Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1455/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şahbaz qızına, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpası, çıxarışın verilməsi, subyektiv hüquq, vicdanlı alıcı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şahbaz qızına, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarının bərpası, çıxarışın verilməsi maddi-mənəvi zərər” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5984/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 30 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binası (bundan sonra Ə mlak Kompleksi) xx.xx.2003-cü il tarixindən X7 adına olmuş, X11 Rüstəmov arasında bağlanmış xx.xx.2004-cü il tarixli 4Ə-1/169 və Arif X2 arasında bağlanmış xx.xx.2004-cü il tarixli 4Ə-1/170 nömrəli alğı-satqı müqavilələrinə əsasən həmin əmlak kompleksinin 1/2 hissəsi İddiaçıoviçin, 1/2 hissəsi isə X9 adına 10 avqust 2004-cü il tarixdə 01 №-li reyestr kitabında, 40-cı səhifədə, 357 “a” reyestr nömrəsi ilə ümumi birgə mülkiyyət kimi qeydiyyatdan keçmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 nömrəli, 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı və Arif Süleymanov arasında 22 saylı Dövlət Notariat Kontorunda bağlanmış reyestr nömrəsi 4-Ə-1/169 olan xx.xx.2004-cü il tarixli alğısatqı müqaviləsinin etibarsız edilməsi, həmin müqavilə əsasında verilmiş 357 “a” saylı 10 avqust 2004-cü il tarixli qeydiyyat vəsiqəsinin qismən - tikilinin 1/2 hissəsinin İddiaçı adına qeydiyyata alındığı hissəsində ləğv edilərək Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi – A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binasının tam mülkiyyət hüququ əsasında Afət Əliyevanın adına qeydə alınması, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, Afət Əliyevadan dəymiş 450.000 manat məbləğində real zərərin və 50.000 manat məbləğində mənəvi zərərin İddiaçı xeyrinə tutulmasına dair İddiaçı qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sent yabr 2010-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-268/2011 nömrəli, 21 fevral 2011-ci il tarixli qərarına əsasən, cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin 08 sentyabr 2010-cu il tarixli qətnaməsi qismən – Afət Əliyevanın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddiasının təmin edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində - ləğv edilərək, həmin hissədə işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Afət Əliyeva 17 dekabr 2010-cu il tarixdə vəfat etmişdir.
6. Afət Əliyevanın (Abdullayevanın) birinci növbə vərəsələri Cavabdeh1 və Cavabdeh2lə, İddiaçı arasında 23 fevral 2011-ci il tarixdə bağlanmış Barışıq razılaşması haqqında müqaviləyə əsasən, anaları X17 (Abdullayeva) miras qalan – Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən 14 ünvanda yerləşən 1,45 ha torpaq (MH seriyalı, 01886223 nömrəli Çıxarıışa əsasən reyestr nömrəsi – **********88, qeydiyyat nömrəsi ********** və xx.xx.2009-cu il tarix), sahəsilə, Bakı şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən 989,6 kv.m. sahəsi olan (MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən – reyestr nömrəsi **********05 – 12301, qeydiyyat nömrəsi – ********** və xx.xx.2010-cu il tarixli) daşınmaz əmlakla, “Azad Sahibkarlıq XXİ Əsr” firmasının (769 nömrəli, xx.xx.1998-ci il tarixli qeydiyyat şəhadətnaməsi əsasında) təsisçilik hüquqları ilə bağlı İddiaçı, X16, X3 ilə yaranmış bütün məhkəmə mübahisəsini və qeyri müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, gələcəkdə yarana biləcək hər hansı bir iddia tələbinin olmamasına dair öhdəlik götürərək, götürülmüş öhdəliyi vicdanla yerinə yetirmək məqsədilə qarşılıqlı razılığa gəlmişlər ki, müqavilə imzaladığı andan, Əmlak kompleksi üzərində hüquqlar mütənasib olaraq olan Cavabdeh1 və İddiaçı arasında bölünür. Elşən Cəfərovun adından etibarnamə ilə çıxış edən İddiaçı Sura xanı rayon Məhkəmə İcraçıları bölməsinə ərizə ilə müraciət edərək, Afət Əliyevanın ona olan borcunun, vərəsəsi - Cavabdeh1 tərəfindən ödənildiyini təsdiq etməklə, həmin işin icraatına xitam verilməsini tələb edir. Cavabdeh1 mülkiyyəti hesab olunan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, mədən 14 ünvanında yerləşən 1,45 ha torpaq sahəsində istifadə hüququ üzərində, Cavabdeh1 və İddiaçı paylı mülkiyyəti hesab olunan Bakı şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən 989,6 kv.m. sahəsi olan daşıınmaz əmlak üzərində sahiblik və sərəncam vermək hüquqlarını Poladxan Məmmədkərimov ilə birlikdə həyata keçirirlər. Göstərilən əmlaklar üzərində hüquqların həyata keçirilməsi, yəni həmin əmlakların satışı Poladxan Məmmədkərimov tərəfindən mülkiyyətçilərlə bi rlikdə həyata keçirildikdən sonra satışdan əldə olunan gəlirdən 600.000 ABŞ dolları Cavabdeh1 və 500.000 ABŞ dolları İddiaçı arasında bölünür. Göstərilən əmlaklar ayrı-ayrı satıldıqda və öhdəliklər yerinə yetirilmədikdə, satışdan əldə olunan pul vəsaiti faizlə olmaqla, Cavabdeh1 – 37,5 %, İddiaçı – 37,5 %, Poladxan Məmmədkərimova – 25 % olmaqla bölünür. Əmlakların satışından əldə olunan pul vəsaiti göstərilən öhdəliklərdən çox olarsa, həmin öhdəliklər təmin edildikdən sonra qalan məbləğ bütünlüklə Poladxan Məmmədkərimova verilir.
7. Həmçinin Cavabdeh1 və Cavabdeh2lə, İddiaçı arasında 11 aprel 2011-ci il tarixdə bağlanmış Barışıq razılaşması haqqında müqaviləyə əsasən, tərəflərin qarşılıqlı razılığı əsasında – X17 miras qalan – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövl ət Qeydiyyatı üzrə Bakı Bölgəsi Şöbəsində, 0105-P118-42955 sayla xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nın Nizamnaməsində 50 faizlik təsisçilik hüququ, Cavabdeh1 və İddiaçı arasında bərabər şəkildə bölünməklə hər birinin Kooperativin Nizamnaməsindəki mütləq pay haqları müvafiq qaydada 25 faiz həcmində müəyyən edilir. X17 miras qalan – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgəsi Şöbəsində, 0105-P118-42955 sayla xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nin Nizamnaməsində 50 faizlik təsisçilik hüququnun rəsmiləşdirilməsi üçün "xxxx" MTK-nın ümumi yığıncağının keçirilməsini həm Cavabdeh1, həmçinin İddiaçı bir vəzifə olaraq öz üzərinə götürürlər. "xxxx" MTK-nin istifadə hüququna malik olduğu 20 h a torpaq sahəsinin bütün sənədləşmə və rəsmiləşdirmə işlərini İddiaçı öz üzərinə götürür. "xxxx" MTK-da təsisçilik hüquqları ilə bağlı müqaviləni imzalayan tərəflər arasında yaranmış əvvəlki bütün məhkəmə və digər mübahisələrə son qoyulur. Tərəflər hazırkı işlə bağlı gələcəkdə hər hansı formada yardım və kompensasiya xarakterli ödənişlər tələbi ilə bir-birinə qarşı iddia qaldıra bilməzlər.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2144/2011 nömrəli, 03 may 2011-ci il tarixli qərardadına əsasən, X13 Rüstəmova, Arif Süleymanova, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat və siqəsinin verilməsinə dair iddia ərizəsi, həmçinin Əliabbas X10rşı real və mənəvi zərərin tutulmasına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işdə Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 06 may 2010-cu il tarixli qətnaməsi tərəflərin iddiadan imtina etməsinə görə ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir.
9. Bakı şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən ümumi sahəsi 972,5 kv.m., torpaq ölçüsü 0,06314 ha olan əmlak kompleksi Cavabdeh1 adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-298/2012 nömrəli, 28 fevral 2012-ci il tarixli qərarına əsasən, İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri Suraxanı rayonu, Zığ və Suraxanı Qaraçuxur yolunun kəsişməsində yerləşən daşınmaz dövlət reyestrində 6 nömrəli reyestr kitabının 609 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəli **********105-12301, xüsusi mülkiyyət hüquqları Cavabdeh1 adına ümumi sahəsi 972,5 kv.m. olan (inzibati bina 928,5 kv.m., yardımçı bina 44 kv.m.) və MA seriyalı, ******* saylı, 30 aprel 2011-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın dəyişdirilməsi və bu hüquqların 50 faizinin İddiaçı adına, 50 faizinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmaqla, hər birinə ayrı-ayrılıqda reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddianın təmin edilməməsi qərara alınmışdır.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-699/2016 nömrəli, 12 yanvar 2016-cı il tarixli qiyabi qətnaməsinə əsasən mübahisəli daşınmaz əmlakın üzərinə Cavabdeh3 və Cavabdeh1 mülkiyyət hüquqlarına xitam verilmişdir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-699/2016 nömrəli, 06 fevral 2017-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)699/2016 nömrəli, 12 yanvar 2016-cı il tarixli qiyabi qətnaməsi ləğv edilərək, işə mahiyyəti üzrə yenidən baxılması qərara alınmışdır.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7678/2017 nömrəli, 13 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh3 cavabdehlər Poladxan Məmmədkərimova və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsinə dair” ilkin iddia ərizəsinin təmin edilməməsi, X4 Fətullayevaya, Cavabdeh1 və qeyrilərinə qarşı “daşınmaz əmlakla əlaqədar bağlanmış əqdlərin və hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, bu əmlaka mülkiyyət hüququnun tanınması haqqında” qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1217/2018 nömrəli, 11 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, X4 Fətullayevaya və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi, qeyri-yaşayış sahəsinin əldə edilməsində üstünlük hüququnun tanınması və pulun ödənilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4845/2018 nömrəli, 02 iyul 2018-ci il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2413/2018 nömrəli, 01 mart 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayə ti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7678/2017 nömrəli, 13 noyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddia tələbinin təmin olunmamasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Poladxan Məmmədkərimovun kassasiya şikayəti təmin edilməyərək, apellyasiya instansiya məhkəməsinin 2(103)-2413/2018 nömrəli, 01 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6333/2019 nömrəli, 15 may 2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı Poladxan Məmmədkərimovun Cavabdeh1 qarşı pul tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)3842/2018 nömrəli, 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, iddiaçı Poladxan Məmmədkərimovun apellyasi ya şikayəti də təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3842/2018 nömrəli, 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9736/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40A, 88 saylı mənzilin üzərinə qoyulmuş həbs (özgəninkiləşdirilmənin qadağan edilməsi) barədə qərardadından Cavabdeh1 şikayəti təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2162/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qərardadı ləğv edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40A, 88 saylı mənzilin üzərinə həbs qoyulmaqla həmin mənzilin 3-cü şəxslərin adlarına özgəninkiləşdirilməsinin qadağan e dilməsi barədə İddiaçı iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-12175/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərardadına əsasən, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40A, 88 saylı mənzilin üzərinə qoyulmuş həbs (özgəninkiləşdirilmənin qadağan edilməsi) barədə qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayəti təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilərək, İddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
19. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şahbaz qızına, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra savabdehlər və ya ad, soyadları, Ərazi İdarəsi) qarşı (Bakı şəhəri 11 saylı Notariat Ofisi üçüncü şəxs qismində qeyd olunmaqla) iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Əmlak Kompleksinin tam mülkiyyət hüquqi üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin ona (İddiaçı) aid hissəsində etibarsız hesab edilməsi; cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı -Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi A-tikilisinin 945,5 kv.m., B-tikilisinin 44,0 kv.m. olan qeyri yaşayış binasına dair Bakı şəhəri 11 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinin iddiaçıya (İddiaçı) aid hissəində etibarsız hesab edilməsi; həmin əmlak üzərində tam mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin əmlakın 50 faizi üzrə tam mülkiyyət hüququnun onun adına yenidən qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması; dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, cavadehlərdən Cavabdeh1 və Cavabdeh2 anası Afət Əliyeva ilə şərikli münasibətlərdə biznes fəaliyyətləri olmuş və bu münasibətlərdən birgə əmlakları mövcud olmuşdur. 2006-cı ildən başlayaraq aralarında mübahisələr yarandığından məhkəmələrə müraciətlər olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 03 may 2011-ci il tarixli qərardadı ilə, Afət Əliyevanın ona, Arif Süleymanova, Bakı şəhəri 22 saylı Dövlət notariat kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddia ərizəsi, həmçinin onun Afət Əliyevaya qarş ı real və mənəvi zərərin tutulmasına dair qarşılıqlı iddiası üzrə mülki işdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2010-cu il tarixli qətnamə tərəflərin iddiadan imtina etməsinə görə ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Afət Əliyeva ilə arasında yaranmış mübahisələr üzrə davam edən növbəti məhkəmə prosesindən sonra, Afət Əliyeva ona zəng edərək, ona qarşı etdiklərinin düzgün olmadığından bağışlanmasını istəmiş və əlindən alınmış əmlaklarını geri qaytaracağını bildirmişdir. Bu zəngdən bir neçə gün sonra Afət Əliyeva vəfat etmiş və şəxsən onun vəsiyyəti əsasında, vəfatından sonra, vərəsələri Cavabdeh1 və Cavabdeh2 ilə aralarında müvafiq müqavilələr də bağlanmışdır. Qeyd olunan iş üzrə icraata xitam verildikdən sonra, həmin əmlakın 50 faizinin onun adına keçirilməklə mülkiyyət hüququnun yenidən qeydiyyata alınmasına edilən çoxsaylı cəhdləri heç bir nəticə verməmiş, hətta məhkəmə qaydasında da bu məsələ öz həllini tapmamışdır. 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu mübahisə, əmlak hüquqlarının dövlət qeydiyyatını aparan Reyestr Xidmətinin səlahiyyətinə aid olduğundan, aidiyyəti üzrə onun Bakı Ərazi İdarəsinə müraciət olunmalıdır. Lakin bunun da heç bir nəticəsi olmamışdır. 28 iyun 2014-cü il tarixdə həbs olunmuş, xx.xx.2019-cu il tarixdə həbsdən çıxmışdır. Uzun müddət müalicə və ağır əməliyyatdan sonra Cavabdeh1 və Cavabdeh2 ilə aralarındakı razlılaşmanın onlar tərəfindən pozulduğunu bilmiş, dərhal da iddia tələbi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmış və həmin məhkəmədə ona məlum olmu şdur ki, 50 faizlik tam mülkiyyət hüququ ona məxsus və Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi- A tikilisinin- 945,5 kv.m., B-tiklisinin 44,0 kv.m. olan qeyri yaşayış binası, Cavabdeh1 tərəfindən, ünvan 3 ünvanda yaşayan Cavabdeh3 177.968 manata satılmış və onlar arasında bu əmlakın alğı-satqısına dair müqavilə, xx.xx.2012-ci il tarixdə, 11 saylı Dövlət notariat kontorunda bağlanmışdır. Bundan başqa, bu şəxslər arasında, xx.xx.2012-ci il tarixdə həmin Dövlət notariat kontorunda daha bir alğı-satqı müqaviləsi də bağlanmışdır. İndi isə, Cavabdeh3 mülkiyyətində olan və ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 142,59 kv.m. yaşayış sahəsi 40.000 manata Cavabdeh1 satılmışdır. Bu cür müəmmalı alğı-satqı müqavilələri bağlamaqla c avabdehlər aralarındakı alğı-satqı üzrə ödənilən məbləğlərin miqdarını qəsdən gizlətmişlər. Belə ki, o, həbs olunmamışdan əvvəl, mübahisəli qeyri yaşayış binasının bazar qiyməti 600-800 ABŞ dolları məbləğində müəyyən edilmiş və bu əmlakın, həmçinin, şərikli olduğu digər əmlakların satışından əldə ediləcək gəlirdən onun payına düşən məbləğin miqdarı 500 min ABŞ dolları miqdarında müəyyən edilmişdir. Beləliklə, Cavabdeh1 tərəfindən 50 faizlik tam mülkiyyət hüququ ona məxsus və Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi A-tikilisinin 945,5 kv.m., B-tiklisinin 44,0 kv.m. olan qeyri yaşayış binası, Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda xx.xx.2012-ci il tarixdə, alğı-satqı yolu ilə qanunsuz olaraq ünvan 5 ünvanda yaşay an Cavabdeh3 adına özgəninkiləşdirilmişdir.
21. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə qarşı məhkəməyə etiraz ünvanlayaraq qeyd etmişlər ki, iddia tələbi qeyri-müəyyən olmaqla əsassızdır. İddiaçı alğısatqı müqaviləsinin ona aid hissədə etibarsızlığın tələb edir və iddia edir ki, obyektin yarısı ona məxsusdur və bu səbəbdən də Cavabdeh1 obyekti satmağa hüququ olmadığını iddia edir. Lakin obyektin yarısının özünə məxsus olmasına dair rəsmi sənəd təqdim edə bilmir. Çünki elə bir sənəd mövcud deyildir. Obyektin 1/2 hissəsinin Afət Abdullayevanın, 2/1 hissəsinin isə özümə məxsus olmasına dair şəhadətnamənin surəti rəsmi sənəd deyil, ona görə ki, orijinal sənəd deyil və lazımı qaydada təsdiq olunmayıb. Məhkəməyə təqdim olunmuş şəhadətnaməmin surətində göstərilən obyekt Cavabdeh1 xüsus i mülkiyyətində olub və Cavabdeh1 də həmin obyekti xx.xx.2012-ci ildə Cavabdeh3 satıb. Cavabdeh1 mülkiyyət hüququ ilə özünə məxsus daşınmaz əmlakı satmaqda haqlı olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ləğv edilmişdir. Ləğv edilməyə səbəb isə İddiaçı iddiadan imtina etməsi olmuşdur. Ləğv edilibedilməməsindən asılı olmayaraq qətnamənin etibarsız hesab edilməsinin tələb edilməsi məhkəmədə mübahisə mövzusu ola bilməz. Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2011-ci il tarixdə 2V/1-45 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinin səbəbləri iddia ərizəsində göstərilməyib. Şəhadətnamənin verilməsindən 11 il ötüb. Ötən 11 il ərzində şəhadətnamə mübahisələndirilməyib. Əmlakın Cavabdeh1 adına keçirilməs i ilə əlaqədar bütün hüquq verici sənədlərin iddiaçıya aid hissədə etibarsız hesab edilməsi qeyri-müəyyən ifadədir. İddia ərizəsinə əlavələr müxtəlif predmetlərə aiddir. Ümumi iddia müddəti 10 ildir. Daşınmaz əmlakla əlaqədar iddia müddəti 6 ildir. Göründüyü kimi iddia müddəti buraxılıb. Bəhs olunan mübahisəyə ümumi məhkəmədə baxılması yolverilməzdir. İcrada dönüş edilməsi barədə iddiaçının ərizəsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən də təmin olunmayıb. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ləğv olunmuş qiyabi qətnaməsini məhkəməyə təqdim edərək alğı-satqı müqaviləsinin ləğv edildiyi görüntüsü yaratmağa çalışmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-699/2016 nömrəli, 06 fevral 2017-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmişdir. Tər əflər arasında xx.xx.2011-ci ildə “barışıq müqaviləsi” bağlanıb. xx.xx.2011-ci ildə işin icraatına xitam verilib. İşin icraatına xitam verilməsinin barışıq razılaşması ilə əlaqəsi yoxdur. Xitam verilmə iddiadan imtina ilə əlaqədardır. xx.xx.2012-ci il tarixdə İddiaçı obyektinin ikidə bir hissəsinə mülkiyyət hüququnun tanınması barədə iddiası rədd edilib. 2014-cü ilin dekabr ayında iddiaçı həbs edilib. Bakı şəhəri Xəzər Rayon Məhkəməsisində iddiaya baxılarkən həbs olunana qədər alğı-satqı müqaviləsini mübahisələndirməməsini işlərinin çoxluğu ilə izah edib. Ötən 11 il ərzində də iddia qaldırılmayıb. Müqavilələr üzrə iddia müddəti 3 ildir. İddia müddətinin keçməsi iddianın rədd olunması üçün əsasdır. Müqavilənin etibarsız hesab edilməsi işləri üzrə iddia müddəti 1 ildir. Alğı-satqı müqavilə si xx.xx.2012-ci ildə bağlanıb. Müqavilənin etibarsızlığı barədə iddia xx.xx.2022-ci ildə, 11 il 5 aydan sonra verilib. Həbs olunana qədər alğı-satqı müqaviləsini mübahisələndirmək üçün isə 2 il vaxtı olmuşdur. Həbs olunduqdan sonra da iddia qaldırmaq imkanı olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia xx.xx.2021-ci ildə verilib. İddia ərizəsində göstərilir ki, Cavabdeh1 obyekti onun razılığı olmadan satmışdır. Yəni bir ildən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Hansı ki, obyektin satılması ona ilk gündən bəlli olub. Hazırkı iddia ərizəsində iddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsində qaldırdığı iddiadan bəhs etməyib. Hansı ki, maddi və mənəvi ziyan tələbinə dair işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində xx.xx.2022-ci ildə baxılaraq iddia rədd olunub və qətnam ədən bu günə kimi qanunda nəzərdə tutulan qaydada apellyasiya şikayəti verilməyib. İddiaçı maddi və mənəvi ziyan tələbi ilə əlaqədar iddia qaldırmaqda haqlı olmamışdır. İddia tələbinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsidə baxılarkən iddiaçı 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etməsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 inanmamışdır. Yəni obyektin satılmasının qarşısını almağa səy göstərmişdir. Məhz bu səbəbdən də məhkəmədə iddia qaldıraraq Cavabdeh1 adına olan əmlakın yarısına mülkiyyət hüququnun tanınmasını tələb etmişdir. İddia tələbi təmin olunmadığı halda məhkəmə qərarından şikayət verməmişdir. Başqa sözlə, tələbinin qanunsuzluğu ilə barışmışdır. 2 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci tarixli qərarını onunla əsaslandırıb ki, Cavabdeh1 adına olan çıxa rış ləğv olunmadığı halda iddianın təmin olunması mümkünsüzdür. Bəhs olunan qərar preyudisial əhəmiyyət daşıyır.
22. Cavabdeh3 iddia tələbinə qarşı məhkəməyə etiraz ünvanlayaraq qeyd etmişdir ki, AN-İ nömrəli ******* saylı, xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Suraxanı şosesi, 4-cü km 1 Cavabdeh1 tərəfindən X1 (onun nümayəndəsi) 177.968 manat məbləğinə satılmış və həmin əmlak onun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 6 saylı reyestr kitabının 609 nömrəli vərəqində, ********* nömrə ilə qeydiyyat aparılmışdır. Həmçinin o, ilkin müqavilənin tərəfi olmamış, ilkin müqavilə onun tərəfindən deyil o əmlakı almamışdan çox əvvəl Poladxan Məmmədkərimov ilə Cavabdeh1 arasında bağlanmışdır. İddiaçı 2014-cü il tarixdən etibarən həbs edilmiş 2019-cu il tarixdən azadlığa buraxılmış, lakin iddia ərizəsi məhkəməyə yeni təqdim edilmişdir. Bu müqavilənin etibarsız və müəmmalı olduğunu düşünmüşdürsə, bu barədə daha əvvəldən məhkəməyə müraciət etməli idi. Qanunvericiliyin tələblərinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığın nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu da iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dəlalət edir. Həmçinin ərizədə qeyd edilmişdir ki, onun tərəfindən həmin müqavilənin bağlanması qanunamüvafiq olmuş və dəyəri tam olaraq ödənilmişdir. Belə ki, mübahisəli əmlakı alğı-satqı müqaviləsi əsasında mülkiyyət hüquqi ilə o, əldə edən olaraq əmlakı vicdanlı olaraq əldə etmiş və həmin əmlak üzərində mülkiyyə t hüquqlarının yaranmasının əsasını təşkil edən alğı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir.
23. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(001)-170/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim G2nel Abbasova) iddia rədd olunmuş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və iddiaçıya aid edilmişdir.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, alğı-satqı müqaviləsi forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır. Ona görə də müqavilə əhəmiyyətsiz əqd hesab edilməməlidir. İddiaçının əmlaka dair hər hansı hüquqları olmadığından, daşınmaz əmlaka dair bağlanmış alğı-satqı müqaviləsi üzrə tərəf olmadığından, həmin mü qaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Əqdin etibarsız hesab edilməsini, bir qayda olaraq, zərərçəkən tərəf tələb edə bilər. Lakin iddiaçı alğı-satqı müqaviləsindən ona dəyən zərərin nədən ibarət olmasını, onun hüquqlarını hansı formada pozulmasını sübuta yetirə bilməmişdir. Belə olan halda, iddiaçının daşınmaz əmlaka dair hər hansı bir qanuni hüquqları olmadığından, onların məhkəmə müdafiəsi də mümkün deyildir. Azərbaycan Respublikasının qanunvericiliyi isə hər hansı bir hüququ olmayan şəxs tərəfindən başqasının xüsusi mülkiyyətində olan əmlaka dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsızlığına dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Əgər qanunda iddiaçının ərizəsində göstərdiyi iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir.
25. Məhkəmə həmçinin qeyd etmişdir ki, hətta Cavabdeh3 adına aparılmış qeydiyyat əsassız qeydiyyat olsa belə, iddiaçının pozulmuş mülkiyyət hüquqları mübahisəli əmlakı vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz.
26. Məhkəmə hesab etmişdir ki, iddia tələblərinin təmin edilməsi Rizvan Əiiyevin əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək b axımından ədalətli və qanunidir.
27. Bundan başqa məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə mübahisələndirməmiş, qanunla nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş, xeyli müddət keçdikdən sonra iddia qaldırmışdır. Bununla da iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
28. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 140, 146.2, 149.2, 329.1, 337.1, 337.3, 337.4, 337.5, 340.1, 340.2, 354.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 82.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
29. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və işdə olan sübutlarla, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
30. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 nömrəli, 06 may 2010-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilsə də, qeyd olunan qətnamə qanunsuz olaraq icraya yönəldil miş və bu ərəfədə qətnamə icra edilərək mübahisə edilən əmlak üzrə, həmin əmlakın 100 faizlik tam mülkiyyətçisi kimi, Afət Əliyevanın adına reyestrdən çıxarış verilmişdir. Afət Əliyevanın ölümündən sonra, Vərəsəlik Şəhadətnaməsi əsasında, mübahisə edilən həmin ofis binası üzrə tam mülkiyyət hüquqları Cavabdeh1nin adına tanınmaqla, bu barədə, xx.xx.2011-ci il tarixdə, reyestrdən çıxarış da verilmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən Afət Əliyevanın hüquqi varisi Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmişdir. Habelə o, da ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməklə birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilməsini hər iki tərəf x ahiş etmişdir. Tərəflər məhkəmədə iddia tələblərindən imtina etməsinin səbəblərini izah edərək bildirmişlər ki, aralarında barışıq əldə olunmuşdur. Hər iki tərəf bir-birinə qarşı tələbdən imtina edirlər. Mübahisəli əmlakın 50%-nin Afət Əliyavanın, digər 50%-nin onun adına sənədləşməsi barədə razılığa gəlmişlər. Göstərilənlərlə əlaqədar, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 03 may 2011-ci il tarixli Qərardadı ilə, Suraxanı Rayon Məhkəkməsi tərəfindən qəbul olunmuş xx.xx.2010-cu il tarixli qətnamə tərəflərin iddiadan imtina etməsinə görə ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. İş üzrə icraata xitam verilməsi barədə, məhz Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan 03 may 2011-ci il tarixli Qərardadı ilə də, onunla Arif Süleymanov arasında 22 saylı dövl ət notariat kontorunda bağlanmış, reyestr nömrəsi 4-Ə-1/169 olan xx.xx.2004-cü il tarixli alğısatqı müqaviləsi əsasında verilmiş 357 “a” saylı, 10 avqust 2004-cü il tarixli qeydiyyat vəsiqəsi üzrə, tikilinin 1/2 hissəsinin, yəni, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi-A tikilinin 945,5 kv.m., B-tikilinin-44,0 kv.m. olan qeyri-yaşayış binasının 50 faizinin, onun adına olan müllkiyyət hüquqları tam bərpa olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan 03 may 2011-ci il tarixli Qərardadının izah edilməsinə dair, apellyasiya məhkəməsinin 2(103)-2144/2011 nömrəli, 11 avqust 2011-ci il tarixli qərardadı ilə, ərizəsi təmin olunmasa da, “...məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkə məsinin müvafiq qətnaməsi əsasında İddiaçı mərhum olduğu mülkiyyət payı, həmin qətnamənin ləğvi nəticəsində (Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 nömrəli, 06 may 2010-cu il tarixli qanunsuz qətnaməsinin) bərpa olunursa, bu halda qətnamənin icrasına dönüş edilməlidir. Yəni, həmin məhkəmə də, mülkiyyət hüquqlarının bərpasını qəbul etmişdir. Eynilə də, onun cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı, xüsusi mülkiyyət hüquqları Cavabdeh1 adına ümumi sahəsi 972,5 kv.m. olan və MA seriyalı ******* saylı, 30 aprel 2011-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi, 2 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-298/2012 nömrəli, 28 fevral 2012-ci il tarixli qərarı ilə təmin edilməsə də, həmin məhkəmə də, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan 03 may 2011-ci il tarixli Qərardadı əsasında, mübahisəli əmlak üzərində mülkiyyət hüquqlarının bərpa olunduğunu xüsusi olaraq qeyd etmişdir. Lakin, bu əsas sübutların, işdə olan sənədlər sıralamasında qeyd edilməsinə baxmayaraq, hazırki işə baxan hakim, onlara qəsdən və blərəkdən qiymət verməmişdir. O, 28 iyun 2014-cü il tarixdə həbs olunmuş, xx.xx.2019-cu il tarixdə həbsdən çıxmışdır. Uzun müddət müalicə və ağır əməliyyatdan sonra Cavabdeh1 və Cavabdeh2lə aralarındakı razlılaşmanın onlar tərəfindən pozulduğunu bilmiş, dərhal da iddai tələbi ilə Xəzər Rayon Məhkəməsinə müraciət et miş və həmin məhkəmədə ona məlum olmuşdur ki, 50 faizlik tam mülkiyyət hüququ ona məxsus qeyri yaşayış binası, Cavabdeh1 tərəfindən Cavabdeh3 177.968 manata satılmış və onlar arasında bu əmlakın alğı-satqısına dair müqavilə xx.xx.2012-ci il tarixdə, 11 saylı dövlət notariat kontorunda bağlanmışdır. Bundan başqa, bu şəxslər arasında, xx.xx.2012-ci il tarxdə həmin dövlət notariat kontorunda daha bir alğı-satqı müqaviləsi də bağlanmışdır. İndi isə, Əsmar Fətullayevanın mülkiyytində olan və ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 142,59 kv.m. yaşayış sahsi 40.000 manata Cavabdeh1 satılmışdır. Məhkəmə hazırki mübahisəni araşdırmaqla qanunsuz və əsassız olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı kimi onun əmlaka dair hər hansı hüquqları olmadığından, daşınmaz əmlaka dair bağlanmış alğı-satqı müqav iləsi üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə həm də qeyd etmişdir ki, əqdin etibarsız hesab edilməsini, bir qayda olaraq, zərərçəkən tərəf tələb edə bilər. Lakin iddiaçı alğı-satqı müqaviləsindən ona dyən zərərin nədən ibarət olmasını, onun hüquqllarını hansı formada pozulmasını sübuta yetirə bilməmişdir. Belə olan halda, iddiaçının daşınmaz əmlaka dair hər hansı bir qanuni hüquqları olmadığından, onların məhkəmə müdafiəsi də mümkün deyildir. Beləliklə, iş üzrə icraata xitam verilməsi barədə məhz Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan 03 may 2011-ci il tarixli Qərardadı ilə, onunla Arif Süleymanov arasında 22 saylı dövlət notariat kontorunda bağlanmış, reyestr nömrəsi 4-Ə-1/169 olan xx.xx.2004-cü il tarixli alğı -satqı müqaviləsi əsasında verilmiş 357 “a” saylı, 10 avqust 2004-cü il tarixli qeydiyyat vəsiqəsi üzrə, tikilinin 1/2 hissəsinin, yəni qeyri-yaşayış binasının 50 faizinin, onun adına olan mülkiyyət hüquqları tam bərpa olunduğundan, Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları əsasında da, heç bir halda, mülkiyyət hüquqlarının məhdudlaıdırılmasına və ya mülkiyyət hüquqlarının mənimsənilməsinə yol verilə bilməzdi. Əsas Cavabdeh3 və xəbəri olmadan, ona məxsus mülkiyyət hüququna dair sənədləşmələrin aparılmasını həyata keçirən faktiki olaraq isə cinayət əməli törətmiş, cavabdeh- Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin, həmçinin, iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Bakı şəhəri, 11 saylı dövlət no tariat kontorunun məhkəməyə çağrılıb dindirilməsi qəsdən təmin edilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tətqiqinə lazım şərait yaratmalı olduğu halda, cavadehlər- Cavabdeh1 ilə Cavabdeh3 arasındakı alğı-satqının aparılması zamanı, həqiqətə uyğun olmayan məlumatlar təqdim etmiş və əmlakın 50 faizinin ona məxsus olmasını faktiki olaraq gizlətmiş, cavabdeh-Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin məhkəməyə gəlməsini qəsdən təmin etməmişdir ki, onların hər iki arasında əvvəlcədən sövdələşmiş olduqları cinayət əməlinin məhkəmə tədqiqi ilə müəyyən edilməsi mümkün olmasın.
31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 7 ünvanda yeriəşən əmlak kompleksi xx.xx.2003-cü il tarixində Arif Süleymanovun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 22 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 4Ə-1/169 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən sözügedən əmlakın 1/2 hissəsi İddiaçıoviçin, 4Ə-1/170 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 1/2 hissəsi Afət Abdullayevanın adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)67/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən sözügedən əmlak tam olaraq xx.xx.2010-cu il tarixində Afət Abdullayevanın adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 7 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhərinin xüsusi notariusu İ.A.Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə/726 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixində Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)699/2016 nömrəli, 12 yanvar 2016-cı il tarixli icra vərəqinə əsasən Cavabdeh3 və Cavabdeh1 mülkiyyət hüquqları ləğv edilmişdir.
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-5984/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
33. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Hazırki işdə faktiki hallar maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır. Hazırki iş üzrə iddiaçının yekun tələbi dörd hissədən ibarət olmuşdur. Tələbin birinci və ikinci hissəsi şərti olaraq əsas tələb kimi qiymətləndirildiyi halda üçüncü və dördüncü hissələr onlardan asılı, yəni törəmə tələb kimi qiymətləndirilməlidir. Ona görə də birinci və ikinci tələb əsassız olduğu halda digər tələblər üzrə əlavə araşdırma aparılmasına da lüzum qalmır.
34. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, hazırki iş üzrə iddiaçının tələbinin birinci və ikinci hissəsində nəzərdə tutulan hissələri ilə tam olaraq eyni iddiaya Poladxan Məmmədkərimovun qarşılıqlı iddiası əsasında başqa məhkəmənin icraatında iş olmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdehlər Poladxan Məmmədkərimova və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsinə dair ilkin iddiası və X4 Fətullayevaya, Cavabdeh1 və qeyrilərinə q arşı daşınmaz əmlakla əlaqədar bağlanmış əqdlərin və hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, bu əmlaka mülkiyyət hüququnun tanınması haqqında qarşılıqlı iddiasının rədd edilməsi qət olunmuşdur. Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə aktlarında, o cümlədən kassasiya instansiyası məhkəməsinin qərarında açıq-aşkar qeyd olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixi qətnaməsinə əsasən hazırki mübahisənin də predmetini təşkil edən qeyri-yaşayış sahəsinin Afət Abdullayevaya məxsusluğu təsdiq olunmuş, qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2010-cu il tarixində təkrarən Afət Abdullayevanın adına qeydiyyat aparılmış və müvafiq çıxarış verilmişdir. Afət Abdu llayevanın ölümü ona məxsus əmlak hüquqlarının xitamına deyil, həmin əmlakın miras aktivi kimi onun vərəsələrinə keçməsinə səbəb olmuşdur. Miras aktivi ilə bağlı Afət Abdullayevaya qarşı mübahisələndirilə bilməyən faktlar onun vərəsələrinə qarşı da mübahisələndirilə bilməz. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisəli əmlaka dair mərhum Afət Abdullayevanın adına xx.xx.2010-cu il tarixdə aparılmış qeydiyyatın və çıxarışın etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna etməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Qeyd olunan məhkəmə aktlarında Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hes ab edilməsi rədd edilərkən Cavabdeh3 mübahisə predmeti olan əmlakı vicdanlı əldə etməsi təsdiq olunmuş, hətta Afət Abdullayevanın adına aparılmış qeydiyyat və çıxarış, onun əsasında Cavabdeh1 verilmiş vərəsəlik haqqında şəhadətnamə və onun əsasında aparılmış qeydiyyat və çıxarış əsassız olsa idi belə, bu hallar əmlakı vicdanlı əldə edən şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməzdi. Düzdü, hazırki iş üzrə iddiaçı həmin işdə iştirak edən şəxs olmadığından qeyd olunan məhkəmə aktları ilə müəyyən edilmiş faktlar bu iş üzrə MPM-in 82.3-cü maddəsinin tələbləri baxımından preyudisial əhəmiyyət kəsb edə bilməz. Lakin nə qədər ki, hazırki iddianın birinci və ikinci hissələri ilə qeyd olunan işdə olan tələbin eyni hissələri ilə tam olaraq eynidir, yəni eyni predmet və eyni əsas s ayılır, demək ki, müəyyən edilmiş bu faktların yenidən mübahisələndirilməsinə və yenidən sübut edilməsinə də lüzum qalmır.
35. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, təqdim edilmiş məhkəmə aktlarından və digər sənədlərdən bəlli olur ki, iddiaçı hələ 23 fevral 2011-ci ildə cavabdehlər Ceyhun və Cavabdeh2lərlə, həmçinin Poladxan Məmmədkərimovla barışıq razılaşması haqqında müqavilə bağlamış və həmin müqavilənin predmetində hazırkı mübahisənin predmeti olan daşınmaz əmlakın mərhum Afət Abdullayevanın tam mülkiyyətində olmasını və miras əmlak kimi cavabdehlər Ceyhun və Cavabdeh2lərə keçəcəyini bilib bununla razılaşmışdır. Bundan başqa, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarından da görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin vərəsəlik qa ydasında Cavabdeh1 adına 30 aprel 2011-ci il tarixdə qeydə alınmasından məlumatlı olub və məhz buna görə daşınmaz əmlaka dair Dövlət reyestrindən verilmiş çıxarışın dəyişdirilməsi və bu hüquqların 50 faizinin onun adına, 50 faizinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmaqla, hər birinə ayrı-ayrılıqda reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, lakin iddiası təmin edilməmişdir. Hətta, bundan sonra da, Cavabdeh1 və Cavabdeh2 qarşı 500.000 ABŞ dollarının günə olan manata məzənnəsi ilə 850.000 manat maddi zərərin və 150.000 manat məbləğində əldən çıxmış faydanın (mülki dövriyyə şəraitində dəymiş maddi zərərin istifadəsindən əldə edilən gəlir) xeyrinə tutulması tələbi ilə də məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.202 2-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. Göründüyü kimi, mübahisə predmeti olmuş əmlakın Cavabdeh1 adına keçəcəyindən və ya keçməsindən 2011-ci ilin fevral və aprel aylarında tam məlumatlı olmuşdur. Bütün bunlardan sonra, yəni 11 il keçdikdən sonra 2022-ci ilin may ayında hazırki iddia ilə məhkəməyə müraciət etməsi də anlaşılan olmamışdır.
36. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən müqavilə müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Göründüyü ki, hətta qəbul edilsə belə ki, iddiaçı mübahisə predmeti olmuş əmlakı n mərhum Afət Əliyevanın tam mülkiyyət hüququ əsasında adına qeydə alınmasından, sonradan vərəsəlik qaydasında Cavabdeh1 mülkiyyətinə keçməsindən, daha sonra isə alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətinə keçməsindən xəbərsiz olmuş, yuxarıda qeyd olunan məhkəmə aktlarından və digər sənədlərdən bəlli olur ki, məlumatlı olduğu halda 11 il ərzində etibarsızlığını tələb etdiyi qeydiyyatı, vərəsəlik şəhadətnaməsini və alğı-satqı müqaviləsini mübahisələndirməmiş, bu da faktiki olaraq mübahisə predmeti olmuş əmlakın mərhum Afət Əliyevanın tam mülkiyyət hüququ əsasında adına qeydə alınmasını, sonradan vərəsəlik qaydasında Cavabdeh1 mülkiyyətinə keçməsini, daha sonra isə alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətinə keçməsinə razılığını ifadə etməsinə və bəyənməsinə dəlalət edir. Çünki, razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır. Qeyd olunduğu kimi, tələbin üçüncü və dördüncü hissələri bilavasitə birinci və ikinci hissədən asılı və törəmə tələb olduğundan onların da avtomatik təmin edilməməsini labüd edir. Çünki, təmin edilib-edilməmələri sırf birinci və ikinci hissələrdən asılı idi. Ona görə bu hissələr üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına məhkəmə tərkibi lüzum görməmişdir.
37. Məhkəməyə təqdim edilmiş sorğu ilə əlaqədar qeyd etmişdir ki, həqiqətən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsinə əsasən, X4 Fətullayevaya və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mü lkiyyət hüququna xitam verilməsi, qeyri-yaşayış sahəsinin əldə edilməsində üstünlük hüququnun tanınması iddiası təmin edilərək, Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 14 dekabr 2012-ci il tarixli Bakı şəhəri Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən ümumi sahəsi 928.5 kv.m olan əmlak kompleksinə dair alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi, 177.968 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq X5 ödənilməsi, Bakı şəhəri Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən ümumi sahəsi 928.5 kv.m olan əmlak kompleksi üzərində Cavabdeh3 və Cavabdeh1 mülkiyyət hüququna xitam verilməsi, Bakı şəhəri Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən ümumi sahəsi 928.5 kv.m olan əmlak kompleksinin əldə edilm əsində Poladxan Məmmədkərimovun üstünlük hüququnun tanınması qət edilmişdir. Lakin sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 yanvar 2016-cı il tarixli saylı qiyabi qətnaməsi Cavabdeh3 ərizəsinə əsasən ləğv edilərək, işə mahiyyəti üzrə yenidən baxılması qərara alınmışdır. Bundan sonra isə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, X4 Fətullayevaya və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi, qeyri-yaşayış sahəsinin əldə edilməsində üstünlük hüququnun tanınması və pulun ödənilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir.
38. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qiyabi qətnam əsinə əsasən verilmiş icra vərəqəsinə əsasən Cavabdeh3 və Cavabdeh1 mübahisə predmeti olan daşınmaz əmlak üzərində mülkiyyət hüquqları ləğv edilsə sonradan həmin qətnamə ləğv edildiyindən qiyabi qətnamənin icrasında dönüş məsələsi öz həllini tapmamışdır. Lakin həmin məsələ hazırki icraatın predmetinə aid olmadığından bu icraat çərçivəsində icrada dönüş məsələsinə baxıla bilməz. Bununla əlaqədar, maraqlı şəxslərin qeyd olunan qətnamənin icrasında dönüşlə bağlı birinci instansiya məhkəməsinə müraciət etmək hüquqları mövcuddur.
39. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirə rkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, əqdin etibarsızlığının əsası və hüquqdan pis niyyətlə suiistifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
40. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 140, 148.2, 149.2, 337, 340.2, 351, 355, 357, 358.1, 385.1, 390.1, 399.1, 452.2-ci və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 82.3, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
41. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamənin 21-ci abzasında birinci instansiya məhkəməsi göstərib ki, id diaçının əmlaka dair hər hansı hüquqları olmadığından iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Məhkəmə kollegiyaası, mülkiyyət hüququ hüquqmüəyyənedici sənədlərlə, barışıq sazişi ilə və xx.xx.2011-ci il tarixli Qərardadla müəyyən olunduğu halda belə bir hüququnun olmadığını söyləyir. Məhz, apellyasiya instansiya məhkəməsinin 03 may 2011-ci il tarixli qərardadı ilə, İddiaçı ilə Arif Süleymanov arasında 22 saylı Dövlət Notariat Kontorunda bağlanmış, reyestr nömrəsi 4-Ə-1/169 olan 1706.2004-cü il tarixli alğı-satqı müqaviləsi əsasında verilmiş 357”a” saylı, 10 avqust 2004-cü il tarixli qeydiyyat vəsiqəsi üzrə, tikilinin 1/2 hissəsinin, yəni, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilinin-945,5 kv.m., B tik ilinin-44,0 kv.m. olan qeyri yaşayış binasının 50 faizinin İddiaçı adına olan mülkiyyət hüquqları tam bərpa olunduğundan heç bir halda, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına və ya mülkiyyət hüquqlarının mənimsənilməsinə yol verilə bilməzdi. İşin bu cür danılmaz faktiki halına heç bir qiymət vermədən, qətnaməni əldə edəcək şəxslərinin, sözün həqiqi mənasında çaşdırılması və oxuduqlarından nəticənin çıxarılmasında süni olaraq çətinliklərin yaradılması məqsədi ilə, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnaməsinin 2-ci səhifəsinin sonuncu abzasından 5-ci səhifəsinin sonuncu abzasınadək, işin halları ilə bağlı və işdə olan sübutlar kimi sadaladığı sənədlərin, məhz hazırki mübahisəyə heç bir aidiyyəti olmamışdır. Apellyasiya instansiya məhkəməsi bu cür qətnamənin sonrakı hissə sində də, məhz həmin və işə heç bir aidiyyəti olmayan sənədlərə istinad etməklə, dolayısı ilə də olsa qanunvericiliyin bununla bağlı normalarına istinad etməklə də, qanunsuz qətnamə çıxarılmasına nail olmuşlar. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mübahisəsiz hal odur ki, Afət Əliyevanın vərəsələri ona məxsus olmayan əmlaka (miras əmlaka daxil olmayan) dair qanunsuz yolla vərəsəlik şəhadətnaməsi alaraq həmin əmlakı özgəninkiləşdirmişlər. Məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz olduğu halda, əsas Cavabdeh3 və xəbəri olmadan ona məxsus mülkiyyət hüququna dair sənədləşmələrin aparılmasını həyata keçirən - faktiki olaraq isə cinayət əməl i törətmiş cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin, həmçinin, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri 11 saylı dövlət notariat kontorunun məhkəməyə çağırılıb dindirilməsi qəsdən təmin edilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı olduğu halda, cavabdehlər- Cavabdeh1 ilə Cavabdeh3 arasındakı alğı-satqının aparılması zamanı, həqiqətə uyğun olmayan məlumatlar təqdim etmiş və əmlakın 50 faizinin ona məxsus olmasını faktiki olaraq gizlətmiş cavabdeh-Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin məhkəməyə gəlməsini qəsdən təmin etməmişdir ki, onların hər ikisi arasında əvvəlcədən danışılmış olduqları cinayət əməllərinin məhkəmə tədqiqi ilə tam ifşa ed ilməsi mümkün olmasın. Hərçənd, sənədləşmələrin aparılmasının ardıcılığı ilə də müəyyən olunur ki, Cavabdeh1 ilə Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəzifəli şəxsləri cinayət əlaqəsinə girərək faktiki olaraq ona məxsus əmlakı birlikdə mənimsəmişlər.
43. Bu gün qüvvədə olan sənədlərə əsasən, barışıq sazişi və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərardadı ilə qeyd olunan əmlakın yarsı onun olması danılmaz fakt olsada məhkəmə ümumiyyətlə buna əhəmiyyət belə verməmişdir. Bu qətnamə gələcəkdə istənilən şəxsin əmlakının mənimsənilməsi üçün president yaratmış olur. Barışıq sazişi olmasa belə Afət Əliyevanın qeyd olunan əmlaka tam mülkiyyət hüququnu əldə etməsinə səbəb olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ləğv olunduğundan əmlakı n əvvəlki vəziyyətində belə 1/2 hissəsi onun mülkiyyətimdədir. Lakin məhkəmə sübutlara obyektiv qiymət vermək əvəzinə, qərəzli mövqe nümayiş etdirib, əsası olmayan subyektiv hüquq və dispozisiya ilə uyğunsuzluğu səbəb gətirərək araşdırmadan qərar qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
44. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
45. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sər əncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıvə ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası.
46. Maddə 6, hissə
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:
47. Maddə
1. Hər bir fi ziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu.
48. Maddə 3.1 və 3.4. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavil ələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
49. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
50. Madə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.
51. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
52. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
53. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etm iş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
54. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
55. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
56. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilə də müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
57. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
58. Maddə
324. Əqd mülki hüquq münasibətinin əm ələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).
59. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
60. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçiri lmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
61. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
62. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
63. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
64. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndiril ir.
65. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
66. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.
67. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.
68. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
69. Maddə
357. Ə qd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
70. Maddə 358.1 Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
71. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
72. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
73. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
74. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
75. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadının 18, 19 və 23-cü bəndləri:
76. Konstitusiya Məhkəməsi Plenumunun qəra rında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq). Azərbaycan Respublikasının Mülk i Prosessual Məcəlləsi.
77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
78. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
79. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
80. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
82. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
83. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
84. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
85. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
86. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətl i olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
87. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
88. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
89. Maddə 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yeni dən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri:
90. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
91. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsin in mövqeyi:
92. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
93. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara, xüsusi ilə iş üzrə tərəflərin istinad etdikləri qanuni qüvvəyə minmiş məhkəmə aktlarına tam və hərtərəf li baxmamış, düzgün hüquqi qiymət verməmiş, bu səbəbdən də iddia tələbinin “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüquqi üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pulun onun xeyrinə tutulması” hissəsində rədd edilməsinə münasibətdə birinci instansiya məhkəməsinin qətnam əsini qüvvədə saxladığı hissədə yanlış nəticəyə gəlmişdir.
94. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binası xx.xx.2003-cü il tarixindən Arif Süleymanovun adına olmuş, X11 Rüstəmov arasında bağlanmış xx.xx.2004-cü il tarixli 4Ə-1/169 və X18 Əliyeva arasında bağlanmış xx.xx.2004-cü il tarixli 4Ə-1/170 nömrəli alğı-satqı müqavilələrinə əsasən həmin Əmlak Kompleksinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə Afət Abdullayevanın adına 10 avqust 2004-cü il tarixdə 01 №-li reyestr kitabında, 40-cı səhifədə, 357 “a” reyestr nömrəsi ilə ümumi birgə mülkiyyət kimi qeydiyyatdan keçmi şdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 nömrəli, 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı və Arif Süleymanov arasında 22 saylı Dövlət Notariat Kontorunda bağlanmış reyestr nömrəsi 4-Ə-1/169 olan xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız edilməsi, həmin müqavilə əsasında verilmiş 357 “a” saylı 10 avqust 2004-cü il tarixli qeydiyyat vəsiqəsinin qismən - tikilinin 1/2 hissəsinin İddiaçı adına qeydiyyata alındığı hissəsində ləğv edilərək Əmlak Kompleksinin tam mülkiyyət hüququ əsasında Afət Əliyevanın adına qeydə alınması, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, Afət Əliyevadan dəymiş 450.000 manat məbləğində real zərərin və 50.000 manat məbləğində mə nəvi zərərin İddiaçı xeyrinə tutulmasına dair İddiaçı qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilsə də, qətnamə qanuni qüvvəsini almadan icraya yönəldilmiş, adı çəkilən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən sözügedən Əmlak Kompleksi tam mülkiyyət hüququ ilə xx.xx.2010cu il tarixində Afət Abdullayevanın adına qeydiyyatdan keçmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayətinə baxılaraq təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-268/2011 nömrəli, 21 fevral 2011-ci il tarixli qərarına əsasən isə, cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin 08 sentyabr 2010-cu il tarixli qətnaməsi qismən - Afət Əliyevanın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddiasının təmin edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində - ləğv edilərək, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
95. Həmçinin məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Afət Əliyeva 17 dekabr 2010-cu il tarixdə vəfat etmişdir. Afət Əliyevanın (Abdullayevanın) birinci növbə vərəsələri Cavabdeh1 və Cavabdeh2lə, İddiaçı arasında 23 fevral 2011-ci il tarixdə bağlanmış Barışıq razılaşması haqqında müqaviləyə əsasən, tərəflər razılaşmışlar ki, Əmlak Kompleksi (MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən – reyestr nömrəsi **********05 12301, qeydiyyat nömrəsi - ********** və xx.xx.2010-cu il tarixli) üzərində hüquqlar mütənasib olaraq Cavabdeh1 və İddiaçı arasında bölünür, Afət Əliyevaya borc vermiş Elşən Cəfərovun adından etibarnamə ilə çıxış edən İddiaçı Suraxanı rayon Məhkəmə İcraçıları bölməsinə ərizə ilə müraciət edərək, Afət Əliyevanın ona olan borcunun, vərəsəsi - Cavabdeh1 tərəfindən ödənildiyini təsdiq etməklə, həmin işin icraatına xitam verilməsini tələb edir. Cava bdeh1 mülkiyyəti hesab olunan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, mədən 14 ünvanında yerləşən 1,45 ha torpaq sahəsində istifadə hüququ üzərində, Cavabdeh1 və İddiaçı paylı mülkiyyəti hesab olunan Əmlak Kompleksi üzərində sahiblik və sərəncam vermək hüquqlarını Poladxan Məmmədkərimov ilə birlikdə həyata keçirirlər. Göstərilən əmlaklar üzərində hüquqların həyata keçirilməsi, yəni həmin əmlakların satışı Poladxan Məmmədkərimov tərəfindən mülkiyyətçilərlə birlikdə həyata keçirildikdən sonra satışdan əldə olunan gəlirdən 600.000 ABŞ dolları Cavabdeh1 və 500.000 ABŞ dolları İddiaçı arasında bölünür. Göstərilən əmlaklar ayrı-ayrı satıldıqda və öhdəliklər yerinə yetirilmədikdə, satışdan əldə olunan pul vəsaiti faizlə olmaqla, Cavabdeh1 - 37,5 %, İddiaçı - 37,5 %, Poladxan Məmmədkərim ova - 25 % olmaqla bölünür. Əmlakların satışından əldə olunan pul vəsaiti göstərilən öhdəliklərdən çox olarsa, həmin öhdəliklər təmin edildikdən sonra qalan məbləğ bütünlüklə Poladxan Məmmədkərimova verilir. X14 (Abdullayevanın) birinci növbə vərəsələri Cavabdeh1 və Cavabdeh2lə, İddiaçı arasında 11 aprel 2011-ci il tarixdə bağlanmış Barışıq razılaşması haqqında müqaviləyə əsasən, tərəflər razılaşmışlar ki, X17 miras qalan - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgəsi Şöbəsində, 0105-P118-42955 sayla xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nın Nizamnaməsində 50 faizlik təsisçilik hüququ, Cavabdeh1 və İddiaçı arasında bərabər şəkildə bölünməklə hər birinin Kooperativin Nizamnaməsindəki mütləq pay haqları müvafiq qayda da 25 faiz həcmində müəyyən edilir. X17 miras qalan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgəsi Şöbəsində, 0105-P118-42955 sayla xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nin Nizamnaməsində 50 faizlik təsisçilik hüququnun rəsmiləşdirilməsi üçün "xxxx" MTK-nın ümumi yığıncağının keçirilməsini həm Cavabdeh1, həmçinin İddiaçı bir vəzifə olaraq öz üzərinə götürürlər. "xxxx" MTK-nin istifadə hüququna malik olduğu 20 ha torpaq sahəsinin bütün sənədləşmə və rəsmiləşdirmə işlərini İddiaçı öz üzərinə götürür. "xxxx" MTK-da təsisçilik hüquqları ilə bağlı müqaviləni imzalayan tərəflər arasında yaranmış əvvəlki bütün məhkəmə və digər mübahisələrə son qoyulur. Tərəflər hazırkı işlə bağlı gələcəkdə hər hansı formada yardım və kompe nsasiya xarakterli ödənişlər tələbi ilə bir-birinə qarşı iddia qaldıra bilməzlər.
96. Məhkəmələr tərəfindən o da müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2144/2011 nömrəli, 03 may 2011-ci il tarixli qərardadına əsasən, X13 Rüstəmova, Arif Süleymanova, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddia ərizəsi, həmçinin Əliabbas X10rşı real və mənəvi zərərin tutulmasına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işdə Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 06 may 2010-cu il tarixli qətnaməsi tərəflərin iddiadan imtin a etməsinə görə ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Bundan sonra Əmlak Kompleksi xx.xx.2011-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən Cavabdeh1 adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 Bakı şəhəri 11 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Əmlak Kompleksini Cavabdeh3 satmışdır.
97. İddiaçı iddia ərizəsində həmin halları göstərmiş, həmçinin qeyd etmişdir ki, qanuni qüvvəsini almamış məhkəmə qətnaməsinə əsasən Əmlak Kompleksi tam mülkiyyət hüququ əsasında Afət Abdullayevanın adına qeydiyyatdan keçirilmiş, daha sonra Əmlak Kompleksinin ona aid olan hissəsi də qanunsuz olaraq vərəsəlik qaydasında Cavabdeh1 adına qeydə alınmış, həmçinin sonuncu tərəfindən Cavabdeh3 sat ılmış, onun hüquqları kobud şəkildə pozulmuşdur. Ona görədə iddiaçı Əmlak Kompleksinin tam mülkiyyət hüquqi üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin ona aid hissəsində etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında Əmlak Kompleksinə dair Bakı şəhəri 11 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinin ona aid hissəində etibarsız hesab edilməsi, həmin əmlak üzərində tam mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin əmlakın 50 faizi üzrə tam mülkiyyət hüququnun onun adına yenidən qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
98. İddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən apellyasiya instansiya məhkəməsi gəldiyi hazırki qərarın 32-38-ci paraqraflarında qeyd olunan şəkildə, tərəflər üçün preyudisial əhəmiyyət kəsb etməyən məhkəmə aktlarına istinad etməklə əsaslandırmış və hesab etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixi qətnaməsinə əsasən Əmlak Kompleksinin Afət Abdullayevaya məxsusluğu təsdiq olu nmuş, qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2010-cu il tarixində təkrarən Afət Abdullayevanın adına qeydiyyat aparılmış və müvafiq çıxarış verilmiş, Afət Abdullayevanın ölümü ona məxsus əmlak hüquqlarının xitamına deyil, həmin əmlakın miras aktivi kimi onun vərəsələrinə keçməsinə səbəb olmuşdur. Miras aktivi ilə bağlı Afət Abdullayevaya qarşı mübahisələndirilə bilməyən faktlar onun vərəsələrinə qarşı da mübahisələndirilə bilməz. İddiaçı mübahisə predmeti olmuş əmlakın mərhum Afət Əliyevanın tam mülkiyyət hüququ əsasında adına qeydə alınmasından, sonradan vərəsəlik qaydasında Cavabdeh1 mülkiyyətinə keçməsindən, daha sonra isə alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətinə keçməsindən xəbərsiz olması qəbul edilsə belə, adı qeyd olunan məhkəmə aktlarından və digər sənədlərdən bə lli olur ki, məlumatlı olduğu halda 11 il ərzində etibarsızlığını tələb etdiyi qeydiyyatı, vərəsəlik şəhadətnaməsini və alğı-satqı müqaviləsini mübahisələndirməmiş, bu da faktiki olaraq mübahisə predmeti olmuş əmlakın mərhum Afət Abdullayevanın tam mülkiyyət hüququ əsasında adına qeydə alınmasını, sonradan vərəsəlik qaydasında Cavabdeh1 mülkiyyətinə keçməsini, daha sonra isə alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətinə keçməsinə razılığını ifadə etməsinə və bəyənməsinə dəlalət edir.
99. Məhkəmə kollegiyası ilk olaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddia tələbinin “cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında Əmlak Kompleksinə dair Bakı şəhəri 11 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinin iddiaçıya aid hissəində etiba rsız hesab edilməsi, həmin əmlak üzərində tam mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin əmlakın 50 faizi üzrə tam mülkiyyət hüququnun onun adına yenidən qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” hissəsində təmin edilməməsinə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə Əmlak Kompleksinin hal-hazırki mülkiyyətçisi Cavabdeh3 vicdanlı alıcı olmasını istisna edən heç bir hal müəyyən edilmədiyindən, həmin notarial qaydada təsdiq edilmiş əqd (alğı-satqı müqaviləsi) əsasında Əmlak Kompleksini əldə etdiyindən, qeyd olunan əqdin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdu r.
100. Apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 372.6 və 372.7-ci maddələrinin tələblərinə əsasən qeyd olunan hissədə, yəni Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlaımış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi yoxlanılmış, Cavabdeh3 vicdanlı alıcı olduğu müəyyən edilmiş, bu səbəbdən də həmin Əmlak Kompleksi üzərində iddiaçının 50 faiz üzrə tam mülkiyyət hüququnun bərpa edilməsinin mümkün olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir.
101. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qeyd olunan mövqeyi və gəldiyi həmin nəticə ilə razılaşır, bu səbəbdən qətnamənin göstərilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əs as görmür.
102. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddia tələbinin “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixdə Əmlak Kompleksinin tam mülkiyyət hüquqi üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pulun onun xeyrinə tutulması” hissəsində rədd edilməsinə dair birinc i instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən gəldiyi mövqeyi, iddiaçının adına reyestrdə aparılmış qeydiyyatın şübhə altına alınması ilə əsaslandırılmışdır. Halbuki, apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının mövcud olmasını diqqətdən qaçırmışdır.
103. Belə ki, işdən göründüyü kimi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixi qətnaməsinə əsasən Əmlak Kompleksinin Afət Abdullayevanın adına xx.xx.2010-cu il tarixində tam mülkiyyət hüququ əsasında qeydiyyata alınması, həmin qətnamə qanuni qüvvəyə minmədən (qeyri-dəqiq) aparılmış, daha sonradan tərəflərin iddiadan imtina etməsinə görə adı çəkilən qətnamə ləğv edilərək, iş üzrə icraata xitam verilmiş, bununla da Əmlak Kompleksinin 1/2 hissəsinin iddiaçıya,1/2 hissəsinin isə Afət Abdullayevanın adına qeydə alınması barədə 10 avqust 2004-cü il tarixdə 01 №-li reyestr kitabında, 40-cı səhifədə, 357 “a” reyestr nömrəsi ilə qeydiyyata alınmış reyestrin məzmununun həqiqiliyi və tamamlığı bərpa olunmuşdur. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi işin həmin halına Mülki Məcəllənin 140-cı maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsi baxımından düzgün hüquqi qiymət verməmişdir.
104. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əld ə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 105. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsinə əsasən isə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
106. Hazırkı işdə mübahisə predmeti olan Əmlak Kompleksinin 1/2 hissəsinə münasibətdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmçinin iddiaçının Əmlak Kompleksinin Cavabdeh1 mülkiyyətinə keçməsinə, daha sonra isə alğı-satqı mü qaviləsi əsasında Cavabdeh3 mülkiyyətinə keçməsinə razılıq ifadə etməsi və bəyənməsi məhkəmələr tərəfindən aşkar edilməmişdir.
107. Məhkəmə kollegiyası qeyd olunanlarla bağlı hesab edir ki, apellyasiya instansiya məhkəməsi vicdanlı əldə edən Cavabdeh3 qeydiyyatla əlaqədar əldə etdiyi hüquqları saxlanıldığı halda, Cavabdeh1 daşınmaz əmlaka hüquqlarının qeydiyyatının əsassızlığına, bunun nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürmək hüququnun yaranmasına Mülki Məcəllənin 149.2 və 452.2-ci maddələrinin tələbi baxımından düzgün hüquqi qiymət verməmişdir.
108. Apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisənin hüquqi həlli baxımından Mülki Məcəllənin əmlak hüquqlarının dövlət qeydiyyatı ilə bağlı (140, 148.2 və 149.2-ci maddələr), əqdin etibarsızlı ğı bağlı (337, 340.2 və 351-ci maddələr), əqddə razılıqla bağlı (355, 357 və 358.1-ci maddələr) və öhdəlik və müqavilə ilə bağlı ümumi normalarına (385.1, 390.1, 399.1 və 452.2-ci maddələr) istinad edilməklə kifayətlənilsə də, həmin normalar işin hallarına uyğun olaraq düzgün tətbiq edilməmiş, Mülki Məcəllənin 157.4-cü maddəsi ümumiyyətlə nəzərdən keçirilməmiş, işin müəyyən edilmiş faktiki hallarının qeyd olunan normanın dispozisiya şərtlərinə uyğunluğu istiqamətində hüquqi dəyərləndirmə aparılmamışdır.
109. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddi a tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
110. Mülkiyyətin müdafiəsini təmin edən Mülki Məcəllənin 157.4-cü maddəsinin mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir.
111. Yuxarıda qeyd olunan hissədə mülkiyyət hüququnun müdafiəsinə dair mübahisənin bu qaydada həll edilməsi, yəni qanuni əsası, məqsədi və mütənasibliyi göstərilmədən bu hüquqa məhdudiyyət gətirilməsi bar ədə məhkəmə aktı əsaslandırılmış qətnamə hesab edilə bilməz.
112. Eyni zamanda qeyd olunmalıdır ki, Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda ) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).
113. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərar).
114. Əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticə sində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır.
115. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
116. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
117. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
118. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.
119. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin başqa qərarında qeyd etmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə mü-əyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hü-ququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsas lanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarı)
120. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi iddianın təmin edilmədiyi “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüquqi üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi; dəymiş maddimənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pulun onun xeyrinə tutulması” hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasına münasibətdə, yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə cavab vermir.
121. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
122. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edil ən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar).
123. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qa rşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə1994-cü il 19 aprel tarixli qərarlar).
124. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - iddianın təmin edilmədiyi “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüquqi üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin i ddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddimənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pulun onun xeyrinə tutulması” hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanıldığı hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə yeni apellyasiya baxışına göndərilməlidir.
125. İşə yenidən baxılarkən apellyasiya məhkəməsi yuxarıda qeyd olunan hissədə nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, həmin hissədə mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
126. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5984/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsi qismən - iddianın təmin edilmədiyi “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddimənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pulun onun xeyrinə tutulması” hissəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-170/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsinin qüvvədə saxlanıldığı hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5984/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsi kassasiya şikayətində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.