Məhkəmə qərarları › İş №2(102)-1499/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1499/2024

14.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1499/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarma, hüquqdan sui-istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı mülkiyyət hüququnun müdafiəsi, mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz istifadədən azad edilməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(104)-2216/2023 nömrəli, 1 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Baxılan işin halları, birinci instansiya məhkəməsində icraat, apellyasiya və kassasiya instansiyası məhkəməsindəki əvvəlki icraat, həmin icraatlar üzrə tələblərin və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırması hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2519/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərarında ətraflı qeyd olunmuşdur (bax: i.v. 230-239; link: https://emehkeme.gov.az/signed/ShowEdoc?guid=e4c0520bc87641f5bdca80e8c5af6bb6.edoc). Apellyasiya instansiyası məhkəməsində ikinc i icraat

1. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-2216/2023 nömrəli, 1 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadədən ibarət tərkibdə) cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Kəpəz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(043)-579/2022 nömrəli 28 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir

2. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1 və Cavabdeh6 (bundan sonra – cavabdehlər) İddiaçı (bundan sonra – iddiaçı) məxsus ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindəki (bundan sonra – mübahisəli to rpaq sahəsi) tikiliyə 1993-cü ildə yerli icra hakimiyyəti orqanlarının, həmçinin cavabdehlərin hazırda müvəqqəti olaraq yaşadıqları tikililərin yerləşdiyi torpaq sahəsinin aid olduğu keçmiş Metal anbarın rəhbərliyinin razılığı ilə məcburi köçkün kimi köçməklə məskunlaşdığından və tikinti işləri də həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin razılığı ilə aparıldığından onların hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz sayılmır.

3. İddiaçı həmin torpaq sahəsini alanda cavabdehlərin orada yaşadığını bilmiş və buna etiraz etməmişdir. Onun cavabdehlər tərəfindən torpaq sahəsinin sonradan zəbt edilməsi, tikinti işlərinin sonradan - həmin torpaq sahəsini aldıqdan sonra aparılmasına dair dəlilləri əsassızdır.

4. Cavabdehlər məcburi köçkün düşdükləri vaxtdan hal-hazıradək, yəni 30 ildən ar tıq bir müddətdə həmin ünvanda yaşasalar da, onların tikinti işlərinin aparılması və ya mövcud tikilidə aparılmış yaxşılaşdırmalara çəkilmiş xərclə bağlı tələbləri olmamışdır. Ona görə də məhkəmə iş üzrə ekspertizanın təyin edilməsini zəruri saymamışdır.

5. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 139.2, 140, 152.1, 152.5, 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

6. İddiaçı (Vəkil) kassasiya şikayəti və şikayətə əlavə təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya i nstansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara düzgün qiymət verməmiş, nəticəyə gələrkən hər hansı sübuta istinad etməmişdir.

8. Apelyasiya instansiyası məhkəməsinin hazırkı mövqeyi formalaşmış məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. Belə ki, oxşar işlərdə eyni məzmunlu iddia tələbləri təmin olunduğu halda, bu işdə iddia tələbi rədd edilərək, iddiaçının mülkiyyət hüquqları pozulmuşdur.

9. Kassasiya şikayəti Mülki Məcəllənin 152.1. 157.2-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məc əllə

11. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

12. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

13. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə e dən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

18. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Prosessual Məcəllə

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Apellyasiya instansiyası məhkəməsinin aktını kassasiya şikayətinin dəlilləri əsasında yoxlayan Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin dəlillər əsasında ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

28. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişlərini yerinə yetirmişdir.

29. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsində ifadə edilmiş mövqeyin formalaşmış məhkəmə təcrübəsini n vahidliyini pozduğu müəyyən edilməmişdir.

30. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2216/2023 nömrəli, 1 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar