Məhkəmə qərarları › İş №2(102)-1433/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1433/2025

13.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1433/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1433/2025 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ərizənin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi, əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (103)781/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və İddiaçı Cavabdeh1 MMC-nin eyni tarixli 227K nömrəli əmri ilə Pərakəndə satış departamentinə satıcı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır.

2. İddiaçı xx.xx.2018-ci il tarixli, 448K nömrəli əmri ilə Cavabdeh1 MMC-nin Pərakəndə satış departamentinin Anbar bölməsinə malları qəbul edən vəzifəsinə keçirilmişdir.

3. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Cavabdeh1 MMC-yə müraciət edərək, onunla bağlanmış əmək müq aviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etmişdir.

4. Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli, 1457K nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir.

5. İddiaçı sonradan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə yazdığı ərizəsinin, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq, geri götürməsi və etibarsız hesab edilməsi barədə xx.xx.2023-cü il tarixdə poçta təqdim etməklə, Cavabdeh1 MMC-yə ərizə göndərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxu d MMC, ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsininə müraciət edərək, MMC-nin “Sabirabad” filialının müdiri Cavabdeh2 təzyiqi ilə yazdığı xx.xx.2023-cü il tarixli işdən azad olunma barədə ərizəsinin etibarsız hesab edilməsi, mənəvi zərərə görə 1.000 manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq ona ödənilməsi, MMC-nin xx.xx.2023-cü il tarixli, 1457K nömrəli əmrinin ləğv edilərək, onun MMC-nin Sabirabad rayon mağazasında (filialında) malı qəbul edən vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının və 50 manat mediasiya xərcinin cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır k i, xx.xx.2023-cü il tarixdə MMC-nin “Sabirabad” rayon filialının müdiri Cavabdeh2 birbaşa təzyiqi və məcbur etməsi ilə iddiaçı işdən azad olunma barədə ərizə yazmağa məcbur olmuşdur. xx.xx.2023-cü il tarixdə filialının müdiri Cavabdeh2 iddiaçını yanına çağıraraq, ona hamının yanında “sən bu mağazadan oğurluq edirsən, sən oğrusan” deyib təhqir etmiş, şəxsiyyətini, ləyaqətini, mənəviyyatını alçaldmış, onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Bundan başqa Cavabdeh2 həm də iddiaçıya demişdir ki, “əgər özün işdən çıxma barədə ərizə yazmasan səni polisə verəcəm və tutduracam”. Cavabdeh2 bu qanunsuz hərəkətlərindən mənəvi sarsıntı və iztirab keçirən və hüquqlarını bilmədiyi üçün qorxuya düşən iddiaçı xx.xx.2023-cü il tarixli işdən çıxma barədə ərizəni yazmağa məcbur olmuşdur. İ ddiaçı Cavabdeh2 qanunsuz hərəkətləri ilə təhqir olunmuş, şəxsiyyəti, ləyaqəti alçaldılmış, sarsıntı və iztirab keçirmiş, qısacası ona mənəvi zərər vurulmuşdur. Həmin gündən sonra iddiaçı uzun müddət ona hamının yanında deyilmiş “oğru” damğasının təsiri altında olmuşdur. Bu səbəblə bir neçə dəfə həkimə müraciət etmişdir.

8. Cavabdeh MMC-nin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz vermiş, etirazında qeyd etmişdir ki, iddiaçı işdən çıxışla bağlı ərizəsini geri götürüldüyünü bildirsə də, işçinin əmək münasibətlərinə xitam verildiyi tarixdən 8 gün sonra - xx.xx.2023-cü il tarixində geri götürmə barədə ərizəsi MMC-yə təqdim edilmişdir. Belə olan halda xitam barədə ƏMAS sisteminə daxil edilmiş məlumatların geri götürülməsi və ya hər hansı dəyişiklik edilməsi qeyri-mümkündür. İşçi ilə bağlanı lmış əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin bütün tələblərinə işəgötürən tərəfindən tam şəkildə riayət edilmişdir.

9. Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, heç bir əməkdaş zor tətbiq etməklə ərizə yazmağa məcbur edilməmişdir. İddiaçının dedikləri həqiqəti əks etdirməmişdir. İşçilərin hərəkətində uyğunsuzluq, yaxud bir hadisə olduqda bu barədə şirkətin üst rəhbərliyinə məlumat verilir, işçi izahat yazır və onun izahatı üst rəhbərliyə göndərilir. Son qərarı mağaza müdiri yox, İnsan Resursları verir. Mağazanın əməkdaş hər hansı bir ərizə və ya izahat yazmalı olduqda həmin ərizə və izahatın məzmunu və nümunəsi İnsan Resursları tərəfindən elektron poçt ünvanına göndərilir. Ümumiyyətlə, hər hansı bir işçi işdən çıxmaq istədikdə mağaz anın müavininə müraciət edir və hansı səbəbdən (başqa işə getməsi və sair hər hansı bir “x” səbəbdən) işdən çıxmaq istədiyini bildirir. Bu halda, mağaza müdirinin müavini İnsan Resurslarına “e-mail” vasitəsilə məlumat verir, onlar da ərizə formasını göndərir. İddiaçı işdən çıxmaq üçün onlara müraciət etməmişdir. Onun işdən çıxması barədə təklif işində uyğunsuzluq olduğuna görə İnsan Resursları tərəfindən verilmiş, ərizə forması “e-mail” vasitəsilə hazır formada göndərilmiş, bildirilmişdir ki, iddiaçının çıxış ərizəsi əlavədə göndərilmişdir, yazılı formada yazsın, surətini indi, əslini isə ən qısa zamanda göndərilsin. İddaçı barədə heç bir təhqiredici ifadə işlədilməmişdir. Mağazada işləyən əməkdaşlar tərəfindən bir sıra uyğunsuzluqlara yol verildikdə həmin uyğunsuzluqların qəsdən və ya eht iyyatsızlıqdan baş verməsindən asılı olaraq onların bəzilərinə töhmət, bəzilərinə şiddətli töhmət verilmiş, bəziləri isə işdən azad edilmişdir.

10. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirmişdir ki, MMC-nin Sabirabad filialındakı mağazada kassir vəzifəsində işləmişdir. Günorta vaxtı işə yeni gəlmişdi. İddiaçı kassaya gələrək iki ədəd siqret almış, qiyməti 7,60 manat etmişdir, pulun 7 manatını vermiş, çek vurulmuş, siqaretin alınması sistemə düşmüşdür, 0,60 manat hissəsini isə kartı avtomobildə olduğundan dərhal götürüb kartla ödəyəciyini bildirmişdir. Bunu kimsə gördüyündən müdir Cavabdeh2 demişdir. Cavabdeh2 onu yanına kiminsə ona qəpik “atdığını” soruşduqda, bildirmişdir ki, belə hal olmamışdır. Cavabdeh2 iddiaçıya pulun qalıq hissəsini də gətirməyə icazə verməmişdir. Onları yanın a çağırıb hədələyərək demişdir ki, “ya öz xoşunuzla ərizə yazın, ya 72-ci maddənin “ç” bəndi ilə işdən çıxaracam, ya da polis şöbəsinə deyəcəm sizi tutsunlar”. Ərizədə işdən çıxma tarixini də Cavabdeh2 demişdir. Bəzi hallarda Cavabdeh2 da siqaret almış, sonradan pulunu göndərmişdir. Elə hallar olmuşdur ki, kənar müştəri də, məsələn çörək almış, 10-20 qəpiyi çatmamış, dərhal gedib gətirmişdir. Cavabdeh2 hədələməkdən başqa digər sözlər deməmişdir.

11. Məhkəmə iclasında şahid X4 ifadə verərək bildirmişdir ki, MMC-nin “Sabirabad” filialındakı mağazada nəzarətçi vəzifəsində işləmişdir. Kameralar onun nəzarəti altında olmuşdur. İddiaçı mal qəbul etmiş, o da nəzarəti həyata keçirmişdir. Həmin gün günorta növbəsi olduğu üçün iddiaçı gəlmiş və ona demişdir ki, qapını açsın, aldığı siqaretin qalığın ı ödəmək üçün avtomobildən kartı götürəcək. Demişdir ki, yeməkdədir, iki dəqiqəyə gəlir. Lakin o, düşənə qədər iddiaçı ilə Seyidhüseynin siqaret alış-verişini çəkib atmışlar. Sonra Cavabdeh2 onları otağa çağırmış, maddə ilə işdən çıxarmaqla, polislə hədələmiş, onlar da məcbur qalıb işdən çıxma barədə ərizələrini yazmışlar. Həmin gündən sonra iddiaçını işə buraxmamışlar. Səhərisi gün Bakıdan müdir zəng edib demişdir ki, o işçiləri (iddiaçı və Seyidhüseyni) işə buraxmayın. Cavabdeh2 iddiaçı ilə otaqda və mal qəbul edilən yerdə danışmışdır. Mal qəbul edilən yerdə danışdıqlarını eşitməmişdir. Siqaretin qalan pulunu ödəməyə iddiaçıya imkan verməmişlər. İddiaçı işdən 10 gün sonra, o da işdən çıxmışdır. İşdən çıxma ərizəsini öz təşəbbüsü ilə yazmışdır.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bu ndan sonra birinci instansiya məhkəməsi) 2(011)-3820/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilərək, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış əmək müqaviləsinin ləğv edilməsi barədə ərizənin etibarsız hesab edilməsi, MMC-nin xx.xx.2023-cü il tarixli, 1457K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının MMC-nin “Pərakəndə satış departamenti/Anbar bölməsi”nin Sabirabad rayon mağazasında (filialında) malı qəbul edən vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının MMC-dən tutularaq iddiaçıya ödənilməsi, 30 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin MMC-dən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur.

13. Birinci instansiya məhkəməsinin mö vqeyi ondan ibarət olmuşdur ki, iddia tələbini şərti olaraq iki hissəyə ayırmaq olar. Tələbin birinci hissəsi üzrə mübahisə iddiaçının qanuni əsaslarla işdən çıxarılıb-çıxarılmaması (tələbin bu hissəsi cavabdeh MMC-yə yönəlmişdir), ikinci hissə isə mağaza müdirinin onu təhqir etməsi səbəbindən mənəvi zərər çəkməsi ilə (tələbin bu hissəsi cavabdeh MMC-nin “Sabirabad” filialının müdiri Cavabdeh2 yönəlmişdir) bağlı olmuşdur. İddiaçı ona işdən çıxması barədə xx.xx.2023-cü il tarixli ərizənin ona məcbur yazdırıldığını və onun əsasında qəbul edilmiş işdən azad olunması barədə xx.xx.2023-cü il tarixli, 1457 K nömrəli əmrin qanunsuz olduğunu iddia etmişdir.

14. Məhkəmə tələbin birinci hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə y azdığı ərizə onun öz təşəbbüsü ilə baş verməmişdir. Belə ki, məhkəmə iclasında iddiaçı ilə bir yerdə işləyən MMC-nin Sabirabad şəhərində yerləşən mağazasının müdiri Cavabdeh2 bildirmişdir ki, iddiaçı işdən çıxmaq üçün onlara müraciət etməmişdir. Onun işdən çıxması barədə təklif, işində uyğunsuzluq olduğuna görə İnsan Resursları tərəfindən verilmiş, ərizə forması “email” vasitəsilə hazır formada göndərilmiş, bildirilmişdir ki, iddiaçının çıxış ərizəsi əlavədə göndərilmişdir, yazılı formada ərizəni yazsın, surəti dərhal, əsli isə ən qısa zamanda göndərilsin. Həmçinin, məhkəmə şahid qismində dindirilmiş həm X2, həm də X4 izahatlarında bildirmişlər ki, mağaza müdiri Cavabdeh2 iddiaçını otağa çağırıb hədələyərək öz ərizəsi ilə işdən çıxmasını, əks halda onun ya Əmək Məcəlləsinin 72-ci maddəsini n “ç” bəndi ilə işdən çıxarılacağını, ya da onun barəsində polis orqanına müraciət edəcəklərini bildirmişdir.

15. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə yazdığı ərizəni işəgötürənin (onun rəhbər işçisinin) məcbur etməsi nəticəsində yazmışdır. İddiaçının sözügedən ərizəni yazmağa məcbur edilməsi onun Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan və daha ağır nəticəyə səbəb ola biləcək əsasla işdən çıxarılması, yaxud barəsində polis orqanına müraciət edilməsi hədəsi ilə, ərizəni yazmağa öz təşəbbüsünün olmaması isə yuxarı rəhbərlik tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə hazır formada ərizənin “e-mail” vasitəsi ilə göndərilməsi və iddiaçıya yazdırılması ilə bağlı hərəkətlərlə olmuşdur. Ona g örə də məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə yazdığı ərizə onun iradəsini (istəyini, arzusunu) ifadə etmədiyindən onunla əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməzdi, çünki həmin ərizə özlüyündə etibarsız olmuşdur.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə yazdığı ərizənin əsasları eyni zamanda da qanuna uyğun olmamışdır. Belə ki, həmin ərizənin məzmununu Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-bəndində göstərilən əsaslara uyğunlaşdırmağa cəhd edilmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin iki qaydası nəzərdə tutulmuşdur. Birinci qaydaya görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur (Əmək Məcəlləsinin 69-cu maddəsinin 1 və 2-ci bəndləri). Bu qaydaya əsasən işəgötürən işçinin əmək müqaviləsini xəbərdarlıq müddəti başa çatanadək ləğv edə bilməz. Çünki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir (işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir – Əmək Məcəlləsinin 69-cu maddəsi nin 5-ci bəndi). İkinci qaydaya görə isə işçi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndində göstərildiyi kimi, əmək müqaviləsinin ləğv edilməsini istədiyi günü və səbəblərini ərizəsində göstərməlidir. Bu halda işçi ilə bağlanmış əmək müqaviləsi ərizəsində göstərdiyi gün ləğv edilə bilər. İddiaçının xx.xx.2023-cü il tarixdə yazdığı ərizədən isə görünmüşdür ki, onun məzmununu yuxarıda şərh edilən ikinci qaydaya uyğunlaşdırılmağa çalışmışlar. Lakin əmək müqaviləsinin ləğv edilməsi günü dəqiq yazsa da, səbəbləri ərizədə göstərilməmişdir. Bu halda, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin a) yarımbəndinə əsasən, əvvəldə şərh edilənlər baxımından, ləğv edilə bilməzdi.

17. Məhkəmə daha sonra qey d etmişdir ki, bundan başqa, işin faktiki hallarından görünmüşdür ki, əmək müqaviləsinin ləğv edilməsinə səbəb olmuş iddiaçının təqsiri aldığı iki paket siqaretin 0,60 manat qalıq dəyərinin ödənilməməsi fonunda baş vermişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya əmək müqaviləsinin ləğv edilməsi barədə məcburi ərizə yazdırmaq formasında pərdələməklə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi iddiaçının yol verdiyi intizam xətasının (aldığı malın dəyərindən qalan 0,60 manat pulun dəhal ödənilməməsi ilə nəticələnən intizam xətasının törədilməsi) xarakterinə uyğun olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsində yol verilmiş intizam xətasına görə tətbiq edilməli olan tənbeh növləri ağırlıq dərəcəsinə görə azdan çoxa doğru sıralanmışdır. Tənbeh növlərinin bu qaydada müəyyən edilm əsində məqsəd intizam xətası törədildikdə işəgötürəni ən ağırını deyil, törədilmiş xətanın xarakterinə azdan çoxa doğru uyğun (adekvat) olan tənbeh növünü seçməyə yönləndirməkdir (məcbur etməkdir). Məhkəmə hesab etmişdir ki, cəmi dəyəri 7,60 manat olan iki paket siqaretin 0,60 manat hissəsinin ödənilməməsi ilə MMC-yə əhəmiyyətli zərərin vurulması, onun ticarət dövriyyəsinin həcmi ilə müqayisədə, ağlabatan görünməmişdir. Bu halda işəgötürən ən ağır tənbeh növünü tətbiq etməklə Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinin tələblərini pozmuşdur.

18. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış ərizə iddiaçının iradəsini əks etdirmədiyindən (etibarsız olduğundan) əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməzdi və bu səbəbdən də, həmin ərizə əsasında verilmiş xx.xx.2023-cü il tarixli əmr qanuni olmadığından ləğv edilməlidir.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməsi hissəsində də iddia təmin edilməlidir. Bu halda əmək haqqının ödənilməsinin hüquqi əsasları Əmək Məcəlləsinin 300-cü maddəsində nəzərdə tutulmuşdur.

20. Məhkəmə iddiaçının iddiasının ikinci hissəsi ilə bağlı qeyd etmişdir ki, Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü bəndində işəgötürənin işçiyə vurduğu mənəvi ziyanın məsuliyyətinin əsasları və tələb edilməsi qaydası qeyd edilmişdir. Həmçinin, həmin maddənin qeyd hissəsində verilmiş işəgötürənin işçiyə vurduğu mənəvi ziyanın anlayışında göstərilmişdir ki, bu maddəni n üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mağaza müdiri Cavabdeh2 onu təhqir etmiş, şəxsiyyətini və ləyaqətini alçaldmış, o, uzun müddət “oğru” damğasının təsiri altında yaşamış, bunlara görə sarsıntı və iztirab keçirmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının göstrədiyi kimi onun Cavabdeh2 tərəfindən tə hqir olunması, şərf və ləyaqətinin alçaldılması ilə bağlı hallar sübuta yetirilməmiş, iddiaçı bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 və X4 izahatlarında bildirmişlər ki, Cavabdeh2 iddiaçını təhqir etməsini eşitməmişlər, görməmişlər, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səbəb olan məlum hadisə baş verdikdən sonra Cavabdeh2 onu otağa çağıraraq orada danışmışdır.

21. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının mənəvi ziyanın ödəniməsi ilə bağlı iddiası təmin edilə bilməz.

22. Məhkəmə xərcləri ilə bağlı məhkəmə, həm Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.1-ci maddəsinin tələbini (əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar övlət rüsumu ödəməkdən azad olunurlar), həm də 30 manat dövlət rüsumunun iddiaçı tərəfindən ödənilməsini nəzərə alaraq hesab etmişdir ki, 30 manat dövlət rüsumu, eləcə də 50 manat mediasiya xərci MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

23. Hüquqi xidmət xərcinin ödənilməsi barədə sübut təqdim edilmədiyindən, məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir.

24. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 12, 68, 69, 186, 290, 300-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

25. Qətnamədən cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın ca vabdeh MMC-yə aid olan hissədə rədd edilməsi barədə qətnamə qəbul olunmsını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh2 qarşı yönəlmiş tələbi (mənəvi zərərə görə 1.000 manat pul və 30 manat dövlət rüsumu) təmin etməmiş, lakin bu tələb üçün iddiaçı tərəfindən ödənilən dövlət rüsumunun MMC-dən tutularaq ona ödənilməsinə qərar vermişdir. İddia ərizəsindən də göründüyü kimi iddiaçının MMC-yə yönəlmiş belə bir tələbi olmamışdır. İşə baxan məhkəmə qətnamənin 30-cu bəndində iddia tələblərinin kimə qarşı yönəldiyini aydınlaşdırsa da, sonda iddia tələbindən kənara çıxaraq onlara qarşı yönəlməyən tələb üzrə qətnamə qəbul etmişdir. Məhkəmə qanundan irəli gələn hansı müstəsna hala görə iddia tələbindən kənara çıxdığını qətnamədə göstərməmişdir. Məhkəmə qətn aməsində digər cavabdehin izahatlarına əsaslanmış, lakin şahidlərin ifadələrinə ötəri yanaşmışdır. Belə ki, iş üzrə şahid X3 ifadəsindən görünmüşdür ki, iddiaçı işdən çıxma ərizəsini öz təşəbbüsü ilə yazmışdır (qətnamənin 12-ci bəndinin sonuncu cümləsi). Məhkəmə şəxsin işdən çıxmaqla bağlı təşəbbüsü ilə əlaqədar şahidin ifadəsini nəzərə almamışdır. Məhkəmənin gəldiyi nəticələr işin hallarına uyğun olmamışdır. Şahidlərin ifadəsindən görünmüşdür ki, iddiaçı ilə digər Cavabdeh2 arasında mübahisə kassaya ödənilməyən 0,60 manat səbəbindən yaranmışdır. Bu cür xırda məbləğ şəxsin polisə şikayət edilməsinə və yaxud işdən çıxarılmasına əsas olmadığı üçün şəxsin işdən çıxışla bağlı ərizəsini bununla əlaqədar hər hansı təsir və ya hədənin təsiri altında yazması ağlabatan deyildir. Beləliklə, məhkəmə şəxslər arasındakı qarşılıqlı münasibətlərin xarakterini və həmin münasibətlə işdən çıxış ərizəsinin yazılması arasındakı səbəbli əlaqənin olub-olmaması barədə düzgün nəticəyə gəlməmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-781/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Məhəmməd Rüstəmli) cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, yəni əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizənin etibarsız hesab edilməsi, MMC-nin xx.xx.2023-cü il tarixli, 1457K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının MMC-nin “Pərakəndə satış depa rtamenti/Anbar” bölməsinin Sabirabad rayon mağazasında (filialında) malı qəbul edən vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddiaçının cavabdeh MMC-yə qarşı iddiasının həmin hissədə təmin edilməməsi qət olunmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsaslı saymış və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni ərizənin etibarsız sayılması, əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və məhkəmə xərclərinin tutulması hissəsində ləğv olunmaqla iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə kollegiyasının qənaəti nə görə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı apellyasiya baxışının predmetini yalnız iddianın MMC-yə qarşı təmin olunan hissəsi təşkil edir. Belə ki, iddiaçı iddianın təmin olunmayan hissəsini apellyasiya qaydasında mübahisələndirməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə MMC-nin Sabirabad rayon filialının müdiri Cavabdeh2 birbaşa təzyiqi və məcbur etməsi ilə işdən azad olunma barədə ərizə yazmağa məcbur olduğunu iddia etmişdir. İddiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə 2 nəfər şahid təqdim etmişdir. Cavabdeh2 heç bir əməkdaşın zor tətbiq etməklə ərizə yazmağa məcbur edilmədiyini, iddiaçının dediklərinin həqiqəti əks etdirmədiyini bildirmiş və iddiaya etiraz etmişdir. Cavabdeh MMC isə işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin bütün tələblərinə işəgötürən tərəfindən tam şəkildə riayət olunduğunu bildirmişdir.

30. Məhkəmə kollegiyası ilk növbədə şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş şahidlər hazırkı mübahisəyə münasibətdə neytral olmayıb iddiaçı ilə eyni vaxtda işdən azad olunmuş və işəgötürəndən narazı qalan şəxslərdir. Belə olan halda onların ifadələri mübahisənin həlli üçün əhəmiyyətli və mötəbər hesab oluna bilməz.

31. Digər tərəfdən məhkəmə kollegiyası nəzərə almışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixli ərizədə konkret tarix göstərməklə məhz həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçının iddia etdiyi kimi o, cavabdeh tərəfindən hər hansı təzyiqə məruz qalmışdırsa, onun bu barədə işəgötürənə işdən çıxma barədə əmrin verilməsinə qədər olan 15 gün ərzində müraciət etməsi daha məntiqli olardı. Bundan əlavə, iddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etsə də, ərizənin verildiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, eləcə də həmin tarixdən sonra - əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin etibarsız sayılması ilə bağlı müraciət edənədək işə çıxmamışdır. Bu faktı tərəflərin heç biri mübahisələndirməmişlər. İddiaçı isə işəgötürənlə əmək münasibətlərinə xitam verildiyi xx.xx.2023-cü il tarixədək müddətdə işə çıxmamasının səbəblərini əsaslan dırmamışdır. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçının işəgötürənlə əmək münasibətlərini davam etdirmək niyyəti olmamışdır.

32. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, apellyasiya baxışı zamanı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında tərəflərin izahatları dinlənildikdən sonra onlara mübahisəni barışıq yolu ilə həll etmək təklif olunmuş və bu məqsədlə məhkəmə iclası təxirə salınmışdır. Növbəti məhkəmə iclasında iddiaçı və nümayəndəsi iştirak etməmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, barışıq məsələsinin müzakirəsi üçün iddiaçı ilə telefon vasitəsilə əlaqə saxlanılmış və iddiaçı cavabdeh müəssisədə işləmək istəmədiyini, ona yalnız pul kompensasiyası lazım olduğunu bildirmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Mülki proses üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Başqa sözlə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Məhkəmə, həmin prinsipi və iddianın cavabdeh tərəfindən qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab etmişdir ki, mübahisəli xüsusatlara, yəni cavabdehlərin iddiaçı qarşısında öhdəlik daşıyıb-daşımamasına sübutetmə yükü aspektindən yanaşılmalıdır. Sübutetmə üzrə vəzifəl ərin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

34. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Əmək Məcəlləsinin 2, 12, 68, 69, 186, 290, 300-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 384.0.2, 385.1.1, 385.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

35. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şahid ifadələri Mülki Prosessual Məcəlləsinin tələblərinə görə sübut növlərindən biri olmuşdur, onun əksini iddia edən tərəf b aşqa sübutlar irəli sürməlidir. Yoxsa cavabdehlərin buna qarşı öz təkzibedici ifadələrini bildirmiş olması, hərəkətlərinin tamamilə qanuna uyğun olduğunu ifadə etmiş olması yetərli deyildir. Digər tərəfdən məhkəmənin “həmin şahidlərin də iddiaçı ilə eyni vaxtda işdən azad olunmuş və işəgötürəndən narazı qalan şəxslər olduğunu” bildirərək onların neytral olmadığını qəbul etməsi qəbul edilməzdir. Belə ki, birincisi həmin iki şahiddən birinin əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir və əgər cavabdehdən narazı olsa idi məhkəmədə cavabdehə qarşı iddia qaldırardı. Digər şahid isə başqa iş tapdığı üçün iddiaçı işdən azad ediləndən uzun müddət sonra işdən çıxmışdır. Dolayısı ilə “həmin şahidlərin iddiaçı ilə eyni vaxtda işdən azad olunduğu” cavabdehin özünü müdafiə xarakterli fikri olmuş, məhkəmə də işi tam araşdırmadığı üçün buna inanmışdır. İşçi ərizəsini yazdıqdan sonra xəbərdarlıq müddəti olan 1 ay ərzində öz ərizəsini ləğv etməyə haqlıdır. Məhkəmə isə bildirmişdir ki, həmin müddət 15 gündür. Bu hal məhkəmə tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü və digər bəndlərini kobud şəkildə pozduğunu təsdiq etmişdir. İddiaçı bildirib ki, “onu müdiri qorxudub, təzyiq göstərib ərizə yazdırıb”. Bu faktı şahidlər və işin digər sübutları da təsdiq etmişdir. Məhkəmənin “iddiaçı xəbərdarlıq müddəti ərzində işə çıxmadığı üçün onun əmək münasibətlərini davam etdirmək niyyəti olmamışdır” mövqeyi əsaslı olmamışdır. xx.xx.2025-ci il tarixində keçirilən iclasda başqa iclas olduğu üçün üzrlü səbəbdən həmin iclasda iştirak edə bilməmiş və məhkəməyə ərizə göndərərək xahiş etmişdir ki, həmin iclas iştirakı olmadan keçirilsin və cavabdehin apellyasiya şikayəti rədd olunsun. xx.xx.2024-cü il tarixində keçirilən iclas zamanı cavabdeh tərəf barışığın mümkün olduğunu bildirərək vaxt istəmiş, iddiaçı tərəf olaraq buna razı olmuşlar. xx.xx.2025-ci il tarixinə qədər cavabdeh tərəf nə iddiaçının özünə, nə nümayəndəsinə bir dəfə də olsun telefonla zəng etməmiş, aralarına heç bir telefon danışığı olmamışdır. Təkcə xx.xx.2025-ci ildə iddiaçının nümayəndəsi cavabdehin nümayəndəsinə zəng edib barışıq barəsində soruşmuş və qısa danışıqda cavabdehin nümayəndəsi barışıq olmayacağını bildirmişdir. Məhkəmə cavabdehin bildirdiyi “barışıq məsələsinin müzakirəsi üçün iddiaçı ilə telefon vasitəsilə əlaqə saxlanılmış və iddiaçı cavabdeh müəssisədə işləmək istəmədiyini, ona yalnız pul kompensas iyası lazım olduğunu bildirmişdir” ifadəsini sübut kimi qəbul etmiş, iddiaçının işə bərpa olmaq istəmədiyini qəbul etmişdir. Məhkəmənin bu mövqeyi əsaslı olmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

37. Cavabdeh MMC (Vəkil2) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

38. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının kassasiya şikayətində qeyd etdiyi nüanslar işin faktiki hallarına aid olmuş və hər iki instansiya məhkəməsində mahiyyəti üzrə baxılmışdır. Mülki Prosessual Məcəlləsinin tələblərinə nəzər yetirdikdə, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının po zulmasının əsasları qeyd edilməklə müvafiq normalar qeyd edilməlidir. Lakin iddiaçı tərəfin vəkili məhkəmədə qeyd etdiyi fikirləri, birinci və apellyasiya məhkəmələrinin yanaşmalarını şikayətə köçürmüşdür. Bu hallar tərəflərin iştirakı ilə şahidlərin çıxışları ilə müzakirə edilərək, yekun məhkəmə aktları ilə nəticələnmişdir. Barışığın əldə olunması ilə bağlı qeyd edilmişdir ki, barışıq əldə edilməsi üçün məhkəmə tərəfindən verilmiş müddətin sonunda iddiaçı tərəf ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış və “iddiaçının onsuz da sizin şirkətdə işləməyəcəyini”, “yalnız məcburi işburaxma müddəti üçün vəsaitin əldə edilməsi istəyinin olması” barədə yekun təklifinin olduğu bildirilmişdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı qeyd edilmişdir ki, iddiaçı tərəf kassasiya şikayətinin verilməsi üçü n 15 manat məbləğində rüsum ödəmişdir ki, bu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun deyildir. Belə ki, işə bərpa və əmək haqqının ödənilməsi qiymətləndirilməyən iddia olduğundan rüsum da kassasiya və apellyasiya şikayətlərinə münasibətdə 50 manat olmalıdır. İddiaçının şikayətdə bildirdiyi prosessual hüquq normalarının pozulması ilə bağlı qeyd edilmişdir ki, iddiaçı şablon cümlə və maddələri qeyd edərək, apellyasiya instansiyası məhkəməsinin həmin normaları pozduğunu qeyd etmişdir. Prosessual hüquq normalarının pozulması Mülki Prosessual Məcəlləsinin 418 və 387-ci maddələrində təsbit edilmişdir. Keçirilən məhkəmə proseslərində və qəbul edilən apellyasiya məhkəməsinin hazırkı mübahisəli qətnaməsində həmin normaların pozulması təsbit edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

39. Maddə 2. (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

40. Maddə 2. (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əs asən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

41. Maddə 12. (1-ci hissəsinin “b” bəndi). Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri sayılır.

42. Maddə 35.2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

43. Maddə 68 (1-ci hissəsi). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

44. Maddə 68 (2-ci hissəsi). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən biri nin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

45. Maddə 69 (1-ci hissəsi). İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

46. Maddə 69 (2-ci hissəsi). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

47. Maddə 69 (3-cü hissəsi). İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

48. Maddə 186 (1-ci hissəsi). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

49. Maddə 186 (2-ci hissəsi). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

50. Maddə 186 (3-cü hissəsi). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəz ərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

51. Maddə 290 (3-cü hissəsi). İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.

52. Maddə 300 (1-ci hissə). İşəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual M əcəlləsi.

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

55. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq ol unmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Apellya siya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etsə də, ərizənin verildiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, eləcə də həmin tarixdən sonra - əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin etibarsız sayılması ilə bağlı müraciət edənədək işə çıxmamışdır. Bu faktı tərəflərin heç biri mübahisələndirməmişlər. İddiaçı isə işəgötürənlə əmək münasibətlərinə xitam verildiyi xx.xx.2023-cü il tarixədək müddətdə işə çıxmamasının səbəblərini əsaslandırmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası k assasiya şikayətinin dəlilləri ilə razılaşmır.

68. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

70. Beləliklə, məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

71. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-781/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar