilə ortaq niyyətləri və danışıqları ondan ibarət olmuşdur ki, xarici ölkədə universitetə qəbul olunmuş oğullarının gələcəyini təminat altına almaq üçün 3 mənzili onun adına keçirsinlər. Bağışlanılan mənzillərdən başqa 2 mənzilləri daha var və əgər onun etibarnamədən sui-istifadə etmək niyyəti olsa idi, həmin mənzilləri də oğluna və ya digər şəxsə bağışlayardı. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1525/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 Dursun qızının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeniqətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 Dursun qızına, Cavabdeh1 və Bakı şəhəri 38 saylı notariat kontoruna qarşı bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4510/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11641/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 Dursun qızının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 Dursun qızına, Cavabdeh1 və Bakı şəhəri 38 saylı notariat kontoruna qarşı bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1431/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Dursun qızının nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.İddiaçı əlavə olaraq bildirdi ki, əslində Cavabdeh1 atası olmasa da, hər kəsə onun öz oğlu olduğunu bildirmiş, Raminin ehtiyaclarını təmin etmiş və bundan sonra da edəcəkdir. Lakin mənzilləri oğluna bağışlamaq niyyəti olmamış, arvadı ondan xəbərsiz hərəkət etmişdir. Bağışlanılan mənzillərdən başqa 2 mənzilləri daha vardır, lakin boşandıqdan sonra Zemfira həmin mənzillərdən də pay tələb etməkdədir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən, Bakı şəhəri 38 saylı notariat kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi isə məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7530/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan xx xxxxxx 2014-cü il tarixdə Tbilisi şəhərinin notariusu Nino Şoiaşvilinin notariat bürosunda verilmiş xx xxxxxx 2014-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı yerləşməsindən və məzmunundan fərqli olmayaraq, onun bütün daşınar və daşınmaz əmlakını idarə etmək, bunun üçün qanunla icazə verilmiş, əmlak idarəsi və sərəncam sövdələşmələri bağlamaq, yəni: almaq, satmaq, öz adına keçirmək, icarəyə vermək, hədiyyə vermək, hədiyyə qismində qəbul etmək, dəyişmək, bankdan yaxud xüsusi şəxsdən borc almaq və borcu təmin etmək üçün ipotekaya qoymaq, yaxud bina və ya digər əmlakı girov almaq, dəyişiklikləri əlavə etmək, müqavilələri, o cümlədən borc və ipoteka müqavilələrini ləğv etmək, məbləği əldə etmək, sahibkarlıq şəhadətnaməsini almaq, özəlləşdirməni həyata keçirmək, əmlakı leqallaşdırmaq və qanuniləşdirmək, ölçmə işlərini aparmaq, ona məxsus əmlakı ictimai reyestrdə qeydiyyata salmaq, bütün bu hallarda qiymətli, müddətli və digər şərtləri öz mülahizəsinə görə təyin etməklə, bütün sövdələşmələr üzrə hesabatlar etmək, mirası qəbul etmək və ya ondan imtina etmək, ərizə vermək, miras haqqında şəhadətnamə almaq, borc almaq, ona məxsus olan pulu, əmlakı və qiymətli kağızları almaq, bütün şəxslərdən, müəssisələrdə, idarə və təşkilatlarda sənədləri almaq, o cümlədən bütün əsaslarla, dövlət və digər banklarda, əmanət kassalarında, teleqrafda, poçtda teleqraf , poçt dəyərli və digər məktubları, bağlamaları və digər sənədləri almaq, onun içlərini bütün dövlət müəssisələrində, xüsusi və ictimai təşkilatlarda, Ədliyyə evində, ictimai reyestrdə, istənilən banklarda, şəhər meriyasinda fərdi ev tikintisini yoldaşlıqla aparmaq, o, cümlədən daşınmaz əmlakı qeyd etməklə qeydiyyatla bağlı qeydiyyat orqanlarında onun adından ərizə vermək və digər sövdələşmələr etmək, tələb olunan müqavilələri imza etmək, məhkəmə və idarələrdə, arbitrajda iddiaçı, cavabdeh və zərərçəkmişə verilən bütün hüquqlarla inzibati, mülki və cinayət işlərini aparmaq, o cümlədən işi barışıq sazişi ilə bitirmək, əmlak və pulun alınması ilə bağlı iddia tələbini tam və yaxud qismən etiraf etmək və ya ondan imtina etmək, istənilən sənədləşməni onun adından təqdim etmək, almaq və imza etmək, bununla bağlı tələb olunan bütün hərəkətləri etməyi X1 etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanındda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzili mülkiyyət hüququ əsasında Cavabdeh2 Dursun qızının adına xx xxxxxxx 2013-cü il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmiş, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 850 nömrəli reyestr kitabının 79164 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 38 saylı notariat kontorunun xususi notariusu X4 tərəfindən xx xxx 2018-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı mülkiyyət hüququ əsasında Cavabdeh2 Dursun qızına məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzilinin bağışlanılmasına etitaz etmir. İş materiallarında olan Bakı şəhəri 38 saylı notariat kontorunun xususi notariusu X4 tərəfindən təsdiq edilmiş xx xxx 2018-ci il tarixli daşınmaz əmlakın başışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Dursun qızı mülkiyyət hüququ əsasında özünə məzsus olan Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzilini Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanındda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzili mülkiyyət hüququ əsasında Cavabdeh2 Dursun qızının adına xx xxxxxxxx 2013-cü il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmiş, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1961 nömrəli reyestr kitabının 181145 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 38 saylı notariat kontorunun xususi notariusu X4 tərəfindən təsdiq edilmiş xx xxx 2018-ci il tarixli daşınmaz əmlakın başışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Dursun qızı mülkiyyət hüququ əsasında özünə məzsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzilini Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanındda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı adına xx xxxxxxxx 2006-cı il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmiş, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 167 nömrəli reyestr kitabının 17370 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 38 saylı notariat kontorunun xususi notariusu X4 tərəfindən xx xxx 2018-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh2 Dursun qızı mülkiyyət hüququ əsasında İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilin bağışlanılmasına etitaz etmir. İş materiallarında olan Bakı şəhəri 38 saylı notariat kontorunun xususi notariusu X4 tərəfindən xx xxx 2018-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı xx xxxxxx 2001-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış Cavabdeh1 ona bağışlanan əmlakı qəbul etməyi və bağışlama müqaviləsini imza etməyi etibar etmişdir. İş materiallarında olan Bakı şəhəri 38 saylı notariat kontorunun xususi notariusu X4 tərəfindən xx xxx 2018-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh2 Dursun qızı xx xxxxxx 2001-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış Cavabdeh1 ona bağışlanan əmlakı qəbul etməyi və bağışlama müqaviləsini imza etməyi etibar etmişdir. İş materiallarında olan Bakı şəhəri 38 saylı notariat kontorunun xususi notariusu X4 tərəfindən təsdiq edilmiş xx xxx 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyət hüququ əsasında özünə məzsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilini Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan xx xxxxxx 2012-ci ildə VRA-nın Qldani-Nadzaladevi xidməti tərəfindən təkrar olaraq verilmiş doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Cavabdeh1 xx xxxxxx 2001-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuş, atası İddiaçı, anası Vəkilova Zemfira Dursun qızıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 4 saylı Vəkil Bürosuna ünvanladığı **********20 saylı, xx xxxxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilini 27 saylı DNK-nın xx.xx.2006-cı il tarixli, 4ə03/521 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X2 bəxşiş almışdır. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 26-cı mаddəsinə hər kəsin qаnunlа qаdаğаn оlunmаyаn üsul və vаsitələrlə öz hüquqlаrını və аzаdlıqlаrını müdаfiə еtmək hüququ vаrdır. Dövlət hər kəsin hüquqlаrının və аzаdlıqlаrının müdаfiəsinə təminаt vеrir. Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 4.1-cı mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəхslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, еləcə də mаrаqlаrını qоrumаq və təmin еtmək məqsədi ilə qаnunlа müəyyən еdilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə еtmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.1.2, 6.1.4, 6.1.5 və 6.1.8-ci maddələrinə görə mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı və pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərinin tərkib hissəsinir. Həmin Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keğirməyə borcludurlar. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə iztifadə edilməsi yol verilməzdir. İstinad edilən Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər edibarsızdır. Göstərilən Məcəllənin 560.3 və 560.3.3-cü maddələrinə görə müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını tışkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Adı çəkilən Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənzub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Qeyd edilən Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.4-cü maddəsinə görə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə “Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir...”. Konstitusiya Məhkəməsi Plenumunun digər bir işlə, yəni “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə “Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyət hüququ tanınan və qorunan hüquqlar sırasındadır (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ, İİİ hissələri). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquqları və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini də nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyə görə “Aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnaməni verməsinin hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olmasıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, bu zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2016-cı il tarixli qərarındakı təsbit olunmuşdur ki, “mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstəriən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir.” Göstərilən qərarlarda formalaşan hüquqi mövqenin mahiyyəti baxımından məhkəmə qeyd edir ki, Cavabdeh2 Dursun qızı etibarnamə əsasında mübahisəli mənzillər üzərində sərəncam verərək bağışlama əqdi bağlayarkən İddiaçı niyyətini yox, yalnız öz niyyətini həyata keçirmiş, onun həm mülkiyyətçi, həm də birgə mülkiyətçi hüquqlarını pozmuşdur. Beləliklə, iş materiallarından görünür ki, İddiaçı Raqif oğlu Cavabdeh2 Dursun qızı ilə xx xxxxxx 2005-ci ildə rəsmi nikah bağlayıb ailə qurmuş və nikahları akt qeydləri kitabında xx xxxxxx 2005-ci il tarixdə 132 nömrə ilə qeyd edilmişdir. Həmin nikahdan xx xxxxxx 2001-ci il təvəllüdlü Ramin adlı bir övladları vardır. Birgə nikah dövründə yalnız İddiaçı işləyərək ailəni saxlamış, Cavabdeh2 Dursun qızı isə ev işləri ilə məşğul olmuşdur. Birgə nikah dövründə o, 2006-cı ildə bağışlama yolu ilə adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilini, 2013-cü ildə cavabdehin adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzilini və həmin ildə cavabdehin adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzilini əldə etmişdir. 2014-cü ildə səhhətində problemlər yarandığına görə bir müddət fasilələrlə Gürcüstan Respublikasında yaşamışdır. Həmin müddət ərzində ailənin saxlanılması üçün zəruri olan pul vəsaitini onun pensiya kartından çıxarmaq üçün arvadı Cavabdeh2 Dursun qızının adına xx xxxxxx 2014-cü il tarixdə Tbilisi şəhərinin notariusu Nino Şoiaşvilinin notariat bürosunda etibarnamə vermişdir ki, zərurət yarandıqca həmin etibarnamə vasitəsilə Bakı şəhərində onun pensiyasını alsın. Bu qayda ilə o, bir neçə dəfə onun pensiyasını almışdır. Bir müddət sonra səhhəti bərpa olunduğuna görə o, Bakıya ailəsinin yanına qayıtmışdır. Geri qayıtdıqdan az müddət sonra arvadından verdiyi etibarnaməni geri istəmiş, lakin, sonuncu onun geri qayıtdığına görə həmin etibarnaməni cırıb atdığını bildirmişdir. Artıq pensiyada olduğuna və əvvəlki qaydada qazanc gətirə bilmədiyinə görə arvadının onunla münasibətləri gərginləşmiş, bu zəmində aralarında mütəmadi olaraq münaqişə olmuş, 2018-ci ilin may ayında isə münasibətləri tamamilə pozulmuşdur. Bu səbəbdən boşanma qərarına gəlmiş, 2018-ci ilin may ayının sonlarına yaxın arvadından nikah şəhadətnaməsini və s. sənədləri istəmiş, xx xxxx 2018-ci il tarixdə isə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Bütün bunların müqabilində cavabdehin narahat olmadığını və özünü tam arxayın apardığını görüb verdiyi etibarnamədən sui-istifadə etməsindən şübhələnmişdir. Odur ki, növbəti gün DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində işləyən tanışı ilə əlaqə saxlayaraq qeyd olunan mənzillərin hüquqi vəziyyəti ilə maraqlandıqdan sonra ona məlum olmuşdur ki, onun Bakı şəhərində olmasına baxmayaraq arvadı onun iradə ifadəsi olmadan etibarnamədən sui istifadə etməklə, bir günün içində, yəni xx xxx 2018-ci ildə oğlu Səfərov Ramiz Rövşən oğluna bağışlamışdır. Bundan əlavə, İddiaçı Raqif oğlu Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilini 2006-ci ildə bağışlama yolu ilə əldə etmişdir ki, həmin əmlak da onun müstəsna və təkbaşına mülkiyyəti olmuşdur. Lakin Bakı şəhəri 38 saylı notariat kontorunun xususi notariusu X4 tərəfindən xx xxx 2018-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh2 Dursun qızı mülkiyyət hüququ əsasında İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilin bağışlanılmasına etitaz etməmiş, halbuki həmin mənzil onun özünə bağışlama yolu ilə keçmişdir. Digər iki mənzil, yəni Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzili və Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzil isə birgə nikah dövdündə əldə edildiyinə görə ər-arvadın, yəni tərəflərin ümumi birgə mülkiyyəti hesab olunur ki, həmin mənzillər üzərində Cavabdeh2 Dursun qızının sərəncam verməsi Ailə Məcəlləsinin və Mülki Məcəllənin müddəalarına tamamilə ziddir. Belə ki, mübahisəli mənzillər bağışlanılarkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, təmsilçi tərəfindən bağışlama barədə nə əvvəl nə də sonradan etibarnaməni verən İddiaçı Raqif oğlu lazımi qaydada məlumatlandırılmamış, habelə bağışlamanın hüquqi nəticəsi barədə ona hesabat verilməmişdir. İddia tələbi üzrə mübahisəli mənzillərlə bağlı həmçinin müəyyən edilmişdir ki, həmin mənzillər barəsində Cavabdeh2 Dursun qızı ilə xx xxxxxx 2001-ci il təvəllüdlü oğlu, yəni 16 yaşlı Cavabdeh1 arasında bağlanmış mübahisəli bağışlama əqdləri İddiaçı tərəfndən hələ dörd il əvvəl, yəni Gürcustan Respublikasının Tbilisi şəhərinin notariusu Nino Şoiaşvilinin notariat bürosunda rəsmiləşdirilmiş xx xxxxxx 2014-cü il tarixli etibarnamə əsasında həyata keçirilmişdir ki, göstərilən hər üç bağışlama müqaviləsi İddiaçı iradə ifadəsi olmamış, onun iradə sərbəstliyini, niyyətini və könüllülüyünü əks etdirməmişdir. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilir ki, apellyasiya məhkəməsi işin sadalanan hallarına əqdlərin etibarsızlığı əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından ümumiyyətlə düzgün hüquqi qiymət verməmiş, mübahisələndirilən bağışlama müqavilələrinin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olduğu, müqavilələri bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğunun isə sübuta yetirilmədiyi barədə əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq apellyasiya instansiya məhkməsi hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 Dursun qızı, Cavabdeh1, Bakı şəhəri 38 saylı Notariat Kontoru və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı mənzil bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilinə dair İddiaçı adından Cavabdeh1 arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/116 nömrə ilə qeyd edlmiş xx xxx 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış xx.xx.2018ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış; Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzilinə dair Cavabdeh2 Dursun qızı ilə Cavabdeh1 arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/114 nömrə ilə qeyd edlmiş xx xxx 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış; Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzilinə dair Cavabdeh2 Dursun qızı ilə Cavabdeh1 arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/115 nömrə ilə qeyd edlmiş xx xxx 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış etibarsız hesab edilməli, göstərilən mənzillər əvvəlki hüquqi vəziyyətə qaytarılmalıdır. Məhkəmə kоllеgiyası apеllyasiya şikayətinin dəlillərinə münasibətdə qеyd еdir ki, hər iki tərəfin izahatları və işin halları ilə müəyyən edilir ki, iddiaçının cavabdeh Zemfira Vəkilovaya etibarnamə verdiyi vaxt, yəni xx xxxxxx 2014-cü il tarixdə tərəflər normal ailə münasibətlərində olmuşlar. İddiaçı cavabdehlə ailə münasibətlərinin 2018-ci ilin may ayında tamamilə kəsildiyini və xx xxxx 2018-ci il tarixdə nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etdiyini bildirir. Cavabdeh2 da polis orqanlarına verdiyi izahatında 02 ilə yaxın müddətdir ki, cavabdehlə ayrıldığını bildirmişdir. (i.v.184) Deməli, etibarnamənin tərəflərin ailə münasibətlərinin normal olduğu vaxt verilməsi, həmin münasibətlər normal davam etdiyi illər ərzində etibarnamə əsasında heç bir əqd bağlanmaması və tərəflər arasında ailə münasibətlərinə son qoyulması ərəfəsində həmin etibarnamə əsasında bağışlama müqavilələrinin bağlanması mübahisəsiz qaydada təsdiq edilir. İşin qeyd edilən halları ağlabatan mühakimə əsasında iddiaçının ona birinin tam, digər iksinin isə birgə mülkiyyət hüququ ilə məxsus olan mənzilləri boşandığı arvadının oğlu olan, özünün də atası kimi qeyd edilən Cavabdeh1 bağışlamaq barədə könüllü iradə ifadəsinin olması barədə nəticəyə gəlməyə imkan vermir. Digər tərəfdən, iddiaçı həmin müqavilələr barədə məlumat əldə etdikdən sonra notariat orqanına müraciət edərək həmin etibarnaməni ləğv etdirmişdir. Cavabdeh2 polis orqanlarına verdiyi yuxarıda qeyd edilən izahatından da məlum olur ki, mübahisələndirilən mənzillərdən biri kirayə verilmiş və aylıq kirayə pulunu iddiaçı almışdır. Cavabdeh2 iddiaçının həmin hərəkətindən şikayət edərək həmin məbləğləri oğlunun təhsili üçün xərclədiyini bildirmişdir. İddiaçının həmin mənzilin kirayəsindən əldə edilən məbləği özü tələb etməsi bir daha təsdiq edir ki, iddiaçının göstərilən mənzillərı Cavabdeh1 xeyrinə əvəzsiz qaydada özgəninkiləşdirmək niyyəti olmamışdır. Eyni zamanda cavabdeh apellyasiya şikayətində iddiaçının həmin əqdlərin bağlanmasından məlumatlı olmasını, həmin vaxt onun evdə olmasını bildirsə də, sonradan apellyasiya məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli iclasında iddiaçının İranda olduğundan bağışlama müqavilələrini şəxsən bağlamadığı barədə ziddiyyətli izahatlar vermişdir. Cavabdehin həmin izahatları iddiaçının həmin müqavilələr barədə məlumatı olmasını özü- özlüyündə istisna edir. İddiaçının Cavabdeh1la münasibətlərinin yaxşı olması, onun təhsil xərclərinin qarşılaması və bundan sonra da ehtiyaclarını təmin etməyə hazır olması barədə izahatına gəldikdə isə, qeyd edilənlər iddiaçının bağışlama müqavilələrini bağlamağa iradə ifadəsinin olması barədə nəticəyə gəlməyə əsas vermir, çünki bir şəxsin xərclərinin qarşılanması ona mənzillər bağışlaması barədə öhdəlik götürməsini də ehtiva etmir və həmin hərəkətlər arasında ümumiyyətlə hər hansı məntiqi əlaqə yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən təmin edilə və qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7530/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 Dursun qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7530/2018 saylı xx xxxxxxx 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5717/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5717/2020
09.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver