Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2526/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iş üzrə İş № 2(102)-2526/2023 Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-296/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında 2011-ci ildə bağlanmış icarə müqaviləsinin, həmin icarə müqaviləsi əsasında icarəyə verilmiş əmlakın xx.xx.2011-ci il tarixli 3872 nömrəli alqı-satqı müqaviləsinin, onun əsasında özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin 2976 nömrəli alqı-satqı müqaviləsinin, eyni zamanda Cavabdeh2 adına verilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmla kın Dövlət Reyestri Xidmətinin hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. Abşeron Rayon Məhkəməsinin 2(012)-343/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qətnamədən iddiaçılar kassasiya şikayəti vermişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düş ərsə, müddət həmin ayın son günündə qurtarır; Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informa siya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə r əsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.
8. İşdən məlum olur ki, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi xx.xx.2023-cü il tarixdə İddiaçı1 onun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə yerləşdirilməklə rəsmi qaydada təqdim olunmuş, kassasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə sözügedən kabinetə yerləşdirilməklə verilmiş və bununla da, qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulan 2 aylıq prosessual müddət buraxılmış olmuşdur.
9. İddiaçı1 eyni zamanda digər iddiaçı N.Rzalının nümayəndəsidir.
10. Apellyasiya instansiyası məhkəməsi də qanunvericiliyin istinad olunan imperativ tələblərini diqqətdən qaçıraraq, qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddət buraxılmaqla verilmiş şikayəti qaytarmalı olduğu halda, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
11. Məhkəmə ko llegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və şikayət onu verən tərəfə qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
12. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-296/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət iddiaçılara qaytarılması üçün mülki iş həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.