Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1437/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdeh və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli, 2(103)11124/2019 saylı qətnaməsindən cavabdeh nın kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 22 may 2019-cu il tarixli, 2(001)-511/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.H.Qa sımov) İddiaçı cavabdeh na qarşı “yaşayış sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddiası qismən təmin edilərək, iddiaçının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin divarına bitişik, cavabdeh tərəfindən inşa edilmiş hasarın sökülməsi, iddiaçıya məxsus mənzilin ətrafına tökülmüş torpağın və tikilmiş hinin götürülməsi, həmin ərazinin çirkabdan təmizlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmçinin iddiaçının yaşadığı sözügedən evə vurulmuş maddi zərərin əvəzi olaraq 1.052 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd olunması qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli, 2(103)11124/2019 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, V.T.Həsənov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 22 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, yeni yaşayış massivində yaşadığı fərdi yaşayış evinin divarına bitişik, cavabdeh tərəfindən hörülmüş daş hasarın sökülməsi, mənzilinin divarının ətrafına cavabdeh tərəfindən tökülmüş torpağın və cücə saxlamaq üçün evin divarına bitişik tikilmiş damın götürülməsi, ərazinin çirkabdan təmizlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində evin təmirinin yararsız vəziyyətə düşməsi nəticəsində vurulmuş 1.060 manat maddi zərərin əvəzinin, cavabdehin hərəkətləri nəticəsinə keçirdiyi xəstəliyin müalicə və müayinə xərcləri olaraq 800 manat pulun və mənəvi zərərin əvəzi kimi 1.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verilməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh və vəkili Cavid Quluzadə kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instans iyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia ərizəsinin qismən təmin edilməsi üçün əsasların olmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib v ə hüquqi mövqeyini Mülki Məcəllənin 1096.1, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Səhiyyə Nazirliyinin Binəqədi rayon Gigiyeva və Epidemiologiya Mərkəzin in 08 iyun 2018-ci il tarixli “Sanitariya müayinəsi” aktına əsasən, cavabdeh həyətindəki mailliliyi düzəltmək üçün istinad divarı inşa edərək, iddiaçının evinin divarına birləşdirib və torpaq tökərək mailliliyi bərpa edib. Yağan yağış sularının axması nəticəsində iddiaçının evində rütubətlilik yaranıb. Evin divar kağızları və suvağı qopub tökülüb. Cavabdeh iddiaçının evinin divarının 3-4 metrliyində toyuq hini inşa edərək müəyyən miqdarda toyuq, qaz, ördək saxlayır. Bunun nəticəsində həyətdə üfunət yaranıb. Eyni zamanda, cavabdeh iddiaçının hasarının dibində bir ədəd it saxlayır. İtin yeməsi üçün mal-qoyun içalatı və kəlləsi atılır. Bütün bunlar ola biləcək qansoran həşəratların infeksion xəstəliklərin baş verməsi ehtimalını artırır və iddiaçıya məxsus içməli su hovuzunun çirklənməsinə səb əb olur. Birinci instansiya məhkəməsi ilk növbədə subyektiv hüquq məsələsinə qiymət verərək qeyd etmişdir ki, tərəflərə məxsus evlər qanunsuz tikili olsa da, həmin evlər mövcuddur və tərəflərin həmin evlərdə yaşamaları işin mübahisələndirilməyən halıdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı hazırki tələblə iddia hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1 və 170.2-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. İşə əlavə edilmiş 11 mart 2019-cu il tarixli ekspert rəyinə görə, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Yeni yaşayış massivində yerləşən, iddiaçının yaşadığı evdə yaranmış qüsurların nəmlənmədən və rütubətdən yaranması üçün xarakterik olan qüsurlar olduğunu, eləcə də Səhiyyə Nazirliyinin Binəqədi rayon Gigiyeva və Epidemiologiya Mərkəzi işçiləri tərəfindən 08 iyun 2018-ci il tarixdə tərtib edilmiş aktın məlumatlarını nəzərə alaraq, yağan yağış sularının iddiaçının evinin divarının dibinə axması nəticəsində evdə rütubətlilik yarandığı və bunun nəticəsində iddiaçıya məxsus olan evdə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi-dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1.052 manat məbləğində olduğu müəyyən edilir. Beləliklə də, işin faktiki hallarına qiymət verən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının yaşadığı mənzilə vurulmuş zərər cavabdeh tərəfindən həmin evin divarına bitişik hasar inşa edib əraziyə torpaq tökməsı ilə birbaşa əlaqəlidir. Eyni zamanda, “Sanitariya müayinəsi” aktı ilə də təsdiq olunur ki, cavabdeh tərəfindən aktda göstərilən şəraitdə toyuq-cücə və it saxlaması ərazini infeksion xəstəliklər baxımından təhlükəli edir. Bütün bunların qarşısının alınması üçün cavabdeh tərəfindən iddiaçının yaşadığı mənzilin divarına bitişik hasarın sökülməsi, ərazidən sonradan tökülmüş torpağın və inşa edilmiş hinin çıxarılması, ərazinin çirkabdan təmizlənməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyu la bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının yaşadığı mənzilə dəymiş maddi zərərin ekspert rəyinə əsasən 1.052 manat müəyyən edilməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb və sadalanan maddi hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, iddia ərizəsinin qismən əsaslı olması işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin həqiqi halları üzrə səhv nəticəyə gəlməsini, iddia tələbinin əsassız olmasını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməs ini və işin hansı həqiqi halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsi ni təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtə rəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh nın kassasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli, 2(103)-11 124/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1437/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1437/2020
13.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver