Məhkəmə qərarları › İş №2(102)-1487/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1487/2025

20.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1487/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: alimentin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1031/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər 2011-ci ildə nikah bağlamışlar.

2. Onların nikahından xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 (bundan sonra – uşaqlar) anadan olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı uşaqların 18 yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün 235 manat, xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatana kimi qulluğa görə ona hər ay 270 manat alimentin, eləcə də 55 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, cavabdehlə faktiki olaraq ayrılmışlar. Cavabdehlə ayrıldığı vaxtdan uşaqlar onun yanında qalmışdır. Uşaqlar azyaşlı olduğundan, mütəmadi olaraq müayinə və müalicə üçün mad di yardıma - alimentə ehtiyac var.

5. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddia tələbi ilə razı deyil. Belə ki, aylıq əmək haqqısı 754 manat olmaqla, əlavə gəliri, tələb olunan məbləğdə alimenti ödəməyə imkanı yoxdur.

6. Binəqədi Rayon Məhkəməsinin (hakim Etibar Mustafayev) xx.xx.2024-cü il tarixli, 2(001)-5675/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 600 manat sabit pul məbləğində alimentin, habelə xx.xx.2023-cü il təvəllüdlü X6 3 yaşına çatanadək cavabdehdən əlavə olaraq hər ay 50 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması qət edilmişdir.

7. Məhkəmə hesab et mişdir ki, uşaqların mənafeyi, qida rasionlarına uyğun şəkildə qidalanmaları, geyim ilə bağlı xərc, istirahət vaxtının səmərəli təşkili üçün iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmalı, aliment isə Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq iddiaçının xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan tutulmalıdır.

8. Məhkəmə mövqeyini Konstitusiyanın 17-ci, “Uşaq hüquqları haqqında” Qanunun 13 və 19-cu, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 85.1, 85.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayət verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək alimentin ümumi məbləğinin onun rəsmi əmək haqqısı 744.58 manatın yarısı məbləğində müəyy ən edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatı ilə eyni məzmunda əsaslandırılmış və qeyd edilmişdir ki, hazırkı vəziyyətdə 650 manat aliment ödəyəcəyi halda, ona maaşından aylıq 94.58 manat vəsait qalır ki, bu məbləğ 2024-cü ilin yaşayış minimumundan 3 dəfə aşağıdır.

11. İddiaçı məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, şikayətin əsassız olduğu üçün təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, uşaqların hər üçünün allergiyası var. Özünün rəsmi gəlir yeri yoxdur. Anası xəstədir. Aliment uşaqların hazırlıq xərclərinə sərf ol unur. Qarşı tərəfin iki evi vardır ki, kirayə verirlər. Eyni zamanda mağazaları da mövcuddur. Həmçinin cavabdehin ata və anası pensiya alır.

13. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, himayəsində ikinci qrup əlil olan yaşlı ata və anası var. Həmçinin banka kredit borcu var. Hazırda Penitensiar Xidmətdə nəzarətçi işləyir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1031/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Cəmilə Musayeva - sədrlik edən və məruzəçi, Fuad Babayev, Fuad Abdıyev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – “ yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin tutulması qaydası” hissəsində dəyişdirilmiş, cavabdehdən uşaql arın saxlanılmaları üçün iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində alimentin tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin qazancının az olmasına dair dəlilinə münasibətdə bildirmişdir ki, bu hal onun uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.

16. Lakin birinci instansiya məhkəməsinin qətnaməsi “alimentin tutulması qaydası” hissəsində dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, uşaqların saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin məbləği konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməlidir. Çünki müvafiq həddə təyin olunan aliment məbləğinin tədricən öz real dəyərini itirməsi ehtimalı aliment hesablanarkən inflyasiyanın nəzərə alınmasını şərtləndirir. Beləliklə, uşaqların saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 (345 x 0,58 = 200 manat) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

17. Məhkəmə kollegiyası mövqeyini Konstitusiyanın 17-ci, Ailə Məcəlləsinin 60.3, 73, 75.1, 75.2, 75.4, 76.1, 78.1, 84.1, 84.2, 86-cı, “Uşaq hüquqları haqqında” Qanunun 5, 8, 13-cü maddələrinə, eləcə də “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək onun əmək haqqısının yarısı məbləğində alimentin tutulması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassator şikayətini apellyasiya şikayəti ilə eyni dəlillərə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, aliment hesablanarkən onun valideyn kimi real iqtisadi imkanları obyektiv qiymətləndirilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən təqdim olunan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

21. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

22. Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməl i olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

23. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

24. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr araşdırma nəticəsində bu qənaətə gəlmişlər ki, hazırkı işin halları baxımından, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün cavabdehdən yuxarıda göstərilən həcmdə aliment tutulmalıdır.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillə rinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir, ona görə ki, cavabdehdən tutulan alimentin onun əmək haqqından və ya müəyyən edilə bilən başqa əmlakından hansı qaydada ödənilməsi qətnamənin icrası ilə bağlı məsələdir.

36. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəy yən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1031/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar