Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1492/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq sahəsinin zəbtdən azad olunması, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 21 yanvar 2025-ci il tarixli, 2(107)193/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən 0,5173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyəti 16 iyun 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin ******* saylı çıxarışına əsasən mülkiyyətində olan Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən 0,5173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılaraq, həmin torpaq sahəsinə girişinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən 0,5173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətindədir. Həmin torpaq sahəsinin elektron uçotun nəticələrinə uyğun olaraq tərtib edilmiş həmin xəritəyə görə elektron kadastr məlumatlarına əsasən torpaq sahənin yeri ona tanıdılmışdır. Hazırd a iddiaçının mülkiyyətimdə olan Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən 0,5173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilərək qanunsuz istifadə olunur. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir.
4. Cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçı Eldar Şıxəliyevin sözügedən ərazidə torpaq sahəsi yoxdur. Həmin torpaq sahəsi ona məxsusdur, həmin torpaq sahəsini alqısatqı müqaviləsi əsasında vətəndaşlardan qanunu qaydada almışdır. Həmin torpaq sahəsi onun adına reyestrdə rəsmiləşdirilərək çıxarış verilmişdir. İddiaçı təqdim etdiyi sənədin əsası yoxdur, çünki həmin torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə Göyçay rayonu Qarabaqqal kənd sakinlərinə verilmişdir. Həmin şəxslər özlərinə məxsu s torpaqları alqı-satqı müqaviləsi ilə satmışlar. Həmin torpaq sahəsi 1998-ci il tarixdən cavabdehin istifadəsindədir, əkib becərib dövlətdən hər il subsidiya alır. Aqrar İslahat Komissiyasının qərarı ilə Eldar Şıxəliyevə verilmiş həmin 0,5173 ha torpaq sahəsi qeyd olunan ərazidən təxminən 2 km aralı məsafədə yerləşir. Hazırda həmin torpaq sahəsini də iddiaçı özü əkib becərir. İddiaçı bir sənəd əsasında iki ərazidə torpaq sahəsi əldə etmək istəyir. Elektron bazada edilən bu saxtakarlıq vəzifə cinayətidir. Torpaq sahəsinin 25 il sonra 2 km məsafədən sürüşdürülərək, ona məxsus mülkiyyətin üzərinə yerləşdirilməsi cinayət hesab olunur.
5. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və R eyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə və həmin rəyə uyğun verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 sentyabr 2024cü il tarixli əsasən müəyyən edilmişdir ki: **********46 reyestr nömrəli çıxarışla (RX 0637701) İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş (A192328 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”) 0,5173 ha torpaq sahəsi cavabdeh X3 tərəfindən istifadə edilmir. Belə ki, **********46 reyestr nömrəli çıxarışa əlavə A192328 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0,5173 ha torpaq sahəsi iddiaçının naturada göstərdiyi, iddia etdiyi torpaq sahəsindən 1810 m şimal-qərbdə yerləşir. İddiaçının naturada göstərdiyi 0,51 ha torpaq sahəsi və Torpaql arın elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) iddiaçının mülkiyyətinə verilmiş **********46 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN1359Z nömrəli Dövlət Aktı ilə verilmiş 0,51 ha torpaq sahəsi islahat xəritəsi üzərində tərtib edilən, X1 mülkiyyətinə **********29, **********92, **********31 saylı çıxarışlarla verilmiş torpaq sahələri ilə üst-üstə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında **********29 saylı çıxarışın verilməsinə əsas olan JN-1284D nömrəli, **********92 saylı çıxarışın verilməsinə əsas olan JN-1286D nömrəli, **********31 saylı çıxarışın verilməsinə əsas olan JN-1287D nömrəli X4 elektron kadastr uçotu informasiya sistemi məlumatlarında iddiaçının mülkiyyətinə verilmiş **********46 reyestr nömrəli çıxarışı n verilməsinə əsas olan JN-1359Z nömrəli Dövlət Aktı ilə verilmiş 0,51 ha torpaq sahəsi ilə üst-üstə düşmür.
6. Göyçay Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(046)-353/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddianın təmin edilməsi, İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,5173 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, dövlət rüsumu kimi ödənilmiş 100 manat Cavabdeh alınaraq İddiaçı verilməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manatın Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis rəyinə əsasən ekspertizası təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçının və a ilə üzvlərinin xüsusi mülkiyyətində olan Göyçay rayonun Qarabaqqal kəndində yerləşən 0,5173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən naturada istifadə edilir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə, 71-ci maddəsinin 2-ci bəndinə, Mülki Məcəllənin 152.1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına, İnsan h üquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(107)193/2025 nömrəli qətnaməsi ilə (hakim E.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Məcidov və E.İsayev) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.
11. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
12. Apellyasiya kollegiyası apellyasiya şikayətinin iddiaçının ona ayrılmış pay torpaq sahəsinin cavabdehin qanunsuz olaraq zəbt etməsinə dair iddiasının iş materialları və 09 sentyabr 2024-cü il tarixli ekspert rəyi ilə öz təsdiqini tapmaması, iddiaçıya ayrılmış pay torpaq sahəsinin mübahisəli torpaq sahəsindən 1810 metr şimal-qərbdə yerləşməsinə dair dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsaslıdır.
13. Belə ki, birinci i nstansiya məhkəməsi yalnız iddiaçının izahatında göstərdiklərini əsas götürməklə və məhkəmə tikinti texniki ekspertizasında qeyd edilənləri səhv təfsir etməklə iddianın təmin edilməli olması qənaətinə gəlmiş, iddiaçının məhz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin ******* saylı çıxarışına əsasən mülkiyyətində olan mübahisə predmeti olan torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb etməsini, məhkəmə tikinti texniki ekspertizasının 09 sentyabr 2024-cü il tarixli rəyində ******* saylı çıxarışa əsasən iddiaçının ümumbirgə mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməməsinə dair aydın şəkildə ifadə edilmiş mövqenin olmasını diqqətə almamış, beləliklə iş üzrə düzgün və hərtərəfli məhkəmə araşdırılmasını təmin etməmişdir.
14. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə 23 fevral 2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti texniki ekspertizası təyin etsə də, xüsusi bilik tələb olunan məsələnin aydınlaşdırılması məqsədi ilə əldə edilmiş sübutu, yəni qərardadın icrası üzrə verilmiş 09 sentyabr 2024-cü il tarixli rəyi yanlış şərh etməklə səhvə yol vermişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 sentyabr 2024-cü il tarixli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir.
16. Məhkəmə k ollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş 09 sentyabr 2024-cü il tarixli ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
17. Ekspertiza tədqiqatı zamanı birinci instansiya məhkəməsinin ekspert qarşısında qoyduğu suala ekspert aydın şəkildə cavab verərək göstərmişdir ki, **********46 reyestr nömrəli çıxarışla (RX 0637701) İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş (A192328 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”) 0,5173 ha torpaq sahəsi cavabdeh X3 tərəfindən istifadə edilmir. **********46 reyestr nömrəli çıxarışa əlavə A192328 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0,5173 ha torpaq sahəsi iddiaçının naturada göstərdiyi, iddia etdiyi torpaq sahəsindən 1810 m şimal-qərbdə yerləşir.
18. İddiaçının iddia tələbi məhz ******* saylı çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması ilə bağlı olduğu, ekspertiza tədqiqatı ilə isə **********46 reyestr nömrəli çıxarışla (RX 0637701) iddiaçının ümumibirgə mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən edildiyi halda, birinci instansiya məhkəməsi yanlış olaraq, ******* saylı çıxarışa əsasən iddiaçının ümumibirgə mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi qənaətinə gəlmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin hər iki tərəfin qanunla qorunan mülkiyyət hüqu qlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, hər iki tərəfin adına qeydə alınmış çıxarışların qüvvədə olması, iddia edən şəxsin ilk növbədə hüquqların qeydiyyatının qanunsuzluğunu sübut etməli olmasına dair dəlilləri ilə də razılaşaraq qeyd etmişdir ki, ekspertiza tədqiqatı ilə iddiaçının naturada göstərdiyi, iddiaçının mülkiyyətinə verilmiş **********46 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN1359Z nömrəli Dövlət Aktı ilə verilmiş 0,51 ha torpaq sahəsinin, X1 mülkiyyətinə **********29, **********92, **********31 saylı çıxarışlarla verilmiş torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən edilsə də, iddiaçının mülkiyyətində olan 0,5173 ha torpaq sahəsi üzrə hazırda qüvvədə olan hüquqmüəyyənedici sənəd JN1359Z nömrəli Dövlət Aktı deyil, daşınmaz əmlakın Dövlət reyestri ndən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********46, qeydiyyat tarixi 16 iyun 2015-ci il olan Çıxarışdır.
20. İddiaçı JN-1359Z nömrəli Dövlət Aktı üzrə torpağın zəbtdən azad edilməsi məsələsini mübahisələndirmək niyyətindədirsə, bunun üçün əvvəlcə adına verilmiş digər hüquqmüəyyənedici sənədi mübahisələndirməlidir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 213.6-cı, Torpaq Məcəlləsinin 82, 84 və 111-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 97.1, 101.3, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.2, 372.6, 372.7, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
22. İddiaçı kassasiya şi kayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin, Mülki Məcəllənin 152.1-ci, Mülki Prosessual Məcəllənin 88, 217.1, 372.1-ci maddələrinin tələblərini pozmuşdur.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Belə ki, iddiaçının mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 16 iyun 2015-ci il tarixdə qeydə alınmış 0,5173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 06 yanvar 2023-cü il və 11 oktyabr 2023-cü i l tarixlərdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisləri tərəfindən ölçülərək iddiaçıya tanıdılmış və müəyyən edilmişdir ki, həmin torpaq sahəsi cavabdehin istifadəsində olan torpaq sahəsinin ərazisinə düşdüyü müəyyən olunmuşdur. Lakin məhkəmə bu halları nəzərə almadan iddianın təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş DƏDKRX PHŞ 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mütəxəssisi X5 izahatında göstərmişdir ki, 0,5173 ha torpaq sahəsinin 0,51 ha hissəsi Cavabdeh mülkiyyətinə verilmiş, torpaq sahələri ilə üst-üstə düşür. Belə ki, Cavabdeh mülkiyyətinə verilmiş **********29, **********92, **********31 saylı çıxarışlar əsasında torpaq sahələrinin naturada istifadə mövqeyi, cavabdehin çıxarışlara əsasən nəzərdə tutulmuş plan və ölçüyə uyğun deyildir. Məhkəmə yalnız məhkəmə tikinti-texniki ekspertizasının rəylərini sübut kimi qiymətləndirərək yuxarıda göstərdiyi mütəxəssisin izahatı ilə müqayisəli təhlil etməmiş, “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0,5173 ha torpaq sahəsinin iddiaçının naturada göstərdiyi, iddia etdiyi torpaq sahəsindən 1810 m şimal-qərbdə yerləşməsinə əsaslansa da, həmin torpaq sahəsinin TEKUİS-də iddiaçının deyil, X2 adına qeydə alınması hallarını tədqiq etməmişdir.
25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
26. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstər ə bilər.
28. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının predmetini qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verm ək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
31. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasınd a torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izah atlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün o lmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, işdə olan sübutlara və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.
35. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələbin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dispo zisiya şərtinə əsasən iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak başqasının (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.
36. Hazırkı iş üzrə cavabdehin sahibliyinin qanunsuzluğunu müəyyən etmək üçün ekspertiza keçirilmiş və alınan rəylə iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin cavabdehə **********29, **********92, **********31 saylı çıxarışlarla mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi, iddiaçının torpaq sahəsinin isə başqa yerdə yerləşməsi müəyyən edilmişdir.
37. Göründüyü kimi, cavabdehin torpaq sahəsindən istifadəsinin qanunsuz olması məhkəmə araşdırmaları ilə sübut olunmamışdır.
38. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlü yə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən, gəldiyi nəticəni iş üzrə keçirilmiş ekspert rəylərinə uyğun əsaslandırmaqla, MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olma q, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli Fərmanı qəbul olunmuşdur. Həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları təsdiq olunmuşdur.
40. Fərmanın 2.3-cü bəndində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə gös tərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi.
41. Fərmanın 2.5-ci bəndində İqtisadiyyat Nazirliyinə həmçinin tapşırılmışdır ki, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi ol an mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin.
42. Göründüyü kimi, Fərmanla torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi müvafiq icra hakimiyyəti orqanına həvalə olunmuş və Fərmanın icrası ilə bağlı iddiaçıların hüquqları və mənafeləri pozulduğu halda, onların aidiyyəti üzrə inzibati icraat qaydasında şikayət və iddia vermək hüquqları qalmaqdadır.
43. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasınd akı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(107)-193/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.