Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-145/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 QƏRARİ Açar sözlər: kassasiya şikayətinin verilməsi nəzərdə tutulmayan qərardaddan verilmiş kassasiya şikayətinin baxışdan çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-337/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 84999,60 ABŞ dolları kredit borcu, 105866,52 ABŞ dolları faiz borcu və 177999,29 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 368865,41 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Nnömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun, satışdan əldə olunan vəsait hesabına iddiaçıy a ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2009-cu il tarixli 04L000002579 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 700000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 027K**********78 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, 100000 ABŞ dolları məbləğində aktiv kredit xətti açılmış və həmin kredit xətti limiti daxilində 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. O, kredit razılaşmasının 1.4-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə xx.xx.2017-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu, faiz və cərimə borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 15000,4 ABŞ dolları ödəmiş, onun 84999,60 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.6-cı bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qayta rılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 514 gün üçün hesablanmış faiz borcu 105866,52 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2017-ci il tarixə 514 gün üçün hesablanmış cərimə 177999,29 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmə dikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka verən Cavabdeh1 İddiaç ı QSC ilə bağladığı xx.xx.2011-ci il tarixli 04M000001049 saylı sonrakı ipoteka müqaviləsinə əsasən N nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 960 №-li reyestr kitabının 89058 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən Cavabdeh1na məxsus Nnömrəli mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Namidar Misirzadə) 2(011)-330/19 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə 31983,84 ABŞ dolları məbləğində əsas borc, 108,79 ABŞ dolları məbləğində faiz borcu, 170 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 32262,63 ABŞ dolları məbləğində borcun Cavabdeh1 alınaraq İddiaçı QSC-yə ödənilməsi, 30 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqının Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan N saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 360000 manat məbləğində olmaqla açıq hərracdan satılması, həmin əmlakın satılmasından əldə edilən vəsaitdən iddiaçıya olan borcun ödənilməsi, mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 mənzildən çıxarılmaqla həmin mənzil boşaldılması, ekspertiza tədqiqatının dəyəri ol araq 145 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı QSC apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətində qətnamənin tələb olunan əsas, faiz borcunun təmin olunmamış, cərimə borcunun azaldılmış hissələrində və iddia tələbinin zaminlərə münasibətdə rədd edilmiş hissələrində ləğv edilməsi və həmin hissələrdə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirmiş və işin icraatına xitam ver ilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Rəşad Həsənov) xx xxxxxx 2020-ci il tarixli 2(103)337/2020 nömrəli qətnaməsi ilə İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-330/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilmiş, tərəflərə iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilmiş, ekspertiza tədqiqatlarının dəyəri olaraq 440 manat İddiaçı QSC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı QSC kassas iya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-337/2020 saylı iş üzrə icraata xitam verilməsi haqqında qərardadının iş üzrə cəmi 440 manat ekspertiza xərcinin İddiaçı QSC-dən tutulması hissəsində ləğv olunması və həmin ekspertiza xərcinin Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza xərcinin bütünlüklə iddiaçıdan tutulması barədə nəticəyə gələrkən prosessual normaları düzgün tətbiq etməmişdir. Belə ki, sonuncu ekspert rəyi alındıqdan sonra cavabdeh tərəfindən könüllü surətdə borc tam olaraq ödənilmişdir. Bu səbəbdən də ekspertiza xərci tamamilə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
402. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnaməl ərindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Maddə 417.1.7 Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC-nin kassasiya şikayəti MPM-nin tələblərinə z idd olaraq icraata qəbul edilmişdir. Hazırki iş üzrə İddiaçı QSC tərəfindən apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının icraata xitam verilməsi hissəsindən deyil, qərardadın ekspertiza xərcinin iddiaçıya aid edilməsinə dair hissəsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsində kassasiya şikayəti verilə bilən qərardadlar siyahısında icraata xitam verilməsinə dair qərardaddan kassasiya şikayəti verilməsi müəyyən edilmişdir. Buna görə də, iddiaçı tərəfindən verilmiş şikayətə kassasiya qaydasında baxılması mümkün deyildir. Məhkəmə xərclərinin bolüşdürülməsi barədə qərardaddan kassasiya şikayəti verilməsi qanunda nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasını n xx.xx.2020-ci il tarixli 2(102)-5379/2020 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 402, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-337/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-5379/2020 nömrəli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki i şlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.