Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1431/2022 24.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Firmasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10224/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı BOKT ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF nömrəli kredit müqaviləsinə əsasən Bank 47969 ABŞ dolları məbləğində krediti 60 ay müddətinə, 19 %-lə Borcluya verməyi, Borclu isə bu müqavilə üzrə müəyyən edilmiş borcu aldığı gündən etibarən kreditorun ona təqdim etdiyi ödəniş cədvəlinə əsasən hər ayın müvafiq günü əsas və faiz borclarına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 firmasının qanuni nümayəndəsi X2 (girov qoyan 1), Cavabdeh2 (girov qoyan 2 və kredit alan) ilə "xxxx" ASC (girov saxlayan) arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF-G nömrəli girov müqaviləsinə əsasən bu müqavilənin predmeti borclu Cavabdeh2 ilə girov saxlayan "xxxx" ASC arasında bağlanmış 01.06.2015-ci il tarixl i, 119/15/PB/YF saylı kredit müqaviləsi üzrə illik 19% məzənnəsi ilə, 60 ay müddətinə aldığı 47969 ABŞ dolları kredit borc öhdəliklərinin icrasının təmin edilməsidir. Girov predmeti: Cavabdeh1 firması ilə Cavabdeh2 arasında bağlanmış 11.04.2013-cü il tarixli, 6189 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən sıra 12, korpus 3, 89/91 saylı, Sədərək ticarət mərkəzində yerləşən sıra 11, korpus 3, 90/92 saylı ümumi 200 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinə (dükanlara) olan hüquqlar və həmin dükanda olan dövriyyədəki mallar. Cavabdeh2 (borclu və girov qoyan) ilə "xxxx" ASC (girov saxlayan) arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15 /PB/YF-DG nömrəli girov müqaviləsinə əsasən bu müqavilənin predmeti borclu Cavabdeh2 ilə girov saxlayan "xxxx" ASC arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı kredit müqaviləsi üzrə illik 19% məzənnəsi ilə, 60 ay müddətinə aldığı 47969 ABŞ dolları kredit borc öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tərəflərin qarşılıqlı razılığına əsasən 100 min manat dəyərində mal qalığını girov götürmək şərti ilə bağlanmışdır. 22.08.2017-ci il tarixli maliyyə arayışından görünür ki, 01.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə 46991.10 ABŞ dolları əsas borc, 35434.79 ABŞ dolları hesablanmış faiz borcu və 53005.96 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 135431.85 ABŞ dolları məbləğində borc hesablanmışdır. 02.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 01.06. 2015-ci il tarixli kredit müqaviləsi üzrə 39713.10 ABŞ dolları əsas borc, 83294.06 ABŞ dolları hesablanmış faiz borcu və 62508.42 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 185515.58 ABŞ dolları məbləğində borc hesablanmışdır. İddiaçı BOKT ASC tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 11.11.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 ilə "xxxx" ASC arasında 2013-cü ildən bağlanmış müqavilələr üzərindən beş ildən artıq müddət keçdiyi üçün məhv edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29.06.2021-ci il tarixli, 4/648 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, "xxxx" ASC və Cavabdeh2 adlarından olan 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı kredit (borc) müqaviləsinin 2.3-cü v ərəqələrində “Kredit (borc) alan və girov qoyan:” qrafalarındakı imzalar və 01.06.2015-ci il tarixli, 119/15/PB/DG saylı daşınar əmlakın girov müqaviləsinin 2-ci vərəqəsində “borclu və girov qoyan” qrafalarında imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş "xxxx" ASC və Cavabdeh2 adlarından olan 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı kredit (borc) müqaviləsinin 1-ci vərəqəsində “Kredit (borc) alan və girov qoyan:” qrafasındakı imza ilə həmin müqavilənin 2-3-cü vərəqələrində “Kredit (borc) alan və girov qoyan:” qrafalarındakı imzalar, 01.06.2015-ci il tarixli, 119/15/PB/DG saylı daşınar əmlakın girov müqaviləsinin 2ci vərəqəsində “Borclu və girov qoyan” qrafalarındakı imzalar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə a ktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti (bundan sonra İddiaçı BOKT ASC) Cavabdeh2 qarşı “borc və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh2 ilə İddiaçı BOKT ASC arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 İddiaçı BOKT ASC-nin xeyrinə 01.06.2015ci il tarixli, 119/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə 46991.10 ABŞ dolları əsas, 35434.79 ABŞ dolları hesablanmış faiz, 53005.96 ABŞ dolları dəbbə pulu, cəmi 135431.85 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, həmin məbləğin 01.06.2015ci i l tarixli, 119/15/PB/YF-G nömrəli girov müqaviləsinə əsasən girova yönəldilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh2 ilə İddiaçı BOKT ASC arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh1 firmasından müştərək qaydada 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı kredit müqaviləsi üzrə 46991.10 ABŞ dolları əsas, 35434.79 ABŞ dolları faiz, 53005.96 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 135431.85 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 əvvəlki "xxxx" ASC-nin (indiki İddiaçı BOKT ASC) “Yasamal” filialından 01.06.2015-ci il tarixli, 119/15/PB/YF nömr əli kredit (borc) müqaviləsinə əsasən illik 19 faizlə 60 ay müddətinə evin təmiri məqsədilə 47969 ABŞ dolları borc almışdır. Bu borcun təminatı olaraq Cavabdeh1 firması ilə Cavabdeh2 arasında bağlanmış 11.04.2013-cü il tarixli, 6189a nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən sıra 12, korpus 3, 89/91 saylı, Sədərək ticarət mərkəzində yerləşən sıra 12, korpus 3, 90/92 saylı ümumi 200 m2 ibarət qeyri-yaşayış sahəsinə (dükana) olan hüquqlar və həmin dükanda olan dövriyyədəki mallar 01.06.2015-ci il tarixli, 119/15/PB/YF-G nömrəli girov müqaviləsi ilə yüklü edilmişdir. 22.08.2017-ci il tarixədək Cavabdeh2 İddiaçı BOKT ASC-yə 01.06.2015-ci i l tarixli, 119/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə 46991.10 ABŞ dolları əsas, 35434.79 ABŞ dolları hesablanmış faiz, 53005.96 ABŞ dolları dəbbə pulu, cəmi 135431.85 ABŞ dolları borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva, iş № 2(010)-13/2021) İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 firmasına qarşı “kredit müqaviləsi ü zrə borc” tələbinə dair iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə 140 (yüz qırx) manat məbləğində ekspertiza xərcinin İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı BOKT ASC cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən cavabdehə 47969 ABŞ dolları məbləğində kredit verdiyini və cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini iddia edir. Cavabdeh isə bunu qəbul etməyərək iddia edir ki, o, ümumiyyətlə iddiaçıdan heç bir kredit götürməmişdir. Belə vəziyyətdə, məhkəmə ilk növbədə, müqavilədə göstərilən kredit məbləğinin həqiqətən cavabdehə verilib-verilmədiyini, be ləliklə müqavilənin etibarlı olubolmadığını müəyyən etməlidir. İddia ərizəsinə müvafiq kredit müqaviləsinin bağlanmasından dörd gün sonra Bankın kassasından çıxarılmış 47969 ABŞ dolları məbləğində pulun cavabdehin hesabına köçürüldüyünü göstərən xəzinə məxaric orderinin surəti əlavə edilmişdir. İş üzrə həlledici əhəmiyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müvafiq məxaric orderinin əsli iddiaçıdan tələb edilmiş, lakin iddiaçı həmin sənədin əslini məhkəməyə təqdim etməmişdir. Bundan sonra, cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatı üçün zəruri olduğundan həmin sənədin əsli ekspert tərəfindən iddiaçıdan tələb edilmiş, lakin iddiaçı bu sənədi ekspertizaya da təqdim etməmişdir. Eyni qaydada, müvafiq müqavilə üzrə ödəniş cədvəlinin əsli iddiaçıdan tələb edilsə də iddiaçı bu sənədi də məhkəməyə təqdim etməmişdir. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasına xəzinə məxaric orderinin əsli təqdim edilmədiyindən bu sənədlə bağlı hissədə heç bir rəy verilməsə də 01.06.2015-ci il tarixli kredit müqaviləsinin birinci vərəqində olan imzanın müqavilənin digər vərəqlərində olan imzalarla, eyni zamanda həmin tarixli girov müqaviləsindəki imzalarla eynilik təşkil etmədiyi, bu imzaların müxtəlif şəxslər tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə həmin rəylə razılaşır, çünki müvafiq imzalar arasındakı fərq mütəxəssis olmayan şəxs tərəfindən belə görülə biləcək dərəcədə aşkardır. Beləliklə, cavabdehin kredit və girov müqavilələrindəki imzaların onun tərəfindən icra olunmadığı ilə bağlı qeyd etdiklərini məhkəmə in andırıcı hesab edir. Bundan başqa, nəzərə alınmalıdır ki, imzaların həqiqi olmamasının müəyyən edilməsi müqavilənin bağlanması ilə bağlı mülki qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlərin pozulması deməkdir. Aldatma, zorakılıq, hədə təsiri altında bağlanılmış əqdlər mübahisə edilən əqdlərdir və məhkəmə bu barədə tələb irəli sürülmədən həmin əqdləri etibarsız hesab edə bilməz. İş üzrə cavabdehin isə hazırkı tarixə qədər bununla bağlı heç bir iddiası olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış 01.05.2015-ci il tarixli kredit və girov müqavilələri etibarsız (əhəmiyyətsiz) əqdlərdir. Belə ki, müqavilə bağlanarkən tərəflərin (cavabdehin) müqaviləyə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmamış, müqavilə üzrə ona heç bir kredit verilməmişdir. Apellyasiya ins tansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov, iş № 2(103)-10224/2021) İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-13/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, iddiaçı apellyasiya şikayətində iş üzrə keçirilmiş ekspert rəyinin şübhəli olduğunu qeyd etsə də, bu halın nədən ibarət olmasını və bu halı təsdiq edəcək əsaslı dəlili məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Kollegiya xüsusi olaraq qeyd edir ki, kredit müqaviləsi üzrə pulun borcluya verilməsini təsdiq edən sənəd kassa məxaric orderidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Hazırki halda isə iddiaçıya kassa məxaric orderinin əslinin təqdim edilməsi təklif edilsə də, iddiaçı kassa məxaric orderinin əslini təqdim edə bilməmişdir. Kollegiyanın qənaətinə görə, bu halda iş üzrə digər sübutların iş üçün əhəmiyyətli olub-olmaması ümumiyyətlə müzakirə mövzusu ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı BOKT ASC (Vəkil2) kassasiya şikayətini onunla əsasla ndırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)10224/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsinin tam ləğv edilərək, yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanan müqavilənin məzmunundan da göründüyü kimi cavabdeh özünün razılığı ilə, anlayaraq kredit müqaviləsini imzalamışdır. Tərəflər arasında razılaşdırılmış bütün şərtlər və tələblər həmin müqavilədə öz əksini tapmış və müqavilənin bağlandığı tarixdən iddianın məhkəməyə daxil olduğu dövrə kimi əqd barəsində hər hansı bir tərəf mübahisə açmamışdır. Cavabdeh2 2015-ci il tarixd ən həmin kredit müqaviləsi üzrə ödənişlər aparmış və heç bir etirazı olmamışdır. Müqavilə üzrə ödənişlərin edilməsi borcun etirafı kimi qiymətləndirilməli olduğu halda məhkəmə bu hallara qiymət verməmişdir. Apellyasiya Məhkəməsi öz qətnaməsinin 4-cü vərəqinin 5-ci abzasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə istinad edərək bildirir ki, 01.06.2015-ci il tarixli, müqavilənin 2-3-cü vərəqlərində “Kredit alan və girov qoyan” qrafalarındakı imzalar və 01.06.2015-ci il tarixli, 119/15/PB/DG saylı girov müqaviləsinin 2-ci vərəqəsində “borclu və girov qoyan” qrafasındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur”. Daha sonra isə göstərilir ki, 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı müqavilənin 1-ci vərəqəsində “kredit alan və girov qoyan” qrafasındakı imza ilə həm in müqavilənin 2-3-cü vərəqələrində “kredit alan və girov qoyan” qrafalarındakı imzalar, 01.06.2015-ci il tarixli, 119/15/PB/DG saylı girov müqaviləsinin 2-ci vərəqəsində “borclu və girov qoyan” qrafasındakı imzalar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Başa düşülmür ki, “eyni şəxslər” dedikdə kim nəzərdə tutulur?, müxtəlif şəxslər dedikdə kimlər nəzərdə tutulur? X1 həmin müqavilələrdə imzası varmı? Məhkəmə ekspert rəyinə istinad etsədə qeyd etdiyimiz kimi Bağırovun imza nümunələrini harada və kimlərin iştirakı ilə alındığı da bizə məlum deyildir. Odur ki, ekspert rəyinin etibarlı olması onlarda şübhə doğurmaya bilməz. Məhkəmə qətnaməsində bildirir ki, “Cavabdeh2 ilə bağlanmış 2013-cü il tarixli müqavilələri məhv edildiyi üçün məhkəməyə təqdim edilə bilmir”. Dəfələrlə məhkəməyə bildirmişik ki, 2013-cü il tarixində bağlanmış müqavilənin 2015-ci il tarixli müqaviləyə heç bir aidiyyatı yoxdur. 2015-ci il tarixində tərəflərin iradəsi əsasında köhnə müqavilə üzrə qalıq borc kapitallaşdırılaraq yeni müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə də cavabdeh borc öhdəliklərinin bir qismini icra etmişdir. Əgər həmin müqavilədən xəbəri yox idisə və ya həmin müqaviləni cavabdeh imzalamamışdırsa nəyə görə müqavilə üzrə pul ödəyirdi? Bütün bu suallar və qəbul etmədiyimiz hallar apellyasiya şikayətində göstərilsədə apellyasiya məhkəməsi göstərilən halları nəzərə almadan, araşdırmadan qətnamə çıxararaq əvvəlki qətnaməni qüvvədə saxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh2 (Vəkil1) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyas iya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10224/2021 nömrəli 01 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı BOKT ASC tərəfindən verilmiş kassasiya şikayətinin təmin etmədən, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 351.2 -ci maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Bundan başqa, məhkəmə tərəfindən tələb edilməsinə və iş üçün həlledici əhəmiyyət daşımasına baxmayaraq, iddiaçı tərəfindən müvafiq xəzinə məxaric orderinin əsl inin nə məhkəməyə, nə də ekspertizaya təqdim edilməməsini nəzərə alaraq, məhkəmə həmin sənədin həqiqi olmadığı, beləliklə, cavabdehə müqavilə üzrə heç bir kredit verilmədiyi nəticəsinə gəlir. Məhkəmə bu cür nəticəyə gələrkən ilk növbədə onu nəzərə alır ki, sübutetmə yükünün bölünməsi baxımından müvafiq sənədlərin əslini təqdim etmək iddiaçının vəzifəsi idi. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyu lmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa ha lların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3.-c ü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsi işin araşdırılmış hallarına uyğun olmamış, ekspert rəyinə digər sübutlarla yanaşı qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Belə ki, iş üzrə keçirilmiş ekspertiza zamanı ekspert qarşısında qoyulmuş suallar: məxaric orderində olan imzanın müqavilədə Cavabdeh2 adına çəkilmiş imza ilə eyni olubolmaması, müqavilələrdə olan imzaların Cavabdeh2 məxsus imzalarla eyni olması və imzaların eyni şəxs tərəfindən icra edilib-edilməməsi ilə bağlı olmuşdur. İddiaçının apellyasiya şikayətində istinad etdiyi dəlillərdə isə göstərilir ki, «… Cavabdeh2 2015-ci il tarixdən həmin kredit müqaviləsi üzrə ödənişlər aparmış və heç bir etiraz olmamışdır. Müqavilə üzrə ödənişlərin edilməsi borcun etirafı kimi qiymətləndirilməli olduğu halda məhkəmə bu hallara qiymət verməmişdir. Apellyasiya Məhkəməsi öz qətnaməsinin 4-cü vərəqinin 5-ci abzasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə istinad edərək bildirir ki, 01.06.2015-ci il tarixli, müqavilənin 2-3-cü vərəqlərində “Kredit alan və girov qoyan” qrafalarındakı imzalar və 01.06.2015-ci il tarixli, 119/15/PB/DG sayl ı girov müqaviləsinin 2-ci vərəqəsində “borclu və girov qoyan” qrafasındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur”. Daha sonra isə göstərilir ki, 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı müqavilənin 1-ci vərəqəsində “kredit alan və girov qoyan” qrafasındakı imza ilə həmin müqavilənin 2-3-cü vərəqələrində “kredit alan və girov qoyan” qrafalarındakı imzalar, 01.06.2015-ci il tarixli, 119/15/PB/DG saylı girov müqaviləsinin 2-ci vərəqəsində “borclu və girov qoyan” qrafasındakı imzalar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Başa düşülmür ki, “eyni şəxslər” dedikdə kim nəzərdə tutulur?, müxtəlif şəxslər dedikdə kimlər nəzərdə tutulur? X1 həmin müqavilələrdə imzası varmı?» Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən iş mate riallarında olan ekspertiza rəyinin tədqiqini işdə olan digər sübutlarla birlikdə aparmamış və faktiki olaraq ekspert qarşısında qoyulan suallara düzgün, aydın və tam olaraq cavab verilmədiyini, bəzi sualların isə faktiki olaraq cavabsız qoyulmasına diqqət yetirməmişdir. Halbuki birinci instansiya məhkəməsinin xətşünaslıq ekspertizasına dair tədqiqatının aparılmalı olması, qoyulmuş sualların araşdırılmalı olması hazırki iş üçün mühüm əhəmiyyət daşıması ilə bağlı mövqeyi ilə razılaşmış, lakin göstəridiyi kimi ekspert rəyinin işin düzgün həlli üçün kifayət edən məzmunda olmadığını nəzərə almamışdır. Bununla yanaşı birinci instansiyası məhkəməsinin tədqiqatından kənarda qalmış sualları özünün ehtimalları ilə (“Məhkəmə həmin rəylə razılaşır, çünki müvafiq imzalar arasındakı fərq mütəxəssis olm ayan şəxs tərəfindən belə görülə biləcək dərəcədə aşkardır.”) əsaslandırmasına əhəmiyyət verməmişdir. Həmçinin o da nəzərə alınmalı idi ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin xüsusi, müstəsna sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi q iymətləndirilməsi. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət o vaxt qədər yüksək ola bilər ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Digər dəlil isə 2015-ci il tarixdən sonra baxılan iş üzrə təqdim olunmuş müqavilə üzrə öhdəliyin icrasının davam etdirilməsi və işin bu hallarının isə ümumiyyətlə araşdırılmadan kənarda saxlanması ilə bağlı olmuşdur. Bu halda isə apellyasiya instansiyası məhkəməsi dəli llərin araşdırılmasının təmin edilməsi baxımından məxaric sənədinin mövcud olubolmaması ilə yanaşı, pul məbləğinin köçürülmə ilə verilməsi və ya borcun kapitallaşdırma əsasında yaranması, müqavilə bağlandıqdan sonra ödənişlərin olub-olmaması, ödənişlər olmuşdursa bunun hansı müqavilə üzrə icra edilməsini araşdırmalı idi. Bununla da məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılmaması iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi n əzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələrə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı) İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının tə ləblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Odur ki, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli və Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı BOKT ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10224/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1431/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1431/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver