Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-150/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 Əliabbas oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-150/22 (Açar sözlər: kredit borcu tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-cu il tarixli, 2(103)4481/2021 saylı qərardadından Cavabdeh2 kassasiya şikayəti üzrə işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclası nda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh2 və digərlərinə qarşı iddia qaldıraraq, onunla Cavabdeh2 arasında 80.000 manat pul vəsaitinə dair notarial qaydada bağlanmış 26 fevral 2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və notariusun 06 dekabr 2018-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh2 isə məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia verərək, sonuncudan müqavilə şərtlərinə əməl etmədiyi üçün əsas borca görə 80.000 manat, bir illik gecikdirilmiş vaxt üçün faizə görə 4.000 manat, ödənilmiş dövlət rüsumuna, bank xərclərinə görə 31 manat, nümayəndə tərəfindən göstərilmiş hüquqi yardıma görə 110 manat olmaqla, cəmi 84.141 manat pulun tutulub ona ödənilməsi barə də qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.C.Musayeva) ilk iddia rədd, qarşılıqlı iddia təmin edilərək, İddiaçı əsas borca görə 80.000 manat, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 4.000 manat, göstərilmiş hüquqi xidmətə görə 110 manat, dövlət rüsumu və bank xidmətinə görə 31 manat olmaqla, cəmi 84.141 manat pulun tutulub Cavabdeh2 ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlib. Tərəflər arasında notarial qaydada bağlanmış 26 fevral 2018-ci il tarixli kredit müqaviləsin ə əsasən Cavabdeh2 İddiaçı 80.000 manat borc pul verib və sonuncu həmin borcu 26 mart 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürüb. Lakin, İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi. 06 dekabr 2018-ci il tarixdə notarius tərəfindən sözügedən müqavilə üzrə icra qeydi verilib. İcra qeydi hazırda icra mərhələsindədir. Kredit müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanıb və həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur və İddiaçı gecikdirilmiş vaxt üçün Cavabdeh2 illik beş faiz ödəməyə borcludur. Ona görə də ilk iddia rədd, qarşılıqlı iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 425.1, 442, 739.1, 740-cı maddələrinin və digər maddi, prosessual hüquq normaların ın tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli qərardadı ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və A.N.İmanov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi- qarşılıqlı iddianın təmin edilmiş 80.000 manat pulun İddiaçı tutulub Cavabdeh2 verilməsi hissəsində ləğv edilib və həmin hissədə işin icraatına xitam verilib. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi, yəni gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 4.000 manat, göstərilmiş hüquqi xidmətə görə 110 manat, ödənilmiş dövlət rüsumuna və bank xidmətinə görə 31 manat pulun İddiaçı tutulub Cavabdeh2 ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, hazırki qarşılıqlı iddia tələbinin əsasını təşkil edən 26 fevral 2018-ci il tarixli kredit müqaviləsi üzrə notariat ofisi tərəfindən İddiaçı Cavabdeh2 xeyrinə ödənilməmiş 8.000 manat pulun tutulması barədə 06 dekabr 2018-ci il tarixli icra qeydi ver ilib və icra sənədi icraya yönəldilib. Bundan sonra, icra məmurunun 08 yanvar 2019-cu il tarixli “İcra üzrə icraata başlamaq haqqında” qərarı ilə icra sənədi üzrə icraata başlanılıb və borclu İddiaçı könüllü icra üçün 10 gün vaxt verilib. Göründüyü kimi notarius tərəfindən verilmiş icra qeydi hazırda qüvvədədir və həmin icra qeydinin qüvvədən düşməsi barədə işdə heç bir məlumat yoxdur. Qarşılıqlı tələb isə icra qeydinin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. Bu baxımdan Cavabdeh2 hazırki tələblə ayrıca iddia ilə məhkəməyə müraciət etməsi yolverilməzdir. Ona görə də qətnamə qeyd olunan hissədə ləğv edilərək işin icraatına xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 151.1, 153.2.1, 261.0.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı Cavabdeh2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddi açı, vəkili Elsevər Muradov, Cavabdeh2, vəkili Vəkil1 və cavabdeh 13 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, hakim iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələl ərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh2 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsin in qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə icraata xitam verilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında borc hüquqi münasibətləri əmələ gəlib. Belə ki, tərəflər arasında notarial qaydada bağlanmış 26 fevral 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh2 İddiaçı 80.000 manat borc pul verib və sonuncu həmin borcu 26 mart 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürüb. Lakin, İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyib. Göründüyü kimi, qarşılıqlı iddia tələbinin əsasını təşkil edən 26 fevral 2018-ci il tarixli kredit müqaviləsi üzrə notariat ofisi tərəfindən İddiaçı Cavabdeh2 xeyrinə 8.000 ma nat pulun tutulması barədə 06 dekabr 2018-ci il tarixli icra qeydi verilib və icra sənədi icraya yönəldilib. Bundan sonra, icra məmurunun 08 yanvar 2019-cu il tarixli “İcra üzrə icraata başlamaq haqqında” qərarı ilə icra sənədi üzrə icraata başlanılıb və borclu İddiaçı könüllü icra üçün 10 gün vaxt verilib. Hazırda notarius tərəfindən verilmiş icra qeydi qüvvədədir və işdə, həmin icra qeydinin qüvvədən düşməsi barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə görə, hakim iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə, bu Məcəllən in 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi apellyasiya qaydasında ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 6.1 və 6.1.4-cü maddələrinə görə, notariat orqanının icra qeydləri icra sənədi sayılır. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, qarşılıqlı tələb üzrə icra qeydinin verilməsinə əsas olmuş kredit müqaviləsinə əsasən öhdəliyin icra edilməsi ilə bağlıdır. Bu baxımdan Cavabdeh2 hazırki tələblə ayrıca iddia ilə məhkəməyə müraciət etməsi yolverilməzdir. Ona görə də qətnamə qeyd olunan hissədə ləğv edilərək işin icraatına xitam verilməlidir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, notariat orqanı tərəfindən verilmiş icra qeydi məhkəmə aktına bərabər tutulan icra sənədi sayıldığından və həmin icra qeydi qüvvədə olmaqla icra mərhələsində olduğundan, hazırki predmet barəsində işə məhkəmədə baxıla bilməz və bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. Cavabdeh2 kassasiya şikayətində icra məmurunun 30 iyun 2020-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarına istinad edib sözügedən icra qeydinə əsasən verilmiş icra sənədi üzrə icraata xitam verildiyini və beləliklə də hazırki iddia tələbinə mahiyyəti üzrə məhkəmədə baxılmasına heç bir maneə olmadığını göstə rsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, notariusun sözügedən icra qeydinin ləğv edilməsi haqqında işdə heç bir sübut yoxdur və icra məmurunun qeyd olunan qərarı notariusun icra qeydinin ləğv edilməsi anlamına gəlmir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2022-cu il tarixli, 2(103)-4481/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-150/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-150/2022
18.02.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab ed
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver