Məhkəmə qərarları › İş №2(102)-1437/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1437/2023

01.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1437/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X3 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2183/2022 nömrəli, 8 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr i şin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Cavabdeh MMC (bundan sonra – MMC) ilə İddiaçı arasında bağlanmış əmək müqavilələrinə əsasən İddiaçı xx.xx.2011-ci il tarixdə MMC-də hüquqşünas vəzifəsinə, xx.xx.2015-ci il tarixdən MMC-də Hüquq şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmişdir.

3. İddiaçı tərəfindən 2022-ci ilin fevral ayının əvəllərindən başlayaraq MMC-yə ünvanlanmış bir sıra ərizələrində MMC-nin fəaliyyəti ilə bağlı narazılıqlar ifadə olunmuşdur. Həmçinin, xx.xx.2022-ci il tarixli qərəzliliyə son qoyulması barədə təqdimatda qeyd etmişdir ki, “Məlumat üçün qeyd edək ki, Sizin direktor olduğunuz müddətdən etibarən Hüquq Şöbəsinin funksiyaları əsassız olaraq tədricən məhdudlaşdırılmağa başlanılmışdır. Xüsusilə keçmiş direktorun zamanında şirkət kassasından nağd qaydad a alınan ödənişlər Hüquq Şöbəsinin məlumatı və razılığı olmadan hər hansı şirkət əməkdaşına təhvil verilmirdi. Şirkətin maliyyə intizamının möhkəmləşdirilməsinə xidmət edən bu nəzarət funksiyası Siz direktor olduğunuz vaxtdan etibarən aradan qaldırılmışdı. Bu funksiya korrupsiya və mənimsəmə hallarına yol verən şirkət əməkdaşlarının mənafeyinə zidd idi. Bu səbəbdən onların təkidi və Sizin tapşırığınız ilə bu nəzarət sistemi ləğv edildi. Təəccüb doğuran məsələ bu nəzarət funksiyasının məhz Sizin tərəfinizdən ləğv edilməsi idi. Çünki digər əməkdaşların bu nəzarətdən yayınmağa cəhd etməsi başa düşülən idi, amma Siz şirkətin mənafeyini düşünməli olan şəxs kimi bu nəzarət sisteminin saxlanılmasında maraqlı olmalı idiniz. Bu səbəbdən bu mexanizmin Sizin tərəfinizdən ləğv edilmə səbəbi barədə müə yyən əsaslı ehtimallara sahib olmuşuq...Nəticədə 2022-ci ilin yanvar ayından etibarən Hüquq Şöbəsinə qarşı Sizin şəxsi düşmənçilik və qərəzlilik fəaliyyətiniz ən yüksək dərəcəyə çatmışdır. Belə ki, bütün şirkət əməkdaşlarına Hüquq Şöbəsi ilə əlaqələrin dayandırılması barədə şifahi tapşırıq vermisiniz. Belə fəaliyyətin tamamilə qanunsuz olduğunu bəyan edir və diskriminasiya hərəkətlərinə son qoyulmasını Sizdən xahiş edirik”.

4. Cavabdeh MMC-də struktur dəyişiklikləri ilə bağlı həmin MMC-nin X11 müdirinin 3 fevral 2022-ci il tarixli təqdimatına əsasən MMC-də idarəetmənin təkmilləşdirilməsi, əmək funksiyaları bölgüsünün restrukturizasiyası, daha çevik və rəqabətə davamlı komandanın formalaşdırılması, iş prosesində meydana çıxan məsələlərə peşəkar yanaşmanın tətbiq edilməsi və maliyyə xərcləri nə qənaət istiqamətində hüquq xidmətinin peşəkar qaydada müqavilə əsasında üçüncü tərəflərdən əldə edilməsi struktur dəyişikliklərini labüd edərək müəyyən işçilərin sayı və ştatlarının ixtisar edilməsini zəruri etmişdir. Bununla əlaqədar şirkətdə mövcud olan Hüquq şöbəsinin rəhbəri və hüquqşünas ştat vahidlərinin 28 mart 2022-ci il tarixdən ləğv edilməsini məqsədəuyğun hesab edilmişdir.

5. Cavabdeh MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı 7 fevral 2022-ci il tarixli 10 nömrəli əmrə əsasən MMC-də Hüquq şöbəsinin rəhbəri və hüquqşünas ştatlarının ixtisar edilməsi ilə bağlı əmək qanunvericiliyində nəzərdə tutulan prosedur hərəkətlərə başlanılması, xəbərdarlıq müddəti ərzində əmək haqları saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə, habe lə iş ahəngini pozmamaq şərti ilə hər iş həftəsinin fərqli iş günləri olmaqla iki iş günü ərzində X12 və İddiaçı əmək funksiyalarının icrasından azad edilməsi əmr edilmişdir.

6. MMC tərəfindən İddiaçı göndərilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 7 fevral 2022-ci il tarixli xəbərdarlıq məktubuna əsasən razı olduğu halda, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi və 77-ci maddəsinin 4-cü bəndinin tələblərinə uyğun olaraq, xəbərdarlıq müddəti əvəzinə istinad edilmiş qanunvericiliklə nəzərdə tutulmuş ödənişi bir dəfəyə ödəməklə, onunla bağlanmış Əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xəbərdarlıq aldığı və razılıq verdiyi gün ləğv ediləcəkdir.

7. MMC tərəfindən tərtib edilmiş 7 fevral 2022-ci il tarixli akta əsasən 7 fevral 2022-ci il tarixi ndə İddiaçı Şirkətdə Hüquq şöbəsinin rəhbəri ştatının ləğv edilməsi barədə əmr verildiyi bildirilmiş, daha sonra Şirkətdə Hüquq şöbəsinin rəhbəri vəzifəsinin 28 mart 2022ci il tarixindən ləğvi barədə xəbərdarlıq məktubu təqdim edilmiş ancaq İddiaçı xəbərdarlıq məktubu ilə tanış olmaqdan imtina etmiş və sənədin onun qeydiyyat ünvanına göndərilməsini qeyd etmişdir.

8. MMC tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Nizami rayon Məşğulluq Mərkəzinə ünvanlanmış 7 fevral 2022-ci il tarixli məktuba əsasən ixtisar olunacaq Hüquq şöbəsinin rəhbəri vəzifəsində İddiaçı çalışmış, ixtisası Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi olmuş, onun aylıq əmək haqqı 4865,37 manat təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Şirkətdə HİK fəaliyyət göstərməmişdir. 9. "xxxx" MM C tərəfindən verilmiş qaimə və 9 fevral 2022-ci il tarixli akta əsasən xx.xx.2022-ci il tarixində 131412 saylı qaimə ilə Sumqayıt şəhəri, məhəllə 20, ev 20/29, mənzil 17 ünvanında qeydiyyatda olan İddiaçı məktubun göndərilməsi sifariş edilmiş, qeyd olunmuş məktubu qəbul etməkdən imtina etdiyi səbəbindən məktub geri qaytarılmışdır.

10. İddiaçı tərəfindən MMC-yə ünvanlanmış tətil keçiriləcəyi barədə 14 mart 2022-ci il tarixli xəbərdarlıq məktubuna əsasən Hüquq Şöbəsinin fəaliyyətinin qanunsuz olaraq məhdudlaşdırılması və qərəzlilik fəaliyyətinə son qoyulması barədə Şöbə tərəfindən çoxsaylı yazılı müraciətlər göndərilmişdir. Lakin bu müraciətlərin heç birinə yazılı cavab verilməmiş və məhdudiyyətlər aradan qaldırılmamışdır. Elektron poçt yazışmalarının məhdudlaşdırılması, tərəfindən təqdim ed ilmiş sənədlərin imzalanmaması, əmək funksiyalarının icrasına qanunsuz müdaxilə, diskriminasiya və digər hallar fərdi əmək mübahisəsinin yaranmasına gətirib çıxarmışdır. Bu qanunsuz halların aradan qaldırılması məqsədilə əmək qanunvericiliyinə uyğun olaraq tətil keçirmək hüququndan istifadə etmək məcburiyyətində olmuşdur. Qeyd edilənlərə əsasən yaranmış əmək mübahisəsinin həlli məqsədilə xx.xx.2022-ci il tarixindən etibarən 10 iş günü müddətində təkbaşına tətil edəcəyi və əmək funksiyasının icrasını dayandıracağı barədə MMC-yə xəbərdarlıq etmiş və əmək mübahisəsinin həlli məqsədilə pozuntuların aradan qaldırılmasını yenidən xahiş etmişdir.

11. MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə KÇ 153 nömrəli 4 aprel 2022-ci il tarixli əmrinə əsasən MMC-də hüquq şöbəsinin rəhbəri vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən 4 aprel 2022-ci il tarixdən ləğv edilməsi, İddiaçı AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq (beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında) işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir.

12. MMC-nin “İşdənçıxarma müavinətinin ödənilməsi barədə” 4 aprel 2022-ci il tarixli əmrinə əsasən AR Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbini təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixində MMC-də Hüquq şöbəsinin rəhbəri vəzifəsində çalışan İddiaçı AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq (beş ildən on ilədək sta jı olduqda – orta aylıq əmək haqqının 1,7 misli miqdarında) 8803 manat məbləğində işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir.

13. MMC-nin direktoru Murat Korkmaz və X11 müdiri Xəyal Məmmədov tərəfindən 4 aprel 2022-ci il tarixdə tərtib edilmiş akta əsasən xx.xx.2022-ci il tarixdə İddiaçı iş yerini tərk edərkən şirkətin girişində ona yaxınlaşaraq bugün işdə olduğundan səhhəti ilə maraqlanmışlar. İddiaçı xəstə olmadığını, lakin digər işləri olduğu üçün ofisi tərk edəcəyini bildirmişdir. Bundan sonra tutduğu vəzifənin ixtisar olunduğu bir daha diqqətinə çatdırılaraq işdən azad edilməklə bağlı Əmri qəbul etməsi üçün təqdim edilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Əmri qəbul etməkdən imtina edərək rəsmi şəkildə ev ünvanına göndərilməsini tələb etmişdir. Həmçinin İdd iaçı əmək haqqı kartının dəyişildiyini, yaxınlaşıb kartı təhvil alması, o cümlədən şirkətin mülkiyyətində olan və sonuncunun xidməti istifadəsinə verilən komputeri təhvil verməli olduğu nəzərinə çatdırılmasına baxmayaraq neqativ reaksiya bildirərək ünsiyyət qurmaqdan imtina etmiş və liftə yaxınlaşaraq iş yerini tərk etmişdir. Həmin vaxt şirkətin foyesində X13 (referent), X14 (satış nümayəndəsi) və X9 (sürücü) qeyd edilən hadisənin şahidi olmuşlar.

14. MMC-də tərəfindən İddiaçı ünvanlanmış 4 aprel 2022-ci il tarixli məktuba əsasən İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə uyğun olaraq işdən azad edilməsi, işdən azad edilməsi ilə bağlı işdən çıxma haqqında əmrin surətini imzalamaq və əmək kitabçasını təhvil almaq məqsədilə MMC-nin inzibati binasına yaxınlaşmağı xahiş olunmuşdur. 15. "xxxx" MMC tərəfindən verilmiş 6 aprel 2022-ci il tarixli akta əsasən MMC tərəfindən xx.xx.2022 il tarixində 137032 saylı ilə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı məktubun göndərilməsi sifariş edilmişdir. Qeyd olunan ünvana xx.xx.2022-ci il tarixində saat 19:25 radələrində yaxınlaşmış, kuryer dəfələrlə qapını döyməsinə baxmayaraq ünvandan cavab verən olmamışdır. Bundan öncə də bu ünvana dəfələrlə yaxınlaşılmış və həmin ünvandan səslər gəlsə də, işıqlar yansa belə ünvandan cavab verən olmamış və şəxslə əlaqə qurmaq mümkün olmadığı səbəbindən məktub geri qaytarılmışdır. 16. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-xx.xx.2022-ci il tarixlərə olan hesabdan çıxarışa əsasən İddiaçı hesabına 18625.07 manat məbləğində v əsait daxil edilmişdir.

17. MMC tərəfindən verilmiş 8 aprel 2022-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı əmək haqqı kartını və şəxsi məlumatı olduğu zərfi həmin tarixdə təhvil almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin xx.xx.2022-ci il tarixli KÇ 153 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının öz vəzifəsinə bərpa edilməsi, habelə cavabdehdən 25 manat mediasiya xərcinin əvəzinin, həmçinin 215 manat dövlət rüsumunun əvəzinin, o cümlədən ona dəymiş mənəvi zərərə görə 50000 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı işin yuxarıda qeyd edilən fakti ki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixli KQ-69 nömrəli əmr və həmin tarixli əmək müqaviləsi əsasında cavabdeh MMC-də Hüquq Şöbəsinin rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Əmək fəaliyyəti dövründə əmək funksiyalarını vicdanla icra etmiş, icra intizamına həmişə riayət etmiş, barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Buna baxmayaraq, cavabdeh müəssisəyə yeni direktor təyin edildikdən sonra o, iddiaçıya tam məlum olmayan səbəblərdən Hüquq Şöbəsinə qarşı qərəzli münasibət həyata keçirməyə başlamışdır. Hüquq Şöbəsinin əməkdaşları olaraq rəhbərə çoxsaylı müraciətlər göndərsələr də, bu yazılı müraciətlərə baxılmamışdır. Bu şəxsi qərəzlik xx.xx.2022-ci il tarixində əmək fəaliyyətinin həyata keçirdiyi məkanda tabeliyində olan əməkdaşa qarşı zor tətbiq edilməsi ilə nəticələnmişdir. Bu faktla bağlı hazırda hüquq mühafizə orqanında araşdırılma aparılmaqdadır. Nəticədə xx.xx.2022-ci il tarixli KÇ 153 nömrəli əmr əsasında şirkətin Hüquq Şöbəsi ləğv edilmiş və Şöbənin əməkdaşı Ceyhun Hətəmov və iddiaçı işdən azad edilmişlər. İşəgötürənə ərizə ilə müraciət etdikdən sonra xx.xx.2022-ci il tarixində iddiaçıya əmək kitabçası təqdim edilmişdir. Ərizədə bütün sənədlərin tələb etməyinə baxmayaraq əmək münasibətlərinə dair digər sənədlər ona təqdim edilməmişdir. Mediasiya haqqında qanunvericilik aktının tələbinə uyğun olaraq tərəfindən cavabdehə təklif göndərilsə də o, bu təklifə dair münasibət bildirməmişdir. Daha sonra, ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Nəticədə mediasiya təşkilatı tərəfindən xx.xx.2022-c i il tarixli MŞB/6 nömrəli arayış iddiaçıya təqdim edilmişdir. Beləliklə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən sözügedən qanunvericilik aktlarının tələblərinə riayət edilməmiş və əmək müqaviləsinə şəxsi – qərəzlilik əsasında xitam verilmişdir.

20. İddiaçı izahatında bildirmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsassızdır və bu səbəbdən iddia tələbi təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin tələbinə əsasən rəsmi xəbərdarlıq dedikdə, kağız üzərində yazılı formada tərtib edilən və işçinin tanış olmaq üçün imza etdiyi və ya poçt vasitəsilə aldığı yazılı sənəd başa düşülür. Cavabdehin təqdim etdiyi sənədlərə əsasən guya onun tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 15 nömrəli xəbərdarlığın tərtib edildiyi, hab elə bu xəbərdarlığın poçt vasitəsilə iddiaçıya göndərildiyi, eyni zamanda şifahi qaydada bu xəbərdarlığın alınmasından iddiaçının imtina etməsi barədə xx.xx.2022-ci il tarixli 18 nömrəli aktın tərtib edildiyi və o cümlədən elektron poçt vasitəsilə iddiaçıya xəbərdarlıq barədə məlumatın verildiyi iddia edilmişdir. İddiaçının bu xəbərdarlığın tərtib edilməsindən və əmək müqaviləsinə bu əsasla xitam verilməsindən ümumiyyətlə məlumatı olmamış və xəbərdarlıq sadəcə "görünüş" naminə hazırlanmışdır. Yazılı izahatına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışa əsasən iddiaçının xx.xx.2022-ci il tarixindən etibarən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 179 ünvanında rəsmi qeydiyyatda olmaqla yaşadığı təsdiq edilmişdir. Lakin cavabdehin məhkəməyə təqdim etdiyi "xxxx" M MC-nin xx.xx.2022-ci il tarixli 131412 saylı poçt qəbzindən aydın göründüyü kimi 15 nömrəli xəbərdarlıq xx.xx.2022-ci il tarixində iddiaçının yaşamadığı və qeydiyyatda olmadığı ünvan 3 ünvanına göndərilmişdir. İddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvana cavabdeh tərəfindən hər hansı rəsmi xəbərdarlıq göndərilməmiş və bu baxımdan da iddiaçının işdən çıxarılması barədə məlumatı olmamışdır. Halbuki iş üzrə digər sənədlər xx.xx.2022-ci il tarixli 80 nömrəli məktub və əmək müqaviləsinə xitam əmri iddiaçının məhz rəsmi qeydiyyatda olduğu və yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 179 ünvanına göndərilmişdir. Bu səbəbdən rəsmi xəbərdarlığın poçt vasitəsilə çatdırılması barədə cavabdehin dəlilləri tamamilə əsassız olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2022-ci il tar ixli xxxxxxx0000115 nömrəli "Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi" də təqdim edilmişdir. Bu bildirişin cavabdeh tərəfindən təqdim edilməsində məqsəd ədalət mühakiməsinin istiqamətinə çaşdırıcı təsir etmək və məhkəməni iddiaçının ünvanı barədə məlumatın bu bildiriş vasitəsilə əldə edilməsinə inandırmaq olmuşdur. Lakin bu sənəddəki ünvan rəsmi xəbərdarlığın göndərilməsi üçün əsas ola bilməz. Bu ilk növbədə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələbinə uyğun olmamış və bu bildiriş yaşayış yeri barədə məlumatı təsdiq edən sənəd kimi çıxış edə və ya belə sənədi əvəz edə bilməz. İkincisi, bu bildirişdə işəgötürənin səlahiyyətlərini icra edən şəxs olaraq Xəlilzadə Günayın adının və rekvizitlərinin qeyd edildiyini, habelə işçi barədə məlumat bölməsind ə şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi hissəsində AA qeydinin ardıcıl olaraq iki dəfə əks etdirildiyini açıq görmək mümkün olmuşdur ki, bu da sistemdə xətanın olduğunu və bu bildirişin səhv məlumatları özündə əks etdirdiyini təsdiq etmişdir. Rəsmi xəbərdarlığın poçtla göndərildiyi iddia edilən tarixin xx.xx.2022-ci il olmasına baxmayaraq bu bildiriş xx.xx.2022-ci il tarixində çap edilmişdir. Müddət baxımından da bu bildirişə sübut qismində istinad edilməsi mümkün olmamışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 131412 saylı poçt qəbzinin özü saxta olaraq hazırlanmışdır. Belə ki, sənədlərin saxtalaşdırılması barədə hüquq mühafizə orqanlarına etdiyi şikayət nəticəsində poçt qəbzində kuryer 1 olaraq qeyd edilmiş poçt əməkdaşı X5 polis orqanı tərəfindən saxlanılmış və izahatı alınmışdır. İzahatda o, kuryer 1 olaraq yalnız məktubu götürmək vəzifəsini icra etdiyini və məktubun çatdırılmasının isə kuryer 2 tərəfindən icra edilməli olduğunu bildirmişdir. Aparılan araşdırma zamanı bu poçtun ümumiyyətlə çatdırılmadığı müəyyən edilmişdir. Poçt qəbzinin üzərində “imtina etdi” qeydinin ümumiyyətlə kimə məxsus olması isə istintaqla araşdırılmışdır. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli aktı imzalamış Ruslan Məmmədov həmin şirkətin qanuni təmsilçisi olmamış və onun akt vermək üçün hər hansı səlahiyyətə malik olması barədə sənədi olmamışdır. Digər tərəfdən həmin aktda məhz iddiaçının məktubun qəbulundan imtina etməsi halı qeyd edilmişdir ki, bu da öz növbəsində iddiaçının qeydiyyat (yaşayış) ünvanının məktubda qeyd edilən ü nvandan fərqli olması səbəbindən belə bir imtinanın məhz iddiaçı tərəfindən edilməsi fiziki olaraq da mümkün olmamışdır. Bununla yanaşı məktubun çatdırıldığı və ondan imtina edildiyi tarix və saat barədə nə poçt qəbzində, nə də xx.xx.2022-ci il tarixli aktında hər hansı məlumat qeyd edilməmişdir ki, bu da bu saxta sənədlərin görünüş naminə tərtib edildiyini bir daha sübut etmişdir. Bu baxımdan xx.xx.2022-ci il tarixli 131412 saylı poçt qəbzi və xx.xx.2022-ci il tarixli akt MPM-in 76.3-cü maddəsi baxımından sübut qismində qəbul edilə bilməz. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 18 nömrəli akta əsasən şirkətin direktoru Murat Korkmaz, X11 müdiri Xəyal Məmmədov və şirkətin əməkdaşı Xəlilzadə Günay tərəfindən iddiaçıya xəbərdarlığın edildiyi, lakin onun bu xə bərdarlığı almaqdan imtina etdiyi öz əksini tapmışdır. Bu akt tamamilə əsassız sübut olmuş və iddiaçıya əmək qanunvericiliyinin tələbinə uyğun şəkildə rəsmi xəbərdarlıq edildiyini təsdiq edə bilməz. Belə ki, ilk öncə aktın məzmununda da qeyd edildiyi kimi bu akt iddiaçının iştirakı olmadan tərtib edilmişdir. Bu akt hüquqi baxımdan sübut əhəmiyyəti olmayan qeyri-müəyyən sənəd olmuşdur. Aktda iddiaçının xəbərdarlıq edildiyi və onun üçün bu xəbərdarlığın hüquqi nəticələr yaratdığı əks etdirilsə də, onun belə bir aktın tərtibindən ümumiyyətlə məlumatı olmamış, akt onun iştirakı olmadan tərtib edilmiş, aktın məzmununda onun adı qeyd edilsə də imzalayan şəxslər sırasında onun adı əlavə edilməmiş, bu aktı imzalamaq üçün ona aktda müvafiq sahə ayrılmamış, bu aktla onu heç sonradan da tanış edilməm iş və aktın surəti ona rəsmi qaydada təqdim edilməmişdir. Belə olan halda bu akt xx.xx.2022-ci il tarixdə deyil, istənilən tarixdə və istənilən yerdə tərtib edilə bilərdi. Bu qaydada hazırlanmış sənədin iddiaçı üçün hər hansı hüquqi nəticəsinin olması və bu aktın ona rəsmi xəbərdarlıq edilməsi kimi qiymətləndirilməsi nəinki hüquqi təməl prinsiplərinə, hətta sağlam məntiqə də uyğun olmamışdır. Bu aktın ümumiyyətlə sübut qismində qiymətləndirilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş email yazışmasına münasibətdə qeyd etmişdir ki, iddiaçıya ümumiyyətlə belə elektron poçt göndərilməmişdir. Bu elektron poçt yazışması cavabdeh tərəfindən saxtalaşdırılmaqla hazırlanaraq məhkəməyə təqdim edilmişdir. Belə ki, Hüquq Şöbəsinin email ünvanlarına qoyulmuş qanunsuz məhdudiyy ətlərlə bağlı cavabdehə rəsmi qaydada dəfələrlə yazılı məktub göndərilmişdir. Faktiki olaraq iddiaçıya məxsus mail adresləri cavabdeh tərəfindən bloklanmışdır. Elekron poçt ünvanlarının idarəedilməsi və bu ünvanlara nəzarət edilməsi bilavasitə cavabdehin nəzarətində və səlahiyyətində idi. Bu diskresion imkanından istifadə edərək bu mail yazısını saxta tərtib etməklə məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən biri də məşğulluq orqanına ünvanlanmış xx.xx.2022-ci il tarixli 19 nömrəli məktub olmuşdur. Cavabdeh işdən çıxarılma barədə əmrin qanuni olduğunu pərdələmək üçün iddiaçının ixtisar olmağı barədə xx.xx.2022-ci il tarixli 19 nömrəli məktub hazırlamış və bu məktub xx.xx.2022-ci il tarixində 3 saylı Ərazi Məşğulluq Mərkəzinə təqdim edilmiş, habelə b u məktublar Nizami rayon Məşğulluq İdarəsinin Məşğulluq tədbirləri Şöbəsinin mütəxəssisi X10 tərəfindən şəxsən qəbul edilmişdir. İxtisar ilə bağlı məktub cavabdehə münasibətdə ərazi aidiyyəti olmadan 3 saylı Ərazi Məşğulluq Mərkəzi tərəfindən qəbul edilmişdir. Belə ki, MMC (VÖEN **********) 2016-ci ildən etibarən Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsində o cümlədən Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində fəaliyyət göstərmiş və hüquqi ünvanı da Nəsimi rayonu olmuşdur. 2022-ci ilin aprel ayından etibarən isə hüquqi ünvanı Abşeron rayonu, Hökməli qəsəbəsi olaraq dəyişdirilmiş və hazırda faktiki olaraq Xətai rayonu, 8 Noyabr prospekti ünvanında fəaliyyət göstərmişdir. Hətta xx.xx.2022-ci il tarixli 19 nömrəli məktubda şirkətin faktiki fəaliyyət göstərdiyi ərazinin Xətai rayonu olduğu da qeyd e dilmişdir. Belə olan halda, ixtisar ilə bağlı rəsmi məktub xx.xx.2022-ci il tarixinə şirkətin hüquqi ünvanı və faktiki fəaliyyət göstərdiyi ərazi aidiyyəti üzrə səlahiyyətli qurum hesab edilən 5 saylı Ərazi Məşğulluq Mərkəzinə təqdim edilməli idi. Lakin cavabdeh bu məktubu qanunvericiliyin tələbinə zidd olaraq ərazi aidiyyəti olmayan məşğulluq qurumuna təqdim edildiyini iddia etməklə işdən çıxarılma ilə bağlı sənədləşmənin qanunvericiliyə uyğun aparılmadığını bir daha təsdiq etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin siyahısına şirkətin X11 müdiri Xəyal Məmmədovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli 01 nömrəli təqdimat və şirkət rəhbərinin xx.xx.2022-ci il tarixli nömrəli 10 nömrəli MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağ lı” əmri də daxil edilmişdir. Xəyal Məmmədovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli 01 nömrəli təqdimatın məzmunu qeyri-müəyyən və abstrakt ifadələrlə sadəcə görünüş naminə formalaşdırılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli 10 nömrəli MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı əmrinin qəbul edilməsinə əsas olaraq Xəyal Məmmədovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli 01 nömrəli təqdimat göstərilmişdir. Təqdimat isə əsassız olduğuna görə onun əsasında qəbul edilmiş əmrin qanunsuzluğu da tam təsdiq edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 10 nömrəli MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı" əmri ona təqdim edilməmiş və onun belə bir əmrin qəbulundan məluma tı olmamışdır. Bəhs edilən əmr iddiaçının əmək hüquqlarına və qanuni mənafelərinə toxunduğu üçün mütləq qaydada ona təqdim edilməli idi. İddiaçıya qarşı cavabdeh tərəfindən həyata keçirilən qərəzlilik və mobbinq fəaliyyətinə cavab olaraq iddiaçı tərəfindən cavabdehə çoxsaylı yazılı müraciətlər göndərilmişdir. Lakin bu müraciətlərin heç birinə cavabdeh tərəfindən baxılmamış, onlara cavab verilməmiş və qərəzlilik fəaliyyətinə son qoyulmamışdır. xx.xx.2022-ci il tarixində Hüquq Şöbəsinə qarşı göstərilən qərəzlilik və qanunsuzluq münasibəti ən ifrat dərəcəyə yüksəlmiş və Şöbənin əməkdaşı X1 əlindən iradəsinin ziddinə alınmışdır. Bu hadisədən sonra qanunvericiliklə müəyyən edilmiş hüquqdan istifadə edilərək iddiaçı tərəfindən AR ƏƏSMN-nə də müraciət ünvanlanmışdır. Müraciət zamanı cavabdeh tərə findən Hüquq Şöbəsinə qarşı qərəzlilik və mobbinq fəaliyyətinin keçirildiyi araşdırma aparan vəzifəli şəxslərin diqqətinə çatdırılmışdır. Müraciəti ilə bağlı dəvət əsasında xx.xx.2022-ci il tarixində X8 Bakı şəhər İdarəsində qəbul edilmiş və həmin tarixdə yazılı izahat təqdim edilmişdir. Lakin xx.xx.2022-ci il tarixində qanunsuz işdən çıxarılma ilə bağlı əmr verildiyi üçün öz əhəmiyyətini itirən bu şikayəti üzrə icraata xitam verilmiş və qanunsuz işdən çıxarılma ilə bağlı məsələnin araşdırılmasına başlanılmışdır. Bununla yanaşı Hüquq Şöbəsinə qarşı cavabdeh tərəfindən həyata keçirilən qərəzlilik fəaliyyətinə son qoyulması məqsədilə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təkbaşına tətil etmək hüququndan da istifadə etmişdir.

21. MMC-nin vəkili-nümayəndəsi Vəkil1 iddianı qəbul etmə yərək bildirmişdir ki, iddiaçıya onun Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən işdən azad edilməsi ilə bağlı vaxtında xəbərdarlıq edilmiş, onun qeydiyyatda olub yaşadığı Sumqayıt şəhəri, məhəllə 20, ev 20/29, mənzil 17 ünvanına məktub göndərilmiş, işdən çıxmaq barədə əmrin surətini imzalamaq və əmək kitabçasını təhvil almaq məqsədi ilə Şirkətə yaxınlaşması bildirilmiş, həmçinin bu barədə onun elektron kabinetinə məlumat yerləşdirilmişdir. İddiaçıya ştatın ləğv edilməsi barədə əmr verilmiş, daha sonra Şirkətin Hüquq şöbəsinin rəhbəri vəzifəsinin 28 mart 2022-ci il tarixdən ləğvi barədə xəbərdarlıq təqdim edilmiş, lakin iddiaçı xəbərdarlıq ilə tanış olmaqdan imtina etmiş və sənədin onun qeydiyyatda olduğu ünvana göndərilməsini qeyd etmiş və bu barədə akt tərtib edilmişdir. İddiaçı onun işdən azad edilməsi ilə bağlı məlumatlı olmuşdur. Sonradan aydın olmuşdur ki, iddiaçının ünvanı ünvan 8ən azad edilməsi ilə bağlı məlumat göndərilmişdir, lakin məktubun çatdırılması mümkün olmamışdır, bu barədə akt tərtib edilmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

22. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-3284/2022 nömrəli iş üzrə 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia rədd edilmişdir.

23. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi xx.xx.2022-ci il tarixli 10 nömrəli MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı" əmri ilə bağlı onun məlumatının olmaması barədə dəlili işin müə yyən edilən halları ilə təsdiq olunmadığından əsassızdır. Məhkəməyə bu nəticəyə gələrkən iddiaçının məhz 2022-ci ilin fevral ayından başlayaraq cavabdehə ünvanlanan onun fəaliyyəti ilə bağlı narazılıq məktublarını, xüsusi ilə xx.xx.2022-ci il tarixli qərəzliliyə son qoyulması barədə təqdimatını qeyd etmək olar hansı ki, iddiaçı yuxarıda qeyd edilən həmin təqdimatda iddiaçı cavabdeh tərəfindən şirkətin hüquq şöbəsinin ləğv edilməsindən məlumatlı olmasını etiraf etmişdir. Məhz bu hal özü də, MMC-nin hüquq şöbəsinin ixtisar olunması barədə iddiaçının məlumatlı olmasını təsdiq etdiyindən iddiaçının əmrin ləğvi barədə dəlilləri əsassız hesab edilib təmin edilməməlidir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 77, 296-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2183/2022 nömrəli mülki iş üzrə 8 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Zaur Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə 4 aprel 2022-ci il tarixli, KÇ 153 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının MMC-də tutduğu vəzifəsinə bərpa edilməsi və cavabdeh tərəfindən məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanmaqla iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən mediasiya xidməti haqqı olaraq ödənilmiş 25 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 215 manat və apellyasiya şikayəti üçün dövlət rüsumu olaraq ödənilmiş 120 manat, cəmi 360 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin mənəvi zərərə dair hissədə təmin edilməməsi qət edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə kollegiyasının araşdırması zamanı, eləcə də xx.xx.2022-ci il tarixli təqdimatdan da müəyyən edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən şirkətin hüquq şöbəsinin ləğv edilməsindən məlumatlı olmasını etiraf etməmişdir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 179 ünvanında qeydiyyatdadır. Cavabdeh tərəfindən xəbərdarlıq məktubu iddiaçının yaşadığı və qeydiyyatda olduğu Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 179 ünvanına deyil, ünvan 9 ünvanda yaşamadığından qeyd olunan məktub iddiaçıya təqdim olunmadan geri qaytarılmışdır. Mülki iş materiallarına əlavə olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünmüşdür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 179 ünvanında qeydiyyatdadır.

29. Apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdeh MMC təkbaşına təti l edən iddiaçının hərəkətlərinin əsassız və qanunsuz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmədən onunla bağlanmış əmək müqaviləsinə onun tətil etdiyi müddətdə yəni xx.xx.2022-ci il tarixdə ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam vermişdir. Məhkəmə kollegiyasının 1 dekabr 2022-ci il tarixdə keçirilmiş iclasında cavabdehin nümayəndəsi iddiaçının tətil keçirəcəyi barədə xəbərdarlıq məktubunun alındığını təsdiq etmiş və bildirmişdir ki, bununla əlaqədar cavabdeh qanunla ona verilmiş məhkəməyə müraciət etmək hüququndan ona görə istifadə etməmişdir ki, bu əmək mübahisəsinin əsassız uzanmasına səbəb olacaqdır. Lakin buna baxmayaraq cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasında yəni xx.xx.2022-ci il tarixli məhkəmə iclasında heç bir əsas olmadan iddiaçının tətil keçirməsi ilə əlaqədar cavabdehə müraciət etmədiyini bildirmişdir. Lakin bu iş materiallarında olan xx.xx.2022-ci il tarixli Tranzaksiya/Göndəriş SS783012312AZ nömrəli sifarişli məktuba əsasən təkzib olunmuşdur.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğin ödənilməsini tələb etsə də, ona dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi mənəvi ziyan hissəsində təmin edilməməlidir.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 77, 288, 292.1, 295, 300.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhk əməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianın mənəvi ziyana dair hissəsində gəldiyi nəticə səhv olmuşdur. Cavabdehin qanunsuz hərəkəti (iddiaçının əmək müqaviləsini əmək qanunvericiliyini pozmaqla ləğv etməsi) nəticəsində iddiaçının iş yerini itirməsi faktı apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş və məhz buna görə əmək müqaviləsinin xitamı barədə əmr ləğv olunaraq iddiaçı məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməklə əvvəlki işinə bərpa olunmuşdur. İşəgötürən işçiyə qarşı onun əmək hüquqlarının pozulması ilə nəticələnən qanunsuz hərəkət edibsə və işçi öz şüurunda həmin hərəkətə mənfi psixi reaksiya veribsə, onun mənəvi sarsıntı keçirməsi mübahisəsiz olmuşdur. Bu halda mübahisə yalnız pulla ifadə edilən mənəvi ziyanın məbləği ilə bağlı ola bilər ki, bu da ƏM-in 290-cı maddəsinin 3-cü hissəsində göstərilən hallar nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunur. Cavabdehin iddiaçıya qarşı onun əmək hüquqlarının pozulması ilə nəticələnən qanunsuz hərəkətlər etməsi və iddiaçının öz şüurunda həmin hərəkətlərə psixi reaksiyasının mənfi olması (qanunsuzluqlar barədə müxtəlif instansiyalara çoxsaylı müraciətlər etmişdir) aşkar görünmüşdür.

34. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mənəvi sarsıntı keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyinə əsaslanarkən nəzərə almamışdır ki, iztirabdan fərqli olaraq “mənəvi sarsıntınin keçirməsini təsdiq edən sübutu” təqdim etmək, ümumiyyətlə, mümkün olmamışdır. Çünki mənəvi sarsıntı şəxsin daxili aləmi ilə bağlı, məruz qaldığı qanunsuz davranışa olan mənfi psixi reaksiyası olmuşdur. Şəxs belə reaksiya göstəribsə (iddiaçının cavabdehin qanunsuz hərəkətləri barədə çoxsaylı müraciətləri), deməli, onun mənəvi sarsıntı keçirməsi sübut olunmuş sayılmalıdır.

35. Kassator şikayətini Azərbaycan Respubli kası Əmək Məcəlləsinin 290.3-cü maddəsinə istinad edərək əsaslandırmışdır.

36. Cavabdeh MMC (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

37. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədə iddianın təmin edilməsinin 2 əsası müəyyən edilmişdir. İlk əsas İddiaçı ştatların ixtisarı barəsində məlumatsız olması olmuşdur. Bu əsas ilə bağlı kassator qeyd etmişdir ki, MMC tərəfin ştatların ixtisarı barədə bildiriş şəxsin özünə təqdim edilmiş, müəyyən olunan son yaşayış yerinə, daxili elektron sistemlə şəxsi kabinetinə və mobil telefonuna da göndərilmişdir. Bu hissədə məhkəmə pozuntuya yol vermişdir. İddianın təm inin 2-ci əsası şəxsin ştatların ixtisarının tətil dövründə olması olmuşdur. Məhkəmə bu hissədə də səhvə yol vermiş, qanunvericilik normasını düzgün tətbiq etmədən, 295.5-ci maddəsini hərfi mənasında qəbul edərək digər normalarla müqayisəli təhlil aparmamışdır. Hazırki iş üzrə yekun qətnamə zamanı məhkəmə Əmək Məcəlləsinin 79, 270.7 və 295.5-ci maddəsini kompleks şəkildə nəzərdən keçirməli, qanunun hərfi deyil, həqiqi mənasını müəyyən etməli idi. Belə ki, 295.5-ci maddəsi tətilə görə işçinin işdən çıxarılmasını qadağan edir. Digər tərəfdən iddiaçının ştatların ixtisarı barədə məktub göndərməməsi ilə yanaşı, onun işə gəlməməsi halını da məhkəmə nəzərdən qaçırmışdır. Yəni iddiaçının əsl niyyətini müəyyən etməmişdir.

38. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən iddianın qismən təmin olunması bununla əsaslandırılmışdır ki, guya iddiaçı tərəfindən qanunsuz halların aradan qaldırılması məqsədilə əmək qanunvericiliyinə uyğun olaraq tətil keçirmək hüququndan istifadə etmək məcburiyyətində olmuşdur. Qeyd edilənlərə əsasən yaranmış əmək mübahisəsinin həlli məqsədilə o, xx.xx.2022-ci il tarixindən etibarən 10 iş günü müddətində təkbaşına tətil edəcəyi və əmək funksiyasının icrasını dayandıracağı barədə MMC-yə xəbərdarlıq etmiş və əmək mübahisəsinin həlli məqsədilə pozuntuların aradan qaldırılmasını yenidən xahiş etmişdir. Lakin ümumiyyətlə hazırkı iddia tələbinə 1-ci instansiya məhkəməsində baxılan zaman iddiaçı tətil etməsi ilə bağlı bir cümlə belə bildirməmişdir. Çünki o, həqiqətən də tətil elan etməmişdir. Həmin şəxs sadəcə ştatların ixtisarı barəs ində məlumatsız olmasını sübut edə bilmədiyindən, işə apellyasiya instansiya icraatında baxılan zaman iddianın əsasını dəyişməyə çalışmışdır. Apellyasiya Məhkəməsi isə qanunsuz olaraq həmin mövqeyi nəzərə alaraq iddianı əsassız olaraq təmin etmişdir. Bundan əlavə, iş materiallarından aydın olmuşdur ki, ştatların ixtisarı üçün son tarix 28 mart 2022-ci il olmuşdur. İddiaçı isə göndərdiyini iddia etdiyi (həqiqətdə isə göndərmədiyi) mətkubda da tətil elan etməyə 28 mart 2022-ci il tarixindən başlayacağını qeyd etmişdir. Açıq-aşkar görünmüşdür ki, şəxsin məqsədi ştatların ixtisarına süni maneələr yaratmaq olmuşdur. Tətil elan etməklə bağlı iddiaçı tərəfindən ona görə ərizə göndərilməmişdir ki, o, tətil keçirməklə bağlı ərizə verdiyi halda Əmək Məcəlləsinin 272-ci maddəsinin tələblərin əsasən 1 0 iş günü əvvəl işəgötürəni məlumatlandırmalı idi. Məlumatladıracağı halda isə tətilin başlanma tarixi ştatın ixtisarı tarixindən sonrakı tarixə, yəni 2022-ci ilin aprel ayına düşəcəkdi. Bu səbəbdən də iddiaçı bundan yayınmışdır. Məhkəmə qətnaməsinin 18-ci səhifəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, 1 dekabr 2022-ci il tarixində keçirilən məhkəmə iclasında ştatların ixtisarı barəsində məktub almalarını bildirsələr də, 8 dekabr 2022-ci il tarixində həmin faktı inkar etmişlər. Lakin bu hal göndəriş SS783012312AZ nömrəli sifarişli məktubla təsdiq edilmişdir. Bu hissə ilə bağlı kassator qeyd etmişdir ki, İddiaçı tərəfindən MMC-yə geri qaytarılan komputerdə yazılı şəkildə həmin ərizə olduğundan texniki səhvlik edilərək ünvanlarına göndərildiyi qeyd olunsa da, növbəti məhkəmə iclasında həmin səhv aradan qaldırılmışdır. Məhkəmənin iddianın təmini üçün istinad etdiyi həmin sifarişli məktub nömrəsi ilə bağlı "xxxx" MMC tərəfindən verilən 26 dekabr 2022-ci il tarixli məktubdan aydın olmuşdur ki, SS783012312AZ nömrəli sifarişli məktubun üzərində tətil barədə xəbərdarlıq sözünü poçt əməliyyatçısı icra etməmişdir. Belə ki, Poçt haqqında qanunun 20-ci maddəsi buna imkan verməmişdir. Yəni, poçt işçisi məktubun məzmunu barəsində məlumatlı ola bilməz. Buna görə də, iddiaçı poçt qəbzinin üzərinə 3-cü şəxs tərəfindən “tətil barədə xəbərdarlıq” sözünü yazdırmaqla, həmin poçt əməliyyatçısı icra etmiş kimi məhkəməyə təqdim etmişdir. Bu hissədə qanunvericiliyin mövqeyi ondan ibarət olmuşdur ki, tətil keçirilməsinə işəgötürənlər tərəfindən süni maneələr yaradılması hallarının qarşısı alınsın. Ü mumiyyətlə işə davamiyyət göstərməyən işçinin tətillə bağlı iş yerini məlumatlandırması da məntiqli olmamışdır. Çünki həqiqətən fərdi əmək mübahisəsinin həllini tələb edən işçi iş yerinə gəlməli, tətillə bağlı işə götürəni məlumatlandırmalı, real olaraq hansı əmək funksiyalarının icra etməyəcəyini bəyan etməli və tətil keçirilməsini ştatların ixtisarının son gününə təyin etməməli idi. Lakin, iddiaçı tərəfindən qeyd olunan hərəkətlərdən heç biri icra olunmamış, həmçinin, həmin şəxs iş yerinə də gəlməmişdir. Bu da aydın şəkildə onu göstərmişdir ki, iddiaçı ştatların ixtisarı barədə əmrin verildiyindən xəbərdar idi. 7 fevral 2022-ci il və 4 aprel 2022-ci il tarixləri arasındakı dövr üzrə birinci instansiya məhkəməsinə təqdim etdikləri işçilərin davamiyyət cədvəlindən, giriş çıxışın qeydiyyatı barədə sistemdən çıxarışdan da (turneketdən) görünmüşdür ki, iddiaçı 9 saatlıq iş rejiminə əməl etməmiş, bəzi günlər ümumiyyətlə işə gəlməmişdir. Ştatların ixtisarı barəsində xəbərdar edildikdən sonra şirkət barəsində müxtəlif qurumlara əsassız olaraq çoxsaylı şikayət etməklə bərabər əmək funksiyalarının icrasından yayınsa belə, MMC tərəfindən humanistlik göstərilərək, onun barəsində hər hansı bir intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbir görülməmişdir. Günlərlə həmin şəxs iş yerinə gəlməmişdir. Hazırki iddiaçının 28 mart 2022-ci il tarixində deyil, 4 aprel 2022-ci il tarixində işdən çıxarılmasına səbəb onun həmin dövr ərzində ümumiyyətlə iş yerində olmaması olmuşdur.

39. Kassator qeyd etmişdir ki, iddiaçı tərəfindən bildirilmişdir ki, guya onun müraciətləri nəticəsiz qaldığı ndan və onlara cavab verilmədiyindən xx.xx.2022-ci ildə onlara poçt vasitəsilə rəsmi xəbərdarlıq göndərərək, xx.xx.2022-ci ildən 10 (on) iş günü müddətində təkbaşına tətil keçirəcəyini bildirmişdir. Halbuki tərəflərindən iddiaçıya göndərilən heç bir məktub alınmamışdır. İddiaçı və Hətəmov Ceyhun 14 mart 2022-ci il tarixində Hətəmov Ceyhunun komputerinin alınması məsələsi ilə bağlı aktlar tərtib edərək, hər iki şəxsin adından ayrı-ayrılıqda göndərmişlər. Həmin tarixdə həmçinin, hətta iddiaçı real olaraq tətil elan etsəydi belə bu ştatların ixtisarı qaydasında işdən çıxarılma üçün maneə yaratmamışdır. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar sırasında tətil elan edən işçi barəsində heç bir qadağa mövcud deyil.

40. Kassator qeyd etmişdir ki, Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin siyahısı müəyyən edilir. İddiaçı isə ümumiyyətlə tərəflər arasında hansı fərdi əmək mübahisəsinin olmasını belə bildirə bilməmişdir. Çünki həqiqətən də heç bir fərdi əmək mübahisəsi olmamışdır.

41. Kassator qeyd etmişdir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddia ərizəsinin təmin olunmasının əsası kimi onu göstərmişdir ki, iddiaçı tətildə olduğu üçün onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi qanunsuz hesab olunmalıdır. Halbuki hazırkı iddia tələbinə 1-ci instansiya məhkəməsində baxılan zaman iddiaçı tətil etməsi ilə bağlı bir cümlə belə bildirməmişdir. Bu fakt Abşeron Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Bu da onu göstərmişdir ki, iddiaçı hə qiqətən də tətil elan etməmişdir. Sadəcə iddianın əsaslığını başqa cür sübut edə bilmədiyindən, işə apellyasiya instansiya icraatında baxılan zaman iddianın əsasını Sumqayıt Apellyasiya Məhkəməsində, 3-cü məhkəmə iclasında dəyişməyə çalışmışdır. Məhkəmə isə bunu qanunsuz olaraq əsaslı hesab edərək qanun normalarına tamamilə zidd olan formal qətnamə qəbul etmişdir.

42. Kassator qeyd etmişdir ki, iddiaçı 7 fevral 2022-ci il tarixində ştatların ixtisarı barəsində xəbərdar edilməklə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 3 saylı Məşğulluq İdarəsinə də məlumat verilmişdir. Həmçinin iş yerində də iddiaçıya bildiriş təqdim edilmişdir. Məhkəmə səhvə yol verərək belə qərara gəlmişdir ki, ştatların ixtisarı barədə ancaq şəxsin yaşayış yeri vasitəsilə məlumat verilə bilərdi. Halbuki məlumatlandırma geniş anlayışdır və müxtəlif formalarda həyata keçirilə bilərdi. Həmçinin MMC iddiaçını məlumatlandırmaq üçün bütün ağlabatan üsullardan istifadə etmişdir. MMC hüquqşünas kimi önəmli bir vəzifə daşıyan şəxsi məlumatlandırmadan ştatların ixtisarını etməzdi. Çünki bunun hüquqi nəticələrinin öncədən proqnoz edilməsi elə də çətin məsələ olmamışdır. Birinci instansiya məhkəməsində iş materiallarına əlavə olunan, eləcə də yenidən apellyasiya məhkəməsində təqdim edilən sənədlərdən görünmüşdür ki, iddiaçı tərəfindən MMC-yə ünvanlanan ilk ərizənin göndərilmə tarixinin 1 fevral 2022-ci il kimi qeyd olunsa belə, "xxxx" MMC-nin qarşı tərəfə təqdim olunan məktubun çatdırılması barədə qəbzdən və MMC-nin iş materiallarına əlavə etdiyi məktubun üzərindəki möhürdən görünmü şdür ki, ilk məktub 8 fevral 2022-ci il tarixində göndərilmişdir. Bu da öz növbəsində iddiaçının ştatların ixtisarı barədə məlumatlandırıldıqdan 1 gün sonra şirkətə fərqli məktublar göndərdiyini təsdiq etmişdir. Bundan sonra MMC tərəfindən 11 fevral 2022-ci il tarixində yenidən iddiaçıya məxsus Elektron ünvan mail adresinə ştatların ixtisarı barədə məlumat göndərilmişdir. Eyni zamanda iddiaçı apellyasiya instansiyası məhkəməsində işin birinci baxışda bildirmişdir ki, guya o ştatların ixtisarı barədə sənədlərin surətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətindən əldə etdikdən sonra bu barədə məlumatı olmuşdur. Halbuki, birinci instansiya məhkəməsində qarşı tərəf vəsatətlə müraciət edərək (vəsatət iş materiallarında mövcuddur) bildirmişdir ki, X18 Xidmətindən tələb e tdiyi sənədlərin eynisini MMC-dən tələb etmiş və birinci instansiya məhkəməsində əsaslandırma kimi həmin sənədlərdən məlumatsız olduğunu qeyd etmişdir. Bu hal iddiaçının birinci və apellyasiya instansiyaları məhkəmələrində bildirdikləri arasında ziddiyət təşkil etdiyini göstərmişdir. Yəni həmin şəxs daima həqiqətin müəyyən edilməsinə maneə yaratmışdır. İddiaçı 1-ci cild 199-cu səhifədə bildirmişdir ki, işdən çıxarılmağını 8 aprel 2022-ci il tarixində bilmişdir. Buna zidd olaraq o, 2-ci cild 74-cü səhifədə isə bildirmişdir ki, 4 aprel 2022-ci il tarixində işdən çıxarılmağını bilmişdir. X22 sualına cavab olaraq iddiaçı bildirmişdir ki, tətil dövründə o işə gedibgəlmişdir. Halbuki sistemdən çıxarış və aktlar bunu təkzib etmişdir. İddiaçı MMC barəsində çoxsaylı şikayətlərinin heç bir nəticə vermədiyini görmüş, "xxxx" MMC barəsində çoxsaylı qurumlara şikayətlər göndərmişdir. Bu şikayətlərin məqsədi "xxxx" MMC–nin rəhbəri X6 MMC tərəfindən ona məktubların çatdırılmasını sübut edən 131412, 137033, 137032 nömrəli poçt qəbzlərinin etibarsız hesab olunması ilə bağlı məktubun əldə olunması olmuşdur. İddiaçı əks halda "xxxx" MMC barəsində şikayətlərin davam etdirəcəyini bildirmiş, hətta Hacıyev Zaur ilə “Afgan Holding”-də şəxsən görüşmüşdür. Hal-hazırda "xxxx" MMC-nin rəhbəri onların tələb etdiyi məktubu vermədiyi üçün iddiaçı "xxxx" MMC barəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və digər orqanlara şikayət etməkdə davam etmişdir.

43. Kassator qeyd etmişdir ki, iddiaçının nümayəndəsi Vəkil2 tərəfindən elektron sistemə yüklənilmədən məhkəməyə aydın olmayan şəkildə təqdim edilə n və iş materiallarının 50-52-ci səhifələrində olan izahat təqdim edilmişdir. Məhkəmə isə onu prosessual pozuntu əsası ilə geri qaytarmalı olduğu halda izahatı qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin sənədi əsassız şəkildə nəzərə almış və buna istinad edərək qətnamə qəbul etmişdir.

44. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyasında təqdim olunmuş etirazda da qeyd olunduğu kimi iddiaçı onun Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən işdən azad edilməsi ilə bağlı 7 fevral 2022-ci il tarixində xəbərdar olunmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 131412 saylı poçt qaiməsindən və 9 fevral 2022-ci il tarixli aktdan görünür ki, 7 fevral 2022-ci il tarixində 131412 saylı qaimə ilə xəbərdarlıq məktubu iddiaçının qeydiyyatda olduğu və yaşadığı Sumqayı t şəhəri, məhəllə 20, ev 20/29, mənzil 17 ünvanına çatdırılmış, lakin o, məktubu almaqdan imtina etmişdir. Belə ki, iddiaçı şirkətin ofisində ona təqdim olunan ştatların ixtisarı barədə əmri almaqdan imtina etmiş və bununla bağlı məktubun onun ev ünvanına göndərilməsini bildirmişdir. Hətta bununla bağlı akt da tərtib olunmuşdur. Bundan sonra ştatların ixtisarı barədə əmr onun ev ünvanına göndərilmiş, lakin 137032, 137033 saylı poçt qəbzlərindən görünmüşdür ki, qapı bağlı olmuş və iddiaçı ilə əlaqə qurmaq mümkün olmamışdır. Bundan əlavə, iddiaçı 8 yanvar 2022-ci il tarixində yaşadığı və qeydiyyatda olduğu ünvanı dəyişdirməyinə baxmayaraq iş yerinə bu barədə məlumat verməmişdir. Hətta iş materiallarına əlavə olunmuş əmək bildirişi çıxarışından da onun 1 fevral 2022-ci il tarixində rəsmi ünva nının ünvan 10radan şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə göndərmiş olduğu və MMC-yə yönləndirilən şikayətdə iddiaçının qeydiyyat ünvanının ünvan 11 görə də 4 aprel 2022-ci il tarixində ştatların ixtisarı barədə əmr 137032, 137033 saylı nömrəli poçt qəbzləri ilə onun hər iki ünvanına göndərilmişdir. Lakin hər iki ünvan da bağlı olmuşdur. Yəni, şəxs bilərəkdən məktubu almaqdan yayınmışdır. İş materiallarına əlavə olunmuş videoyazıdan da görünmüşdür ki, 2022-ci ilin aprel ayında şirkətin əməkdaşı X15 tərəfindən video yazı aparılaraq iddiaçıya bildirilmişdir ki, ştatların ixtisarı barədə əmr video görüntüyə alınaraq göstərilmiş, lakin iddiaçı elə bir əmrin olmadığını, yalan danışıldığını bildirmişdir.

45. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcə lləsinin 79, 270, 272, 288, 295-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 78.1-1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

46. Daha sonra cavabdeh kassasiya şikayətinə əlavə verərək qeyd etmişdir ki, tətillə bağlı qarşı tərəfin yeganə sübutu "tətil barədə xəbərdarlıq" sözü yazılan poçt qəbzi olsa da, "xxxx" MMC-nin 16 dekabr 2022-ci il tarixli məktubu ilə həmin yazının poçt əməliyyatçısı deyil, başqa şəxs tərəfindən icra edildiyi müəyyən olunmuşdur. Beləliklə də, iddiaçının 4 aprel 2022-ci il tarixində tətil keçirməməsi faktı sübuta yetirilmişdir. Məhkəmə MMC-nin iddiaçını ştatların ixtisarı barədə iş yerində təqdim edilməklə, onun sonuncu məlum olan qeydiyyat ünvanına, mobil nömrəsinə və elektron poçt ünvanıan göndərilməklə xəbərdar edilməsini qəbul etməmiş, lakin qanunsuz poçt qəbzini isə əsas götürərək iddiaçının tətildə olduğunu bildirmişdir.

47. Kassator qeyd etmişdir ki, iddiaçı tərəf hazırda öz etirazında mövqeyi dəyişdirirək bildirmişdir ki, o, həm ştatların ixtisarı barədə məlumatsız olmuş, yəni iddianın əsasının dəqiqləşdirilməsinə baxmayaraq fərqli mövqe göstərmiş, həm tətil dövründə işdən çıxarılma hissəsinə toxunmuş, həm də 4 aprel 2022-ci il tarixli, KÇ 153 nömrəli əmrin əsaslığını mübahisələndirmişdir. Halbuki, əmrin əsaslığı ilə bağlı birinci instansiya və ya apellyasiya məhkəmələrində heç bir araşdırma aparılmamışdır. Araşdırma aparıldığı təqdirdə təbii ki cavabdeh tərəf əmrin əsaslığını təşkil edən müvafiq sənədləri məhkəməyə təqdim edəcək idi. Lakin iddianın əsasını əmrin əsaslığı təşkil etmədiyinə görə cavabdeh tər əfindən belə bir öhdəlik yaranmamış və məhkəmə də həmin hissədə heç bir araşdırma aparmamışdır. Həmin hissə ilə bağlı kassator qeyd etmişdir ki, nə Abşeron Rayon Məhkəməsində, nə də ki Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılan zaman əmri əsaslandıran sənədlərlə bağlı heç bir araşdırma aparılmamışdır. Hazırki kassasiya şikayətinə əlavə olunmuş "xxxx" MMC ilə "xxxx" MMC arasında olan hüquqi xidmətin göstərilməsi barədə müqavilədən və Hətəmov Ceyhunla iddiaçının əmək haqqı və digər ödəniş məbləğlərindən görünmüşdür ki, qeyd olunan müqavilə üzrə cəmi 3000 manat ödənildiyi halda, Hətəmov Ceyhuna 2499 manat, iddiaçıya isə 4865 manat əmək haqqı, bundan əlavə, həmin şəxslər üçün vergi və sosial ödənişlər də şirkət tərəfindən ödənilmişdir. Hüquqi xidmətin göstərilməsi ilə bağlı müqavilə üzrə MM C-nin "xxxx" MMCyə ödənişləri kommersiya maraqları baxımından kəskin şəkildə fərqlənmişdir. Belə ki, əmrin iqtisadi əsaslarından olan həmin müqavilə və ona əsasən tərtib olunmuş ödəniş qəbzlərindən aydın olmuşdur ki, cavabdeh peşəkar şirkətdən hüquqi xidmət almaqla öz maddi vəsaitinə 65% qənaət etmişdir.

48. Kassator qeyd etmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 295.5-ci maddəsinə əsaslanaraq bildirmişdir ki, təkbaşına tətil zamanı işdən çıxarıla bilməzdi. Tətil barəsində məktubu isə surəti iş materiallarına əlavə edilən və üzərində “tətil barədə xəbərdarlıq" sözü ilə poçt qəbzi ilə göndərdiyini bildirmişdir. Halbuki "xxxx" MMC-nin 16 dekabr 2022-ci il tarixli sorğuya cavab məktubundan görünmüşdür ki, həmin qeydi ("tətil barədə xəbərdarlıq") poçt əməliyyatçısı yox, məhkəməyə məlum olmayan 3- cü şəxs icra etmişdir. Həmin (16 dekabr 2022-ci il tarixli) məktubda qeyd edilmişdir ki, ümumiyyətlə poçt əməliyyatçıları zərfin içərisində olan məktub barəsində heç bir məlumata malik olmurlar. Bütün bunlar Poçt haqqında qanunun 20-ci maddəsi ilə tənzimlənir.

49. Kassator qeyd etmişdir ki, iddiaçının işçisi olan Hətəmov Ceyhun ştatların ixtisarı barədə 18 yanvar 2022-ci il tarixində ƏƏSMN-ə sorğu vermişdir. Hazırki şikayətdə ortaq maraqlar baxımından iddiaçı və Hətəmov Ceyhun birlikdə hərəkət etmiş və hazırki iddiaçı öz ərizələrində Hətəmov Ceyhunun aldığı cavablara da istinad etmişdir. Hətta həmin cavabların bir qismini işə də əlavə etmişdir. İddiaçının ştatların ixtisar edilməsi barədə məlumatlı olmasını aşağıdakılar sübut etmişdir:

1. Ştatların ixtisarından təxminən 1 ay əvvəl öz qeydi yyat ünvanını dəyişmişdir (Hətəmov Ceyhun isə ixtisar günü dəyişmişdir);

2. Ştatların ixtisarından bir gün sonra (08 fevral 2022) iş yerinə şikayətlər göndərməyə başlamışdır; 3. 18 yanvar 2022-ci il tarixində (MMC ilə "xxxx" MMC arasında müqavilə bağlandıqdan 13 gün sonra) ştatların ixtisan barədə işçisi Hətəmov Ceyhun tərəfindən ƏƏSMN-ə vəkil sorğusu vermişdir (Hətəmov Ceyhunun aldığı cavabları hazırki işə əlavə etməsi onların birlikdə davrandığının sübut etmişdir);

4. Ştatların ixtisarı barədə istifadəsində olan mobil telefona göndərilən xəbərdarlıq göndərilsə də, o bu barədə ümumiyyətlə fikir bildirməmişdir; 5. 8 fevral 2022-ci il tarixindən etibarən işə davamiyyətsizlik göstərməyə başlamışdır; 6. 8 fevral 2022-ci il tarixindən etibarən öz iş yeri barəsində müxtəlif dövlət orqanların ço xsaydı şikayətlər göndərmişdir;

7. Ona guya ixtisar barədə məktub verilməməsi ilə bağlı yeni məktub üçün "xxxx" MMC-nin direktoru ilə görüşmüş və onun işçisi Hətəmov Ceyhun bu barədə vatsap sosial şəbəkəsi üzərindən səslər göndərmişdir (həmin səslər digər iş materiallarına əlavə olunmuşdur); 8. 28 mart 2022-04 aprel 2022 dövrləri arasında iş yerində olmamışdır;

9. Ştatların ixtisarının son günü tətil elan etmə görüntüsü yaratmağa çalışmışdır;

10. MMC ilə "xxxx" MMC arasında müqavilə bağlandıqdan 3 gün sonra öz qeydiyyat ünvanını dəyişdirmiş;

11. Kadrlar şöbəsinin işçilərinin zənglərinə cavab verməmişdir.

50. Kassator qeyd etmişdir ki, iddiaçı 8 yanvar 2022-ci il tarixində yaşadığı və qeydiyyatda olduğu ünvanı dəyişdirməsinə baxmayaraq iş yerinə bu barədə məlumat verməmişdir. Belə ki, ixt isar olunan digər işçi X12 7 fevral 2022-ci ildə qeydiyyat ünvanını dəyişmişdir. Yəni həmin şəxslər MMC-nin "Pravovoy Standart” MMC ilə hüquqi xidmətin göstərilməsinə dair müqavilənin bağlanması barədə məlumat əldə etdikdən dərhal öz qeydiyyat ünvanlarını dəyişmişdirlər ki, şirkət ixtisar barədə onlara əvvəlki qeydiyyat yerləri üzrə məlumat versin. Qeyd olunanların əsaslandırılması zamanı iddiaçı qeyd etmişdir ki, Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasan işçinin işəgötürənə məlumat vermək öhdəliyi yoxdur. Lakin həmin maddə işçinin əmək funksiyaları ilə bağlı məsələləri tənzimləyir, işçinin qeydiyyat yeri ilə bağlı məsələləri tənzimləmir. İşçi ünvanını dəyişdirdiyi halda öz işyerini bilərəkdən məlumatlandırmamasının nəticələri işçiyə aiddir. Buna görə də, hazırki vəziyyətdə iddiaçı Əmək Məc əlləsinin 10-cu maddəsinə toxunaraq iş yeri barədə məlumat verməməsi ilə bağlı öhdəliyin olmamasını qeyd edərək, həmin məlumatın verilməməsinin qanunauyğun olduğunu göstərmək hüququ olmamışdır. İşəgötürən 600-ə yaxın işçilərinin mütəmadi olaraq qeydiyyat ünvanları barədə dövlət orqanlarından məlumat tələb etmə imkanına da malik deyildir. İşəgötürən yalnız işçinin məlumat verdiyi qeydiyyat ünvanı və əmək bildirişində qeyd olunan ünvan barədə məlumata sahibdir. Abşeron Rayon Məhkəməsində işə baxılan zaman tərəflərindən iddiaçıya sual verilmişdir ki, "siz ştatların ixtisarı elan olunduqdan, yəni 7 fevral 2022-ci il tarixindən sonra iş davamiyyət göstərmisiniz ya yox". Qarşı tərəf həmin suala cavab verməkdən yayınaraq, bu hissəni tam xatırlamadığına dair məlumat vermişdir. Halbuki MMC-nin giri ş-çıxışlarına nəzarət edən aparat (turniket) olmuş, oradan çıxarış da işə İlqar Dəmirovun icraatında baxılan zamanı elektron məhkəmə sisteminə əlavə olunmuşdur. Həmin sistemdən çıxarışdan və tərtib olunan aktlardan görünmüşdür ki, ümumiyyətlə 7 fevral 2022-ci ildən sonra iddiaçı işə davamiyyətsizlik göstərməyə və şirkətdən şikayətlər göndərməyə başlamışdır. Bu da onu göstərmişdir ki, həmin şəxs ştatların ixtisan barədə məlumatlı olmuşdur. İddiaçı isə işdən çıxarıldıqdan dərhal sonra məhkəməyə müraciət etməsinə baxmayaraq cəmi 1 ay əvvəl "işə gedib-getmədiyini xatırlamadığını" bildirmişdir.

51. İddiaçıya ştatların ixtisarı barədə məktubun çatdırılmasını təsdiq edən poçt qəbzlərinin saxta olması ilə bağlı olan hissə ilə bağlı kassator qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə əlaqədar artıq 3-cü dəfə 11 fevral 2023-cü il tarixində cinayət işi üzrə icraata xitam verilmişdir. Nəsimi Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 6(006)-30/2023 saylı qərarı ilə Hətəmov Ceyhun və iddiaçının şikayəti qismən təmin edilərək Nəsimi RPİ-nin qərarı cinayət hadisəsinin olmaması hissəsində qanunsuz hesab edilərək ləğv edilmişdir. Həmin qərarın 8-ci səhifəsinin 6-cı abzastında qeyd edilmişdir ki, Nəsimi RPİ-nin qərarı CM-nin 320.1-ci maddəsinin tərkib əlamətlərinin olmaması hissəsində qüvvədə saxlanılmalıdır. Yəni, iddiaçı ştatların ixtisan barədə olan poçt zərfinin saxta olmasını bildirmələrinin əsassız olması və ştatların ixtisarı barədə onları məktub çatdırılması artıq işin mübahisəsiz halı olmuşdur. Nəsimi Rayon Məhkəməsinin Nəsimi RPİ-nin 11 fevral 2023-cü il tarixli qərarını ləğv edilməsi üçün səbəb Bakı Şəhər Prokurorunu müavini Mobil Şəfiyev tərəfindən qəbul edilən 2 noyabr 2022-ci il tarixli qərarla istintaq orqanına verilən 6 göstəriş və Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi İsmayıl Əliyev tərəfindən xx.xx.2023-cü il tarixli 11 göstərişin Nəsimi RPİ tərəfindən tam araşdırılmadan iş üzrə xitam verilməsi olmuşdur. Yəni, Nəsimi Rayon Polis İdarəsinin qərarı tam araşdırma aparılmadığı üçün ləğv edilmişdir. Belə ki, 27 mart 2023-cü il tarixli, 6(006)-30/2023 saylı məhkəmə qərarının kökündə şikayətlərin məzmunu ilə bağlı məsələlər yox, tam araşdırmanın aparılmaması dayanmışdır. Həmçinin, həmin qərarın 8-ci səhifəsinin son abzastında qeyd olunmuşdur ki, sənədlərin saxtalaşdırılması hissəsində iş üzrə icraata xitam verilməs i barədə qərar doğru olmuşdur. Bu da onu göstərmişdir ki, iddiaçı nə qədər ona təqdim olunan sənədlərin poçt qəbzlərinin saxtalaşdırılması barədə şikayət versə də, iş üzrə yekun məhkəmə qərarı olan Nəsimi Rayon Məhkəməsinin qərarından görünmüşdür ki, bu hissədə heç bir pozuntuya yol verilməmişdir. İddiaçı və onun işçisi olan Hətəmov Ceyhun ştatların ixtisarı barədə guya onlara heç bir məlumatın verilməməsi ilə bağlı "xxxx" MMC-nin əməkdaşları ilə görüşlər aparmış, "Afgan Holding" iş mərkəzinə gedərək şirkətin əvvəlki direktoru X16 ilə görüşmüşdürlər. Hətta iddiaçı Xətai rayonunda, Əhmədli metrostansiyasının yaxınlığında olan "Coffemania" adlı restoranda X16 ilə görüşərək ondan guya ştatların ixtisarı barədə verilən məktubların əsassız olması ilə bağlı məktub verməsini tələb etmişdirlər. Bununla bağlı X2 yazıları digər iş materiallarına da əlavə olunmuşdur. Lakin, iddiaçı hazırda elə bir görüntü yaratmağa çalışmışdır ki, guya ştatların ixtisarı barədə onların heç bir məlumatı olmamışdır. Ümumiyyətlə apellyasiya məhkəməsi 3-cü məhkəmə iclasında iddiaçının iddianın əsasını dəyişdiyini bildirsə də, yeni araşdırma ilə bağlı vəsatətlərini rədd edərək çəkişmə prinsipinin tələblərini pozmuşdur. Bundan əlavə işi sonuna kimi də, araşdırmamışdır.

52. Kassator şikayətini Əmək Məcəlləsinin 71.3-cü, “Poçt haqqında” Qanunun 20-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. İddiaçı cavabdeh MMC-nin kassasiya şikayətinə etiraz və etiraza əlavə təqdim edərək, apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

54. Maddə 70 "xxxx". İşçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

55. Maddə

71. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

56. Maddə

77. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə b ağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq - bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və "xxxx" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajınd an asılı olaraq - bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir.

57. Maddə

288. Əməyin mühafizəsinin təşkili və təmin edilməsi, işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi, əmək qanunvericiliyinin pozulması və digər məsələlər fərdi əmək mübahisələri dairəsinə daxil edilmişdir.

58. Maddə 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar e tdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

59. Maddə 295.1. Pozulmuş hüququnun bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar, yazılı müraciətinə verilən cavablar işçini qane etməzsə, fərdi əmək mübahisəsinin, habelə kollektiv tələblərə aid olan müvafiq məsələnin həlli məqsədi ilə o, məhkəməyə müraciət etmədən və əmək müqaviləsinə xitam vermədən əmək funksiyasının icrasını tam və ya qismən bir ay müddətinədək müvəqqəti dayandıraraq təkbaşına tətil edə bilər.

60. Maddə 295.4. Təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər.

61. Maddə 295.5. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əs assız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz.

62. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsi

63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. K assasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Kassasiya şikayətləri üzrə qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Məhkəm ə tərkibi iddiaçının kassasiya şikayəti ilə bağlı qeyd edir ki, apellyasiya məhkəməsi işin hallarını araşdıraraq, mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün əsasın olmadığı qənaətinə gəlmişdir. Bu qənaət onunla əsaslandırılmışdır ki, iddiaçı mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

73. Kassasiya kollegiyası onu da nəzərə alır ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv olunması və onun MMC-də tutduğu vəzifəsinə bərpa edilməsi, habelə məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanmaqla ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi iddiaçının çəkdiyi mənəvi zərərin də aradan qalxması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ola n halda mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunmamasına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı sayılır. Ona görə də iddiaçının kassasiya şikayəti təmin edilməməlidir.

74. Məhkəmə tərkibi cavabdehin kassasiya şikayəti üzrə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipi nə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

75. Cavabdeh kassasiya şikayətində işin faktiki halları və bunların sübut olunması (xüsusilə ixtisar barədə bildirişin iddiaçıya çatdırılması, tərəflər arasında fərdi əmək mübahisənin mövcudluğu, işçinin təkbaşına tətil etməsi barədə məlumatın işəgötürənə təqdim olunmaması və s.) ilə bağlı çoxsaylı məlumatlara istinad etmişdir.

76. Halbuki, işin faktiki hallarının araşdırlması və sübut olunması, habelə məhkəmə qətnaməsindəki nəticənin işin faktiki hallarına uyğun olmaması kassasiya instansiyası məhkəməsinin səla hiyyət və araşdırma predmetinə daxil deyil.

77. Belə ki, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

78. Həmin Məcəllənin 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

79. Mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən (o cümlədən cavabdehin kassasiya şikayəti ndə göstərdiyi) faktiki halların araşdırlması üçün tərəflərə lazımi şəraiti yaratmışlar. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən iddiaçının və cavabdehin izahatları dinlənilmiş, təqdim etdikləri sübutlar tədqiq edilmiş, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə mübahisəli faktiki hallara dair yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

80. Belə olan halda kassasiya məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürə bilməz. Kassasiya instansiyası məhkəməsi mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

81. Cavabdehin kassa siya şikayətində o da qeyd edilmişdir ki, iddiaçı tətil edən işçinin əmək müqaviləsinin ləğv edilməsinin yolverilməzliyinə dair dəlillərə birinci instansiya məhkəməsində istinad etməmişdir. Halbuki, iddiaçı Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi yazılı izahatında digər əsaslarla yanaşı təkbaşına tətil etmək hüququndan istifadə etdiyini, bununla bağlı əmək qanunvericiliyinin aidiyyəti normalarının tələblərini xüsusi olaraq göstərmişdir.

82. Əmək Məcəlləsinin 295-ci maddəsinə görə, təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz (§ 60-61).

83. Apelly asiya məhkəməsi bu qənaətə gəlmişdir ki, cavabdehin nümayəndəsi iddiaçının tətil keçirəcəyi barədə xəbərdarlıq məktubunun alındığını təsdiq etmiş və bildirmişdir ki, bununla əlaqədar cavabdeh qanunla ona verilmiş məhkəməyə müraciət etmək hüququndan ona görə istifadə etməmişdir ki, bu əmək mübahisəsinin əsassız uzanmasına səbəb olacaqdır.

84. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

85. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkə məsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

86. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2183/2022 nömrəli, 8 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar