Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1487/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X1rşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1233/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 03 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.2018-ci il tarixli, 91/K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən 3 ay sınaq müddəti müəyyən edilməklə X14 X5 meşəbəyliyinin 09 saylı dolayısına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir.
2. İddiaçı xx.xx.2021-ci il tarixli, 60/K nömrəli əmrlə X14 X9 meşəbəyliyinin 09 saylı dolayından azad edilərək Oğuz meşəbəyliyinin 8a saylı dolayına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. 3. xx.xx.2022-ci il tarixli, 033/K nömrə li əmrlə isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
4. İddiaçı həmin əmrin qanuniliyini mübahisələndirir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X14 Təsərrüfatı Mərkəzinin (bundan sonra “cavabdeh” və ya “Mərkəz”) xx.xx.2022-ci il tarixli 033/K saylı əmrinin ləğv edilərək, Oğuz meşəbəyliyinin 8a meşə dolayında meşə gözətçisi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki Regional Ərazi Şöbəsi iddia ərizə üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının işdən çıxarılmağı tamamilə qanuna ziddir və bütün bunların cavabdehin rəhbərliyi də bilir, sadəcə olaraq onlar iddiaçıdan xilas olmaq üçün bu yola əl atıblar. Belə ki, iddiaçı meşəbəyliyini elədiyi 08a dolayında dəfələrlə qanunsuz qırıntı hallarını aşkar edib, bu barədə həm cavabdehin rəhbərliyinə, həm də müvafiq hüquq mühafizə orqanlarına bildirmişdir. Lakin hər dəfə müxtəlif yollarla həmin şəxslər məsuliyyətdən xilas ola biliblər. Hətta meşəbəyliyini elədiyi 08a dolayında qanunsuz qırıntı edən şəxslərin cavabdehlə əmək müqaviləsi olan şəxslər olduğunu təsbit edib, cavabdehin rəhbərliyinə demişdir. Onlar hal hazırda orad a çalışdığı zaman cavabdehin rəhbəri iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Bu durum həmin rəhbərin də bu şəxslər ilə birlikdə əlbir olduğunu təsdiq edir.
8. İşdən çıxma barədə Əmrin məzmunda deyilir ki, iddiaçının meşəbəyi olduğu 8a dolayında 10 fevral 2022-ci il tarixində qəfildən yoxlama aparılıb və məlum olub ki, 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkar edilib. Yenə əmrdə deyilir ki, 24 fevral 2022-ci il tarixində Mahmudov Eldar tərəfindən aparılan təkrar yoxlama zamanı 8a dolayının ərazisində 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağac kəsilməsi faktı aşkarlanıb. Guya bu kəsilən ağaclar barəsində iddiaçı cavabdehin rəhbərliyinə heç bir məlumat verməmişdir. Cavabdehin rəhbərliyi iddia çının həm onlara, həm hüquq mühafizə orqanlarına, həm də Nazirliyə verdiyi yazılı məlumatları (şikayət ərizələrini) görməzdən gələrək, açıq-aydın yanlış məlumatı Əmrə daxil edərək öz niyyətini biruzə vermişdir. Məhz işə əlavə edilmiş sənədlərdən (ərizələrdən) məlum olur ki, həmin qanunsuz ağac qırıntısı və onların kimlər tərəfindən edildiyi barədə həm cavabdehə, həm hüquq mühafizə orqanlarına, həm də Nazirliyə iddiaçı tərəfindən yazılı məlumat verilmişdir. Bu durum onun göstərir ki, cavabdehin rəhbəri də həmin qanunsuz ağac qıran digər işçilərlə əlbir olub bu qanunsuz hərəkəti icra edirlər. Ondan xilas olmaq və öz işlərini daha da rahat icra edə bilmək üçün iddiaçının əmək müqaviləsinə qanuna zidd olaraq xitam vermişlər. Hətta əmrdə iddiaçının “22 fevral 2022-ci il tarixində keçirilən icla sda “qeyri-etik davrandığı da” qeyd edilib.
9. İddiaçı həmin iclasda bütün bu qanunsuzluqlara hamının cavab verməli olduğunu bildirmişdir. Cavabdehin rəhbəri isə demək ki, iddiaçının bu tələbindən (haqq arama istəyindən) çəkinib, onu bu şəkildə də qaralamağa çalışmışdır. Cavabdehin əmrində deyilir ki, “guya iddiaçı öz vəzifəsini lazımı qaydada icra etməmişdir”. Lakin bu lazımı qaydada icra etmək üçün iddiaçının nə etməli olduğunu demir.
10. Cavabdehin rəhbərliyi də bilir ki, iddiaçı öz vəzifəsini həmişə yüksək peşəkarlıqla icra etmiş, uzun müddətdir ki, bu işdə çalışır və bu işin mütəxəssisidir, heç kimə qanunsuz meşə qırmağa imkan vermir. Cavabdehin iddiaçını işdən azad etməsi Əmək Məcəlləsinin tələblərinə ziddir.
11. İddiaçı tələbini hüquqi əsası kimi Əmək Məcəlləsinin 70, 71, 186-189, 287 və 288-ci maddələrinə istinad etmişdir.
12. Cavabdehin nümayəndəsi iddiaya etiraz etmişdir. Etirazın dəoləri: - Qəbələ RMTM-nin direktorunun Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrinə əsasən 10 fevral 2022-ci il tarixində Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı dolayın ərazisindən 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkarlanmışdır; - Oğuz meşəbəyliyinin meşəbəyisi vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən 24 fevral 2022-ci il tarixdə qeyd olunan meşə dolayında təkrar qəfləti yoxlama aparılmış və yoxlama zamanı dolayın ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Dolayın ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi İddiaçı tərəfindən Mərkəzə heç bir məlumat verilməmişdir; - İddiaçı 22 fevral 2022-ci il tarixdə Mərkəzdə əvvəlki işlərdən qalmış debitor borclarla və 2022-ci ilin plan-proqnoz göstəricilərinin icrası ilə bağlı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyrietik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədə-qorxu gəlib iclas otağını tərk etmişdir. İddiaçının bu hərəkəti ilə bağlı iclas iştirakçılarının iştirakı ilə akt tərtib edilmişdir. Oğuz meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisi olmuş iddiaçı əmək müqaviləsi və tam maddi məsuliyyət haqq ında fərdi müqavilə üzrə öhdəliklərini, öz vəzifə borcunu lazımı qaydada icra etməmiş, meşə dolayının mühafizəsini lazımı səviyyədə təşkil etməmişdir. Buna görə də onunla əmək müqaviləsinə Əmək Məcəlləsini 70-ci maddəsini “ç” bəndi ilə xitam verilmişdir.
13. Qəbələ Rayon Məhkəməsinin e-2(025)-904/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X14 X3 Kənan Yoməddin oğlunun işdən azad olunması barədə 11 mart 2022-ci il tarixli, 033/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X14 X6 meşəbəyliyinin 8a meşə dolayında meşə gözətçisi vəzifəsinə bərpa olunması, məcbu ri iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X14 Təsərrüfatı Mərkəzindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Elman İsayev)
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə xx.xx.2018-ci il tarixli, 91/K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən 3 ay sınaq müddəti müəyyən edilməklə Mərkəzin Oğuz meşəbəyliyinin 09 saylı dolayına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli, 60/K əmrlə Mərkəzin Oğuz meşəbəyliyinin 09 saylı dolayından azad edilərək Oğuz meşəbəyliyinin 8a saylı dolayına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022 -ci il tarixli, 033/K nömrəli əmrlə isə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə əsas kimi göstərilmişdir ki, Qəbələ RMTM-nin direktorunun Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrinə əsasən 10 fevral 2022-ci il tarixində Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı dolayın ərazisindən 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkarlanmışdır. Oğuz meşəbəyliyinin meşəbəyisi vəzifəs ini müvəqqəti icra edən X7 tərəfindən 24 fevral 2022-ci il tarixdə qeyd olunan meşə dolayında təkrar qəfləti yoxlama aparılmış və yoxlama zamanı dolayının ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Dolayın ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi İddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməmişdir. İddiaçı 22 fevral 2022-ci il tarixdə Mərkəzdə əvvəlki işlərdən qalmış debitor borclarla və 2022-ci ilin plan-proqnoz göstəricilərinin icrası ilə bağlı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri-etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədə-qorxu gəlib iclas otağını tərk etmişdir.
15. Birinci instansiya məhkəməsi meşə dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi olmuş iddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməməsi barədə cavabdehin etirazı (həm də işdən çıxarılma əmrin əsası) ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayında qanunsuz ağac kəsilmələri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X14 Təsərrüfatı Mərkəzinin direktoruna, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, o cümlədən Oğuz rayon Polis şöbəsinə məlumat verilməsi iş materiallarına əlavə edilmiş məktublarla sübuta yetirilmişdir.
16. Bund an başqa, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X14 Təsərrüfatı Mərkəzinin direktorunun Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrində qəfləti yoxlama aparılması nəzərdə tutulsa da, qəfləti yoxlama həmin tarixdə deyil, 10 fevral 2022-ci il tarixdə aparılmışdır. İddiaçının işdən çıxarılması barədə əmrdə 10 fevral 2022-ci il tarixli və 24 fevral 2022-ci il tarixli yoxlama barədə aktlara istinad edilsə də, 10 fevral 2022-ci il tarixdə keçirilmiş 000968 nömrəli aktın doğruluğunu “imzası ilə təsdiq etmiş” X11 məhkəməyə göndərdiyi teleqramda imzanın onun tərəfindən imzalanmadığını və yoxlama zamanı iştirak etmədiyi ni bildirmişdir. Bu da həmin aktların doğruluğunu şübhə altına alır və həqiqətən də iddiaçının qeyd etdiyi kimi onun işdən qərəzli çıxarılmasına əsas yaradır.
17. Birinci instansiya məhkəməsi həmçinin göstərmişdir ki, iddiaçının meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri-etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədəqorxu gəlib iclas otağını tərk etməsi hərəkəti əmək vəzifəsinin kobud surətdə pozulması və müəssisənin iş ahənginin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə görə Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək fu nksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçının işdən azad edilə bilməsi üçün olan hallar tərəfindən məhkəməyə təqdim edilməmişdir.
18. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsinin nə üçün zəruri olduğunu əsaslandırmamasını, iddiaçının 2018-ci ildən cavabdeh təşkilatda işlədiyini və bu müddət ərzində hər hansı bir xətaya yol vermədiyini, buna görə onun barəsində intizam tənbeh tədbiri tətb iq edilmədiyini əsas götürərək hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmri əmək qanunvericiliyinin tələbinə uyğun olmadığından, yəni həmin əmr etibarsız olduğundan ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa edilməli və ona Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı ödənilməlidir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 44, 70, 71, 72, 83, 84, 87, 186, 300-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə süb utlara düzgün hüquqi qiymət verməmişdir. Hətta məhkəmə X8 adından məhkəməyə göndərilmiş teleqrama əsaslanaraq “Bu da həmin aktların doğruluğunu şübhə altına alır və həqiqətən də iddiaçının qeyd etdiyi kimi onun işdən qərəzli çıxarılmasına əsas yaradır” kimi səhv nəticəyə gəlmişdir. X8 adından məhkəməyə göndərilmiş teleqramın həqiqiliyi sübuta yetirilmir Həm də X8 Qəbələ RMTM-in direktoruna yazdığı izahat da məhkəmənin səhv nəticəyə gəldiyinə sübutdur. Tacir Əliyevin adından teleqram məhkəməyə sonuncu məhkəmə iclası günü göndərilmiş, izahatı isə o, xx.xx.2022-ci il tarixdə yazmışdır. - məhkəmə meşə qanunvericiliyinə uyğun olmayan ifadələrlə səhv izahlar vermiş və düzgün olmayan əsaslandırmalar etmişdir. Əvvəla, məhkəmə qətnamədə cavabdehin nümayəndəsi və vəkilinin izahatını təhrif olunmuş f ormada qeyd etmiş, qətnamənin məhkəmənin mövqeyi hissəsində də Qəbələ RMTM-in 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrini təhrif etmişdir. Həmin əmrdə bir kəlmə də “qəfləti” sözü yoxdur və əmrin icra müddəti 01 (bir) aydır. 10 fevral 2022-ci il tarixli 000968 nömrəli akt həmin əmrə əsasən keçirilmiş yoxlamanın nəticəsində tərtib olunmuşdur. Həmin yoxlama qəfləti yoxlama deyil. 24 fevral 2022-ci il tarixli akt isə qəfləti yoxlama nəticəsində tərtib olunmuşdur. xx.xx.2022ci il tarixli əmrin qəfləti yoxlama üçün verildiyi sübuta yetirilməmişdir. xx.xx.2022-ci il tarixli yoxlamanın guya həmin vaxtda keçirilməli olmadığı da sübuta yetirilməmişdir; - məhkəmə iddiaçının X14 Təsərrüfatı Mərkəzinin direktoruna, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Res publikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, Oğuz rayon Polis şöbəsinə məlumat verməsini iş materialları ilə təsdiq edilməsini göstərsə də, həmin məktubların tarixi, məzmunu və nəticələri barədə heç nə yazmayıb; - iddiaçı özünü meşələrin qırılmasının qarşısını alan şəxs kimi göstərməyə çalışsa da, hazırda onun meşə fonduna 20000 (iyirmi min) manatdan çox ziyan vurduğunu təsdiq edən və qüvvədə olan aktlar mövcuddur. Hazırda İddiaçı Qəbələ RMTM-nə 20972,35 manat borcu var; - iddiaçı barəsində CM-nin 259.1-ci maddəsi ilə cinayət işi başlanması barədə məlumat məhkəmədən sonra məlum olmuşdur.
22. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1233/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikay əti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Ayaz Mahmudov)
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və apellyasiyanın şikayətinin dəlillərindən biri olan “X8 teleqramı və izahatına məhkəmənin tənqidi yanaşmasına” dair hissədə qeyd etmişdir ki, cavabdeh tərəfə istinad etdikləri mülki işin 130-cu vərəqində olan X8 6 sentyabr 2022-ci il tarixli izahatında yazılanların təsdiq edilməsi məqsədilə sonuncunun məhkəmə iclasına gətirilməsi təklif edilməsinə və məhkəmə iclası bu məqsədlə təxirə alınmasına baxmayaraq, cavabdeh tərəf sonuncunun məhkəməyə gətirilməsini təmin edə bilməmiş, cavabdehin vəkili sonuncunun məhkəməyə gəlməkdən imtina etdiyini, həmçinin onun məhkəməyə ünvanladığı mülki işin 87-ci vərəqində olan 9 avqust 2022-ci il tarixli teleqramda yazılanları təsdiq edən məzmunda məhkəməyə yeni teleqram ünvanlayacağını dediyini bildirmişdir.
24. İddiaçının işdən çıxarılması barədə əmrdə 10 fevral 2022-ci il tarixli və 24 fevral 2022-ci il tarixli yoxlama barədə aktlara istinad edilsə də, 10 fevral 2022-ci il tarixdə keçirilmiş 000968 nömrəli aktın doğruluğunu “imzası ilə təsdiq etmiş” X11 məhkəməyə göndərdiyi teleqramda imzanın onun tərəfindən imzalanmadığını və yoxlama zamanı iştirak etmədiyini bildirmişdir. Cavabdeh tərəf apellyasiya şikayətinə əlavə etdiyi T.Əliyevin izahatını apellyasiya qaydasında məhkəmə iclasında təsdiq edəcəyini bildirsə də, bunu təmin edə bilməmişdir. Əksinə, T.Əliyevin məh kəməyə ünvanlanmış teleqramı təsdiqləmək niyyətində olduğunu bildirmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin “iddiaçının cavabdehə borcunun olması və iddiaçı barəsində CM-nin 259.1-ci maddəsi ilə cinayət işinin başlandığı” barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, meşə fonduna 20000 (iyirmi min) manatdan çox ziyan vurulduğu barədə cavabdeh təşkilat tərəfindən tərtib olunmuş aktlar mövcud olsa da, həmin ziyanla bağlı İddiaçı pulun alınması barədə məhkəmə qərarı və ya İddiaçı həmin ziyanın vurulmasında təqsirkar olduğunu sübut edəcək hər hansı başqa sənədlər məhkəməyə təqdim edilməmişdir.
26. Həmçinin, məhkəmə kollegiyası tərəfindən Oğuz Rayon Polis Şöbəsinə sorğu verilmiş və Oğuz Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş 17 noyabr 2022ci il tari xli 177-15/55-222 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən X14 X5 meşəbəyliyinin 8 a saylı dolayında yaş köküstə bioloji inkişafda olan müxtılif cinsli və diametrli 11 ədəd fısdıq cinsindən olan ağacların qanunsuz kəsilməsinə görə meşə fonduna 4620,59 manat (dörd min altı yüz iyirmi manat əlli doqquz qəpik) məbləğində xeyli miqdarda ziyan vurulması ilə bağlı fakta görə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaqının davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Oğuz RPŞ-yə göndərilmiş, 22 avqust 2022-ci il tarixdə Oğuz RPŞ-nin İQ-nun baş müstəntiqi, polis mayoru Elçin İsmayılovun icraatına qəbul edil ərək ibtidai istintaqı aparılmışdır. Cinayət işinin 2 aylıq istintaq müddəti 10 noyabr 2022-ci il tarixdə başa çatmasına baxmayaraq təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs(lər) müəyyən olunmadığı üçün Azərbaycan Respublikası CPM-in 53.3.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat dayandırılmışdır.
27. Məhkəmə yekun olaraq hesab etmişdir ki, apellyatorun apellyasiya şikayətində göstərdiyi dəlillər heç biri iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməzdi. Birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmiş və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
29. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin maddi dəlilləri ilə eynilik təşkil etməklə tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi İddiaçı onun cavabdeh olduğu və meşə dolayında ağacların kütləvi şəkildə kəsilməsiylə nəticələnən hallara onun göz yumması nəticəsində əmək funksiyasını kobud şəkildə pozması ilə bağlı dövlət əmlakına külli miqdarda ziyanın vurulması və həmin hallara istinadən onun əmək müqaviləsinin ləğv edilməsinə dair işin hallarına apellyasiya instansiyası qətnaməsində münasibət bildirməmiş və həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır b) Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 70, bənd “Ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək k ollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72, bənd “E”. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətin ə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə
300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs i Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiy ası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətna mənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
32. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktını tam mübahisələndirib. Bu ba xımdan kollegiya qətnaməni tam yoxlayır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası gəldiyi nəticəni düzgün hesab etmir.
35. İşdən görünür ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 11 mart 2022-ci il tarixli, 033 nömrəli əmrində iddiaçının meşəbəyi olduğu 8a dolayında 10 fevral 2022-ci il tarixində qəfildən yoxlama aparılması zamanı 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların, 24 fevral 2022ci il tarixində Eldar Mahmudov tərəfindən aparılan təkrar yoxlama zam anı 8a dolayının ərazisində 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağac kəsilməsi faktının aşkar edilməsinə, bu faktlar barəsində iddiaçının cavabdehin rəhbərliyinə heç bir məlumat verməməsinə istinad etmişdir.
36. Birinci instansiya məhkəməsi isə meşə dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi olmuş iddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməməsi barədə həmin faktla bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayında qanunsuz ağac kəsilmələri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X14 Təsərrüfatı Mərkəzinin direktoruna, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Ekologi ya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, o cümlədən Oğuz rayon Polis Şöbəsinə məlumat verilməsi iş materiallarına əlavə edilmiş məktublarla sübuta yetirilmişdir.
37. Məhkəmə kollegiyası gəlinən bu nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi meşə dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi olmuş iddiaçı tərəfindən adı çəkilən orqanlara məlumat verilməsini qeyd etsə də, həmin məlumatların nə vaxt verilməsinə aydınlıq gətirməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarına görə iddiaçının gözətçi olduğu meşə dolayında qanunsuz ağac kəsilməsi faktının aşkar olunması barədə 2 dəfə – 10 fevral və 24 fevral 2022-ci il tarixlərdə – aktlar tərtib edilmişdir.
38. İşdən isə görünür ki, iddiaçı t ərəfindən X14 Təsərrüfatı Mərkəzinin direktoruna məlumat verilməsi 16 fevral 2022-ci il, 05 mart 2022-ci il tarixlərinə təsadüf edir. Başqa sözlə, iddiaçı gözətçisi olduğu meşə dolayında qanunsuz ağac kəsilməsi faktı barədə məlumatı, bu barədə aktların tərtib edilməsindən əvvəl deyil, sonra vermişdir. (i.v.68, 69)
39. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə iddiaçı tərəfindən məlumat verilməsi də həmin orqanın iddiaçıya cavab məktubuna əsasən 26 fevral 2022-ci il tarixdə olmaqla, tərtib edilmiş aktlardan sonrakı dövrə aiddir. (i.v.7)
40. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilmiş məlumata cavabdan isə görünür ki, iddiaçı xx.xx.2022-ci ildə (10 fevral 202 2-ci il tarixli aktdan bir gün əvvəl) həmin idarəyə məlumat versə də, iddiaçının sonradan şikayətçi olmadığı göstərilib.(i.v.6)
41. Oğuz rayon Polis Şöbəsinə iddiaçı tərəfindən verilən məlumatın isə məhz qanunsuz ağac kəsilməsi ilə bağlı olması Şöbənin iddiaçıya cavab məktubu ilə müəyyən edilmir. Oğuz rayon Polis şöbəsinin istinad edilən 18 yanvar 2022-ci il tarixli həmin məktubunda iddiaçıya müraciətinin məhkəməyə aid olması, bu səbəbdən mülki və xüsusi ittiham qaydasında məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunub. (i.v.8)
42. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddiaçının qanunsuz ağac kəsilməsi ilə bağlı məlumat verməsinin təsdiqi kimi istinad etdiyi sənədlərdən 3-ü onun gözətçi olduğu dolayda aşkar edilmiş qanunsuz ağac kəsilməsi barədə tərtib edilən aktlardan sonra kı tarixə təsadüf edir. Digər iki sənəddə göstərilən məlumatlardan birində iddiaçı şikayətindən imtina etmiş, digərində isə məlumatının nədən ibarət olması, ümumiyyətlə, bəlli deyil.
43. Bu da göstərir ki, birinci instansiya məhkəməsi verilən məlumatların tarixi və məzmununa aydınlıq gətirmədən qeyd edilən nəticəyə gəlmişdir ki, bu da əsaslı hesab edilə bilməz.
44. Buna görə də birinci instansiya məhkəməsinin adı çəkilən sənədlərə istinadən iddiaçının qanunsuz ağac kəsilməsi barədə müvafiq orqanlara məlumat verməsi barədə gəlinən nəticə həmin sənədlərə MPM-in 88-ci maddəsinin tələbləri baxımından qiymət verilmədiyi üçün əsaslı sayıla bilməz. Halbuki iddianın təmin edilmə əsasından biri kimi birinci instansiya məhkəməsi məhz iddiaçının qanunsuz ağac kəsilməsi barədə müvafiq orqanlara məluma t verməsinə istinad etmişdir. Baxmayaraq ki, işəgötürən orqan olan Mərkəz də iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi iddiaçının aşkar edilmiş pozuntular barədə məlumat verməməsini göstərmişdir.
45. Həmçinin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X14 Təsərrüfatı Mərkəzinin direktorunun Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrində qəfləti yoxlama aparılmasının nəzərdə tutulmasına baxmayaraq, qəfləti yoxlamanın həmin tarixdə deyil, 10 fevral 2022-ci il tarixdə aparılmasını qeyd etsə də, həmin əmrin məzmununda yoxlamanın qəfləti aparılmasına dair, ümumiyyətlə, hər hansı qeydin olmamasına, həmin əmrin icra müddətinin 1 ay müəyyən edilməsinə də diqqət yetirməmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
47. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi də işin qeyd edilən hallarına diqqət yetirməyərək, birinci instansiya məhkəmə sinin səhvini təkrarlamış, hətta cavabdehin bu barədə apellyasiya şikayətinin konkret dəlillərinə (cavabdehin məlumatlarının tarixi və məzmunu, 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrin məzmunu ) də əhəmiyyət verməmişdir.
48. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.
49. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
50. Apellyasiya instansiyası məhkəməsi qətnamədə mübahisə ilə bağlı tərəflərin mövqeyini ümumi formada qeyd etməklə kifayətlənərək iş materiallarında olan sənədləri sadalamış, sonra da maddi və prosessual hüquq normalarını qeyd edib, iddiaçının işə bərpa edilməli olması barədə birinci instansiya məhkəməsini gəldiyi nəticəni əsaslı saymışdır.
51. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 53. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki h allar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
54. Şərh edilənlərdən göründüyü kimi, barəsində kassasiya şikayəti verilən qətnamə əsaslılıq və qanunilik barədə prosessual qanunverciliyin müəyyən etdiyi tələblərə cavab vermir.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
56. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X14 Təsərrüfatı Mərkəzinin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1233/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.