Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1459/2022 07.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD İşin icraata qəbul edilməsindən imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2020 saylı, 25.02.2020-ci il tarixli qətnaməsi ilə iş üzrə iddialar rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02.07.2021-ci il tarixli, 2(103)-444/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “qeyri-yaşayış sahəsinə pay hüququnun, istifadə və sahiblik hüququnun tanınması v ə istifadəyə maneələrin aradan qaldırılması barədə” ilk iddiasına, üçüncü şəxs X1 cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, istifadə və sahiblik hüququnun tanınması, istifadəyə maneələrin aradan qaldırılması barədə” müstəqil iddiasına və iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı Nazan oğluna qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 30.01.2020-ci il tarixli dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(102)6889/2021 saylı qərardadı ilə (hakimlər İ.Xəlilov (sədrlik edən, məruzəçi), Ə.Əliyev, M.Əhmədova) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2021-ci il tarixli qə tnaməsindən iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, kassasiya şikayəti MPM-nin oktyabrın 1dən qüvvəyə minmiş normalarının tələblərinə uyğun olaraq verilməmiş, yəni, kassasiya şikayətinin göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə həyata keçirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-444/2021 nömrəli 13.12.2021-ci il tarixli qərardadı ilə (hakimlər N.Cəfərov (sədrlik edən, məruzəçi), X.Sarıyev, E.Mehdiyev) iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti AR Ali Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(102)-6889/2021 saylı qərardadında qeyd olunan göstərişlərə uyğun olaraq geri qaytarılmışdır. İddiaçı X2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 1 3 dekabr 2021-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 402.2.2. maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 404-1.2. maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar o lmadıqda kassasiya şikayətinin qeyrimümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1.2. maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı X1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-444/2021 nömrəli iş üzrə 13 dekabr 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1459/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-1459/2022
07.02.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver