Məhkəmə qərarları › İş №2(102)-2642/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2642/2021

20.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2642/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 Dursun qızına, Cavabdeh1 və Bakı şəhəri 38 saylı notariat kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının hüquqi varisi X1, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5717/20 20 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 Dursun qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 13 noyabr 2014-cü il tarixdə Tbilisi şəhərinin notariusu Nino Şoiaşvilinin notariat bürosunda verilmiş 03 noyabr 2014-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı yerləşməsindən və məzmunundan fərqli olmayaraq, onun bütün daşınar və daşınmaz əmlakını idarə etmək, bunun üçün qanunla icazə verilmiş, əmlak idarəsi və sərəncam sövdələşmələri bağlamaq, yəni: almaq, satmaq, öz adına keçirmək, icarəyə vermək, hədiyyə vermək, hədiyyə qismində qəbul etmək, dəyişmək, bankdan yaxud xüsusi şəxsdən borc almaq və borcu təmin etmək üçün ipotekaya qoymaq, yaxud bina və ya digər əmlakı girov almaq, dəyişiklikləri əlavə etmək, müqavilələri, o cümlədən borc və ipoteka müqavilələrini ləğv etmək, məbləği əldə etmək, sahibkarlıq şəhadətnaməsini almaq, özəlləşdirməni həyata keçirmək, əmlakı leqallaşdırmaq və qanuniləşdirmək, ölçmə işlərini aparmaq, ona məxsus əmlakı ictimai reyestrdə qeydiyyata salmaq, bütün bu hallarda qiymətli, müddətli və digər şərtləri öz mülahizəsinə görə təyin etməklə, bütün sövdələşmələr üzrə hesabatlar etmək, mirası qəbul etmək və ya ondan imtina etmək, ərizə vermək, miras haqqında şəhadətnamə almaq, borc almaq, ona məxsus olan pulu, əmlakı və qiymətli kağızları almaq, bütün şəxslərdən, müəssisələrdə, idarə və təşkilatlarda sənədləri almaq, o cümlədən bütün əsaslarla, dövlət və digər banklarda, əmanət kassalarında, teleqrafda, poçtda teleqraf, poçt dəyərli və digər məktubları, bağlamaları və digər sənədləri almaq, onun içlərini bütün dövlət müəssisələrində, xüsusi və ictimai təşkilatlarda, Ədliyyə evində, ictimai reyestrdə, istənilən banklarda, şəhər meriyasinda fərdi ev tikintisini yoldaşlıqla aparmaq, o, cümlədən daşınmaz əmlakı qeyd etməklə qeydiyyatla bağlı qeydiyyat orqanlarında onun adından ərizə vermək və digər sövdələşmələr etmək, tələb olunan müqavilələri imza etmək, məhkəmə və idarələrdə, arbitrajda iddiaçı, cavabdeh və zərərçəkmişə verilən bütün hüquqlarla inzibati, mülki və cinayət işlərini aparmaq, o cümlədən işi barışıq sazişi ilə bitirmək, əmlak və pulun alınması ilə bağlı iddia tələbini tam və yaxud qismən etiraf etmək və ya ondan imtina etmək, istənilən sənədləşməni onun adından tə qdim etmək, almaq və imza etmək, bununla bağlı tələb olunan bütün hərəkətləri etməyi Cavabdeh2 Dursun qızına etibar etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzili mülkiyyət hüququ əsasında Cavabdeh2 Dursun qızının adına 09 oktyabr 2013-cü il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmiş, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 850 nömrəli reyestr kitabının 79164 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri 38 saylı notariat kontorunun xususi notariusu X4 tərəfindən 31 may 2018-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı mülkiyyət hüququ əsasında Cavabdeh2 Dursun qızına məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzilinin bağışlanılmasına etiraz etmir. Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş 31 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Dursun qızı mülkiyyət hüququ əsasında özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzilini Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzili mülkiyyət hüququ əsasında Cavabdeh2 Dursun qızının adına 14 sentyabr 2013-cü il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmiş, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1961 nömrəli reyestr kitabının 181145 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri 38 saylı notariat kontorunun xususi notariusu X4 tərəfindən təsdiq edilmiş 31 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Dursun qızı mülkiyyət hüququ əsasında özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzilini Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsəl ələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı adına 27 sentyabr 2006-cı il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmiş, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 167 nömrəli reyestr kitabının 17370 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən 31 may 2018-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh2 Dursun qızı mülkiyyət hüququ əsasında İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 sayl ı evin 26 saylı mənzilin bağışlanılmasına etiraz etmir. Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən 31 may 2018-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı xx xxxxxx 2001-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış Cavabdeh1 ona bağışlanan əmlakı qəbul etməyi və bağışlama müqaviləsini imza etməyi etibar etmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən 31 may 2018-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh2 Dursun qızı xx xxxxxx 2001-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış Cavabdeh1 ona bağışlanan əmlakı qəbul etməyi və bağışlama müqaviləsini imza etməyi etibar etmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş 31 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyət hüququ əsasında özünə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilini Cavabdeh1 bağışlamışdır. 13 avqust 2012-ci ildə VRA-nın Qldani-Nadzaladevi xidməti tərəfindən təkrar olaraq verilmiş doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Cavabdeh1 xx xxxxxx 2001-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuş, atası İddiaçı, anası Vəkilova Zemfira Dursun qızıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan ünvanladığı **********20 saylı, 12 sentyabr 2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilini 27 saylı DNKnın 19.08.2006-cı il tarixli, 4ə-03/521 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Səfərov Rafiq Yusif oğlundan bəxşiş almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 Dursun qızı, Cavabdeh1, Bakı şəhəri 38 saylı Notariat Kontoru və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı mənzil bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 Dursun qızı ilə 15.01.2005-ci ildə rəsmi nikah bağlayıb ailə qurmuş və nikahları akt qeydləri kitabında 15 yanvar 2005-ci il tarixdə 132 nömrə ilə qeyd edilmişdir. Həmin nikahdan xx.xx.2001-ci il təvəllüdlü Ramin adlı bir övlad ları vardır. Birgə nikah dövründə yalnız İddiaçı işləyərək ailəni saxlamış, Cavabdeh2 Dursun qızı isə ev işləri ilə məşğul olmuşdur. Birgə nikah dövründə o, 2006-cı ildə bağışlama yolu ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilini, 2013-cü ildə cavabdehin adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzilini və həmin ildə cavabdehin adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzilini əldə etmişdir. 2014-cü ildə səhhətində problemlər yarandığına görə bir müddət fasilələrlə Gürcüstan Respublikasında yaşamışdır. Həmin müddət ərzində ailənin saxlanılması üçün zəruri olan pul vəsaitini onun pensiya kartından çıxarmaq üçün arvadı Cavabdeh2 Du rsun qızının adına 13 noyabr 2014-cü il tarixdə Tbilisi şəhərinin notariusu Nino Şoiaşvilinin notariat bürosunda etibarnamə vermişdir ki, zərurət yarandıqca həmin etibarnamə vasitəsilə Bakı şəhərində onun pensiyasını alsın. Bu qayda ilə Cavabdeh2 Dursun qızı bir neçə dəfə onun pensiyasını almışdır. Bir müddət sonra səhhəti bərpa olunduğuna görə Bakıya ailəsinin yanına qayıtmışdır. Geri qayıtdıqdan az müddət sonra arvadından verdiyi etibarnaməni geri istəmiş, lakin, sonuncu onun geri qayıtdığına görə həmin etibarnaməni cırıb atdığını bildirmişdir. Artıq pensiyada olduğu və əvvəlki qaydada qazanc gətirə bilmədiyinə görə arvadının onunla münasibətləri gərginləşmiş, bu zəmində aralarında mütəmadi olaraq münaqişə olmuş, 2018-ci ilin may ayında isə münasibətləri tamamilə pozulmuşdur. Bu səbəbdən boşanmaq qərarına gəlmiş, 2018-ci ilin may ayının sonlarına yaxın arvadından nikah şəhadətnaməsini və s. sənədləri istəmiş, 22 iyun 2018-ci il tarixdə isə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Bütün bunların müqabilində cavabdehin narahat olmadığını və özünü tam arxayın apardığını görüb verdiyi etibarnamədən sui-istifadə etməsindən şübhələnmişdir. Odur ki, növbəti gün DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində işləyən tanışı ilə əlaqə saxlayaraq qeyd olunan mənzillərin hüquqi vəziyyəti ilə maraqlandıqdan sonra ona məlum olmuşdur ki, onun Bakı şəhərində olmasına baxmayaraq arvadı onun iradə ifadəsi olmadan etibarnamədən sui-istifadə etməklə, bir günün içində, yəni 31.05.2018-ci ildə oğlu X3 bağışlamışdır. Göstərilənlərə əsa sən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilinə dair İddiaçı adından Cavabdeh1 arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/116 nömrə ilə qeyd edilmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış 04.06.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın; Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzilinə dair Cavabdeh2 Dursun qızı ilə Cavabdeh1 arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/114 nömrə ilə qeyd edilmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış 04.06.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın; Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzilinə dair Cavabdeh2 Dursun qızı ilə Cavabdeh1 arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/115 nömrə ilə qeyd edlmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış 05.06.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və göstərilən mənzillərin əvvəlki hüquqi vəziyyətə qaytarılması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Əsədov, iş № 2(001)-7530/2018) İddiaçı cavabdehlər Cavabdeh2 Dursun qızı, Cavabdeh1, Bakı şəhəri 38 saylı Notariat Kontoru və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı mənzil bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilinə dair İddiaçı adından Cavabdeh1 arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/116 nömrə ilə qeyd edlmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış 04.06.2018-ci il tari xli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzilinə dair Cavabdeh2 Dursun qızı ilə Cavabdeh1 arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/114 nömrə ilə qeyd edilmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış 04.06.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzilinə dair Cavabdeh2 Dursun qızı ilə Cavabdeh1 arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/115 nömrə ilə qeyd edilmiş 31 may 2018-c i il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış 05.06.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, göstərilən mənzillərin əvvəlki hüquqi vəziyyətə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pulun Cavabdeh2 Dursun qızından İddiaçı xeyrinə tutulması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-1525/2019) Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edi lmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh2 Dursun qızına, Cavabdeh1 və Bakı şəhəri 38 saylı notariat kontoruna qarşı bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2019-cu qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və V.İbayev, iş № 2(103)4510/2019) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MKnın 23 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2019-c u qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kərimov, iş № 2(103)11641/2019) Cavabdeh2 Dursun qızının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 Dursun qızına, Cavabdeh1 və Bakı şəhəri 38 saylı notariat kontoruna qarşı bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və İ.Xələfov, iş № 2(103)-1431/2020) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 o ktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2020-cu qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov, iş № 2(103)5717/2020) Cavabdeh2 Dursun qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7530/2018 saylı 03 oktyabr 2018- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdeh Zemfira Vəkilovaya etibarnamə verdiyi vaxt, yəni 13 noyabr 2014-cü il tarixdə tərəflər normal ailə münasibətlərində olmuşlar. İddiaçı cavabdehlə ailə münasibətlər inin 2018-ci ilin may ayında tamamilə kəsildiyini və 22 iyun 2018-ci il tarixdə nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etdiyini bildirir. Cavabdeh2 da polis orqanlarına verdiyi izahatında 02 ilə yaxın müddətdir ki, cavabdehlə ayrıldığını bildirmişdir. (i.v.184) Deməli, etibarnamənin tərəflərin ailə münasibətlərinin normal olduğu vaxt verilməsi, həmin münasibətlər normal davam etdiyi illər ərzində etibarnamə əsasında heç bir əqd bağlanmaması və tərəflər arasında ailə münasibətlərinə son qoyulması ərəfəsində həmin etibarnamə əsasında bağışlama müqavilələrinin bağlanması mübahisəsiz qaydada təsdiq edilir. İşin qeyd edilən halları ağlabatan mühakimə əsasında iddiaçının ona birinin tam, digər ikisinin isə birgə mülkiyyət hüququ ilə məxsus olan mənzilləri boşandığı arvadının oğlu olan, özünün də atası kimi qeyd edilən Cavabdeh1 bağışlamaq barədə könüllü iradə ifadəsinin olması barədə nəticəyə gəlməyə imkan vermir. Digər tərəfdən, iddiaçı həmin müqavilələr barədə məlumat əldə etdikdən sonra notariat orqanına müraciət edərək həmin etibarnaməni ləğv etdirmişdir. Cavabdeh2 polis orqanlarına verdiyi yuxarıda qeyd edilən izahatından da məlum olur ki, mübahisələndirilən mənzillərdən biri kirayə verilmiş və aylıq kirayə pulunu iddiaçı almışdır. Cavabdeh2 iddiaçının həmin hərəkətindən şikayət edərək həmin məbləğləri oğlunun təhsili üçün xərclədiyini bildirmişdir. İddiaçının həmin mənzilin kirayəsindən əldə edilən məbləği özü tələb etməsi bir daha təsdiq edir ki, iddiaçının göstərilən mənzillərı Cavabdeh1 xeyrinə əvəzsiz qaydada özgəninkiləşdirmək niyyəti olmamışdır. Eyni za manda cavabdeh apellyasiya şikayətində iddiaçının həmin əqdlərin bağlanmasından məlumatlı olmasını, həmin vaxt onun evdə olmasını bildirsə də, sonradan apellyasiya məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli iclasında iddiaçının İranda olduğundan bağışlama müqavilələrini şəxsən bağlamadığı barədə ziddiyyətli izahatlar vermişdir. Cavabdehin həmin izahatları iddiaçının həmin müqavilələr barədə məlumatı olmasını özü-özlüyündə istisna edir. İddiaçının Cavabdeh1la münasibətlərinin yaxşı olması, onun təhsil xərclərinin qarşılaması və bundan sonra da ehtiyaclarını təmin etməyə hazır olması barədə izahatına gəldikdə isə, qeyd edilənlər iddiaçının bağışlama müqavilələrini bağlamağa iradə ifadəsinin olması barədə nəticəyə gəlməyə əsas vermir, çünki bir şəxsin xərclərinin qarşılanması ona mənzillər b ağışlaması barədə öhdəlik götürməsini də ehtiva etmir və həmin hərəkətlər arasında ümumiyyətlə hər hansı məntiqi əlaqə yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 Dursun qızı (vəkil X5) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5717/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə uyğyun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının hüquqi varisi və vəkili izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını apelyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyy ən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənzub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərə səlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə iztifadə edilməsi yol verilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər edibarsızdır. 560.3 və 560.3.3-cü maddələrinə görə müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını tışkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı o lmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə “Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir...”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 33.4-cü maddəsinə görə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağ laması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdə mübahisələndirilə bilər. 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa h alların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən m əhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar ə laqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 Dursun qıznın kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5717/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (cavabdehin kassasiya şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar