Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1494/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiаçı İddiaçı iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli, 2(107)2345/2018 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Oğuz Rayon Məhkəməsinin (hаkim K.Ş.Süleymanov) 10 iyul 2018-ci il tаrixli, 2(054)350/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, “*** ” markalı ** *** *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış AR DİN BDYPİ-nin Şəki Rayonlararası Qeydiyyat-İmtahan və X3 tərtib edilərək təsdiq edilmiş 09 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “***” markalı ** *** *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması, həmin avtomobili qaytarmaq mümkün olmadıqda isə onun dəyəri olan 6000 (altı min) manat pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, həmçinin məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu əvəzinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.M.Hüseynov, R.Ə.Əliyev və İ.H.Şükürov ) 26.09.2018-ci il tarixli, 2(107)-2345/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təminolunmamış, Oğuz Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və onun vəkili *** iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmuş “***” markalı ** *** *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin cavabdehdən alınaraq ona qaytarılması, avtomobili qaytarmaq mümkün olmadıqda isə onun dəyəri olan 6000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin həcminin artırılması barədə əri zə verərək, Cavabdeh2 adlı şəxsin və AR DİN BDYPİ-nin X4-İmtahan və X5 də cavabdehlər qismində işə cəlb edilməsi, “***” markalı ** *** *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və “***” markalı ** *** *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Cavabdeh1 alınaraq ona qaytarılması, avtomobili qaytarmaq mümkün olmadıqda isə onun dəyəri olan 6000 manat pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, o, Bakı şəhərində, Cavabdeh1 isə Oğuz rayonu Dəymədağlı kəndində yaşayır. Bir neçə il əvvəl yay aylarında Oğuz rayonuna istirahətə gələrkən Dəymədağlı kəndində Cavabdeh1la tanış olmuş, bundan sonra araları nda yaxın dostluq və ailəvi gediş-gəliş münasibətləri yaranmışdır. 2012-ci ildə o, Oğuz rayonu ərazisində bağ evi inşa etmək üçün, təxminən, 0,03-0,04 hektar həyətyanı torpaq sahəsi əldə etmək qərarına gəlmiş və bu barədə Cavabdeh1 demişdir. Cavabdeh1 özünə məxsus həyətyanı torpaq sahəsinin bir hissəsini ona sata biləcəyini demiş və onlar 3000 manata razılaşmışlar. Həmin vaxtlarda Cavabdeh1 da avtomobil almaq istəmişdir. O, Cavabdeh1 3000 manat pul vermiş və Cavabdeh1 özünə “***” markalı avtomobil almışdır. Lakin torpaq sahəsinin satılması ilə bağlı onlar arasında hər hansı sənədləşmə işləri həyata keçirilməmişdir. Bir müddət sonra Cavabdeh1 “***” markalı avtomobili satıb daha qiymətli, təxminən, 6000 manat dəyərində bir avtomobil almaq istədiyini demiş, o da bu məqsədlə, bir dost kimi Cav abdeh1 3000 manat borc pul vermişdir. Cavabdeh1, təxminən, 6000 manat dəyərində “***” markalı ** *** *** dövlət qeydiyyat nişanlı avtomobil almış, həmin avtomobili etibarnamə əsasında əldə etmişdir. Bundan əlavə, o, Cavabdeh1la dostluq münasibətləri davam etdiyi illər ərzində onun və ailə üzvlərinin maddi ehtiyacları olduğu vaxtlarda Cavabdeh1 əlavə olaraq 3000 manat borc pul da vermişdir. Sonradan o, Cavabdeh1 ona satmaq istədiyi torpaq sahəsinə baxanda həmin yer onu qane etməmiş və o, torpaq sahəsini satın almaq fikrindən daşınmışdır. Bu barədə o, Cavabdeh1 da deyərək pulunu geri istəmiş və Cavabdeh1 ilk dəfə ondan aldığı 3000 manat pulu hissə-hissə olmaqla ona qaytarmışdır. Lakin onun sonradan verdiyi cəmi 6000 manat pulu Cavabdeh1 ona qaytarmamışdır. Həmin vaxtdan sonra keçən müddət ər zində o, 6000 manat pulu qaytarmasını Cavabdeh1 dəfələrlə xahiş etmiş, Cavabdeh1 isə maddi imkanı olmadığını bildirərək həmin məbləği ona qaytarmamışdır. Aralarında olan tanışlıq münasibətlərinə görə bununla bağlı o özü də Cavabdeh1 təkid etməmiş, lakin öz razılıqlarına əsasən Cavabdeh1 “***” markalı ** *** *** dövlət qeydiyyat nişanlı avtomobili 2016-cı ilin oktyabr ayında onun mülkiyyətinə keçirmişdir. Ancaq avtomobil onun adına rəsmiləşdirildikdən sonra da o, avtomobili Cavabdeh1 faktiki olaraq almamış, onun öz borcunu qaytaranadək avtomobili idarə edib gəlir əldə etməyə davam etməsi üçün 25 oktyabr 2016-cı il tarixdə “***” markalı ** *** *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 etibarnamə vermişdir. Lakin həmin vaxtdan sonra da uzun müddət keçməsinə baxmayaraq Cavabdeh1 o nun 6000 manat borcunu qaytarmadığını görüb 2017-ci ilin oktyabr ayının əvvəllərində onunla görüşərək borcu qaytarmasını tələb etmiş, əks halda, avtomobili ondan alacağını bildirmişdir. Cavabdeh1 borcunu qaytarmaq istəmədiyini hiss etdiyinə görə 13 oktyabr 2017-ci il tarixdə müvafiq orqana müraciət edərək mülkiyyətində olan “***” markalı ** *** *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 verdiyi etibarnaməni ləğv etdirmişdir. Sonradan ona məlum olmuşdur ki, o həmin etibarnaməni ləğv etdirənədək Cavabdeh1 onun avtomobilə dair verdiyi etibarnamə əsasında öz adından 09 oktyabr 2017-ci il tarixdə Şəki rayon 2 saylı Notariat Kontorunda Cavabdeh2 adlı digər şəxsin adına etibarnamə vermiş, elə həmin gün də AR DİN BDYPİ-nin Şəki Rayonlararası Qeydiyyat-İmtahan və X3 Cavabdeh2 ilə Cavabd eh1 arasında alqı-satqı müqaviləsi tərtib edilib təsdiq edilərək avtomobil Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Bununla da cavabdeh onun xüsusi mülkiyyətində olan əmlakı üzərindəki hüquqlarını qanunsuz olaraq əldə etmişdir. Cavabdeh1 onun mülkiyyətində olan əmlakı onun iradəsi ziddinə özgəninkiləşdirmişdir. 09 oktyabr 2017-ci il tarixdə AR DİN BDYPİ-nin Şəki rayonlararası Qeydiyyat-İmtahan və X3 Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi onun mülkiyyətində olan “***” markalı ** *** *** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq ələ keçirmək niyyəti ilə bağlanmış, nəticədə o, öz mülkiyyətində olan əmlakdan faktiki olaraq məhrum edilmişdir. Hesab edir ki, həmin alqısatqı müqaviləsi qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməli, mülkiyyətində olmuş “ ***” markalı ** *** *** dövlət qeydiyyat nişanlı avtomobil ona qaytarılmalı, avtomobili qaytarmaq mümkün olamdıqda isə dəyəri olan 6000 manat pul cavabdehdən tutularaq ona ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və onun vəkili *** iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, avtomobili 2014-cü ilin noyabr ayında X2 adlı şəxsdən satın almış, lakin aralarında alqı-satqı müqaviləsi bağlanmamışdır. X2 ona 05 noyabr 2014-cü il tarixdə 1 (bir) il müddətinə, sonradan isə 26 oktyabr 2015-ci il tarixdə yenə də 1 (bir) il müddətinə etibarnamə vermişdir. İkinci etibarnamənin müddəti bitənə yaxın o, növbəti müddət üçün etibarnamə almaq məqsədi ilə *** müraciət edərkən sonuncu ona yeni etibarnamə verməkdən imtina etmiş və avtomobili adına rəsmiləşdirməyini tələb və xahiş etmişdir. O, etibarnamə ilə verilmiş hüquqlar əsasında avtomobili öz dostunun, hazırkı iş üzrə iddiaçının adına rəsmiləşdirmişdir. Bundan sonra iddiaçı ona avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Bu zaman iddiaçıya avtomobilini satmamışdır. Avtomobilin əvəzində ondan hər hansı məbləğ də almamışdır. Avtomobili iddiaçının adına formal olaraq rəsmiləşdirsə də, onun əsl sahibi o özü olmuşdur. Həmin avtomobil heç bir gün də olsa iddiaçının istifadəsində olmamışdır. Hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyin tələblərini pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: İddiаçı İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 26.09.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Oğuz Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 05 noyabr 2014-cü il tarixli ƏN-İV *** nömrəli və 26 oktyabr 2015-ci il tarixli ƏN-V 096403 nömrəli etibarnamələrin surətlərinə əsasən, “***” markalı ** *** *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, avtomobilin həmin vaxtda mülkiyyətçisi olan X2 adlı şəxs tərəfindən Cavabdeh1 etibarnamələr verilm işdir. Həmin etibarnamələrin hər birinin müddəti verildiyi vaxtdan sonra 1 (bir) il müddətinə müəyyən edilmişdir. Portal məlumat sistemindən çıxarışa əsasən, “***” markalı ** *** *** dövlət qeydiyyat nişanlı avtomobil 25 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçmişdir. 25 oktyabr 2016-cı il tarixdə verilmiş ƏN-V 506730 nömrəli etibarnamənin surətinə əsasən, iddiaçı mülkiyyətində olan “***” markalı ** *** *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 etibarnamə vermişdir. Həmin etibarnamə ilə avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlərlə bağlı hü quqlar iddiaçı tərəfindən Cavabdeh1 etibar edilmişdir. Həmin etibarnamənin müddəti 25 oktyabr 2017-ci il tarixədək müəyyən edilmişdir. “Elektron notariat” X1 Çıxarışa əsasən, Cavabdeh1 iddiaçının verdiyi 25 oktyabr 2016-cı il tarixli etibarnamə əsasında sonuncunun mülkiyyətində olan “***” markalı ** *** *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 09 oktyabr 2017-ci il tarixdə Şəki rayon 2 saylı Notariat Kontorunda Cavabdeh2 adına etibarnamə vermişdir. Həmin etibarnamənin də müddəti 25 oktyabr 2017-ci il tarixədək müəyyən edilmişdir. 09 oktyabr 2017-ci il tarixli ərizələrin, həmin tarixdə AR DİN BDYPİ-nin Şəki rayonlararası Qeydiyyat-İmtahan və X3 hazırkı iş üzrə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin surətlərinə əsasən, Cavabdeh1 Cavabdeh2 verdiyi etibarnamə əsasında 09 oktyabr 2017-ci il tarixdə AR DİN BDYPİ-nin Şəki rayonlararası Qeydiyyat-İmtahan və X3 Cavabdeh2 ilə Cavabdeh1 arasında alqısatqı müqaviləsi tərtib edilərək təsdiq edilmişdir. 09 oktyabr 2017-ci il tarixdə verilmiş AC 997989 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, iddiaçının mülkiyyətində olan “***” markalı ** *** *** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. 13 oktyabr 2017-ci il tarixli ərizənin surətinə və “Elektron notariat” X1 Çıxarışa əsasən, iddiaçı həmin tarixdə notariat kontoruna müraciət edərək Cavabdeh1 verdiyi 25 oktyabr 2016-cı il tarixli etibarnaməni ləğv etdirmişdir. 13 oktyabr 2017-ci il tarixdə saat 12:19-da həmin etibarnamə üzrə səlahiyyətlərə xitam verilmişdir. 13 dekabr 2017-ci və 23 may 2018 -ci il tarixli mədaxil qəbzlərinə əsasən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 30 manat dövlət rüsumu ödəmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında avtonə qliyyatın istismarı ilə bağlı bəzi məsələlər barədə» 27 iyul 1992-ci il tarixli Qərarına əsasən, nəqliyyat vasitələrinin uçotu, qeydiyyatı və bununla əlaqədar digər xidmətlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılır. Qanunvericiliyin tələblərinə əsasən avtomobil daşınar əmlak kimi rəsmi qeydiyyatdan keçməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli “***” markalı ** *** *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olmuş, Cavabdeh1 isə adına verilmiş etibarnamə əsasında ona etibar edilmiş əmlak barəsində həmin əmlakın mülkiyyətçisinin mənafeyi ziddinə sərəncam vermiş, həmin əmlakla bağlı səlahiyyətləri başqa şəxsə verərkən bunu etibarnaməni verənə bildirməmiş və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməmişdir. Cavabdeh1 təmsilçi kimi təmsil edilənin adından şəxsən özü barəsində və öz mənafeyi üçün əqd bağlamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, həmin avtomobilin mülkiyyətçisi olmuş Pərviz Nuriyev (iddiaçı) tərəfindən Cavabdeh1 (cavabdehə) idarə etmək hüququ ilə bağlı etibarnamənin verilməsi həmin avtomobil üzərində onun mülkiyyət hüququnun yaranmasına səbəb olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqınd a iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə v ermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin ba ğlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 364.2-ci maddəsinə əsasən, səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. 365.1.3-cü maddəsinə əsasən, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən, qeydiyyatdan keçməli olan əmlakın özkəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələr i üzrə, həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Qanunvericiliyə əsasən rəsmi reyestrdə qeydiyyata alınmalı olan əşyaların alqısatqısı üçün notarial qaydada bağlanılmış müqavilənin olması şərti qoyulmuşdur. Yalnız forma şərtlərinə əməl etməklə bağlanılmış müqaviləyə əməl edildikdən və rəsmi reyestrdə qeydiyyata alındıqdan sonra həmin əşyalar üzərində yeni mülkiyyətçi mülkiyyət hüququ əldə edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 onunla digər Cavabdeh2 arasında bağlanmış 09 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin hüquqi nəticəsi olaraq Cavabdeh2 faktiki olaraq hər hansı əşyanı qəbul etməmiş və ona hər hansı məbləğdə pul ödəməmişdir. A lqı-satqı müqaviləsi üzrə satılması nəzərdə tutulan əşyanın (avtomobilin) dəyəri kimi həmin əmlakın mülkiyyətçisi olan iddiaçıya da hər hansı məbləğdə pul verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 09 oktyabr 2017-ci il tarixdə digər Cavabdeh2 etibarnamə verməkdə məqsədi avtomobili Cavabdeh2 faktiki istifadəsinə vermək və ya avtomobili idarə etmək üçün ona vermək, yaxud avtomobilə dair hər hansı hüquqları ona etibar etmək olmamış, sadəcə olaraq, iddiaçının ona verdiyi etibarnamə ilə avtomobili özü öz adına rəsmiləşdirə bilmədiyinə görə həmin etibarnamə əsasında digər şəxsə etibarnamə verməklə avtomobilin öz adına qeydiyyata alınmasına nail olmaqdan ibarət olmuşdur. Cavabdeh2 09 oktyabr 2017-ci il tarixli etibarnamədə nəzərdə tutulan hər hansı hüquqdan r eal olaraq istifadə etməmiş, avtomobil elə həmin gün alqı-satqı müqaviləsi ilə Cavabdeh1 mülkiyyətinə keçirilmişdir. Cavabdeh1 09 oktyabr 2017-ci il tarixli etibarnaməni digər Cavabdeh2 həmin etibarnaməyə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız öz mənafeyi üçün formal olaraq və formal surətdə alqı-satqı müqaviləsi bağlamaq niyyətilə vermişdir. Cavabdeh1 avtomobilin özgəninkiləşdirmə əməliyyatını iddiaçının avtomobili onun əlindən almaq niyyətini biləndən qısa müddət sonra yerinə yetirmiş, özünün də qeyd etdiyi kimi, bunu etməkdə niyyəti avtomobili öz adına rəsmiləşdirməklə iddiaçının avtomobili onun əlindən almasının qarşısını almaq olmuşdur. Cavabdeh1 özü də məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir ki, avtomobili öz adına rəsmiləşdirmək üçün iddiaçıdan razılıq almamış, belə bir niyyəti olduğunu iddiaçıya bildirməmiş və avtomobili onun adına rəsmiləşdirməsini iddiaçının özündən xahiş etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, 09 oktyabr 2017-ci il tarixdə tərtib edilərək notarial qaydada təsdiqlənən cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi nəticəsində müqavilədə göstərilən əmlakın dəyərinin satıcıya verilməməsi bir daha onu təsdiq edir ki, həmin tərəflər arasında əmlakın alqısatqısı və ya digər hər hansı əqddən irəli gələn münasibətlərin rəsmiləşdirilməsi məqsədi ilə əqd bağlanmamışdır, mövcud olan əqd hüquqi nəticələr yaratmaq niyyəti olmadan və yalnız görünüş üçün bağlanmış əqddir. Cavabdeh1 iddia edir ki, onun İddiaçı pul borcu olmamış və mübahisəli avtomobili də borcunun əvəzində sonuncunun mülkiyyətinə keçirməmiş, iddiaçı onun dostu olduğundan başqasından etibarnamə əsasında almış olduğu həmin avtomobili sonuncunun tələbi ilə məcbur olub iddiaçının mülkiyyətinə keçirmək və bundan ötrü iddiaçı ilə formal surətdə alqı-satqı müqaviləsi bağlamaq qərarına gəlmiş, bu zaman avtomobil yenə də onun istifadəsində qalmış və iddiaçı ona etibarnamə vermiş, sonradan iddiaçı avtomobilin mülkiyyətində olmasından istifadə edərək ondan ya 6000 manat pul, ya da avtomobilin verilməsini tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin belə mülahizələrini əsaslı və inandırıcı hesab etməmişdir. Belə ki, əvvəla, cavabdeh sözügedən avtomobili əvvəlki mülkiyyətçisi ilə alqı-satqı müqaviləsi bağlamaqla da öz mülkiyyətinə keçirə bilərdi və ona verilmiş etibarnamə əsasında iddiaçı ilə alqı- satqı müqaviləsi bağlayıb avtomobili sonuncunun mülkiyyətinə keçirməklə öz mülkiyyət hüququnu riskdə (təhlükədə) qoymağa lüzum yox idi. Digər tərəfdən, əgər cavabdehin iddiaçı qarşısında borc öhdəliyi yoxdursa və avtomobil də borcun əvəzində iddiaçının mülkiyyətinə verilməyibsə, onda o, onunla iddiaçı arasında avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirə bilərdi, lakin cavabdeh həmin müqaviləni indiyədək mübahisələndirməmişdir. Bu da avtomobilin iddiaçının mülkiyyətinə verilməsinin səbəbi barədə cavabdehin mülahizəsinin həqiqətə uyğun olmadığına dəlalət edir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətə rəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Kassasiya kollegiyası əlavə olaraq qeyd edir ki, apellyasiya instansiyası kassatorun etirafedici ifadələri ilə işin hallarını mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə qiymətləndirməklə düzgün olaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilə r. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli, 2(107)-2345/2018 nömrəli qətnaməsi kassatora aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1494/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1494/2019
27.05.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver