Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1469/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2018-ci il tarixli 2(103)6972/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Q.Sadıqov, iş № 2(007)-1511/2018) İddiaçı cavabdeh Bakı şəhəri 220 №-li Məktəb-Liseyə qarşı işə bərpa və məcburi işburaxma müddət i üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, S.F.Hacıyev və R.Ə.Eyvazov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı 2004-cü ildən 220 №-li Məktəb-Liseydə ingilis dili müəllimi kimi fəaliyyət göstərmiş, Məktəb-Liseyin direktorunun 28 dekabr 2017-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. 2018-ci ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tədris etdiyi ingilis dilinin şagirdlər tərəfind ən qavranma keyfiyyətinin və fənnə olan maraqlarını artırmaq üçün qeyri-adi tədris metodikasından istifadə etməsini və bu məqsədlə azərbaycanlı və erməni uşaqlarında tolerantlığı təşviq edə biləcək “Ermənimisən Türkmüsən, Hayes Türkes” adlı ingilis dilində 47 və 70 dəqiqəlik video filmlər çəkməsini və bununla əlaqədar onun məktəbin rəhbərliyi tərəfindən qərəzli olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasını əsas göstərməklə işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək çəkdiyi filmlərin onun tərəfindən əmək və i cra intizamının pozulması kimi qiymətləndirilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas verməməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə kollegiyası tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdir ilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi cavabdehin 28 dekabr 2017-ci il tarixli 49 saylı əmri ilə ləğv edilmişdir. Əmrə görə iddiaçı əmək funksiyasını, vəzifə öhdəliklərini yerinə yetirməmiş, müəssisədə işin, təlim-tədris prosesinin, əmək və icra intizamının normal ahəngini pozmuş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər nəticəsində təhsil müəssisəsinin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Əmrin verilməsi üçün əsas kimi məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Aybəniz Mirzəliyeva və Əfsanə Seyidovanın tə qdimatlarına və məktəbin Həmkarlar İttifaqı Komitəsinin qərarına və s. istinad olunmuşdur. Həmin sənədlərdən görünür ki, İddiaçı tərəfindən məktəb rəhbərliyinin razılığı olmadan çəkilmiş video filmlərdə şagirdlərin iştirakı ilə zorakılıq və müharibə nümayiş olunan səhnələr çəkilmiş, şagirdlərin yaş həddi nəzərə alınmadan əllərinə silah verilmiş, qollarına qandal taxılmış, bu zaman onların yaşı və psixologiyası nəzərə alınmamış, ingilis dilinin tədrisi ilə bağlı üzərinə düşən əmək funksiyalarını yerinə yetirməmiş, dərslər şagirdlərin ayaqlarını dərs boyu yerə döymələri, əl çalmaları və ucadan mahnı oxumaları şəraitində keçirilməklə məktəbdə tədrisin, əmək intizamının normal ahəngi pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funks iyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsi pozula bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “c” bəndinə görə işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulması əmək vəzifələrinin kobud şəkildə pozulması sayılır. İşə baxan məhkəmə instansiyaları hesab etmişlər ki, iddiaçının yol verdiyi yuxarıda göstərilən hərəkətləri onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə pozulması uçun əsas vermişdir. İş materiallarından görünür ki, iddiaçı 28 dekabr 2017-ci il tarixli əmrlə işdən azad olunmuş, lakin işə bərpa tələbi ilə məhkəməyə 15 fevral 2018-ci il tarixdə, 1 ay 18 gün sonra müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız hesab edib rədd edərkən digər əsaslarla yanaşı eyni zamanda iddia müddətinin ötürülməsinə və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verməsinə istinad etmişdir. Kassasiya şikayətində iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məhkəməyə 16 mart 2018-ci il tarixdə daxil olduğu halda 15 mart 2018-ci il tarixdə, 1 gün əvvəl işə baxan məhkəmə tərəfindən həmin ərizənin nəzərə alınması qətnamənin ləğv edilməsi üçün əsas kimi göstərilmişdir. Kollegiya kassasiya şikayətinin həmin dəlili ilə razılaşmayaraq, hesab edir ki, müddətin tətbiqi barədə ərizənin verilib-verilməməsindən asılı olmayaraq məhkəmə Əmək Məcəlləsinin 296-cı maddəsinin qüvvəsini tətbiq etməklə iddianı müddətin bitməsi əsası ilə r ədd edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinə görə işçi fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qanunun həmin müddəası müddətin ötürülmüş hesab edilməsi üçün mübahisə edən tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin verilməsinin vacibliyini nəzərdə tutmadığından və Əmək Məcəlləsinin 296-cı maddəsi belə vəziyyətdə ərizə olmadan iddia müddətinin ötürülmüş hesab edilməsi üçün əsas verdiyindən kollegiya şikayəti əsassız sayır. İddia ərizəsindən görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətini 1 həftədən sonra almışdır. Bu isə təsdiq edir ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən olunmuş məhkəməyə müraciət etmə müddətini ötü rmüşdür. Göstərilən vəziyyətdə hesab olunmuşdur ki, iddiaçı qanunda müəyyən olunmuş 1 aylıq müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdə yalnız işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi xahiş olunmuş, əmək müqaviləsinin ləğv edilməsinə dair cavabdehin 28 dekabr 2017-ci il tarixli əmri mübahisələndirilməmişdir. Lakin buna baxmayaraq məhkəmə instansiyaları əmrin qanuniliyini də araşdırmış və hesab etmişlər ki, əmr əmək qanunvericiliyinin tələbləri gözlənilməklə verilmişdir. (Əmək Məcəlləsinin 84-cü maddəsi) Kollegiya hesab edir ki, işə baxan məhkəmə əmrin mübahisələndirilməməsindən asılı olmayaraq əmrin qanuniliyini araşdırıb ona qiymət verə bilər. Digər tərəfdən əmrin mübahisələndirilməm əsi qoyulmuş tələblər üzrə qanuni qərar qəbul edilməsinə mane olmur və bu zaman işə bərpa tələbinin təmin və yaxud rədd edilməsi üçün həlledici əhəmiyyət kəsb etmir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, işin yuxarıda göstərilən halları iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas verdiyindən iddia həm tələbin əsassız olması səbəbindən və həm də, qanunda müəyyən olunmuş 1 aylıq müddətin ötürülməsi səbəbindən düzgün olaraq rədd olunmuşdur. Qətnamənin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsində müəyyən olunmuş əsaslar olmadığından kollegiya kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 16 iyul 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1469/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1469/2019
06.03.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver