Məhkəmə qərarları › İş №2(102)-1485/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1485/2024

31.05.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödəni
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1485/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcunun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və ipotek a predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli 2(103)-944/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında 27 may 2013-cü il tarixdə kredit müqaviləsi bağlanaraq sonuncuya “AUDİ-R8” markalı avtomobilin alınması məqsədilə, illik 18% ödəməsi şərtilə 36 ay müddətinə 84.000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq adı çəkilən şəxsə məxsus “Audi-R8” minik markalı **-UE-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2009, ban WUAZZZ427AN000467, rəngi ağ) nəqliyyat vasit əsi eyni tarixli ipoteka müqaviləsi əsasında bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, bankın kredit komitəsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixinə qədər uzadılmışdır. 2. xx.xx.2015-ci il tarixdə həmin kredit müqaviləsi üzrə öhdəliyin Cavabdeh2 keçirilməsinə dair bankla sonuncu arasında müqavilə bağlanmış, bu müqaviləyə görə Cavabdeh2 girovda olan Cavabdeh1 məxsus “Audi-R8” minik markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili 69.750 ABŞ dollarına alaraq kredit müqaviləsindən yaranan öhdəliyi (cəmi 90164,22 ABŞ dolları) icra etməyi üzərinə götürmüş, bununla əlaqədar eyni tarixdə Cavabdeh2 təsdiq etdiyi ödəniş qrafiki tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaç ı ləğv prosesində olan "xxxx" ASC məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 65978,16 ABŞ dolları əsas borc, 3334,73 ABŞ dolları faiz borcu, 1624,14 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 70937,03 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehə məxsus olan “Audi-R8” minik markalı, 10-UE770 dövlət qeydiyyat nişanlı (buraxılış ili 2009, ban WUAZZZ427AN000467, rəngi ağ) nəqliyyat vasitəsinə yönəldilərək açıq hərrac vasitəsilə satılmasından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissədə ümumi qaydada cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ləğv prosesində olan "xxxx" (İddiaçı) ASC (bank) Cavabdeh1 qarşı iddia ərizəsi, sonradan isə Cavabdeh2 da cavabdeh qismində göstərdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh1 arasında 27 may 2013cü il tarixdə kredit müqaviləsi bağlanaraq ona illik 18% ödəməsi şərtilə 36 ay müddətinə 84.000 ABŞ dolları məbləğində kredit verildiyini, kredit öhdəliyinin təminatı qismində adı çəkilən şəxsə məxsus “Audi-R8” minik markalı **-UE-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2009, ban WUAZZZ427AN000467, rəngi ağ) nəqliyyat vasitəsinin eyni tarixli ipoteka müqaviləsi əsasında bankın xeyrinə ipoteka ilə yüklü edildiyini, xx.xx.2015-ci il tarixdə həmin kredit müqaviləsi üzrə öhdəliyin Cavabdeh2 keçirilməsinə dair bankla sonuncu arasında müqavilə bağlandığını, bu müqaviləyə görə Cavabdeh2 girovda olan Cavabdeh1 məxsus “Audi-R8” minik markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili 69.750 ABŞ dollarına alaraq kredit müqaviləsindən yaranan öhdəliyi icra etməyi üzərinə götürdüyünü bildirmiş, buna görə də Cavabdeh2 bankın ləğvedicisinin xeyrinə 55.403 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 24.792,60 ABŞ dolları faiz, 41.607,41 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 4352,54 ABŞ dollarının, yəni cəmi 126.155,55 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus olan “Audi-R8” minik markalı **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, avtomobilin açıq hərracdan satılmasından əldə edilmiş vəsait hesabına borcun ödənilmə si, satışdan əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, xx.xx.2013-cü il tarixli, 78/2013 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 55.403 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 24.792,60 ABŞ dolları faiz, 41.607,41 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 4.352,54 ABŞ dolları, cəmi 126.155,55 ABŞ dolları məbləğində borcu vardır. Ləğv prosesində olan "xxxx" ASC Cavabdeh1 ünvanladığı xəbərdarlıqdan məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir.

6. Bak ı şəhəri Yasamal Rayon Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli, 2(004)119/2020 nömrəli qətnaməsi ilə (hakim F.Əyyubov) iddia tələbləri təmin edilməmişdir.

7. Məhkəmənin qənaətinə görə qanunvericiliyin tələblərinə zidd olaraq "xxxx" ASC ilə Cavabdeh2 borclu Cavabdeh1 iştirakı və razılığı olmadan onun mülkiyyətində olan nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini bağlamış, həmin müqavilə ilə öhdəlik üçüncü şəxs Cavabdeh2 verilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2013-cü il tarixli, 78/2013 saylı kredit müqaviləsi üzrə borc öhdəliyinin Cavabdeh2 keçməsini və həmin borcun ondan tutulmalı olmasını iddia etsə də, tələbini əsaslandıran mötəbər sübutları( müqavilənin əslini və ya təsdiq olunmuş surətini) məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, müqavilənin əsli m əhkəməyə təqdim edilsə belə, borclu Cavabdeh1 razılığı olmadan öhdəliyin Cavabdeh2 ötürülməsi qanuna müvafiq hesab edilə bilməz. Belə ki, öhdəlik Cavabdeh1 tərəfindən Cavabdeh2 müqavilə bağlanılmaqla ötürülməli, müvafiq sənədlər yeni borcluya təhvil verilməli, həmçinin kreditor bu barədə razılıq verməlidir. Məhkəmə hesab etmişdir ki, bu halda Cavabdeh2 öhdəliyi yaranmamışdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, həmin müqavilə ilə bank ipoteka saxlayan olsa da, başqasının (Cavabdeh1) mülkiyyətində olan avtomobilə dair sərəncam verə bilməzdi ki, bu razılaşma da özü-özlüyündə əhəmiyyətsizdir və yeni bağlanmış müqavilənin ipoteka təminatı kimi çıxış edə bilməz.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 273, 390.1, 522.1, 522.3, 552.2-ci, İpoteka haqqında Azərba ycan Respublikası Qanununun 1.0.1, 10.2, 30.1-ci və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, qanunvericiliyi səhv tətbiq etdiyini, Cavabdeh2 xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək 19.331 ABŞ dolları kredit ödənişi həyata keçirmiş olmasını baxmayaraq, öhdəliyin ona ötürüldüyünün sübuta yetirilmədiyi kimi əsassız nəticəyə gəldiyini irəli s ürmüşdür.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 fevral 2021-ci il tarixli 2(103)-944/2021 saylı qətnaməsi ilə (hakim E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A. Mərdanova və F.F.Babayev) birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh2 55403 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 22.361 ABŞ dolları faiz, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə 4352,54 (dörd min üç yüz əlli iki dollar 54 sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 82116,54 (səksən iki min yüz on altı dollar 54 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnə sinə uyğun Azərbaycan manatı ilə) əsas kredit borcu, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 45,80 manat ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulması, ipoteka predmeti olan Cavabdeh1 məxsus “Audi-R8” minik markalı 10- UE-770 dövlət qeydiyyat nişanlı (buraxılış ili 2009, ban WUAZZZ427AN000467, rəngi ağ) nəqliyyat vasitəsinə tutma yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və Cavabdeh2 tutulmalı olan pul məbləğinin həmin avtomobilin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, kreditin təminatı olan avtomobilin satışından əldə olunacaq pul vəsaiti hesabına iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan məbləğin Cavabdeh1 qaytarılması, iddia tələbləri nin qalan hissələrdə təmin olunmamasını qət etmişdir.

11. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı bankla cavabdehlər arasında kredit (ipoteka) və öhdəliyin ötürülməsi müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

12. İddiaçı bankın Cavabdeh2 55.403 ABŞ dolları əsas borc məbləğini tələb etməsini və birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə 27 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə olan faiz borcunun məbləğinin 22.361 ABŞ dolları təşkil etdiyinin müəyyən olunduğunu nəzərə almaqla kollegiya hesab etmişdir ki, müvafiq hissədə iddia tələbi qismən təmin olunmalı, Cavabdeh2 55.403 ABŞ dolları əsas və 22.361 ABŞ dolları faiz borcu bankın xeyrinə tutulmalıdır.

13. Kollegiya iddiaçının “Cavabdeh2 müqavilənin müddətinin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 4352,54 ABŞ dolları faiz borcunun tutulması” tələbini də əsaslı hesab etmişdir. Belə ki, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, Cavabdeh2 öhdəliklərini vaxtında yerinə yetirməmişdir; onun 55 403 ABŞ dolları əsas borcuna xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixinə (18 ay 26 gün) qədər illik 5%-lə hesablanacaq faiz isə 4352,54 ABŞ dolları təşkil edir (55 403 x 5% = 2770,15 (illik) x 18 ay 26 gün = 4352,54 ABŞ dolları).

14. Belə ki, Cavabdeh2 ilə iddiaçı bank arasında bağlanılmış müqavilədə öhdəliyin yerinə yetirilməməsinə görə cavabdehin penya (dəbbə pulu ) ödəməli olduğu razılaşdırılmamışdır. Halbuki, Mülki Məcəllənin 462.1-ci maddəsində təsbit edilmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bu isə o deməkdir ki, tərəflər arasında bağlanılmış müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallarda cavabdehin həmçinin penya ödəməli olduğu razılaşdırılmamışdırsa, ona qarşı yönəlmiş bu cür tələb təmin oluna bilməz. Bununla belə kollegiya iddiaçının “Cavabdeh2 41.607,41 ABŞ dolları cərimə borcunun tutulması” tələbini əsaslı hesab etməmişdir.

15. Məhkəmə kollegiyası iddianın “tutmanın Cavabdeh1 məxsus olan “Audi-R8” minik markalı **-UE-*** dövlət qey diyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, avtomobilin açıq hərracdan satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi” hissəsini də əsaslı hesab edərək vurğulamışdır ki, “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

16. Kollegiya iddianın “satışdan əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh2 tutulması” hissəsi ilə bağlı isə qeyd etmişdir ki, bu tələbin müstəqil şəkil də irəli sürülməsinə ümumiyyətlə zərurət mövcud deyildir, çünkü, yuxarıda qeyd edildiyi kimi iddiaçının Cavabdeh2 tələb etdiyi pul məbləğinin tutulması qənaətinə gəlinmişdir (qismən) və qanunvericiliyin tələbinə görə, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 317, 319.1, 319.4, 385, 386.1, 445.7, 448.1, 462.1, 522.1-ci, “İpoteka haqqında” Qanunun 39.3.3, 39.3 və “İcra haqqında” Qanunun 51-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6667/2023 nömrəli iş üzrə 22 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun məhkəmədə iştirakı təmin olunmamışdır. Əgər olunsa idi iddiaçı sübutlarını təqdim etmiş olardı, banka və borclu Cavabdeh1 qarşı etirazlarını irəli sürə bilərdi. Lakin, məhkəmə prosesi, iclası barədə ona hər hansı bildiriş, məlumat, telefon zəngi, sms bildiriş gəlməmişdir. Bu səbəbdən də onun məhkəmədə müdafiə olunmaq hüququ Mülki Məcəllənin kobud şəkildə pozulmuşdur. Obyektiv həqiqətin müəyyən olunması baxımından çəkişmə prinsipi pozulmuş, onun iştirakı təmin olunmamışdır. Məhkəmə qətnaməsindən dekabr ayının əvvəlində Yasamal Rayon İcra Şöbəs inin dəvəti nəticəsində məlumatlı olmuş, qətnaməni rəsmi qaydada ümumiyyətlə almamışdır.

20. İddiaçı kassasiya şikayətinə əlavə təqdim edərək göstərmişdir ki, iddianın təmin olunmasının hüquqi əsası olan xx.xx.2015-ci il tarixli, yəni kredit müqaviləsi üzrə öhdəliyin keçirilməsinə dair müqavilə (surəti və əsli) iddiaçı tərəfindən birinci instansiya məhkəməsindəki icraat zamanı təqdim edilməmişdir. Həmin müqavilə yeni sübut kimi yalnız apellyasiya icraatı zamanı təqdim edilmişdir ki, iddiaçı tərəfindən həmin sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmamış və məhkəmə həmin yeni sübutu qəbul edərək, məhz həmin sübuta istinadən iddianı təmin etmişdir. Bununla belə işə baxan apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını təhrif olunmuş formada təfsir edərək öz qərarında göstərmişdir ki, “iş materiallarında Cavabdeh2 həmin müqavilənin bağlandığı gün təsdiq etdiyi ödəniş qrafikinin əsli mövcuddur və bu sənədin varlığı ağlabatan mühakimə əsasında onun, Cavabdeh1 kredit öhdəliyini üzərinə götürmüş olması nəticəsinə gəlməyə imkan verir. Nəhayət nəzərə alınmalıdır ki, mülki qanunvericilik öhdəliyin üçüncü şəxsə keçirilməsi üçün borclunun razılığını tələb etmir”. Odur ki, göstərilən vacib əhəmiyyətli halların nəzərə alınmasını, maddi və prosessual hüquq normaların düzgün tətbiq edilməsini kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə əlaqəli şəkildə yoxlanılmasını məhkəmədən xahiş etmişdir.

21. Cavabdeh2 tərəfindən kassasiya şikayətinə əlavə göndərilərək, qeyd etmişdir ki, iddianın təmin olun masının hüquqi əsası olan xx.xx.2015-ci tarixli, yəni kredit müqaviləsi üzrə öhdəliyin keçirilməsinə dair müqavilə (surəti və əsli) iddiaçı tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilməmişdir.

22. Kassator öz mövqeyini Mülki Məcəllənin 16, 164, 165, 166, 387, 524, 560-ci və MPM-nın 9, 127-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin vəkili Vəfa Qədirova kassasiya şikayətinə etiraz göndərərək Cavabdeh2 kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə

317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasın ı tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

27. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməl i və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır

30. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şər tləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

32. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

33. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

34. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayan ın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş də lillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilm iş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin də lilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli 2(103)-944/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar