Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-296/2023 07.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6) müqavilələrin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(012)-343/2022 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(012)-343/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim M.Abbasova) Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(012)-343/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı müqavilələrin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında 2011-ci ildə bağlanmış icarə müqaviləsinin, həmin icarə müqaviləsi əsasında icarəyə verilmiş əmlakın xx.xx.2011-ci il tarixli, 3872 nömrəli alqı-satqı müqaviləsinin, onun əsasında özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin 2976 nömrəli alqı-satqı müqaviləsinin, eyni zamanda Cavabdeh2 adına verilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 1992-ci ildən məlum Qarabağ hadisələri zamanı Füzuli rayonu işğal edildikdən sonra ailə üzvləri ilə birlikdə məcburi köçkün düşərək 1998-ci ildən Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən Hövsan hərbi sovxozunun rəhbərliyinin icazəsi əsasında (İddiaçı2 həmin sovxozda işləyirdi) binasında məskunlaşmışlar və hazırda da orada yaşayırlar. Həmin vaxtdan da sovxoz rəhbərliyinin icazəsi əsasında onlar həmin binanı (qeyri-yaşayış sahəsini) külli miqdarda vəsait qoyaraq əsaslı təmir etmiş (hətta bünövrə tökdürərək), yaşayış təyinatlı edərək orada yaşamağa başlamışlar. 23 ilə yaxın müddətdə heç vaxt və heç kim onları bu barədə narahat etməmişdir. Bu müddət ərzində həmin evin torpaq sahəsində 20 ədəd ağac da əkib becərmişlər. Lakin bu ilin əvvəllərində hazırki iş üzrə üçüncü şəxs X3 Rayon Məhkəməsində iddia qaldıraraq həmin evi qeyri-yaşayış binası kimi göstərmiş, onların qeyri-qanuni sahibliyindən geri alınması və ailə üzvlərinin onlarla birlikdə həmin sahədən çıxarılmalarını tələb etmişdir. Halbuki həmin qeyri-yaşayış sahəsi artıq mövcud deyildir. Həmin mülki işə məhkəmədə baxılarkən onlara məlum olmuşdur ki, məskunlaşdıqları Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən həmin qeyri-yaşayış sahəsi ƏMDK tərəfindən 2011-ci ildə (iddiaçılar ailə üzvləri ilə birlikdə yaşadıqları halda) Cavabdeh2 guya icarəyə verilmiş və qısa müddətdən sonra Komitə tərəfindən xx.xx.2011-ci il tarixdə satılmışdır. Bundan sonra Cavabdeh2 da, həmin əmlakı X1. 1998-ci ildə onlar sovxoz rəhbərliyi tərəfindən həmin ünvanda yerləşdirilmişlər. Bu zaman əmlak tamamilə boş və yaşamağa yararsız idi. Onlar həmin evi öz vəsaitləri hesabına tam təmir edərək, yaşayış üçün yararlı vəziyyətə salaraq, həmin evdə məskunlaşmışlar. Həmin zaman onlara deyilmişdir ki, “narahat olmayın bura boşdur, əmlak barədə sənədləşdirmə aparılmayacaq. Sənədləşmə aparılsa da, birinci sizə təklif ediləcək, almasanız, onda sizin razılığınızla başqa şəxslərə satıla bilər”. Göründüyü kimi, Cavabdeh2 ilə ƏMDK arasında 2011-ci ildə bağlanmış icarə müqaviləsi, həmin icarə müqaviləsi əsasında xx.xx.2011-ci il tarixli 3872 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi və onun əsasında özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin 2976 nömrəli alqı-satqı müqaviləsi, eyni zamanda Cavabdeh2 adına ƏMDK yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2011-ci il olan çıxarış qanunsuz yolla əldə edilmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçılar iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Mübahisəli ərazi 23 ildən artıqdır ki, iddiaçıların faktiki istifadələrindədir. Bu müddət ərzində onlar Cavabdeh2 adlı şəxsi heç vaxt həmin ərazidə görməmişlər. Mübahisəli torpaq sahəsi barədə icarə müqaviləsi qanuni əsaslarla bağlanmamışdır. İşə baxan məhkəmə saxtakarlığa don geyindirib saxta sənədi qanuniləşdirməyə cəhd edir. Mübahisəli sahə qanunsuz yolla və saxta sənədlər əsasında özəlləşdirilmişdir. Hər hansı bir sahə özəlləşdirilən zaman gəlib ölçü aparılsaydı iddiaçıların məlumatı olardı. Məhkəmə qətnaməsində maddi hüquq normaları formal şəkildə sadalanmış, lakin həmin müddəalar hazırkı mübahisəyə düzgün tətbiq edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında, 17 sentyabr 1998-ci il tarixli, 895 nömrəli Sərəncamında məcburi köçkünlərin 1992-1994-cü illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısının alınması, həmin ailələrin məskunlaşdıqları evlərdə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş orderlərin hüquqi qüvvəsinin müvəqqəti dayandırılması, bu sahəyə hüquq mühafizə orqanlarının nəzarətinin gücləndirilməsi tapşırılmışdır. Həmin Sərəncamın gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında 01 iyul 2004-cü il tarixli Sərəncamında Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları rəhbərlərinə məcburi köçkünlərin öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməmələri tapşırılmışdır. Göründüyü kimi məhkəmə sadalanan qanunvericilik aktlarının tələblərini nəzərə almamış, iş üzrə təqdim olunmuş zəruri sübutları araşdırmamış, iddia kifayət qədər əsaslı və əlaqəli sübutlarla sübuta yetiriləsə də, iddia təmin olunmamışdır. Sadalanan hallar apellyasiya kollegiyası tərəfindən yenidən nəzərdən keçirilməli, şikayət təmin edilərək, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayətin dəlillərini müdafiə etdilər. İddiaçı2 əlavə olaraq bildirdi ki, mübahisəli ərazidə onlar 1998-ci ildə Hövsan Hərbi Sovxozunun icazəsi əsasında məskunlaşmışlar. O, həmin sovxozda 2005-ci ilədək (sovxoz mövcud olanadək) işləmişdir. Həmin ərazidə yerləşən tikilini inşa və təmir etmişlər. Hal-hazırkı tarixədək ailə üzvləri ilə birlikdə orada yaşayırlar. Sovxozdan həmin ərazi onlara verilərkən bildirilmişdir ki, onların icazəsi olmadan həmin torpaq sahəsi və daşınmaz əmlak üçüncü şəxslərə özgəninkiləşdirilə bilməz. Özəlləşdirilməyə icazə verildikdə ilk olaraq həmin əmlak onlara təklif ediləcəkdir. Lakin son müddətdə onlara məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi və onların məskunlaşdığı fərdi yaşayış evi əvvəlcə Cavabdeh2 icarəyə verilmiş, daha sonra isə Məhərrəm Şahsuvarova satılmışdır. Bütün bunlardan onların xəbəri olmamışdır. Bu müddət ərzində onlar həmin ünvanda yaşamışlar. Heç bir vaxt orada adları çəkilən şəxsləri görməmişlər. Belə olan halda mübahisəli daşınmaz əmlakların icarə, daha sonra alqı-satqı müqavilələrinin hansı formada bağlanması onlara məlum deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı1 əlavə etdi ki, 1998-ci ildən etibarən o və ailə üzvləri mübahisəli ərazidə yerləşən tikilidə məskunlaşmışlar. Bu müddət ərzində həmin tikilini əsaslı təmir etdirib, fərdi yaşayış evinə çevirmişlər, torpaq sahəsində ağaclar əkmiş, bir sözlə həmin ərazidən öz əmlakları kimi istifadə etmişlər. Bu illər ərzində bir dəfə də olsun, onlara həmin ərazini tərk etmələrini bildirən olmamış, habelə hazırkı iş üzrə cavabdehləri tanımamışlar. Lakin hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şahsuvar Məhərrəmov onların mübahisəli ərazidən çıxarılmaları tələbi ilə məhkəməyə müraciət edən zaman onlara məlum olmuşdur ki, sonuncu həmin ərazini onların xəbəri olmadan özəlləşdirmişdir. Məhkəmə qeyd olunan mübahisəli əraziyə dair bağlanmış istər icarə müqaviləsinin, istərsə də alqı-satqı müqaviləsinin etibarsızlığına dair kifayət qədər əsaslı iddianı rədd etməklə yanlış nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, mübahisəli ünvana iddiaçılar 1998-ci ildə Hövsan Hərbi Sovxozunun rəhbərliyi tərəfindən köçürülmüşlər. O zaman hazırkı mübahisə predmeti olan daşınmaz əmlak boş və yaşayış üçün yararsız olmuşdur. İddiaçılar o vaxtdan bugünə kimi həmin ünvanda yaşamış, oranı tam təmir etdirmişlər. Mübahisənin əsası ondan ibarətdir ki, sözügedən daşınmaz əmlak özəlləşdirilərkən orada yaşayışın olması Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilməmişdir. Həmin əmlakın özəlləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Məhkəməyə təqdim edilən İddiaçı1 adından icra edilmiş kommunal ödəniş qəbzlərindən aydın olur ki, həmin ünvanda iddiaçılar tərəfindən yaşayış vardır. Məhkəmə bu kimi əhəmiyyətli halları araşdırmamış, mübahisə üzrə səthi araşdırma aparmaqla, iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh2 şikayətə etiraz edərək bildirdi ki, o iddiaçıları tanımır. Hazırkı mübahisənin ona heç bir aidiyyatı yoxdur. Mübahisə predmeti olan əmlakın icarə müqaviləsi, daha sonra əmlakla bağlı onunla Məhərrəm Şahsuvarov arasında bağlanmış alqı-satqı müqaviləsi tam qanuni əsaslarla bağlanmışdır. Həmin müqavilələrin ləğvi, yaxud etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. O, bildirdi ki, mübahisə predmetini təşkil edən Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 83.8 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Həmin əmlak ona məxsus olan 4.2 sot torpaq sahəsində yerləşir. İddiaçılar isə məcburi köçkün kimi həmin ərazidə deyil, Sumqayıt şəhərində qeydiyyatda alınmışlar. Hazırkı iddianın heç bir hüquqi əsası yoxdur. İş üzrə birinci instansiya məhkəməsi əsaslı və qanuni qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. İş üzrə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 2183 saylı, 18 fevral 2011-ci il tarixli icarə müqaviləsindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən xidmət təyinatlı, 1 mərtəbəli, 83,8 kv.metrlik qeyri-yaşayış sahəsi 6 ay müddətinə ƏMDK tərəfindən Cavabdeh2 icarəyə verilmişdir. İcarə haqqı 603,36 manat müəyyən edilmişdir. Hüquq subyekti kimi Cavabdeh2, balans saxlayıcısı və ya mülkiyyətçi kimi İstesalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi göstərilmişdir. X10 arayış vermişdir ki, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin rəhbərliyi balansında olan, Abşeron rayonu, Masazır qəsəbəsində 15290,9 kv.m. torpaq sahəsində yerləşən 83,8 kv.m. sahəyə malik, 14450,7 kv.m. torpaq sahəsində yerləşən 20,2 kv.m. sahəyə malik və 13831,9 kv.m. torpaq sahəsində yerləşən 52 kv.m. sahəyə malik qeyri-yaşayış binalarının səmərəli istifadə olunmasına, icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz etmir. Yenə iş materiallarında olan icarəyə verilmiş əmlakın 3872 saylı, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən xidmət təyinatlı, 1 mərtəbəli, 83,8 kv.metrlik qeyri-yaşayış sahəsi 6285 manat müqabilində ƏMDK tərəfindən Cavabdeh2 satılmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən əmlakın satış qiymətinin 100%-i ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Mülki işə əlavə edilmiş MA ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində 0,0118 ha torpaq sahəsində yerləşən anbar təyinatlı, 1 mərtəbəli, 83,8 kv.metrlik qeyri-yaşayış sahəsi xx.xx.2011-ci il tarixdən Cavabdeh2 mülkiyyətindədir. Yenə mülki işə əlavə edilmiş sənədlərdən görünür ki, 26 sentyabr 2012-ci il tarixli, 4Ə-06-1870 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 83,8 kv.metrlik qeyriyaşayış sahəsi və 0.5828 ha torpaq sahəsini X1. İş materiallarında olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində 0,5828 ha torpaq sahəsində yerləşən anbar təyinatlı, 1 mərtəbəli, 83,8 kv.metrlik qeyri-yaşayış sahəsi xx.xx.2012-ci il tarixdən X4 mülkiyyətindədir. Yenə də iş materiallarından görünür ki, Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 83,8 kv.metrlik qeyri-yaşayış sahəsinin texniki pasportu 21 iyun 2019cu il tarixdə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmişdir. Yenə mülki işə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-696/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia təmin edilmiş, X4 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 83.8 kv.m sahəsi olan qeyri-yaşayış binasının İddiaçı1 qeyri-qanuni sahibliyindən geri alınması, İddiaçı1 və ailə üzvlərinin həmin qeyri-yaşayış sahəsindən çıxarılmaları qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. İşə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2421/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddia tələbi ailə üzvlərinin çıxarılması hissəsində rədd edilmiş, ilk və qarşılıqlı iddia tələbləri qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Yenə işə əlavə edilmiş AA 375950 saylı, xx.xx.2016-cı il tarixli məcburi köçkün vəsiqəsindən görünür ki, Rzalı X8 rayonundan məcburi köçkün kimi Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışdır. İşə əlavə edilmiş "xxxx" ASC-yə aid abunə kartından görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ünvana İddiaçı1 adına **********06438 nömrəli abonent kodu verilmiş və həmin ünvana dair sonuncu tərəfindən elektrik enerjisi sərfiyyatına görə aylıq ödənişlər icra edilir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırkı mübahisə predmetini təşkil edən daşınmaz əmlak dövlət mülkiyyətində olmaqla İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmuşdur. Dövlət əmlakının (qeyriyaşayış sahəsinin) icarəyə verilməsi haqqında 2183 saylı, 18 fevral 2011-ci il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən xidmət təyinatlı, 1 mərtəbəli, 83,8 kv.metrlik qeyri-yaşayış sahəsi 6 ay müddətinə ƏMDK tərəfindən Cavabdeh2 icarəyə verilmişdir. Daha sonra icarəyə verilmiş əmlakın 3872 saylı, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli qeyri-yaşayış sahəsi 6285 manat müqabilində ƏMDK tərəfindən Cavabdeh2 satılmış və sonuncunun həmin əmlak üzərində mülkiyyət hüququ qeydə alınmışdır. Daha sonra mübahisə predmetini təşkil edən daşınmaz əmlak son mərhələdə Cavabdeh2 tərəfindən X2 və hazırda onun xüsusi mülkiyyətindədir. İddiaçılar mübahisəli daşınmaz əmlakdan yaşayış sahəsi kimi uzun illərdən bəri istifadə etdiklərini və qeyd olunan əmlakın onlardan xəbərsiz özəlləşdirilməsi əsası ilə hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddianı təmin etməmiş, narazı qalan iddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. İş üzrə birinci instansiya məhkəməsinin yekun hüquqi nəticəsi ilə razılaşan apellyasiya kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakılara istinad edilməsini zəruri hesab edir. Hər şeydən əvvəl məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi faktiki hallar üzrə iddia tələbinin hüquqi əsası kimi ilk növbədə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997ci il tarixli, 629 saylı Fərmanı nəzərdən keçirilə bilər. İstinad olunan Prezident Fərmanına əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Həmin Fərmanla müəyyən edilmişdir ki, bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsi hesab olunur, səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus daşınar əmlakın və Dövlət mülkiyyətində olan digər əmlakın icarəyə və istifadəyə verilməsi yalnız Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə həyata keçirilməlidir və Komitə icarəyə verilmiş və səmərəsiz istifadə olunan dövlət əmlakının mövcud qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsini təmin etməlidir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi məhz istinad olunan Fərmana əsasən özəlləşdirilmişdir. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1, 31.1.1 və 31.1.2-ci maddələrinə əsasən dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün iki əsas müəyyən edilmişdir: bu Qanunun və Dövlət əmlakının özəlləşdirilməsi qaydalarını müəyyən edən digər normativ-hüquqi aktların pozulması; Dövlət əmlakının bu Qanuna uyğun olaraq alıcı kimi tanınmayan şəxs tərəfindən özəlləşdirilməsi. Həmçinin əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İşdən aydın olduğu kimi iddiaçılar iddia tələbində Cavabdeh2 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında 2011-ci ildə bağlanmış icarə müqaviləsinin, həmin icarə müqaviləsi əsasında icarəyə verilmiş əmlakın xx.xx.2011-ci il tarixli, 3872 nömrəli alqı-satqı müqaviləsinin, onun əsasında özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin 2976 nömrəli alqı-satqı müqaviləsinin, eyni zamanda Cavabdeh2 adına verilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın etibarsız hesab olunmasını tələb etsələr də, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edəcək hər hansı ciddi dəlil, mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Onların yeganə və əsas dəlili bundan ibarətdir ki, mübahisəli əmlak icarəyə verilərkən və özgəninkiləşdirilərkən yüklü olmuşdur. Belə ki, iddiaçılar 1998-ci ildən məcburi köçkün kimi orada məskunlaşmışlar, buna görə də həmin əmlakın özgəninkiləşdirilməsi zamanı üstünlük hüququna malik olmuşlar, habelə sözügedən müqavilələrdən onlar xəbərsiz olmuşlar. Kollegiya qeyd edir ki, işdə olan sənədlərdən aydın olduğu kimi, mübahisəli əmlak qeyri-yaşayış təyinatlıdır və qüvvədə olan qanunvericiliyə görə iddiaçıların orada yaşamaları belə həmin əmlakın təyinatının dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Bundan başqa yenə iş materiallarında aydın olur ki, İddiaçı1 məcburi köçkün kimi Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışdır. Yəni hətta məcburi köçkün statusunda olan şəxs qismində iddiaçının mübahisəli ünvanda məskunlaşmasına dair hər hansı sübut iş materiallarında yoxdur. Sadalananalara məcmu halında qiymət verərək, apellyasiya kollegiyası hesab edir ki, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçıların subyektiv hüquqları olmadığı kimi, eyni zamanda işin tədqiq olunan faktiki hallarında məlum olur ki, iddia tələbində mübahisələndirilən müqavilələrin etibarsızlığı üçün daha öncə qeyd olunan qanunvericilik aktlarında nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyildir. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin mövqeyindən yanaşılarsa, işin tədqiq olunan faktiki halları onu deməyə əsas verir ki, hazırkı iş üzrə iddiaçıların qeyd olunan tələblə məhkəməyə müraciət etməyə ümumiyyətlə subyektiv hüquqları olmamışdır. Belə ki, barəsində mübahisə yaranmış daşınmaz əmlak üzərində iddiaçıların hər hansı formada hüquqları qeydə alınmamışdır. Həmin əmlak əvvəlcə dövlət mülkiyyətində olmuş, sonradan yuxarıda qeyd olunan ardıcıllıqla özəlləşdirilmiş və hazırda X4 xüsusi mülkiyyətindədir. Beləliklə, iddiaçılar məhkəməyə tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişlər. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, sübutetmə yükü daşıyan iddiaçılar öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(012)- 343/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-296/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-296/2023
07.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver