Məhkəmə qərarları › İş №2(102)-3494/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3494/2023

04.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3494/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Ə müstəqil tələbi irəli sürməyən üçüncü şəxs X5 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3494/2023 (Açar sözlər: müqavilələrin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi) Bakı şəhəri 4 noyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X6 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə) qarşı müqavilələrin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbi nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-296/2023 nömrəli, 7 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 4 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 2183 saylı, 18 fevral 2011-ci il tarixli icarə müqaviləsindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən xidmət təyinatlı, 1 mərtəbəli, 83,8 kv.metrlik qeyri-yaşayış sahəsi 6 ay müddətinə ƏMDK tərəfindən Cavabdeh2 icarəyə verilmişdir. İcarə haqqı 603,36 manat müəyyən edilmişdir. Hüquq subyekti kimi Cavabdeh2, balans saxlayıcısı və ya mülkiyyətçi kimi İstehsalat və Xidmət Müəssisələrinin İ darəetmə Mərkəzi göstərilmişdir. X12 arayış vermişdir ki, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin rəhbərliyi, balansında olan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 15290,9 kv.m. torpaq sahəsində yerləşən 83,8 kv.m. sahəyə malik, 14450,7 kv.m. torpaq sahəsində yerləşən 20,2 kv.m. sahəyə malik və 13831,9 kv.m. torpaq sahəsində yerləşən 52 kv.m. sahəyə malik qeyri-yaşayış binalarının səmərəli istifadə olunmasına, icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz etmir.

2. İcarəyə verilmiş əmlakın 3872 saylı xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən xidmət təyinatlı, 1 mərtəbəli, 83,8 kv.metrlik qeyri-yaşayış sahəsi 6285 manat müqabilində ƏMDK tərəfindən Cavabdeh2 satılmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasə n əmlakın satış qiymətinin 100%-i ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır.

3. MA ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində 0,0118 ha torpaq sahəsində yerləşən anbar təyinatlı, 1 mərtəbəli, 83,8 kv.metrlik qeyri-yaşayış sahəsinə Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə qeydə alınmış və sonradan həmin əmlak X1.

4. Abşeron Rayon Məhkəməsinin 2(012)-696/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia təmin edilmiş, X4 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 83.8 kv.m sahəsi olan qeyriyaşayış binasının İddiaçı1 qeyri-qanuni sahibliyindən geri alınması, İddiaçı1 və ailə üzvlərinin həmin qeyri-yaşayış sahəsindən çıxarılmaları qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2421/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi qismən - ilkin iddia tələbinin ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddia tələbi ailə üzvlərinin çıxarılması hissəsində rədd edilmiş, ilk və qarşılıqlı iddia tələbləri qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. AA 375950 saylı, xx.xx.2016-cı il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Rzalı X9 rayonundan məcburi köçkün kimi Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İ ddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı müqavilələrin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında 2011-ci ildə bağlanmış icarə müqaviləsinin, həmin icarə müqaviləsi əsasında icarəyə verilmiş əmlakın xx.xx.2011-ci il tarixli, 3872 nömrəli alqı-satqı müqaviləsinin, onun əsasında özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin 2976 nömrəli alqı-satqı müqaviləsinin, eyni zamanda Cavabdeh2 adına verilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər..

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 1992-ci ildən məlum Qarabağ hadisələri zamanı mənfur ermənilər Füzuli rayonunu işğal etdikdən sonra ailə üzvləri ilə birlikdə məcburi köçkun düşərək 1998-ci ildən Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən Hövsan hərbi sovxozunun rəhbərliyinin icazəsi əsasında (İddiaçı2 həmin sovxozda işləyirdi) binasında məskunlaşmışlar və hazırda da orada yaşayırlar. Həmin vaxtdan da sovxoz rəhbərliyinin icazəsi əsasında onlar həmin binanı (qeyri-yaşayış sahəsini) külli miqdarda vəsait qoyaraq əsaslı təmir etmiş (hətta bünövrə tökdürərək), yaşayış təyinatlı edərək orada yaşamağa başlamışlar. 23 ilə yaxın müdd ətdə heç vaxt və heç kim onları bu barədə narahat etməmişdir. Bu müddət ərzində həmin evin torpaq sahəsində 20 ədəd ağac da əkib becərmişlər. Lakin bu ilin əvvəllərində hazırki iş üzrə üçüncü şəxs X3 Rayon Məhkəməsində iddia qaldıraraq həmin evi qeyri-yaşayış binası kimi göstərmiş, onların qeyri-qanuni sahibliyindən geri alınması və ailə üzvlərinin onlarla birlikdə həmin sahədən çıxarılmalarını tələb etmişdir. Halbuki həmin qeyri-yaşayış sahəsi artıq mövcud deyildir. Həmin mülki işə məhkəmədə baxılarkən onlara məlum olmuşdur ki, məskunlaşdıqları Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən həmin qeyri-yaşayış sahəsi ƏMDK tərəfindən 2011-ci ildə (iddiaçılar ailə üzvləri ilə birlikdə yaşadıqları halda) Cavabdeh2 guya icarəyə verilmiş və qısa müddətdən sonra Komitə tərəfindən xx.xx.2011-ci il tarixdə satılmışdır. Bundan sonra Cavabdeh2 da həmin əmlakı X2. 1998-ci ildə onlar sovxoz rəhbərliyi tərəfindən həmin ünvanda yerləşdirilmişlər. Bu zaman əmlak tamamilə boş və yaşamağa tamamilə yararsız idi. Onlar həmin evi öz vəsaitləri hesabına tam təmir edərək, yaşayış üçün yararlı vəziyyətə salaraq, tam təmir edərək həmin evdə məskunlaşmışlar. Həmin zaman onlara deyilmişdir ki, “narahat olmayın bura boşdur, əmlak barədə sənədləşdirmə aparılmayacaq. Sənədləşmə aparılsa da, birinci sizə təklif ediləcək, almasanız, onda sizin razılığınızla başqa şəxslərə satıla bilər”. İş materiallarından aydın görünür ki, Cavabdeh2 ilə ƏMDK arasında 2011-ci ildə bağlanmış icarə müqaviləsi, həmin icarə müqaviləsi əsasında xx.xx.2011-ci il tarixli 3872 nömrəli icarəyə verilmiş əmlakın alqı -satqı müqaviləsi və onun əsasında özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin 2976 nömrəli alqı-satqı müqaviləsi, eyni zamanda Cavabdeh2 adına ƏMDK yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2011-ci il olan çıxarış qanunsuz yolla əldə edilmişdir. Buna görə də iddia təmin edilməli, həmin sənədlər etibarsız hesab olunmalıdır.

9. Abşeron Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 20 may 2022-ci il tarixli, 2(012)-343/2022 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə) qarşı i carə, alqısatqı müqavilələrinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə prosesi gedişində iddiaçılar mübahisələndirilən müqavilələrin, habelə onlar əsasında verilmiş hüquqmüəyyənedici sənədin etibarsızlığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Buna görə iddia tələbi haqlı sayıla bilməz.

11. Məhkəmə qeyd etmişdir ki, onların əsas dəlili bundan ibarətdir ki, mübahisəli əmlak icarəyə verilərkən və özgəninkiləşdirilərkən yüklü olmuşdur. Belə ki, iddiaçılar 1998-ci ildən məcburi köçkün kimi orada məskunlaşmışlar, buna görə də həmin əmlakın özgəninkiləşdirilməsi zamanı üstünlük hüququna malikdirlər. Məhkəmə qeyd etmişdir ki, mübahisəli əmlak qeyri-yaşayış təyinatl ıdır və qüvvədə olan qanunvericiliyə görə iddiaçıların orada yaşamaları belə, həmin əmlakın təyinatının dəyişdirilməsi üçün əsas hesab edilmir. Digər tərəfdən, iş materialları ilə təsdiq edilir ki, İddiaçı1 məcburi köçkün kimi Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışdır. Bu hallara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli əmlakda heç bir əsas olmadan yaşamaları və hazırda bu əsasla mübahisəli əmlaka dair qanuni əməliyyatların etibarsızlığını iddia etmələri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir, bu isə qanunla qadağandır.

12. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsasl ığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

13. Məhkəmə iddiaçıların mübahisəli müqavilələrin və çıxarışın etibarsız hesab edilməsi tələbinin dəlillərini mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirmiş və hesab etmişdir ki, onlar iddia tələbinin qanuni və əsaslı hesab edilməsinə səbəb deyildir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 325.1, 337.1, 337.4, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) A pellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçılar iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Mübahisəli ərazi 23 ildən artıqdır ki, iddiaçıların faktiki istifadələrindədir. Bu müddət ərzində onlar Cavabdeh2 adlı şəxsi heç vaxt həmin ərazidə görməmişlər. Mübahisəli torpaq sahəsi barədə icarə müqaviləsi qanuni əsaslarla bağlanmamışdır. İşə baxan məhkəmə saxtakarlığa don geyindirib saxta sənədi qanuniləşdirməyə cəhd edir. Mübahisəli sahə qanunsuz y olla və saxta sənədlər əsasında özəlləşdirilmişdir. Hər hansı bir sahə özəlləşdirilən zaman gəlib ölçü aparılsaydı iddiaçıların məlumatı olardı. Məhkəmə qətnaməsində maddi hüquq normaları formal şəkildə sadalanmış, lakin həmin müddəalar hazırkı mübahisəyə düzgün tətbiq edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında, 17 sentyabr 1998-ci il tarixli, 895 nömrəli Sərəncamında məcburi köçkünlərin 1992-1994-cü illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısının alınması, həmin ailələrin məskunlaşdıqları evlərdə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş orderlərin hüquqi qüvvəsinin müvəqqəti dayandırılması, bu sahəyə hüquq mühafi zə orqanlarının nəzarətinin gücləndirilməsi tapşırılmışdır. Həmin Sərəncamın gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında 01 iyul 2004-cü il tarixli Sərəncamında Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları rəhbərlərinə məcburi köçkünlərin öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməmələri tapşırılmışdır. Göründüyü kimi məhkəmə sadalanan qanunvericilik aktlarının tələblərini nəz ərə almamış, iş üzrə təqdim olunmuş zəruri sübutları araşdırmamış, iddia kifayət qədər əsaslı və əlaqəli sübutlarla sübuta yetiriləsə də, iddia təmin olunmamışdır.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-296/2023 nömrəli, 7 fevral 2023-cü il tarixli qətnaməsi ilə (Şəmsəddin Abbasov – sədrlik edən və məruzəçi, İlqar Dəmirov və Zaur Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının istinad etdiyi faktiki hallar üzrə iddia tələbinin hüquqi əsası kimi ilk növbədə ”Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respu blikası Prezidentinin xx.xx.1997ci il tarixli, 629 saylı Fərmanı nəzərdən keçirilə bilər. 19. ”Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1, 31.1.1 və 31.1.2-ci maddələrinə əsasən dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün iki əsas müəyyən edilmişdir: bu Qanunun və Dövlət əmlakının özəlləşdirilməsi qaydalarını müəyyən edən digər normativ-hüquqi aktların pozulması; Dövlət əmlakının bu Qanuna uyğun olaraq alıcı kimi 20. tanınmayan şəxs tərəfindən özəlləşdirilməsi.

21. Həmçinin əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir.

22. İddiaçıların yeganə və əsas dəlili bundan ibarətdir ki, mübahisəli əmlak icarəyə verilərkən və özgənin kiləşdirilərkən yüklü olmuşdur. Belə ki, iddiaçılar 1998-ci ildən məcburi köçkün kimi orada məskunlaşmışlar, buna görə də həmin əmlakın özgəninkiləşdirilməsi zamanı üstünlük hüququna malik olmuşlar, habelə sözügedən müqavilələrdən onlar xəbərsiz olmuşlar.

23. Kollegiya qeyd etmişdir ki, işdə olan sənədlərdən aydın olduğu kimi, mübahisəli əmlak qeyri-yaşayış təyinatlıdır və qüvvədə olan qanunvericiliyə görə iddiaçıların orada yaşamaları belə həmin əmlakın təyinatının dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Bundan başqa yenə iş materiallarında aydın olur ki, İddiaçı1 məcburi köçkün kimi Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışdır. Yəni hətta məcburi köçkün statusunda olan şəxs qismində iddiaçının mübahisəli ünvanda məskunlaşmasına dair hər hansı sübut iş materiallarında yoxdur.

24. Sad alananalara məcmu halında qiymət verərək, apellyasiya kollegiyası hesab etmişdir ki, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçıların subyektiv hüquqları olmadığı kimi, eyni zamanda işin tədqiq olunan faktiki hallarında məlum olur ki, iddia tələbində mübahisələndirilən müqavilələrin etibarsızlığı üçün daha öncə qeyd olunan qanunvericilik aktlarında nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyildir.

25. Konstitusiya Məhkəməsinin mövqeyindən yanaşılarsa, işin tədqiq olunan faktiki halları onu deməyə əsas verir ki, hazırkı iş üzrə iddiaçıların qeyd olunan tələblə məhkəməyə müraciət etməyə ümumiyyətlə subyektiv hüquqları olmamışdır. Belə ki, barəsində mübahisə yaranmış daşınmaz əmlak üzərində iddiaçıların hər hansı formada hüquqları qeydə alınmamışdır. Həmin əmlak əvv əlcə dövlət mülkiyyətində olmuş, sonradan yuxarıda qeyd olunan ardıcıllıqla özəlləşdirilmiş və hazırda X4 xüsusi mülkiyyətindədir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab etmişdir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər əqd normal (yəni qanunun məzmununa uyğun) nəticələri əmələ etməyə qəti olaraq əlverişsizdisə, həmin əqd əhəmiyyətsiz əqddir. Sumqayıt Apellyasiya M əhkəməsi qətnamədə qeyd edilmişdir ki, faktiki hallar üzrə iddia tələbinin ilk növbədə “Dövlət əmlakının Azərbaycan Respublikasının verilmiş dövlət əmlakından səmərəli tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 6.9.1997-ci il tarixli, 629 saylə Fərmanı nəzərdən keçirilə bilər. (Buna baxmayaraq məhkəmə nəzərə almamışdır ki, göstərilən Fərman boş sahələrə aid edilmişdir.) Belə ki, işə baxan məhkəmə kollegiyası bu halı nəzərə almamışdır. Kollegiya əsassız olaraq qeyd etmişdir ki, mübahisəli əmlak qeyri-yaşayış təyinatlıdır və qüvvədə olan qanunvericiliyə görə iddiaçıların orada yaşamaları belə həmin əmlakın təyinatının dəyişdirilməsi üçün əsas hesab edilə bilməz (əsla burada söhbət əmlakın təyinatının dəyişdirilməsinən getmir, əmlaka dair qanunsuz bağlanmış müqavilələrdən gedir, iddiaçılar məcburi-köçkün olaraq uzun illərdi ki, göstərilən ünvana külli miqdarda vəsait xərcləyərək, əsaslı təmir işləri apararaq, onsuzda anbarın təyinatını dəyişdirərək fərdi yaşayış evinə çevirərək 23 ildir ki, orada məskunlaşaraq yaşamış, həyətdə çoxlu ağaclar əkərək illər ərzində onlara qulluq edərək böyütmüş, bağ salmış, uşaqları orada böyüyüblər və bu gündə ailəlikcə orada yaşamaqda davam etmişdir). Bundan başqa yenə iş materiallarında aydın olur ki, İddiaçı1 məcburi köçkün kimi Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışdır. Kollegiya hətta heç bir əsas olmadan göstərmişdir ki, guya məcburi köçkün statusunda olan şəxs qismində iddiaçının mübahisəli ünvanda məskunlaşmasına dair hər hansı sübut iş materiallarında yoxdur. Lakin məhkəmədə iddia qaldıraraq onların həmin ünvandan çıxarılmasını tələb edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

31. Maddə 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

33. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 34. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikas ının Qanununun 31.1, 31.1.1 və 31.1.2-ci maddələrinə əsasən dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün iki əsas müəyyən edilmişdir: bu Qanunun və Dövlət əmlakının özəlləşdirilməsi qaydalarını müəyyən edən digər normativ-hüquqi aktların pozulması; Dövlət əmlakının bu Qanuna uyğun olaraq alıcı kimi tanınmayan şəxs tərəfindən özəlləşdirilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ol araq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyy ən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessua l qanun pozuntularına yol verməmişdir.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-296/2023 nömrəli, 7 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar