Məhkəmə qərarları › İş №2(102)-1437/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1437/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1437/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1437/22 (Açar sözlər: borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi) Bakı şəhəri, 04 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzr ə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2445/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 kassasiya şikayətinə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Nikoyl" İKB ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 2015-ci il 22 yanvar tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 27 faizlə 36 ay müddətinə 10100 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit borcunun təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 197 nömrəli fərdi yaşayış evi 2015-ci il 22 yanvar tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka predmeti müqavilədə 20 min manat qiymətləndirilmişdir. a) Birinci instan siya məhkəməsində icraat

3. İddiaçı "xxxx" ASC Sumqayıt Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 4985.99 ABŞ dolları əsas, 7706.56 ABŞ dolları faiz, 1537.98 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 22.01.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 869.45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 15099.98 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, 2 otaqlı, 43.5 k v.m ümumi, 23.8 kv.m yaşayış, 19.7 kv.m yardımçı sahədən ibarət 197 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun həmin evinin hərracdan satışdan əldə olunan vəsait hesabına ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; tələb ipoteka predmetinə yönəldikdən və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin şəxslərin evdən çıxarılmaları, evinin boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdə n boyun qaçırır. Borc 24 sentyabr 2020-ci tarixinə hesablanıb.

5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 317,1, 442, 445.2.1, 445.7, 448.1, 449.1, 449.4, 465.2, 501-ci, “İpoteka haqqında” Qanunun 34.1.1 və 39.1-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin vəsatəti əsasında 11 fevral 2011-ci il tarixli qərardadla ipoteka predmetinin likvid qiymətini müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin etmiş, ekspertizanını aparılmasını "xxxx" MMC-yə həvalə etmişdir. 7. "xxxx" MMC-nin 19 mart 2021-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 197 saylı fərdi yaşayış evinin bazar dəyəri 38.000 manat, likvid dəyəri 32.500 manat təşkil edir.

8. Cavabdeh1 birinci instansiya məhkəməsində idd ianı qismən qəbul edərək, devalvasiya ilə əlaqədar ödəniş edilməsində çətinlik çəkməsini, bankın yeni cədvəl tərtib etdiyi halda, borcu hissə-hissə ödəməyə razı olduğun göstərmişdir.

9. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1128/2021 saylı, 08.05.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4985.99 (dörd min doqquz yüz səksən beş ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) əsas borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 19,80 (on doqquz manat səksən qəpik) manatın tutulması, tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, 2 otaqlı, 43.5 kv.m ümumi, 23.8 kv.m yaşayış, 19.7 kv.m yardımçı sahədən ibarət 197 nömrəli fərdi y aşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 32.500 (otuz iki min beş yüz) manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 alınaraq "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 çıxarılmaları və mənzilin boşaldılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmi şdir. (hakim Almaz Süleymanova)

10. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

11. Birinci instansiya məhkəməsi qeyd edib ki, kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2 019-cu il tarixli Fərmanının təsiri altına düşür. Buna görə də iddia tələbi tam həcmdə təmin edilə bilməz.

12. Birinci instansiya məhkəməsi adı çəkilən Fərmana əsasən kredit öhdəliyi üzrə yalnız əsas borc tələbi ilə bağlı hissədə iddianın təmin edilməsini qanuni hesab edib. Belə ki, qeyd olunan Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizaşiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə onlan işlərin geri çağrılmasını təmin edən tədbirlər görülməlidir. Fərmanın 8.9-cu bəndinə görə isə faizlərin silinməsi dedikdə, vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur.

13. Birinci instansiya məhkəməsi belə nəticə yə gəlib ki, araşdırılan mübahisə üzrə borc Fərmanın təsiri altına düşməklə, həmin kredit öhdəliyi üzrə tələb olunan faizlər və cərimə silinmişdir, bu baxımdan qeyd olunan hissədə iddia tələbi təmin oluna bilməz.

14. Birinci instansiya məhkəməsi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsi və Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinə istinadən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinin təmin edilməsini də əsaslı hesab edib.

15. İpoteka predmetini ilkin satış qiymətini isə birinci instansiya məhkəməsi ekspert rəyinə 32.500 manat müəyyən edib.

16. Cavabdehlərin ipoteka predmeti olan evdən çıxarılmaları tələbini təmin edən birinci instansiya məhkəməsi həmin şəxslərin evə istifadə hüquqlarının itirilməsi və evin Banka təhvil verilməsinə dair tələbini əsassız hesab edib və bunu onunla əsaslandırıb ki, qeyd olunan məsələ qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası zamanı «İcra haqqında» Qanuna uyğun olaraq həll edilən bir məsələdir.

17. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-c maddələri və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdehl ər Cavabdeh1 və Cavabdeh5 apellyasiya şikayəti verib, qətnamənin iddianını təmin edilmiş hissəsində ləğv, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

19. Apelyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasına, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamasına istinad edilmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2445/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 197 saylı fərdi yaşayış evinin likvid dəyəri 32.500 (otuz i ki min beş yüz) manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov, Elman Əhmədov)

21. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin borcun məbləğini mübahisələndirməsi ilə əlaqədar qeyd edib ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

22. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər.

23. Apellyasiya məhkəməsi vurğulayıb ki, baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyi ni yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin.

24. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir.

25. Apellyasiya məhkəməsi göstərib ki, tərəflər arasında kredit müqavilələrindən, irəli gələn öhdəlik hüquq münasibəti yaranmı ş, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehlərə vermiş, lakin cavabdehlər kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçı qarşısında icra etməmiş pul öhdəliyi yaranmışdır.

26. Apellyasiya məhkəməsi hesab edib ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Mülki Məcəllənin Mülki Məcəllənin 385.1, 425.1, 442, 445, 448.1, 472.1, 739-cu maddələrinin tələbinə uyğun olaraq iddiaçı tələb olunan məbləği cavabdehlərdən tələb etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi də iddianı bu hissədə təmin etməklə düzgün nəticəyə gəlmişd ir.

27. Apellyasiya məhkəməsi ipoteka predmetinin qiyməti ilə bağlı qeyd edib ki, qanunvericiliyin tələbi baxımından ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyəri müəyyən edilməlidir. İş materiallarına da olan rəylə də həmin evin likvid dəyəri 32.500 (otuz iki min beş yüz) müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya instansiyası tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadığ ından, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir; - apellyasiya məhkəməsi əsas borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə uyğun olaraq məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəlikləri n icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Qanunun Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qə rarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 4 16.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində qətnamə iş üzrə cavabde h tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirilib. Apellyasiya baxışının predmeti də həmin hissə olub. Bu baxımdan qətnamə tam yoxlanılır və tam yoxlanılma dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəy yən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına və uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

36. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlakların açıq hərracda satılması hesabına ödənilməsi barədədir.

37. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, tərəflər arasında kredit və ipoteka müqavilələrindən, irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda vaxtın da ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçı qarşısında icra etməmiş pul öhdəliyi yaranmışdır.

38. İşdən o da görünür ki, məhkəmələr araşdırılan mübahisə üzrə borcun Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşməsini müəyyən etməklə, həmin kredit öhdəliyi üzrə tələb olunan faizlərin və cərimənin silinməli olmasını müəyyən edərək, iddia tələbini faiz və cərimə hissəsində təmin etməmişlər.

39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdeh Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instans iyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2445/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar