Məhkəmə qərarları › İş №2(102)-1495/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1495/2023

29.03.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1495/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyinə geri qaytarılması” tələbinə, habelə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, apellyasiya şikayətinin dəlillərinə qiymət verilməməsi, maddi hüquq normasının tətbiqində səhv) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərk ibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)1309/2022 nömrəli qətnaməsindən iddiaçı Ağayeva Elçin Fərhad oğlunun kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsi ilə Cavabdeh3 240000 manat (ekvivalenti 305000 ABŞ dollarına bərabər olan) məbləğində pul vəsaitini 7 ay müddətinə qaytarmaq şərti ilə İddiaçı2 borc vermiş, sonuncu həmin pulu 12 sentyabr 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. Öhdəliyin icrasının təminatı olaraq 12 fevral 2015-ci il tarixli ipoteka müqaviləsi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahə sini Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü etmişdir. 3. 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi ilə Cavabdeh3 204000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı1 borc vermiş, sonuncu isə həmin pulu 06 mart 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

4. Həmin öhdəliyin icrasının təminatı olaraq 06 oktyabr 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsini Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü etmişdir. 5. 06 oktyabr 2015-ci il tarixli öhdəlik müqaviləsi ilə İddiaçı1 ipoteka qoyulan torpaq sahəsi üzərində qanuna müvafiq qaydada 4 mərtəbəli yaşayış evinin inşa olunacağını bildirir, ipoteka saxlayan isə yaşayış evinin tikintisinin aparılmasına razılıq verir. Tərəflər (Cavabdeh3 və İddi açı1) razılaşırlar ki, ipotekaya qoyulmuş torpaq sahəsinin təminat olduğu borc (kredit) öhdəliyi vaxtında və ya tam ödənilmədiyi halda, gələcəkdə ipoteka qoyan yalnız ipoteka saxlayanın yazılı razılığı ilə həmin inşa olunan yaşayış evinin digər şəxslərə tam və qismən özgəninkiləşdirilməsini, alqısatqısını, bağışlanmasını, dəyişdirilməsini, kirayə və ya istifadəyə verilməsini həyata keçirəcək və bunlardan əldə edilmiş pul vəsaiti ilk növbədə borc (kredit) öhdəliyinin ödənilməsinə yönəldiləcəkdir.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı2 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən 305000 ABŞ dolları məbləğində borcun və illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44225 ABŞ do llarının, cəmi 345225 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçı Cavabdeh3 xeyrinə tutulması, tələb üzrə tutmanın İddiaçı1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi, İddiaçı1 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 204000 ABŞ dolları məbləğində borcun və illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 23460 ABŞ dollarının, cəmi 227460 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçı Cavabdeh3 xeyrinə tutulması, tələb üzrə tutmanın İddiaçı1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsinin “Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilmə si, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 230000 manat müəyyən edilməsi, qətnamənin cavabdeh İddiaçı1 münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin 31 yanvar 2020-ci il tarixli məktubu ilə hərracın keçirilməsi "xxxx" MMC-yə sifariş edilmiş, sonradan İcra və Probasiya şöbəsinin 12 mart 2020-ci il tarixli məktubu ilə sifarişin icra edilmədən geri qaytarılması xahiş olunmuşdur.

9. Bakı şəhəri Binəqədi rayon icra və Probasiya şöbəsinin 22 oktyabr 2020-ci il tarixli məktubu ilə hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş və həmin MMC tərəfindən tərtib olunmuş Hərracın yekunları barəd ə 19 noyabr 2020-ci il tarixli, 48/01 nömrəli protokolu ilə İddiaçı1 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi ilkin satış qiyməti 230000 manat məbləğində müəyyən edilərək, satış qiyməti 243800 manat məbləğində olaraq Cavabdeh3 satılmışdır. Torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququ 24 fevral 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin açıq hərracda satılmasına dair “Külək" MMC-nin 19 noyabr 2020-ci il tarixli, 48/01 saylı hərracın nəticələr i haqqında protokolunun etibarsız hesab edilməsi, əmlakın iddiaçının sahibliyinə geri qaytarılması barədə qətnamə, habelə qanun pozuntusuna yol vermiş vəzifəli şəxslər barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

11. İddia işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, ipoteka predmeti satılarkən onun üzərində 4 mərtəbəli çoxmənzilli yaşayış binasının mövcud olması, bazar qiymətinin minimum ******* manat dəyərində qiymətləndirilməsi nəzərə alınmamışdır. İcra prosesi və hərracın keçirilməsi zamanı kobud qanun pozuntularına yol verilmiş, icra məmuru əmlakın satılmasını istədiyi hərrac təşkilatına sifariş vermiş, “Külək" MMC tərəfindən hərracın keçirilməsi barədə ipoteka qoyana bildiriş göndərilsə də, həmin bildiriş də ona çatmamışdır.

12. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı başqa bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərin əvəzi kimi ******* manat pul vəsaitinin, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi ******* manat pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. Həmin iddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə ilkin satış qiyməti 230000 manat qoyulmuşdur. Qiymət yalnız torpaq sahəsinə aid olmuşdur. Belə olan halda, Cavabdeh3 928,5 kv.metr olan yaşayış sahəsini və 261,1 kv.metr olan zirzəmi sahəsini pulsuz əldə etmişdir. 11 fevral 2019-cu il tarixdə Əmlak Ekspert Mərkəzi tərəfindən qeyd olunan torpaq tikililərlə birlikdə 696000 manata qiymətləndirilsə də, hazırda təkcə tikililər ******* manat məbləğində qiymətləndirilir.

14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərardadı ilə iddialar bir icraatda birləşdirilməklə, baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(005)-3335/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) hər iki iddia rədd edilmişdir.

16. İddiaçı1 birinci iddiası üzrə birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 39.2, 41.1, 41.2, 41.3, 41.4, 41.5, 42.1, 44, 53.1, 53.2, 53.3-cü, Mülki Məcəllənin 269.1, 317.1, 319.1, 415.1, 415.2-ci maddələrinə, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məh kəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinad edərək göstərmişdir ki, hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş hərrac işinə dair sənədlərdən görünür ki, hərrac bildirişi eyni tarixdə, yəni 29 oktyabr 2020-ci il tarixdə İddiaçı2 ünvanlanmış və həmin bildiriş “Xanəliyeva” soyadlı şəxs tərəfindən qəbzə imza atılmaqla qəbul edilmişdir. Bundan əlavə, hərrac təşkilatı "xxxx" MMC tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Birja yenilikləri” qəzetində elan yerləşdirilmişdir. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, İddiaçı1 hərrac barədə lazımınca məlumatlandırılmışdır. Bundan əlavə, hərraca çıxarılmış torpaq sahəsinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.

17. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizələri üzrə Mülki Məcəllənin 21-ci, Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinad edən məhkəmə hesab etmişdir ki, iddiaçılar cavabdeh tərəfindən onlara maddi zərərin dəyməsini sübuta yetirə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(005)-3335/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaların təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)1309/2022 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, V.N.Sadıqovun və R.M.Həsənovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(005)-3335/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, İddiaçı1 keçirilmiş hərracın qanunvericiliyin tələblərinin pozulmaqla keçirilməsini iddia edir. Belə ki, İddiaçı1 bildirmişdir ki, hərr ac təşkilatı onları hərracın keçirilmə yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırmamış, hərracın təşkili ilə bağlı bildirişlər “Starşeva” adlı kənar şəxs tərəfindən qəbul edilmişdir. Həmçinin iddiaçı apellyasiya şikayətində bildirmişdir ki, hərrac təşkilatı tərəfindən İddiaçı2 ünvanlanmış bildirişin “Xanəliyeva” tərəfindən alınması, hələ o demək deyil ki, Xanəliyeva kürəkəninə çatası məktubu hökmən açıb, tanış olub və hərrac barədə məlumatlı olmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin və apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd etmişdir ki, hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş hərrac işinə dair sənədlərdən görünür ki, qeyd edilən hərrac bildirişi 29 oktyabr 2020-ci il tarixdə İddiaçı2 da ünvanlanmış və həmin bildiriş “Xanəliyeva” soya dlı şəxs tərəfindən qəbzə imza atılmaqla qəbul edilmişdir. İddiaçı1 apellyasiya şikayətində həmin bildirişi almasını inkar etməmiş, kürəkəninə çatası məktubu açmadığını bildirmişdir.

22. Bundan əlavə, hərrac təşkilatı "xxxx" MMC tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Birja yenilikləri” qəzetində elan yerləşdirilmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 hərrac barədə lazımınca məlumatlandırılmışdır.

23. Bundan əlavə, məhkəmə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etməklə göstərmişdir ki, hərraca çıxarılmış torpaq sahəsinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.

24. Cavabdeh3 hərrac təşkilatının bank hesabına 5 faizi məbləğində beh qoyub iştirak etməli olmasına dair apellyasiya şikayətinin dəlilinə qiymət verərkən “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinə istinad etmiş və göstərmişdir ki, Cavabdeh3 ipoteka saxlayan olduğundan onun “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməsinə zərurət yoxdur.

25. Apellyasiya instansiyası məhkəməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizə ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşaraq qeyd etmişdir ki, iddiaçılar cavabdeh tərəfindən onlara maddi zərərin dəyməsi sübuta yetirə bilməmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

26. Cavabdeh İddiaçı2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)-1309/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmənin gəldiyi qənaət açıqca yanlış olmuş, kassatorun iddiası üzrə gəldiyi nəticə yetərincə əsaslandırılmamış, tətbiq edilməli olan normativ hüquqi akt tətbiq edilməmiş, İddiaçı2 Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə qorunan ədalətli məhkəmə hüququ pozulmuşdur. İddiaçı2 irəli sürdüyü iddia tələbinin məzmunundan göründüyü kimi, iddia üzrə əsas tələb ******* manat pul vəsaitinin Ca vabdeh3 tutularaq ona (və digər iddiaçıya) ödənilməsi barəsindədir. İş materiallarından görünür ki, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha boş torpaq sahəsində İddiaçı2 tərəfindən mülkiyyətçinin razılığı ilə tikinti işləri aparılmışdır (yaşayış binası tikdirilmişdir). Həmin torpaq sahəsi İddiaçı2 Cavabdeh3 olan borcunun təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh3 “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” barədə iddiasına baxılarkən ipoteka predmeti torpaq sahəsi olduğundan (o cümlədən üzərindəki tikintilərin reyestrdə qeydiyyatı aparılmadığından) məhz torpaq sahəsinin qiymətləndirilməsi aparılaraq hərraca çıxarılmış, Cavabdeh3 həmin torpağı açıq hərracda 243800 manata almışdır. İş materiallarında olan “Əmlak Ekspert Mərk əzinin” 11 fevral 2019-cu il tarixli rəyi ilə həmin torpağın üzərindəki yarımçıq tikililərlə olan dəyərinin 696000 manat təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh3 torpağı açıq hərracda almaqla nəticədə həmin torpağın üzərindəki yarımçıq tikililəri də dəyərini ödəmədən pulsuz əldə etmişdir. Bu o deməkdir ki, Cavabdeh3 iddiaçıların hesabına yarımçıq tikililərin dəyəri məbləğində əsassız varlanmışdır.

28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

29. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellya siya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iki iddia birləşdirilsə də, İddiaçı1 Əlyar qızı kassasiya şikayəti verməmişdir (onun tərəfindən verilmiş kas sasiya şikayəti apellyasiya məhkəməsi tərəfindən geri qaytarılmışdır). Bu səbəbdən İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyinə geri qaytarılması” tələbinə dair iddiası üzrə apellyasiya məhkəməsinin qətnaməsi kassasiya baxışının predmeti ilə əhatə olunmur.

32. Kassasiya şikayətini İddiaçı2 verdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin olunmaması hissəsində maddi və prosessual hüquq normalarına uyğunluğunun yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsi nə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2 -ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranma lı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassatorun iddiası üzrə mübahisə həll olunarkən prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.

37. Belə ki, yuxarıda qeyd olunduğu kimi İddiaçı2 və İddiaçı1 birgə verdikləri iddialarının faktiki əsası ondan ibarət olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2019-cu il tarixli qətnaməsinin icrası qaydasında Cavabdeh3 əldə etdiyi torpaq sahəsinin üzərində iddiaçılar tərəfindən 4 mərtəbəli çoxmənzilli yaşayış binası inşa olunmuş, lakin əmlakın hərracdakı qiyməti yalnız torpaq sahəsinin dəyəri ilə müəy yən olunmuş, tikilinin dəyəri isə nəzərə alınmamışdır. Belə olan halda, həmin tikili də, torpaq sahəsi ilə birgə cavabdehin sahibliyinə keçdiyindən, iddiaçılara zərər vurulmuş və həmin zərərin əvəzi onlara ödənilməlidir.

38. İpoteka predmeti olmuş torpaq sahəsinin üzərində iddiaçılar tərəfindən bina inşa edilməsi və bundan cavabdehin məlumatlı olması işin mübahisəsiz halıdır. Belə ki, 06 oktyabr 2015-ci il tarixli öhdəlik müqaviləsində İddiaçı1 Cavabdeh3 ipoteka qoyulan torpaq sahəsi üzərində qanuna müvafiq qaydada 4 mərtəbəli yaşayış evinin inşa olunacağını bildirmiş, sonuncu isə yaşayış evinin tikintisinin aparılmasına razılıq vermiş və tərəflər inşa olunan yaşayış evinin özgəninkiləşdirilməsi və istifadə qaydasını müəyyən etmişlər.

39. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 02 aprel 20 19-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, ipoteka predmetinin ilkin satış qiyməti yalnız torpağın dəyəri ilə müəyyən olunmuşdur. Torpaq sahəsi üzrərində tikilmiş tikilinin qiymətləndirilməsi apellyasiya baxışının predmeti olmuş və bununla bağlı apellyasiya məhkəməsi həmin qətnaməsində göstərmişdir ki, torpaq sahəsinin üzərində olan tikili yarımçıq, başa çatmayan tikilidir və reyestrdə qeydə alınmamışdır. Belə olan halda, rəsmi dövlət reyestrində qeydə alınmayan əmlaka ipoteka predmeti olaraq tələb yönəldilməsi və ilkin satış qiymətinin müəyyən edilməsi mümkün hesab edilə bilməz.

40. Lakin həmin iş üzrə alınmış "xxxx" MMC-nin 11 fevral 2019-cu il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov, 1-ci döngə, 1A ünvanın da yerləşən 0,287457 ha torpaq sahəsinin üzərində mülkiyyətdə olan sahələr istisna olmaqla, yarımçıq tikililərlə birlikdə torpaq sahəsinin 11 fevral 2019-cu il tarixinə bazar dəyəri 696000 manat təşkil edir.

41. Lakin yuxarıda göstərildiyi kimi, birinci instansiya məhkəməsi yalnız maddi zərərin sübuta yetirilməməsini qeyd etməklə iddianı rədd etmiş, cavabdehin hərracdan alınan torpaq sahəsinin üzərində tikilinin olmasına, həmin tikilinin dəyərinin torpağın hərracdakı ilkin satış qiymətində nəzərə alınmadığı halda, torpaq sahəsi ilə birlikdə cavabdehin sahibliyinə keçməsinə hüquqi qiymət verməmişdir.

42. Apellyasiya məhkəməsi isə Mülki Prosessual Məcəlləsinin 217.3, 218.1 və 392.1.5-ci maddələrinin tələblərini pozaraq, apellyasiya şikayətinin dəlillərinə qeyd olunan hissədə hüquqi qiymət ve rməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

43. Halbuki, prosessual qanunvericilikdə “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir.

44. Məhkəmə kollegiyasının mövqeyinə görə iddiaçılar tələbini zərərin ödənilməsi ilə bağlı maddi hüquq normalarına istinad etməklə əsaslandırsalar da, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbinin hüquqi əs ası kimi Mülki Məcəllənin 1091 və 1092-ci maddələrini müzakirə etməli və işin hallarını əsassız varlanmaya dair maddi hüquq normalarına uyğun təhlil aparmalı idi.

45. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti ü zrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

47. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırk i iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

48. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

49. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfi ndən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)-1309/2022 nömrəli qətnaməsi qismən, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddialarının təmin edilməməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar