Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1456/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx Cavabdeh1xxxx MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1456/21 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi, ipoteka predmetinin müddətin keçməsindən sonra əldə eidlməsi) Bakı şəhəri, 19 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə, vəkili xxx oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh1xxxx MMC-yə “h ərracın yekun protokolunun və əmlakın alqısatqısı müqaviləsinin etibarsız sayılması, əmlakın ipoteka yüklülüyündən azad edilməsi və bankın mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5178/2020 nömrəli, 29 iyul 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Xətai Rayon Məhkəməsinin 2(011)937/2017 saylı, 24.11.2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı və X1 Cavabdeh1 ASC-nin xeyrinə 320.391,77 ABŞ dolları borc ödənişi və məhkəmə xərclərinə görə 120 manat pulun tutulmalı, tələb İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayon u, 770-ci məhəllə, Təbriz küçəsi, 6 saylı evin 48 saylı mənzilə yönəlmişdir. Mənzilin ilkin satış qiyməti 204000 manat müəyyən edilmişdir.
2. İpoteka predmeti olan mənzili 26.02.2019-cu il tarixdə keçirilmiş hərrac nəticəsindəCavabdeh1 ASC almışdır. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh1xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 770-ci məhəllə, Təbriz küçəsi, 6 saylı evin 48 saylı mənzilinə dair xxxx” MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış 26.02.2019-cu il tarixli, Y12/01 saylı hərracın yekunları barədə protokolun və əmlakın alqı-satqı barədə müqavilənin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməklə, mənzilin ipoteka yüklülüyündən azad edilməsi, mənzil üzərində bankın mülkiyyət hüquqları nı təsdiq edən çıxarışın ləğv edilməsi və bu barədə DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsində müvafiq qeydin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Nərimanov rayon İcra və Probasiya Şöbəsi iddia ərizəsində üçüncü şəxs qismində göstərilmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.11.2017-ci il tarixli icra sənədinə əsasən ipoteka predmeti olan mənzil Nərimanov rayon İcra və Probasiya şöbəsinin 14.02.2017-ci il tarixli sifariş sənədi üzrə ilkin satış qiyməti 204000 manat olmaqla xxxx” MMC tərəfindən açıq hərraca çıxarılıb.
6. Bundan sonra 27.03.2018-ci il tarixdə mənzilə dair ilk hərrac həyata keçirilsə də, hərrac baş tutmamış, 30.04.2018-ci il tarixdə keçirilən təkrar hərrac da baş tutmamışdır. 7. "xxxx” MMC tərəfindən sifarişçi Nərimanov rayon İcra şöbəsinə göndərilmiş 04.05.2018-ci il tarixli, 01/1450 saylı məktubda göstərilmişdir ki, sözü gedən mənzilin satışı ilə əlaqədar keçirilmiş hərraclar baş tutmamış və müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 04.05.2018-ci il tarixli buraxılışında elan dərc edilmişdir.
8. Artıq ilkin və təkrar hərraclar yekunlaşmış və mənzil qanunvericiliyin tələblərinə uyğun olaraq ipoteka saxlayana təklif edilmiş və 04.05.2018-ci il tarixdən 30 günlük müddət axımı başlamışdır. Lakin 6 gün sonra, yəni 10.05.2018-ci il tarixdə Nərimanov rayon İcra şöbəsinin 08.05.2018-ci il tarixli məktubu "xxxx” MMC-yə daxil olmuş, həmin məktubla Xətai Rayon Məhkəməsinin 2(011)-937/2017 saylı icra sənədindən apellyasiya şikayəti verildiyi üçün hərracın keçirilmə si müvəqqəti dayandırılmışdır. 9. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə əsasən bankın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsinə, həmçinin hərracın yekunları barədə protokolun və müqavilənin məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün əsas yaradır. Buna baxmayaraq Nərimanov rayon İcra şöbəsi 08.05.2018-ci il tarixdə xxxx” MMC-yə ünvanladığı məktubda hərracın dayandırılmasını qeyd etmiş, həmin məktub 30 günlük müddət axımı başlanandan 6 gün sonra 10.05.2018-ci il tarixdə daxil olmuş və müddət axımı kəsilmişdir. Lakin müddətin dayandırılması haqqında məktub daxil olduqdan sonra hərrac təşkilatçısı əmlakın satılmasının dayandırılmasına dair heç bir qərar (protokol) qəbul etməm iş, bu halda müddətin axımı dayandırılmış hesab edilə bilməz.
10. Bundan sonra, 01.02.2019-cu il tarixdə hərrac barədə yenidən elan verilmiş, və xxxx” MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış 26.02.2019-cu il tarixli, Y-12/01 saylı hərracın yekun protokoluna əsasən mənzil bank tərəfindən əldə edilmişdir. Mübahisəli ipoteka predmetinə dair ipoteka saxlayan tərəfindən əldə etmə müddəti 04.05.2018-ci il tarixdə başlamış, 6 gün sonra, 10.05.2018-ci il tarixdə müddət dayandırılmış və 01.02.2019-cu il tarixdə müddət başlamışdır, 26.02.2019-cu il tarixdə mənzilin bank tərəfindən alınması nəzərə alınsa, müəyyən olunur ki, mənzil qanunvericiliklə tələb olunan 30 gün ərzində deyil, 32 gün sonra bank tərəfindən əldə edilmişdir 11. Cavabdeh “Cavabdeh1ASC-nin nümayəndəsi iddiaya etiraz olaraq göstər ib ki, xxxx” MMC-nin 01.02.2019-cu il tarixli 01/466 saylı təklifi banka 04.02.2019-cu il tarixdə təqdim olunmuş və ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 26.02.2019-cu il tarixdə müqavilə bağlanılaraq ipoteka predmeti bankın mülkiyyətinə keçmişdir. Mübahisə edilən 30 günlük əldə etmə müddətinə riayət olunmuşdur.
12. Nərimanov rayon Məhkəməsinin 2(005)-638/2020 nömrəli, 19. 02.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "Cavabdeh1ASC, "xxxx" MMC və Binəqədi Rayon İcra və Probasiya şöbəsi tərəfindən imzalanmış "ipoteka saxlayana ipoteka predmetinə əldə edilməsi üçün keçirilmiş hərracın yekunlarına dair protokola əsasən" Cavabdeh1” ASC tərəfindən 130050 manat qiymətlə xxx mənzilinin alınması na dair hərracın yekunları üzrə 26.02.2019-cu il tarixli, 12/01 nömrəli protokol və alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, xxx mənzilinin üzərində ipoteka yüklülüyünə xitam verilmiş, Cavabdeh1 ASC tərəfindən xxx mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış ləğv edilmişdir. (hakim Kəmalə Əmirxanova)
13. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, ipoteka predmeti olan mübahisəli mənzilə dair 27.03.2018-ci il tarixdə ilk hərrac eçirilsə də, baş tutmamış, 30.04.2018-ci il tarixdə keçirilən təkrar hərrac da baş tutmamış, təkrar hərracın baş tutmaması barədə "xxxx” MMC tərəfindən sifarişçi Nərimanov rayon İcra şöbəsinə məktub ünvanlanmış, həmçinin “Birja yenilikləri” qəzetinin 04.05.2018-ci il tarixli buraxılışında elan dərc edilmişdir. İlkin və təkrar hərraclar ba ş tutmadığına görə ipoteka predmetinin alınması ipoteka saxlayana təklif edilmiş və 04.05.2018-ci il tarixdən 30 günlük müddət axımı başlamışdır. 10.05.2018-ci il tarixdə Nərimanov rayon İcra şöbəsinin 08.05.2018-ci il tarixli məktubu xxxx” MMC-yə daxil olmuş, həmin məktubla Xətai Rayon Məhkəməsinin 2(011)937/2017 saylı icra sənədindən apellyasiya şikayəti verildiyi üçün hərracın keçirilməsi müvəqqəti dayandırılmış, həmin məktub 30 günlük müddət axımı başlanandan 6 gün sonra 10.05.2018-ci il tarixdə daxil olmuş və müddət axımı kəsilmişdir. Bundan sonra, 01.02.2019-cu il tarixdə hərrac barədə yenidən elan verilmiş və hərrac təşkilatçısı ilə Cavabdeh1 ASC arasında bağlanmış 26.02.2019-cu il tarixli, Y-12/01 saylı hərracın yekun protokoluna əsasən mənzil bank tərəfindən əldə edilmişdir.
14. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına əsasən hesab etmişdkir ki, ipoteka predmeti olan mənzil qanunvericiliklə tələb olunan 30 gün ərzində deyil, 32 gün sonra bank tərəfindən əldə edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş protokollar qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Poçt xəbərnamələrindən, eləcə də iddiaçının izahatından görünür ki, bu barədə məlumatlı olmuş, lakin müəyyən səbəblərdən hərracın keçirilməsində iştirak etməmişdir.
16. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, qeyd olunan hərracın yekunlarına dair protokol iştirakçılar tərəfindən qanunvericiliklə müəyyən edilmiş 30 təqvim günündən artıq müddətdə bağlandığından protokolun və alqı-satqı müqaviləsinin etib arsız hesab edilməsi, ipotekaya xitam verilməsi və çıxarışın ləğv edilməsi barədə iddiası əsaslıdır və təmin edilməlidir.
17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 337.1, 337.4, 337.5. 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1, 43.1.1 və 43.8-ci ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh Cavabdeh1 ASC qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, 01/466 saylı, 01.02.2019cu il tarixli məktub Banka 04.02.2019-cu il tarixində daxil olmuşdur. Həmin məktubun nüsxəsi məhkəməyə rəsmi qaydada təqdim olunmasına baxmayaraq, məhkəmə bu sübutu nəzərə almamışdır.
20. Hazırki işdə əldə etmə müddətinin axımı təklifin Bank a daxil olduğu 04.02.2019cu il tarixindən başlamışdır, Bank 26 fevral 2019-cu il tarixində müqavilə bağlamaqla iradə ifadəsini əks etdirmişdir.
21. Həmçinin, hərracın təşkilatçısı olmadığından, Bankın hərrac prosedurlarına nəzarət etmək vəzifəsi də yoxdur.
22. Tələbin rədd edilməsinin digər əsası isə odur ki, qanunvericiliyə əsasən Bank sözügedən əmlaka dair çıxarış alaraq, vicdanlı əldə edən hesab olunur.
23. Bundan başqa, iddiaçı hərrac baş tutduğu tarixə qədər borcu bağlayaraq ipoteka predmetini girovdan azad edilməsinə nail olmaq kimi imkanının olmasına baxmayaraq, kredit borcunu ödəməmiş və mübahisəli əmlakı satın almağa çalışmamışdır.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5178/2020 nömrəli, 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilm iş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-638/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı iddiası təmin edilməmişir. (hakimlər Fuad Babayev (sədrlik edən, məruzəçi), Ziya Şirinov, Elnur Həsənov)
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ipoteka predmeti olan mənzilin qanunvericiliklə tələb olunan 30 gün ərzində deyil, 32 gün sonra bank tərəfindən əldə edilməsi barədə gəldiyi nəticəni əsassız hesab edərək, müəyyən edib ki, 01.02.2019-cu il tarixdə hərrac barədə yenidən elan verilmiş və "xxxx” MMC-nin iş üzrə tərəflərə ünvanladığı 01/466 saylı, 01.02.2019-cu il tarixli məktub cavabdeh Bank tərəfindən 04.02.2019-cu il tarixdə qəbul edilmişdir.
26. Apellyasiya instansiyasının mövqeyinə görə bu isə o deməkdir ki, 30 günlük müddətin axımı 04.02.2019-cu il tarixdən başlamış və hərrac təşkilatçısı ilə Cavabdeh1 ASC arasında bağlanmış 26.02.2019-cu il tarixli, Y-12/01 saylı hərracın yekun protokoluna əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət keçirilmədən mənzili əldə etmişdir.
27. Apellyasiya instansiyası ipoteka predmetinin bank tərəfindən qanunverciliklə müəyyən edilmiş müddət ərzində əldə edilməsinə istinadən iddianın əsassız olması nəticəsinə gələrək, iddianı təmin edən birinci instansiya məhkəməsini qətnaməsini ləğv, iddianı rədd etmişdir.
28. Apellyasiya məhkəməsi mövqeyini “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42, 43.8, Mülki Məcəllənin 415.2 və 416-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarını n izahatları a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, ipoteka predmetinin alınması ilə bağlı ipoteka saxlayana bildiriş göndərilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, müddətin axımının bildirişin alınmasından hesablanması düz deyil. Qanunvericiliyə görə təkrar hərracın baş tutmaması üçün elan verilir, müddət də elan verildiyi vaxtdan hesablanmalıdır. Belə bir mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)6883/19 saylı, 28 oktyabr 2019-cu il tarxili qərarında da əks edilib.
31. Həmçinin apellyasiya instansiyası hazırki mübahisəyə faktiki olaraq “İcra haqqında” Qanunun 53-cü maddəsini tətbiq etməklə, hüququn tətbiqində səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Cavabdeh Cavabdeh1 ASC tərəfindən kassasiya şikayətinə qarşı yazılı etirazı daxil olmuşdur. Etirazın dəlilləri ondan ibarətdir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük əldə etmə müddəti ipoteka predmetinin ipotekasaxlayana təklif edilməsi barədə Banka məlumat verilməsindən sonra başlayır.
33. Həmçinin hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka saxlayana oferta göndərilməsini qanunvericilik qadağan etmir. Bütün hallarda ipoteka predmeti ipoteka saxlayana təklif (oferta) edilməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə kollegiyası nın iclasında İddiaçı vəkili Vəkil1kassassiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
35. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə, vəkil Məmmədov Amid Əbülfəz oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər.
36. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər "xxxx” MMC və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin, üçüncü şəxs Nərimanov rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlmədiyi və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 415.2. Qanunveric ilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun Maddə 41.2.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 41.3.Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiy mətini əks etdirir. Maddə 41.5.Hərrac açıq auksion formasında keçirilir. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakısatış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallar ının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək iş ə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
41. İddia tələbi hərracın yekunları barədə protokolun və əmlakın alqı-satqı barədə müqavilənin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməklə, mənzilin ipoteka yüklülüyündən azad edilməsi, mənzil üzərində bankın mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi və bu barədə müvafiq qeydin aparılması barədədir. İddiaçı tələbini ipoteka saxlayanın ipoteka predmetini müddətin ötürülməklə əldə etməsi ilə əsaslandırıb.
42. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, 01.02.2019-cu il tarixdə hərrac barədə yenidən elan verilmiş və xxxx” MMC-nin iş üzrə tərəflərə ünvanladığı 01/466 saylı, 01.02.2019 -cu il tarixli məktub cavabdeh Bank tərəfindən 04.02.2019-cu il tarixdə qəbul edilmiş, 30 günlük müddətin axımı 04.02.2019-cu il tarixdən başlamış və hərrac təşkilatçısı ilə Cavabdeh1 ASC arasında müqavilə 26.02.2019-cu il tarixdə bağlanmış və bununla da ipoteka saxlayan ipoteka predmetini qanunvericilikdə nəzərdə tutulmuş müddət keçirilmədən əldə etmişdir.
43. Göründüyü kimi, iddiaçının ipoteka saxlayan tərəfindən ipoteka predmetinin 30 günlük müddətin ötürülməsi ilə bağlı dəlili apellyasiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən təkzib edilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
45. İpoteka predmetinin alınması ilə bağlı ipoteka saxlayana bildiriş göndər ilməsinin qanunvericilikdə nəzərdə tutulmaması və bu səbəbdən də müddətin axımının bildirişin alınmasından hesablanmasının düzgün olmaması, bu barədə oxşar iş üzrə kassasiya məhkəməsinin qərarının olması barədə kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir. Çünki iddiaçının qeyd etdiyi həmin işdə ipoteka predmeti ipoteka saxlayan tərəfindən ümumiyyətlə əldə edilməmişdi.
46. Bu baxımdan, kassasiya şikyətinin dəlilləri əsassızdır.
47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5178/2020 nömrəli, 29 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.