Məhkəmə qərarları › İş №2(102)-1447/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1447/2023

03.05.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1447/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı qarşı iş üzrə QƏRARİ 2(102)-1447/23 (Açar sözlər:özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, mülkiyyətin müdafiəsi, məhkəmə aidiyyəti) Bakı şəhəri, 3 may 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)2090/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şi kayəti üzrə işə 03 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şabran rayonu, Dəvəçi kəndində yerləşən 0.1897 ha, 2.1386 ha, 4 ha, 5.2 ha, 1.55 ha, 1.631 ha Şabran rayonu, Təzəkənd kəndində yerləşən 0.7761 ha, ünvan 1ində yerləşən 3.335 ha, 1.85 ha, 1.688 ha, 1.54 ha, 0.616 ha, 0.6161 ha, 0.547 ha torpaq sahələri iddiaçının xüsusi mülkiyyətindədir.

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi zərərə görə ******* manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Şabran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(031)-37/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 23 dekabr 2021-ci il tarixli, 2(105)-1783/2021 nömrəli qətnaməsi ilə sözügedən qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(102)-3888/2022 nömrəli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi (məhkəmə aidiyyatının pozulması əsası ilə) ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(105)-2096/2022 nömrəli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(031)-37/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh MMCyə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmaq üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 02 mart 2023-cü il tarix li, 2-2(119)-81/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (qanuni qüvvəsini almamışdır)

3. Sözügedən məhkəmə aktlarında göstərilir ki, Cavabdeh təsisçisi X1 30 oktyabr 2006-cı il tarixli, 01 nömrəli əmrinə əsasən İddiaçı Cavabdeh direktoru vəzifəsinə təyin edilmiş və 2017-ci ilədək Cavabdeh MMC-nin direktoru işləmişdir.

4. Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsi Cavabdeh MMC-yə 03 noyabr 2022-ci il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-nin direktoru işlədiyi dövrdə təsisçilərin razılığı olmadan Cavabdeh MMC-yə məxsus torpaq sahələrinin qanunsuz olaraq satılması və eləcə də onun tərəfindən əmlak hüquqlarının etibardan sui-istifadə və aldatma yolu ilə əldə edilməsi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciət üzrə B aş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində hazırda araşdırma davam etdirilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə müraciət edərək yuxarıda sadalanan mülkiyyətində olan 14 sayda daşınmaz əmlakın cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh sözügedən torpaq sahələrinin bir qismini 2018-ci ilin yanvar ayından başlayaraq, həmin tarixdən sonra əldə etdiyi digər torpaq sahələrini isə əldə etdiyi andan zəbt etmişdir. O, cavabdehin qanunsuz sahibliyindən dəfələrlə əmlaklarını geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. Üstəlik cavabdeh zəbt etdiyi həmin torpaq sahələrinin ona məxsus olduğ unu iddia etməkdədir. Göründüyü kimi o, faktiki olaraq mülkiyyətindən məhrum olmuşdur. Odur ki, o, cavabdehin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir.

7. Cavabdeh “Turaz“MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, qeyd olunan torpaq sahələri Cavabdeh MMC-nin istifadəsində olmuşdur. İddiaçı sonradan alqı-satqı edərək həmin torpaq sahələrinə görə öz adına çıxarışlar almışdır. İddiaçı Cavabdeh MMC-də icraçı direktor işləmişdir. Buna əsasən də öz adına mülkiyyət sənədləri almışdır. O, iddianı əsassız hesab edir, xahiş edir, iddia təmin edilməsin.

8. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli 10/1768 saylı ekspert rəyinə görə, Daşınmaz Əmlakın Ka dastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2021 -ci il tarixli, **********87 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu sxemlərinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********14 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1,54 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində reyestrdə 4Ə-09 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı əldə etdiyi, mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0,6161 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********625 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0,616 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1,85 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində reyestrdə 4Ə-87 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı əldə etdiyi, mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1,631 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********94 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1,5522 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********57 rey estr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0,7761 ha torpaq sahəsi bütövlüklə Cavabdeh MMC tərəfindən istifadə olunur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2020- ci il tarixli, reyestrdə 4Ə-13 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı əldə etdiyi, mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0,547 ha torpaq sahəsinin 0,47 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********15 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 3,335 ha torpaq sahəsinin 2,96 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********16 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1,688 ha torpaq sahəsinin 1,37 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********31 reyestr nömrəli çıxarışa əsasən İddiaçı Nemətulla oğlunun mülkiyyətində olan Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 2.1386 ha torpaq sahəsinin 0,3150 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********63 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 5,20 ha torpaq sahəsinin 1.85 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********61 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerl əşən 4,0 ha torpaq sahəsinin 3,86 ha hissəsi Cavabdeh MMC tərəfindən istifadə olunur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********30 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0,189702 ha torpaq sahəsi Cavabdeh MMC-nin istifadəsində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir.

9. Şabran Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov, iş N 2(031)-29/2022) iddia qismən təmin edilərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********30 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisin də yerləşən 0.189702 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********31 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 2.1386 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 4 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 5.20 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0.7761 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 3.335 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.85 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.688 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.54 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşı nmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.616 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1.5522 ha torpaq sahəsinin, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə09 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyim, mülkiyyətimdə olan ünvan 1i ərazisində yerləşən 0.6161 ha torpaq sahəsinin, xx.xx.2020ci il tarixli, reyestrdə 4Ə-13 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyim, mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0.547 ha torpaq sahəsinin, 09.03..2020-ci il tarixli, reyestrdə 4Ə-87 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1.631 ha torpaq sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən İddiaçı geri qaytarılması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq olunan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir.

11. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 13.1, 29.2, Torpaq Məcəlləsinin 4.2, 65.2, 68, 84.1, 103.1, Mülki Məcəllənin 152.5, 157.2, 157.4-cü maddələrinə istinad etmişdir. b) apellyasiya instan siyası məhkəməsində icraat

12. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yen qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahələri uzun müddət Cavabdeh MMC-nin sahibliyində, istifadəsində və sərəncamında olmuş və bu, 2017-ci ilədək Cavabdeh MMC-nin direktoru işləmiş İddiaçı da açıq-aşkar bəlli olmuşdur. İddiaçı mübahisəli torpaq sahələrini Cavabdeh MMC-nin direktoru kimi Cavabdeh MMC-nin vəsaiti hesabına almış, lakin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz adına rəsmiləşdirmişdir. Məhkəmə, mübahisəli torpaq sahələrinin əvvəlki mülkiyyətçilərini dəvət edib dindirməklə İ.N.İbrahimovun satıcılara özünü Cavabdeh MMCnin direktoru kimi təqdim etməsi və torpaq sahələrini də Cavabdeh MMC üçün aldığını bildirməsi və bununla da faktiki olaraq satıcının nəzərdə tutduğu əqdi deyil, vəzifə salahiyyətlərindən özünün varlanması üçün sui-istifadə yolu ilə saxtakarlıq etməsi ilə bağlı hallar araşdırılmamış, hüquqi qiymət verilməmişdir. Bundan əlavə olaraq, tərəflər hər ikisi sahibkardır, mübahisə kommersiya məhkəməsində baxılmalı oldugu halda, ümumi məhkəmədə baxılmışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova, Telman Quliyev, iş N 2(105)-2090/2022) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instan siya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

16. Cavabdehin iş üzrə mübahisə edilən işin kommersiya məhkəməsində baxılmalı oldugu halda, ümumi məhkəmədə baxılması barədə dəlilə qiymət verərək, hesab etdir ki, həmin dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Belə ki, «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrində aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 11-ci bəndinə əsasən MPM-nin 1-ci maddəsini n qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid oldugu göstərilmişdir. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.

17. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibə tlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır

18. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 13.1, 29.2, Torpaq Məcəlləsinin 4.2, 65.2, 68, 84.1, 103.1, Mülki Məcəllənin 152.5, 157.2, 157.4-cü maddələrinə, «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrində aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı müba hisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 11-ci bəndinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil1) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin təkrar apelyasiya baxışına göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Mübahisələndirilən torpaq sahələrinin uzun müddət Cavabdeh MMC-nin sahibliyində, istifadəsində və sərəncamında olmuş və bu, 2017-ci ilədək Cavabdeh MMC-nin direktoru işlə miş İddiaçı da açıq-aşkar bəlli olmuşdur. İddiaçı, mübahisəli torpaq sahələrini Cavabdeh MMC-nin direktoru kimi Cavabdeh MMCnin vəsaiti hesabına almış, lakin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz adına rəsmiləşdirmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 13-cü bəndinin 3-cü cümləsində məhkəmələrə izah olunmuşdur ki,... tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələr kommersiya hüquqi şəxsi ilə bağlı koorporativ mübahisələrə aiddir. İddiadan müəyyən olunur ki, iddiaçı hazırda da sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxs, həmçinin "xxxx" MMC-nin təsisçisi və direktoru olduğu, əvvəllər Cavabdeh MMC-nin direktoru olduğu və tələbin məhz Cav abdeh MMC-nin direktoru olduğu dövrdə yaranmış mübahisəli hüquq münasibətlərindən doğan öhdəliklərlə əlaqədar olması mübahisəsizdir.

22. Məhkəmə, mübahisəli torpaq sahələrinin əvvəlki mülkiyyətçilərini dəvət edib dindirməklə İddiaçı satıcılara özünü Cavabdeh MMC-nin direktoru kimi təqdim etməsi və torpaq sahələrini də Cavabdeh MMC üçün aldığını bildirməsi və bununla da faktiki olaraq satıcının nəzərdə tutduğu əqdi deyil, vəzifə salahiyyətlərindən özünün varlanması üçün sui-istifadəyolu ilə saxtakarlıqetməsi ilə bağlı hallar araşdırılmamış, hüquqi qiymət verilməmişdir.

23. Kassator məhkəmələr tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının, Konstitusiyanın 29, Mülki Məcəllənin 152.1ci maddələrinin düzgün tətbiq olunmamasına istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya“kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və“hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

26. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.

27. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

28. Maddə 217.2. Qətnamə mübahisə li hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 417.1.4. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

31. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosess ual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

32. Maddə 418.4.9. işə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.

33. Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə“zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı:

34. Bənd 14.“Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlı q fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

35. Bənd

25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Müba hisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibət lərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.“ Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiy mətləndirilməməlidir.

37. Qətnamədən kassasiya şikayəti verən kassator qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxıldığından, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

39. Belə ki, iddiadan müəyyən olunur ki, iddiaçı fərdi sahibkar, cavabdeh isə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir.

40. İddiaçının cavabdehdən geri tələb etdiyi mülkiyyətində olan torpaq sahələri kənd təsərrüfatlı təyinatlı olmaqla hal-hazırda cavabdeh tərəfindən təyinatı üzrə istifadə edilməkdədir. İddiaçı mülkiyyətində olan torpaq sahələrini tələb edir, cavabdeh isə etirazının əsası kimi bildirir ki, həmin torpaq sahələri əsli ndə cavabdehə məxsusdur, iddiaçı Cəmiyyətdə direktor olduğu vaxt alınmışdır, iddiaçı saxtakarlıq edərək torpaq sahələrini alarkən öz adına sənədləşdirmişdir.

41. Beləliklə, müəyyən olunur ki, hazırki iddia fərdi sahibkarın əşya hüquqi münasibətlərindən irəli gələn tələbdir. Aşağı instansiya məhkəmələri hazırki mübahisəni mülki mübahisə kimi dəyərləndirmiş, mübahisənin məhz hər iki tərəfin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini nəzərə almamış, bununla da aidiyyət qaydalarının pozulması ilə nəticələnən qətnamələr qəbul etmişlər. 42. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 14- cü və 25-ci bəndlərində əşyahüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır.

43. Mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, hər iki tərəfin sahibkarlıq fəaliyyətinin obyektini təşkil edir. Bu torpaq sahələri şəxsi istifadə üçün olan həyətyanı torpaq sahəsi olmadığından fərdi sahibkar olan iddiaçının həmin torpaq sahələri ilə bağlı iddiası ümumi məhkəməyə aid deyil.

44. Lakin apellyasiya məhkəməsi tərəfindən mülki prosessua l qanunvericiliyin tələbləri pozularaq, iddiaçının fərdi sahibkar, cavabdehin kommersiya təşkilatı olmasına, həmçinin, hazırki tələbin məhz hər iki tərəfin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlməsinə hüquqi qiymət verilməmiş və son nəticədə işin məhkəmə aidiyyəti Ali Məhkəmənin Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilmiş meyarlar əsasında müəyyən etməmişdir.

45. Halbuki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, q anunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə“ müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.

46. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işin məhkəmə ai diyyətinin müəyyən edilməsində apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına yol verildiyindən qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

47. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini prosessual hüquq normalarının pozulması ilə bağlı ləğv edilməli olması qənaətinə gəldiyindən, kassasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verilməsinə zərurət bilmir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2090/2022 nömrəli, 30 noyabr 2022-ci nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçü n apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar