Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5475/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC, Cavabdeh1 BOKT QSC-yə və Nəsimi rayon İcra Şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələri haqqında protokolun və onun əsasında dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC, Cavabdeh1 BOKT QSC və Nəsimi rayon İcra Şöbəsinə qarşı «hərracın nəticələri haqqında protokolun və onun əsasında dövlət reyestri ndən verilmiş çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4901/2022 nömrəli 13 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli 2(006)6/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən ******* manat 95 qəpik əsas borc, ******* manat 43 qəpik faiz olmaqla, cəmi ******* manat 37 qəpik və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh1 BOKT QSC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın X21 məxsus, ipoteka predmeti olan Bakı şəhəri Səbail rayonu Əlibə yov Qardaşları küçəsində istifadədə olan 0,018 ha torpaq sahəsində yerləşən 52 nömrəli 1 mərtəbəli binada 85 kv metr ümumi, 66,2 kv metr yaşayış sahəsindən ibarət 4 otaqlı 2 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunan 100000 manat həddində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, tələb üzrə tutmanın İddiaçı məxsus, ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində istifadədə olan 1,29 ha torpaq sahəsində yerləşən 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 kv metr sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunan 369000 manat həddində müəyyən edilməklə açıq hərra cdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, həmin əmlaklar satıldıqdan sonra əldə edilmiş vəsaitdən tutulmalar çıxıldıqda, yerdə qalıq məbləği qalarsa mənzillərin satış qiymətləri və tutulmalar nəzərə alınmaqla mülkiyyətçilərə qaytarılması, ipoteka predmeti olan mənzillər satıldıqdan sonra 1 ay ərzində cavabdeh İddiaçı Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65 «c» nömrəli evin 10 nömrəli mənzilindən, cavabdehlər X2, X9, X3, X5, X14, X6, X10, X15, X11 və X4 Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları küçəsi 52 nömrəli evin 2 nömrəli mənzilindən çıxarılması, borcun "xxxx" MMC-yə məxsus ipotekaya qoyulmuş qətnamənin nəticə hissəsində siyahısı, qeydiyyat nişanları və digər əlamətləri göstərilmiş «Fiat-Albea Sole 1.4» markalı avtomobillərə yönəldilməsi, avtomobillərin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına "xxxx" MMC-nin kredit borcunun ödənilməsi, avtomobillərin satışından əldə olunan vəsaitdən tutulmalar çıxıldıqdan sonra qalıq qaldıqda, həmin məbləğin "xxxx" MMC-yə qaytarılması, ipoteka predmetləri satıldıqdan sonra əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc məbləğinin "xxxx" MMC-dən tutularaq Cavabdeh1 BOKT QSC-yə ödənilməsi, 580 manat ekspertiza xərcinin cavabdeh "xxxx" MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissəsinin rədd olunması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 noyabr 2020-ci il tarixli 2(103)-1111/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən tə min edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli 2(006)-6/2019 saylı qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı Cavabdeh1 BOKT QSC-nin cavabdehlər "xxxx" MMC, X25, İddiaçı, X2, X9, X3, X5, X14, X6, X10, X15, X11 və X7 qarşı «kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə ilkin iddia tələblərinin qismən təmin olunması, cavabdeh "xxxx" MMC-dən 4427712,95 manat əsas borc, 2195960,43 manat faiz olmaqla, cəmi 6623673,37 manat və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh1 BOKT QSC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın X21 məxsus, ipoteka predmeti olan Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları küçəsində istifadədə olan 0,018 ha torpaq sahəsində yerləşən 52 nömrəli 1 mərtəbəli binada 85 kv met r ümumi, 66,2 kv metr yaşayış sahəsindən ibarət 4 otaqlı 2 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 80000 manat həddində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, tələb üzrə tutmanın İddiaçı məxsus, ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində istifadədə olan 1,29 ha torpaq sahəsində yerləşən 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 kv metr sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 304000 manat həddində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, həmin əmlaklar satıldıqdan sonra əldə edilmiş vəsaitdən tutulmalar çıxıldıqda, yerdə qalıq məbləği qa larsa mənzillərin satış qiymətləri və tutulmalar nəzərə alınmaqla mülkiyyətçilərə qaytarılması, ipoteka predmeti olan mənzillər satıldıqdan sonra 1 ay ərzində cavabdeh İddiaçı Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65 «c» nömrəli evin 10 nömrəli mənzilindən; cavabdehlər X2, X9, X3, X5, X14, X6, X10, X15, X11 və X4 Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları küçəsi 52 nömrəli evin 2 nömrəli mənzilindən çıxarılması, borcun "xxxx" MMC-yə məxsus ipotekaya qoyulmuş ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***,** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***,** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG *** qeydiyyat nişanlı, «Fiat-Albea Sole 1.4» markalı avtomobillərə yönəldilməsi, avtomobillərin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına "xxxx" MMC-nin kredit borcunun ödənilməsi, avtomobillərin satışından əldə olunan vəsaitdən tutulmalar çıxıldıqdan sonra qalıq qaldıqda, həmin məbləğin "xxxx" MMC-yə qaytarılması, birinci instansiya məhkəməsinin baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 580 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tə dqiqatının dəyəri olan 800 manatın cavabdeh "xxxx" MMCdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, İddiaçı "xxxx" ASC-yə, Bakı şəhəri 5 saylı Notariat Kontoruna, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi» barədə qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2021ci il tarixli 2(102)-3590/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1111/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 kv metr sahədən ib arət 5 otaqlı 10 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qərar qəbul edilərək mənzilin ilkin satış qiyməti 369000 manat müəyyən edilmişdir.
4. Qətnamə icra edilmiş, «X1 Mərkəzi» MMC Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 1,29 ha torpaq sahəsində yerləşən 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 kv metr sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzilinin ilkin qiyməti 369000 manat olmaqla satılması üçün açıq hərraca çıxartmışdır. Hərrac baş tutmadığı üçün təkrar hərracda əmlakın qiyməti ilkin satış qiymətindən 15 faiz aşağı yəni, 43.7-ci maddəsinə əsasən isə 235237 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 BOKT QSC-yə təklif edilmiş, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə ə sasən 01 noyabr 2021-ci il YP № 160 saylı hərracın yekunları haqqında protokolla ipoteka saxlayan və əldə etmək hüququna malik olan Cavabdeh1 BOKT QSC əldə etmişdir.
5. Mübahisə qeyd edilən mənzilin hərracda satılması ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində istifadədə olan 1,29 ha torpaq sahəsində yerləşən 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 kv metr sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzilinin açıq hərracdan satılması ilə bağlı, «X1 Mərkəzi» MMC-nin «Hərracın nəticələri haqqında, 01 noyabr 2021-ci il tarixli, YP № 160 saylı hərracın yekunları haqqında Protokolu»nun və onun əsasında dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab ol unması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər hərracı ondan gizli keçirdərək, onu mülkiyyətini satın almaq hüququndan məhrum etmişlər. Yəni, hərracın keçirilməsinin yeri və vaxtı barədə xəbərdar edilsəydi, onda evinin dəyərini ödəməklə, özü satın alardı. Həmçinin mənzilinin satılmasına razı olsaydı, banka heç bir ödəniş etməzdi. Məhkəmə qətnaməsindən sonra yuxarıda qeyd olunan məbləği ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdiril məsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsi nə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatı tərəfindən 10 dekabr 1948-ci il tarixdə qəbul olunmuş «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin Mülkiyyət hüququndan bəhs edən 17-ci maddəsinin 1-ci bəndində göstərilir ki, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olmaq hüququ vardır və heç kim özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz.» Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən Bü tün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 28 aprel 2022-ci il tarixli, e-2(006)-952/2022 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia ərizəsi rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandrımışdır ki, iddiaçı hərracın keçirilməsi barədə bildirişlərin ona çatmamasına istinad etsə də, işin sübuta yetirilmiş halı ondan ibarətdir ki, hərracın keçirilməsinə dair bildirişlər hər dəfə sif arişli məktubla (qanunda təsbit olunduğu kimi) iddiaçının rəsmi qeydiyyatda olduğu ünvanına çatdırılmışdır. Qeyd olunmalıdır ki, borclular "xxxx" MMC və İddiaçı hər ikisi eyni hüquqi ünvanda Baki Şəhəri, ünvan 1ar və bildirişdə hər ikisinin adı qeyd edilmişdir. Bu ünvana dəfələrlə bildiriş göndərilsə də, hər dəfə iddiaçının həmin ünvanda yaşamadığı aşkar edilmişdir. iddiaçı ipoteka predmetinə tutma yönəldilməsini və ipoteka predmetinin hərraca çıxarılaraq satılacağını bilirdi. Əvvəla, hərracın keçirilməsində iddiaçının özü maraqlı idi və yaşayış yerini dəyişdiy təqdirdə bu barədə icranı həyata keçirən orqana, hərrac təşkilatına məlumat verməli idi.
10. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, borcluya bildirişin şəxsən çatdırılmaması əsası ilə hərracın etibarsız hesab olunma sı təcrübəsi ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satılması imkanlarını heçə endirir, mülki dövriyyənin sabitliyini pozmuş olur. Belə ki, hərrac təşkilatının göndərdiyi bildirişi almaqdan yayınma, əmlakı hərraca çıxarılan borclu üçün əqdin sonradan etibarsız hesab olunması əsasını əldə etmək üçün ən asan çıxış yoludur. Belə təcrübə ipotekanın fəlsəfəsinə, mahiyyətinə uyğun gəlmir. İnkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi o istiqamətdə inkişaf edir ki, öhdəliklər vaxtında icra edilmədikdə onun təminatı kimi çıxış edən ipoteka ilə yüklü edilmiş əmlakların kreditorun mənafeyinə uyğun realizə olunması prosedurları sadələşdirilsin, məhkəmə qərarları olmadan həmin əmlaklara tutma yönəldilsin. Belə təcrübə maliyyəkredit sahəsində münasibətlərin inkişafına, kreditorların mənafelərinin qor unmasına xidmət edir ki, bu sahədə müsbət nəticələr əldə etmək mümkün olsun. Kreditorun təminatı nə qədər zəmanətli olarsa, kredit alana edilən güzəştlər (məs: müqavilələrin daha sərfəli şərtləri bağlanması) də bir o qədər əlçatan olar.
11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinin 4-cü hissəsi, 60-cı maddənin 1-ci hissəsi, Mülki Məcəllənin 415.2 və 416.1-ci, “İpoteka haqqında” Qanunun 43.7-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4901/2022 nömrəli, 13 iy ul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Fuad Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edib ki hərracın keçirilməsinə dair bildirişlər hər dəfə sifarişli məktubla (qanunda təsbit olunduğu kimi) iddiaçının rəsmi qeydiyyatda olduğu ünvanına çatdırılmış, dəfələrlə bildiriş göndərilsə də, hər dəfə iddiaçının həmin ünvanda yaşamadığı aşkar edilmişdir. İddiaçı ipoteka predmetinə tutma yönəldilməsini və ipoteka predmetinin hərraca çıxarılaraq satılacağını bildirmişdir. Əvvəla, hərracın keçirilməsində iddiaçının özü maraqlı olmuş və yaşayış yerini dəyişdiyi təqdirdə bu barədə icranı həyata keçirən orqana, hərrac təşkilatına məlumat vermək vəzifəsi də iddiaçının üzərindən olmuşdur. Digər tərəfdən, borcluya bildirişin şəxsən çatdırılmaması əsası ilə hərracın etibarsız hesab olunması təcrübəsi ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satılması imkanlarını heçə endirir, mülki dövriyyənin sabitliyini pozmuş olur. Belə ki, hərrac təşkilatının göndərdiyi bildirişi almaqdan yayınma, əmlakı hərraca çıxarılan borclu üçün əqdin sonradan etibarsız hesab olunması əsasını əldə etmək üçün ən asan çıxış yoludur. Belə təcrübə ipotekanın fəlsəfəsinə, mahiyyətinə uyğun gəlmir. İnkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi o istiqamətdə inkişaf edir ki, öhdəliklər vaxtında icra edilmədikdə onun təminatı kimi çıxış edən ipoteka ilə yüklü edilmiş əmlakların kre ditorun mənafeyinə uyğun realizə olunması prosedurları sadələşdirilsin, məhkəmə qərarları olmadan həmin əmlaklara tutma yönəldilsin. Belə təcrübə maliyyə-kredit sahəsində münasibətlərin inkişafına, kreditorların mənafelərinin qorunmasına xidmət edir ki, bu sahədə müsbət nəticələr əldə etmək mümkün olsun. Kreditorun təminatı nə qədər zəmanətli olarsa, kredit alana edilən güzəştlər (məs: müqavilələrin daha sərfəli şərtləri bağlanması) də bir o qədər əlçatan olar. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (vəkil X8) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi rayon İcra Şöbəsi Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində istifadəsində olan 1,29 ha torpaq sahəsində yerləşən 65 «c» nömrəli 16 mərtəbəli binanın A girişində yerləşən 218,84 kv metr sahədən ibarət 5 otaqlı 10 nömrəli mənzilin açıq hərracdan satılması məqsədi ilə cavabdeh “X1Mərkəzi” MMC-yə müraciət etmiş, mənzilinin ilkin qiyməti 369000 manat olmaqla satılması üçün açıq-hərraca çıxartmışdır. Hərrac baş tutmadığı üçün təkrar hərracda əmlakın qiyməti ilkin satış qiymətindən 15 faiz aşağı yəni, 43.7-ci maddəsinə əsasən isə 235237 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 BOKT QSC-yə təklif edilmiş, Cavabdeh1 BOKT QSC əldə etmişdir. Həmin protokol dövlət reyestrinə təqdim edilmişdir. Cavabdehlər hərracı gizli keçirdərək, mülkiyyətini satın almaq hüququndan məhrum etmişlər. Yəni, hərracın keçirilməsinin yeri və vaxtı barədə xəbərdar edilsəydi, on da evimin dəyərini ödəməklə, özüm satın alardı. Həmçinin mənzilimin satılmasına razı olsaydı, banka heç bir ödəniş etməzdi. Məhkəmə qətnaməsindən sonra banka külli miqdarda pul ödəmişdir. İş materiallarından göründüyü kimi “X1 Mərkəzi” MMCmülkiyyətimdə olan mənzillə bağlı hərracın keçirilməsinin yeri və vaxtı barədə xəbərdar edilməmiş, qanunvericilik hərrac təşkilatçının hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməli olduğunu müəyyən edir. "xxxx" MMC-nin mülkiyyətində olan mənzildə qeydiyyatda olması, hərrac təşkilatını hərracın keçirilməsi barədə bildirişi göndərmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsi hərracın keçirilməsinin yeri və vaxtı barədə bildirişin tərəflərə göndərilməsini tələb edir. Həmin Məcəlləni n 416.1-ci maddəsindəisə qeyd edilir ki, Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İş materiallarında isə hərracın keçirilməsinin yeri və vaxtı barədə bildirişin mənə göndərilməsi barədə heç bir sübut yoxdur. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
18. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun
19. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracı n keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir Mülki Prosessual Məcəllə
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İddiaçı Otella oğlunun kassasiya şikayəində irəli sürülmüş dəlillər onun apellyasiya şikayətinin dəlilləri eyni məzmunlu olmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, kassasiya instansiyası məhkəməsi bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət görmür.
30. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıın kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4901/2022 nömrəli 13 iyul 2022-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.